Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-42/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı X2 Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)- 132/2023 nömrəli kommersiya işi üzrə Cavabdeh iddiaçı X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli e-2-2(119)-132/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 24 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, "daşınmaz əmlakın dövlət reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyriyaşayış sahəsini Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması" barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək, iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi başlanmışdır. Cavabdeh 17 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə hazırkı iş üzrə iddiaçı X3 qarşı “pul tələbi" barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X2 Cavabdeh MMC-yə qarşı ilkin iddiası əsassız olduğu üçün rədd edilməsi, Cavabdeh MMC-nin X3 qarşı qarşılıqlı iddiasının təmin olunaraq, X1 müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub Cavabdeh MMC-yə ödənilməsi" barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli e-2-2(119)- 132/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir.. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq mübahisəyə AR MPM-in qeyd edilən normalarını tətbiq edərək belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulan 20 günlük müddətin keçməsindən sonra verildiyi üçün onun məhkəmə icraatı mümkün deyildir. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə elektron qaydada göndərilməklə çatdırıldığı halda, cavabdeh ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə ilk dəfə xx.xx.2022-ci il tarixdə, yəni iddia ərizəsinin surətini aldıqdan 40 gündən çox müddət keçdikdən sonra müraciət etməklə bunun üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Məhkəmənin bu nəticəsi qanuni, əsaslı və ədalətli deyil. Belə ki, məhkəmənin iddiaçı tərəfindən cavabdehə elektron qaydada göndərilməklə çatdırıldığını qeyd etdiyi iddia ərizəsində sənədin statusu “Göndərilmiş”, göndərilmə tarixi isə “xx.xx.2022” kimi göstərilsə də, çatdırılmanı, yəni həmin sənədi Cavabdehin almasını təsdiqləyən heç bir məlumat işdə mövcud deyil. İş materiallarına əsasən İddiaçının iddia ərizəsinin surətini Cavabdehə həmin tarixdə göndərməklə çatdırılmasının təsdiqi kimi məhkəməyə təqdim etdiyi sənədlərdən (dublikat çek və poçt göndərişlərinin izlənməsi) məhz iddia ərizəsinin göndərildiyi məlum olmur, bu barədə həmin sənədlərdə ayrıca heç bir qeyd yoxdur. İşdən görünür ki, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə elektron qaydada xx.xx.2022-ci il tarixdə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia icraata qəbul edilərək, iş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2022-ci il tarixə saat 14.30-a təyin edilməsi barədə Cavabdehə məhkəmə bildirişi göndərilmişdir. Bundan sonra nəzərə alaraq ki, həmin vaxt hələ kommersiya mübahisələri üzrə ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən məhkəməyə qədər nizamlama qaydalarına(pretenziya və mediasiya) riayət edilib-edilməməli olması məsələsində məhkəmələr arasında fikir ayrılığı olmuş və bu məsələyə aydınlıq gətirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı qəbul edilməmişdir, Cavabdeh İddiaçıya qarşı müvafiq qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilmək üçün məhkəməyə qədər nizamlama prosedurlarına başlamış, xx.xx.2022-ci il tarixdə ona mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, qanunla müəyyən edilən 10 günlük müddət gözlənilərək, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya təşkilatına müraciət etmiş, mediasiya təşkilatı tərəfindən bu barədə tərəflərə bildiriş göndərilərək, qanunla nəzərdə tutulan 5 günlük müddət gözlənilməklə, xx.xx.2022-ci il tarixə ilkin mediasiya sessiyası təyin edilmiş və qarşı tərəf prosesə gəlmədiyi üçün “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” həmin tarixli arayış verilmiş, daha sonra Cavabdeh İddiaçıya qarşılıqlı iddia ilə bağlı pretenziyanı və iddia ərizəsinin surətini elektron qaydada göndərmiş, xx.xx.2022-ci il tarixdə isə həmin iddianı elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim etmişdir. Cavabdehin müvafiq vəsatəti əsasında İddiaçının ilk iddiası məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış və bu səbəbdən qarşılıqlı iddia da icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçının şikayəti əsasında həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilərək, iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş, məhkəmə tərəfindən tərəflərə iş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2023-cü il tarixə saat 11.30-a təyin edilməsi barədə xx.xx.2023-cü il tarixdə məhkəmə bildirişi ünvanlanmış, Cavabdeh bu bildirişi aldıqdan sonra həmin qarşılıqlı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə növbəti dəfə məhkəməyə təqdim etmişdir. Şərh edilənlərdən göründüyü kimi, Cavabdeh tərəfindən müvafiq qarşılıqlı iddia ərizəsi ilə birinci dəfə məhkəməyə müraciət olunarkən, 20 günlük müddət tələbinə riayət edilə bilməməsi obyektiv və üzrlü səbəbdən – məhkəməyə qədər nizamlama qaydalarına (mediasiya vəpretenziya) əməl edilməsi ilə bağlı olmuş, məhkəmə 20 günlük müddəti əsassız olaraq bu barədə müvafiq sübut olmadığı halda, guya ilk iddia ərizəsinin surətini Cavabdehin xx.xx.2022-ci il tarixdə aldığı vaxtdan hesablamış və həmin müddətin hesablanması zamanı mediasiya prosesinə sərf olunan vaxtı nəzərə almamışdır. İlk iddianın məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə götürüldüyünü və Cavabdehin mediasiyaya məcburi şəkildə sərf etdiyi vaxtın ümumilikdə 18 gün (xx.xx.2022- xx.xx.2022) olduğunu və qarşılıqlı iddianın da məhkəməyə xx.xx.2022-ci il tarixdə verildiyini nəzərə aldıqda, müddət ötürülməmişdir. Əgər həqiqətən də belə idisə, məhkəmə qarşlılqı iddianı birinci dəfə xx.xx.2022-ci il tarixli qərardadla icraata qəbul etmədən geri qaytaranda da 20 günlük müddətin ötürülməsi məsələsinə istinad edərdi. Lakin məhkəmə həmin qərardadla qarşılıqlı iddianın icraata qəbul etmədən geri qaytarılmalı olmasına dair nəticəsini Cavabdehin qanunla nəzərdə tutulan 20 günlük prosessual müddət tələbinə riayət etməməsi deyil, ilk iddianın baxılmamış saxlanılması ilə əsaslandırmışdır. Məhkəmə yalnız Cavabdeh həmin qarşılıqlı iddianı ikinci dəfə xx.xx.2023-cü il tarixdə məhkəməyə verdikdən sonra barəsində hazırkı şikayətin verildiyi xx.xx.2023-cü il tarixli qərardadda müddət məsələsinə əsaslanmışdır. Baxmayaraq ki, bu dəfə də qarşılıqlı iddia Cavabdehin xx.xx.2023-cü il tarixli məhkəmə bildirişini aldığı vaxtdan 8 gün ərzində təqdim edilməklə, prosessual müddət tələbinə riayət olunmuşdur. Yuxarıda göstərilənlərdən aydın olduğu kimi, məhkəmənin guya 20 günlük prosessual müddət tələbinə riyaət edilməməsi əsası ilə qarşılıqlı iddianın icraata qəbul olunmasından imtina etməsi qanunsuz, əsassız və ədalətsiz olmaqla, Cavabdehin məhkəmə müdafiəsi hüququnun kobud olmaqla, Cavabdehin məhkəmə müdafiəsi hüququnun kobud şəkildə pozulmasına səbəb olmuş və tərəflər arasında olan mübahisəyə daha tez və düzgün baxılmasının qarşısının alınmasına yönəlmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-132/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X4 tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədləri Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə 11 oktyabr 2022-ci ildə göndərilmiş və bu barədə məlumat elektron qaydada ona çatdırılmışdır. Lakin Cavabdeh tərəfindən iddiaçı X3 qarşı “pul tələbi" barədə qarşılıqlı iddia ərizəsi ilk dəfə 23 noyabr 2022-ci ildə, yəni iddia ərizəsinin surətini aldıqdan 40 gündən çox müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Bundan sonra, iddiaçı X2 Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbi barədə iddia ərizəsi cavabdeh tərəfin vəsatəti nəzərə alınmaqla Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli e-2-2(119)-1978/2022 nömrəli qərardadı ilə baxılmamış saxlanılmış və eyni zamanda, Cavabdeh tərəfindən 23 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı X3 qarşı verilmiş “pul tələbi" barədə qarşılıqlı iddia ərizəsi də icraata qəbul edilmədən geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2-2(105)-139/2022 nömrəli qərardadı ilə iddiaçı X4 tərəfindən verilmiş şikayət təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli e-2-2(119)-1978/2022 nömrəli qərardadı ləğv edilmiş və iddiaçı X2 Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair kommersiya işi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır. Bundan sonra isə Cavabdeh MMC 17 yanvar 2023-cü ildə iş üzrə ikinci dəfə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və həmin iddia ərizəsində tələb olunan pulun miqdarı (məbləği) artırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla (qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə) da qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia istinad olunan prosessual normaların tələblərinə uyğun verilmədiyindən, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli e-2-2(119)- 132/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-42/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-42/2023
20.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver