Məhkəmə qərarları › İş №2-2(104)-44/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-44/2025

12.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-44/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X2 ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-1187/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki №li “X4”nın İddiaçı MMC-yə qaytarılması, İddiaçı MMC-nə 2 il ərzində avadanlığın dəyərinin 20%-i həcmində, yəni 2021-2022-ci maliyyə ili üzrə 3600 manat və 2022-2023-cü maliyyə ili üzrə 2160 manat, ümumilikdə 5760 manat həcmində dəymiş zərərin və ödənilmiş 100 manat dəyərində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən dizel və qazla işləyən basınclı nasos, 1m3 plastik su çəni, elektrik şiti, dizel çəni, iki ayrıclı elektrik şiti və 3.2 və 6 mm-lik pellet disklər (2 ədəd) adda qurğuların İddiaçı MMC-yə qaytarılması, iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən 150 kg-lıq elektron tərəzi (2 ədəd), açar dəsti (2 ədəd), divan, LG 82 ekran televizor, kassa aparatı, masa (3 ədəd), kreslo və stullar (8 ədəd) adda əşyaların İddiaçı MMC-yə qaytarılması, xx.xx.2019-cu il tarixli, 3M-256№-li icarə müqaviləsinə əsasən iddiaçının istifadəsində olan Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən, 966 kv.metr olan qeyriyaşayış binasına İddiaçı MMC-nin nümayəndələrinin giriş-çıxışına yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki №li “X4”–nın cavabdehdən alınaraq İddiaçı MMC-nə qaytarılmasına, bu mümkün olmayacağı təqdirdə isə eyni gücdə generatorun alınması üçün bugünki bazar dəyərinə uyğun olaraq 25593 manat pul vəsaitinin, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-1187/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh2 1 ədəd 250 kv-luq X5, mövcud olmadıqda əmlakın dəyəri 18000 (on səkkiz min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçınə verilməsi, Cavabdeh2 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, İddiaçındən 22 (iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-1187/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e- 2-2(115)-1187/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh2 münasibətdə bərpa edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək, xx.xx.2025-ci il tarixə, saat 11:30-a məhkəmə baxışına təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsindən daxil olmuş məktubdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-1187/2024 saylı qərardadından İddiaçı tərəfindən şikayət verildiyindən işin Gəncə Kommersiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi həmin qətnamədən iddiaçı tərəfindən də apellyasiya şikayəti verildiyini, ona görə də işin apellyasiya baxışından çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsini dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı tərəfindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)- 1187/2024 saylı qərardadından verilmiş şikayətə baxılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6, 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(104)-44/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı tərəfindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)- 1187/2024 saylı qərardadından verilmiş şikayətə baxılması üçün 2-2(104)-44/2025 saylı mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiyası məhkəməsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar