Məhkəmə qərarları › İş №2-2(104)-282/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-282/2025

02.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(104)-282/2025 02.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 oğluna qarşı iş üzrə Açar sözlər: mülki hüquq pozuntusu (delikt); deliktə görə məsuliyyət; mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən hallar; preyudisiya mexanizmi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh cavabdeh3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 oğluna qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2004-cü il tarixli *-****/**** nömrəli qətnaməsi ilə Gəncə şəhəri Atatürk prospekti *** saylı binanın zirzəmisinə 2-ci giriş yolu üzərində X6 vitraj tikdirməsinə icazə verilməsi barədə Gəncə şəhəri Icra Hakimiyyətinin Baş Memarı M.Ibrahimov tərəfindən verilmiş ## #### 2004-cü il tarixli **-*** saylı icazə məktubu (sənədi) və ona əlavə edilmiş layihənin ləğv edilməklə etibarsız sayılması, Gəncə şəhər Atatürk prospekti *** saylı binanın zirzəmisinə gedən 2-ci giriş yolu (pilləkan) açılmaqla istifadəyə verilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli *mk-****/** nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2-1240/2004-cü il ## ######## 2004-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2005-ci il tarixli *k-*** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli *mk****/** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. cavabdeh5 ## #### 2020-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin ## ######## 2004-cü il tarixli *-****/**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

5. cavabdeh5 ## ###### 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin ## ######## 2004-cü il tarixli *- ****/**** nömrəli icra sənədinin icraatına xitam verilmişdir.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı mülkün qanunsuz zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməklə cavabdeh cavabdeh3 iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 4,6 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmiş, məhkəmə xərcləri cavabdehə aid edilmişdir. Həmin işin materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2021-ci il tarixli **/**** nömrəli rəyində göstərilmişdir ki, iddiaçı İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2014-cü il tarixli, **** saylı alğı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, *** saylı binanın 1-ci mərtəbəsində yerləşən 4,6 kv. qeyriyaşayış sahəsinə ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Iddiaçı İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, *** saylı binanın 1-ci mərtəbəsində olan 4,6 kvadratmetr qeyri-yaşayış sahəsi faktiki olaraq cavabdeh cavabdeh3 Salyan oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, *** saylı binanın zirzəmisinin 11,1 kvadratmetr giriş hissəsinin üstündə yerləşir. Gəncə ŞIHB aparatından iddiaçıya ünvanlanmış ##.##.2020-ci il tarixli məktubda göstərilmişdir ki, 2012-ci ildə *** nömrəli yaşayış binasının fasadının yenidən qurulması zamanı binanın perimetri boyu fasadında dəmir-beton karkas quraşdırılmış, binanın fasadı aqlay üzlük daşları ilə üzlənmişdir. Bu zaman binada perimetr boyunca yaranmış əlavə qeyriyaşayış sahələrindən zirzəmiyə qapı açılması konstruktiv cəhətdən qeyri-mümkündür və tikinti normalarına uyğun deyildir. Azərbaycan respublikası Şəhərsalma və tikinti Məcəlləsinin 77.1ci maddəsinə müvafiq olaraq zirzəmiyə giriş qapısı açılmasına icazə verilməsi barədə sənəd öz qüvvəsini itirmişdir. ##.##.2020-ci il tarixdə FHN TTNDA Baş Dövlət Tikinti X11 Tikinti Müfəttişliyinin əməkdaşları, “Azərdövlətlayihə” DBLI Gəncə filialının baş konstruktoru, Gəncə ŞIH Memarlıq və Tikinti şöbəsinin məsləhətçisi, İddiaçı və cavabdeh3 iştirakı ilə ünvan 7, 2A binasının 1-ci mərtəbəsində yenidənqurma işlərinni nəticəsində yaranmış qeyri-yaşayış sahəsinə və həmin binanın zirzəmisinə vizual baxış keçirilmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, Gəncə ŞIH Mənzil Kommunal Təsərrüfat Istehsalat Birliyinin ##.##.2008-ci il tarixli ** saylı məktubuna əsasən ünvan 7 ünvanında yerləşən yaşayış binasının 345 kv.m sahəsi olan zirzəmisi qeyriyaşayış sahəsi kimi cavabdeh3 verilmiş və özəlləşdirilməsinə etiraz edilməmişdir. cavabdeh3 tərəfindən *** nömrəli binanın 1-ci girişinin zirzəmisinin 100,6 kv.m hissəsi (seriya MH ******* saylı ##.##.2009-cu il tarixli çıxarış) və 3-cü girişinin 100 kv.m hissəsi (seriya MH ******* saylı ##.##.2014-cü il tarixli çıxarış) özəlləşdirilmişdir. Özəlləşdirilmiş qeyri-yaşayış sahəsində cavabdeh3 tərəfindən müxtəlif vaxtlarda zirzəminin yükdaşıyan xarici və öz yükünü daşıyan daxili divarlarına heç bir icazə verici sənədləri və təsdiq olunmuşlayihəsi olmadan müdaxilə edilərək, qapı oyuqları açmışdır. Hal-hazırda 1-ci girişin zirzəmisinə iki giriş, 3-cü girişin zirzəmisinə üç giriş mövcuddur. 2013-cü ildə Gəncə ŞIH tərəfindən abadlıq və quruculuq işləri aparılarkən Atatürk pr., 249 ünvanında yerləşən yaşayış binasının da fasadında rekonstruksiya işləri aparılmış, binanın 1-ci mərtəbəsində artırmalar inşa olunmuş və həmin artırmalarr bir neçə vətəndaşın adına rəsmiləşdirilmişdir. Gəncə şəhəri Nizami RIHB ##.##.2013-cü il tarixli **** saylı sərəncamı ilə Atatürk pr., 249, *A saylı yaşayış binasını fasadının yenidən qurulması ilə əlaqədar binanın 1-ci mərtəbəsinin şimal-qərb küncündə yaranmış 5,0 kv.m qeyri-yşayış sahəsi İddiaçı adına rəsmiləşdirilmiş, həmin sərəncam əsasında ona seruya RX ******* saylı ##.##.2014-cü il tarixli çıxarış verilmişdir. X1 ona məxsus zirzəmiyə əlavə giriş qapısı açmaq məqsədilə İddiaçı məxsus mülkiyyətin beton döşəməsinə müdaxilə etməyə cəhd göstərmişdir. Halbuki, zirzəminin həmin hissəsinə faktiki olaraq 3 giriş qapısı mövcuddur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2020-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış ##.##.2009-cu il tarixli **** nömrəli icarəyə verilmiş əmlakın alğısatqı müqaviləsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, *** saylı ünvanda yerləşən ümumi sahəsi 100.6 kv.m olan qeyri-yaşayış sahəsi cavabdeh3 (məktubda Seyran) oğluna satılmışdır. cavabdeh3 Atatürk pr., *** saylı binanın zirzəmisində yerləşən 100.6 kv.m ümumi sahəsi olan, o cümlədən, 40.1 kv.m əsas, 60.5 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə ##.##.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. "xxxx" ASC-nin Gəncə filialının ##.##.2009-cu il tarixli GV-**** saylı ipoteka -rıüqaviləsinə əsasən bu əmlak bankın xeyrinə yüklü edilmişdir və cavabdeh3 ##.##.2009-cu il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Bu çıxarışda yüklülüyün müddəti 60 ay (##.##.2009- ##.##.2014), kreditin məbləği 320.000 manat olduğu göstərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli *(***)-****/** nömrəli qətnaməsinin icrası qaydasında hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləsinə əsasən bu mülk "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır və bankın ##.##.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış ##.##.2014-cü il tarixli **** nömrəli icarəyə verilmiş əmlakın alğı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, *** saylı binada yerləşən ümumi 100.0 kv.m olan qeyri-yaşayış sahəsi cavabdeh3 satılmışdır. cavabdeh3 Atatürk prospekti, *** saylı binanın zirzəmisində yerləşən 100 k.vm ümumi sahəsi olan, o cümlədən, 32.2 kv.m əsas, 67.8 kv.m köməkçi sahə, 11.1 kv.m digər sahədən ibarət qeyriyaşayış sahəsinə ##.##.2014-cü il tarixli 1514002208 nömrəli çıxarış verilmişdir. * saylı notariat kontorunun ##.##.2014-cü il tarixli *Ə-**-** saylı alğı-satqı müqaviləsinə əsasən bu əmlak X7 və ona19.02.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli 2(044)-7228/2016 qərardadına əsasən cavabdeh3, X2, X8 və qeyriləri tərəfindən Atatürk prospekti, *** saylı binanın zirzəmisində yerləşən 100.0 kv.m sahəli qeyri-yaşayış sahəsindən çıxarılmalarına qadağa qoyulmuşdur. Gəncə Şəhər Nizami Rayon icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamı və Gəncə şəhərinin baş memarının 2014-cü il tarixli razılaşdırılmış eskiz layihəsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 249, *A saylı binada yerləşən ümumi sahəsi 5.0 kv.m olan qeyri-yaşayış sahəsi cavabdeh3 adına qeydiyyata alınmışdır və ona Atatürk prospekti, 249, *A saylı binanın 1-ci mərtəbəsində yerləşən 5.0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə ##.##.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. * saylı notariat ofisinin ##.##.2019-cu il tarixli 4Ə *** saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak cavabdeh2 bağışlanmışdır və ona ##.##.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2021-ci il tarixli arayışından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2014-cü il tarixli **** saylı alğı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 249-saylı binanın 1-ci mərtəbəsində yerləşən 4.6 kv.m qeyri-yaşayış sahəsinə ##.##.2014-cü il tarixdə X3 ********** qeydiyyat nömrəli çıxanş verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2014-cü il tarixli **** saylı alğı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 249-saylı binanın zirzəmisinin bir hissəsi olan 100.0 kv.m ümumi sahəsinə və 11.1 kv.m digər sahəsindən zirzəmiyə giriş hissəsinə texniki pasport, çıxarış verilmişdir. Vətəndaş cavabdeh3 Salyan oğlu Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, *** saylı binanın zirzəmisini * saylı notariat kontorunun ##.##.2014-cü il tarixli 4Ə- 01-76-saylı alğı-satqı müqaviləsinə əsasən X8. X8 zirzəminin 11.1 kv.m hissəsinə giriş-çıxış sərbəstdir və heç bir qonşu tikililərə maneçilik etmir. İddiaçı məxsus 4.6 kv.m qeyri-yaşayış sahəsinə giriş-çıxış sərbəstdir və qonşu tikililərə heç bir maneçilik törətmir. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə işin faktik halları kimi müəyyən edilmişdir ki, cavabdeh3 ##.##.2020-ci il tarixdə cavabdeh5 bir neçə əməkdaşı ilə birlikdə iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə gələrək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli *-****/**** saylı qətnaməsinin icra olunması məqsədilə zorla sahəyə daxil olmuş və qapının açarlarını iddiaçıdan alıb cavabdehə vermişlər. cavabdeh3 iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən 4,6 kv.m qeyri-yaşayış sahəsinə daxil olaraq oranı zəbt etməsi qanunsuz olmuş və iddiaçının qanunla qorunan mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüquqlarını pozmuşdur. Belə ki, cavabdeh3 iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə daxil olmasını Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli *-****/**** saylı qətnaməsinin icra olunması ilə əlaqələndirsə də, iş materialları ilə müəyyən edilir ki, cavabdeh3 Gəncə şəhəri, Atatürk prospekti, *** saylı binanın zirzəmisində yerləşən 100 kv.m ümumi sahəsi olan, o cümlədən, 32.2 kv.m əsas, 67.8 kv.m köməkçi sahə, 11.1 kv.m digər sahədən ibarət qeyri-yaşayış sahəsini ##.##.2014-cü il tarixli *Ə-**-** saylı alğı-satqı müqaviləsinə əsasən X8 və həmin əmlak üzərində sonuncunun mülkiyyət hüququ qeydə alınmışdır. Bu isə o deməkdir ki, ##.##.2020-ci il tarixdə cavabdeh5 əməkdaşlarının iştirakı ilə açılan zirzəmi həmin zaman ümumiyyətlə cavabdeh3 mülkiyyətində deyil idi. Digər tərəfdən, Gəncə şəhər Nizami Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamı və Gəncə şəhərinin baş memarının 2014-cü il tarixli razılaşdırılmış eskiz layihəsinə əsasən Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti 249, *A saylı binada yerləşən ümumi sahəsi 5 kv.m olan qeyriyaşayış sahəsi cavabdeh3 adına qeydiyyata alınmış, lakin * saylı notariat ofisinin ##.##.2019-cu il tarixli *Ə-*** saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak cavabdeh2 bağışlanmışdır və sonuncnun mükiyyətindədir. Məhkəmənin iş üzrə gəldiyi yekun qənaətə görə, Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, 249, *A saylı binada heç bir mülkiyyəti olmayan cavabdeh3 iddiaçıya məxsus 4,6 kv.m qeyri-yaşayış sahəsindən zirzəmiyə qapı açması üçün heç bir hüquqi əsas olmamışdır. Cavabdeh qanunsuz və əsassız olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsini zəbt edərək, onun mülkiyyət hüququna qanunsuz müdaxilə etmiş, bununla da iddiaçı mülkiyyətindən məhrum edilmiş, istifadəsinə və sahibliyinə əsassız maneə törədilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2022-ci il tarixli 2(104)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. cavabdeh5 ## ###### 2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

10. cavabdeh5 ## #### 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli icra sənədinin icraatına xitam verilmişdir.

11. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli rəydən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri Atatürk prospekti 249 ünvanında yerləşən ümumi sahəsi 4.6 kv.m olan qeyri-yaşayış sahəsi ilə eyni şəraitdə və eyni ərazidə olan qeyri-yaşayış sahələrinin orta bazar icarə qiyməti 2020-ci ilin aprel-dekabr aylarında 50 manat, 2021-ci il ərzində 50 manat, 2022ci ilin yanvar-avqust aylarında 50 manat, 2022-ci ilin sentyabr-dekabr aylarında 70 manat, 2023-cü ilin yanvar-mart aylarında 70 manat olmuşdur.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 oğlu və cavabdeh5 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, zərərin (əldən çıxmış faydanın) əvəzi olaraq 27000 manat, mənəvi zərərin əvəzi olaraq 25000 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat, rəylərin alınması üçün ümumi olaraq 150 manat, ümumilikdə 52450 manat pulun və ödənilmiş 248 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və digərlərinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 oğlu, cavabdeh4 və cavabdeh5 onun xeyrinə zərərin əvəzi olaraq 34100 manat, mənəvi zərərin əvəzi olaraq 25000 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat, rəylərin alınması üçün ümumi olaraq 150 manat, ümumilikdə 59550 manat və ödənilmiş 269 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Gəncə şəhəri Atatürk prospekti *** saylı binanın birinci mərtəbəsində yerləşməklə 4,6 kv.m. qeyri-yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsinə Gəncə şəhər Icra Hakimiyyəti başçısı tərəfindən müvafiq sərəncam verilmiş, mülkə dair ##.##.2014-cü il tarixdə DƏDRX-nin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş texniki pasportla və ##.##.2014-cü il tarixdə verilmiş 0368519 seriyalı çıxarış əsasında qeyri-yaşayış sahəsi mülkiyyətindədir. Cavabdeh cavabdeh3, cavabdeh2 2020-ci ilin mart ayından, cavabdeh5 2020-ci ilin iyun ayından etibarən, eyni zamanda cavabdeh4 2023-cü ilin mart ayından başlayaraq etmiş olduğu qanunsuz hərəkətləri nəticəsində iddiaçı İddiaçı yuxarıda qeyd edilən, ona məxsus qeyri-yaşayış sahəsindən istifadə edə bilməmiş və hal-hazıradək əldə edəcəyi gəlirlərdən uzun müddətdir məhrum olmuş, ona zərər vurulmuşdur (həmçinin cavabdeh1 hələ də davam edən hərəkətləri ucbatından). Belə ki, cavabdeh cavabdeh3 2020-ci ilin mart ayından etibarən iddiaçıya məxsus Gəncə şəhəri Atatürk prospekti *** saylı binanın birinci mərtəbəsində yerləşməklə 4,6 kv.m. olan qeyri-yaşayış sahəsini qanunsuz yolla zəbt etmiş və faktiki olaraq iddiaçının həmin yerdən istifadə etməsinə, mülkiyyət hüquqlarını həyata keçirməsinə imkan verməmiş, bundan məhrum etmişdir. Bununla əlaqədar məhkəmə instansiyalarına müraciət etmişdir. Ilk olaraq iddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsində mülkün cavabdehin qanunsuz zəbtindən azad edilməsi tələbinə dair iddia qaldırmış, lakin birinci instansiya məhkəməsi (hakim Roman Ələkbərli) ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, İddiaçı məxsus 4,6 kv.m qeyri-yaşayış sahəsinə giriş-çıxış sərbəstdir və qonşu tikililərə heç bir maneçilik törətmir. Haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli 2(044)- ***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddianın təmin edilməsi və cavabdeh cavabdeh3 iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 4,6 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması barədə yeni qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan cavabdeh cavabdeh3 kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli *(***)- ***/**** saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən qüvvəə saxlanılmışdır. Əlavə olaraq hazırkı iş üzrə cavabdeh cavabdeh3 ona qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq və daha sonra dəqiqləşdirmə verərək ondan 84100 manat maddi və 110000 manat mənəvi zərərin tutulmasını xahiş etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Eyni zamanda cavabdeh5 tərəfindən ##.##.2020-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan İddiaçı, mülkiyyət hüququ ilə ona məxsus olan əmlakdan qanunsuz olaraq çıxarılmış və həmin əmlak qanunsuz olaraq cavabdeh3 təhvil verilmişdir. Qeyd edilənlər həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsindən də görünür ki, cavabdeh3 özü də həmin iddiada qeyd etmişdir ki, ##.##.2020-ci il tarixdə 2004-cü il qətnaməsi icra edilərkən İddiaçı çıxarış təqdim etsə də qeyriyaşayış binası ##.##.2020-ci il tarixdə qanunsuz boşaldılaraq cavabdeh3 təhvil verilmişdir. Bundan başqa cavabdeh5 tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi üzrə icra vərəqəsinə izah verilməsi barədə ərizə təmin edilməmişdir. cavabdeh3 Gəncə şəhəri Nizami Rayon Icra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı Gəncə şəhəri, Atatürk pr 249, *A saylı yaşayış evinin fasadının yenidən qurulması ilə əlaqədar binanın 1-ci mərtəbəsinin şimal-qərb küncündə yaranmış 5,0 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınması və rəsmiləşdirilməsinə icazə verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Icra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli **** saylı sərəncamının etibarsız sayılması barədə inzibati məhkəmədə iddia qaldırmış və Gəncə Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ilə iddia təmin edilməmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2021-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə ləğv edilmiş və iddia mümkün sayılmamış, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı bildirmişdir ki, cavabdeh3 2020-ci ilin fevral-mart ayından ona problemlər yaratmağa başlamış, onun obyektinə daxil olmuşdur. Bundan başqa ##.##.2020-ci il tarixdə cavabdeh5 bir neçə əməkdaşı ona məxsus qeyri-yaşayış sahəsinə gələrək, 16 il əvvəl qəbul edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli *-****/**** saylı qətnaməsinin icra olunmasını ondan tələb etmişdirlər. Halbuki bu qətnamənin ona məxsus olan qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yox idi (həmçinin o iş üzrə tərəf olmamışdır). Icra məmurlarının qanunsuz tələbinə görə, ona məxsus qeyri-yaşayış sahəsindən zirzəmiyə hazırki işdə cavabdeh olan cavabdeh3 xeyrinə qapı açılmalıdır. O, bu qanunsuz, əsassız tələbə etiraz etdikdə, icra məmurları fiziki zor tətbiq edərək, zorla sahəyə daxil olmuşlar və döşəməni deşməyə cəhd edərək ona maddi zərər vurmuşlar. ##.##.2004-cü il tarixli *-****/**** saylı qətnaməsi əvvəllər icra edilmiş və zirzəmiyə qapı açılmışdır. Icra məmurları qanunsuz olaraq 2004-cü ilin qətnaməsinin icrası ilə bağlı ona məxsus qeyri-yaşayış sahəsinə daxil olduqda, zirzəmiyə açılan qapının olduğu qeyri-yaşayış sahəsi X8 məxsus idi və hazırda orada cavabdeh3 fəaliyyət göstərir. 2004-cü ildə cavabdeh3 zirzəmiyə qapı açmaq barədə mübahisəsi X6 ilə olmuş və sonuncuya məxsus obyekt ilə onun mülkiyyətində olan obyekt eyni deyil, N.Ismayılova məxsus obyektin yerində hazırda “Aptek Buta” fəaliyyət göstərir. Bütün bu qanunsuzluqların və özbaşınalıqların qarşısını ala bilmədiyindən, o, məcbur olub 2020-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir və haqlı olduğundan iddiası təmin edilmişdir. Lakin bugünədək cavabdeh3, cavabdeh4, cavabdeh1 və cavabdeh2 ona qarşı əsassız iddialar qaldırır və qanunsuz hərəkətləri ilə onun qeyri-yaşayış sahəsindən istifadə etməyinə, sahiblik və mülkiyyət hüquqlarını həyata keçirməyə mane olurlar. Bundan başqa hazırki iş üzrə cavabdeh cavabdeh4 İddiaçı və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinə qarşı mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi və zəbt edilmiş sahənin boşaldılması tələbi ilə Gəncə Şəhər Məhkəməsində əsassız iddia qaldırmış, məhkəmənin ##.##.2023-cü il tarixli 2(125)- ****/**** saylı qərardadı ilə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş və işə əlavə edilmiş “vergi ödəyicinin dövriyyəsi haqqında” ##.##.2023-cü il tarixli sənəddən görünür ki, İddiaçı, ona məxsus qeyri-yaşayış sahəsindən istifadə etmiş, fayda (qazanc) əldə etmiş və müvafiq qaydada vergi ödəmişdir. Belə ki, iddiaçı 2014-cü ildən qeyd edilən qeyri-yaşayış sahəsinə görə vergi ödəmiş və özünə məxsus qeyri-yaşayış sahəsindən qanunsuz olaraq çıxarılana qədər mütəmadi olaraq qeyriyaşayış sahəsindən fayda, gəlir (qazanc) götürmüşdür. Eyni zamanda ##.##.2023-cü il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 4.6 kv.m ümumi sahədən ibarət, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış binasının aylıq kirayə haqqı 600 manat təşkil edir. Bundan başqa ##.##.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə ** nömrəli rəydən də məlum olur ki, obyekt şəhərin mərkəzində yerləşir və İddiaçı məxsus qeyri-yaşayış binasının aylıq kirayə haqqı 600 manat təşkil edir. Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanasının poliklinika şöbəsinin ##.##.2023-cü il tarixli çıxarışından məlum olur ki, İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar, konkret olaraq keçirdiyi stresslə əlaqəli ##.##.2020-ci il ##.##.2020-ci il və ##.##.2020-ci il tarixlərdə xəstəxanaya müraciət etmişdir. Həmin dövrlər də iddiaçı ilə cavabdeh cavabdeh3 arasında olan məhkəmə prosesləri dövrünə, eyni zamanda cavabdeh5 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan qeyri-yaşayış sahəsindən onu qanunsuz olaraq çıxarması və həmin əmlakı qanunsuz olaraq cavabdeh3 təhvil verməsi dövrünə təsadüf edir. Iddiaçı cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərəri 25000 manat dəyərində qiymətləndirir, çünki o bütün bu qanunsuz hərəkətlər ucbatından dəfələrlə xəstəxanaya müraciət etməsini, əsəblərinin pozulmasını, yuxusuzluq yaranmasını, baş və ürək nahiyyəsində sıxılma hissi, ürək döyünmə hissi, əllərində əsmələr və s. qoyulmuş diaqnoz üzrə müalicə almasını bildirmişdir.

16. Cavabdeh cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsindən onun obyektinə giriş yolunun açılması ilə bağlı 2004-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını tələb etmiş və məhkəmə tərəfindən həmin qətnamə icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Həmin qətnamə icra olunaraq ona həmin yerdən giriş açılmışdır. Sonradan iddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq həmin qeyri-yaşayış sahəsindən çıxarılmağını tələb etmişdir. Məhkəmə icraatı zamanı ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının obyekti girişin üstündə yerləşir. Iddia təmin olunmuşdur və həmin qərardadan apellyasiya və kassasiya şikayətəri verilmiş, qərar qüvvədə qalmışdır və qərar da icra edilmişdir. Məhkəmə qərarından sonra o, oradan çıxmışdır. O, ora heç bir müdaxilə etməmişdir. Ona böhtan atdığı üçün qarşı tərəf dəfələrlə cəzalandırılıb. 2022-ci ildən 2023-cü ilə kimi qarşı tərəf oranı ayda 800 manat olmaqla Sabir adlı şəxsə icarəyə verib. Polis bölməsində həmin şəxslə mübahisələri olub.

17. Gəncə Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 oğlu və cavabdeh5 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə iddia tələbinin cavabdeh5 maddi və mənəvi ziyanın tələb edilməsi hissəsinə xitam verilməsi qərara alınmışdır.

18. Gəncə Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə) iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi; Iddiaçı İddiaçı 300 manat məbləğində ekspertiza xərci tutularaq “xxxx” MMC-nin hesabına, 500 manat məbləğində ekspertiza xərci tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına, 350 manat məbləğində ekspertiza xərci isə tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 157.5, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

20. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, təqdim edilmiş qətnamələr və məhkəmə qərarlarından da müəyyən edilir ki, ona dəymiş maddi və mənəvi ziyan cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 oğlunun hərəkətləri nəticəsində baş vermişdir. Yəni, icra məmuru öz başına deyil, onların iddia tələbi ilə bağlı məhkəmə qərarını icra etmişdir. iddiaçı İddiaçı məxsus Gəncə şəhəri Atatürk prospekti *** saylı binanın birinci mərtəbəsində yerləşməklə 4,6 kv.m qeyri-yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsinə Gəncə şəhər Icra Hakimiyyəti başçısı tərəfindən müvafiq sərəncam verilmiş, mülkə dair ##.##.2014-cü il tarixdə DƏDRX-nin * saylı ərazi idarəsi tərəfindən verilmiş texniki pasportla və ##.##.2014-cü il tarixdə verilmiş 0368519 seriyalı çıxarış əsasında qeyriyaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh cavabdeh3, cavabdeh2 2020-ci ilin mart ayından, cavabdeh5 2020-ci ilin iyun ayından etibarən, eyni zamanda cavabdeh4 2023-cü ilin mart ayından başlayaraq etmiş olduğu qanunsuz hərəkətləri nəticəsində ona məxsus qeyriyaşayış sahəsindən istifadə edə bilməmiş və hal-hazıradək əldə edəcəyi gəlirlərdən uzun müddətdir məhrum olmuş, ona zərər vurulmuşdur (həmçinin cavabdeh1 hələ də davam edən hərəkətləri ucbatından). Cavabdeh cavabdeh3 2020-ci ilin mart ayından etibarən ona məxsus Gəncə şəhəri Atatürk prospekti *** saylı binanın birinci mərtəbəsində yerləşməklə 4,6 kv.m. olan qeyri-yaşayış sahəsini qanunsuz yolla zəbt etmiş və faktiki olaraq iddiaçının həmin yerdən istifadə etməsinə, mülkiyyət hüquqlarını həyata keçirməsinə imkan verməmiş, bundan məhrum etmişdir. Bununla əlaqədar iddiaçı İddiaçı məhkəmə instansiyalarına müraciət etmişdir. Ilk olaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsində “mülkün cavabdehin qanunsuz zəbtindən azad edilməsi” tələbinə dair iddia qaldırmış, lakin birinci instansiya məhkəməsi ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbini təmin etməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, ona məxsus 4,6 kv.m qeyri-yaşayış sahəsinə giriş-çıxış sərbəstdir və qonşu tikililərə heç bir maneçilik törətmir. Haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddianın təmin edilmiş və cavabdeh cavabdeh3 onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 4,6 kv.m. qeyriyaşayış sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq hazırki iş üzrə cavabdeh cavabdeh3 ona qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq və daha sonra dəqiqləşdirmə verərək İddiaçı 84100 manat maddi və 110000 manat mənəvi zərərin tutulmasını xahiş etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Eyni zamanda cavabdeh5 tərəfindən ##.##.2020-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan İddiaçı, mülkiyyət hüququ ilə ona məxsus olan əmlakından qanunsuz olaraq çıxarılmış və həmin əmlak qanunsuz olaraq cavabdeh3 təhvil verilmişdir. Qeyd edilənlər həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən də görünür ki, cavabdeh3 özü də həmin iddiada qeyd etmişdir ki, ##.##.2020-ci il tarixdə 2004-cü il qətnaməsi icra edilərkən İddiaçı çıxarış təqdim etsə də qeyriyaşayış binası ##.##.2020-ci il tarixdə qanunsuz boşaldılaraq cavabdeh3 təhvil verilmişdir. Bundan başqa, cavabdeh5 tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi üzrə icra vərəqəsinə izah verilməsi barədə ərizə təmin edilməmişdir. cavabdeh3 Gəncə şəhəri Nizami Rayon Icra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı Gəncə şəhəri Atatürk pr 249, *A saylı yaşayış evinin fasadının yenidən qurulması ilə əlaqədar binanın 1-ci mərtəbəsinin şimal qərb küncündə yaranmış 5,0 kv.m qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması və rəsmiləşdirilməsinə icazə verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Icra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli **** saylı sərəncamının etibarsız sayılması barədə inzibati məhkəmədə iddia qaldırmış və Gəncə Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ilə iddia təmin edilməmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)- ***/**** saylı qərardadı ilə ləğv edilmiş və iddia mümkün sayılmamış, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı bildirmişdir ki, cavabdeh3 2020-ci ilin fevral-mart ayından ona problemlər yaratmağa başlamış, onun obyektinə daxil olmuşdur. Bundan başqa ##.##.2020-ci il tarixdə cavabdeh5 bir neçə əməkdaşı ona məxsus qeyriyaşayış sahəsinə gələrək, 16 il əvvəl qəbul edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli *-****/**** saylı qətnaməsinin icra olunmasını ondan tələb etmişdirlər. Halbuki bu qətnamənin ona məxsus olan qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yox idi (həmçinin o iş üzrə tərəf olmamışdır). Icra məmurlarının qanunsuz tələbinə görə, ona məxsus qeyri-yaşayış sahəsindən zirzəmiyə hazırki işdə cavabdeh olan cavabdeh3 xeyrinə qapı açılmalıdır. O, bu qanunsuz, əsassız tələbə etiraz etdikdə, icra məmurları fiziki zor tətbiq edərək, zorla sahəyə daxil oldular və döşəməni deşməyə cəhd edərək ona maddi zərər vurmuşlar. ##.##.2004-cü il tarixli *-****/**** saylı qətnaməsi əvvəllər icra edilmiş və zirzəmiyə qapı açılmışdır. cra məmurları qanunsuz olaraq 2004-cü ilin qətnaməsinin icrası ilə bağlı ona məxsus qeyri-yaşayış sahəsinə daxil olduqda, zirzəmiyə açılan qapının olduğu qeyri-yaşayış sahəsi X8 məxsus idi və hazırda orada cavabdeh3 fəaliyyət göstərir. 2004-cü ildə cavabdeh3 zirzəmiyə qapı açmaq barədə mübahisəsi X6 ilə olmuş və sonuncuya məxsus obyekt ilə onun mülkiyyətində olan obyekt eyni deyil, N.Ismayılova məxsus obyektin yerindəhazırda “Aptek Buta” fəaliyyət göstərir. Bütün bu qanunsuzluqların və özbaşınalıqlarınqarşısını ala bilmədiyindən, o, məcbur olub 2020-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir və haqlı olduğundan iddiası təmin edilmişdir. Lakin bugünədək cavabdeh3, cavabdeh4, cavabdeh1 və cavabdeh2 ona qarşı əsassız iddialar qaldırır və qanunsuz hərəkətləri ilə onun qeyriyaşayış sahəsindən istifadə etməyinə, sahiblik və mülkiyyət hüquqlarını həyata keçirməyə maneə olurlar Bundan başqa hazırki iş üzrə cavabdeh cavabdeh4 İddiaçı və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinə qarşı “mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi və zəbt edilmiş sahənin boşaldılması” tələbi ilə Gəncə Şəhər Məhkəməsində əsassız iddia qaldırmış, məhkəmənin ##.##.2023-cü il tarixli 2(125)- ****/**** saylı qərardadı ilə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindənverilmiş və işə əlavə edilmiş “vergi ödəyicinin dövriyyəsi haqqında” ##.##.2023-cü il tarixli sənəddən görünür ki, İddiaçı,ona məxsus qeyri-yaşayış sahəsindən istifadə etmiş, fayda(qazanc) əldə etmiş və müvafiq qaydada vergi ödəmişdir. Belə ki, iddiaçı 2014-cü ildən qeyd edilən qeyriyaşayış sahəsinə görə vergi ödəmiş və özünə məxsus qeyriyaşayış sahəsindən qanunsuz olaraq çıxarılana qədər mütəmadi olaraq qeyri-yaşayış sahəsindən fayda, gəlir (qazanc) götürmüşdür. Eyni zamanda ##.##.2023-cü il tarixli “Əmlakın Qiymətləndirilməsi Nəticələri Haqqında” Hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 4.6 kv.m ümumi sahədən ibarət, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış binasının aylıq kirayə haqqı 600 (altı yüz) manat təşkil edir. Bundan başqa ##.##.2023-cü il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi” barədə ** nömrəli rəydən də məlum olur ki, obyekt şəhərin mərkəzində yerləşir və İddiaçıməxsus qeyri-yaşayış binasının aylıq kirayə haqqı 600 (altı yüz) manat təşkil edir. Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanasının poliklinika şöbəsinin ##.##.2023-cü il tarixli çıxarışından məlum olur ki, İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar, konkret olaraq keçirdiyi stresslə əlaqəli ##.##.2020-ci il, ##.##.2020-ci il və ##.##.2020-ci il tarixlərdə xəstəxanaya müraciət etmişdir. Həmin dövrlər də iddiaçı ilə cavabdeh cavabdeh3 arasında olan məhkəmə prosesləri dövrünə, eyni zamanda cavabdeh5 mülkiyyət hüququ ilə İddiaçıməxsus olan qeyri-yaşayış sahəsindən onu qanunsuz olaraq çıxarması və həmin əmlakı qanunsuz olaraq cavabdeh3 təhvil verməsi dövrünə təsadüf edir. Iddiaçı cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərəri 25000 (iyirmi beş min) manat dəyərində qiymətləndirir, çünki o bütün bu qanunsuz hərəkətlər ucbatından dəfələrlə xəstəxanaya müraciət etməsini, əsəbilərinin pozulmasını, yuxusuzluq yaranmasını, baş və ürək nahiyyəsində sıxılma hissi, ürək döyünmə hissi, əllərində əsmələr və s qoyulmuş diaqnoz üzrə müalicə almasını bildirmişdir. Hətta onların qanunsuz hərəkətləri və başqa şəxsləri örgədərək iddiaçı və onun atasına qarşı cinayət törətmələri və durmadan, dayanmadan onlara qarşı fiziki və mənəvi zor tətbiq etmələri artıq dözülməz həddə çatmışdır. Həmçinin qeyd edirəm ki, yuxarıda qeyd olunan geniş və əhatəli məsələlərə məhkəmə hüquqi qiymət vermədən sadəcə bir neçə cümlə ilə kifayətlənmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ona məxsus Gəncə şəhəri Atatürk prospekti *** saylı binanın birinci mərtəbəsində yerləşməklə 4,6 kv.m. qeyri-yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsinə Gəncə şəhər Icra Hakimiyyəti başçısı tərəfindən müvafiq sərəncam əsasında ona çıxarış verilmiş və həmin vaxtdan onun mülkiyyətindədir. 2020-ci ilin mart ayından etibarən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona məxsus qeyriyaşayış sahəsindən istifadə edə bilməmiş və hal-hazıradək əldə edəcəyi gəlirlərdən uzun müddətdir məhrum olmuş və bunun nəticəsində ona ziyan dəymişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmişdir. O, Gəncə şəhəri Nizami Rayon Məhkəməsində mülkün cavabdehin qanunsuz zəbtindən azad edilməsi ilə bağlı iddia qaldırmış, lakin birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddianın təmin edilməsi və cavabdeh cavabdeh3 onun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə yeni qətnamə qəbul edilmişdir və həmin qətnamə Qətnamədən narazı qalan cavabdeh cavabdeh3 kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı İddiaçı bildirmişdir ki, 2020-ci ilin mart ayından mülkiyyətindəki qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququndan məhrum olmuşdur.

24. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlər iddiaçıya məxsus əmlakdan sonuncunun istifadə etməsinə maneçilik edirlər. Ona hədə-qorxu gələrək mülkünə daxil olmağa imkan vermirlər.

25. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 1998-ci ildə Gəncə şəhəri Atatürk prospekti 249 ünvanında yerləşən binada qeyri-yaşayış sahəsi almışdır. Ərazinin 353 kv.m zirzəmisi vardır, oradan 76 kv.m hissəni anası cavabdeh2 bağışlamış, 100 kv.m hissəni də “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir, qalan hissəni isə Xanoğlan adlı şəxsə satmış, bir hissəni arvadına bağışlamış, digər az bir hissəsi isə özündə saxlanılmışdır. Mübahisəli ərazinin ona məxsus olduğuna dair məhkəmə qətnaməsi vardır. O, iddiaçının mülkiyyət hüququndan məhrum olması ilə nəticələnəcək hərəkətlərə yol verməmişdir.

26. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2020-ci ildən qeyri-yaşayış sahəsinə dair cavabdehlərlə aralarında mübahisə başlamışdır. 2020-ci ilin mart ayında ona heç bir xəbərdarlıq edilmədən polis əməkdaşları qeyri-yaşayış sahəsinin açarlarını alıb cavabdeh cavabdeh3 vermişlər. Ona məxsus olan qeyri-yaşayış sahəsi cavabdeh3 tərəfindən zəbt edilərək onun tərəfindən hər hansı razılıq olmadan binanın zirzəmisinə qanunsuz pilləkən açılmışdır. Mübahisəli ərazidə qapı açılarkən atası orada iştirak etməmiş, nə də ki, belə bir razılıq vermişdir.

27. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Gəncə şəhəri Atatürk prospekti 249 ünvanında yerləşən binada ona da məxsus qeyri-yaşayış sahəsi olmuşdur. Iddiaçının atasının razılığı və iştirakı ilə mübahisəli ərazidə zirzəmiyə qapı açılmışdır.

28. Hazırkı məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, rəyi məhkəməyə təqdim etmişdir. Ona məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə obyekt üçün icarə haqqının aylıq 70-80 manat olması inandırıcı deyildir. Hazırda da obyektini icarəyə vermişdir, lakin cavabdeh cavabdeh3 icarəçiyə də imkan vermir ki, sonuncu orada sərbəst işləsin. 2025-ci ilin dekabr ayına kimi obyektdən istifadə edə bilməmişdir. Dəfələrlə obyekti qırıb dağıtmışlar. Dəymiş ziyanla bağlı mütəxəssis rəyi də var. Dəfələrlə polisə müraciət etmiş və bildirmişdir ki, obyektindən istifadə edə bilmir. Cavabdehlərin ona məxsus qeyri-yaşayış sahəsinə qanunsuz daxil olaraq mülkiyyət hüququnu həyata keçirtməsinə manelər yaratması nəticəsində mənəvi zərərə məruz qalmışdır. Iddiaçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

29. Hazırkı məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iş materiallarına qiymətləndirmə rəyini əlavə etmişlər. Həmçinin vəsatət verərək yenidən qiymətləndirmə keçirilməsini xahiş edirlər. Cavabdeh bildirir ki, xanımın 2020-ci ildən çıxarışı var. Ona görə həmin məsələlərı dayandırıb. Bildirirəm ki, uzun müddətdir tərəflər arasında çəkişmə var. Qətnamənin 17 il sonra icra olunması qanunsuzdur. Cavabdeh cavabdeh3 bildirir ki, söküntü işlərini onlar etməmişlər. Ancaq cavabdehin müraciəti əsasında söküntü işləri aparılıb. Həmin söküntü işləri zamanı qeydə alınan video görüntülər var. Söküntü işləri qərəzli şəkildə aparılıb. Əvvəldən orada 1 obyekt olub. 2004-cü ildə çıxan qətnamə 2020-ci ildə icra edilib. Hesab edirlər ki, obyektin cavabdehlər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində iddiaçı maddi ziyana uğramışdır. Işlə bağlı kifayət qədər araşdırma aparıldı, iddiaçının obyektinin digər obyektlərə hər hansı manesi yoxdur. Sadəcə cavabdeh öz obyektini bir neçə yerə bölüb deyə əlavə çıxışlar axtararaq söküntü işləri aparıb. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçı dəfələrlə cavabdehin təhqirlərinə məruz qalıb, müəyyən iztirablar keçirib. Buna görə də mənəvi zərərinin əvəzinin ödənilməsini tələb edirlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

30. Hazırkı məhkəmə iclasında cavabdeh cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2004-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsinin icra edilməsi ilə bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, müraciəti əsasında icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmişdir. Bundan sonra da iddiaçı tərəflə aralarında çəkişmə yaranmışdır. Iddiçıya məxsus qeyri yaşayış sahəsində hər hansı hüquqazidd hərəkətlərə yol verməmişdir. 2 il bundan qabaq oranı bağlayıb çıxmışdır. Oğlu tərəfindən iddiaçıya məxsus obyektin şüşələri sındırıldıqdan sonra onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, 350 manat cərimə ödəmiş, eyni zamanda şüşələri də öz vəsaiti hesabına yeniləmişdir. Məhkəmə qərarının icrası zəmnində iddiaçıya məxsus obyektin qapısı açılmışdır. Daha sonra oradan çıxmışdır. Heç bir hüquq pozuntusu törətməmişdir. Iddiaçıya məxsus obyektin ölçüsü kiçik olduğuna görə icarə haqqı məbləği də yüksək deyildir. Cavabdeh cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

37. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, maddi ziyanın əvəzi olaraq 1740 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 37,4 manat və hüquqi yardım göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi 300 (üç yüz) manat, cəmi 2077,4 manat cavabdeh cavabdeh3 alınaraq iddiaçı İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, cavabdeh cavabdeh3 300 manat ekspertiza xərci tutularaq “xxxx” MMC-nin bank hesabına, 500 manat ekspertiza xərci Məhkəmə Ekspertizası Bürosunun bank hesabına, 350 manat ekspertiza xərci isə “xxxx” MMC-nin bank hesabına ödənilməlidir.

49. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2004-cü il tarixli *-****/**** nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh3 iddiası təmin edilmiş, Gəncə şəhəri, Atatürk prospekti *** saylı binanın zirzəmisinə 2-ci giriş yolu üzərində X6 vitraj tikdirməsinə icazə verilməsi barədə Gəncə şəhəri Icra Hakimiyyətinin Baş Memarı M.Ibrahimov tərəfindən verilmiş ## #### 2004-cü il tarixli **-*** saylı icazə məktubu (sənədi) və ona əlavə edilmiş layihənin ləğv edilməklə etibarsız sayılması, Gəncə şəhər Atatürk prospekti *** saylı binanın zirzəməsinə gedən 2-ci giriş yolu (pilləkən) açılmaqla istifadəyə verilməsi qət edilmişdir. Həmin qətnamə ##.##.2020-ci il tarixdə icra edilməsi üçün cavabdeh5 göndərilmişdir. cavabdeh5 ##.##.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Daha sonra cavabdeh3 ərizə ilə cavabdeh5 müraciət edərək, Gəncə şəhəri, Atatürk prospekti *** saylı binanın zirzəmisinə gedən 2-ci giriş yolu (pilləkən) açılmaqla istifadəyə verilməsi məsələsi öz həllini tapdığından icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. cavabdeh5 ## ###### 2020- ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Daha sonra iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı mülkün qanunsuz zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin ## ### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməklə cavabdeh cavabdeh3 iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 4,6 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ## ###### 2023-cü il tarixdə icra olunması üçün aidiyyəti icra orqanına göndərilmiş, icra orqanının ## ###### 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanılmış, icra orqanının ## #### 2023-cü il tarixli qərarı ilə də icra sənədi üzrə icraata xitam verilmişdir. Iddiaçı İddiaçı cavabdehlərin ona məxsus qeyri-yaşayış sahəsini zəbt etməsi nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını əsas göstərərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

51. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyildir.

52. Bu prinsipə görə, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

53. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir və iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

55. Kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli aparılmalı və ilk növbədə maddi ziyanın əvəzinin ödənilməsi tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

56. Tələbin əsaslılığının araşdırılması baxımından qeyd edilməlidir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

57. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

58. Baxılan işdə iddiaçı İddiaçı maddi ziyana məruz qalmasını cavadehlərin ona məxsus qeyri-yaşayış sahəsinə qanunsuz daxil olaraq mülkiyyət hüququnu həyata keçiriməsinə manaçilik yaratmaları ilə əlaqələndirmişdir.

59. Işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh cavabdeh2 qarşı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin sonuncunun zəbtindən azad edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir və hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır.

60. Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki, cavabdeh cavabdeh3 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli *-****/**** saylı qətnaməsinin icra olunması məqsədilə qanunsuz olaraq iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə daxil olmuş və iddiaçının qanunla qorunan mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüquqlarını pozmuşdur. Belə ki, cavabdeh3 iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə daxil olmasını Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli *-****/**** saylı qətnaməsinin icra olunması ilə əlaqələndirsə də, lakin iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh3 Gəncə şəhəri, Atatürk prospekti, *** saylı binanın zirzəmisində yerləşən 100 kv.m ümumi sahəsi olan, o cümlədən, 32.2 kv.m əsas, 67.8 kv.m köməkçi sahə, 11.1 kv.m digər sahədən ibarət qeyri-yaşayış sahəsini ##.##.2014-cü il tarixli *Ə-**-** saylı alğı-satqı müqaviləsinə əsasən X8 və həmin əmlak üzərində sonuncunun mülkiyyət hüququ qeydə alınmışdır. Bu isə o deməkdir ki, ##.##.2020-ci il tarixdə cavabdeh5 əməkdaşlarının iştirakı ilə açılan zirzəmi həmin zaman ümumiyyətlə cavabdeh3 mülkiyyətində deyil idi. Digər tərəfdən, Gəncə şəhər Nizami Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** saylı sərəncamı və Gəncə şəhərinin baş memarının 2014-cü il tarixli razılaşdırılmış eskiz layihəsinə əsasən Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti 249, *A saylı binada yerləşən ümumi sahəsi 5 kv.m olan qeyri-yaşayış sahəsi cavabdeh3 adına qeydiyyata alınmış, lakin * saylı notariat ofisinin ##.##.2019-cu il tarixli *Ə-*** saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak cavabdeh2 bağışlanmışdır və sonuncunun mükiyyətində olmuşdur.

61. Məhkəmənin həmin iş üzrə gəldiyi yekun qənaətə görə, Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti *** saylı binada heç bir mülkiyyəti olmayan cavabdeh3 iddiaçı İddiaçı məxsus 4,6 kv.m qeyri-yaşayış sahəsindən zirzəmiyə qapı açması üçün heç bir hüquqi əsas olmadan edilmiş hüquqazidd davranış hesab edilmişdir. Cavabdehin qanunsuz və əsassız olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsini zəbt edərək, onun mülkiyyət hüququna qanunsuz müdaxilə etməsi, iddiaçını mülkiyyətindən məhrum edilməsi, əmlakdan istifadəsinə və sahibliyinə əsassız mane törədilməsi olaraq qiymətləndirilmişdir.

62. Işin bu halı, yəni Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, 249 binada heç bir mülkiyyəti olmayan cavabdeh cavabdeh3 ##.##.2020-ci il tarixdə hər hansı hüquqi əsas olmadan iddiaçı İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 4,6 kv.m qeyri-yaşayış sahəsinə qanunsuz daxil olması, bunun nəticəsində iddiaçının mülkiyyət hüququndan əsassız olaraq məhrum edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən bu hal hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (MPM maddə 82.3).

63. MPM-nin 82.3-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

64. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

65. Odur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdeh cavabdeh3 ##.##.2020-ci il tarixdə hər hansı hüquqi əsas olmadan iddiaçı İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 4,6 kv.m qeyri-yaşayış sahəsinə qanunsuz daxil olması, bunun nəticəsində iddiaçının mülkiyyət hüququndan əsassız olaraq məhrum edilməsinin müəyyən edilməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət yoxdur.

66. Bu mənada, kollegiya cavabdeh cavabdeh3 «mübahisəli ərazinin ona məxsus olduğuna dair məhkəmə qətnaməsi vardır, o, iddiaçının mülkiyyət hüququndan məhrum olması ilə nəticələnəcək hərəkətlərə yol verməmişdir» barədə arqumentlərinin əsassız olduğunu vurğulayır və kollegiya bir daha qeyd edir ki, mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə etmiş olduğundan həmin halların hazırkı işin müstəvisində təkrarən araşdırılması yolverilən deyildir. Əks yanaşma, hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarardı.

67. Cavabdeh cavabdeh3 iddiaçı İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinə daxil olmasının mülkiyyət hüququna qanunsuz müdaxilə olması qənaətinə gələrkən kollegiya həmçinin onu da nəzərə alır ki, Gəncə şəhəri Nizami RIHB-nin ##.##.2013-cü il tarixli **** saylı sərəncamı ilə Atatürk pr., 249, *A saylı yaşayış binasının fasadının yenidən qurulması ilə əlaqədar binanın 1-ci mərtəbəsinin şimal-qərb küncündə yaranmış 5,0 kv.m qeyri-yaşayış sahəsi İddiaçı adına rəsmiləşdirilmiş, həmin sərəncam əsasında ona müvafiq çıxarış verilmişdir. Bir sözlə, 2013-cü ildə binada yeni mülkiyyət obyekti yaranmış və bu obyektin mülkiyyətçisi iddiaçı İddiaçı olmuşdur. cavabdeh3 Gəncə şəhəri Nizami Rayon Icra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı Gəncə şəhəri Atatürk prospekti 249, *A saylı yaşayış evinin fasadının yenidən qurulması ilə əlaqədar binanın 1-ci mərtəbəsinin şimal-qərb küncündə yaranmış 5,0 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınması və rəsmiləşdirilməsinə icazə verilməsinə dair Gəncə şəhəri Nizami RIHB ##.##.2013-cü il tarixli **** saylı sərəncamının etibarsız sayılması barədə inzibati məhkəmədə iddia qaldırmış və Gəncə Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)- ***/**** saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

68. Bu isə onu deməyə əsas verir ki, cavabdeh cavabdeh3 iddiaçıya məxsus qeyriyaşayış sahəsinin qanuni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında sonuncunun mülkiyyətində olmasından məlumatlı olduğu halda, mülkiyyətçinin iradəsinə zidd olaraq həmin sahəyə daxil olaraq onun qanunla müəyyən edilmiş və dövlət tərəfindən müdafiə olunan mülkiyyətçi hüquqlarını həyata keçirtməsinə mane olmuşdur. Hətta, qeyri-yaşayış sahəsinə dair iddiaçının adına olan çıxarışın verilməsinə əsas sayılan icra hakimiyyəti orqanının sərəncamının etibarsız hesab edilməsi barədə iddiasının uğursuz nəticələnməsindən sonra da cavabdeh cavabdeh3 mülkiyyət hüququna qəsd sayılan hərəkətlərini həyata keçirtməkdə davam etmişdir. Hansı ki, cavabdeh cavabdeh3 məhkəmə qətnaməsinin icrası adı altında bu hərəkətləri həyata keçirdiyi zaman Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, *** saylı binada ümumiyyətlə onun mülkiyyəti payı olmamışdır (mülkiyyət payı artıq özgəninkiləşdirilmiş idi). Cavabdeh cavabdeh3 iddiaçının atasının razılığı ilə həmin sahayə daxil olması kimi bir arqument irəli sürsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmiş, iddiaçı tərəf isə bu halı təkzib etmişdir.

69. Cavabdeh cavabdeh3 iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmasını Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2004-cü il tarixli *-****/**** nömrəli qətnaməsi ilə əlaqələndirməyə çalışsa da, lakin həmin işə baxmış məhkəmə zirzəmiyə pilləkənin məhz iddiaçıya məxsus sahədən açılması məzmununda qətnamə çıxartmamışdır. Digər tərəfdən, iş materiallarından göründüyü kimi həmin qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmiş, icra sənədində zirzəmi açılmalı olan 2-ci giriş yolunun yeri dəqiq göstərilmdədiyi üçün icra orqanı icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir, lakin məhkəmənin müvafiq qərardadları ilə icra sənədinə izah verilməsindən imtina edilmişdir. Buna baxmayaraq, icra sənədi üzrə tələbkar cavabdeh3 hər hansı qanuni əsas olmadan öz təşəbbüsü ilə mübahisəli qeyri-yaşayış sahəsindən zirzəmiyə yol kimi pilləkən quraşdırmışdır. məhkəmə qətnaməsi əsasında deyil də, öz iradəsi ilə zirzəmiyə pilləkən açmışdır. Məhz bundan sonra tələbkar cavabdeh3 ərizə ilə icra orqanına müraciət etmiş və müraciəti əsasında da icra sənədinin icraatına xitam verilmişdir.

70. Işin qeyd edilən bu halları da bir daha onu deməyə əsas verir ki, cavabdeh cavabdeh3 iddiaçı İddiaçı iradəsinə zidd şəkildə, qanunsuz olaraq ona məxsus qeyri-yaşayış sahəsinə daxil olaraq həmin sahədən binanın zirzəmisinə 2-ci giriş yolu kimi pilləkən quraşdırmışdır.

71. Beləliklə, cavabdeh cavabdeh3 iddiaçı İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qanunsuz daxil olaraq oranı zəbt etməsi öz təsdiqini tapdığından artıq növbəti araşdırılmalı məsələ bu zəbtin hansı tarixədək davam etmiş olmasıdır.

72. Bu aspektdə araşdırma aparıldıqda müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra isə qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmiş və icra orqanı tərəfindən ## ###### 2023-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Nəhayət, ## #### 2023-cü il tarixdə icra sənədində göstərilən tələbin borcu tərəfindən tam şəkildə icra edilməsi əsası ilə icra işinin icraatına xitam verilmişdir.

73. Iddiaçı İddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin 2020-ci ilin mart ayından etibarən cavabdeh cavabdeh3 tərəfindən zəbt edildiyini iddia edərək mülkiyyətdən qanunsuz məhrum etmə ilə əlaqədar həmin tarixdən əldən çıxmış fayda qismində maddi ziyan məbləğinin əvəzinin tutulmasını xahiş etmişdir. Ancaq, hazırkı işin müstəvisində qeyri-yaşayış sahəsinin cavabdeh cavabdeh3 tərəfindən zəbt edilməsinin məhz həmin tarixdən başlamış olması kimi bir hal müəyyən edilməmişdir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minimiş ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh3 ##.##.2020-ci il tarixdə hər hansı hüquqi əsas olmadan iddiaçı İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 4,6 kv.m qeyri-yaşayış sahəsinə qanunsuz daxil olması öz təsdiqini tapmışdır.

74. Şərh edilənlərin məcmusunu nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçı İddiaçı irəli sürdüyü faktiki hallar - maddi ziyanın əvəzinin ödənilməsi barədə tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə istinadən şəxsin əmlakından məhrum olması ona zərər vurulması anlamına gəlir ki, baxılan işin halları əsasında da cavabdeh cavabdeh3 hüquqazidd hərəkətləri səbəbindən iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək əmlakından məhrum edilmiş olduğu müəyyən edilir. Bu mənada, iddiaçı İddiaçı qeyd edilən dövr üzrə əmlakından qanunsuz məhrum olması ilə əlaqədar adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzinin (əldən çıxmış fayda) zərərvuran cavabdeh3 tutulmasını tələb etməkdə haqlıdır.

75. Ziyan məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verdiyini, lakin cavabdehin oranı qanunsuz olaraq zəbt etməsi səbəbindən əmlakını icarəyə verib gəlir əldə etmək imkanından məhrum olduğunu əsas göstərməklə maddi ziyanın əvəzinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt edilən dövr üzrə eyni ərazidə və eyni şəraitdə olan qeyri-yaşayış sahələrinin orta bazar icarə qiyməti barədə qiymətləndirici təşkilatlardan müvafiq rəylər alınmışdır. Kollegiya “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli rəyi mötəbər sübut saymaqla rəydə göstərilən icarə qiymətlərini daha inandırıcı və ağlabatan hesab edir. Belə ki, həmin rəylə iddiaçıya məxsus Gəncə şəhəri Atatürk prospekti 249 ünvanında yerləşən ümumi sahəsi 4.6 kv.m olan qeyri-yaşayış sahəsi ilə eyni şəraitdə və eyni ərazidə olan qeyri-yaşayış sahələrinin orta bazar icarə qiyməti (zəbt dövrləri üzrə) 2020-ci ilin avqust-dekabr aylarında 50 manat (5 ay x 50 manat = 250 manat), 2021-ci il ərzində 50 manat (12 ay x 50 manat = 600 manat), 2022-ci ilin yanvar-avqust aylarında 50 manat (8 ay x 50 manat = 400 manat), 2022-ci ilin sentyabr-dekabr aylarında 70 manat (4 ay x 70 manat = 280 manat), 2023-cü ilin yanvar-mart aylarında 70 manat (3 ay x 70 manat = 210 manat) (250+600+400+280+210 = 1740) manat olmuşdur.

76. «Qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt edilən dövr üzrə eyni ərazidə və eyni şəraitdə olan qeyri-yaşayış sahələrinin orta bazar icarə qiymətinin daha yüksək məbləğdə olması» barədə iddiaçı tərəfin arqumentini isə kollegiya əsassız saymışdır. Ona görə ki, qiymətləndirmə fəaliyyəti əmlaka vizual baxış keçirilməklə və qiymətləndirici qarşısında sual qoyulmuş tarixlər üzrə bazardakı icarə məbləğləri nəzərə alınmaqla həyata keçirilmişdir. Digər tərəfdən də, mübahisəli obyektin aylıq icarə haqqısı barədə alınan rəyin şübhə altına alınması və əslində icarə haqqının daha artıq olması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Çünki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə dair alınmış rəylə müəyyən olunan icarə haqqı məbləğinin daha artıq olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Gəldiyi bu qənaətə uyğun olaraq kollegiya iş üzrə təkrar qiymətləndirmə təyin edilməsinə də zərurət olmadığını vurğulayır.

77. Həmçinin qeyd edilməlidir ki, iddiaçı İddiaçı digər cavabdehlər cavabdeh4, cavabdeh2 və cavabdeh1 hüquqazidd hərəkətləri nəticəsində maddi ziyana məruz qaldığını iddia etsə də, lakin bu barədə sübutlarını məhkəməyə təqdim etməmiş, eləcə də işin faktiki halları əsasında həmin cavabdehlərin iddiaçıya zərərvurma xüsusiyyətinə malik hərəkətlər etmiş olması müəyyən edilməmişdir.

78. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

79. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

80. Şərh edilənlərin yekunu olaraq kollegiya qeyd edir ki, iddiaçı İddiaçı maddi ziyanın əvəzinin ödənilməsi barədə tələbi qismən təmin edilməli, cavabdeh cavabdeh3 maddi ziyanın əvəzi olaraq 1740 manat tutularaq iddiaçıya ödənilməlidir.

81. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd edilir ki, mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.

82. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.).

83. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.

84. Mənəvi zərərə görə kompensasiya- hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

85. Qeyd edilməlidir ki, fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.

86. Bununla belə, mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə əksi sübuta yetirilməyincə mənəvi zərərin mövcudluğu prezumpsiyasını yaradır. Bu zaman sübutetmə yükünün həcmi baxımından şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə halı ilə müqavilə öhdəliklərinin və əmlak hüquqlarının pozulması halları arasında fərqin olması nəzərə alınmalıdır.

87. Belə ki, mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə halında bu əməlin mövcudluğunun sübuta yetirilməsi həmin şəxsi mənəvi zərərə məruz qalması üzrə sübutetmə yükündən azad edir. Məsələn, iddiaçının barəsində təhqiredici ifadələrin yayılması faktının təsdiq olunması, iddiaçının mənəvi zərərə məruz qalması (cavabdeh tərəfindən əksi sübuta yetirilməyincə) qənaətinə gəlməyə əsas təşkil edəcəkdir.

88. Müqavilə öhdəliklərinin pozulması və əmlak hüquqlarına hüquqazidd müdaxilə halında isə şəxs hüquqazidd əməlin mövcudluğu ilə yanaşı, həmin əməlin onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini də sübuta yetirməlidir. Məsələn, podrat müqaviləsi üzrə bərpaya verilmiş rəsm əsərinin məhv olması nəticəsində mənəvi zərərin kompensasiyasını tələb edən sifarişçi podratçının müqavilə öhdəliklərini pozması faktı ilə yanaşı, bu pozuntu nəticəsində onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləni də sübuta yetirməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli № ** qərarındakı hüquqi mövqe).

89. Əmlak hüquqlarının pozulmasından doğan mənəvi zərərin vurulmasının mümkünlüyü ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə bir sıra əşyaların xüsusiyyətlərinə görə qeyrimaddi dəyərə malik olmaları təsbit edilmişdir. Məsələn, Mülki Məcəllənin 1155.1-ci maddəsində ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mədəni sərvətlər və s. Qanunla müəyyən edilmədiyi hallarda isə məhkəmələr zədələnmiş əşyanın qeyri-maddi dəyərə malik olduğunu və ya əşya qeyri-maddi dəyərə malik olmasa da, pozuntunun həmin əşyanın mənsub olduğu şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini araşdırmalıdırlar. Məsələn, birinci halda ailə üçün xüsusi tarixi-mənəvi dəyərə malik olan fərdi yaşayış evinin sökülməsi, yeganə nüsxədə fotoalbomun, antik rəsm əsəri və ya digər incəsənət nümunəsinin yararsız hala salınması şəxsi toxunulmazlıq hüququnu pozur. Ikinci halda isə xüsusi mənəvi dəyərə malik olmasa da, mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin özbaşına sökülməsi şəxsin təhlükəsiz yaşamaq hüququnu, yaşayış evinin özbaşına sökülməsi isə həm də mənzil toxunulmazlığı hüququnu pozur.

90. Şəxsiyyət hüquqlarının mahiyyəti və dairəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli № ** qərarı ilə müəyyən edilmişdir və qeyri-yaşayış sahəsinin zəbt edilməsi əmlak hüquqlarının pozulmasından doğan mənəvi zərər kimi qiymətləndirilmir.

91. Bundan başqa, iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində ##.##.2020, ##.##.2020 və ##.##.2020-ci il tarixlərdə xəstəxanaya müraciət etdiyini qeyd etsə də, lakin iddiaçının məhkəməyə müraciətinin məhz cavabdeh cavabdeh3 hərəkətləri ilə bağlı olması barədə məhkəməyə sübut təqdim etməmişdir.

92. Ona görə də kollegiya iddiaçı İddiaçı mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbini əsaslı saymamışdır.

93. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 248 manat dövlət rüsumu ödənilmişdir. Kollegiyanın qənaətinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,4 manat cavabdeh cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, qalan məbləğdə dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, məhkəmədə hüquqlarının müdafiəsinə görə vəkillə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlaması üçün iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi 300 manat cavabdeh cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Rəylərin alınması üçün ümumi olaraq ödənilmiş 150 manat xərclə bağlı iddiaçının tələbi də əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, iddia qismən təmin edildiyindən birinci instansiya məhkəməsində icraat zamanı alınmış qiymətləndirmə rəylərinə görə ödənilməli xidmət haqqı da cavabdeh cavabdeh2 aid edilməlidir.

94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Maddi ziyanın əvəzi olaraq 1740 (bir min yeddi yüz qırx) manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 37,4 (otuz yeddi manat qırx qəpik) manat və hüquqi yardım göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi 300 (üç yüz) manat, cəmi 2077,4 manat (iki min yetmiş yeddi manat qırx qəpik) cavabdeh cavabdeh3 alınaraq iddiaçı İddiaçı verilsin. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Cavabdeh cavabdeh3 300 (üç yüz) manat ekspertiza xərci tutularaq “xxxx” MMC-nin bank hesabına, 500 (beş yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Bürosunun bank hesabına, 350 (üç yüz əlli) manat ekspertiza xərci tutularaq “xxxx” MMC-nin bank hesabına ödənilsin. Qətnamədən iddiaçı İddiaçı rəsmi qaydada verildiyi gündən onun tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar