Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-113/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli e-2-2(115)-1187/2024 nömrəli qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki №li “X3”–nın İddiaçı MMC-yə qaytarılması, İddiaçı MMC-nə 2 il ərzində avadanlığın dəyərinin 20%-i həcmində yəni 2021-2022-ci maliyyə ili üzrə 3600 manat və 2022- 2023-cü maliyyə ili üzrə 2160 manat, ümumilikdə 5760 manat həcmində dəymiş zərərin və ödənilmiş 100 manat dəyərində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən dizel və qazla işləyən basınclı nasos, 1m3 plastik su çəni, elektrik şiti, dizel çəni, iki ayrıclı elektrik şiti və 3.2 və 6 mm-lik pellet disklər (2 ədəd) adda qurğuların İddiaçı MMC-yə qaytarılması, iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən 150 kg-lıq elektron tərəzi (2 ədəd), açar dəsti (2 ədəd), divan, LG 82 ekran televizor, kassa aparatı, masa (3 ədəd), kreslo və stullar (8 ədəd) adda əşyaların İddiaçı MMC-yə qaytarılması, xx.xx.2019-cu il tarixli, 3M- 256№-li icarə müqaviləsinə əsasən iddiaçının istifadəsində olan Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən, 966 kv.metr olan qeyriyaşayış binasına İddiaçı MMC-nin nümayəndələrinin giriş-çıxışına yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki №li “X3”–nın cavabdehdən alınaraq İddiaçı MMC-nə qaytarılmasına, bu mümkün olmayacağı təqdirdə isə eyni gücdə generatorun alınması üçün bugünki bazar dəyərinə uyğun olaraq 25593 manat pul vəsaitinin, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 2-2(115)-1187/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh2 1 ədəd 250 kv-luq X4, mövcud olmadıqda əmlakın dəyəri 18000 (on səkkiz min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçınə verilməsi, Cavabdeh2 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, İddiaçındən 22 (iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 1187/2024 saylı qətnaməsinin ləğv edib, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin Cavabdeh2 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o həmin məhkəmə prosesində iştirak etməmiş və qətnamənin nə vaxt çıxarılmasından məlumatı olmamışdır. Məhkəmə qətnaməsi onların ünvanlarına göndərilmiş və poçt şöbəsindən oğluna imza etdirilməklə verilmişdir. Həmin ərəfədə o Bakı şəhərində olduğu üçün məhkəmə qətnaməsindən məlumatlı olmamışdır. Yalnız rayona qayıtdıqdan sonra icra şöbəsinə çağrılmış və orada bu barədə məlumat almışdır. Qətnamədən apellyasiya şikayəti hazırlamışdır. Lakin apellyasiya şikayəti verilmə müddəti buraxıldığına görə, hazırki ərizəni vermək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun tərəfindən buraxılmış müddətin üzürlü hesab edilib bərpa edilməsi mümkündür. Çünki yuxarıda qeyd etdiyi kimi, o məhkəmə prosesində iştirak etmədiyinə görə, işin yekunlaşıb qətnamə çıxarılmasından məlumatlı olmamışdır. O, rayonda olmadığı üçün, oğlu tərəfindən müəsissəyə gələn məktublar qəbul edilmiş, o, məktubları açmamış və ona məlumat verməmişdir. O diqqətsizlik edərək, ondan bu barədə soruşmamışdır. O, icra şöbəsinə çağırıldıqdan sonra orada məlumat almışdır. Oğlunun səhlənkarlığı və onun diqqətsizliyinin üzündən 1 aylıq müddəti ötürülmüşdür. Hesab edir ki, yuxarıdakılara əsasən onun tərəfindən buraxılmış müddətin üzürlü hesab edilməsi və bərpa edilməsi mümkündür İddiaçı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən müddətin bərpa olunmasına dair verilmiş ərizənin rədd edilərək apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, e-2-2(115)-1187/2024 saylı kommersiya işi üzrə yekun məhkəmə aktı çıxarılmış, qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehlərə çatdırılmış və xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş sorğuya "xxxx" tərəfindən göndərilmiş cavab məktubunda və buraxılmış müddətin bərpasına dair ərizədə bu hal öz təsdiqini tapmışdır. Cavabdeh ərizəsində məhkəmədə iştirak etmədiyini bildirsə də, o vaxtı-vaxtında məlumatlandırılmış, lakin heçbir üzürlü səbəb olmadan özü bilərəkdən sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Bununla da, apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin ötürüldüyü tam təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəfindən verilən ərizədə göstərilən hallar da, buraxılmış müddətin bərpası üçün əsas təşkil etməməkdədir. Göstərilənlərdən aydın olur ki, məhkəmənin qətnaməsi cavabdehlərə çatdırılmış və qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair cavabdeh tərəfindən üzürlü hər-hansı bir səbəb də, göstərilməmiş və bu hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərdən və işin hallarından aydın olur ki, cavabdeh heç-bir üzürlü səbəb olmadan sadəcə icra etməli öhdəliklərindən yayınmaq üçün süni maneə olsu deyə belə bir ərizə ilə məhkəməyə müraciət etmiş və əsassız bir apellyasiya şikayəti vermişdir. Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli e-2-2(115)-1187/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2024- cü il tarixli, e-2-2(115)-1187/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh2 münasibətdə bərpa edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli e-2-2(115)-1187/2024 saylı qərardadından İddiaçı MMC tərəfindən şikayət verərək cavabdehin apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa olunmasına dair ərizəsinin rədd edilməsi və apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmiş eyni zamanda həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1187/2024 saylı qərardadı ilə ərizənin təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2024cü il tarixli e-2-2(115)-1187/2024 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət İddiaçınə münasibətdə bərpa edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırki mübahisə kommersiya mübahisəsidir və tərəflər peşəkar şəxslərdir. Məhkəmənin ötürülmüş müddəti qısa müddət olaraq qəbul etməsinin heç bir prosessual və maddi hüquqi dayanağı yoxdur. Qanunvericilik şikayət vermə müddətlərini müəyyən edərkən məhkəmə mübahisələrinin uzun-uzadı olmaması və konkret məsələlərə konkret müddətlərdə baxılması üçün müəyyən etmişdir. Onların qısa və ya uzun müddətə buraxılması məsələləri qanunverici tərəfindən qeyd edilməməklə heç bir məhkəmə təcrübələrində və plenum qərarlarında göstərilməmişdir. Kazuistik hüquq sistemində bu cür anlayışlar yolverilməzdir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Tərəfin evinə yox, ona məxsus olduğu mübahisələndirilməyən qeyri-yaşayış sahəsinə qətnamənin çatdırılması və doğma oğlu tərəfindən qəbul edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qərardadda müəyyən etdiyi bu halın sübuta yetirilməsinə dair heç-bir sübut təqdim edilməmiş, araşdırılmamış və buna dair dəlillər mövcud olmamışdır. Qeyd edilənlər çıxarılmış qərardadın ləğv edilməsi üçün kifayət qədər əsasdır. Gəncə Kommersiya Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2-2(115)-1187/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli e-2- 2(115)-1187/2024 nömrəli qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli e-2-2(115)-1187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarında olan xəbərnamədən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 2-2(115)-1187/2024 saylı qətnaməsi 22 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 ünvanı Tovuz rayonu Qovlar şəhəri, Azadlıq küçəsinə göndərilmişdir. Həmin qətnamə 29 oktyabr 2024-cü il tarixdə imza edilməklə təhvil alınmışdır. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 2-2(115)-1187/2024 saylı qətnaməsi 03 dekabr 2024-cü il tarixdə qüvvəyə minmiş və 03 dekabr 2024-cü il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X6 filialının 09 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixində ünvanladığı SX043813015AZ saylı sifarişli xəbərnaməli məktub xx.xx.2024-cü il tarixində Qovlar şəhəri, Vağzal küçəsində yerləşən şəxsi iş yerində Cavabdeh2 oğlu X2 verilmişdir. İşin hallarından müəyən olunur ki, poçt müəssisəsi onu göndərilən ünvandan fərqli ünvan olan Qovlar şəhəri, Vağzal küçəsində yerləşən qeyri-yaşayış sahəsinə aparmış və orada özünə deyil, oğluna təhvil vermişdir. Cavabdeh isə qətnaməni alan şəxsin qətnaməni ona vermədiyini, qətnamədən icra şöbəsində məlumalı olduğunu qeyd etmişdir. Hazırki halda kollegiya cavabdehin narazı qaldığı məhkəmə aktından şikayət verə bilməsi hüququnun realizə edilməsinin mümkün edilməsi üçün hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edilməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş İnsan və vətəndaş hüquqularının müdafiəsi adlanan maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsində isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08 may 2008-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı hüquqi mövqeyini aşağıdakı qaydada nümayiş etdirmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli e-2-2(115)-1187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli e-2-2(115)-1187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-2(104)-113/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-113/2025
07.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver