Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-139/2022 22.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-2(119)-1978/2022 nömrəli qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X4 “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, "Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83- 12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlak - ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-2(119)- 1978/2022 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır (hakim Zülfüqar Sadiqov). Qərardaddan narazı qalan iddiaçı X4 şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)-1678/2022 nömrəli qərardadının ləğv edilməsini və mülki işə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini baxılmamış saxlayarkən əsas kimi onu göstərmişdir ki, verilən iddia tələbi üzrə mediasiya prosesi olmamışdır. Yəni onun iddia tələbi daşınmaz əmlakın dövlət reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakı - ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsi olsa da, mediasiya təklifi xx.xx.2021-ci il tarixli, icarə müqaviləsi üzrə ödənilmiş icarə haqlarının və öhdəliyin pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etməklə icarə müqaviləsinin ləğv edilməsi olduğuna görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hesab edir ki, məhkəmənin bu yanaşması nəinki mülkiyyət hüququ ilə bağlı maddi hüquq normalarının, həmçinin qeyd edilən “Mediasiya haqqında” Qanunun və MPM-in normalarının səhv tətbiq olunmasına gətirib çıxarır. Belə ki, icarə müqaviləsinin ləğv edilməsi özü özlüyündə yalnız bir məqsədə xidmət edir ki, bu da icarəçinin istifadəsində olan predmet barəsində onun istifadə hüququna xitam verilməsi, icarəyə verənin isə öz mülkiyyəti (yəni icarə predmeti) barəsində sahibliyini bərpa etməsidir. Yəni icarə müqaviləsinin ləğv edilməsinin icarəyə verən üçün yuxarıda qeyd ediləndən başqa bir təyinatı, mahiyyəti yoxdur. Lakin məhkəmə bu qərardadla sanki bu mahiyyəti, məqsədi heçə saymış, sanki icarə müqaviləsinin ləğv edilməsi deyilərkən başqa bir məqsədin olduğu qənaətinə gəlmişdir. Həmçinin bu qərardad mediasiya haqqında qanunun mahiyyətinə ziddir. Çünki mediasiya prosesinin məqsədi, həm məhkəmələrin yükünü azaltmaqdır, həm də tərəflər arasında mübahisəni daha effektiv şəkildə həll etməkdir. Lakin məhkəmənin mövcud qərardadı həm məhkəməyə çatımlılığa süni maneə, həmdə mediasiya prosesinin mahiyyətinə ziddiyyət yaradır. Çünki məhkəmə bu qərardadla onu demək istəyir ki, tərəflər arasında bir-biri ilə bağlı iki mübahisə varsa, hər ikisi barədə mediasiya prosesi olmalı, hər iki tələb barəsində də ayrı-ayrı məhkəmə prosesi olmalıdır. Bu isə həm məntiqə uyğun deyil, həm də məhkəmənin iş yükünü yersiz artırmaq deməkdir. Necə ki, məhkəmə bu qərardadı qəbul etməklə məhkəmənin iş yükünü artırır və tərəfin məhkəməyə çatımlılığına süni maneə yaratmış olur. Əgər cavabdeh tərəf icarə müqaviləsinin ləğvi ilə razı deyildirsə, hansı məntiqlə düşünmək olar ki, icarə predmetinin geri qaytarılmasına razı olacaqdır. Yəni icarəçi icarə müqaviləsinin ləğvinə razı olmadığı halda icarəyə verən yenidən, icarə predmetinin geri qaytarılması barədə mediasiyaya müraciət etsin və icarə predmetinin geri qaytarılmasını müzakirə etsin. Bunu düşünmək isə sadəlövhlük olardı. Təbii ki, bu hal özüözlüyündə bir daha təsdiq edir ki, məhkəmənin bu cür yanaşması həm mediasiya haqqında qanunun, həm də MPM-in normalarının düzgün tətbiq edilməməsinə dəlalət edir. Bu səbəblə də hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1978/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-2(119)-1978/2022 nömrəli qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2- 2(119)-1978/2022 nömrəli qərardadı ləğv edilməli, iddiaçı X1 Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair kommersiya işi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mediator X3 tərəfindən tərtib edilərək imzalanmış 23 avqust 2022-ci il tarixli MŞB/6-5079 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda "X1 və Cavabdeh xx.xx.2022-ci il tarixində 10:00 – 10:20 saatlarda keçirilən "xx.xx.2021-ci il tarixli İcarə Müqaviləsi üzrə ödənilmiş icarə haqqlarının və öhdəliyinin pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etməklə İcarə Müqaviləsinin ləğv edilməsi tələbi üzrə" ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir" qeyd olunsa da, məhkəməyə təqdim olunan iddia ərizəsinin iddia tələbində "Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması" barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (bu mübahisə üzrə iddiaçı tərəfindən cavabdehə göndərilmiş mediasiya “təklifi”ndə də mübahisə predmeti kimi "xx.xx.2021-ci il tarixli İcarə Müqaviləsi üzrə ödənilmiş icarə haqqlarının və öhdəliyinin pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etməklə İcarə Müqaviləsinin ləğv edilməsi" tələbi qeyd olunmuşdur). Bu halda, yəni iddia ərizəsində qeyd olunan iddia tələbi və tərəflər arasında keçirilən mediasiya prosesində iddiaçı tərəfindən mediasiya qaydasında həll edilməsi üçün cavabdehə qarşı irəli sürülən tələb (mübahisə predmeti) arasında kəskin fərqin olması isə - hazırkı iddia ərizəsi üzrə məhkəməyə müraciət edilənədək iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilmədiyini təsdiq edir. Çünki, mahiyyəti etibarilə tərəflər mediasiya qaydasında "xx.xx.2021-ci il tarixli İcarə Müqaviləsi üzrə ödənilmiş icarə haqqlarının və öhdəliyinin pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etməklə İcarə Müqaviləsinin ləğv edilməsi tələbi üzrə" mübahisə predmetinin (tələbinin) həll edilməsi üçün mediasiya sessiyasında iştirak etmiş olsalar da, iddia ərizəsi məhkəməyə "Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyriyaşayış sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması" barədə qətnamə qəbul edilməsi üçün verilmişdir. Ona görə də, mediator X2 tərəfindən tərtib edilərək imzalanmış 23 avqust 2022-ci il tarixli MŞB/6-5079 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayış məhkəməyə verilmiş bu iddia tələbi üzrə Qanunvericiliyin tələblərinə uyğun mediasiya prosesinə əməl edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan X4 ilə Cavabdeh MMC arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin 10.1-ci bəndindən görünür ki, müqavilənin müddəti qurtardıqda və ona vaxtından əvvəl xitam verildikdə tərəflər müqavilə üzrə öhdəliklərinin tam şəkildə yerinə yetirilməsi və icarə obyektinin geri qaytarılması barədə qarşılıqlı akt imzalayırlar. Həmin müqavilənin 10.3.3-cü maddəsinə əsasən icarəçi tərəfindən 3 aylıq icarə haqqı ödənilmədiyi halda müqaviləyə xitam verilir. Həmin müqavilənin 10.4-cü maddəsinə əsasən tərəflər yalnız müqavilənin 10.3-cü bəndində göstərilən hallarda bir tərəfli müqaviləyə xitam verilə bilər. Digər hallarda birtərəfli bu müqaviləyə xitam verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsində göstərilən kimi 3 aylıq icarə haqqı ödənilmədiyi halda müqavilənin 10.3 və 10.4-cü bəndlərində müqaviləyə birtərəfli xitam verilməsi təsbit edildiyindən iddiaçı əsaslı olaraq yenidən mediasiya təşkilatına müraciət etmədən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıdan yenidən ilkin mediasiya prosedurundan keçməsinin tələb olunması qanunvericiliyin məqsədlərinə uyğun olmamaqla, məhkəməyə müraciət edilməsi üzrə maneələrin yaradılması ilə nəticələnə bilər. Nəzərə alınsa ki, iddiaçı ilkin mediasiya təşkilatına müraciət edən zaman hazırki iddia tələbindən kəskin fərqlənən tələblər irəli sürməmiş, əksinə icarə müqaviləsinin ləğvi ilə birbaşa əlaqəli olan tələblər irəli sürmüşdür. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə istinad etməklə iddia ərizəsini baxılmamış saxlanılması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-2(119)- 1978/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı X1 Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair kommersiya işi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-139/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-139/2022
22.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver