Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-795/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X27 X24 Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: tikilinin özbaşına tikili sayılması üçün əsaslar, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması, mühafizə zonası, gözlənilən mülkiyyət hüququ, hüquqdan sui-istifadə, hüquqi müəyyənlik, prosessual qənaət prinsipi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X7 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə X27 X24 Cavabdehnə qarşı “tikilinin özbaşına tikili hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh firmasının rəhbərliyi Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinə müraciət edərək, Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə uzun müddətdən bəri istifadəsiz qalmış, heç bir tikilisi və qurğusu olmayan məhəllədaxili mini futbol meydançasının Rayon Layihə-Smeta Bürosunda tərtib olunmuş layihəyə uyğun olaraq firma tərəfindən bərpa olunaraq yenidənqurma işlərinin aparılmasına icazə verilməsini xahiş etmiş, Bakı şəhəri Nizami rayonu İcra hakimiyyəti yeniyetmə və gənclərin idman fəaliyyətini yaxşılaşdırmaq məqsədilə göstərilən məsələyə münasibət bildirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinə xx.xx.2002-ci il tarixli 02/81 №-li məktubla müraciət ünvanlamış, Bakı şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2002-ci il tarixli 7-1133/7 №-li məktubla əlavə olunmuş layihəni razılaşdıraraq yenidənqurma işlərinin aparılmasına etiraz etmədiyini bildirməklə sənədləşdirmənin rayon İcra Hakimiyyətində aparılmasını tapşırmış, Bakı şəhəri Nizami rayonu İcra hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 234 nömrəli sərəncamı ilə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında müvafiq qaydada öz vəsaiti hesabına Cavabdeh firmasına Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilmişdir.
2. ünvan 3 ünvanında yerləşən “Ruslan-93" kiçik müəssisəsinə məxsus qeyriyaşayış binasının Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli “Torpaq sahəsinin planı”na əsasən, torpaq sahəsi 8849,4 kv.m. olmaqla, üzərində “A” literli mehmanxana binası, “B” literli inzibati bina, “V” literli ofis, “Q” literli qaraj, “D” literli saray və digər tikililər nəzərdə tutulmuşdur.
3. ünvan 4 ünvanında yerləşən “Ruslan-93" MMC-yə məxsus idman kompleksinin hostelində xx.xx.2022-ci il tarixində yanğın hadisəsi baş vermiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 25 may 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur.
4. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli 430 nömrəli Fərmanına uyğun olaraq, "xxxx" X30 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi SOCAR-ın xx.xx.2014-cü il tarixli əmrinə əsasən X27 X28 qoşularaq ləğv olunmuş, X27 X30 "xxxx" X16 qoşulması nəticəsində yenidən təşkil edilmişdir.
5. X27 X24 (NEZ) yeni redaksiyada verilmiş nizamnaməsi Bakı Vergilər Departamentinin X9 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır.
6. X27 X30 ilə "xxxx" MMC arasında 10 mart 2020-ci il tarixində “İstismar və İdaretmə Xidmətləri” haqqında müqavilə (“Menecment Müqaviləsi”) imzalanmışdır.
7. SOCAR-ın 27 dekabr 2021-ci il tarixli əmrinə əsasən, X27 X24 idarəetmə aparatının bütün funksiyaları "xxxx" MMC-yə (SDM) verilmiş, həmin əmrin 1-ci bəndində əmr edilmişdir ki, “...menecment müqaviləsindən irəli gələn idarəetmə münasibətlərinin daha səmərəli tənzimlənməsini təmin etmək üçün NEZ-in idarəetmə aparatının bütün funksiyaları (o cümlədən, NEZ-in Nizamnaməsinin 7-ci bəndi ilə müəyyən edilmiş səlahiyyətlər daxil olmaqla) SDM-yə ötürülsün.”.
8. NEZ-in Nizamnaməsinin 7.1-ci bəndinə əsasən, zavoda təkbaşına idarəçilik prinsipi əsasında fəaliyyət göstərən Zavodun direktoru rəhbərlik edir; 7.2-ci bəndinə görə, Zavodun direktoru SOCAR-ın prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir; 7.5-ci bəndinə əsasən, zavodun direktoru zavod adından vəkalətnaməsiz fəaliyyət göstərir, onu üçüncü şəxslər qarşısında təmsil edir, səlahiyyətləri daxilində vəkalətnamələr, etibarnamələr verir.
9. X27 Bakı X24 mühafizəsi üzrə Polis İdarəsinin böyük komandiri, polis baş leytenantı X8, taqım komandiri, polis mayoru X13, manqa komandiri, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda aşağıdakılar göstərilmişdir: “xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində X27 X24 neft məhsulları nəql olunan kəmərlərinin mühafizə zolağında Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında, 45 saylı postun ərazisində kəmərdən təqribən 12 metr aralı Cavabdeh İdman Kompleksinin ərazisində köhnədən olan hasarın daxilində təqribən 400-500 kv.m olan sahənin içərisində tikintisi başa çatmış 3 mərtəbəli binaya bitişik 13 metr enində, 20 metr uzunluğunda 2-ci binanın 3-cü mərtəbəsi üzrə aparılan tikinti işlərinin tamamlanması tərəfimizdən aşkarlandı. Həmin ərazidə özünü iş icraçısı kimi təqdim edən X11 bildirdiyinə görə sözügedən ərazidə 2 mərtəbəli, içərisində yaşayış olan və 3-cü mərtəbəsi mansard olan tikilini 2022-ci ilin dekabr ayının 31-də yandığını və həmin binanın yenidən bərpa etdiklərini bildirmişdir. Həmin tikilinin mühafizə zonası daxilində olduğu sözü gedən vətəndaşa bildirilərək xəbərdarlıq olunsa da, o yeni tikili aparmadığını, köhnə tikilini yenidən bərpa etdiklərini və tikintini davam etdirəcəklərini bildirmişdir”.
10. "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “xx.xx.2023-cü il tarixində saat 14:00 radələrində X27 X28 məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında vətəndaş X20 tərəfindən tikinti işləri aparılan mübahisəli əraziyə-Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yerləşən qeyri-yaşayış obyektinin 30-cu mərtəbəsində aparılan inşaata baxış keçirilmişdır. Baxış zamanı məlum oldu ki, aparılan tikinti işləri ilə NEZ-ə məxsus ən yaxın olan Dş-300 mm neft boru kəməri arasındakı məsafə 15 metr təşkil edir. Eləcə də bu boru kəmərinə paralel NEZ-ə məxsus Dş-250 mm, Dş-300 mm digər neft boru kəmərlərinin keçdiyi müəyyənləşdirildi. Aparılan tikinti işlərinin təxmini ölçüləri 13 metr uzunluğunda, 4 metr hündürlüyündə, 20 metr enində olması aşkar olunmuşdur”.
11. X27 Bakı X30 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Neft boru kəmərlərinin texniki parametrləri barədə arayış”da göstərilmişdir ki, X27 Bakı X23 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Ds-500 mm. (dizel yanacağı) ve Ds- 300 mm. (reaktiv mühərrik yanacağı) nefi boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İBnin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan D-200 mm. (quru qaz), Ds- 250 mm. (nafta) net boru kəmərləri isə 2011-ci ildə çəkilmişdir və zavodun balansındadır.
12. X27 X24 Nümayəndə4 qarşı “tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması” tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 234 nömrəli sərəncamı ilə Cavabdeh firmasına öz vəsaiti hesabına Bakı şəhər İcra Hakimiyyəti Başçısının razılıq məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında müvafiq qaydada Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən Cavabdehnə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportuna daxil olan A tikintisinin planının surətindən görünür ki, qeyri-yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 25 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərarına əsasən müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus idman kompleksinin hostelində xx.xx.2022-ci il tarixində yanğın hadisəsi baş vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən məhkəmədən iddiaçıdan və Azərbaycan Respublikası Energetika Nazirliyindən icazə alınmadığı üçün qanunsuz hesab etdiyi tikilinin üçüncü mərtəbəsinin sökülməsi tələbini irəli sürmüşdür. İddiaçı öz tələbini əsaslandırarkən iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasının 15 metrlik məsafəsində yerləşən torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən zəbt edilərək tikilinin 3-cü mərtəbəsində özbaşına tikinti-quraşdırma işlərinin aparıldığını, bunun da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaratdığını bildirmişdir. Lakin iddiaçı tikilinin 3-cü mərtəbəsinin sonradan tikildiyini, tikilinin üçüncü mərtəbəsinin neft boru kəmərinə qulluq edilməsinə, onun istismar edilməsinə hansı maneçilik yaratdığını, insanların həyatı üçün təhlükəsinin nədən ibarət olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsinin tikilinin iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasının 15 metrlik məsafəsində yerləşməsini qeyd etməsi ilə bağlı işin halı cavabdehin nümayəndəsi tərəfindən iclasda mübahisələndirilmədiyindən məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməmişdir. Məhkəmə qeyd edir ki, tikilinin 3-cü mərtəbəsinin mühafizə zonasının hüdudlarında yerləşməsi əsası ilə iddianın təmin edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli ərazidə tikinti və yenidənqurma işləri aparılmasına icazə 2002-ci il tarixdə verilmiş, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsindən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmişdir. İddiaçının nümayəndəsi də izahatında tikilinin köhnə tikili olduğundan bütün tikilinin sökülməsini istəmədiklərini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı tərəfindən tikilinin 3-cü mərtəbəsinin sökülməsi tələbinin irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen" işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə, o, bu hüququndan sui-istifadə etmiş olur. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus idman kompleksinin mehmanxanası 3 mərtəbədən ibarət olmuşdur. 2022-ci il dekabr ayının 31-də baş vermiş yanğın nəticəsində mehmanxanaya xeyli ziyan dəymiş və dəymiş ziyanın aradan qaldırılması ilə bağlı “Ruslan-93" MMC tərəfindən mehmanxanada təmir-bərpa işləri aparılmışdır. Tikilinin 3 mərtəbədən ibarət olması iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. O, izahatında qeyd etmişdir ki, tikilidə yanğın baş verməsinin onlara aidiyyəti yoxdur. Onlar tikiliyə baxış keçirərkən 3-cü mərtəbədə tikinti işləri aşkar etmişlər. Tikili köhnə tikili olduğundan bütün binanın sökülməsi ilə bağlı tələb irəli sürməmişlər. Belə olduğu halda məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinin üçüncü mərtəbəsinin qeyriqanuni tikili hesab edilməsinə dair iddiaçının iddiası tamamilə əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ola bilsin ki, cavabdeh tərəfindən tikilidə təmir, yaxud bərpa işləri aparılsın. Lakin bu hal iddiaçıya əsas vermir ki, o, tikilinin 3-cü mərtəbəsinin sökülməsini tələb etsin. Üstəlik iddiaçı tərəf həqiqətən insanların həyat və sağlamlığı üçün də "narahat" olduğuna görə bu cür iddia irəli sürübsə, ən azından bugünədək neft kəmərinin mühafizə zonasında hansısa tikilinin mərtəbəsinin sökülməsinə nail olmalarına dair məhkəməyə sübut da təqdim edə bilərdi, ancaq etməyib. Belə bir vəziyyətdə cavabdehə qarşı bu formada iddia irəli sürməsi isə hüququn ali məqsədinə xidmət etmir. Yəni, hüququn ali məqsədi ədaləti təmin etməkdir. İddiaçının arzuladığı formada məhkəmə aktının çıxarılması isə açıq-aşkar hüququn ali məqsədinə xidmət etməzdi". İddiaçının tələbinin predmetinin dəlilini təşkil edən "qanunsuz tikili", yəni "özbaşına tikili" ilə bağlı bildirilmişdir ki, qeyd olunan faktın əsaslandırılması üçün ilk növbədə qanunvericilikdə qanunsuz və özbaşına tikili anlayışının necə təsbit olunduğunu müəyyənləşdirmək zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak o halda özbaşına tikinti hesab edilə bilər ki, həmin yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Göründüyü kimi, qeyd olunan Məcəllədə tikintinin hansı hallarda özbaşına hesab edilməsi müəyyən edilmişdir. Lakin iş materiallarından görünür ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 234 nömrəli sərəncamı ilə "xxxx" firmasına öz vəsaiti hesabına Bakı şəhər İcra Hakimiyyəti Başçısının razılıq məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında müvafiq qaydada Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən “Ruslan-93" kiçik müəssisəsinə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportuna daxil olan A - tikintisinin planının surətindən görünür ki, qeyri-yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir. Həmin sərəncam, verilməsindən 20 il keçməsinə baxmayaraq, mübahisələndirilməmişdir və qeyd olunan sərəncam, tikilinin özbaşına olmasını təkzib edir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunur ki, bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında o halda sökülə bilər ki, həmin bina və qurğular tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Qanunverici həm özbaşına tikili anlayışını, həm də özbaşına tikilinin sökülməsi şərtlərini konkret olaraq müəyyən etdiyindən, yalnız həmin şərtlərin mövcud olması tikilinin özbaşına hesab edilməsi və sökülməsi ilə nəticələnə bilər”.
13. Nümayəndə4 həmin işə baxılarkən Cavabdeh direktor müavini olmuşdur və hazırda da həmin vəzifədə işləyir.
14. X27 X30 tərəfindən Cavabdehnə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, X27 Bakı X28 məxsus neft məhsulları nəql olunan neft boru kəmərinin "Mühafizə Zonası”nda Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş 3 mərtəbəli tikilinin 10 gün müddətində sökülməsi tələb olunaraq, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
15. Cavabdeh tərəfindən X27 X28 göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı ilə "Ruslan-93” firmasına Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş ünvan 6 ünvanında yerləşən "Ruslan-93” kiçik müəssisəsinə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportuna daxil olan A-tikintisinin planının surətindən görünür ki, qeyri-yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir. 31 dekabr 2022ci il tarixində, ünvan 6 ünvanında yerləşən, "Ruslan-93” MMC-yə məxsus idman kompleksinin hostelində yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində "Ruslan-93” kiçik müəssisəsinə xeyli ziyan dəymiş və yanğından sonra həmin bina ilə bağlı "Ruslan- 93” MMC tərəfindən təmir-bərpa işləri aparılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 25 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən "Ruslan-93” MMC-yə məxsus idman kompleksinin hostelində xx.xx.2022-ci il tarixində yanğın hadisəsi baş vermişdir. Bundan başqa, Bakı şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmurları ünvan 3 ünvanında yerləşən Cavabdeh idman kompleksində olmuşlar və həmin ünvanda tərəfindən heç bir tikinti işlərinin aparılmadığını müəyyən etmişlər”. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
16. X27 X30 (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında inşa edilmiş 3 mərtəbəli tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Kiçik Müəsisəsi tərəfindən X27 X28 məxsus neft məhsulu nəql olunan Dş-200 mm neft boru kəmərinin mühafizə zonasının 15 metrlik məsafəsində torpaq zəbt edilməklə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7 “A” ünvanında tamamlanmamış tikilinin 3-cü mərtəbəsində özbaşına 13x20 (400 kv.) metrlik sahədə tikinti-quraşdırma işlərinin aparıldığı aşkar olunmuşdur. Bundan başqa, həmin ərazidən Dş-200 mm neft boru kəmərinə paralel Dş- 250 mm, Dş-300 mm və Dş-500 mm neft boru kəmərləri keçir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən X27 X30 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X4 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarana bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. X27 X28 məxsus magistral boru kəmərlərinin mühafizə zonası, yəni borulardan sağa və sola normativ sənədə əsasən (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır.
18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, 180.2-ci, 180.4-cü, Torpaq Məcəlləsinin 46-cı, 111.1-ci, 111.2-ci, 111.3-cü maddələrinə istinad edilmişdir.
19. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı yazılı etiraz verilmiş, etiraz Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə istinadla əsaslandırılaraq (§ 12) və həmin qətnamə ilə iddiaçının iddia tələbinə artıq qiymət verildiyi, qanunvericinin həm özbaşına tikili anlayışını, həm də özbaşına tikilinin sökülməsi şərtlərini konkret olaraq müəyyən etdiyi, yalnız həmin şərtlərin mövcud olmasının tikilinin özbaşına hesab edilməsi və sökülməsi ilə nəticələnə biləcəyi, bənzər işlər üzrə Ali Məhkəmənin təcrübəsinin mövcudluğu (Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-189/2024 saylı qərarı) vurğulanaraq iddianın rədd olunması xahiş edilmişdir.
20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, ərazidə cavabdehə məxsus 1 mehmanxana var. Ekspert rəyində qeyd edilmişdir ki, ərazidə paralel şəkildə yerləşən neft kəmərləri ilə cavabdehin istifadəsində olan ərazi arasında yol mövcuddur, neft kəmərindən cavabdehin istifadəsində olan ərazi hasarına və giriş qapısına qədər olan məsafə 11,5 metr təşkil edir. Həmin neft kəmərlərinin biri 30 atmosferdir, neft kəmərlərindən biri partlasa mehmanxana yararsız vəziyyətə düşər və həmin mehmanxanada yerləşdirilmiş heç bir şəxs ordan sağ çıxa bilməz. Bu böyük bir məsuliyyətdir və bunu üzərlərinə götürmək istəmirlər. Həmin ərazidə anbar, təsərrüfatla bağlı digər tikililər olsa idi, belə bir mübahisə olmazdı. Bu məsələdə şəxsi qərəz yoxdur, sərəncam abadlaşdırma işlərinin aparılması məqsədilə verilmişdir, tikinti üçün icazələri yoxdur.
21. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı tərəf sərəncamı ləğv etdirib sonra hazırkı iddianı qaldıra bilərdi. Həmin ərazidə yanğın olmuş və bütün ərazi yanmış, yanğından sonra təmir-bərpa işləri görülmüş, cavabdeh tərəfindən yanğının fəsadlarını aradan qaldırmaq üçün tikinti işləri həyata keçirilmişdir. Həmin obyekt əvvəlcədən mehmanxana olmuş, tikili “q” formasında tikilmişdir. 300 metr sağ-sol hər tərəf tikililərlə əhatə olunmuşdur. Nizami Rayon Məhkəməsinin qərarında tikilinin qanunsuz olmaması qeyd olunur, iddiaçı tərəfin gətirdiyi bütün dəlillər əsassızdır. Əvvəllər tikilmiş 3-cü mərtəbənin sökülməsini istəyirdilər, indi isə tikilinin tamamilə sökülməsini tələb edirlər.
22. Məhkəmənin təyin etdiyi ekspertiza üzrə tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3-cü bəndinin tələblərinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsinin mühafizə zonası üçün ayrılmasını və "Ruslan-93” Kiçik Müəssisəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında inşa edildiyi qeyd olunan 3 mərtəbəli tikilinin X27 X24 istismarında olan neft boru kəmərlərindən 11,5 metr aralıda yerləşməsi nəzərə alınaraq, həmin 3 mərtəbəli tikilinin neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Müqayisəli tədqiqat nəticəsində Cavabdeh Kiçik Müəsisəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında inşa edildiyi qeyd olunan 3 mərtəbəli tikilinin və yerləşdiyi torpaq sahəsinin bütövlüklə Bakı şəhəri Nizami rayonu İcra Hakmiyyəti Başçısının (Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə istifadəsiz qalmış mini futbol meydançasının yenidənqurma və bərpa edilməsinə icazə verilməsi haqqında) xx.xx.2002-ci il tarixli 234 saylı Sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il “Torpaq sahəsinin planı” ilə Cavabdeh istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir”.
23. Birinci instansiya məhkəməsinin 25 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Cavabdeh Kiçik Müəsisəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7 "A” ünvanında inşa edilmiş 3 mərtəbəli tikilinin özbaşına (qanunsuz) hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
24. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
24.1. İddia tələbini Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında inşa edilmiş 3 mərtəbəli tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək "Mühafizə Zonası”ndan çıxarılması təşkil edir. 24.2. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə "Mühafizə Zonası”na aid edilir. "Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. "Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X4 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. 24.3. İşin müəyyən olunmuş halların göründüyü kimi, iddiaçı X27 X30 cavabdeh "Ruslan-93” Kiçik Müəssisəsi tərəfindən X27 X28 məxsus neft məhsulu nəql olunan Dş-200 mm neft boru kəmərinin mühafizə zonasının 15 metrlik məsafəsində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında özbaşına tikinti-quraşdırma işlərinin aparıldığını aşkar etmişdir. Tikintiquraşdırma işlərinin aparıldığı ərazidə Dş-200 mm neft boru kəmərinə paralel Dş-250 mm, Dş-300 mm və Dş-500 mm neft boru kəmərləri yerləşir. Həmçinin müəyyən olunur ki, X27 Bakı X23 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Ds-500 mm. (dizel yanacağı) və Ds-300 mm. (reaktiv mühərrik yanacağı) nefi boru kəmərləri 1993-cü ildə, "Azərikimya" İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan D,-200 mm. (quru qaz), Ds-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. 24.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1--ci maddəsinin tələblərindən göründüyü kimi, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəməyə sübut qismində təqdim olunan Bakı şəhəri, Nizami rayonu İcra hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının razılıq məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında müvafiq qaydada öz vəsaiti hesabına "Ruslan-93” firmasına Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən Cavabdehnə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının A tikintisinin planında qeyri-yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edildiyini qeyd etmişdir. "Ruslan-93” Kiçik Müəssisəsi qeyd edilənləri əsas gətirərək, mübahisələndirilən tikilinin özbaşına olmadığını iddia etmişdir. 24.5. Bununla bağlı qeyd olunmalıdır ki, sərəncamın məzmunundan da göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu İcra hakimiyyəti başçısı tərəfindən yalnız mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilmiş, sərəncamda iddiaçı tərəfindən mübahisələndirilən tikilinin tikilməsinə icazə verilməsi ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu İcra hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş qeyri-yaşayış obyektinin planı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün lazımi icazələrin alınması kimi qiymətləndirilə bilməz. 24.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. X27 X30 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir və qeyd edilən mübahisə üzrə maraqlı şəxs qismində çıxış edir. 24.7. Yuxarıda qeyd olunanlara, işin faktiki hallarına, qanunvericilik normalarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7940 nömrəli ekspert rəyinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, əvvəla, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Digər tərəfdən lazımi icazələr almadan tikilmiş daşınmaz əmlak özbaşına tikili sayılmalıdır. Təqdim olunmuş sərəncamda belə bir icazənin olması öz əksini tapmamışdır, həmçinin təqdim olunmuş plan lazımi icazələrin alınması demək deyil, yalnız müvafiq icazələr alındıqdan sonra digər hərəkətlər edilə bilərdi. Belə icazələrin alınmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, mübahisəli tikili özbaşına tikili sayılmalı və sökülərək mühafizə zonasından çıxarılmalıdır. Eyni zamanda məhkəmə hazırkı qənaətə gələrkən qeyd olunan tikilinin X27 X24 istismarında olan neft boru kəmərlərindən cəmi 11,5 metr məsafədə yerləşməsini, gələcəkdə hər hansı yanğın və s. baş verə biləcəyi hallarda arzuolunmaz nəticələrin yarana bilmə ehtimalını da nəzərə alır. 24.8. Həmçinin nəzərə alınır ki, cavabdehin istinad etdiyi məhkəmə qətnaməsində cavabdeh qismində başqa şəxs olmuşdur.
25. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 157.8-ci, 180.1-ci, 180.2-ci, 180.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20-ci, 46-cı maddələrinə istinad etmişdir.
26. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş halları nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
28. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh qanuni əsaslarla ona ayrılmış torpaq sahəsində heç bir yeni tikinti işləri həyata keçirməmiş, layihəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdinə təsdiq edilmiş qeyri-yaşayış obyektində (mehmanxanada) 31 dekabr 2022-ci il tarixində yanğın hadisəsi baş verdiyindən binada təmir-bərpa işləri aparılmışdır. 23 ildən artıqdır mövcud olan və səlahiyyətli dövlət orqanının sərəncamı əsasında inşasına icazə verilmiş tikilini qanunsuz tikili hesab etmək mümkün deyildir, buna görə də iddia əsaslı sayıla bilməz.
29. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində iştirak edən Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, bununla belə cavabdehin nümayəndəsi, onun iddiaçının işçisi olmadığını və bu səbəblə də iddiaçını təmsil edə bilməyəcəyini qeyd edərək adı çəkilən şəxsin izahatının nəzərə alınmamasını xahiş etmişdir.
30. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
31. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
35. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
36. Maddə 67.1. Təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.
37. Maddə 91-2.4. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır.
38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
39. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
40. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
41. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
42. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
43. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
44. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
46. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
47. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
48. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”
49. Bənd 4.1. İxrac neft boru kəmərlərinin (İNBK) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBKmn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır.
50. Bənd 6.1. Bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi "Mühafizə Zonası"nda Energetika Nazirliyinin və X4 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan qadağandır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
55. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
56. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2021-ci il tarixli Qərarı
59. Bənd 6.3. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir.
Apellyasiya baxışının həddi
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
61. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
63. Kollegiya ilk növbədə, iddiaçının nümayəndəsi qismində "xxxx" MMC-nin işçisinin çıxış edə bilməyəcəyi və dolayısıyla da iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmadığı barədə cavabdehin nümayəndəsinin apellyasiya icraatı zamanı səsləndirdiyi mülahizələrə qiymət verməyi zəruri hesab edir.
64. İşin hallarından görünür ki, X27 X30 “SOCAR”ın törəmə müəssisəsidir (§ 4) və “SOCAR”ın 27 dekabr 2021-ci il tarixli əmrinə görə, zavodun idaretmə aparatının bütün funksiyaları "xxxx" MMC-yə verilmişdir.
65. X27 X30 “SOCAR”ın törəmə müəssəsi olduğundan, sonuncunun tərkibində olan digər qurumlar vasitəsi ilə də məhkəmədə çıxış edə bilər.
66. Belə ki, əsas təsərrüfat cəmiyyəti törəmə təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur (§ 36), yəni əsas təsərrüfat cəmiyyətinin törəmə cəmiyyətin idarəçiliyində daha aktiv rol oynamaq hüququ vardır.
67. Digər tərəfdən, “SOCAR”ın 27 dekabr 2021-ci il tarixli əmrinin əsasını X27 X30 ilə "xxxx" MMC arasında bağlanmış 10 mart 2021-ci il tarixli menecment müqaviləsi təşkil edir (§ 6, 7); həmin müqavilə isə mahiyyət etibarilə kənar idarəçinin cəlb olunması barədə müqavilədir (§ 37).
68. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır (§ 37).
69. Hazırkı halda isə müqavilə X27 X30 ilə "xxxx" MMC arasında bağlanmış və yekun olaraq “SOCAR”ın, yəni iddiaçının yeganə payçısının əmri ilə rəsmiləşdirilmişdir.
70. Bu baxımdan, "xxxx" MMC-nin iddiaçının idarəçiliyində iştirak etmək və onun adından məhkəmədə çıxış etmək hüququ vardır və elektron iddia ərizəsinin X27 X24 nümayəndəsi qismində məhz zavodun direktorunun verdiyi etibarnamə əsasında "xxxx" MMC-nin böyük hüquq məsləhətçisi vəzifəsində işləyən Nümayəndə1 tərəfindən imzalanmış olması, ərizənin səlahiyyətsiz şəxs tərəfindən imzalanması kimi qiymətləndirilməməlidir.
71. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddia ərizəsi yazılı qaydada həmçinin bilavasitə zavodun direktoru tərəfindən də imzalanmış və zavodun möhürü ilə təsdiqlənmişdir; bu isə o deməkdir ki, iddia tələbi məhz X27 X24 iradə ifadəsi olmaqla, iddianın baxılmamış saxlanılması nə qanunun mənasına (§ 59), nə də prosessual qənaət prinsipinə uyğun deyildir.
72. İddia tələbinin mahiyyəti ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:
73. Mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
74. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
75. İddiaçı iddia tələbini, cavabdehin ona məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsini zəbt etdiyi və orada özbaşına tikili inşa etməsi ilə əsaslandırmış, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir.
76. Halbuki işin hallarından, eləcə də aparılmış ekspertiza tədqiqatı əsasında müəyyən olunur ki, Cavabdeh Kiçik Müəsisəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7 A ünvanında inşa edildiyi qeyd olunan 3 mərtəbəli tikili və yerləşdiyi torpaq sahəsi bütövlüklə Bakı şəhəri Nizami rayonu İcra Hakmiyyəti Başçısının (Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə istifadəsiz qalmış mini futbol meydançasının yenidənqurma və bərpa edilməsinə icazə verilməsi haqqında) xx.xx.2002-ci il tarixli 234 saylı Sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il “Torpaq sahəsinin planı” ilə Cavabdeh istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir, ölçüsü 8849,4 kv.m. olan torpaq sahəsinin üzərində “A” literli mehmanxana binası, “B” literli inzibati bina, “V” literli ofis, “Q” literli qaraj, “D” literli saray və digər tikililər nəzərdə tutulmuşdur.
77. Mülki Məcəllənin 180.3-cü maddəsində (§ 46) qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir (§ 42). Bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur.
78. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman "əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X12rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).
79. Bununla yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında “gözlənilən mülkiyyət” anlayışı təsbit olunmuşdur.
80. Belə ki, “Seryogin və digərləri Rusiyaya qarşı” iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir.
81. “X17rşı” qərarının 139-cu bəndində Məhkəmə göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində "mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da, "mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın "hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın "mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda "mülkiyyət hesab edilməsinin qarşısını almır.
82. “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında Məhkəmə xatırlatmışdır ki, "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər.
83. "Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil.
84. Məhkəmənin "Burdov Rusiyaya qarşı” iş üzrə qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, "tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin.
85. İşin hallarından görünür ki, tikilinin yerləşdiyi torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmiş, əksinə, həmin sahə səlahiyyətli dövlət orqanı tərəfindən cavabdehə təhvil verilərək sahənin planı mülkiyyət hüquqlarını qeydə alan qurum tərəfindən təsdiqlənmişdir.
86. Bu baxımdan kollegiya, sözügedən sahənin üzərində yerləşən tikilinin “özbaşına tikili” olub-olmadığı kontekstində qiymətləndirmə aparılmasını zəruri hesab edir:
87. Yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak o halda özbaşına tikinti hesab edilə bilər ki, həmin yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun (§ 45).
88. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının “özbaşına tikili” hesab etdiyi tikili Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli sərəncamı əsasında inşa olunmuş, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə qeyri-yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir.
89. Həmin sərəncam,verilməsindən 23 il keçməsinə baxmayaraq mübahisələndirilməmiş, cavabdeh məhkəməyə həmin sərəncamı təqdim edərək tikilinin özbaşına olmadığını bildirmiş, iddiaçı isə qeyd edilən faktın əksini sübuta yetirə bilməmişdir.
90. İşin hallarından aydın olur ki, xx.xx.2022-ci il tarixində ünvan 4 ünvanında yerləşən “Ruslan-93" MMC-yə məxsus idman kompleksinin hostelində yanğın hadisəsi baş vermiş, cavabdeh həmin yanğının fəsadlarını aradan qaldırmaq üçün tikinti-bərpa işlərini həyata keçirmək istədiyi üçün hazırkı mübahisə ortaya çıxmışdır.
91. Bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında o halda sökülə bilər ki, həmin bina və qurğular tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Qanunverici həm özbaşına tikili anlayışını, həm də özbaşına tikilinin sökülməsi şərtlərini konkret olaraq müəyyən etdiyindən, yalnız həmin şərtlərin mövcud olması tikilinin özbaşına hesab edilməsi və sökülməsi ilə nəticələnə bilər.
92. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahə müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, "gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir.
93. Bu baxımdan yanaşdıqda nə qədər ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsində tikili 2002-ci ildən sonra inşa edilmiş, həmin dövrdən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir, şəxsin tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Bu səbəbdən də mülkiyyət hüququnun məhdudlaşdırılması müəyyən meyarlara cavab verməlidir.
94. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinə xas olan "ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X1rşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük X2rşı iş üzrə 2016cı il 13 dekabr tarixli Qərarı, § 115).
95. Bundan başqa mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9- cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı).
96. “Əhmədova Azərbaycana qarşı” işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun "mülkiyyətinə” aid olsun. "Mülkiyyət” anlayışı "mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və "qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. "Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, "qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1 -ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il).
97. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri, habelə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
98. Bu qənaətə gələrkən kollegiya, iddiaçının daha əvvəl eyni faktiki əsaslarla eyni predmet barəsində Cavabdeh MMC-nin direktor müavininə qarşı irəli sürdüyü iddia tələbinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edildiyini də nəzərə alır; hansı ki, həmin qətnamədə məhkəmə, “iddiaçının tikilinin 3-cü mərtəbəsinin sonradan tikildiyini, tikilinin üçüncü mərtəbəsinin neft boru kəmərinə qulluq edilməsinə, onun istismar edilməsinə hansı maneçilik yaratdığını, insanların həyatı üçün təhlükəsinin nədən ibarət olduğunu sübuta yetirə bilmədiyini, .... tikilinin 3-cü mərtəbəsinin mühafizə zonasının hüdudlarında yerləşməsi əsası ilə iddianın təmin edilməsinin cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndiriləcəyini, cavabdehə mübahisəli ərazidə tikinti və yenidənqurma işləri aparılmasına icazənin 2002-ci il tarixdə verildiyini, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsindən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilmədiyini, ... iddiaçı tərəfindən tikilinin 3-cü mərtəbəsinin sökülməsi tələbinin irəli sürülməsinin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyini, ... ünvan 4 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus idman kompleksinin mehmanxanasının 3 mərtəbədən ibarət olduğunu, 2022-ci il dekabr ayının 31-də baş vermiş yanğın nəticəsində mehmanxanaya xeyli ziyan dəydiyini və dəymiş ziyanın aradan qaldırılması ilə bağlı “Ruslan-93" MMC tərəfindən mehmanxanada təmirbərpa işləri aparıldığını, tikilinin 3 mərtəbədən ibarət olmasının iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilmədiyini, .... tikilidə təmir, yaxud bərpa işləri aparılmasının iddiaçıya tikilinin 3-cü mərtəbəsinin sökülməsini tələb etmək əsası vermədiyini, iddiaçı tərəf həqiqətən insanların həyat və sağlamlığı üçün də "narahat" olduğuna görə bu cür iddia irəli sürübsə, ən azından bugünədək neft kəmərinin mühafizə zonasında hansısa tikilinin mərtəbəsinin sökülməsinə nail olmalarına dair məhkəməyə sübut təqdim etmədiyini” vurğulamış, iddiaçı həmin qətnamə ilə razılaşaraq ondan şikayət verməmişdir.
99. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
100. Kollegiya onu da qeyd edir ki, mübahisəli tikili neft borusunun mühafizə zonasında yerləşdiyindən, orada fəaliyyət göstərmək texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərlidir. Bu baxımdan mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin oradan çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər - hazırda isə iddiaçının belə bir təklifi olmamışdır.
101. Məhkəmə xərclərinə də münasibət bildirilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərin aid olunmalı, birinci instansiya məhkəməsindəki icraat zamanı alınmış ekspertiza tədqiqatının xərci isə iddiaçıdan alınıb müvafiq hesaba köçürülməlidir.
102. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin, yaxud apellyasiya dəlilinin olub-olmamasına bağlı deyildir.
103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-216/2025 saylı iş üzrə 25 aprel 2025ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. X27 X24 Cavabdehnə qarşı “tikilinin özbaşına tikili hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat X27 X23 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. X15 Adına X30 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov