Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-74/2020 08.06.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X8 və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “xxxx“ Firmasının cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında iddiaçının ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-332/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə xx xxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx“ Firması cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” Firmasına elektrik enerjisinin istehlakı ilə bağlı əsassız hesablanmış 7245,95 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı “xxxx” Firmasının dayanıqlı elektrik enerjisi ilə təchizatının dayandırılmasının cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” Firması Sumqayıt şəhəri, 39-cu məhəllə, Qaz idarəsinin yanında müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir. Hüquqi şəxs xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatından keçmiş və bu barədə şəhadətnamə alınmışdır. X3 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı X4 tərəfindən qeydiyyatdan keçmişdir. xxxx Firması müstəqil balansa malik hüquqi şəxsdir. Hüquqi şəxs kimi xxxx firması istehlak etdiyi elektrik enerjisinin dəyərini daimi ödəmişdir. Hal-hazırda abunə haqqında arayışdan görünür ki, borc xx.xx.2015-ci ildən yaranmış borcdur. Mövcud qanunvericiliyə görə bu borc üzrə tələbetmə müddəti 3 ildir. Deməli tələb müddəti keçmiş 5.831.03 manat pul silinməlidir. Bundan başqa xx.xx.2015-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktla 1042.60 manat pul tələb olunur, iddia müddətinin təbiqi ilə bağlı göstərilən məbləğ də silinməlidir. Bundan başqa xx.xx.2017-ci ildə akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh 1023.84 manat tələb edir. Göstərilən akt qanunverciliyin tələblərinə uyğun tərtib edilmədiyindən ləğv olunmalıdır. Bütövlükdə cavabdeh 8658.81 manat pul tələb edir. Həmin məbləğin 5831.03 manatı vaxtı keçmiş borcdur. 2066.44 manat aktlara görə tələb olunur. Bu məbləğin də 893.52 manatı 2(060)8910/2015 saylı məhkəmə qətnaməsinə əsasən silinmişdir. Toplamda 7245.95 manat məbləğ hal-hazırki iddia üzrə silinməli, yerdə qalan 1412.86 manat məbləği isə müəssisə ödəməyi öz öhdəsinə götürür. Hal-hazırda müəssisənin normal fəaliyyəti pozulmuşdir. Çünki cavabdeh təşkilat hər-hansı bir xəbərdarlıq etmədən müəssisəyə elektrik enerjisinin verilməsini dayandırmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-332/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” Firmasının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi təmin edilmiş, iddianın təmin tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılanadək iddiaçı “xxxx” Firmasına (abonent kodu: **********3) elektrik enerjisinin verilməsinin dayandırılması cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qadağan edilmişdir. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan cavabdeh “xxxx” ASC şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-332/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, abunə haqqında çıxarışdan da müəyyən edilir ki, iddiaçı firmanın elektrik enerjisindən istifadəyə görə elektrik hesabat sayğacı əsasında 7243,89 manat borcu yaranmış, lakin iddiaçı tərəfindən ödəniş edilməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən enerjitəhcizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerjitəhcizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam məbləğ ödənilmədikdə enerjitəhcizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Həmçinin hazırkı qərardad Azərbaycan Respublikası Prezidentinin enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə “xxxx” ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaradır. Konkret halda “xxxx” firmasına məxsus qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilişinin dayandırılmasının “xxxx” ASC-yə qadağan edilməsi enerjintəhcizatı müəssisəsinin həmin hüququnu məhdudlaşdırır. İddiaçının nəinki hazırki borcunu, hətta işə baxılıb qurtaranadək aylarla istifadə edəcəyi elektrik enerjisinin dəyərini də ödəməməyə şərait yaradır. Qərardad qəbul edilərkən işə baxılıb qurtaranadək qeyri-yaşayış sahəsində istehlak olunacaq elektrik enerjisinin dəyərini enerjitəhcizat müəssisəsi olan “xxxx” ASC tərəfindən enerji istehsalçısı olan “xxxx” ASC-yə hansı vəsait hesabına ödəniləcəyi də nəzərə alınmamışdır. İddiaçının tələbi borcun silinməsi ilə bağlı olduğu halda, qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsinin dayandırılmasının qadağan olunmasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi ilə əlaqəsi nədən ibarət olduğu da məhkəmə tərəfindən əsaslandırılmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-332/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 ərizəni müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı “xxxx“ Firması hazırkı iddia ərizəsi ilə cavabdeh “xxxx” ASC tərəfindən hesablanmış 7245.95 manat məbləğində borcu mübahisələndirmişdir. İddiaçının ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(119)-332/2020 saylı qərardadına əsasən iddiaçı “xxxx“ Firmasının cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işi ilə bağlı “xxxx“ Firmasının iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi iddiaçı “xxxx“ Firmasına elektrik enerjisinin verilişinin dayandırılması cavabdehə qadağan edilmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən borc məbləğinə görə hüquqi şəxs olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı “xxxx“ Firmasına elektrik enerjisinin verilməsinin dayandırılması sonuncunun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada və həmin hüquqi şəxsə və digər şəxslərə zərər vura bilər. Bu səbəbdən iddianı təmin tədbiri barədə ərizə təmin edilməli, iddianın gələcəkdə təmin ediləcəyi təqdirdə hazırda iddiaçının əsassız yerə maddi ziyana düşməsinin qarşısını almaq məqsədilə, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi “xxxx“ Firmasına elektrik enerjisinin verilişinin dayandırılması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə uyğun olaraq, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək ilə iddianı təmin etmə tədbiri görülə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-332/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-2(105)-74/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-74/2020
08.06.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver