Məhkəmə qərarları › İş №2-2(104)-126/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-126/2023

03.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-126/2023 03.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlak kompeksinin boşaldılması” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(115)-619/2022 saylı qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlak kompeksinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1318.4 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin cavabdehin qanunsuz sahibliyindən alınmaqla tam boşaldılaraq mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumunun və mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2- 2(115)-619/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən 1318,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin cavabdehin qanunsuz sahibliyindən alınmaqla tam boşaldılaraq mülkiyyətçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2- 2(115)-619/2022 saylı qətnaməsindən narazı qalan "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2- 2(115)-619/2022 saylı qərardadı ilə apellyasiya şikayəti poçt vasitəsilə kağız daşıyıcıda verilməsi və nümayəndəsinin səlahiyyətini təsdiq edən sənədin əlavə edilməməsi əsası ilə geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi X2 yenidən apellyasiya şikayəti vermiş, əvvəlki nöqsanlar aradan qaldırılmamış göndərildiyindən apellyasiya şikayəti yenidən, Gəncə Kommersiya Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2- 2(115)-619/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2- 2(115)-619/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək apellyasiya şikayəti verilməsi buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2- 2(115)-619/2022 saylı qərardadı ilə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2- 2(115)-619/2022 saylı qərardadından narazı qalan cavabdeh şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci verilmiş apellyasiya şikayəti vaxtında verilmiş, lakin məhkəmə tərəfindən geri qaytarılmışdır. Hazırki qərardadda qeyd edilmişdir ki, ilk dəfə verilmiş apellyasiya şikayəti vaxtında verilmiş və müddət ötürülməmişdir. Həmin şikayət xx.xx.2022-ci ildə məhkəmə qərardadı ilə geri qaytarılmış və bundan 3 ay 20 gün sonra, yəni xx.xx.2023-cü ildə poçt vasitəsilə yenidən apellyasiya şikayət verilmişdir. Qeyd edilən 3 aydan artıq müddət ərzində şikayətin cavabdehin iradəsindən asılı olmayan səbəblərdən verilməsinin mümkün olmaması sübutlarla təsdiqini tapmamışdır. İş materiallarından göründüyü kimi bütün bu işlər əri Anar Ələkbərovun nümayəndəliyi ilə aparılmışdır. O, apellyasiya şikayətini vaxtında vermiş, lakin, sonrakı geri qaytarılmış şikayətin vaxtında verilməməsinə səbəb onun CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlaması olmuşdur. Anar Ələkbərov 01.112022-ci il tarixdən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, ona görə də apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli, e-2-2(115)-619/2022 nömrəli qəradadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-619/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş əlavənin forma və məzmununa uyğun olmadığı üçün, həmçinin "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə göndərilmədiyi üçün apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh sonuncu verdiyi apellyasiya şikayətinin "barəsində şikayət olunan məhkəmə qətnaməsi və qərardadı haqqında məlumat" hissəsində e-2-2(115)-619/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verməsini göstərib. Bilindiyi kimi qərardaddan şikayət tərəfə catdıqdan sonra 10 (on) gün ərzində verilir. Belə olan halda isə tərəf qərardaddan şikayət verilmə müddətini də ötürmüş olur. Məhkəmə qeyd edilən qərardadda apellyasiya şikayətinin geri qaytarılmasına əsas olmuş halları açıq-aşkar göstərmişdir. Həmin qərardadın qəbul edilməsindən 3 ay 20 gün keçdikdən sonra cavabdeh xx.xx.2023-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinə yenidən apelyasiya şikayəti vermişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş əlavənin forma və məzmununa uyğun olmadığı fiçün, həmçinin "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə göndərilmədiyi üçün apelyasiya şikayəti təkrar olaraq geri qaytarılmışdır. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair Gəncə Kommersiya Məhkəməsinə üçüncü dəfə müraciət etmişdir. Cavabdeh şikayətində qeyd etmişdir ki, qeyd edilən işlərlə onun əri X3 nümayəndəliyi ilə aparılmış və qətanamə onun tərəfindən qəbul edilmişdir. Daha sonra 01 noyabr 2022ci il tarixdə X3 həbs edilmiş və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarından aydın olur ki, 03 oktyabr 2022-ci il tarixli, 25 yanvar 2023-cü il tarixli apelyasiya şikayətini verən tərəf X4 olmuşdur. Bundan əlavə X4 iş üzrə cavabdeh deyil, iş üzrə cavabdeh tərəf "xxxx" ASC-dir və məhkəmə qərarları və bildirişləri hüquqi şəxsin hüquqi ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən "Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir". Maddənin məzmunundan da göründüyü kimi, "prosessual müddətin bərpasına dair" ərizə verən tərəfin prosessual müddətin buraxılması barədə üzürlü sayılan səbəbi olmalıdır. Cavabdehin ərizəsində belə qənaətə gəlmək olur ki, heç bir üzürlü səbəbi olmadan prosessual müddəti buraxmışdır. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 619/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi özünün apelyasiya şikayətində qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə tərəfə çatdırılmışdır. Bundan əlavə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-619/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunmasından ötrü Gəncə şəhəri üzrə lcra İdarəsinə çatdırılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimov xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və cavabdehə icra sənədinin könüllü icra etməsi üçün 10 gün müddət vermişdir. Lakin bugünədək cavabdeh icra sənədinin icra etməkdən yayınır. Qeyd edilənləri nəzərə alaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayəti təmin edilməməsi və Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-619/2022 saylı, 14 fevral 2023-cü il tarixli qərardadını dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi ilk dəfə verilmiş apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyini qərardadında qeyd etsə də əslində cavabdeh apellyasiya şikayətini ilk dəfə məhkəməyə təqdim etdiyi zaman da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. Belə ki, iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, cavadebhin nümayəndəsi Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2- 2(115)-619/2022 saylı qətnaməsini 01 sentyabr 2022-ci tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmiş, 01 oktyabr 2022-ci il tarixin qeyri-iş gününə düşməsi ilə əlaqədar olaraq, şikayət vermə müddəti 02 oktyabr 2022-ci il tarixdə bitsə də apellyasiya şikayəti 03 oktyabr 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir ki, bununla da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. Bundan sonra isə cavadbeh tərəfindən verilmiş apellyasiya şikayəti cavabdehin nümayəndəsi X2 tərəfindən imzalanmamaqla yanaşı, elektron qaydada verilmədiyindən Gəncə Kommersiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2- 2(115)-619/2022 saylı qərardadı geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi X2 tərəfindən yenidən apellyasiya şikayəti vermiş, lakin həmin apellyasiya şikayəti də cavabdehin nümayəndəsi X2 tərəfindən imzalanmamaqla yanaşı, əvvəlki nöqsanlar aradan qaldırılmamaqla göndərildiyindən Gəncə Kommersiya Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2- 2(115)- 619/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi X2 hazırkı işin onun əri X1 nümayəndəliyi ilə aparıldığını, onun isə cinayət məsuliyyətinə cəlb edilərək 01 noyabr 2022-ci il tarixdən həbs edildiyini buna görə də buraxılmış prosessual müddətin üzürlü hal hesab edildiyini iddia etmişdir ki, məhkəmə kollegiyası cavadebhin qeyd olunan dəlilini əsassız hesab etmişdir. Belə ki, iş materiallarından aydın olur ki, 03 oktyabr 2022-ci il tarixdə və 25 yanvar 2023-cü il tarixlərdə verilmiş apellyasiya şikayətləi imzalanmasa da həmin şikayətlər nümayəndə qismində X4 tərəfindən verilmişdir. Bundan baqşa iddiaçı tərəfin etirazında qeyd olunduğu kimi X4 iş üzrə cavabdeh deyil, cavabdeh "xxxx" ASC olmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsi qərardadında apellyasiya şikayətinin geri qaytarılmasına əsas olmuş halları aydın şəkildə göstərsə də cavadbeh tərəf həmin nöqsanı aradan qaldırmayaraq, yenidən eyni qaydada apellyasiya şikayətini məhkəməyə vermişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh qətnamədən şikayət verə bilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsini sübut edə bilməmişdir. Buna görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(115)-619/2022 saylı qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(115)-619/2022 saylı qərardadı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar