Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-935/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 63 adda əşya və ya avadanlıqların və ya onların dəyərinin qaytarılması tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2592/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan iddia ərizəsində qeyd edilən 63 adda əşya və avadanlığın və yaxud həmin əşya və avadanlıqların əvəzi olaraq 59530 manat pulun, həmçinin iddiaçıya məxsus vebsayt və mobil tətbiqin hazırlanması üçün çəkilən xərcin əvəzi olaraq 10000 manat pulun, mütəxəssis rəyi üçün ödənilmiş 300 manat xidmət haqqının, ödənilmiş 300 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2592/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2592/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş və bu mövqeyi onunla əsalandırmışdır ki, “Hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini yuxarıda qeyd olunan qaydada sübuta yetirə bilməmişdir”. Bu mülahizə ilə bağlı qeyd etmək istəyir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3764/2021 nömrəli Qərardadına əsasən ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsində quraşdırılmış İddiaçı MMC-yə məxsus avadanlıqlar siyahıya alınmaqla, onların istifadəsi Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3764/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən borclunun etibarnamə üzrə nümayəndəsi hazırda obyektdə təmir işləri getdiyindən əşyaların bir qisminin yaxınlıqdakı ofisə, digər qisminin isə Maştağa qəsəbəsində yerləşən anbara yerləşdirildiyini bildirmiş, siyahıda olan və aşkar edilmiş əmlaklar siyahıya alınaraq cavabdehin saxlancına verilmişdir. Göründüyü kimi tərəfindən iddia edilən iddiaçıya məxsus əşyaların cavabdehin qanunsuz sahibliyində olması, həmçinin həmin əmlakların siyahıya alınmaqla üzərinə həbs qoyulmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3764/2021 nömrəli Qərardadı qanuni qüvvəyə minmiş və Səbail rayon İcra Şöbəsi tərəfindən icra olunmuşdur. Belə ki, Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçıya məxsus siyahıda olan və aşkar edilmiş əmlaklar siyahıya alınaraq cavabdehin saxlancına verilmişdir. Həmin aktda da qeyd edilmişdir ki, sözügedən əşyalar iddiaçıya məxsusdur və cavabdehin nümayəndəsi də öz imzası ilə həmin əşyaların iddiaçıya məxsus olduğunu təsdiq etmiş, qeyd edilən əmlakların iddiaçıya məxsus olmadığına dair cavabdehin nümayəndəsi tərəfindən həmin aktda hər hansı qeyd edilməmişdir. Həmçinin, borclunun etibarnamə üzrə nümayəndəsi həmin vaxt obyektdə təmir işləri getdiyindən əşyaların bir qisminin yaxınlıqdakı ofisə, digər qisminin isə Maştağa qəsəbəsində yerləşən anbara yerləşdirildiyini bildirmişdir. Şərh edilənlər bir daha onu deməyə əsas verir ki, iddia ərizəsində tələb edilən iddiaçıya məxsus əmlakların cavabdehin qanunsuz sahibliyində olması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 3764/2021 nömrəli Qərardadı və Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktı ilə sübuta yetirilir. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, cavabdehin vəkili Nümayəndə bu iş üzrə məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, tərəfindən cavabdehlərdən tələb edilən əmlakların bir qismi hazırda cavabdehdədir və həmin əmlaklar iddiaçıya məxsusdur. Həmin əşyaları iddiaçıya qaytarmamaqlarının səbəbi kimi qeyd etmişdir ki, cavabdeh Ş.Hicranın İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə hazırda məhkəmə mübahisəsi gedir (Bakı Apellyasiya Məhkəməsinin icraatında olan həmin işin nömrəsi: 2-2(103)-553/2024) və həmin iddia təmin ediləcəyi halda tələbi iddiaçıya məxsus sözügedən əşyalara yönəldəcəklər. Başqa sözlə, cavabdehin vəkili tərəfindən iddia edilən əmlakların bir hissəsinin iddiaçıya məxsus olduğunu və hazırda cavahdehlərin sahibliyində olduğunu məhkəmənin hazırlıq iclasında etiraf edib və həmin görüntülər məhkəmənin iclas zalıda video çəkiliş zamanı qeydə alınıb. İşə baxan məhkəmə isə qətnamədə qeyd etmişdir ki, “Qərardadın icrası ilə bağlı icra məmuru tərəfindən tərtib edilmiş akt isə həmin əşyalara dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz”. Məhkəmənin bu mövqeyi tamamilə əsassız və absurddur. Belə ki, iddia ərizəsindən də göründüyü kimi tələb edilən əmlakların əksəriyyəti elektrik avadanlıqları və iaşə obyektində istifadə olunan digər növ əşyalardır və həmin əşyalar müxtəlif vaxtlarda mağazadan alınmışdır. Yəni, iddiaçı həmin əşyalara dair mülkiyyət hüququnu təsdiq edəcək hansı növ sənədləri məhkəməyə təqdim etməli idi ki, məhkəmə onun həmin əşyalar üzərində mülkiyyət hüququnu tanısın?! Digər tərəfdən, işin hallarından da göründüyü kimi İddiaçı MMC (İcarəçi) ilə Cavabdeh2 (İcarəyə verən) arasında bağlanan xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı sözügedən qeyri-yaşayış sahəsini 3 illlik icarəyə götürmüşdür və iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh və onun nümayəndəsi tərəfindən məcburi çıxarılmışdır. Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edərək Cavabdeh2 hərəkətlərini qeyriqanuni hesab etmiş və idiaçının mübahisə predmeti olan obyektə dair istifadə hüququnun bərpa edilməsini qət etmişdir. Göründüyü kimi iddiaçı məcburi şəkildə həmin obyektdən çıxarılıb, yəni iddiaçı məqsədli şəkildə öz istəyi ilə həmin obyektdən çıxmadığı üçün iddiaçının ona məxsus sözügedən əşyalara dair hər hansı ödəniş çeki, qəbz və digər ödəniş sənədlərini saxlamaması da ağlabatandır. Həmçinin, iddiaçı həmin obyektdə özünə məxsus olan əşyaları istifadə etməklə fəaliyyət göstərib və istinad edilən qətnamədən də göründüyü kimi iddiaçı həmin obyektdən məcburi çıxarılıb və onun həmin obyektdən hər hansı əmlakını götürməsi qeyri-mümkün idi. Mülki dövriyyədən də məlum olduğu kimi bu cür daşınar əmlaklar dövlət qeydiyyatına alınmır və mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd mülkiyyətçiyə verilmir. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3764/2021 nömrəli qərardadının icrası məqsədilə Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktı tərtib edilmiş və əşyalar siyahıya alınmış, həmin əşyaların iddiaçıya məxsus olması qeyd edilmiş, cavabdehin nümayəndəsi də bildirmişdir ki, obyektdə təmir işləri getdiyindən əşyaların bir qisminin yaxınlıqdakı ofisə, digər qisminin isə Maştağa qəsəbəsində yerləşən anbara yerləşdirilib və qeyd edilən əşyaların iddiaçıya məxsus olmasını cavabdehin nümayəndəsi öz imzası ilə təsdiq edib və həmin əmlakların (və ya hər hansı qisminin) iddiaçıya məxsus olmamasına dair heç bir qeyd əlavə etməmişdir. Cavabdeh tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3764/2021 nömrəli Qərardad və Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt bu günə qədər mübahisələndirilməmişdir. Beləliklə, iddia tələbi kifayət qədər əsaslı olduğu halda və iddiaçının həmin əşyalar üzərində mülkiyyət hüququ olduğu halda iddia tələbi rədd edilmiş və maddi hüququ normasının tələbi kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmə qətnamədə qeyd etmişdir ki,“İddiaçı iddianı sübut edəcək başqa sübut (tələb edilən bütün əşyaların mövcüdluğu, əşyaların iddiaçıya məxsus olması və s.) təqdim edə bilməmişdir. Qərardadın icrası ilə bağlı icra məmuru tərəfindən tərtib edilmiş akt isə həmin əşyalara dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sübutlar icarəçiyə məxsus avadanlıq və əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi barədə iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz”. Bu mülahizə ilə bağlı bildirmək istəyir ki, mülki prosessual qanunvericilikdə ayrı-ayrı iddia tələbləri üzrə konkret sübutetmə qaydası müəyyən edilməmişdir. Bu baxımdan məhkəmənin “həmin sübutlar icarəçiyə məxsus avadanlıq və əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi barədə iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz” mövqeyi tamamilə nisbi və sui-istifadə halına gətirib çıxaran bir mülahizədir. Mülki dövriyyədən də məlum olduğu kimi bu cür daşınar əmlaklar (iaşə obyektində istifadə edilən iddia ərizəsində qeyd edilən texniki avadanlıqlar və digər əşyalar) dövlət qeydiyyatına alınmır və mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd mülkiyyətçiyə verilmir. İşə baxan məhkəmə tərəfindən təqdim edilən bu mötəbər sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamışdır. Başqa sözlə, məhkəmə bu iddia tələbini rədd etməklə, iddiaçıya məxsus əşyaların cavabdehin qanunsuz sahibliyinə verilməsini təmin etmiş olur və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3764/2021 nömrəli qərardadının qəbul edilməsi və Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktının tərtib edilməsi ilə görülmüş tədbirlərin təmin etmiş olduğu iddianı mümkünsüz hala gətirir.
5. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə əlavə verərək, əlavəni belə əsaslandırmışdır ki, iddiaçıya məxsus əşyaların cavabdehin qanunsuz sahibliyində olması, həmçinin həmin əmlakların siyahıya alınmaqla üzərinə həbs qoyulmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3764/2021 nömrəli qərardadı qanuni qüvvəyə minmiş və Səbail rayon İcra Şöbəsi tərəfindən icra olunmuşdur. Belə ki, Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, həmin aktda qeyd edilən siyahıda sadalanan əşyalar (26 adda) baxış keçirilən ərazidə aşkarlanmamışdır. Həmçinin, Səbail rayon İcra Şöbəsinin sözügedən aktında qeyd edilib ki, iddiaçı tərəfindən təqdim edilən siyahıda qeyd edilən və baxış keçirilən ərazidə aşkarlanan iddiaçıya məxsus əşyalar siyahıya alınaraq cavabdehin saxlancına verilmişdir. Siyahıda qeyd edilən lakin ərazidə aşkarlanmayan əşyaları hesaba alınmasa, iddiaçıya məxsus olan və icra məmuru tərəfindən ərazidə aşkarlanan əşyaların aşağıdakılar olduğu məlum olur: Piano -1 ədəd (Yamaxa markalı) - 900 AZN, Qəhvə üçün grinder -1 ədəd (X4 markalı) - 800 AZN, Planşet - 1 ədəd (Lenovo Yoga markalı) - 450 AZN, Printer -1 ədəd (Epson markalı) - 800 AZN, Televizor -1 ədəd (Mİ 43) - 200 AZN, Kassa aparatı - 1 ədəd - 350 AZN, Selfi lampa -1 ədəd (Gimbal markalı) - 60 AZN, İnternet moderni -1 ədəd - 220 AZN, Planşet - 12 ədəd (Lenovo markalı) - ümumi dəyəri 3000 AZN, Blender -1 ədəd (Kenwood markalı) -150 AZN, Powerbank - 22 ədəd (Lenovo markalı) - 1650 AZN, Flashkart - 31 ədəd (32 GB) - 465 AZN, Kuryer üçün çantalar - 3 ədəd (Yerli istehsal) 360 AZN, Sac dəmir qabları - 6 ədəd (Yerli istehsal) -108 AZN, Şirəçəkən blender -1 ədəd (Panasonik markalı) - 350 AZN, Reklam logo (obyektin qarşısında yerləşdirilən) -1 ədəd - 900 AZN, Kuryer üçün üst geyimi (kurtka) - 2 ədəd -150 AZN, Moped - 1 ədəd (Angel eyes markalı) - 2000 AZN, Soyuducu - 1 ədəd (Öztürk markalı) - 400 AZN, Dəmir masa - 2 ədəd (Titan group markalı) - 3000 AZN, Multivarka -1 ədəd (moulinex markalı) - 150 AZN, Aspirator -1 ədəd (Öztürkler markalı) -100 AZN, Termos - 100 ədəd (Promo No name markalı) - 480 AZN, Pərdə -1 ədəd (Çaxır zonasını ayırmaq üçün) - 300 AZN, TV üçün kranşteyn - 1 ədəd - 60 AZN, Nar şirəçəkən - 1 ədəd - 75 AZN, Şirəçəkən -1 ədəd (Braun markalı) - 220 AZN, Konditer vitrini - 1 ədəd - 1200 AZN, Soyuducu - 1 ədəd (Pozis markalı) - 800 AZN, Barın rəfləri - 12 ədəd - 240 AZN, Planşet üçün çexol -12 ədəd - 60 AZN, Moped üçün telefon tutacağı - 3 ədəd - 15 AZN, Ofisiant üçün qol saatı - 6 ədəd - 540 AZN, Termos -100 ədəd (Promo No name markalı) - 1000 AZN, Suşı üçün soba - 1 ədəd (Salamander markalı) - 900 AZN, Konditer üçün mikser -1 ədəd (Kitchen markalı) - 1290 AZN, Qızdırıcı lampa - 2 ədəd (No name markalı) - 520 AZN, Çek printeri - 2 ədəd (Xprinter XP-V320N) - 300 AZN, Qab - 30 ədəd (Bonna markalı) - 240 AZN, Bokal - 2 ədəd (Vileroy/Bosh markalı) - 20 AZN, Türkiyə istehsalı olan tava -1 ədəd - 50 AZN, Tərəzi - 1 ədəd (Q-6470) - 35 AZN, Sous qabı -4 ədəd (Vileroy Bosch markalı) - 100 AZN, Steyk üçün taxta qab - 30 ədəd (Pashabahce markalı) - 360 AZN, qəhvə üçün bokal - 8 ədəd (Pashabahce markalı) - 40 AZN. Siyahıda qeyd edilən əşyaların qarşısında qeyd edilən məbləğlər "xxxx" MMC-nin təqdim etdiyi mütəxəssis rəyinə (həmin rəy məhkəməyə təqdim edilib) əsaslanır. Həmçinin, qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2592/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsində yuxarıdakı siyahıda qeyd edilən əşyaların (və ya onların dəyərinin) cavabdehdən alınıb iddiaçıya verilməsi nəzərdə tutula bilərdi. Çünki iddiaçıya məxsus həmin əşyaların mövcudluğu və cavabdehin istifadəsində olması Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktla müəyyən edilib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
7. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əssən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
10. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
18. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı MMC (İcarəçi) ilə Cavabdeh2 (İcarəyə verən) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən İcarəyə verən ona məxsus ünvan 1əşən qeyri-yaşayış sahəsini İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə xx.xx.2024-cü il tarixinədək icarəyə götürməyi və bunun müqabilində İcarəyə verənə müqavilə ilə razılaşdırılmış miqdarda icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının sözügedən obyekti icarəyə götürməkdə məqsədi həmin sahədə restoran fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Buna uyğun olaraq iddiaçı həmin sahəni təmir etmiş, “Caffiesta” restoran adı altında həmin ünvanda fəaliyyətə başlamışdır. Həmçinin, ünvan 1əşən qeyri-yaşayış sahəsi üzərində (icarə obyekti) İddiaçı MMC-nin istifadə hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən dövlət qeydiyyatına alınmış və buna dair müvafiq çıxarış verilmişdir. Lakin, müqavilədə nəzərdə tutulmuş icarə müddəti başa çatmamış xx.xx.2021-ci il tarixdə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh1 və digər şəxslər icarə obyektinə daxil olaraq iddiaçını icarə obyektindən çıxartmışdır. Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh1 hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanılmış müqavilənin şərtləri kobudcasına pozulmuş və iddiaçı istifadə hüququndan məhrum edilmişdir. Bundan sonra iddiaçı öz istifadə hüquqularının bərpa edilməsi üçün məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edərək Cavabdeh2 hərəkətlərini qeyri qanuni hesab etmiş və iddiaçının mübahisə predmeti olan obyektə dair istifadə hüququnun bərpa edilməsini qət etmişdir. Cavabdeh qeyd olunan qətnamədən şikayət verməmiş və məhkəmə tərəfindən 2022-ci ilin dekabr ayında iş icraya yönəldilmişdir. İddiaçının digər tələbi, iddiaçıya məxsus vebsayt və mobil tətbiqin hazırlanması üçün çəkilən xərcin əvəzi olaraq 10000 manat pulun tutulmasından ibarətdir.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005) 3764/2021 saylı qərardadı ilə ərizəçi MMC-nin məhkəmədə bu mübahisəyə baxılana qədər iddiaçıya məxsus 79854 (yetmiş doqquz min səkkiz yüz əlli dörd) manat dəyərində olan avadanlıqların saxlanıldığı ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsində quraşdırılmış iddiaçıya məxsus avadanlıqların dağıdılmaması, sındırılmaması, başqa üçüncü şəxslərə və yaxud cavabdeh tərəfindən özünə məxsus olması adı ilə satılmaması və məhv edilməməsi məqsədilə həmin qeyri-yaşayış sahəsinə Cavabdeh2 və digər üçüncü şəxslərin daxil olmasına və həmin avadanlıqlardan istifadəyə cavabdehə və digər üçüncü şəxslərə mülki işə baxılıb qurtaranadək istifadəsinə və satılmasına qadağa qoyulması barədə ərizəsi qismən təmin edilmiş və ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsində quraşdırılmış iddiaçıya məxsus avadanlıqlar siyahiya alınmaqla, onların istifadəsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
20. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 3764/2021 nömrəli qərardadı qanuni qüvvəyə minmiş və Səbail rayon İcra Şöbəsi tərəfindən icra olunmuşdur. Belə ki, Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, həmin aktda qeyd edilən siyahıda sadalanan əşyalar (26 adda) baxış keçirilən ərazidə aşkarlanmamışdır. Həmçinin, Səbail rayon İcra Şöbəsinin sözügedən aktında qeyd edilib ki, iddiaçı tərəfindən təqdim edilən siyahıda qeyd edilən və baxış keçirilən ərazidə aşkarlanan iddiaçıya məxsus əşyalar siyahıya alınaraq cavabdehin saxlancına verilmişdir. İddiaçıya məxsus olan və icra məmuru tərəfindən ərazidə aşkarlanan əşyaların aşağıdakılar olduğu məlum olur: Piano -1 ədəd (Yamaxa markalı) - 900 AZN, Qəhvə üçün grinder -1 ədəd (X4 markalı) - 800 AZN, Planşet - 1 ədəd (Lenovo Yoga markalı) - 450 AZN, Printer -1 ədəd (Epson markalı) - 800 AZN, Televizor -1 ədəd (Mİ 43) - 200 AZN, Kassa aparatı - 1 ədəd - 350 AZN, Selfi lampa -1 ədəd (Gimbal markalı) - 60 AZN, İnternet moderni -1 ədəd - 220 AZN, Planşet - 12 ədəd (Lenovo markalı) - ümumi dəyəri 3000 AZN, Blender -1 ədəd (Kenwood markalı) - 150 AZN, Powerbank - 22 ədəd (Lenovo markalı) - 1650 AZN, Flashkart - 31 ədəd (32 GB) - 465 AZN, Kuryer üçün çantalar - 3 ədəd (Yerli istehsal) 360 AZN, Sac dəmir qabları - 6 ədəd (Yerli istehsal) -108 AZN, Şirəçəkən blender -1 ədəd (Panasonik markalı) - 350 AZN, Reklam logo (obyektin qarşısında yerləşdirilən) -1 ədəd - 900 AZN, Kuryer üçün üst geyimi (kurtka) - 2 ədəd -150 AZN, Moped - 1 ədəd (Angel eyes markalı) - 2000 AZN, Soyuducu - 1 ədəd (Öztürk markalı) - 400 AZN, Dəmir masa - 2 ədəd (Titan group markalı) - 3000 AZN, Multivarka -1 ədəd (moulinex markalı) - 150 AZN, Aspirator -1 ədəd (Öztürkler markalı) -100 AZN, Termos - 100 ədəd (Promo No name markalı) - 480 AZN, Pərdə -1 ədəd (Çaxır zonasını ayırmaq üçün) - 300 AZN, TV üçün kranşteyn - 1 ədəd - 60 AZN, Nar şirəçəkən - 1 ədəd - 75 AZN, Şirəçəkən -1 ədəd (Braun markalı) - 220 AZN, Konditer vitrini - 1 ədəd - 1200 AZN, Soyuducu - 1 ədəd (Pozis markalı) - 800 AZN, Barın rəfləri - 12 ədəd - 240 AZN, Planşet üçün çexol -12 ədəd - 60 AZN, Moped üçün telefon tutacağı - 3 ədəd - 15 AZN, Ofisiant üçün qol saatı - 6 ədəd - 540 AZN, Termos -100 ədəd (Promo No name markalı) - 1000 AZN, Suşı üçün soba - 1 ədəd (Salamander markalı) - 900 AZN, Konditer üçün mikser -1 ədəd (Kitchen markalı) - 1290 AZN, Qızdırıcı lampa - 2 ədəd (No name markalı) - 520 AZN, Çek printeri - 2 ədəd (Xprinter XP-V320N) - 300 AZN, Qab - 30 ədəd (Bonna markalı) - 240 AZN, Bokal - 2 ədəd (Vileroy/Bosh markalı) - 20 AZN, Türkiyə istehsalı olan tava -1 ədəd - 50 AZN, Tərəzi - 1 ədəd (Q-6470) - 35 AZN, Sous qabı -4 ədəd (Vileroy Bosch markalı) - 100 AZN, Steyk üçün taxta qab - 30 ədəd (Pashabahce markalı) - 360 AZN, qəhvə üçün bokal - 8 ədəd (Pashabahce markalı) - 40 AZN. Həmin əşyaların mövcudluğu və cavabdehin istifadəsində olması Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktla müəyyən edilib.
21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1491/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh2 qarşı iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMC-nin istifadə və sahibliyinə verilmiş Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 tərəfindən iddiaçı "xxxx" MMC-nin çıxarılması qeyri-qanuni hesab edilmiş, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı Cavabdeh2 tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələr aradan qaldırılması qətt edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.
22. İddiaçının mövqeyinə əsasən qeyri-yaşayış sahəsini icarəyə götürərkən ora 63 adda əşya və avadanlığı alaraq yerləşdirmiş, qeyd edilən qətnamə icraya yönələndən 1 ildən artıq müddətdir ki, Cavabdeh2 icra vərəqəsinin icra olunmasından qərəzli olaraq yayınır. Sözügedən icra sənədinin icra edilməsindən yayınan cavabdeh nəinki qeyri yaşayış sahəsindən İddiaçı MMC-nin istifadə etməsinə mane olur, həmçinin həmin qeyriyaşayış sahəsində İddiaçı MMC-yə məxsus olan əmlakını geri qaytarmır, qanunsuz olaraq öz sahibliyində saxlayır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3764/2021 nömrəli qərardadına əsasən ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsində quraşdırılmış İddiaçı MMC-yə məxsus avadanlıqlar siyahıya alınmaqla, onların istifadəsi Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardad icra edilmiş, icraçı akt tərtib edərək 26 ədəd əşyanı aşkar etməmiş, 40 adda əşyanın iddiaçıya məxsus olmasını, mövcud olmasını və cavabdehin istifadəsində olmasını təsdiq etmişdir. Hətta cavabdehin nümayəndəsi də bunu təsdiq etmişdir. O, həmçinin məhkəmənin hazırlıq iclasında bəzi əşyaların iddiaçıya məxsus olmasını və onların istifadəsində olmasını bildirmişdir.
23. Cavabdehin mövqeyinə görə isə iddiaçının iddia etdiyi əşya və avadanlıqlar ona məxsusdur və iddiaçı tələbini əsaslandıran sübutlar təqdim edə bilməmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2). Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini yuxarıda qeyd olunan qaydada sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı məhkəməyə sübutlar qismində yalnız Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3764/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadını təqdim etmişdir. Həmin qərardada əsasən İddiaçı MMC-nin Cavabdeh2 qarşı bildirişin etibarsızlığı, müqavilə şərtlərinin həyata keçirilməsinə şərait yaradılması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi zərər, pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia üzrə mülki işlə bağlı iddianın təmin etmə tədbiri haqqında iddiaçının ərizəsi qismən təmin edilərək, ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsində quraşdırılmış iddiaçıya məxsus avadanlıqlar siyahiya alınmaqla, onların istifadəsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardadın icrası ilə bağlı Səbail rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021 ci il tarixli akt tərtib edilmiş və avadanlıqların siyahısı təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3764/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən borclunun etibarnamə üzrə nümayəndəsi hazırda obyektdə təmir işləri getdiyindən əşyaların bir qisminin yaxınlıqdakı ofisə, digər qisminin isə Maştağa qəsəbəsində yerləşən anbara yerləşdirildiyini bildirmiş, siyahıda olan və aşkar edilmiş əmlaklar siyahıya alınaraq cavabdehin saxlancına verilmişdir. Həmin aktda baxış keçirilən zaman müəyyən edilir ki, hazırki iddia üzrə tələb edilən bəzi aşyaların mövcüdluğu icra məmuru tərəfindən müəyyən edilmədi. İddiaçı iddianı sübut edəcək başqa sübut (tələb edilən bütün əşyaların mövcüdluğu, əşyaların iddiaçıya məxsus olması və s.) təqdim edə bilməmişdir. Qərardadın icrası ilə bağlı icra məmuru tərəfindən tərtib edilmiş akt isə həmin əşyalara dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. İddiaçının digər- iddiaçıya məxsus vebsayt və mobil tətbiqin hazırlanması üçün çəkilən xərcin əvəzi olaraq 10000 manat pulun tutulması tələbi də məhkəmə gedişatı zamanı heç bir sübut ilə təsdiq edilmədiyi üçün, məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sübutlar icarəçiyə məxsus avadanlıq və əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi barədə iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz.
25. İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardadın və onun icrasının nəticəsində akt vasitəsilə aşkar olunan əşyaların ona məxsus olmasını və cavabdehin istifadəsində olmasını mübahisəsiz və sübut olunmuş hal hesab etmişdir.
26. Halbuki müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardadın qəbul edilməsində məqsəd icarə hüququ əsasında mövcud olan istifadə hüququnun cavabdeh tərəfindən pozulmasının qarşısını müvəqqəti olaraq almaq olmuşdur. Qeyd edilən tədbir ehtimal edilən hüquq pozuntusunun qarşısını almaq, iddianın gələcəkdə icrasının çətinləşməsinin qabağını almaq məqsədilə tətbiq edilir. Ona görə mübahisə predmeti olmayan əşyaların bu icraat çərçivəsində siyahıya alınaraq üzərinə həbs qoyulması həmin əşyaların mülkiyyətçisini, yəni kimə məxsusluğunu müəyyən etmir, yalnız əşyaların mövcudluğunu və harada, kimin sahibliyində olmasını müəyyən edə bilər.
27. Hazırki işdə iddiaçının əsaslandığı akt yalnız aşkarlanan əşyaların mövcud olmasını və cavabdehin istifadəsində olmasını sübut edir. Bu isə iddianın əsaslı olması üçün kifayət etmir. İddiaçı həmin əşyaların ona məxsus olmasını, cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilmir. Mübahisə olduğu təqdirdə, yəni cavabdehin əşyaları özününkü hesab etdiyi halda, yalnız ehtimal əsasında əşyaların iddiaçıya məxsus olmasını müəyyən etmək mükünsüzdür. Əşyaların cavabdehin sahibliyində olması iddiaçını əşyaların ona məxsus olmasını sübut etmə yükündən azad etmir. 26 adda əşyalar isə ümumiyyətlə nə mövcudluğu, nə iddiaçıya məxsus olması, nə də cavabdehin qanunsuz sahibliyində olması sübut edilmişdir.
28. Maraqlıdır ki, iddiaçı əşyaları özünə məxsus olmasını hesab etsə də, icraçı əşyalara baxış keçirərkən nümayəndəsi vasitəsilə təmsil olunmamış, yəni baxışda iştirak etməmişdir. Halbuki iddiaçı baxışda iştirak etməli və əşyalarına sahib çıxa bilərdi.
29. İddiaçı şikayətdə qeyd edir ki, hazırki iş üzrə gəlinən nəticə icarə hüququ ilə bağlı iş üzrə qətnamənin icrasını mümkünsüz edir. Qeyd edilməlidir ki, bu işlərin predmetləri fərqli olduğu üçün iddiaçının iddia etdiyi əlaqə mövcud deyil.
30. Apellyasiya şikayətində iddia olunur ki, icra məmurunun tərtib etdiyi aktda qeyd edilmişdir ki, sözügedən əşyalar iddiaçıya məxsusdur və cavabdehin nümayəndəsi də öz imzası ilə həmin əşyaların iddiaçıya məxsus olduğunu təsdiq etmiş, qeyd edilən əmlakların iddiaçıya məxsus olmadığına dair cavabdehin nümayəndəsi tərəfindən həmin aktda hər hansı qeyd edilməmişdir.
31. Həmin aktda əşyaların iddiaçıya məxsus olması müəyyən edilməmiş, cavabdehin nümayəndəsi bu halı təsdiq etməmişdir.
32. Apellyasiya şikayətində qeyd edilmişdir ki, cavabdehin vəkili Nümayəndə bu iş üzrə məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, tərəfindən cavabdehlərdən tələb edilən əmlakların bir qismi hazırda cavabdehdədir və həmin əmlaklar iddiaçıya məxsusdur. Həmin əşyaları iddiaçıya qaytarmamaqlarının səbəbi kimi qeyd etmişdir ki, cavabdeh Ş.Hicranın İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə hazırda məhkəmə mübahisəsi gedir (Bakı Apellyasiya Məhkəməsinin icraatında olan həmin işin nömrəsi: 2- 2(103)-553/2024) və həmin iddia təmin ediləcəyi halda tələbi iddiaçıya məxsus sözügedən əşyalara yönəldəcəklər.
33. Şikayətin bu dəlilinə münasibətdə cavabdehin nümayəndəsi kollegiyanın əvvəlki iclasında qeyd etmişdir ki, həqiqətən bəzi əşyaların iddiaçıya məxsus olmasını bildirmişdir. Bu əşyalar 1 ədəd noutbuk, onun adaptoru, 1-2 dənə kuryer çantası, çanta, metal çanta, pizza qutularından ibarət olmuşdur. Digər əşyalar onlara məxsus olmuşdur.
34. İddiaçıya məxsus vebsayt və mobil tətbiqin hazırlanması üçün çəkilən xərcin əvəzi olaraq 10000 manat pulun tutulması tələbini sübut edilməməsi əsası ilə məhkəmə düzgün olaraq rədd etmişdir.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2592/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.