Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-775/2020 15.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3284/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən 2020-ci ilin fevral ayında **********0001 saylı abonent kodu, Elster G-650 TRZEK 220 sayğac üzrə əsassız hesablanmış 8449,60 manat məbləğində borcun silinməsi və Cavabdeh əməkdaşları tərəfindən **********0000 saylı abonent kodu, Elster G- 4 Diafraqma sayğac üzrə 2013-cü ildə 445 manat, 2014-cü ildə 220 manat, 2015-ci ildə 439 manat, 2016-cı ildə 230 manat, 2017-ci ildə 773 manat, 2018-ci ildə 1058,80 manat, 2019-cu ildə 2830,80 manat, 2020-ci ildə 1421,60 manat, cəmi 7418,20 manat məbləğində əsassız hesablanmış borcu ödədiyi üçün məbləğin geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, Cavabdehnə qarşı əməkdaşları tərəfindən əsassız olaraq hesablanmış 8449,60 manat əsassız hesablanmış borcun silinməsi və 7418,20 manat əsassız hesablanmış borcu ödədiyi üçün iddiaçıya geri ödənilməsi barədə iddiaya mahiyyəti üzrə baxılıb qurtarana qədər iddiaçıya məxsus istixananın qaz xəttinin qoşulmasının Cavabdehnə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. X1 həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş və X1na məxsus istixanaya qazın verilməsinin bərpa edilməsi Cavabdeh İB-yə həvalə edilmişdir. Cavabdeh İB həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işə mahiyyəti üzrə baxılana kimi iddiaçıya təbii qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə iddianın təmini tədbirini seçmişdir. Belə ki, hazırkı məhkəmə icraatı iddiaçının əsassız hesablandığını iddia etdiyi borcun silinməsi tələbi əsasında başlanmış və iddiaya mahiyyəti üzrə baxılana qədər həmin borca görə onun bu sahədə inhisarçı olan Cavabdeh İB-nın əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir və gələcəkdə qəbul ediləcək qətnamənin icrası zamanı yeni əngəllərin yaranma ehtimalını artırır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3284/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-775/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-775/2020
15.12.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver