Məhkəmə qərarları › İş №2-2(103)-927/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-927/2021

10.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-927/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-169/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC, üçüncü şəxs "xxxx" MMC və cavabdeh "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 QSC və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə dair inzibati bina üzrə Növbətçi otağı: 1 ədəd “Elit” markalı 35 kv.m-lik kondisioner, 1 ədəd 2 siyirməli masa, 1 ədəd sadə masa; Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 2 ədəd 2 qapılı şkaf mebeli, 1 ədəd şüşəli 2 qapılı şkaf mebeli, 1 ədəd 2 qapılı 1 rəfli dolab, 1 ədəd 2 siyirməli masa, 1 ədəd sadə masa, 3 ədəd oturacaq, 4 ədəd işıqlandirma lampası, Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, Otaq 4: 1 ədəd "Elit markalı 35 kv.m-lik kondisioner, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikisiyirməli masa, 2 ədəd oturacaq, Otaq 5: 1 ədəd "Elit markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu, Otaq 6: 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu, Otaq 7: 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikisiyirməli masa, Otaq 8: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, Otaq 9: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, taxta döşəmə; Xadimə otağı: 1 ədəd ikisiyirməli masa, 1 ədəd oturacaq; inzibati bina 2-ci mərtəbə: Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı faks aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 4 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd rəfli şkaf, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 1 ədəd kompüter masası, 1 ədəd dəri ofis kreslosu, 2 ədəd oturacaq, 1 ədəd "Canon" MF-3228 markalı skaner, kseroks və printer, 1 ədəd “Samsung” markalı printer, 1 ədəd “Epson” markalı rəngli printer, 1 ədəd "HP laserjet 1018" markalı printer, 1 ədəd "Next" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS 1 ədəd "ASUS" marka monitor, 1 cüt "GENİUS " markalı kompüter kolonka, 1 ədəd “GENİUS” markalı kompüter klaviatura, 1 ədəd Web kamera, 1 ədəd "AirTies" markalı modem, 1 ədəd "Canon" markalı skaner; Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd kompüter masası, 1 ədəd "NEXT" markalı prosessor, 1 ədəd "BENQ" markalı monitor, 1 cüt "GENİUS" markalı kompüter kolonka, 1 ədəd "GENİUS" markalı kompüter klaviatura; Otaq 4: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 1 ədəd kompüter masası, 2 ədəd "NEXT" markalı prosessor, 2 ədəd "DCM" markalı UPS, "MAXİMA" markalı UPS, 1 ədəd "BENQ" və 1 ədəd "LG" markalı monitor, 1 "GENİUS" markalı kompüter kalonka,1 ədəd "CANON" markalı printer; Otaq 5: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner,1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı 1 rəfli dolab, 1 ədəd kompüter masası, 1 ədəd "HP" Lazerjet 1018" markalı printer, 1 ədəd "NEXT" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, 1 ədəd "BENQ" markalı monitor və 1 cüt "GENİUS" markalı kolonka, 1 ədəd "GENİUS" markalı kompüter klaviatura, 1 ədəd "TP-link" markalı modem; Otaq 6: 4 ədəd alüminium və plastik konstruksiyalı arakəsmə, 1 ədəd divar şkafı, 1 ədəd siyirməli masa, 1 ədəd "Panasonic" markalı telefon aparatı; Otaq 7: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 3 ədəd oturacaq, 1 ədəd "HP Lazerjet 1018" markalı printer, 1 ədəd NEXT markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, 1 ədəd BENQ markalı monitor, 1 ədəd "GENİU markalı kompüter klaviatura; Tualet: 1 ədəd "ARİSTON" markalı su qızdırıcı; Xidməti otaq: 1 ədəd Elit markalı 100 kv.mlik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı çox funksiyalı telefon aparatı, 1 ədəd şüşə qapılı şkaf, 1 ədəd rəfli şkaf, 2 ədəd böyük siyirməli mebel masası, 1 ədəd dəri ofis kreslosu, 1 ədəd ikiqapılı dolab, 1 ədəd təkərli jurnal masası, 2 ədəd oturacaq; Soyunub geyinmə otağı: 1 ədəd paltar şkafı; Hamam və ya tualet: 1 ədəd “ARİSTON” markalı suqızdırıcısı; İnzibati binanın 3-cü mərtəbəsi: Otaq 6: 1 ədəd yeni CANON markalı skaner, kseroks və printer (3-ü birində), 3 ədəd Panasonic markalı telefon aparatı; Otaq 15: 1 ədəd "Elit" markalı 35 kv.mlik kondisioner, 2 ədəd ikiqapılı şkaf, 1 ədəd şüşəli ikiqapılı şkaf, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd siyirməli masa, 2 ədəd sadə masa, 4 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu; Otaq 16: 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd “Panasonic “markalı mini ATS, 2 ədəd ikiqapılı şkaf, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd siyirməli masa, 1 ədəd sadə masa, 3 ədəd oturacaq; Otaq 17: 2 ədəd ikiqapılı şkaf, 2 ədəd siyirməli masa, 6 ədəd sadə masa, 14 ədəd oturacaq; Yeməkxana Mətbəx 1: 1 ədəd dəmir masa, 1 ədəd şüşə qapılı soyuducu, 1 ədəd ikigözlü "EUROLAS" qaz plitəsi, 1 ədəd dördgözlü qaz plitəsi, 1 ədəd "TERMET" markalı suqızdırıcısı, 1 ədəd böyük elektrik sobası, 1 ədəd ULVİNOX" elektrik qızdırıcısı, 1 ədəd "ALEXMA gidrofon, 1 ədəd qirmizi rəngli soyuducu; Mətbəx 2: 1 ədəd "Ariston" markalı su qizdırıcısı, 4 ədəd ULVİNOX paslanmayan metaldan masa, 2 ədəd dördgözlü ULVİNOX elektrik plitəsi, 1 ədəd ARDEM markalı dördgözlü sobalı qaz plitəsi; Qab yuyulan yer: 4 ədəd ULVİNOX markalı paslanmayan metaldan qab yuyan, 1 ədəd ÜLVİ markalı dərin soyuducu, 2 ədəd qabyığılan paslanmayan dəmir rəflər; Otaq 1: 1 ədəd taxta masa, 7 ədəd taxta oturacaq; Otaq 2: 1 ədəd taxta masa, 1 ədəd taxta oturacaq; Giriş Tərəzi otağı: 1 ədəd avtotərəzi, 1 ədəd tərəzi mexanizmi; Gözətçi otağı: 1 ədəd siyirməli masa, 3 ədəd oturacaq, 1 ədəd üçqapılı şkaf, 1 ədəd ikiqapılı rəfli dolab, 2 ədəd "Panasonic" markalı telefon aparatı; Həyət Avtomobillər: 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil (d.q.n. ** AE ***, ** AE ***, ** AE ***) 1 ədəd ** AE *** d.q.n 2005-ci ilin istehsal olan QAZ-el markalı yük avtomobili; Çipsisexi Laboratoriya otağı: 1 ədəd dördqapılı dördsiyirməli şkaf, şüşə qapılı siyirməli 3 şkaf, 1 ədəd siyirməli masa, 1 ədəd kombi radiatoru; Qadınlar üçün soyunub geyinmə otağı 1-ci mərtəbə: 1 ədəd ikiqapılı paltar şkafı, 1 ədəd dördqapılı, dördsiyirməli şkaf, 2 ədəd oturacaq; Qazanxana: 2 ədəd kombi qızdırıcı radiator, 1 ədəd elektrik şiti, 1 ədəd "ELTRİ" markalı 400 litrlik qızdırıcı qazan, 1 ədəd ikiqapılı 3 tonluq plastik çən, 1 ədəd hidronasos; Soyunub geyinmə otağı: 3 ədəd kombi qızdırıcısı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Gözləmə otağı: 3 ədəd kombi qızdırıcı radiator, 1 ədəd güzgülü şkaf, 2 ədəd ikiqapılı rəfli şkaf, 3 ədəd paltar şkafı, 1 ədəd sənədlər üçün şüşəli üçsiyirməli şkaf; Qadınların soyunub-geyinmə otağı: 2 ədəd kombi qızdırıcı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Dəhliz: 1 ədəd qızdırıcı cihaz Çipsi istehsalı sahəsi: 24 ədəd peç üçün qurutma vannaları, 4 ədəd qurutma vannaları üçün təkərli araba; Avadanlıqlar: 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan xammalın yuyulması avadanlığı, 2 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan xammalın qabığının və cecəsinin təmizlənməsi avadanlığı, 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan məhsulun dilimlənməsi və qurudulma vannalarına yığılması avadanlığı, 5 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan birləşdirici transportyorlar, 1 ədəd kiçik və 1 ədəd böyük ayaqaltı, 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan silkələyən avadanlıq, 2 ədəd "BİNDER" THT-300/10 markalı Almaniya istehsalı olan çipsi qurutma sobaları, 2 ədəd təzyiq avadanlığı, 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan elektrik paylayıcı şkaf, 2 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan sensorlu pultla idarə olunan qaldırıcı qurğu, 1 ədəd paslanmayan metaldan dördayaqlı vanna, 1 ədəd metal detektor, 1 ədəd kompüterlə idarə olunan qablaşdırma avadanlığı, 1 ədəd mühərrikli hazır məhsul üçün sini; Buxar turbini otağı: 2 ədəd "MVB" markalı Almaniya istehsalı olan buxar turbini, 3 ədəd dəmir şkaf; Sex rəisinin otağı: 1 ədəd ASC-30 markalı elektron tərəzi, 1 ədəd Next markalı prosessor, 1 ədəd "Benq" markalı monitor, 1 ədəd "Genius" markalı klaviatura, 1 ədəd DCM markalı UPS; Qazanxana: 1 ədəd "VİESSMANN" markalı Almaniya istehsalı olan buxar avadanlığı,1 ədəd filterdən keçmiş su üçün çən, 1 ədəd "HST" markalı su filteri; X12 Birinci anbar binası: 1-ci kamera 800 tonluq, 1 elektrik açarı qutusu, 1 ədəd temperatur və 1 ədəd nəm təmizləyici cihaz, 2 ədəd böyük soyuq havavuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40k/vat-lıq mühərrik, 2-ci kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 3cü kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 4cü kamera 800 tonluq: 1 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik, 5ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik, 6cı kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik və ədəd ümumi elektrik şəbəkə qutusu, 7-ci kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 8-ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik; birinci anbar sahəsində 1-ci tambur sahəsi: 1 ədəd qapan, 2 germetik qapı və 18 işiqlandırma lampası, 1-ci tambur sahəsi: 3 ədəd rokler və 3 ədəd əl qaldırıcısı, 1 ədəd enerji toplayıcı aparat, 1 ədəd "Spiraçka" markalı avtokar və 3 ədəd Novettek FBF20 markalı 2 tonluq elektrokar; ikinci anbar binası: 1-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 2-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 3-cü kamera 500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 4-cü kamera 250 tonluq: Qlükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "LUVE " markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işiq avtomatı; 5-ci kamera 250 tonluq: Qlükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "LUVE" markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işıq avtomatı, "FCE" X10 markalı kükürdvuran avadanlıq, 2 ədəd "FCE" markalı atmosfer nəzarətedici avadanlıq; 6-cı kamera 3500 tonluq: 6 ədəd böyük soyuqvuran aparat, 4 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd nəmlik təmizləyici, 4 ədəd işiq avtomatı, 3 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 3 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik; 7-ci kamera 500 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 1 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik; 8- ci kamera 500 tonluq: ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapısı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 1 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 9-cu kamera 500 tonluq: ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 1 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik və 1 ədəd təzə (işlənməmiş) kükürd doldurmaq üçün avadanlıq; 2 ədəd tamburun hər birində 2 ədəd rokler, 2 ədəd enerji toplayıcı aparat, 2 ədəd plastik 5 tonluq su çəni və su təmizləyici qurğu; Üçüncü anbar binası: 1-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq, 1 ədəd pəncərəli germetik qapı; 2-ci kamera 300 tonluq: ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq; 3-cü kamera 750 tonluq: ədəd böyük dördpərli soyuq havavuran aparat, 2 ədəd germetik qapı; 4-cü kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 5-ci kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 6-cı kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 7-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 8-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 9-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 10-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 11-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 12-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 13-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 14-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; anbarın 1-ci blokunun 2-ci mərtəbəsində 2 ədəd "Ebara" markalı İtaliya istehsalı olan qlikol vuran nasos, 3 ədəd partlayıcı şit; anbarın ikinci blokunun ikinci mərtəbəsində 8 ədəd İtaliya istehsalı olan "Elbara" markalı qlikol vuran nasos, 1 ədəd İtaliya istehsalı olan "KALSER ASD57 siqma" markalı qlikol üçün hava çıxaran avadanlıq, bir ədəd İtaliya istehsalı olan "SWAN 105 markalı meyvə üçün hava kontrolu avadanlığı, 2 ədəd İtaliya istehsalı olan "İntelli Cem" CO2 observer - karbon qazı çıxarmaq üçün 2 çənli avadanlıq, 1 ədəd İtaliya istehsalı FCECombo F0431 markalı avadanlıq (qoşulmayıb), 1 ədəd "SHAMAL" markalı kompressor, 1 ədəd "HP" markalı prosessor, 1 ədəd "ACER" markalı monitor, 1 ədəd "HP" markalı klaviatura, 1 ədəd "HP- Lazerjet1018" markalı printer, 1 ədəd 2 siyirməli masa, 2 ədəd oturacaq; soyuducu anbarın arxasında dəmir konstruksiyalı çardağın altında 14 ədəd üçpərli kompressor, 2 ədəd dördpərli kompressor, 3 ədəd 30kv-liq mühərrik, 5 ədəd 40 kv-lıq mühərrik, 2 ədəd 2 qapılı paylayıcı şit, 1 ədəd böyük tənzimləyici, 4 ədəd paylayıcı şit, 1 ədəd 16 tonluq qlikol üçün paslanmayan dəmir çən, 9 ədəd dəmir çəllək, 2 ədəd plastik çəllək, 3 ədəd qlikol üçün nasos, 2 ədəd metal rezervuar olan daşınar əmlakların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC cavabdehlər Cavabdeh1 QSC BOKT və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan əmlakların cavabdehlər tərəfindən geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2-2(113)-169/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil (d.q.n. ** AE ***, ** AE ***, ** AE ***) və 1 ədəd ** AE *** d.q.n 2005-ci ilin istehsal olan QAZ-el markalı yük avtomobillərinin cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı MMC-yə geri qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC, üçüncü şəxs "xxxx" MMC və cavabdeh "xxxx" ASC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X17 təmsil etdikləri şəxslərin apellyasiya şikayətlərini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətlərinə etiraz etdilər, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 isə digər cavabdehin apellyasiya şikayəti ilə razı oldu və iddiaçı ilə üçüncü şəxsin apellyasiya şikayətlərinə etiraz etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2 Şirkəti” QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC və üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırki işdə İddiaçı MMC-dən əlavə "xxxx" MMC də müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata götürülmüşdür (cild 2 i/v 148-164). Lakin birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) pozularaq həmin iddiaya qiymət verilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsində isə təsbit olunmuşdur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu baxımdan kollegiya hesab edir ki, qeyd olunan prosessual pozuntu ilə bağlı iddiaçı və üçüncü şəxsin apellyasiya şikayətində göstərilən dəlillər əsaslı hesab edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mübahisənin mahiyyətinə dair isə kollegiya hesab edir ki, "xxxx" MMC-nin iddiası qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir:

1. "xxxx" ASC ilə "xxxx" MMC arasında 14.03.2007-ci il tarixli NAA-01 nömrəli, 24.06.2008-ci il tarixli NAA-02 nömrəli və 03.06.2011-ci il tarixli NAA-04 nömrəli kredit müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən bank tərəfindən "xxxx" MMC-yə müvafiq olaraq 36 ay müddətinə illik 18 % ödəmək şərti ilə 5.000.000 ABŞ dolları, 24 ay müddətinə illik 18 % ödəmək şərti ilə 3.300.000 ABŞ dolları və 60 ay müddətinə illik 6 % ödəmək şərti ilə 5.000.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka saxlayan "xxxx" ASC ilə borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında 01.12.2009-cu il tarixli NAA-01/a nömrəli ipoteka müqaviləsi və 03.06.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqavilələrinə əsasən ünvan 2 ünvanında yerləşən əmlak kompleksi "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. "xxxx" ASC həmin kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 19.01.2015-ci il tarixli 2-2(83)- 33/2015 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 03.09.2014-cü il tarixədək hesablanmış 14.03.2007-ci il tarixli, NAA 01 nömrəli kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas, 3340999,98 ABŞ dolları faiz, 10636499,97 ABŞ dolları cərimə faizi, 24.07.2008-ci il tarixli, NAA-02 nömrəli kredit müqaviləsinə əsasən 899170 ABŞ dolları əsas, 582979,77 ABŞ dolları faiz, 2223224,65 ABŞ dolları cərimə faizi və 03.06.2011-ci il tarixli NAA 04 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas, 763333,33 manat faiz, 497777,78 manat cərimə faizi olmaqla cəmi 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcunun tutulması və tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, MA seriyalı ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 2-də yerləşən əmlak kompleksinə yönəldilərək açıq hərracda satılması, əldə edilmiş vəsaitin "xxxx" MMC-nin "xxxx" ASC-yə olan 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcunun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən tutulması və iddia ərizəsinə ödənilən 30 manat dövlət rüsumu xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

3. Cavabdeh İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 19.05.2015-ci il tarixli 2-2(104)-26/2015 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.01.2015-ci il tarixli 2(83)-33/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 03.09.2014-cü il tarixədək hesablanmış 14.03.2007-ci il tarixli, NAA 01 nömrəli kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas, 3340999,98 ABŞ dolları faiz, 10636499,97 ABŞ dolları cərimə faizi, 24.07.2008-ci il tarixli, NAA-02 nömrəli kredit müqaviləsinə əsasən 899170 ABŞ doları əsas, 582979,77 ABŞ dolları faiz, 2223224,65 ABŞ dolları cərimə faizi və 03.06.2011-ci il tarixli NAA 04 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas, 763333,33 manat faiz, 497777,78 manat cərimə faizi olmaqla cəmi 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcunun tutulması və tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, MA seriyalı ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 2-də yerləşən əmlak kompleksinə yönəldilərək açıq hərracda satılması, əldə edilmiş vəsaitin "xxxx" MMC-nin "xxxx" ASC-yə olan 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMCdən tutulması və iddia ərizəsinə ödənilən 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.01.2016-cı il tarixli 2-2(102)-06/16 saylı qərarı ilə cavabdehlər "xxxx" MMC və İddiaçı MMC-nin kassasiya şikayətləri təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 19.05.2015-ci il tarixli 2-2(104)-26/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin 19.05.2015-ci il tarixli 2-2(104)-26/2015 nömrəli qətnaməsi üzrə icra vərəqəsi verilmiş və 01.04.2016-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən iş üzrə icraata başlanılmışdır.

6. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası çərçivəsində "xxxx" ASC ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair 21.04.2017-ci il tarixli müqavilə bağlanmış və yuxarıda qeyd olunan kredit müqavilələri üzrə tələb hüququ Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir.

7. Hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən əmlak kompleksinə dair hərraclar keçirilmiş, hərracın yekunları barədə 09.10.2017-ci il tarixli 55/02 nömrəli protokol tərtib edilərək və eyni tarixli alqı-satqı müqaviləsi bağlanmaqla həmin əmlak kompleksi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən Cavabdeh1 QSC BOKT-ın mülkiyyətinə keçmişdir.

8. "xxxx" MMC-yə məxsus olmuş əmlakın Cavabdeh1 QSC BOKT-na təhvil-təslimi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən ünvan 2 ünvanında yerləşən əmlak kompleksinə aid əmlakların təhvil-təslim olunmasına dair "xxxx" MMC-nin baş direktoru Nümayəndə2 və "xxxx" QSC-nin nümayəndələri X4, X6 iştirakı ilə 24.04.2019-cu il tarixli təhvil-təslim aktı tərtib olunmuş və həmin akt əsasında ünvan 2 ünvanında olan "xxxx" MMC-yə məxsus olmuş əmlak kompleksi Cavabdeh1 QSC BOKT-na təhvil verilmişdir. Həmin aktda daşınmaz əmlakla birgə hazırki iddia ərizəsində göstərilən əmlaklar da göstərilmişdir.

9. "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış Təhvil-Təslim Komissiyasının qərarı ilə "xxxx" ASCdən problemli aktivlərin əvəzində əldə edilmiş "xxxx" MMC-nin əsas vəsaitlərinin Cavabdeh1 QSC-dən "xxxx" ASC-yə təhvil verilməsinə dair "xxxx" QSC-nin nümayəndələri X4, X13, "xxxx" ASC-nin işçi qrupunun üzvləri X17, X11, X7, "xxxx" MMCnin baş direktoru Nümayəndə2 iştirakı ilə 25.04.2019-cu il tarixli təhvil-təslim aktı tərtib edilmiş və həmin akt əsasında ünvan 2 ünvanında olan "xxxx" MMC-yə məxsus olmuş və Cavabdeh1 QSC BOKT-na təhvil verilmiş əmlak kompleksi "xxxx" ASC-yə verilmişdir. Həmin aktda daşınmaz əmlakla birgə hazırki iddia ərizəsində göstərilən əmlaklar da göstərilmişdir. İddiaçı "xxxx" MMC bildirir ki, Nümayəndə2, "xxxx" MMC və “X2 Şirkəti” QSC 2009cu ildə “NAA AGROTARA" MMC-ni təsis etmişlər. Bu zaman Nümayəndə2 Bankın icazəsi ilə Əmlak Kompleksini pul olmayan əmlak kimi İddiaçının nizamnamə kapitalına maya şəklində qoymuş, yəni Əmlak Kompleksi ipoteka ilə yüklülüyü saxlanılmaqla iddiaçının mülkiyyətinə keçmişdir. Əmlak Kompleksi iddiaçının mülkiyyətinə keçdikdən sonra, İddiaçı MMC tərəfindən Əmlak Kompleksi üzərində bir sıra avadanlıqlar quraşdırılmış, habelə Əmlak Kompleksinə daxil olan tikililərin birində anbar fəaliyyəti ilə bağlı olmayan meyvə qurudulması və emalı müəssisəsi açılmış və müvafiq meyvə qurutma və emal etmə xətləri işə salınmışdır. Məhkəmə qətnaməsinin icrası zamanı müvafiq siyahıya alma və təhviltəslim prosesləri zamanı baş verən anlaşmazlıq nəticəsində yanlışlıqla Əmlak Kompleksinə aid tikililər ilə bərabər iddia ərizəsində qeyd olunan avadanlıqlar, maşınlar və digər daşınar əşyalar da daxil edilmiş və heç bir hüquqi əsas olmadan cavabdeh "xxxx" ASC-nin qanunsuz sahibliyinə keçmişdir. Halbuki həmin əmlaklar İddiaçı MMC-yə məxsusdur və "xxxx" MMC-nin kredit müqavilələri üzrə girova qoyulmamışdır. Həmin kredit müqavilələri üzrə İddiaçı MMC borclu olmamış və ona görə də, öz əmlakı ilə məsuliyyət daşımır. Müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddia tələbləri də eyni məzmunda əsaslandırılmışdır. Cavabdehlər Cavabdeh1 QSC və "xxxx" ASC iddiaya etiraz edir və bildirirlər ki, həmin əmlaklar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında "xxxx" MMC-nin əmlakları kimi Cavabdeh1 QSC-nin və sonradan "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər və hazırkı işdə də bu şərtlərin mövcudluğu təsdiq olunur. Belə ki, iddia ərizəsində göstərilən əmlakların cavabdeh "xxxx" ASC-nin sahibliyində olması işin mübahisəsiz halıdır. Tərəflərin mübahisələndirilən hallar həmin əmlakların kimin mülkiyyətində olması və cavabdeh "xxxx" ASC-nin sahibliyinin qanunsuz olub-olmaması ilə bağlıdır. "xxxx" ASC ilə borcalan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC arasında bağlanmış 01.12.2009-cu il tarixli NAA-01/a nömrəli ipoteka müqaviləsinin 2.4-cü bəndində ipotekaya qoyulan daşınmaz əmlak təsvir olunmuş və onun “A”, “B”, “C”, “D”, “E”, “F”, “H”, “K”, “L”, “M”, “N”, “O”, “P”, “T” tikililərindən ibarət olduğu göstərilmişdir. Həmin müqavilədə iddia ərizəsində göstərilən əmlaklar təsvir edilməmişdir. Eyni zamanda həmin əmlakların girova qoyulması ilə bağlı başqa müqavilə də bağlanılmamışdır. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin 19.05.2015-ci il tarixli 2-2(104)- 26/2015 nömrəli qətnaməsi üzrə icra vərəqəsinin icrası zamanı Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında ipoteka predmeti olan əmlak kompleksi "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və bununla bağlı 31.05.2017-ci il tarixli 436 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabat tərtib olunmuşdur. Həmin hesabatda da yalnız tikililər qiymətləndirilmiş və həmin tikililərin avadanlıqlar və ya digər daşınar əmlaklarla birgə qiymətləndirilməsi aparılmamışdır. Həmçinin hazırki işdə “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsində göstərilən halın baş verdiyi və “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə riayət edilməsi də müəyyən edilmir. Belə ki, “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. “İcra haqqında” Qanunun 45.1-ci maddəsində isə təsbit olunmuşdur ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Lakin hazırki işdə ipotekaya qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə keçdikdən sonra tələbin tam təmin edilməməsi və ona görə də, tələbin borclunun digər əmlakları hesabına ödənilməsi ilə bağlı icra hərəkətlərin həyata keçirilməsi müəyyən edilmir. Çünki bununla bağlı icra məmuru və icraya nəzarət edən məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilməmişdir. 24.04.2019-cu il tarixli və 25.04.2019-cu il tarixli təhvil-təslim aktları da icra məmurunun iştirakı olmadan tərtib edilmişdir. Hazırki işdə “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsində göstərilən hal baş versəydi və “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə riayət edilsəydi belə, həmin əmlakların "xxxx" MMC-nin mülkiyyətində olması təsdiq olunmur. Belə ki, həmin əmlakların "xxxx" MMC-nin balansında olması ilə bağlı sübutlar təqdim edilməmişdir. Eyni zamanda, həmin əmlaklar "xxxx" MMC-nin mülkiyyətində olmuş daşınmaz əmlakda yerləşir və təqdim edilmiş sənədlərə əsasən onun mülkiyyətindədir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə əlavədə qeyd olunmuşdur ki, tələb edilən əşyalar 5 qrupa bölünür:

1. "xxxx" MMC tərəfindən Almaniyanın HANS BİNDER MACHİNENBAU GMBH şirkətindən alınaraq idxal olunmuş meyvə qurutma xətti (maşınlar, avadanlıqlar və s. ləvazimat, ümumi dəyəri 734966 avro).

2. "xxxx" MMC tərəfindən İtaliyanın FRUİT CONTROL EQUİPMENTS SRL şirkətindən alınaraq idxal olunmuş atmosfer nəzarəti avadanlıqları (dəyəri 287000 avro).

3. "xxxx" MMM tərəfindən "xxxx" MMC-yə məxsus anbar binalarında quraşdırılmış avadanlıqlar (podrat müqaviləsinin qiyməti ƏDV-siz 231000 manat).

4. "xxxx" MMC tərəfindən "xxxx" MMC və fərdi sahibkar X8 alqı-satqı müqavilələri əsasında alınmış avadanlıq və ləvazimat (mebel, kondisioner, kompüter, rabitə vasitələri və s., "xxxx" MMC-dən alınmış əşyaların dəyəri ƏDV-siz 82052 manat, X8 alınmış əşyaların dəyəri 6450 manatdır).

5. "xxxx" MMC təsis edilərkən, "xxxx" MMC tərəfindən "xxxx" MMC-in nizamnamə kapitalına qoyulmuş əşyalar. Qeyd olunan halların təsdiqi ilə bağlı iddiaçı tərəfindən "xxxx" MMC-nizamnamə kapitalına qoyuluş barədə 28.04.2009-cu il tarixli əmlakın təhvil-qəbulu aktları (cild 1, i/v 206-209); "xxxx" MMC ilə Almaniyanın HANS BİNDER MACHİNENBAU GMBH şirkəti arasında bağlanmış meyvə qurutma avadanlıqlarının alqı-satqısı barədə 02.02.2010-cu il tarixli müqavilə, ona əlavə olunmuş digər sənədlər və həmin avadanlıqlara dair gömrük bəyannəmələri (cild 2, i/v 61-133, cild 1, i/v 211-223); "xxxx" MMM ilə "xxxx" MMC arasında bağlanmış meyvə və tərəvəzin saxlanılması üçün soyuducu kameraların demontaj və montaj işlərinin aparılması ilə bağlı podrat müqaviləsi və ona aid sənədlər (cild 1, i/v 224-242); "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 82052 manat dəyərində daşınar əmlakların alqı-satqı müqaviləsi (cild 1, i/v 243); "xxxx" MMC ilə "xxxx" MMC arasında tərtib olunmuş əmlakın təhvil-qəbulu aktları (cild 1, i/v 244-249); fərdi sahibkar X8 alqı-satqı müqaviləsi əsasında alınmış mallara dair qaimə-faktura və hesabfaktura (cild 1, i/v 251-252); "xxxx" MMC ilə İtaliyanın FRUİT CONTROL EQUİPMENTS SRL şirkəti arasında bağlanmış atmosfer nəzarəti avadanlıqlarının alqı-satqısı barədə 22.10.2010-cu il tarixli müqavilə, ona əlavə olunmuş digər sənədlər və həmin avadanlıqlara dair gömrük bəyannəmələri (cild 2, i/v 43-60, cild 1, i/v 255-256) təqdim edilmişdir. X20 Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 31.12.2020-ci il tarixli 016-120903-1220 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə “Qaz 2705 YÜK” markalı **-AE-***, “İJ 2717 YÜK” markalı **-AE-***, “İJ 2717 YÜK” markalı **-AE-*** və “İJ 2717 YÜK” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri İddiaçı MMC-nin mülkiyyətindədir. Bundan əlavə, "X2 Şirkəti" QSC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli 595 nömrəli məktubunda göstərilmişdir ki, "X2 Şirkəti"xxxx"xxxx" ASC və X16 üzrə İslam Korporasiyası tərəfindən təsis edilmiş investisiya şirkətidir. Hal-hazırda XBİŞ-in Azərbaycan Respublikası dövlətinin 100% mülkiyyətində olan "xxxx" ASC də daxil olmaqla 5 səhmdarı vardır ki, bunlardan digərləri aşağıdakı əcnəbi sərmayədarlardır: 1) X23; 2) X16 üzrə İslam Korporasiyası; 3) X21 (Küveyt); 4) X25-Ahmar (Yəmən vətəndaşı). Yuxarıda qeyd olunan səhmdarlar arasında xüsusilə, ölkəmizin də üzv olduğu beynəlxalq təşkilatlar olan X23 və X16 üzrə İslam Korporasiyasını qeyd etmək lazımdır. Belə ki, X23 tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın vəsait ayrılıb. X16 üzrə İslam Korporasiyası tərəfindən isə indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb. Ölkənin kənd təsərrüfatına və kənd təsərrüfatı məhsullarının emalı sənayesinə dəstək olmaq məqsədilə XBİŞ 2009-cu ildə "xxxx" MMCyə ******* (beş milyon beş yüz min) manat məbləğində investisiya yatırmışdır. Həmin vəsait hesabına Gəncə şəhəri ərazisində müasir soyuducu anbar kompleksi qurulmuş, habelə meyvəqurutma və emalı müəssisəsi açılmışdır. Beləliklə, qeyd olunanlarla təsdiq olunur ki, mübahisəli əmlaklar iddiaçı "xxxx" MMCnin mülkiyyətindədir. Həmin əmlaklar üzərində cavabdeh "xxxx" ASC-nin sahibliyi isə qanunsuzdur. Çünki yuxarıda qeyd olunduğu kimi həmin əmlaklar "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqavilələri üzrə girov kimi yüklü edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 19.05.2015-ci il tarixli 2-2(104)-26/2015 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası zamanı tələbin həmin əmlaklara yönəldilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. Həmin əmlakların təhvil-təslimi barədə 24.04.2019 və 25.04.2019-cu il tarixli aktlar isə buna səlahiyyəti olmayan və əmlakların mülkiyyətçisi olan iddiaçının iştirakı olmadan qanunsuz tərtib olunmuşdur. Ona görə də, iddiaçı "xxxx" MMC Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən həmin əmlakların cavabdeh "xxxx" ASC-nin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda, mübahisəli əmlaklar Cavabdeh1 QSC-nin sahibliyində olmadığından və "xxxx" MMC həmin əmlakların mülkiyyətçisi olmadığına görə Mülki Məcəllənin 157.2-ci maddəsi baxımından iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh1 QSC-yə qarşı irəli sürdüyü iddia tələbi, habelə üçüncü şəxs "xxxx" MMC-nin iddia tələbləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, üçüncü şəxsin iddiası isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-169/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə dair inzibati bina üzrə Növbətçi otağı: 1 ədəd “Elit” markalı 35 kv.m-lik kondisioner, 1 ədəd 2 siyirməli masa, 1 ədəd sadə masa; Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 2 ədəd 2 qapılı şkaf mebeli, 1 ədəd şüşəli 2 qapılı şkaf mebeli, 1 ədəd 2 qapılı 1 rəfli dolab, 1 ədəd 2 siyirməli masa, 1 ədəd sadə masa, 3 ədəd oturacaq, 4 ədəd işıqlandirma lampası, Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, Otaq 4: 1 ədəd "Elit markalı 35 kv.m-lik kondisioner, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikisiyirməli masa, 2 ədəd oturacaq, Otaq 5: 1 ədəd "Elit markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu, Otaq 6: 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu, Otaq 7: 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikisiyirməli masa, Otaq 8: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, Otaq 9: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, taxta döşəmə; Xadimə otağı: 1 ədəd ikisiyirməli masa, 1 ədəd oturacaq; inzibati bina 2-ci mərtəbə: Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı faks aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 4 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd rəfli şkaf, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 1 ədəd kompüter masası, 1 ədəd dəri ofis kreslosu, 2 ədəd oturacaq, 1 ədəd "Canon" MF-3228 markalı skaner, kseroks və printer, 1 ədəd “Samsung” markalı printer, 1 ədəd “Epson” markalı rəngli printer, 1 ədəd "HP laserjet 1018" markalı printer, 1 ədəd "Next" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS 1 ədəd "ASUS" marka monitor, 1 cüt "GENİUS" markalı kompüter kolonka, 1 ədəd “GENİUS” markalı kompüter klaviatura, 1 ədəd Web kamera, 1 ədəd "AirTies" markalı modem, 1 ədəd "Canon" markalı skaner; Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd kompüter masası, 1 ədəd "NEXT" markalı prosessor, 1 ədəd "BENQ" markalı monitor, 1 cüt "GENİUS" markalı kompüter kolonka, 1 ədəd "GENİUS" markalı kompüter klaviatura; Otaq 4: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikisiyirməli masa, 1 ədəd sadə masa, 1 ədəd kompüter masası, 2 ədəd "NEXT" markalı prosessor, 2 ədəd "DCM" markalı UPS, "MAXİMA" markalı UPS, 1 ədəd "BENQ" və 1 ədəd "LG" markalı monitor, 1 "GENİUS" markalı kompüter kalonka,1 ədəd "CANON" markalı printer; Otaq 5: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner,1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı 1 rəfli dolab, 1 ədəd kompüter masası, 1 ədəd "HP" Lazerjet 1018" markalı printer, 1 ədəd "NEXT" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, 1 ədəd "BENQ" markalı monitor və 1 cüt "GENİUS" markalı kolonka, 1 ədəd "GENİUS" markalı kompüter klaviatura, 1 ədəd "TP-link" markalı modem; Otaq 6: 4 ədəd alüminium və plastik konstruksiyalı arakəsmə, 1 ədəd divar şkafı, 1 ədəd siyirməli masa, 1 ədəd "Panasonic" markalı telefon aparatı; Otaq 7: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli masa, 3 ədəd oturacaq, 1 ədəd "HP Lazerjet 1018" markalı printer, 1 ədəd NEXT markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, 1 ədəd BENQ markalı monitor, 1 ədəd "GENİU markalı kompüter klaviatura; Tualet: 1 ədəd "ARİSTON" markalı su qızdırıcı; Xidməti otaq: 1 ədəd Elit markalı 100 kv.mlik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı çox funksiyalı telefon aparatı, 1 ədəd şüşə qapılı şkaf, 1 ədəd rəfli şkaf, 2 ədəd böyük siyirməli mebel masası, 1 ədəd dəri ofis kreslosu, 1 ədəd ikiqapılı dolab, 1 ədəd təkərli jurnal masası, 2 ədəd oturacaq; Soyunub geyinmə otağı: 1 ədəd paltar şkafı; Hamam və ya tualet: 1 ədəd “ARİSTON” markalı suqızdırıcısı; İnzibati binanın 3-cü mərtəbəsi: Otaq 6: 1 ədəd yeni CANON markalı skaner, kseroks və printer (3-ü birində), 3 ədəd Panasonic markalı telefon aparatı; Otaq 15: 1 ədəd "Elit" markalı 35 kv.mlik kondisioner, 2 ədəd ikiqapılı şkaf, 1 ədəd şüşəli ikiqapılı şkaf, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd siyirməli masa, 2 ədəd sadə masa, 4 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu; Otaq 16: 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd “Panasonic “markalı mini ATS, 2 ədəd ikiqapılı şkaf, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd siyirməli masa, 1 ədəd sadə masa, 3 ədəd oturacaq; Otaq 17: 2 ədəd ikiqapılı şkaf, 2 ədəd siyirməli masa, 6 ədəd sadə masa, 14 ədəd oturacaq; Yeməkxana Mətbəx 1: 1 ədəd dəmir masa, 1 ədəd şüşə qapılı soyuducu, 1 ədəd ikigözlü "EUROLAS" qaz plitəsi, 1 ədəd dördgözlü qaz plitəsi, 1 ədəd "TERMET" markalı suqızdırıcısı, 1 ədəd böyük elektrik sobası, 1 ədəd ULVİNOX" elektrik qızdırıcısı, 1 ədəd "ALEXMA gidrofon, 1 ədəd qirmizi rəngli soyuducu; Mətbəx 2: 1 ədəd "Ariston" markalı su qizdırıcısı, 4 ədəd ULVİNOX paslanmayan metaldan masa, 2 ədəd dördgözlü ULVİNOX elektrik plitəsi, 1 ədəd ARDEM markalı dördgözlü sobalı qaz plitəsi; Qab yuyulan yer: 4 ədəd ULVİNOX markalı paslanmayan metaldan qab yuyan, 1 ədəd ÜLVİ markalı dərin soyuducu, 2 ədəd qabyığılan paslanmayan dəmir rəflər; Otaq 1: 1 ədəd taxta masa, 7 ədəd taxta oturacaq; Otaq 2: 1 ədəd taxta masa, 1 ədəd taxta oturacaq; Giriş Tərəzi otağı: 1 ədəd avtotərəzi, 1 ədəd tərəzi mexanizmi; Gözətçi otağı: 1 ədəd siyirməli masa, 3 ədəd oturacaq, 1 ədəd üçqapılı şkaf, 1 ədəd ikiqapılı rəfli dolab, 2 ədəd "Panasonic" markalı telefon aparatı; Həyət Avtomobillər: 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil (d.q.n. ** AE ***, ** AE ***, ** AE ***) 1 ədəd ** AE *** d.q.n 2005-ci ilin istehsal olan QAZ-el markalı yük avtomobili; Çipsisexi Laboratoriya otağı: 1 ədəd dördqapılı dördsiyirməli şkaf, şüşə qapılı siyirməli 3 şkaf, 1 ədəd siyirməli masa, 1 ədəd kombi radiatoru; Qadınlar üçün soyunub geyinmə otağı 1-ci mərtəbə: 1 ədəd ikiqapılı paltar şkafı, 1 ədəd dördqapılı, dördsiyirməli şkaf, 2 ədəd oturacaq; Qazanxana: 2 ədəd kombi qızdırıcı radiator, 1 ədəd elektrik şiti, 1 ədəd "ELTRİ" markalı 400 litrlik qızdırıcı qazan, 1 ədəd ikiqapılı 3 tonluq plastik çən, 1 ədəd hidronasos; Soyunub geyinmə otağı: 3 ədəd kombi qızdırıcısı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Gözləmə otağı: 3 ədəd kombi qızdırıcı radiator, 1 ədəd güzgülü şkaf, 2 ədəd ikiqapılı rəfli şkaf, 3 ədəd paltar şkafı, 1 ədəd sənədlər üçün şüşəli üçsiyirməli şkaf; Qadınların soyunub-geyinmə otağı: 2 ədəd kombi qızdırıcı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Dəhliz: 1 ədəd qızdırıcı cihaz Çipsi istehsalı sahəsi: 24 ədəd peç üçün qurutma vannaları, 4 ədəd qurutma vannaları üçün təkərli araba; Avadanlıqlar: 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan xammalın yuyulması avadanlığı, 2 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan xammalın qabığının və cecəsinin təmizlənməsi avadanlığı, 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan məhsulun dilimlənməsi və qurudulma vannalarına yığılması avadanlığı, 5 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan birləşdirici transportyorlar, 1 ədəd kiçik və 1 ədəd böyük ayaqaltı, 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan silkələyən avadanlıq, 2 ədəd "BİNDER" THT-300/10 markalı Almaniya istehsalı olan çipsi qurutma sobaları, 2 ədəd təzyiq avadanlığı, 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan elektrik paylayıcı şkaf, 2 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan sensorlu pultla idarə olunan qaldırıcı qurğu, 1 ədəd paslanmayan metaldan dördayaqlı vanna, 1 ədəd metal detektor, 1 ədəd kompüterlə idarə olunan qablaşdırma avadanlığı, 1 ədəd mühərrikli hazır məhsul üçün sini; Buxar turbini otağı: 2 ədəd "MVB" markalı Almaniya istehsalı olan buxar turbini, 3 ədəd dəmir şkaf; Sex rəisinin otağı: 1 ədəd ASC-30 markalı elektron tərəzi, 1 ədəd Next markalı prosessor, 1 ədəd "Benq" markalı monitor, 1 ədəd "Genius" markalı klaviatura, 1 ədəd DCM markalı UPS; Qazanxana: 1 ədəd "VİESSMANN" markalı Almaniya istehsalı olan buxar avadanlığı,1 ədəd filterdən keçmiş su üçün çən, 1 ədəd "HST" markalı su filteri; X12 Birinci anbar binası: 1-ci kamera 800 tonluq, 1 elektrik açarı qutusu, 1 ədəd temperatur və 1 ədəd nəm təmizləyici cihaz, 2 ədəd böyük soyuq havavuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40k/vat-lıq mühərrik, 2-ci kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 3cü kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 4cü kamera 800 tonluq: 1 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik, 5ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik, 6cı kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik və ədəd ümumi elektrik şəbəkə qutusu, 7-ci kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 8-ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik; birinci anbar sahəsində 1-ci tambur sahəsi: 1 ədəd qapan, 2 germetik qapı və 18 işiqlandırma lampası, 1-ci tambur sahəsi: 3 ədəd rokler və 3 ədəd əl qaldırıcısı, 1 ədəd enerji toplayıcı aparat, 1 ədəd "Spiraçka" markalı avtokar və 3 ədəd Novettek FBF20 markalı 2 tonluq elektrokar; ikinci anbar binası: 1-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 2-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 3-cü kamera 500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 4-cü kamera 250 tonluq: Qlükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "LUVE " markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işiq avtomatı; 5-ci kamera 250 tonluq: Qlükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "LUVE" markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işıq avtomatı, "FCE" X10 markalı kükürdvuran avadanlıq, 2 ədəd "FCE" markalı atmosfer nəzarətedici avadanlıq; 6-cı kamera 3500 tonluq: 6 ədəd böyük soyuqvuran aparat, 4 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd nəmlik təmizləyici, 4 ədəd işiq avtomatı, 3 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 3 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik; 7-ci kamera 500 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 1 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik; 8- ci kamera 500 tonluq: ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapısı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 1 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 9-cu kamera 500 tonluq: 3 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 1 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik və 1 ədəd təzə (işlənməmiş) kükürd doldurmaq üçün avadanlıq; 2 ədəd tamburun hər birində 2 ədəd rokler, 2 ədəd enerji toplayıcı aparat, 2 ədəd plastik 5 tonluq su çəni və su təmizləyici qurğu; Üçüncü anbar binası: 1-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq, 1 ədəd pəncərəli germetik qapı; 2-ci kamera 300 tonluq: ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq; 3-cü kamera 750 tonluq: ədəd böyük dördpərli soyuq havavuran aparat, 2 ədəd germetik qapı; 4-cü kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 5-ci kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 6-cı kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 7-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 8-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 9-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 10-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 11-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 12-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 13-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 14-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; anbarın 1-ci blokunun 2-ci mərtəbəsində 2 ədəd "Ebara" markalı İtaliya istehsalı olan qlikol vuran nasos, 3 ədəd partlayıcı şit; anbarın ikinci blokunun ikinci mərtəbəsində 8 ədəd İtaliya istehsalı olan "Elbara" markalı qlikol vuran nasos, 1 ədəd İtaliya istehsalı olan "KALSER ASD57 siqma" markalı qlikol üçün hava çıxaran avadanlıq, bir ədəd İtaliya istehsalı olan "SWAN 105 markalı meyvə üçün hava kontrolu avadanlığı, 2 ədəd İtaliya istehsalı olan "İntelli Cem" CO2 observer - karbon qazı çıxarmaq üçün 2 çənli avadanlıq, 1 ədəd İtaliya istehsalı FCECombo F0431 markalı avadanlıq (qoşulmayıb), 1 ədəd "SHAMAL" markalı kompressor, 1 ədəd "HP" markalı prosessor, 1 ədəd "ACER" markalı monitor, 1 ədəd "HP" markalı klaviatura, 1 ədəd "HP- Lazerjet1018" markalı printer, 1 ədəd 2 siyirməli masa, 2 ədəd oturacaq; soyuducu anbarın arxasında dəmir konstruksiyalı çardağın altında 14 ədəd üçpərli kompressor, 2 ədəd dördpərli kompressor, 3 ədəd 30kv-liq mühərrik, 5 ədəd 40 kv-lıq mühərrik, 2 ədəd 2 qapılı paylayıcı şit, 1 ədəd böyük tənzimləyici, 4 ədəd paylayıcı şit, 1 ədəd 16 tonluq qlikol üçün paslanmayan dəmir çən, 9 ədəd dəmir çəllək, 2 ədəd plastik çəllək, 3 ədəd qlikol üçün nasos, 2 ədəd metal rezervuar cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı MMC-yə verilsin. İddiaçı MMC-nin iddiası Cavabdeh1 QSC BOKT-na münasibətdə təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMCnin cavabdehlər Cavabdeh1 QSC BOKT və "xxxx" ASC-yə qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələblərinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar