Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-183/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin nümayəndəsi Nümayəndə və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-10/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-10/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, Cavabdeh 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03 iyul 2004-cü il tarixli 01 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı istifadəsinə geri qaytarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsininxx.xx.2024-cü il tarixli, e-2-2(115)-10/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə mürаciət edərək cavabdeh Şəmkir rayon Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında cavabdeh ilə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 13 ha kənd təsrrüfatlı təyinatlı torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, tərəflər arasında Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış icarə müqaviləsinə əsasən 13 ha kənd təsrrüfatlı təyinatlı torpaq sahəsi 50 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Qərar əsasında “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 28 avqust 2004-cü il tarixli JN-5279 saylı şəhadətnamə alınmışdır. Adı çəkilən 13 ha torpaq sahəsi üzərində 5750 ədəd xurma ağacından ibarət bağ salınmış və bir neçə dəfə məhsul götürülmüşdür. 2014cü ilin oktyabr ayında Sabirkənd bələdiyyəsinin özbaşına hərəkətləri nəticəsində bağı məhv edilmiş, torpaq sahəsi icarə müddətinin bitməməsinə rəğmən cavabdeh tərəfindən məcburi qaydada geri alınmışdır. Bələdiyyə hazırda vəzifə səlahiyyətlərindən istifadə etməklə və rüşvətxorluqda ittiham edilərək həbs edilmiş, sabiq icra başçısı Alimpaşa Məmmədovla birgə iddiaçının istifadəsində olmuş, lakin sonradan məcburi qaydada geri alınmış olan torpaq sahəsindəki xeyli miqdarda ağacları məhv edərək özləri üçün bazar salmışlar. Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı ilə bağlanmış icarə müqaviləsininin ləğv edilməsi ilə bağlı X4 müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, icarəçi tərəfindən torpaq üzərində icarə hüquqlarına xitam verilməsinə əsas verən hallara yol verilməmiş, icarə müqaviləsinin şərtlərinə əməl edilmiş, torpağın icarə haqqı isə gecikdirilmədən ödənilmişdir. Sabirkənd bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış, 03 iyul 2004-cü il tarixli 01 saylı icarə müqaviləsi hər iki tərəfinin razılığı və iştirakı ilə bağlanmışdır. Bələdiyyənin həmin müqavilənin birtərəfli qaydada, hər hansı bir əsası olmadan ləğv etməsi qanunsuzdur və 13 ha torpaq sahəsi iddiaçının istifadəsinə geri qaytarılmalıdır. Həmçinin çıxarılmış qərarda bələdiyyə sədri Nümayəndə məruzə edərək bildirmişdir ki, DT və XK-nın Şəmkir rayon şöbəsi ilə əlaqə yaradılaraq bələdiyyənin kəndin inkişafı üçün ayrılmış perespektiv inkişaf fondu torpağı üzərinə çıxarış verilmişdir. Sabirkənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı iclasının qərarını hazırki sədr Nümayəndə bələdiyyə üzvi kimi imzalamış, Sabirkənd kəndi İƏDÜİN İdris Əbdürrəhmanov isə sədr kimi imzalamışdır. Bundan sonra İdris Əbdürrəhmanov isə eskiz layihəsini öz imzası və bələdiyyənin möhrü ilə təsdiq etmişdir. Hazırda isə həmin torpaq sahəsini İdris Abdürrəhmanovun qardaşı oğlu Fərid Abdürrəhmanovun direktoru olduğu "xxxx" MMC-yə veriblər. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(114)-4/2021 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı bələdiyyə qərarının ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbi mümkün sayılmamışdır. Qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(104)-406/2021 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-4/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1705/2021 saylı qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. İddiaçı hazırkı tələbinə məhkəmə qaydasında yenidən baxılması yolverilməzdir. Hazırkı iş üzrə iddia tələbinə məhkəmə qaydasında baxılmışdır. Hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iddia tələbi üzrə kommersiya işinin icraatına xitam verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, Şəmkir rayonu Sabirkənd kənd Bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli qərarı ilə İddiaçı bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün icarəyə verilmişdir. 03 iyul 2004-cü il tarixdə bələdiyyə ilə İddiaçı arasında müvafıq icarə müqaviləsi bağlanmışdır. İddiaçı Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rustəm Rüstəmovla cinayət əlaqəsinə girmiş və onlar qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırlamışlar. Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfındən İddiaçı xx.xx.2004-cü il tarixdə JN-5279 (Kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Həmin sənəd birmənalı saxta sənəddir və İddiaçı indi də həmin sənəddən istifadə edir. Sabirkənd kənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 saylı qərarı ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rüstəm Rüstəmov tərəfındən vəzifə cinayəti törədilmişdir. Eyni zamanda vəzifə mövqeyindən sui-isifadə edilməklə hüquqverən saxta sənəd hazırlanmışdır. Nəticədə kəndin əhalisinin xeyli hissəsi həyətyanı torpaq sahəsi almaqdan məhrum olmuşdur. Həmin şəhadətnamə hazırlanan zaman bir sıra məqsədyönlü saxtakarlıqlara yol verilmişdir. Belə ki, həmin şəhadətnamə bələdiyyənin qərarında göstərilən torpaq sahəsinə uyğun tərtib edilməmişdir. Sözügedən qərarda 13 hektar torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan aparılması göstərilsə də, şəhadətnamə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsinə işlənmişdir. Müvafıq yerseçmə aktında və kəndin kompleks yerquruluşu planından çıxarışda bələdiyyənin sabiq sədri İdris Əbdürəhimovun imzası saxtalaşdırılmışdır. Onun yerinə başqa şəxs imza etmişdir. Qeyd olunanlar barədə yalnız 29 aprel 2019-cu il tarixdə X6 Filialından verilən sənədlərdən məlumat almışlar. İmzaların saxta olması və bələdiyyənin sabiq sədrinə məxsus olmaması sadə vizual baxışla da müəyyən edilir. Bundan başqa Xəlilov X3 bələdiyyəsinin mülkiyyətində olan, saxta sənədlər əsasında onun istifadəsinə verilmiş 13 hektar torpaq sahəsinin 1 hektarını özünün təsis etdiyi "xxxx" Firmasınının adına rəsmiləşdirmişdir. Bundan əlavə qeyd edilməlidir ki, “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsi üzrə - Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Lakin həmin Qanunun da tələblərinə riayət edilməmişdir. Halbuki, həmin Qanunun 29cumaddəsinə əsasən, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Üstəlik də, həmin müqavilə notarial təsdiqli olmamışdır və bu o deməkdir ki, həmin müqavilə etibarsızdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmsını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi – Vəkil1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2004-cü il tarixli 12 nömrəli protokolundan görünür ki, İddiaçı 13 ha torpaq sahəsinin verilməsi və icarə yolu ilə götürülmüş torpaq sahəsindən hər il 1 hektardan 50000 manat olmaqla icarə haqqı alınması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsindən görünür ki, 30 iyun 2004-cü il tarixli qərara əsasən 13 hektar torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1705/2021 saylı qərardadından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-4/2021 saylı qərardaddı ilə İddiaçı Cavabdehnə qarşı bələdiyyə qərarının ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(104)- 406/2021 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 4/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(104)-406/2021 saylı qərardadından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021- ci il tarixli 2-1(114)-4/2021 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı ziyan tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(104)-406/2021 saylı qərardadı ilə ləğv edilmiş, İddiaçı Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC) qarşı ziyan tələbinə dair inzibati iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2422/2023 saylı qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-74/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MMC) icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 30 mart 2021-ci il tarixli 3 nömrəli qərarı ləğv edilmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-220/2023 nömrəli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(115)-3/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış icarə müqaviləsinə əsasən 13 ha kənd təsrrüfatlı təyinatlı torpaq sahəsi 50 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Qərar əsasında “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 28 avqust 2004-cü il tarixli JN-5279 saylı şəhadətnamə alınmışdır. 2014cü ilin oktyabr ayında Sabirkənd bələdiyyəsi hazırkı iş üzrə İddiaçı ilə bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ləğv edilmədən həmin torpaq sahəsi ilə bağlı digər şəxslə icarə müqaviləsi bağlamış, daha sonra Cavabdeh xx.xx.2021-ci il tarixli 03 saylı qərarı ilə Sabirkənd bələdiyyəsinin 03 iyul 2004-cü il tarixli 12 saylı qərarını ləğv etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-74/2022 saylı qərarı ləğv edilmiş, bundan sonra Cavabdeh iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı ilə bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmiş, lakin həmin iddia tələbi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-3/2-24 saylı qətnaməsi ilə təmin edilməmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh 13 ha kənd təsrrüfatlı təyinatlı torpaq sahəsinin ona qanuni əsaslarla icarəyə verildiyini, lakin sonradan qanunsuz olaraq geri alındığını qeyd edərək həmin torpaq sahəsinin is istifadəsinə geri qaytarılmasını xahiş etmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2004-cü il tarixli 12 nömrəli protokolu ilə İddiaçı 13 ha torpaq sahəsinin verilməsi və icarə yolu ilə götürülmüş torpaq sahəsindən hər il 1 hektardan 50000 manat olmaqla icarə haqqı alınması qərara alınmışdır. Daha sonra Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə icarə müqaviləsi bağlanılmış, 30 iyun 2004-cü il tarixli qərara əsasən 13 hektar torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəyə verilmiş və icarəçinin istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini qərara almış və müqavilə əsasında icarəyə verilmiş torapq sahəsi icarəçinin istifadəsindən alınmışdır. İcarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı bələdiyyənin qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Həmçinin bələdiyyə icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə icarə müqaviləsinin ləğvinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə bildirir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə 13 hektar torpaq sahəsinin 50 il müddətinə İddiaçı icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsi qüvvədədir. Torpaq sahəsi icarəçinin istifadəsində geri alınmışdır. Halbuki icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifələridir. Ona görə də Cavabdeh 03 iyul 2004-cü il tarixli 12 saylı qərarı əsasında tərəflər arasında bağlanmış 03 iyul 2004-cü il tarixli 01 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəçinin istifadəsinə verilmiş 13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəçinin istifadəsinə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə cavabdehin iş üzrə icraata xitam verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı bələdiyyə qərarının ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbi məhkəmə qərardadı ilə mümkün sayılmamış, qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsi iddianı, yəni torpaq sahəsinin istifadəyə qaytarılması tələbini ona görə mümkün saymamışdır ki, həmin tələb inzibati xarakterli deyil, inzibati icraat qaydasında baxılması yol verilməzdir. Müqavilə münasibətləri mülki qanunvericiliklə tənzimlənir. Ona görə də həmin iddialara mülki icraat qaydasında baxılmalıdır. Bu səbəbdə də iddiaçı hazırkı iddia ilə kommersiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706-cı maddəsində göstərilir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 22-ci maddəsinə əsasən torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək icarəçinin hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə 13 hektar torpaq sahəsinin 50 il müddətinə İddiaçı icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsi müxtəlif məhkəmə instansiyalarında mübahisələndirilsə də, məhkəmə qətnamələri ilə qüvvədə qaldığından və qeyd edilən torpaq sahəsini iddiaçının istifadəsinə vermək Cavabdeh vəzifəsi olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-10/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-183/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-183/2024
06.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver