Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-26/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X4 nümayəndəsi və vəkili X2 və Cavabdehn nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qaytarılması və ya onun dəyərinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-67/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-67/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 145 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilməsi qət edilmişdir. İddiаçı İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il e-2-2(115)-67/2023 saylı qətnaməsinin ləğv edilməsi, və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış özünə məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda onun ümumi dəyəri olan 126562,57 ABŞ dollarının və əmlakın torpaq sahəsində quraşdırılması üçün xərclənmiş 40000 manat, həmçinin dövlət rüsumu kimi ödəmiş olduğu 545 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə fiziki şəxs kimi logistika mərkəzinin (soyuducu anbar) yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ona 875 000 manat güzəştli kredit vəsaiti ayrılmışdır. Bununla əlaqədar "xxxx" ASC-nin Gəncə filialı ilə aralarında 31 iyul 2014-cü il tarixli 09 saylı kredit müqaviləsi bağlanmış və kreditin təminatı kimi mülkiyyət hüququ üzrə X5 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi banka ipoteka ilə yüklü edilmişdir. 04 sentyabr 2014-cü il tarixdə Türkiyə Respublikasının Antalya şəhərindən ümumi dəyəri 126562,57 ABŞ dolları olan, hər birinin tutumu 125 ton olan 4 ədəd soyuducu-dondurucu kamera (anbar) almışdır. Soyuducu-dondurucu kameraların pulunu "xxxx"da olan cari hesabından ona ayrılmış kredit məbləği hesabına ödəmişdir. Soyuducu-dondurucu kameraları bankda ipoteka ilə yüklü edilmiş X5 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırmışdır. Soyuducudondurucu kameranın quraşdırılmasına 40000 manat pul xərcləmişdir. Lakin anbarı tam işə salıb gəlir əldə edə bilmədiyi üçün aldığı kredit vəsaitinə görə 6 ay güzəşt verildiyindən həmin müddət ərzində o yalnız faizləri ödəmişdir. Sonradan ödəmə qabiliyyəti olmadığından kredit üzrə ödənişlər edə bilməmişdir. Buna görə tutma ipoteka predmetinə yönələrək torpaq sahəsi bankın mülkiyyətinə keçmişdir. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AN-İN № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi 87 000 manata Cavabdeh MMC-yə satılmışdır. Lakin anbarlar ona məxsus olduğundan ona qaytarılmalı və ya dəyəri ödənilməlidir. Cavabdeh MMC məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ”Kapital Bank” ASC-dən 14 aprel 2022-ci il tarixində dəyəri ödənilməklə əldə etdiyi əmlakda iddiaçıya məxsus soyuducu-dondurucu kamera mövcud deyildir. Əgər iddiaçı öz iddiasında haqlıdırsa, soyuducu-dondurucu kamerya aid müvafiq sənədləri təqdim etməlidir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiаçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, mübahisə predmeti olan soyuducu daşınar əşyadır, torpaqla möhkəm bağlı deyil və ondan ayrıla bilər. Torpaqdan ayrılması soyuducunun təyinatına heç bir zərər vurmayacaqdır. Məhkəmə soyuducunun daşınar deyil, daşınmaz əşya olması barədə gəldiyi nəticə yanlışdır. O, soyuducu anbarı ipoteka saxlayanın razılığı ilə torpaq sahəsində quraşdırmışdır. Belə ki, torpaq sahəsi məhz soyuducu anbar quraşdırmaq üçün götürdüyü kreditin təminatı kimi ipotakaya qoyulub. Həmçinin soyuducu üçün ödədiyi vəsait ipoteka saxlayan olan "xxxx" ASC-də olan hesabından ödənilmişdir. Buna görə ipoteka hüququ onun soyuducu anbarına şamil edilə bilməz. Bundan başqa cavabdeh tərəf torpaq sahəsi ilə birlikdə soyuducu anbarın da onun tərəfindən alınması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi hazırki məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Qeyd edilənlərə görə məhkəmənin həmin qətnaməsi ləğv edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş İddiaçı və üçüncü şəxs X9 nümayəndə vasitəsilə təmsil olunsalar da özləri, həmçinin işə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzürlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və üçüncü şəxs X4 nümayəndəsi və vəkili X6 birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. əlavə olaraq göstərdi ki, iddiaçı kredit vəsaitini məhz ipoteka predmeti olan torpaq sahəsində soyuducu kameranın quraşdırılması üçün götürmüşdür və soyuducu kamera beton özül üzərində, lakin metal dirəklər və plastik laylardan istifadə etməklə quraşdırılmışdır ki, ipoteka predmetinə zərər vurulmadan sökülüb götürülməsi mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək iddiaçının tələb etdiyi əmlakın daşınmaz yox, daşınar əmlak olduğuna görə ipoteka predmeti olduğunu, ona görə də birinci instansiya məhkəməsinin qanuni və əsaslı olduğunu bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli 09 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor - "xxxx" ASC bu müqavilənin şərtlərinə uyğun olaraq bprcalan - İddiaçı müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 875.000 manat məbləğində tranşlarla 60 ay müddətinə kreditin verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.3. bəndinə görə kredit Borcalana soyuducu anbarın alınıb quraşdırılması məqsədi ilə verilir. İş materiallarında olan İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan X9 və borcalan İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01/3 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli 09 nömrəli kredit müqaviləsinin təminatı kimi X5 məxsus olan ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Sahibkarlığıa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları tərəfindən maliyyələşdirilməsinə dair qərar qəbul edilmiş investisiya layihəsi haqqında məlumatdan görünür ki, investisiya layihəsi fərdi sahibkar İddiaçı tərəfindən soyuducu anbarının alınıb Samux rayonu Əhmədbəyli kəndində quraşdırılması ilə həyata keçirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cü il tarixli 2(102)4763/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bankın İddiaçı arşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbləri barədə” iddiası təmin edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixli 09 saylı “kredit müqaviləsi” üzrə 874.470 manat əsas borcun, 28.400,69 manat faiz borcunun, cəmi 902.870,69 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən 2 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə, R.Ağayevə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəs, İmamzadə yolunda yerləşən qeyri-yaşayış binasına, Z.Nəzərova məxsus Samux rayonu Əhmədbəyli kəndində yerləşən 1,650576 ha torpaq sahəsinə, T.Musayevə məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan (Gəncə xanı) küçəs, 48a saylı evin 42 saylı mənzilinə, R.Məmmədova məxsus Samux rayonu, Qarayeri qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (“Şənlik evi”) yönəldilməsi, həmin əmlakların açıq hərracda satış yolu ilə realizə edilməsi qət edilmişdir. Həmin qərardan həmçinin görünür ki, Z.Nəzərova məxsus əmlakın qiyməti 66.937,50 manat olmaqla "xxxx"ASC-nin etibarnamə əsasında nümayəndəsi X8 əldə etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AN-İN № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, "xxxx" ASC tərəfindən ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi 87.000 manata Cavabdeh MMC-yə satılmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1.60676 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, elektron uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi İddiaçı (VÖEN **********) tərəfindən 2014-cü il ərzində soyuducu və ya dondurucu avadanlıqlar idxal edilməsinə baxmayaraq vergi orqanına hər hansı məlumat (bəyannamə) təqdim edilmədiyi, beləliklə də vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun, idxal edilmiş malların dəyəri əsasında 2014-cü ilin İV rübü üzrə 1985,51 manat sadələşdirilmiş veri hesablandığı müəyyən olunmuşdur. Həmçinin xx.xx.2015-ci il tarixdə İddiaçı məxsus ünvana baxış keçirilmiş, vergi ödəyicisinin hər hansı mal qalığının (əmlakının) olmadığı haqqında müvafiq akt tərtib edilmişdir. xx.xx.2014-xx.xx.2015-ci il ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına hər hansı bəyannamə təqdim edilmədiyi, aktiv və öhdəliklər barədə məlumatların olmaması səbəbilə müvafiq dövr üzrə bəyannamələrin təqdim olunması mümkün olmamışdır. “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş məhkəmə-tikinti ekspertizasına dair xx.xx.2023-cü il tarixli 10/756 nömrəli ekspert rəyi iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/756 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, təqdim olunmuş torpaq sahəsində yerləşən 17.5 metr enində, 26.5 metr uzunluğunda yer səthindən təqribən 1.3 m hündürlüyündə beton dirəklər qurşadırılaraq araları hörülmüş, divarları suvanmış, üstünə beton tökülmüş olması baxış zamanı müəyyən olunmuşdur. Eyni zamanda baxış zamanı müəyyən olunmuşdur ki, inşa olunmuş kürsü hissəsində quraşdırılmış anker boltların üzərinə bolt-qayka ilə bərkidilməklə metal konstruksiya yığılaraq, divarları 10 sm qalınlığında sendvic panellərdən qurulmuşdur. Həmçinin tikilinin damı dəmir ferma ilə yığılaraq, üzərinə dəmir təbəqə vurulmuşdur. Samux rayonu Əhmədbəyli kəndində 1.60676 ha torpaq sahəsində yerləşən soyuducu anbarın metal dirəkləri anker boltlar ilə yerə bərkidildiyini, divarları sendviç panellərdən yığıldığını və eləcə də qaynaq vasitələri ilə bərkidilən metal konstruksiya texnoloqiyaya uyğun şəkildə sökülməsinin mümkün olduğunu nəzərə alaraq, soyuducu anbarlar torpaqla möhkəm bağlı olmadığı və həmin soyuducu anbarların təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, soyuducu daşınar əmlak hesab etmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş İnvoice-dan görünür ki, İddiaçı soyutma sistemləri ilə bağlı “X13” şirkətinə 258014,20 TL pul ödəmişdir İddia ərizəsinə əlavə edilmiş Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilmiş ixrac və idxal əməliyyatları haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə Türkiyə Respublikasından 126562,57 ABŞ dolları dəyərində sökülmüş halda soyuducu və onun hissələrini idxal etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 2014-cü ildə fiziki şəxs kimi logistika mərkəzinin (soyuducu anbar) yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ona 875 000 manat güzəştli kredit vəsaiti ayrılmışdır. Bununla əlaqədar "xxxx" ASC-nin Gəncə filialı ilə aralarında 31 iyul 2014-cü il tarixli 09 saylı kredit müqaviləsi bağlanmış və kreditin təminatı kimi mülkiyyət hüququ üzrə X5 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi və digər daşınmaz əmlaklar banka ipoteka ilə yüklü edilmişdir. 04 sentyabr 2014-cü il tarixdə Türkiyə Respublikasının Antalya şəhərindən ümumi dəyəri 126562,57 ABŞ dolları olan, hər birinin tutumu 125 ton olan 4 ədəd soyuducu-dondurucu kamera (anbar) almışdır. Soyuducu-dondurucu kameraların pulunu "xxxx"da olan cari hesabından ona ayrılmış kredit məbləği hesabına ödəmişdir. Soyuducu-dondurucu kameraları bankda ipoteka ilə yüklü edilmiş X5 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırmışdır. Lakin anbarı tam işə salıb gəlir əldə edə bilmədiyi üçün kredit üzrə ödənişlər edə bilməmişdir. Buna görə tutma ipoteka predmetinə yönələrək torpaq sahəsi bankın mülkiyyətinə keçmişdir. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AN-İN № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi 87 000 manata Cavabdeh MMCyə satılmışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ekspert rəyinin məzmununu təhlil edilərək əvvəlcə onu qeyd edir ki, əgər əmlak daşınardırsa, daşınar sözünün mənasından başa düşüldüyü kimi, bu cür əşyanın ən azından hər hansı bir nəqliyyat vasitəsi bir yerdən başqa yerə aparılması mümkün olmalıdır. Ekspert obyektə baxış keçirir, obyektin 17.5 metr enində, 26.5 metr uzunluğunda metal-beton konstruksiyadan ibarət və eyni zamanda üzərində dəmirdən dam örtüyünün olmasını müəyyən edir. Lakin, onu daşınar əşya sayır. Məhkəmə hesab edir ki, eni 17.5 metr, uzunluğu 26.5 metr olan və eyni zamanda üzərində dəmir dam örtüyü olan, metal-beton konstruksiyalı bir obyektin bütöv şəkildə bir yerdən başqa yerə daşınması qeyri-mümkündür. Ekspert rəyində onu da göstərir ki, beton dirəklər qurşadırılaraq araları hörülmüş, divarları suvanmış, üstünə beton tökülmüşdür, anker boltların üzərinə bolt-qayka ilə bərkidilməklə metal konstruksiya yığılmışdır. Ekspert, soyuducu anbarın qaynaq vasitələri ilə bərkidilən metal konstruksiya texnoloqiya uyğun şəkildə sökülməsini mümkün saymışdır. Ekspert rəyinin məzmunundan aydın olur ki, ekspert əmlaka baxış keçirərkən daşınmaz əmlaka xas olan bütün əlamətləri aşkar etmişdir. Rəydən açıq-aşkar şəkildə görünür ki, soyuducu anbarın yalnız sökülməklə həmin yerdən götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, obyektin yerinin ekspert rəyində qeyd olunan üsulla dəyişdirilməsi soyuducu anbarın deyil, anbarın tikilməsində və quraşdırılmasında istifadə onunan materialların ayrı-ayrılıqda götürülməsi anlamını verir. Bir halda ki, soyuducu anbar sökülməklə götürülür, onun təyinatının pozulması və bununla da tənasübsüz zərərə məruz qalması halı qaçılmazdır. Qeyd olunanlara əsasən mübahisəli obyektin daşınmaz əmlak olması aşkara çıxır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İpoteka haqqında Azərbaycan Republikası Qanununun 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. Həmin Qanunun 52-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 01/3 nömrəli ipoteka müqaviləsinin 3.1.1 və 3.1.2-ci bəndlərindən görünür ki, ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetini özgəninkiləşdirməmək, yenidən ipoteka qoymamaq, (sorakı ipoteka) və ya ona dair digər sərəncam verməmək (vəsiyyət etmə halları istisna olmaqla); ipoteka predmeti olan daşınmaz əmlakın yararlı vəziyyətdə saxlanılmasını təmin etmək məqsədi ilə cari və əsaslı təmir daxil olmaqla lazımi tədbirlər görmək və sair ipoteka qoyanın vəzifələri kimi, Müqavilənin 3.2.1-ci bəndinə görə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka onun təyinatına uyğun olaraq sahib olmaq və istifadə etmək (istifadə daşınmaz əmlakın məhv edilməsinə, zədələnməsinə və ya onun dəyərinin azaldılmasına səbəb olmaması şərti ilə) ipoteka qoyanın hüququ kimi müəyyən edilmişdir. Yuxarıda istinad olunan "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09 nömrəli kredit müqaviləsindən göründüyü kimi borcalan İddiaçı kredit soyuducu anbarın alınıb quraşdırılması məqsədi ilə verilir. İşdə olan investisiya layihəsi haqqında məlumatdan isə göründüyü kimi, investisiya layihəsi fərdi sahibkar İddiaçı tərəfindən soyuducu anbarının alınıb Samux rayonu Əhmədbəyli kəndində quraşdırılması ilə həyata keçirilməlidir. İş materialları ilə təsdiq olunur ki, xx.xx.2014-cü il tarixli 09 nömrəli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklardan yalnız X5 məxsus olmuş ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Yəni "xxxx" ASC tərəfindən kredit vəsaiti məhz ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsində soyuducu anbarının alınıb quraşdırılması məqsədi ilə verilmiş və borclu işin müəyyən hissəsini icra edərək soyuducu anbara aid avadanlıqları alıb müəyyən quraşdırma işlərini görmüşdür. Göründüyü kimi ünvan 1i ünvanında yerləşən və X5 məxsus olmuş (həmin torpaq sahəsi hazırda Cavabdeh MMC-yə məxsusdur) 1,60576 ha torpaq sahəsində soyuducu anbar kredit müqaviləsinin şərtlərinə uyğun olaraq və İpoteka saxlayanın razılığı ilə quraşdırılmışdır, yəni həmin soyuducu anbar iddiaçıya məxsus əmlakdır. İşə üçüncü şəxs kimi cəlb edilmiş ipoteka qoyan da həmin əmlakın, yəni soyuducu anbarın iddiaçıya məxsus olduğunu təsdiq edir. Belə olan halda ipoteka qoyanın özünə məxsus əmlakı ipoteka predmeti olmuş torpaq sahəsindən götürmək və ya da həmin əmlakdan məhdud istifadə hüququ (servitut) ilə istifadə edə bilər. İddianı təmin etməmiş birinci instansiya məhkəməsi hesab etmişdir ki, eni 17.5 metr, uzunluğu 26.5 metr olan və eyni zamanda üzərində dəmir dam örtüyü olan, metal-beton konstruksiyalı bir obyektin bütöv şəkildə bir yerdən başqa yerə daşınması qeyrimümkündür, yəni həmin əmlak daşınmaz əmlakdır. Məhkəmənin həmin mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, yuxarıda göstərildiyi kimi ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsində soyuducu anbar borcverən, həm də ipoteka saxlayan "xxxx" ASC-nin investisiya layihəsinə və verilmiş kreditin təyinatına uyğun olaraq, yəni ipoteka saxlayanın razılığı ilə quraşdırılmışdır. Belə olduğu halda iddiaçının ipoteka predmetinə tələb yönəldiyinə görə ipoteka predmeti olmuş torpaq sahəsindən özünə məxsus əmlakı götürmək hüququ vardır. İddiaçı ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış özünə məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda onun ümumi dəyəri olan 126562,57 ABŞ dollarının və əmlakın torpaq sahəsində quraşdırılması üçün xərclənmiş 40000 manat, həmçinin dövlət rüsumu kimi ödəmiş olduğu 545 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya iddianın ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış özünə məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda onun ümumi dəyəri olan 126562,57 ABŞ dolların cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi ilə razılaşıb iddia tələbinin həmin hissədə təmin edilməli olması qənaətinə gəlmiş olsa da, iddianın əmlakın torpaq sahəsində quraşdırılması üçün xərclənmiş 40000 manat xərcin cavabdehdən tutulması hissəsi ilə razılaşmır və həmin hissəsdə iddianı əsassız sayır. Çünki iddiaçı krediti öz riski ilə götürmüş, lakin planlaşdırdığı layihəni öz təqsirindən başa çatdıra bilməmişdir. Torpaq sahəsinin yeni mülkiyyətçisinin isə iddiaçıya dəymiş zərərə görə təqsiri yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, Cavabdeh MMC ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış İddiaçı məxsus 4 ədəd soyuducu-dondurucu kameranı dəyərini ödəmədən əldə etdiyinə görə həmin əmlak naturada və yaxud onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməli, beləliklə də apellyasiya şikayəti qismən təmin edilərək qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-ni 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-67/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış İddiaçı məxsus 4 ədəd soyuducu-dondurucu kamera naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda isə onun ümumi dəyəri olan 126562,57 ABŞ dolları, həmçinin dövlət rüsumu kimi ödəmiş olduğu 545 manat pul cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış İddiaçı məxsus 4 ədəd soyuducu-dondurucu kameranın sökülməsi xərci iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-26/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-26/2024
10.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver