Məhkəmə qərarları › İş №2-2(104)-211/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-211/2025

03.11.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-211/2025 03.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Açar sözlər: qanunsuz tikilinin sökülməsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-7/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 30 aprel 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli, MA Seriyalı ******* nömrəli Çıxarışa əsasən, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 1 mərtəbəli, ümumi sahəsi 15,1 kv.metr 1 otaqlı fərdi yaşayış evi və 5,9 kv.metr əl damı Daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 135 nömrəli vərəqində Cavabdeh adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2010-cu il tarixli 828 inventar nömrəli, **********59-10301 nömrəli Daşınmaz Əmlakın Texniki Paspotunun surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh adına tam mülkiyyət hüquqi ilə qeydiyyata alınmışdır. Əsas: Daşkəsən rayon DNK-nun xx.xx.2008-ci il tarixli 4Ə-2-245 reyestr nömrəli alğı-satqı müqaviləsi.

3. Eskiz layihənin surətindən görünür ki, Cavabdeh Daşkəsən rayonu Bayan kəndində mülkiyyətində fərdi yaşayış evinin eskiz layihəsi işlənib hazırlanmışdır. Eskiz layihəsi Daşkəsən Rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən imza və möhürlə təsdiq olunmuşdur.

4. "xxxx" QSC İnfrastruktur Departamenti 6 nömrəli X7 rəisi tərəfindən Gəncə stansiyasında XPŞ-nin rəisinə ünvanlanmış 28 avqust 2020-ci il tarixli 352 saylı məktubundan görünür ki, 6 nömrəli X7 xidməti ərazisində Daşkəsən qolunun Qızılca- Bayan mənzilinin 26 km pk 8-də kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim mühafizə zolağı 21 metr və 26 km pk 9; 10-da 40 metr təşkil etdiyi halda, mühafizə zolağının 3 metrliyində həmin ərazi kənar şəxslər tərəfindən dəmir hasara alınmış və 26 km pk 10-da tikililər tikilmişdir.

5. 6 nömrəli Gəncə yol Sahəsi tərəfindən tərtib edilmiş 14 yanvar 2021-ci il tarixli aktın surətindən görünür ki, 6 nömrəli X7 baş mühəndisi E.Q.Qədimov, texniki şöbənin rəisi S.F.Tağıyev, SƏTƏM üzrə mütəxəssis İ.Ə.Abdullayev, sahə mühasibi B.Ə.Buludov və Qırıxlı-Bayan məntəqəsinin yol ustası F.N.Abdullayev akt ondan ötrü tərtib etmişlər ki, 14 yanvar 2021-ci il tarixdə Daşkəsən qolunda dəmir yolunun mühafizə zolağına təkrar baxış keçirilən zaman dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq Cavabdeh tərəfindən Qırıxlı- Bayan mənzilinin 26 km pk 10-da dəmir yolunun mühafizə zolağı 40 metr təşkil etdiyi halda, mühafizə zolağından 15 metr məsafədən başlayaraq 5 ədəd tikinti işləri aparmış, 4 ədəd çardaq quraşdırılmış və dəmir yolundan 3 metr məsafədə yolun kənarına yüngül konstruksiya dəmir hasar çəkilmişdir.

6. Mühafizə zolağında tikilmiş tikililərin və çardaqların sxemindən və fotoşəkillərdən görünür ki, Daşkəsən qolunun Qızılca-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolunun mühafizə zolağının 40 metr təşkil etdiyi halda, dəmir yolunun 3 metrliyində yüngül dəmir konstruksiyalı dəmir hasar dəmir yolu xəttindən 3 metr, mühafizə zolağından 15 metr məsafədə isə 5 ədəd tikinti inşa edilmişdir.

7. 24.10.2022-ci il tarixli ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin torpaq sahəsinin yerquruluşu planından görünür ki, Cavabdeh Hüseyin oğlunun mülkiyyətində olan torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və fərdi yaşayış evi üçün nəzərdə tutulub və bütövlükdə mühafizə zolağındadır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********12 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisəli əraziyə baxış keçirilərkən cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,255 ha (25 sot 50 kv.m) torpaq sahəsinin, 0.06 ha hissəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehin öz mülkiyyətində 0.115 ha (11 sot 50 kv.m) hissəsi bələdiyyə, 0.08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olduğu müəyyən olunmuşdur. Qərardad materiallarında "xxxx" QSC-nin verdiyi məlumata əsasən dəmir yolunun mübahisəli ərazinin yaxınlığından keçən hissəsinin mühafizə zolağının 40 metr olduğu göstərilmişdir. Belə olan təqdirdə cavabdehin mülkiyyətində və mülkiyyətindən əlavə faktiki istifadəsində olan torpaq sahəsi və üzərində olan tikili və qurğular bütünlüklə mühafizə zolağında yerləşir. Cavabdehə məxsus RX seriyalı ******* nömrəli Çxarışın texniki pasportunda göstərilən tikililərin cavabdehin sözlərinə əsasən özü tərəfindən sökülmüşdür. RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində olan əlavə tikililər qərardad materiallarında "xxxx" QSC tərəfindən qeyd olunan 40 metr mühafizə zolağında yerləşir. Qərardad materiallarında qeyd olunan "xxxx" QSC-nin təyin etdiyi 40 metr mühafizə zolağında yerləşən tikililərdən ekspertiza baxışı zamanı cavabdehin bildirdiyinə əsasən 3 ədədi fərdi yaşayış evi, 1 ədədi hamam və 1 ədədi isə mətbəx məqsədi ilə istifadə edilir. Cavabdeh tərəfindən inşa edilmiş tikililər, dəmir yolunun üzərində inşa edilməmişdir. Lakin həmin tikililərin dəmir yolundan istifadə edilməsinə hər hansı maenə və ya məhdudiyyət yaratması barədə münasibət bildirilməsi səlahiyyətləinə aid deyildir. Cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0.255 ha (25 sot 50 kv.m) torpaq sahəsinin 0.06 ha hissəsi RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehin öz mülkiyyətində 0,115 ha (11 sot 50 kv.m) hissəsi bələdiyyə, 0.08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olmaqla dəmir yollarının balansında olan torpaq sahəsidir.

9. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/980 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: Mübahisəli əraziyə baxış keçirilərkən, cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,255 ha (25 sot 50 kv.m) torpaq sahəsinin, 0,06 ha hissəsi RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehin öz mülkiyyətində, 0,115 ha (11 sot 50 kv.m) hissəsi bələdiyyə, 0,08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olduğu müəyyən olundu. Qərardad materiallarında, "xxxx" QSC-nin verdiyi məlumata əsasən, dəmir yolunun mübahisəli ərazinin yaxınlığından keçən hissəsinin mühafizə zolağının 40,0 (qırx) metr olduğu göstərilmişdir. Belə olan təqdirdə, cavadehin mülkiyyətində və mülkiyyətindən əlavə faktiki istifadəsində olan torpaq sahəsi və üzərində mövcud olan tikili və qurğular bütünlüklə mühafizə zolağında yerləşir. Cavabdehə məxsus RX seriyalı ******* nömrəli çıxarışın texniki pasportunda göstərilən tikililərin, cavabdehin sözlərinə əsasən özü tərəfindən sökülmüşdür, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavdehin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində olan əlavə tikililər, qərardad materiallarında "xxxx" QSC tərəfindən qeyd olunan 40,0 (qırx) metr mühafizə zolağında yerləşir. Qərardad materiallarında qeyd olunan, "xxxx" QSC-nin təyin etdiyi 40 metr mühafizə zolağında yerləşən tikililərdən, ekpertiza baxışı zamanı cavabdehin bildirdiyinə əsasən 3 ədədi fərdi yaşayış evi, 1 ədədi hamam və 1 ədədi isə mətbəx məqsədi ilə istifadə edilir. Cavabdeh tərəfindən inşa edilmiş tikililər, dəmir yolunun üzərində inşa edilməmişdir. Lakin həmin tikililərin dəmir yolundan istifadə edilməsinə hər hansı mane və ya məhdudiyyət yaratması barədə münasibət bildirilməsi səlahiyyətlərində deyildir. Cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,255 ha (25 sot 50 kv.m) torpaq sahəsinin 0,06 ha hissəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehin öz mülkiyyətində 0,115 ha (11 sot 50 kv.m) hissəsi bələdiyyə, 0,08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olmaqla dəmir yollarının balansında olan torpaq sahəsidir.Tədqiqat dəyəri 50 manat təşkil etmişdir.

10. "xxxx" Qapalı Səhmar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-1/2-4946/2023 nömrəli məktubundan görünür ki, "xxxx" QSC-nin balansında olan Daşkəsən qolunun Qızılca-Bayan-Quşçu körpüsü sahəsində (20 km-dən 35,1 km-dək) ərazinin dağlıq relyefdə yerləşməsi və rütubətli iqlimlə əlaqədar şpalların yararsız hala düşməsini nəzərə alaraq qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 2016-cı ildən etibarən Qızılca-Bayan-Quşçu körpüsü sahəsi qatarların hərəkəti üçün bağlanmışdır. Dəmir yolu nəqliyyat sektorunun inkişafı ilə əlaqədar olaraq sözügedən dəmir yolu xəttinin təmir edilərək istifadəsi nəzərdə tutulmuşdur. Eyni zamanda əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımı şərait yaradılması üçün onların ətrafında xüsusi(qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Bu məqsədlə xüsusi mühafizə zonası hüdülarında yalnız dəmiryol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər və xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır

11. "xxxx" Qapalı Səhmar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-1- 24/2-522/2023 nömrəli arayışdan görünür ki,Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zolağında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparıldığı ərazi dəmir yolunun Daşkəsən qolunun Qızılca-Bayan-Quşçu körpüsü sahəsinin 26 km pk 10-da yerləşir. Alabaşlı-Quşçu körpü qolunun Qızılca-Bayan mənzilinin 26 km pk 10-da təhkim zolağının eni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma nörmaları”nın tələblərinə uyğun olaraq ərazi tökmə torpaq yatağında yerləşdiyi üçün kilometrin artım istiqaməti üzrə dəmir yolunun sağ tərəfində 40 m, sol tərəfdə isə 10 m təşkil edir. Təhkim zolağının eninin sol tərəfdə 10 m olma səbəbi dəmir yolunun sol tərəfində dağın olması və həmin ərazinin dağlıq olması, təhkim zolağının eninin sağ tərəfdə 40 m olma səbəbi isə dəmir yolunun oxundan sağ tərəfə doğru 40 metr məsafədə Qoşqarçayın olması və çayın sağ sahilində Daşkəsən avtomagistral yolunun yerləşməsidir. Alabaşlı-Quşçu körpü qolunun Qızılca-Bayn mənzilinin 26 km ok 9-da dağlardan gələn sel sularının Qoşqarçaya axıdılması üçün tam uzunluğu 8.7 metr olan süni qurğu(körpü) yerləşir, Cavabdeh tərəfindən tikilmiş sözügedən obyekt qeyd olunan körpünün qarşısını kəsməklə sel sularının çaya tökülməsinin qarşısını almaqla maneə yaradır.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0238/2024 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərinin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinə dair mütəxəssis rəyinə hər-hansı bir sxem əlavə olunmadığı və eləcədə mütəxəssis tərəfindən cavablandırılmadığından cavabdehin istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinin müəyyən edilməsi mümkün olmamışdır. Sözügedən ərazidən keçən dəmir yolu xəttinin mühafizə zonası barədə, daxil olmuş mülki iş materiallarında, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiqlənmiş rəsmi sənəd mövcud deyildir. Lakin kommersiya işinin qərardadının “Müəyyən etdi” hissəsində dəmir yolu xəttinin mühafizə zonasının 40.0 (qırx) metr olduğu qeyd olunmuşdur. Belə olan təqdirdə, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh, xüsusi mülkiyyətində olan torpaq sahəsindən kənarda inşa etdiyi və onun öz sözlərinə əsasən 3 (üç) ədəd fərdi yaşayış evi olaraq faktiki istifadə etdiyi tikililərin, mühafiz zonası yerləşdiyi müəyyən edilmişdir.

13. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/869 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0238/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinə dair mütəxəssis rəyinə hərhansı bir sxem əlavə olunmadığı və eləcədə mütəxəssis tərəfindən cavablandırılmadığından cavabdehin istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinin müəyyən edilməsi mümkün olmamışdır. Sözügedən ərazidən keçən dəmir yolu xəttinin mühafizə zonası barədə, daxil olmuş mülki iş materiallarında, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiqlənmiş rəsmi sənəd mövcud deyildir. Lakin kommersiya işinin qərardadının “Müəyyən etdi” hissəsində dəmir yolu xəttinin mühafizə zonasının 40.0 (qırx) metr olduğu qeyd olunmuşdur. Belə olan təqdirdə, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh, xüsusi mülkiyyətində olan torpaq sahəsindən kənarda inşa etdiyi və onun öz sözlərinə əsasən 3 (üç) ədəd fərdi yaşayış evi olaraq faktiki istifadə etdiyi tikililərin, mühafiz zonasında yerləşdiyi müəyyən edilmişdir. Təqdiqatın dəyəri 100 manat təşkil etmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16- 16/2-10/2046/2025 nömrəli ekspert rəyindən görünür ki, RX seriyalı ******* nömrəli çıxarışa və həmin Çıxarışın texniki pasportuna əsasən Cavabdeh Hüseyin oğlunun öz mülkiyyətində olan 0.06 ha (600 kv.m) torpaq sahəsindən kənarda inşa etdiyi və öz sözlərinə əsasən fərdi yaşayış evi kimi istifadə etdiyi 3 tikilidən hər biri 38.0 kv.m olmaqla, birinci tikilinin yerləşdiyi 38.0 kv.m, ikinci tikilinin yerləşdiyi 38.0 kv.m sahənin 30.0 kv.m hissəsi, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xətinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Mətbəx kimi istifadə etdiyi 89.0 kv.m tikilinin yerləşdiyi sahənin, mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşən 14.0 kv.m hissəsi, iş materallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən quraşdırılmış 4 ədəd çardaqdan birinci çardaq 28.0 kv.m, ikinci çardaq 24.0 kv.m, üçüncü çardaq 22.0 kv.m olmaqla, üçü RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha(600 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. 1 ədəd yeni dördüncü çardaq isə 22.0 kv.m olmaqla 17.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş 3 ədəd köməkçi tikili olmaqla birinci 26.0 kv.m, ikinci 38.0 kv.m və üçüncü isə 65.0 kv.m olmaqla, birinci 26.0 kv.m tikilinin 14.0 kv.m hissəsi, ikinci 38.0 kv.m tikilinin 9.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha (600 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Təqdiqatın dəyəri 100 manat təşkil etmişdir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6272/2024 nömrəli rəyində göstərilmişdir ki, araşdırma nəticəsində, RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarışın texniki pasportuna əsasən Cavabdeh Hüseyin oğlunun öz mülkiyyətində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda inşa etdiyi və öz sözlərinə əsasən fərdi yaşayış evi kimi istifadə etdiyi 3 (üç) tikilidən hər biri 38.0 kv.m olmaqla, birinci tikilinin yerləşdiyi 38.0 kv.m, ikinci tikilinin yerləşdiyi 38.0 kv.m sahənin 30.0 kv.m hissəsi, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olundu. Mətbəx kimi istifadə etdiyi 89.0 kv.m tikilinin yerləşdiyi sahənin, mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşən 14.0 kv.m hissəsi, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən quraşdırılmış 4 (dörd) ədəd çardaqdan birinci çardaq 28.0 kv.m, ikinci çardaq 24.0 kv.m, üçüncü çardaq 22.0 kv.m olmaqla üçü, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. 1 (bir) ədəd yəni dördüncü çardaq isə 22.0 kv.m olmaqla 17.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş 3 (üç) ədəd köməkçi tikili olmaqla birinci 26.0 kv.m, ikinçi 38.0 kv.m və üçüncü isə 65.0 kv.m olmaqla, birinci 26.0 kv.m tikilinin 14.0 kv.m hissəsi, ikinci 38.0 kv.m tikilinin 9.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmiryolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur.

16. Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Bayan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5- 42-2/2-192/2025 nömrəli arayışdan görünür ki, Gəncə-Daşkəsən yükdaşıma üçün nəzərdə tutulan dəmir yolunun Qızılca-Bayn-Quşçu stansiyası 2016-cı ildən fəaliyyətini dayandırmışdır. Yükləmə məntəqəsi sökülmüşdür. Hal-hazırda dəmir yolu reysləri bərbad vəziyyətdə olduğu üçün işlək vəziyyətdə deyil.

17. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zolağında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparıldığı Daşkəsən qolunun Qızılca-Bayan-Quşçu körpüsü sahəsinin 26 km pk10-da təhkim zolağının eni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariyamühafizə zonası üçün torpaqayırma Normalan”nın tələblərinə uyğun olaraq ərazi tökmə torpaq yatağında yerləşdiyi üçün kilometrin artım istiqaməti üzrə dəmir yolunun sağ tərəfində 40 m, sol tərəfdə isə 10 m təşkil edir. Ərazidən keçən "xxxx" QSC-yə məxsus dəmir yolu xəttinin 21-ci km-ə kimi hissəsi, yəni Qızılca stansiyasına kimi yol istismar edilərək çınqıl daşınır. Dəmiryolu xəttinin Qızılca stansiyasından Quşçu körpüsünə qədər hissəsi 2023-cü ildən istifadə edilməsə də, istismara yararlıdır və söküntüsü nəzərdə tutulmamışdır. Həmin yoldan gələcəkdə filiz və digər yüklərin daşınması, habelə turizmin inkişafı çərçivəsində sərnişin daşınması üçün istifadə edilə bilər.

Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Daşkəsən qolunun Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolu oxundan 15 metr məsafədə mühafizə zonasında inşa edilmiş qanunsuz tikililər – 5 ədəd tikili, 4 ədəd çardaq və 3 metr məsafədə quraşdırılmış metal konstruksiyalı çəpərin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Dəmir Yollan" QSC-nin balansında olan X7 ərazisinə baxış keçirilərkən, dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 40 metr təşkil edir və 15 metr məsafədə ayrı-ayrılıqda 5 ədəd tikili inşa edilmiş, 4 ədəd çardaq quraşdırılmış və dəmir yolundan 3 metr məsafədə isə metal konstruksiyalı çəpərləmə işləri aparılmışdır. Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuş, tikinti işlərinin təxirəsalınmadan dayandırılması və qanunsuz tikilinin sökülməsi üçün Cavabdeh xəbərdarlıq edilmiş, ona dəmir yolunun mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq, həmin qanunsuz tikililər cavabdeh tərəfindən könüllü şəkildə sökülməmiş və tikinti işləri davam etdirilməkdədir. Bu səbəbdən, “Azərbaycan Dəmir Yollan’' QSC hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

20. Daşkəsən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(030)-116/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

21. Həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-69/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(030)-116/2021 nömrəli qətnaməsi ləğv edilməsi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülüb kənarlaşdırılması tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

23. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddia ərizəsində də qeyd etdikləri kimi Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zolağında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. Bununla bağlı sənədlər təqdim etmişlər. Sözügedən ərazidə mühafizə zolağı dəmir yolunun sağ tərəfində 40 metr, sol tərəfində 10 metr müəyyən edilmişdir. Sol tərəf dağlıq ərazi olduğu üçün təhlükə yaratmır. Dəmir yolu xəttinin mühafizə zonası məsələsi ilə bağlı X1 rəisinin arayışı vardır. Dəmir yolu xəttinin həmin ərazisi əvəllər 1-ci kateqoriya olmuşdur, hal-hazırda 2-ci kateqoriyadır. Ona görə ki, həmin dəmir yolu xətti hal-hazırda əsas istifadə olunan ərazi deyil. Sanitariya mühafizə zonasında heç bir əkin olmur. Cavabdehin ərazisi 26-cı kilometrin 10-cu piketində yerləşir, hansı ki, həmin ərazi üçün mühafizə zonası 40 m müəyyən edilmişdir. Sxematik plan 2007-ci il tarixində təsdiq olunmuşdur. 30 aprel 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli, MA Seriyalı ******* nömrəli çıxarışı mübahisələndirməmişlər, sadəcə sözügedən çıxarış onlara sonradan məlum olmuşdur. Dəmir yolu xətti hal-hazırda dəmir yolu kimi işləmir. Real görüntülərə əsasən hazırki vəziyyətdə istismara yararlı deyil. Ancaq bu o demək deyil ki, gələcəkdə istismar olunmayacaq. Hal-hazırda istifadə olunmur. Bəli, dəmir yolu xətti ilə filiz zavoduna yüklər daşınırdı. Hal-hazırda filiz zavodu fəaliyyət göstərmədiyi üçün dəmir yolu xətti də istifadə olunmur. Qanunsuz tikili olduğu üçün bununla əlaqədar məhkəməyə müraciət etmişlər və artıq uzun müddətdir ki, bu iş araşdırılır. Ümumiyyətlə mühafizə zolağında yerləşən hər bir tikili təbii ki, təhlükə yaradır. Ancaq hal-hazırda orada hərəkət olmadığı üçün heç bir təhlükə yaratmır. Təqdim etdikləri fotoşəkillərə əsasən dəmir yolunun istismara yararlı olduğu görünürsə də, ancaq videoçəkilişə əsasən yararlı olduğunu söyləmək olmaz, ancaq balansda olduğunu demək olar. Yolun bir hissəsi var, bir hissəsi yoxdur. Ancaq torpaq sahəsi iddiaçının balansında olduğu üçün iddia tələbini müdafiə edirlər.

24. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, təqdim etdiyi fotoşoşəkil video formatında idi. Video formatında təqdim etmək mümkün olmadığından elektron sistemə fotoşəkil kimi yerləşdirilmişdir. Fotoşəkil onu göstərir ki, vəkili olduğu şəxsin işlətdiyi iaşə obyektinə qədər və yaxud da yaşayış sahəsinə qədər yol yararsız vəziyyətdədir. Bundan əvvəlki məhkəmə iclasında iddiaçının nümayədəsinin nümayiş etdirdiyi videogörüntünün fotoşəkilidir. Onların obyektinə qədər yol yararsız vəziyyətədir, həmçinin obyektdən sonra da yararsız vəziyyətdədir. Kifayət qədər sübutlar, vəsatətlər var ki, müzakirə olunub, araşdırılıb. Məsələ bundan ibarətdir ki, həqiqətən həmin əraziyə hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququna dair sənəd var. Torpaq sahəsinin mülkiyyətçisidir və həmin torpaq sahəsinə dair çıxarış və onun qeydi iddiaçı tərəfindən mübahisələndirilməyib, ləğv olunmayıb və hal-hazırda öz qanuni qüvvəsini saxlayır. Bir halda ki, mülkiyyətdə olan torpaq sahəsinə və üzərində olan tikililərə mübahisə qaldırılıbsa, ilk növbədə mülkiyyətçinin mülkiyyət hüququ qorunmalıdır. Mülkiyyətçinin mülkiyyət hüquqları onun əlindən alına bilməz. Digər bir tərəfdən torpaq mühafizə zolağına düşsə də, təhlükə yaradacaq hal yoxdur. Cavabdehin tikililəri mövcud vəziyyətdə dəmir yolu xəttinə təhlükə yaratmır və hazırda dəmir yolu xətti fəaliyyət göstərmir. Cavabdehin obyekti 25 və 26-cı km-in aralığında yerləşir, hətta cavabdehin obyektindən sonra 26-cı km 1 pk başlayır. Cavabdehə qarşı qərəzli yanaşıldığını düşünür, ona görə ki, orada mühafizə zonasına daha yaxın yerləşən başqa şəxslərin də tikililəri vardır. Çardaqlar bələdiyyə torpağına düşür. Dəmir yolunun ərazisinə düşmür. Verilən mütəxəssis rəyləri arasında da ziddiyətlər mövcuddur. Cavabdehin özü də qeyd etdi ki, dəmir yolu xətti fəaliyyət göstərəndə onun tikililəri mövcud idi. 2016-cı ilə qədər qatarlar hərəkət edib. Dəmir yolu xətti fəaliyyət göstərdiyi dövrdə heç bir iddia qaldırılmayıb. Hazırda dəmir yolu xəttinin fəaliyyət göstərmədiyi halda iddia qaldırılıb. Burada da, subyektiv məsələlər var. İddia qaldırılan ərəfədə dəmir yolu xəttinin rəisi mübahisəli ərazidən keçərkən, cavabdehə təklif olunub ki, ona məxsus ərazidə məcburi köçkünlər üçün məktəb tikilsin. Son 30 ildə həmin ərazidə yerləşən tikililərə heç bir iddia qaldırılmayıb. Yeganə adam Cavabdehdır ki, ona qarşı məhkəmədə iddia qaldırılıb. Gəncə Apellyasiya Məhkəməsində iş araşdırlılarkən mühafizə zolağı 15 metrdən aşağı görünürdü, xəritələr fərqlidir. Əgər mühafizə zolağına düşürdüsə, nəyə görə cavabdehə çıxarış verilirdi. Çünki orada mühafizə zolağı dəmir yolu xəttindən 15 metr sonra başlayır. İddiaçı tərəf o dövrə aid real xəritəni təqdim etmir. Cavabdehə torpaq sahəsi satılan zaman dəmir yolunun mütəxəssisi də bildirdi ki, mühafizə zolağı 15 metr sonra başlayır. Heç bir təhlükə olmadığına görə, hal-hazırda rəsmi orqanlar tərəfindən verilmiş arayışlara əsasən dəmir yolu xətti istifadə olmadığına görə iddianın təmin olunmamasını xahiş edir. Məsələ ilə bağlı araşdırılma aparılmışdır. Ancaq məsələ budur ki, hal-hazırda yükləmə məntəqəsi, mübahisə edilən stansiya sökülübdür. Hansı ki, Qırıqlı Bayan dəmiryolu xəttinin Bayan nöqtəsi var ki, dəmiryolu xətti tam qurtarır orada. Filiz zavodu fəaliyyət göstərən zaman filiz qırıntıları zavoda gətirilirdi, oradan da qatarlara yüklənib təyinatı üzrə göndərilirdi. Hal-hazırda sözügedən zavod da sökülübdür. Həmçinin stansiyaya gedən avtomobil yolunun üzərində olan qoruyucu panellər də sökülübdür. Bugünki gündə stansiya, yükləmə məntəqəsi, dəmiryolu sökülürsə, işçilər işdən çıxarılırsa burda hər hansı təhlükədən söz gedə bilməz. Artıq təhlükə mənbəyi aradan qalxırsa, cavabdehə məxsus ticarət obyektinin sökülməsi lüzumsuzdur. Əgər orada qatar xətti olmayacaqsa, qatar keçməyəcəksə, obyekt nəyə görə sökülməlidir ki. Onlar həm də stansiyanın olduğu yer üzrə, həm də cavabdehə məxsus olan torpaq sahəsi və evin yanından keçən dəmir yolu xəttinin faktiki vəziyyəti ilə bağlı videoçəkilişlər etmişlər. Həqiqətən də stansiya və yükləmə məntəqəsi sökülüb. Eyni zamanda dəmir yolu xəttinin özü, relslər yararsız vəziyyətdədir, bəzi yerlərdə relslər ümumiyyətlə yoxdur. Videogörüntülərdən də gürünür ki, dəmir yolu xətti 10-15 ildir baxım olmadığı üçün yararsız vəziyyətdədir.

25. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tikililər 1992-ci ildən mövcud olubdur. O, həmin sahəni 2010-cu ildə mülkiyyətinə keçirmişdir. Əvvəl torpaq şəklində idi, sonradan çıxarış verdilər, iki balaca tikililər idi. İlk dəfə oradan yaşayış yeri kimi istifadə etmiş və sonradan ailəsini dolandırmaq üçün çardaqlar deyilən yeri tikməyə başlamışdır. Sonradan mübahisə yarandı ki, bu ərazi dəmir yolunun mühafizə xəttinə düşür. Əgər onun torpağı mühafizə zolağına düşürsə, onda gərək avtomobil yolu da ləğv oluna. Dəmir yolu xəttinin 27-ci km-də mühafizə zolağı 40 metr müəyyən edilmişdir. Tikililərdən ən yaxını isə dəmir yolu xəttindən 26 metr məsafədə yerləşir. Sxem 2010-cu ildəki çıxarış əsasında çəkilibdir. Dəmir yolu xəttinə ən yaxın məsafədə yerləşən tikili vaqondur, hansı ki, o da tikili hesab edilmir. Həmin ərazidə ondan başqa 50 nəfərin tikilisi var. Həmin ərazidə 25 sot torpaq var, hansı ki, bunun 6 sotu onun, 8 sot mühafizə zonasının, qalan hissə isə bələdiyyənin torpağıdır. Onun obyekti 26 pk 10da yerləşir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

26. 07.06.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş mütəxəssis X6 rəyə əlavə olaraq bildirmişdir ki, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh məxsus 0.06 ha (600 kvadrat metr) ərazidə yerləşən 3 ədəd tikilidən 1 ci tikili 35 kv.m, 2-ci tikilidən isə 27 kv.m sahəsi çıxarışdan kənarda yerləşməklə mühafizə zonasına düşür. Dediyinə görə mətbəx kimi istifadə edilən tikilinin isə 14 kv.m hissəsi çıxarışdan kənarda yerləşməklə mühafizə zonasına düşür. Cavabdeh tərəfindən tikilmiş 4 ədəd çardaqdan 3-ü çıxarışdan kənarda yerləşməklə mühafizə zonasına düşür. 1 ədəd çardağın isə 4 kvadrat metr hissəsi çıxarışdan kənarda yerləşməklə mühafizə zonasına düşür. Sxem və foto görüntü də təqdim olunub. Çıxarışda da, çıxarışdan kənarda da tikililər var. Özlərinin deməsinə görə kənardakı tikililər faktiki istifadə edilən tikililərdir. Sxemdə qeyd edilmişdir ki, mühafizə zonasına düşən və düşməyən tikililər var. Cavabdehin öz deməsinə görə orda olan 3 ədəd tikili fərdi yaşayış üçün istifadə edilir. Hər birinin ölçüsü 35 kv.m. Tikililərdən 2-si çıxarışdan kənarda mühafizə zonasına düşür, biri isə düşmür. Mətbəx özü 21 kv.m olmaqla, onun 14 kv.m hissəsi çıxarışdan kənarda mühafizə zonasına düşür. Mətbəxlə üzbəüz yerləşən bufetdir. Torpaq sahəsi bələdiyyənin ola bilər, ancaq mühafizə zonasına düşür.

27. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinic instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2-2(115)-7/2025 nömrəli qətnaməsi ilə, iddianın rədd edilməsi, 250 manat məbləğində ekspertiza xərcinin "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

28. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus 0,06 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona bu barədə çıxarış verilmişdir. Cavabdeh tərəfindən 2010-cu ildən mülkiyyətində olan torpaq sahəsində müvafiq qaydada tikinti işləri aparılmış və tikililərin eskiz layihə sənədləri icra hakimiyyətinin baş memarı tərəfindən təsdiq olunaraq hazırlanmaqla bir mərtəbəli fərdi yaşayış evi və digər yardımçı tikililər inşa edilmişdir. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi, onun üzərində yerləşən tikililər və onunla əlaqəli digər tikililərin bir hissəsi faktiki olaraq dəmir yolunun mühafizə zonasında yerləşir.

29. Bununla yanaşı, tərəflərin izahatları və iş materiallarında olan video görüntü və fotoşəkillərə baxış keçirilən zaman müəyyən edilir ki, dəmir yolu xətti istifadəyə yararsız vəziyyətdədir və hazırda dəmir yolu xətti fəaliyyət göstərmir. Belə olan vəziyyətdə cavabdehin tikililəri dəmir yolu xəttinə heç bir təhlükə yaratmır.

30. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir və tikililər hazırda istifadəyə yararsız dəmir yoluna təhlükə yaratmır, belə vəziyyətdə tikililərin sökülməsi tələbinə dair iddia təmin edilə bilməz.

31. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 152.5, 178.1 və 180-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

32. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinici instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-7/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ADY-nin balansında olan X7 ərazisinə baxış keçirilərkən, dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıxlı - Bayan mənzilinin 26 km pk 10da Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 40 (qırx) metr təşkil edir və dəmir yolunun 3 (üç) metr məsafədə isə metal konstruksiyalı çəpərləmə işləri aparılmışdır. Sözügedən dəmir yolunun mühafizə zonası Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya mühafizə zonası üçün torpaqayırma normaları”na əsasən 40 (qırx) metr təşkil edir. Qanunvericiliyin tələbinə əsasən nəqliyyat təyinatlı torpaqlar xüsusi mülkiyyətə ümumiyyətlə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 15-ci bəndinə əsasən xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2046/2025 nömrəli ekspert rəyindən görünür ki, RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarışın texniki pasportuna əsasən Cavabdeh öz mülkiyyətində olan 0.06 ha (600 kv.m) torpaq sahəsindən kənarda inşa etdiyi və öz sözlərinə əsasən fərdi yaşayış evi kimi istifadə etdiyi 3 (üç) tikilidən hər biri 38.0 kv.m olmaqla, birinci tikilinin yerləşdiyi 38.0 kv.m, ikinci tikilinin yerləşdiyi 38.0 kv.m sahənin 30.0 kv.m hissəsi, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xətinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Mətbəx kimi istifadə etdiyi 89.0 kv.m tikilinin yerləşdiyi sahənin, mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşən 14.0 kv.m hissəsi, iş materallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən quraşdırılmış 4 ədəd çardaqdan birinci çardaq 28.0 kv.m, ikinci çardaq 24.0 kv.m, üçüncü çardaq 22.0 kv.m olmaqla, üçü RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.06 ha (600 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. 1 (bir) ədəd yeni dördüncü çardaq isə 22.0 kv.m olmaqla 17.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş 3 (üç) ədəd köməkçi tikili olmaqla birinci 26.0 kv.m, ikinci 38.0 kv.m və üçüncü isə 65.0 kv.m olmaqla, birinci 26.0 kv.m tikilinin 14.0 kv.m hissəsi, ikinci 38.0 kv.m tikilinin 9.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.06 ha (600 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilən ekspert rəyi bir daha onu sübut edir ki, sözügedən qanunsuz tikililər dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. AzərbaycanRespublikasının Rəqabət Məcəlləsinin 36.1.4-cü maddəsinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 10-cu qrafasında təbii inhisara aid edilən fəaliyyət növü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri göstərilmişdir. Xüsusilə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə çıxarılan qətnamənin məzmununda qeyd etmişdir ki, “məhkəmə hesab edir ki, tikililər hazırda istifadəyə yararsız dəmir yoluna təhlükə yaratmır, belə vəziyyətdə tikililərin sökülməsi tələbinə dair iddia təmin edilə bilməz.” Hesab edirlər ki, məhkəmənin belə yanaşması tamamilə yanlışdır. Belə ki, ADY tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ərazidən keçən ADYyə məxsus dəmir yolu xəttinin 21-ci km-ə kimi hissəsi, yəni Qızılca stansiyasına kimi yol istismar edilərək hal-hazırda çınqıl yükü daşınır. Dəmiryolu xəttinin Qızılca stansiyasından Quşçu körpüsünə qədər hissəsi 2023-cü ildən istifadə edilməsə də, istismara yararlıdır və söküntüsü nəzərdə tutulmamışdır. Həmin yoldan gələcəkdə filiz və digər yüklərin daşınması, habelə turizmin inkişafı çərçivəsində sərnişin daşınması üçün istifadə edilə bilər. Göründüyü kimi, hazırda adıçəkilən dəmir yolu xəttinin söküntüsü, balansdan çıxarılması ümumiyyətlə nəzərdə tutulmamış və həmin dəmir yolu xətti istifadəyə yararlıdır. Beləliklə, gələcəkdə həmin dəmir yolu xətti ilə filiz və digər yüklərin daşınması, habelə turizmin inkişafı çərçivəsində sərnişin daşınması istisna olunmur. Belə olan halda hesab edirik ki, gələcəkdə dəmir yolu xəttinin adıçəkilən məqsədlərlə istifadə olunduğu zaman sözügedən qanunsuz tikililərin həmin ərazidə mövcudluğu strateji əhəmiyyətə malik olan dəmir yolu nəqliyyatı üçün xüsusi təhlükə mənbəyinə çevrilməsini qaçılmaz edir. Məhkəmənin nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/869 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respubli kasıİqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 0238/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, CavabdehHüseyn oğlunun mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı - Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinə dair mütəxəssis rəyinə hər - hansı bir sxem əlavə olunmadığı və eləcə də mütəxəssis tərəfindən cavablandırılmadığından cavabdehin istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı - Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinin müəyyən edilməsi mümkün olmamışdır. Sözügedən ərazidən keçən dəmir yolu xəttinin mühafizə zonası barədə, daxil olmuş mülki iş materiallarında, ADY tərəfindən təsdiqlənmiş rəsmi sənəd mövcud deyildir. Lakin kommersiya işinin qərardadının “Müəyyənetdi” hissəsində dəmir yolu xəttinin mühafizə zonasının 40.0 (qırx) metr olduğu qeyd olunmuşdur. Belə olan təqdirdə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh, xüsusi mülkiyyətində olan torpaq sahəsindən kənarda inşa etdiyi və onun öz sözlərinə əsasən 3 (üç) ədəd fərdi yaşayış evi olaraq faktiki istifadə etdiyi tikililərin, mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Hesab edirik ki, ekspertin belə qənaətə gəlməsi tamamilə yanlışdır. Belə ki, birinci instansiya məhkəməsinin icraatı dövründə ADY tərəfindən dəmir yolu xəttinə dair müvafiq sxematik plan təqdim edilmişdir. Ekspert isə sözügedən sxematik planı ümumiyyətlə nəzərə almamışdır. Həmin sxematik palana baxıldıqda aydın görünür ki, sözügedən qanunsuz tikililər məhz dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Lakin, buna baxmayaraq, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş və ona hüquqi qiymət vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək izahatında göstərmişdir ki, ADY-nin balansında olan X7 ərazisinə baxış keçirilərkən, dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıxlı - Bayan mənzilinin 26 km pk 10-da Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 40 (qırx) metr təşkil edir və dəmir yolunun 3 (üç) metr məsafədə isə metal konstruksiyalı çəpərləmə işləri aparılmışdır. Eyni zamanda, ADY-yə məxsus dəmir yolu xəttinin 21-ci km-ə kimi hissəsi, yəni Qızılca stansiyasına kimi yol istismar edilərək hal-hazırda çınqıl yükü daşınır. Dəmiryolu xəttinin Qızılca stansiyasından Quşçu körpüsünə qədər hissəsi 2023-cü ildən istifadə edilməsə də, istismara yararlıdır və söküntüsü nəzərdə tutulmamışdır. Həmçinin, həmin dəmir yolun gələcəkdə fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulmuşdur. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

36. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o uzun müddətdir ki həmin ərazidən istifadə edir. Belə ki, torpaq sahəsinin onun mülkiyyətində olması barədə də müvafiq çıxarışı vardır. Həmin ərazilərdə yaxşılaşdırma işləri aparılmışdır. İddiaçı tərəf bildirir ki, həmin ərazilərdə təhlükə zolağı pozulmuşdur. Halbuki, bu barədə sübut təqdim edilməmişdir. Eyni zamanda, həmin dəmiryol relsinin iddiaçının mülkiyyətində olması barədə də hər hansı sənəd təqdim edilməmişdir.

37. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, təqdim etdiyi fotoşəkil video formatında idi. Video formatında təqdim etmək mümkün olmadığından elektron sistemə fotoşəkil kimi yerləşdirilmişdir. Fotoşəkil onu göstərir ki, vəkili olduğu şəxsin işlətdiyi iaşə obyektinə qədər və yaxud da yaşayış sahəsinə qədər yol yararsız vəziyyətdədir. Onların obyektinə qədər yol yararsız vəziyyətədir, həmçinin obyektdən sonra da yararsız vəziyyətdədir. Kifayət qədər sübutlar müzakirə olunub, araşdırılıb. Məsələ bundan ibarətdir ki, həqiqətən həmin əraziyə hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququna dair sənəd vardır. Torpaq sahəsinin mülkiyyətçisidir və həmin torpaq sahəsinə dair çıxarış və onun qeydi iddiaçı tərəfindən mübahisələndirilməyib, ləğv olunmayıb və hal-hazırda öz qanuni qüvvəsini saxlayır. Həmçinin, hesab edirlər ki, iddiaçının subyektiv hüququ yoxdur. Çünki, əgər həqiqətən də real təhlükə varsa bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq icra edici orqanı tərəfindən mübahisələndirilə bilər. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

38. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

39. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

40. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

41. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

42. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

44. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

45. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

46. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

47. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

48. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

49. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

50. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

52. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

53. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

54. Maddə 9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqlarıkənd təsərrüfatı təyinatlı torpaqlaryaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.

55. Maddə 22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

56. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

57. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

58. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydaları

59. Bənd 2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan terminlər: xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır;

60. Bənd 3. Dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının, həmçinin sanitariya-mühafizə zonasının saxlanması şəhərsalma, ekoloji, sanitar-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır.

61. Bənd 5. Xüsusi mühafizə zonasının ölçüləri hər bir konkret obyekt üçün ayrıca olaraq müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun müəyyən edilir.

62. Bənd 6. Dəmir yol qurğularının, bina və tikililərinin və digər köməkçi obyektlərinin sürüşmədən, uçqunlardan, eroziyalardan, seldən, qum və qar basqınlarından və başqa təhlükəli təsirlərdən qorunması, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi məqsədilə xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası torpaqlarından istifadə olunmasının rejimi müəyyənləşdirilir.

63. Bənd 15. Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

64. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

65. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

66. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

67. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

72. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

73. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

75. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

76. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

77. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

78. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

79. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

80. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

84. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş edir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

86. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

87. Belə ki, işin halları ondan ibarətdir ki, cavabdehə məxsus 0,06 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona bu barədə çıxarış verilmişdir. Cavabdeh tərəfindən 2010cu ildən mülkiyyətində olan torpaq sahəsində müvafiq qaydada tikinti işləri aparılmış və tikililərin eskiz layihə sənədləri icra hakimiyyətinin baş memarı tərəfindən təsdiq olunaraq hazırlanmaqla bir mərtəbəli fərdi yaşayış evi və digər yardımçı tikililər inşa edilmişdir. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi, onun üzərində yerləşən tikililər və müılkiyyətdə olan torpaq sahəsindən kənarda cavabdeh tərəfindən inşa edilmiş tikililər faktiki olaraq dəmir yolunun mühafizə zonasında yerləşir.

88. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

89. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

90. Daşınmaz əmlakın hüquqi rejiminin müəyyənləşdirilməsi baxımından Mülki Məcəllənin 178.1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir və həmin maddəyə görə daşınmaz əmlaka mülkiyyət hüququ yalnız dövlət reyestrində qeydiyyat anından keçmiş hesab olunur, reyestrdə olmayan və ya qeydiyyata alınmadan əldə edilmiş tikililər mülkiyyət hüququnun predmetini təşkil etmir. Məcəllənin 180.1-ci maddəsinə əsasən isə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, lazımi icazələr olmadan və şəhərsalma-tikinti normalarının ciddi pozuntusu ilə inşa edilmiş yaşayış evləri və tikililər özbaşına tikinti sayılır və belə tikililərə mülkiyyət hüququnun tanınması mümkün deyil.

91. Torpaq münasibətləri üzrə hüquqi çərçivə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilir. Torpaq Məcəlləsinin 9-cu maddəsində torpaqların məqsədli təyinat üzrə kateqoriyalara bölünməsi təsbit edilir və mübahisəli ərazinin hüquqi rejiminin müəyyən edilməsi həmin maddənin tətbiqini tələb edir. Məcəllənin 22-ci maddəsinə əsasən sənaye, nəqliyyat və rabitə təyinatlı torpaqların fəaliyyətinin təhlükəsiz həyata keçirilməsi və mühəndis infrastrukturunun qorunması məqsədilə bu obyektlərin ətrafında xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır ki, bu zonalarda torpaqdan istifadə ciddi hüquqi məhdudiyyətlərə tabedir.

92. Mübahisə predmeti olan torpaq sahəsi dəmir yolu nəqliyyatı təyinatlı torpaqlarla və dəmir yolunun xüsusi mühafizə zonası ilə bilavasitə bağlı olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonası torpaqlarından istifadə olunması Qaydaları”nın tətbiqi zəruridir. Həmin Qaydaların 2-ci bəndi xüsusi mühafizə zonasının məhz uçqun, sürüşmə, sel və digər təbii təsirlərdən qorumaq məqsədilə yaradılmış və dəmir yolunun təhlükəsiz istismarını təmin edən hüquqi rejimli torpaq sahələri olduğunu müəyyən edir. Qaydaların 3-cü və 6-cı bəndlərində mühafizə zonalarının saxlanılması, şəhərsalma, ekoloji və təhlükəsizlik normalarına riayət olunmasının məcburiliyi, Qaydaların 5-ci bəndində isə mühafizə zonalarının ölçüsünün hər bir obyekt üçün tikinti normalarına uyğun ayrıca müəyyən edildiyi vurğulanır. Qaydaların 15-ci bəndinə əsasən xüsusi mühafizə zonası ərazisində yalnız dəmir yolunun möhkəmliyi və dayanıqlığının təmin edilməsinə xidmət edən işlər aparıla bilər və bunun hüdudlarından kənar hər hansı təsərrüfat fəaliyyəti qəti şəkildə qadağandır.

93. Yuxarıda göstərilən bütün normativ aktların sistemli təhlili onu göstərir ki, mülkiyyətçinin əmlakdan istifadə hüququ məhdudiyyətsiz deyildir və bu hüquq yalnız qanunla müəyyən edilmiş sərhədlər daxilində, üçüncü şəxslərin və ictimai maraqların qorunması təmin edilməklə həyata keçirilə bilər. Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlar və onların xüsusi mühafizə zonaları təhlükəsizlik, mühəndis dayanıqlığı və ictimai maraqlar baxımından xüsusi hüquqi rejimli ərazilərdir, bu zonalarda özbaşına tikinti aparılması qanunvericiliklə qadağan edilmiş və belə tikintilər hüquqi baxımdan mülkiyyət hüququnun predmetini təşkil etmir.

94. Məhkəmə iş üzrə toplanmış sübutları, tərəflərin izahatlarını, yazılı sənədləri, reyestr çıxarışlarını, kadastr planlarını, ekspert rəylərini, foto-video materialları və "xxxx" QSC tərəfindən təqdim edilmiş rəsmi arayış və aktları hərtərəfli araşdıraraq göstərir ki, cavabdehin mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli, **********59-10301 reyestr nömrəli, MA seriyalı ******* saylı çıxarış mövcud olmuş və həmin çıxarışda yalnız 15,1 kv.m sahəsi olan 1 otaqlı yaşayış evi və 5,9 kv.m sahəsi olan əl damı göstərilmişdir, başqa tikililər barədə hər hansı hüquqi göstərici və ya müvafiq icazə mövcud olmamışdır.

95. İş materiallarında olan xx.xx.2022, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2025-ci il tarixli ekspert rəyləri, kadastr məlumatları, fotoşəkillər və baxış aktları ilə müəyyən edilmişdir ki, cavabdeh öz mülkiyyət sahəsinin sərhədlərini aşaraq ərazidə çoxsaylı tikililər inşa etmiş, həmin tikililərin əhəmiyyətli hissəsi çıxarışda müəyyən edilmiş sərhədlərdən kənarda yerləşmiş, xüsusilə də dəmir yolunun mövcud olan 40 metr mühafizə zolağına daxil olmuşdur. Aparılmış ölçmələr nəticəsində təsbit edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş üç ədəd 38 kv.m-lik tikilidən ikisi tam, biri qismən sərhəddən kənarda yerləşmiş, 89 kv.m sahəsi olan mətbəx tipli tikilinin 14 kv.m hissəsi, dörd çardaqdan üçü tam, biri qismən mühafizə zonasına düşmüş, həmçinin 26 kv.m, 38 kv.m və 65 kv.m-lik əlavə tikililərdə də sərhəddən kənara çıxma faktları aydın şəkildə müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəfindən dəmir yolundan cəmi 3 metr məsafədə metal konstruksiyalı hasar quraşdırıldığı təsdiqlənmişdir ki, bu, mühafizə zonasında tikinti qadağalarını birbaşa pozur.

96. Eyni zamanda, "xxxx" QSC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli baxış aktında, xx.xx.2020-ci il tarixli məktubda, eləcə də xx.xx.2023 və xx.xx.2025-ci il tarixli arayışlarda cavabdeh tərəfindən mühafizə zolağının qanunsuz şəkildə zəbt edildiyi, dəmir yolu xəttinin 26-cı kilometrinin 10-cu piketində yerləşən 8,7 metrlik suötürücü körpünün önünün qismən bağlandığı, tikililərin sel sularının təbii axınına maneə yaratdığı və körpünün təhlükəsiz istismarına real təhlükə formalaşdırdığı xüsusi qeyd edilmişdir. Həmin arayışlarda həmçinin bildirilmişdir ki, yolun gələcəkdə bərpa edilməsi və yenidən istismara qaytarılması planlaşdırılır və cavabdehin mühafizə zonasında yerləşdirdiyi tikililər bu prosesə bilavasitə mane olur.

97. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli Qərarı ilə dəmir yollarının mühafizə zonalarının hüquqi rejimi müəyyən edilmiş və mübahisə predmeti olan sahə üzrə mühafizə zolağının eni 40 metr olaraq təsbit edilmişdir. Qeyd olunan Qərarın müddəalarından aydın şəkildə görünür ki, mühafizə zolağında istənilən tikinti və qurğu yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş layihə və xüsusi icazə əsasında aparıla bilər, əks halda belə müdaxilələr dəmir yolunun istismarını, mühəndis qurğularının təhlükəsiz fəaliyyətini və gələcək bərpa işlərini pozduğundan qadağandır.

98. Mühafizə zonasının hüquqi rejimi obyektin faktiki fəaliyyət göstəribgöstərməməsindən asılı olmayıb müstəsna təhlükəsizlik məqsədi daşıdığından, birinci instansiya məhkəməsinin “yolun hal-hazırda istifadə olunmaması” arqumenti hüquqi əhəmiyyət kəsb etmir və normativ tələblərə uyğun deyildir.

99. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti üçün ayrılmayan torpaqda, icazə sənədləri olmadan və normativ tələblərə zidd şəkildə inşa edilmiş tikililər özbaşına tikinti hesab edilir və belə tikililərə mülkiyyət hüququnun tanınması mümkün deyildir. İş materiallarında cavabdehin mülkiyyətində olan ümumi sahəsi 0.06 ha torpaq sahəsindən kənarda inşa etdiyi obyektlərə dair nə layihə sənədi, nə tikintiyə icazə, nə də hüquq müəyyənedici sənəd təqdim edilmişdir ki, bu isə özbaşına tikinti faktını tam şəkildə təsdiqləyir.

100. Toplanmış sübutların məcmusu – xüsusilə kadastr ölçmələri, mütəxəssis və eskpert rəyləri, rəsmi arayışlar və foto-video materialları cavabdehin tikililərinin torpaq sərhədlərini aşmaqla mühafizə zonasına düşdüyünü, mühafizə rejiminin pozulması nəticəsində dəmir yolunun təhlükəsizliyinə və mühəndis qurğularının funksional dayanıqlığına zərər vurduğunu, habelə sel sularının ötürülməsinə mane olmaqla fövqəladə təhlükə riski yaratdığını açıq şəkildə təsdiqləyir. Bu səbəbdən tikililərin saxlanılması mümkün deyil və tikililərin sökülməsi qanunvericiliyin tələblərindən irəli gələn yeganə hüquqi nəticədir.

101. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililər mühafizə zonasının hüquqi rejimini pozmaqla qanunsuz və icazəsiz aparılmış özbaşına tikinti xarakteri daşıyır, dəmir yolu xəttinin mövcud mühəndis qurğularının təhlükəsiz fəaliyyətini, gələcək bərpa işlərini və ictimai təhlükəsizliyi ciddi şəkildə riskə atır və bu səbəbdən də həmin tikililərin sökülməsi həm hüquqi, həm texniki, həm də təhlükəsizlik baxımından qaçılmaz və zəruri tədbirdir.

102. Bununla paralel qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli 10/980 nömrəli ekspert rəyi ilə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində olan əlavə tikililər, "xxxx" QSC tərəfindən qeyd olunan 40,0 (qırx) metr mühafizə zolağında yerləşməsi müəyyən olunmuşdur.

103. Ekspert rəyində bu hal dəqiq koordinatlar əsasında təsbit olunmuş və cavabdehə məxsus torpaq sahəsinin sərhədlərinin dəmir yoluna yaxın məsafədə yerləşməsi faktiki olaraq təsdiqlənmişdir.

104. Qeyd edilməlidir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

105. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci və 16.6-cı maddələrində təsbit olunmuş dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından, reyestrin məzmununda qeyri-dəqiqlik sübuta yetirilməyincə və ya reyestr qeydi etibarsız sayılmayınca, həmin qeyd hüquqi baxımdan həqiqi hesab edilməlidir. Məhz buna görə də cavabdehin mülkiyyət hüququna dair reyestr çıxarışının ləğvi həyata keçirilmədiyindən, torpaq sahəsinin mühafizə zonası daxilində yerləşən hissələri üzrə mülkiyyət hüququ qüvvədə qalmaqda davam edir və bu hissələr üzrə mülkiyyət hüququnun mövcudluğu faktı məhkəmə tərəfindən də nəzərə alınmalıdır.

106. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin xüsusi mühafizə zonasının hüdudları daxilinə düşşə də, hazırki vəziyyətdə reyestr qeydiyyatının ləğvi və ya etibarsızlığı faktı müəyyən edilmədiyindən və dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından, həmin mühafizə zonasında düşən cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərin sökülməsi və ya həmin torpaq sahəsində hər hansı hüquqi qadağaların qoyulmasının hüquqi əsası yoxdur. Bununla belə, həmin torpaq sahəsinin sərhədlərindən kənarda və mühafizə zonasının daxilində yerləşdirilmiş sonradan inşa edilmiş tikililər özbaşına tikinti hesab olunduğundan və dəmir yol nəqliyyatı obyektlərinə real təhlükə yaratdığından qanunla nəzərdə tutulmuş qaydada sökülməlidir.

107. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının hazırki iddianın irəli sürülməsi üçün subyektiv hüququ mövcuddur.

108. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli ərazidən dəmir yolu xətti keçir və Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarına əsasən hər bir ərazi üzrə dəmir yolunun mühafizə zolağı müəyyən edilmişdir.

109. Mühafizə zolagının müəyyən edilməsinin məqsədləri və təyinatı isə yuxarıda məhkəmə tərəfindən qanunvericiliyə əsasən şərh edilmişdir ki, dəmir yollarının mühafizə zolaqlarında qanunvericiliklə müəyyən edilmiş işlərin görülməsinə isə iddiaçı cavabdehdir.

110. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının 23-cü bəndinə əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar.

111. Göründüyü kimi mühafizə zonalarında qanunsuz tikililərin yerləşdirilməsinin qarşısının alınması iddiaçının vəzifəsidir ki, qanunsuz tikililərin mühafizə zonalarından sökülməklə çıxarılması hüququ eyni zamanda iddiaçıya da məxsusdur.

112. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

113. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

114. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da qəbul edilmiş məhkəmə aktı həmin normaların tələblərinə uyğun olmamışdır.

115. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

116. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

117. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, iş məhkəməyə verildiyi 2021-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən ödənilməmiş 20 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə və 250 manat ekspertiza xərci cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

118. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

119. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-7/2025nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. X7 Daşkəsən qolunun Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolu oxundan 15 metr məsafədə Cavabdeh 30 aprel 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli, MA Seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa edilmiş tikililər istisna olmaqla mühafizə zonasında inşa edilmiş (3 ədəd köməkçi tikili olmaqla birinci 26.0 kv.m tikilinin 14.0 kv.m hissəsi, ikinci 38.0 kv.m tikilinin 9.0 kv.m hissəsi, birinci çardaq 28.0 kv.m, ikinci çardaq 24.0 kv.m, üçüncü çardaq 22.0 kv.m və 1 ədəd yeni dördüncü çardaq 22.0 kv.m olmaqla 17.0 kv.m hissəsi və s.) bütün tikililər Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından çıxarılsın. İddia qalan hissəsdə rədd edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza xərci olan 250 (iki yüz əlli) manat pul Cavabdeh tululub SAP (XİİS), X4, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar