Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-7/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və iddiaçının idarə heyyətinin sədri X4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh “X6 Kömək” İB-yə qarşı inzibati binanın boşaldılması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, e-2-2(81)- 779/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, mülki işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq m üəyyən е t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 22.04.2019-cu il tarixdə cavabdeh “X6 Kömək” İctimai Birliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “X6 Kömək” İctimai Birlik tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və onun həyətindən qanunsuz olaraq istifadəyə son qoyulması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “X6 Kömək” İctimai Birliyinin qanunsuz olaraq istifadə etdiyi ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və onun həyətinin Birlik tərəfindən boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsi, “X6 Kömək” İctimai Birliyinin İddiaçı ASC-yə 01.01.2017-ci il tarixdən 1 aprel 2019-cu il tarixədək olan müddət ərzində yaranmış 81.000 (səksən bir min) manat icarə haqqının və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “X6 Kömək” İctimai Birliyinin istifadə etdiyi ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və onun həyətinin Birlik tərəfindən boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunanadək cavabdeh “X6 Kömək” İctimai Birliyindən ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi onun həyətindən icarə obyekti kimi istifadəyə görə aylıq 3000. (üç min) manat alınaraq iddiaçıya ödənilməsi təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 sentyabr 2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X12 Kömək” İctimai Birliyi arasında bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və həmin inzibati binanın həyəti aylıq 3 000 (üç min) manata X19 rəhbərlik etdiyi “X6 Kömək” İctimai Birliyinə icarəyə verilmişdir. Sonradan müqavilənin şərtlərinə müvafiq olaraq 01 avqust 2016-cı il tarixdə müqavilənin müddəti bir il müddətinə, yəni 01 avqust 2017-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq “X6 Kömək” İctimai Birliyi müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməyərək icarə haqqını vaxtı-vaxtında verməmişdir. Bu səbəbdən birliyin İddiaçı ASC-nə icarə haqlarına görə borcu yaranmışdır. Qeyd edirlər ki, 01.08.2017-ci il tarixdə icarə müqaviləsinin müddəti bitmişdir və müqavilənin müddətinin İddiaçı ASC tərəfindən yenidən uzadılması nəzərdə tutulmamışdır. Bununla əlaqədar olaraq 30 iyun 2017-ci il tarixdə İddiaçı ASC-nin İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Babayev N.İ tərəfindən aralarında bağlanmış 01.08.2016-cı il tarixli müqaviləyə xitam verilməsi və “X6 Kömək” İctimai Birliyinin istifadəsində olan inzibati binanın birinci mərtəbəsinin (birlik tərəfindən icarəyə götürülmüş sahənin) boşaldılması barədə ictimai birliyin İdarə Heyətinin sədri X24 xəbərdarlıq məktubu göndərilmişdir. Bununla da həmin icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Bununla yanaşı 27.03.2019-cu il tarixdə İddiaçı ASCnin idarə heyətinin sədri X2 adından “X6 Kömək” X30 Heyətinin sədrinə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq həmin icarə müqaviləsinin 4.4.1 -ci maddəsinin və 5.1-ci maddəsinin tələblərinə əsasən 7 (yeddi) iş günü ərzində birliyin istifadəsində olan ünvan 2 ünvanında yerləşən inzibati binanın birinci mərtəbəsinin İddiaçı ASC-nə təhvil verilməyi və həmin qeyri-yaşayış obyektindən istifadəyə görə İddiaçı ASCnə yaranmış 81.000 (səksən bir min) manat borcun 7 iş günü ərzində İddiaçı ASC-nə ödənilməsi xahiş edilmişdir. İctimai birliklə İddiaçı ASC arasında olan icarə müqaviləsinin müddətinin bitməsinə, müqaviləyə xitam verilməsinə, edilən xəbərdarlıqlara baxmayaraq “X6 Kömək” İctimai Birliyi istifadəsində olan inzibati binanın birinci mərtəbəsini hələ də İddiaçıASC- nə təhvil verməyərək qanunsuz olaraq həmin inzibati binadan və onun həyətindən istifadəni davam etdirir və həmin müddətdən hal-hazıradək inzibati binanın icarəsinə görə İddiaçı ASC-nə heç bir məbləğdə pul ödəməmişdir. Nəticə etibarilə “X6 Kömək” İctimai Birliyinin İddiaçı ASC-nə 01.01.2017-ci il tarixdən 1 aprel 2019-cu il tarixədək 81.000 (səksən bir min) manat borcu yaranmışdır. Bundan əlavə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsindən və onun həyətindənhər ay qanunsuz istifadəyə görə “X6 Kömək” İctimai Birliyi iddiaçıya 3.000 (üç min) manat maddi ziyan vurmaqda davam edir. Belə ki, həmin bu müddət ərzində iddiaçının həmin obyektdən təyinatına uyğun istifadə edərək əldə edə biləcəyi gəlirlər də “X6 Kömək” İctimai Birlik tərəfindən səhmdar İddiaçı ASC-nə vurulmuş maddi ziyanın bir hissəsini təşkil edir və birlik həmin məbləği iddiaçıya ödəməyə borcludur.Göründüyü kimi “X6 Kömək” İctimai Birliyi İddiaçı ASC-i ilə aralarında bağlanmış 01 avqust 2016-cı il tarixli icarə müqaviləsinin şərtlərinə əməl etməmiş, həm müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur və İddiaçı ASC tərəfindən qarşı tərəfə xəbərdarlıq edilməklə müqaviləyə birtərəfli qaydada xitam verilməsinə baxmayaraq İctimai Birlik qanunsuz olaraq həmin icarə obyektindən istifadə edir. Belə ki, 01 avqust 2016-cı il tarixli icarə müqaviləsinin 4.1.2-ci maddəsinə əsasən icarəyə verən icarə haqqının müqavilənin 5-ci maddəsi ilə müəyyən olunan müddətdə, miqdarda və qaydada ödənilməsini icarəyə götürəndən tələb edə bilər. Həmçinin müqavilənin 4.1.3-cü maddəsinə əsasən icarə verən Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və pozulmasına yol verilməməsini icarəyə götürəndən tələb edə bilər. Yuxarıda qeyd olunan icarə müqaviləsinin 4.4-cü maddəsində “icarəyə götürən”in vəzifələri qeyd olunmuşdur. Belə ki, 4.4.1-ci maddənin tələbinə görə icarəyə götürən müqavilənin 5-ci maddəsi ilə müəyyən olunan qaydada, miqdarda və müddətdə icarə verənə icarə haqqı ödəyir. 4.4.3-cü maddəsinə əsasən icarəyə götürən müqaviləyə xitam verildikdən sonra icarə obyektini yararlı vəziyyətdə geri qaytarmalıdır. 4.4.5-ci maddəyə əsasən icarəyə götürən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etməli və onların pozulmasına yol verməməlidir. 01 avqust 2016-cı il tarixində iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci maddəsinin tələbinə görə müqavilə üzrə “İcarəyə götürən” İcarəyə verənə “icarə obyektindən (icarə obyekti dedikdə səhmdar cəmiyyətinə aid olan 3 mərtəbəli inzibati binanın 1-ci mərtəbəsi nəzərdə tutulur, 702 kv.m.) istifadəyə görə hər ay üçün 3000 AZN (üç min AZN) müvafiq vergilər bu məbləğə daxil olmaqla ödəyir. “İcarəyə götürən” icarə haqqını hər ay 1-ci 5 (beş) günlüyündə ödəyir. Bütün ödənişlər köçürmə yolu ilə aparılır. Həmin müqavilənin 6-cı maddəsinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və bütün məsələlər məhkəmə yolu ilə həll edilir. Müqavilənin müddəalarından aydın olur ki, icarə müqaviləsinin tərəfi kimi çıxış edən cavabdeh “X6 Kömək” İctimai Birliyi müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, öz vəzifələrini icra etməyərək müqavilənin tələblərini açıq şəkildə pozmuşdur və heç bir xəbərdarlığa məhəl qoymayaraq, həmçinin ortada artıq icarə müqaviləsinin olmamasına baxmayaraq həmin icarə obyektindən qanunsuz olaraq istifadə etməkdə davam edir. Odur ki, məhkəmə “X6 Kömək” İctimai Birliyinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsindən və onun həyətindən qanunsuz istifadəsini dayandırmağı, ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsinin və onun həyətinin Birlik tərəfindən boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsi, “X6 Kömək” İctimai Birliyinin İddiaçı ASC-nə 01.01.2017-ci il tarixdən 1 aprel 2019-cu il tarixədək olan müddət ərzində yaranmış 81. 000 (səksən bir min) manat borc pulun cavabdehdən alınaraq iddiaçıya verilməyinə, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunanadək cavabdeh “X6 Kömək” İctimai Birliyindən ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və onun həyətindən icarə obyekti kimi istifadəyə görə aylıq 3000 (üç min) manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul qəbul edilməlidir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 425.1, 689.1, 689.2, 700.1, 705, 1096.1, 1096.2-ci maddələrinə istinad edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil 12 iyul 2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X6 Kömək” İctimai Birlik tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və həmin inzibati binanın yerləşdiyi iddiaçı Zeynəb Abdullayevanın mülkiyyətində olan torpaq sahəsindən və binanın həyətindən qanunsuz olaraq istifadəyə son qoyulmasını və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “X6 Kömək” İctimai Birliyinin qanunsuz olaraq istifadə etdiyi ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və Zeynəb Abdullayevanın mülkiyyətində olan torpaq sahəsi və binanın həyəti Birlik tərəfindən boşaldılaraq İddiaçı ASC və iddiaçı X5 təhvil verilməsi, “X6 Kömək” İctimai Birliyinin İddiaçı ASC- nə 01.01.2017-ci il tarixdən 10 iyul 2019-cu il tarixədək olan müddət ərzində yaranmış 91.000 (doxsan bir min) manat icarə haqqının və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-yə verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “X6 Kömək” İctimai Birliyinin istifadə etdiyi ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və həmin inzibati binanın yerləşdiyi iddiaçı Zeynəb Abdullayevanın mülkiyyətində olan torpaq sahəsinin və binanın həyətinin Birlik tərəfindən boşaldılaraq iddiaçı "xxxx" ASC və iddiaçı X5 təhvil verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunanadək cavabdeh “X6 Kömək” İctimai Birliyindən ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi onun həyətindən icarə obyekti kimi istifadəyə görə aylıq 3000 (üç min) manat alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-2-2(81)779/2019 saylı 17 iyul 2019-cu il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə tələb X5 münasibətdə ayrılaraq ərizə geri qaytarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, e-2-2(81)- 779/2019 nömrəli qətnaməsi ilə (Hakim F.Mədətli) iddia rədd edilmişdir. 09.09.2019-cu il tarixdə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, e-2-2(81)-779/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil icraatın dayandırılmasına dair ərizə təqdim edərək, Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmü qanuni qüvvəyə minənə qədər hazırkı iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-741/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmü qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 1(093)-101/2019 saylı hökmü ilə (hakimlər H.Həsənov, E.Allahverdiyev, R.Abbasov) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq X20 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Lokal gəlirlərin departamenti tərəfindən təqsirləndirilən şəxslər X9, X1 və X13 vergiləri ödəməkdən yayındıqlarına görə İddiaçı MMC üzrə 1.269.965,19 manat, "xxxx" MMC üzrə 1.802,52 manat məbləğində pul vəsaitlərinin tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsinə dair mülki iddia tam təmin edilmiş, X9, X1 və X13 müştərək qaydada 1.269.965,19 manat (bir milyon iki yüz altmış doqquz min doqquz yüz altmış beş manat on doqquz qəpik) məbləğində, X9 və X1 müştərək qaydada 1.802,52 manat (bir səkkiz yüz iki manat əlli iki qəpik) məbləğində pul vəsaitləri tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən X10 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.05.2007- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə məhkum edilərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində 2 il sınaq müddətinin tətbiq olunmasına dair cəzası üzrə şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökm üzrə ona təyin edilmiş əsas cəza qismən, əlavə cəza isə tam birləşdirilməklə qəti olaraq X14 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-2/2020 saylı, 29.01.2020-ci il tarixli qərarı ilə (hakimlər F.Qasımov,Q.Babayev, K.Əkbərov) apellyasiya şikayətləri təmin edilməmiş, X10 Azərbaycan Respublikası CM-in 192.2.2, 193- 1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313 və 32.3, 318.2-ci maddələri ilə, X17 CM-in 213.2.2, 308.1 və 313-cü maddələri ilə X2 CM-nin 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313, 318.2 və 326.1-ci maddələri ilə, X7 CM-nin 312-1.1 və 32.5, 318.2-ci maddələri ilə, X26 312-1.1 və 32.5, 318.2-ci maddələri ilə, X15 CM-nin 339.2 və 341.2.1-ci maddələri ilə, X11 CM-nin 339.2 və 341.2.1-ci maddələri ilə, X16 CM-nin 228.1, 339.2 və 341.2.1–ci maddələri ilə, X27 CM-nin 342.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(102)-52/2020 saylı, 14.10.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Nəsirov, Ə.Seyidov, T.Kazımov) məhkum X21 və məhkum X3 müdafiəçisi Vəkil tərəfindən verilmiş kassasiya şikayətləri, həmçinin məhkum X17 müdafiəçisi X28 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313 və 32.3,318.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş X14, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313, 318.2 və 326.1-ci maddələri təqsirli bilinib məhkum edilmiş X5 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş X20 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı qismində çıxış edən "xxxx" ASC-nin təsisçilərindən olan X8, idarə heyətinin sədr müavini X35 oğlu, X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinmiş və bu barədə çıxarılmış məhkəmə hökmü qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə əsas vermir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadı ilə iş üzrə təzələnmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, iddiaçının idarə heyyətinin sədri izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən verilmiş Çıxarışın sürətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, vergu uçotu qeydiyatına alınmışdır, təşkilati- hüquqi forması Açıq səhmdar cəmiyyət, hüquqi ünvanı AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvandır. Çıxarışdan görünür ki, ASC-nin Nizamnamə kapitalı 852,576.00 manat, təsisçiləri “X23 LTD” Törəmə şirkəti-94.1443% və Milli Depozit Mərkəzinin 21 iyun 1999-cu il tarixli reyestrində göstərilən digər şəxslərdir. - İşdə olan iddiaçının Nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, “Minalı Qablar” ATSC 17 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən qeydiyyata alınmış, 19 oktyabr 2004-cü il tarixdə nizamnamənin mətnində dəyişiklik edilərək “MinalıQablar” ATSC İddiaçı ASC ilə əvəz edilərək yenidən qeydiyyata alınmışdır. - Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanda yerləşən İddiaçı ASC Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş müəssisə və obyektin texniki göstəricilərini özündə əks etdirən Texniki Pasport əldə etmişdir. -003092 saylı 05.07.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanda yerləşən 52873,1 kv.metr torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. - 01 avqust 2016-cı il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “X12 Kömək” İctimai Birliyinə müqavilənin 2-ci maddəsi ilə müəyyən olunan ünvan 1 ünvanında yerləşən inzibati binanın birinci mərtəbəsi və 1 saylı qoşmada sərhədlərçərçivəsində əks olunan əmlak (702 kv.metr) həmin müqavilənin 5.1-ci maddəsinə əsasən 3 000 (üç min) manata “X6 Kömək” İctimai Birliyinə icarəyə verilmiş, sonradan müqavilənin müddəti 01.08.2017-ci ilədək uzadılmışdır. - İddiaçı ASC tərəfindən “X6 Kömək” İctimai Birliyinə 30.06.2017-ci ildə məktub ünvanlanaraq 01 avqust 2016-cı il tarixli müqavilənin 3.1-ci bəndinə istinad edilərək icarə sahəsinin boşaldılması tələb edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı onun mülkiyyətində olduğunu hesab etməklə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X6 Kömək” İctimai Birliyinə qarşı “X6 Kömək” İctimai Birlik tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və binanın həyətindən qanunsuz olaraq istifadəyə son qoyulması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan“X6 Kömək” İctimai Birliyinin qanunsuz olaraq istifadə etdiyi ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və binanın həyəti Birlik tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, “X6 Kömək” İctimai Birliyinin İddiaçı ASC- nə 01.01.2017-ci il tarixdən 10 iyul 2019-cu il tarixədək olan müddət ərzində yaranmış 91.000 (doxsan bir min) manat icarə haqqının və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “X6 Kömək” İctimai Birliyinin istifadə etdiyi ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi və binanın həyətinin Birlik tərəfindən boşaldılaraq iddiaçı "xxxx" ASC-yə verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunanadək cavabdeh “X6 Kömək” İctimai Birliyindən ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın birinci mərtəbəsi onun həyətindən icarə obyekti kimi istifadəyə görə aylıq 3000 (üç min) manat alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələblərini aşağıdakı səbəblərdən əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşina tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, iddiaçı ünvan 1ünvanında yerləşən torpaq sahəsi və inzibati binanın cavabdeh tərəfindən boşaldılmasını tələb etmək üçün iddianın əsasını təşkil edən şərtlərin mövcud olması öz təsdiqini tapmamışdır. “Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən, 3 mərtəbəli inzibati binanın yerləşdiyi torpaq sahəsinin onun qanuni istifadəsinə ayrılması barədə müvafiq sənədləri məhkəməyə təqdim edə bilmədiyindən, iddiaçı əmlakın ona məxsus olması və geri tələb edilməsi barədə hüquqi faktlara əsaslanmadığından və sahiblik hüququnun əsası olmadığından onun maddi hüquq tələbi yoxdur və iddianın subyekti qismində çıxış edə bilməz. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ünvan 1ünvanında yerləşən torpaq sahəsi və inzibati binanın cavabdeh tərəfindən boşaldılmasını tələb etmək üçün iddianın əsasını təşkil edən şərtlərin mövcud olması iş materialları ilə öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, e-2-2(81)-779/2019 nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı mаddələrini rəhbər tutub q ə t е t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, e-2-2(81)- 779/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-7/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-7/2021
11.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver