Məhkəmə qərarları › İş №2-2(103)-786/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-786/2021

08.09.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-786/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı artıq ödənişin geri qaytarılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-326/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək təbii qazdan istifadəyə görə əsassız hesablanmış və Cavabdeh İB-yə ödənilmiş 3247,62 manat məbləğin, təqdim edilmiş vergi hesab-fakturalarında olan məbləğlərlə abonentin saldosunda aylıq sərfiyyata dair hissədə yaranan fərq məbləği kimi 1320,60 manatın, ümumilikdə 4568,22 manat məbləğin və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun Azəriqaz” İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, 2016-cı ilin avqust ayı üçün 2405,60 AZN, sentyabr ayı üçün 1325,20 AZN borcların yaranması sayğacın qüsurlu olmasından törəmiş hal olduğundan, həmin borclara görə İddiaçı MMC-nin halhazırdaCavabdehİB-yə mövcud olan 483,18 manat borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 35A ünvanda yerləşən qeyri-yaşayış obyektində, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla həmin ünvanda 04.04.2013cü il tarixli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00090 hesab nömrəsi verilmiş və qeyd olunan ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində ELSTER G-40 RVG EK-220 markalı75122510 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı MMC bu günədək Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təqdim edilmiş təbii qazın sərfiyyatına dair hesabata müvafiq olaraq mütəmadi şəkildə ödənişlər aparmışdır. 2016-cı ilin iyul və avqust ayları üçün qaz sərfiyyatına görə borcla bağlı İddiaçı MMC-yə təqdim edilən hesabatlarda şişirdilmiş rəqəmlərin olması (2016-cı ilin avqust ayı üçün 2405,60 AZN, sentyabr ayı üçün 1325,20 AZN) tərəflərindən narazılığa səbəb olmuş və bu barədə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinə şifahi olaraq bildirilmişdir. Belə ki, həmin aylarda İddiaçı MMC tərəfindən göstərilən məbləğdə təbii qaz istehlak edilməmişdir. Abonent saldosuna baxış keçirərkən İddiaçı MMC tərəfindən 2013cü ildən etibarən cari ilin iyul və avqust ayları da daxil olmaqla iyul və avqust ayları üçün qeydə alınmış qaz sərfiyyatı aşağıdakı kimidir: 08/2013-cü il tarixə -153,60 AZN; 09/2013cü il tarixə -127 AZN; 08/2014-cü il tarixə -63,90 AZN; 09/2014-cü il tarixə -134,10 AZN; 08/2015-ci il tarixə -51,30 AZN; 09/2015-ci il tarixə -48,60 AZN; 08/2016-cı il tarixə - 2405,60 AZN; 09/2016-cı il tarixə -1325,20 AZN; 08/017-ci il tarixə - 121,60 AZN; 09/2017ci il tarixə -85,80 AZN; 08/2018-ci il tarixə -49 AZN; 09/2018-ci il tarixə -26,40 AZN; 08/2019-cu il tarixə -86,40 AZN; 09/2019-cu il tarixə -126 AZN; 08/2020-ci il tarixə -26 AZN; 09/2020-ci il tarixə -0 AZN; 01.08.2016-cı il tarixə istifadə edilən təbii qaza görə borcun 2405,60 AZN və 01.09.2016-cı il üçün borcun 1325,20 AZN təşkil etməsi 2016-cı il tarixədək eyni mövsüm üzrə istehlak edilmiş qaz sərfiyyatı ilə müqayisədə kəskin ziddiyət təşkil etdiyindən məsələnin dəqiq araşdırılması məqsədi ilə 2016-cı ildə Cavabdehİstehsalat Birliyinə müraciət edilmişdir. Birliyin mütəxəssislərinin tövsiyəsi əsasında qaz sayğacının qüsurla işləyə biləcəyini düşünərək İddiaçı MMC-ni təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılan ELS TER G-40 RVG EK220 markalı 75122510 nömrəli qaz sayğacı şəxsi vəsaitləri hesabına yoxlanılması məqsədilə laboratoriyaya göndərilmiş, SOCAR-ın İTRİ-nin Qaz servis informatika Departamentinin 10.10.2016-cı il tarixli, 003622 saylı qüsur aktına əsasən İddiaçı MMC-ni təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılan ELS TER G-40 RVG EK-220 markalı 75122510 nömrəli qaz sayğacının qüsurla işlədiyi müəyyən edilmişdir. Bundan sonra həmin sayğac öz vəsaitimiz hesabına təmir olunaraq 01.11.2016-cı il tarixdə yerinə quraşdırılmışdır. İddiaçıdan asılı olmayan səbəblərdən qaz sayğacının qüsurla işləməsi, yəni təbii qaz sərfiyyatını düzgün aparmaması ilə əlaqədar olaraq 01.08.2016-cı il və 01.09.2016-cı il tarixlər üçün qeyd olunan məbləğlərdə qaz sərfiyyatı qeydə alınmışdır. Borcun silinməsi ilə əlaqədar Birliyə edilən müraciətə cavab olaraq bildirilmişdir ki, onlar belə səlahiyyətə malik deyil və təbii qaz sərfiyyatına görə yaranmış borc yalnız məhkəmə qərarı əsasında silinə bilər. Cavabdeh İB tərəfindən təqdim olunan İddiaçı MMC-yə aid abonentin saldosuna nəzər saldıqda müəyyən olunur ki, aylıq sərfin məbləği 09/2017-ci il tarixdə 85,80 manat, 10/2017-ci il tarixdə 186,40 manat, 11/2017-ci il tarixdə 1140 manat və 12/2017-ci il tarixdə 3425,80 manat qeyd olunmuşdur. Lakin Cavabdeh tərəfindən İddiaçı MMC-yə göndərilən vergi hesab-fakturalara nəzər saldıqda müəyyən olunur ki, həmin borclara görə göndərilən aylıq vergi hesab-fakturalarda rəqəmlər fərqlidir, yəni – 02.10.2017-ci il tarixdə ƏDV daxil 73,99 manat, 08.11.2017-ci il tarixdə ƏDV daxil 164,2 manat, 04.12.2017-ci il tarixdə ƏDV daxil 217,2 manat və 15.01.2018-ci il tarixdə ƏDV daxil 3062,01 manat qeyd olunmuş, bu səbəbdən İddiaçı MMC tərəfindən hesab-fakturada qeyd olunan məbləğlər ödənilmişdir. Qeyd olunan məbləğlər arasında yaranmış fərqlərin səhv göstərilməsinin səbəbi müəmmalı olduğundan aydınlıq gətirilməsi üçün Cavabdeh İB-yə rəsmi müraciət edilsə də, Cavabdeh İB məsələyə aydınlıq gətirməkdən yayınmış, cavab məktubları tamamilə fərqli motivlərdə olmuş, əksinə borcun olmasını əsas gətirərək Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən təbii qazın verilməsi dayandırılmışdır. Belə ki, abonentin saldosuna nəzər saldıqda müəyyən etmək olar ki, 2020-ci ilin avqust ayında təbii qazın verilişi dayandırıldığından ümumiyyətlə təbii qaz istehlak edilməmişdir. Bu səbəbdən İddiaçı MMC məcburiyyət qarşısında qalaraq öz təqsirindən yaranmayan borcları CavabdehİB-yə ödəmişdir ki, təbii qazın verilişi bərpa edilsin. Bakı Kommersiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-2(113)-326/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə təbii qazdan istifadəyə görə əsassız hesablanmış və İddiaçı MMC tərəfindən Cavabdeh İB-nə ödənilmiş 3730,80 manat, təqdim edilmiş vergi hesab-fakturalarında olan məbləğlərlə abonentin saldosunda aylıq sərfiyyata dair hissədə yaranan fərq məbləği kimi 1320,60 manat, ümumilikdə 5051,40 manat məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat CavabdehİB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İB apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, e-2-2 (113)-326/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi 2016-cı ilin avqust və sentyabr aylarında təbii qazdan faktiki istifadə edilmiş, lakin iddiaçı borcun artıq hesablanmasından narazıdır. Buna baxmayaraq məhkəmə sözügedən iki ay ərzində hesablanmış borcu tam şəkildə əsassız hesab etmiş və əsassız hesab etməsinə dair qətnamədə heç bir hüquqi əsas göstərməmişdir. Faktiki təbii qazdan istifadə edildiyi halda borcun bir hissəsini deyil, məhz tam əsassız hesab edilməsi məhkəmənin qeyri obyektivliyinin sübutudur. Məhkəmə eyni zamanda qaz sayğacının qüsurlu olmasını vurğulayır, lakin qüsurun mahiyyətini araşdırmamışdır. Belə ki, qüsur aktından da göründüyü kimi əvəzlənməsi tələb edilən hissələr batareya və yastıq olmuşdur. Məhkəmə bu hissələrin qaz sayğacının hesablayıcı mexanizminə nə kimi təsir göstərdiyini müəyyən etməmiş, yalnız ümumi ifadə ilə qüsurlu olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qanunun tələbindən də göründüyü kimi qaz sayğacına görə cavabdehlik bütövlükdə iddiaçı olan hüquqi şəxsin üzərindədir və məhkəmə qanunla iddiaçının cavabdeh olduğu öhdəliyə görə əsassız olaraq digər hüquqi şəxsi cavabdeh bilir. 2016-cı ilin avqust və sentyabr aylarında sərf edilən qaz həcmi qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmiş və yalnız digər illərin müvafiq dövrlərinə əsaslanaraq, eyni zamanda işin faktiki tərəflərini nəzərə almadan borcu əsassız hesab etmək qanunsuzdur. İddia tələbinin digər hissəsi olan 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvar ayınadək, 4 ay müddətində abonent saldosunda olan hesablamalarla iddiaçının vergi hesab fakturalarında olan rəqəmlərlə uyğunsuzluq olduğundan vergi hesab fakturası məhkəmə tərəfindən əsas götürülmüş və 1320,60 manat pulun geri qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart“ tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. Qanunun tələbindən də göründüyü kimi qazın dəyəri vergi hesab-fakturaya əsasən deyil, məhz qaz sayğacının göstəricilərinə əsasən paylayıcı tərəfində təqdim edilmiş hesab üzrə ödənilir. Abonent saldosundan göründüyü kimi və 4 ay müddətində hesablanmış borcun tam ödənildiyindən aydın görünür ki, iddiaçıya müvafiq dövrlər üzrə sayğac göstəricilərinə əsasən hesab təqdim edilmiş və iddiaçı tərəfindən həmin borclar tam olaraq ödənilmişdir. Məhkəmə heç bir qanuna, hüquqi akta əsaslanmadan vergi sənədinə əsasən ödənilmiş qazın dəyərinin geri qaytarılmasını qət etmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən tələb edilən borc məbləği sayğac göstəricilərinə əsasən istifadə edilmiş təbii qazın dəyərini təşkil edir. Məhkəmə tərəfindən qeyd olunan mötəbər hallara qiymət verməməsi və qeyd etdiyimiz qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-326/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər arasındakı 04.04.2013-cü il tarixli 793/04-13 nömrəli qazın alqı-satqısı barədə müqavilədən görünür ki, istehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etmək paylayıcının vəzifəsi kimi müəyyən edilmişdir. İş materiallarında olan 28.10.2016-cı il tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin “sayğacın istismara yararlığı haqqında” arayışdan görünür ki, 28.10.2016-cı il tarixdə Elster EK-220 ******* nömrəli 75122510 markalı qaz sayğacında yoxlama keçirilmiş, qüsur aktı tərtib olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, X1MMC –yə aylıq sərfin məbləği 2016-cı ilin avqust sentyabr ayları üçün 2406,50, 3731,70 manat hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-yə göndərilən vergi hesab-fakturalardan görünür ki, aylıq qaz sərfinin məbləği 02.10.2017-ci il tarixdə ƏDV daxil 73,99 manat, 08.11.2017-ci il tarixdə ƏDV daxil 164,2 manat, 04.12.2017-ci il tarixdə ƏDV daxil 217,2 manat və 15.01.2018-ci il tarixdə ƏDV daxil 3062,01 manat qeyd olunmuşdur. İş materiallarında olan 09.03.2021-cı il tarixli abonentin saldosundan görünür ki, İddiaçı MMC tərəfindən aylıq sərfin məbləği 09/2017-ci il tarixdə 85,80 manat, 10/2017-ci il tarixdə 186,40 manat, 11/2017-ci il tarixdə 1140 manat və 12/2017-ci il tarixdə 3425,80 manat qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 04.04.2013cü il tarixli 793/04-13 nömrəli qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müəyyən edilmişdir ki, iddiaçıya məxsus sayğacda yaranmış qüsurla əlaqədar yay ayları olmasına baxmayaraq 2016-cı ilin avqust-sentyabr ayları üçün qaz sərfiyyatının məbləği əvvəlki illərin avqust və sentyabr ayları üzrə göstəricilərindən əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Belə ki, 2016-ci ilin avqust ayında aylıq sərfiyyatın məbləği 2405,60, sentyabr ayında 1325,20 manat olmuşdur. Halbuki, 2015-ci ilin avqust ayında sərfiyyatın məbləği 51,30 manat, sentyabr ayında sərfiyyatın məbləği 48,60 manat təşkil etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən tərtib olunan abonentin saldosunda aylıq sərfin məbləği 09/2017-ci il tarixdə 85,80 manat, 10/2017-ci il tarixdə 186,40 manat, 11/2017-ci il tarixdə 1140 manat və 12/2017-ci il tarixdə 3425,80 manat qeyd olunduğu halda “Azəriqaz“ tərəfindən “X1“ MMC-yə göndərilən vergi hesabfakturalarda rəqəmlər fərqli göstərilmişdir, yəni – 02.10.2017-ci il tarixdə ƏDV daxil 73,99 manat, 08.11.2017-ci il tarixdə ƏDV daxil 164,2 manat, 04.12.2017-ci il tarixdə ƏDV daxil 217,2 manat və 15.01.2018-ci il tarixdə ƏDV daxil 3062,01 manat qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə təbii qazdan istifadəyə görə əsassız hesablanmış və İddiaçı MMC tərəfindən Cavabdeh İB-nə ödənilmiş 3730,80 manat, təqdim edilmiş vergi hesabfakturalarında olan məbləğlərlə abonentin saldosunda aylıq sərfiyyata dair hissədə yaranan fərq məbləği kimi 1320,60 manat, ümumilikdə 5051,40 manat pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İşə apelyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, 2017-ci ilin 9-12-ci ayları üçün “Azəriqaz“tərəfindən “X1“MMC-yə göndərilən vergi hesab- fakturalarındakı borc məbləğinin abonentin saldosuna işlənmiş rəqəmdən fərqli olduğu işdəki sənədlərdən aydın göründüyü halda, cavabdehin nümayəndəsi məhkəmə iclasında saldoda borcun məbləğinin daha artıq göstərilməsinin səbəbini izah edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin tələbinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilən normanın tələbinə əsasən cavabdeh 2017-ci ilin 9-12-ci ayları üçün qazın dəyəri ilə bağlı istehlakçıya təqdim etdiyi hesabda qeyd edilmiş məbləğdən artıq ödəniş tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-326/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-326/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar