Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-780/2020 24.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı MMC cavabdeh “xxxx” QSC-yə qarşı “borcun silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommkrsiya Məhkəməsinin e-2-2(113)-3641/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” QSC tərəfindən hesablanmış 9 376,53 manat məbləğində borcun qanunsuz hesab edilərək həmin borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddia təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, yalnız 43436781 saylı vaqon girov kimi saxlanılmaqla, 44659118, 54545892, 44415321 və 54432943 saylı vaqonlarda olan İddiaçı MMC-yə məxsus yüklərin “xxxx” QSC-nin Baş Ələt stansiyasında saxlanılması qadağan olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmənin qənaətinə görə borcumuzun olmadığını iddiaçı kimi sübut etməli olduğumuz müddət ərzində illərlə (iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra) bizə məxsus və borcun dəyərindən ümumilikdə 20 (iyirmi!) dəfə çox dəyəri olan vaqonlar girov kimi stansiyada saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 2 - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır». Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, “təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasınının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.8-ci və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından isə görünür ki, iddiaçının idianı təmin tədbiri barədə ərizəsi rədd edilməsi, MPM-in 157.1 və 157.2-ci maddələrinə istinadən, aşağıakı kimi əsaslandırılmışdır: -“...İddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tədbiq edildiyi təqdirdə, hazırki iddianın təmin etmə tədbiri qanunvericiliyinin tələblərinə cavab vermir. Belə ki, “43436781 saylı vaqon girov saxlanılması, 44659118, 54545892, 44415321 və 54432943 saylı vaqonların isə “xxxx” QSC-nin Baş Ələt stansiyasında saxlanılması qadağan edilməsi” iddianı təmin etmə tədbiri kimi gələcəkdə borcun silinməsi ilə bağlı qətnamənin icrasını təmin edə bilməz. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı MMC-nin iddia təmin tədbiri barədə ərizəsi rədd edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan müddəalarının mənasından göründüyü kimi, iddianı təmini tədbiri, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə görülür. Konkret halda isə iddiaçının iddia tələbindən göründüyü kimi, cavabdeh tərəfindən ona hesablanmış 9376,53 manat məbləğində borcun silinməsini tələb etmişdir. İddianı təmin etmə tədbiri barədə ərizəsində isə cavabdeh tərəfindən girov kimi saxlanılan vaqonlarda (bir ədədi istisna olmaqla) ona məxsus yüklərin cavabdeh “xxxx” QSC-nin Baş Ələt stansiyasında saxlanılmasının qadağan olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, görülməsi tələb edilən iddianı təmin etmə tədbiri iddia tələbinə mütənasiblik təşkil etmir. Yəni, burada, vaqonlarda olan yüklərin saxlanılmasına qadağa qoyulması iddianı təmini tədbirinin görülməsi - iddiaçının xeyrinə qəbul edilə biləcək, borcun silinməsi barədə qətnamənin icrasına köməyi dəymir, icranı təmin etməsinə yönəlmir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli Qərarında da, məhz, Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddiaçının görülməsini tələb etdiyi iddianı təmin etmə tədbiri Konstitusiya Məhkəməsinin qərarında qeyd olunan meyarlara cavab vermir. Ən azından, iddia ərizsinin təmin olmnması və mübahisələndirilən borc məbləğinin silinməsi barədə yekun məhkəmə qətnaməsi qəbul olunarsa, həmin qətnamənin icra olunaraq borcun silinməsində heç bir əngəllik yaranmır. Bu mənada hər hansı bir iddianı təmini tədbiri növünün görülməsi zəruriyyəti yoxdur. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3641/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərarad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3641/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-780/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-780/2020
24.12.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver