Məhkəmə qərarları › İş №2-2(103)-860/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-860/2025

29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-860/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(113)-719/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi üzrə ona məxsus “DAF XF 105.460 YÜK” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh MMC-dən alınaraq İddiaçı sahibliyinə və istifadəsinə qaytarılması, İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq (əldən çıxmış fayda) 12.000 (on iki min) manat və 2000 (iki min) manat mənəvi ziyanın və məhkəməyə ödənilən 64 manat dövlət rüsumunun və mediasiya xərcləri 300 manatın Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-719/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "DAF XF 105.460 YÜK” markalı, 50- EJ184 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-719/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(113)- 719/2025 nömrəli qərardadı ilə Cavabdeh ərizəsi rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2-2(113)-719/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

5. Cavabdeh 05 iyul 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(113)-719/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün o, qarşılıqlı iddia qaldıra bilməmişdir. Bundan əlavə işin nəticəsinə təsir edə biləcək yeni sübutlar təqdim ediləcəyi halda, digər faktiki halları müəyyən edəcəkdir ki, iddiaçı bu sənədləri məhkəmədən gizlədərək həqiqətin ortaya çıxmasına maneə yaratmışdır. Həmin bu yeni sübutlarda apellyasiya məhkəməsində tədqiq edilərkən işin nəticəsinə təsir edəcəyindən, bu haldada məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab ediləcəkdir. Bundan əlavə bu predmet eyni əsas üzrə ilkin iddiaçı "xxxx" MMC olaraq 2023-cü ildə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. İddia təmin olunmadığından Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsin də pretenziya qaydalarına riayət edilmədiyi üçün geri qaytarmışdır. İndi isə iddiaçı cavabdehin olmamasına və cəzaçəkmə müəssisəsinə köçürüldüyünə görə hakimin icraata belə birtərəfli baxmağından istifadə edib, həqiqəti əks etdirməyən sübutlarla düzgün olmayan qətnamənin çıxarmasına nail olmuşdur. Əgər hakim icraatda cavabdehin nümayəndəsinin iştirakını təmin etsə idi iddiaya qarşı qarşılıqlı iddia qaldırıb etiraz olunardı. Belə ki, hüquqi şəxs olaraq xx.xx.2022-ci ildən etibarən cavabdeh həbs olunmuş və Penitensiar Xidmətinin müxtəlif müəssisələrində saxlanılır.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-719/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

8. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

9. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

10. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

11. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

12. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Məhkəmənin mövqeyi

15. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

16. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(113)- 719/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.

18. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

19. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-719/2025 nömrəli qətnaməsi cavabdehin və qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə, saat 15:17-də yerləşdirilmişdir.

20. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 719/2025 nömrəli qətnaməsi cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qayadada təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.

21. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-719/2025 nömrəli qətnaməsindən cavabdeh üçün şikayət vermə müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin ilk iddia üzrə iddiaçı sözügedən qətnamədən xx.xx.2025-ci il tarixdə şikayət vermişdir.

22. Beləliklə, apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır.

23. Belə ki, qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsi apellyasiya şikayətinin heç bir nöqsan olmadan, prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə verilməsi müddətini nəzərdə tutur.

25. Həmin Məcəllənin 363.4-cü maddəsi isə nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnu müəyyən etmişdir. Lakin həmin maddə birmənalı olaraq apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən buraxılması əsası kimi qiymətləndirilə bilməz. Çünki həmin maddədə göstərilən “ümumi qayda” apellyasiya şikayətinə aid bütün tələblərə, o cümlədən şikayət vermə müddətinə də aiddir.

26. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.

27. Belə ki, Cavabdeh hüquqi şəxsdir və məhkəməyə ünvanlanan çoxsaylı ərizələrdə qanuni təmsilçisi azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanıldığı göstərilsə də, cavabdehin digər nümayəndəsi (və ya nümayəndələri) tərəfindən işlərin idarə edildiyi görünür. Belə ki, cavabdehin qanuni təmsilçisi tərəfindən hüquqi şəxsin elektron kabineti vasitəsilə xx.xx.2025-ci il tarixdən etibarən məhkəməyə müraciətlərin ünvanlandığı, iş üzrə edilən prosessual hərəkət və tərtib olunan sənədlərə istinadən mövqelər bildirildiyi görünür. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, elektron kabinetə daxil ola bilən cavabdehin nümayəndəsi artıq həmin qətnamə ilə real vaxt rejimində tanış olmaq imkanına malik olmuşdur.

28. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə hüquqi şəxsə ünvanlanan sənədin məhz hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən qəbul edilməsi barədə göstəriş də mövcud deyildir.

29. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

31. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(113)-719/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar