Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-78/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(085)-473/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 525611 manat 42 qəpik borcun və 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı” İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(085)- 473/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh “xxxx” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 525.611 manat 42 qəpik məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** saylı bank hesabına ödənilməsi qət edilmişdir.(hakim V.Əzizova) Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(085)-473/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(085)-473/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin“Sumqayıt İnzibati- İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(085)-473/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasının təzələnməsi” barədə ərizəsi təmin edilməmişdir.(hakim Z.Sadiqov) Cavabdeh «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(085)-473/2019 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və işin mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(085)-473/2019 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.(hakim Z.Sadiqov) Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(085)-473/2019 saylı iqtisadi iş üzrə xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən məlumatları olmayıb və qətnamədən onlara məxsus istilikxananın qaz xəttinin "İddiaçı" İBnin işçiləri tərəfindən kəsilməsi zamanı xəbərləri olub. İş materiallarında olan və məhkəmə iclaslarına dair və qətnamənin göndərilməsinə dair məhkəmənin istinad etdiyi bildirişlərin kimə verilməsi və xəbərnamələrin kim tərəfindən imzalanması da onlara məlum deyil. Hətta iş materiallarında olan həmin xəbərnamələrə nəzər yetirilsə görmək olar ki, xəbərnamələrdə olan imzalar da müxtəlifdir. Halbuki, tərəflərindən məhkəməyə təqdim olunmuş rəsmi sənədlərdə (etibarnamə və ərizələrdə) səlahiyyətli şəxslərin imzaları xəbərnamələrdə olan imzalarla nəinki eyni deyil, hətta oxşarlıq təşkil etmir. Məhkəmə tərəfindən göndərilmiş SMS-bildirişlərin də kimə göndərilməsi barədə məlumatları yoxdur. Çünki heç bir səlahiyyətli şəxsə məhkəmə tərəfindən SMS-bildiriş gəlməyib. Qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Əgər qətnaməni alsaydılar ondan vaxtında ərizə və digər şikayətlər verərdilər. Onu da nəzərə almaq lazımdır ki, məhkəmənin həmin qətnaməsindən narazıdırlar. Çünki "xxxx" MMC-nin "İddiaçı" İB-nə həmin məbləğdə borcu yoxdur. Borc "xxxx" MMC-yə əsassız hesablanmışdır. "xxxx" MMC-nin təsisçiləri olaraq xarici investorlardırlar. Bir neçə illərdir ki, Azərbaycana gəlmişlər və külli miqdarda kapital qoymuşlar. Cəmiyyətdə xeyli sayda yerli insanlardan işçi işləyir. Bu cür qanunsuz qətnamə və əsassız hesablanmış borc məbləğləri Cəmiyyəti müflis edə bilər. Ona görə də, hesab edirlər ki, qeyd olunan qətnamə ləğv olunmalı və iş təzələnərək mahiyyəti üzrə baxılıb araşdırılmalıdır. Məhkəməiclasının vaxtı və yeri barədə iddiaçı “İddiaçı” İstehsalat Birliyi lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xarici investordur, MMC-nin fəaliyyət göstərdiyi yerə poçtalyon getmir, imzalar fərqli şəxslər tərəfindən imzalanmışdır. MMC-nin heç bir səlahiyyətli nümayəndəsinin xəbərnamələrdə imzası yoxdur. Qətnamədən xəbərləri olmamış, xəbərnamələrin kim tərəfindən imzalanması onlara məlum deyildir. Sonda nümayəndə birinci instansiya məhkəməsiniun qərardadının ləğv olunmasını və işin təzələnərək mahiyyəti üzrə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin bildiriş məktublarını qəbul etməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclasına gəlməməyinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş və gəlməməyin səbəblərinin üzürlü olması barədə sübutlar təqdim etməmişdir.Poçt vasitəsi ilə göndərilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(085)-473/2019 nömrəli qiyabi qətnaməsini cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2019-cu ildə rəsmi qaydada almışdır. Kollegiya qeyd edir ki, iş materiallarında cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizə və müraciətlər mövcuddur. Belə ki, xx.xx.2019-cu il tarixdə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə elektron müraciət ünvanlanmış və iddia ərizəsinin surətinin çatdırılmaması bildirilmiş, iddia ərizəsi çatdırılana kimi işə baxılmasının təxirə salınması xahiş edilmişdir.(iş mat. səh 27) xx.xx.2019-cu il tarixdə cavabdehin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, iddia ərizəsinin surəti həmin günədək Cəmiyyətə çatdırılmamışdır. Nümayəndə həm telefon rabitəsi vasitəsilə, həm də elektron poçt vasitəsilə məhkəməyə məlumat verərək xx.xx.2019-cu il tarixə təyin edilmiş məhkəmə baxışının təxirə salınmasını və iddia ərizəsinin surətinin ona göndərilməsini xahiş etmişdir. Ərizədə həmçinin qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə nümayəndə “İddiaçı” İB-də istixanalara təbii qazın verilişinin bərpa edilməsi məsələsi ilə məşğul olmuş və bu səbəbdən həmin günə təyin edilmiş məhkəmə baxışında iştirak edə bilməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli bildiriş məktubu xx xxxxxxxx 2019-cu ildə (iş vərəqi: 11), xx xxxxxxxx 2019-cu il tarixli bildiriş məktubu xx xxxxxxx 2019-cu ildə (iş vərəqi: 18), xx xxxxxxx 2019-cu il tarixli bildiriş məktubu isə xx xxxxxx 2019-cu ildə (iş vərəqi: 21) qəbul edilmiş kimi görünsə də, cavabdeh tərəfindən ünvanlanmış ərizə və müraciətlərdən bəlli olur ki, həmin bildirişlərdən cavabdehin səlahiyyətli nümayəndələrinin məlumatı olmamışdır. Hətta cavabdehin xx.xx.2019-cu il tarixli ərizəsindən sonra da birinci instansiya məhkəməsi tərəfindən cavabdehə göndərilmiş məhkəmə qətnaməsinin xx.xx.2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə “nümayəndə” kimi qeyd edilmiş naməlum şəxs tərəfindən qəbul edilməsi qətnamənin yenə də məhz cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən qəbul edilməsinə şübhə yaradır. Nəticədə bütün məhkəmə göndərişlərindən xəbərsiz cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-473/2019 saylı iqtisadi iş üzrə xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən məlumatları olmadığını və qətnamədən onlara məxsus istilikxananın qaz xəttinin "İddiaçı" İB-nin işçiləri tərəfindən kəsilməsi zamanı məlumatları olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəf həm məhkəmə iclaslarında iştirak etməkdə, həm də qətnamənin alınmasında maraqlı olmuş, bununla bağlı müraciətlər etmiş, lakin qətnamənin onun səlahiyyətli nümayəndələrinə rəsmi təqdim edilməməsi səbəbindən yalnız qətnamənin icraya yönəlmə mərhələsində məhkəməyə nümayəndəsi X2 şəxsən müraciət etməklə xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə əldə edə bilmişdir. (iş mat səh 56) Birinci instansiya məhkəməsi isə qiyabi qətnamənin xx xxxxxx 2019-cu ildə “nümayəndə” kimi qeyd edilmiş naməlum şəxs tərəfindən qəbul edilməsini cavabdeh tərəfindən qəbul edilmiş kimi qiymətləndirərək “qiyabi qətnamənin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasının təzələnməsi” barədə ərizəni təmin etməmişdir. AzərbaycanRespublikasıMPM-nin4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. AzərbaycanRespublikasıMPM-nin245.1-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı; 245.1.2. ərizə verən şəxsin adı; 245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar; 245.1.4. ərizə verən şəxsin xahişi; 245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı. AzərbaycanRespublikasıMPM-nin245.2-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki,cavabdeh “xxxx” MMC-nin şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(085)-473/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, “qiyabi qətnamənin ləğvi və işin mahiyyəti üzrə baxılmasının təzələnməsi” məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 248-251, 263-264, 398.0.2, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR : Cavabdeh “xxxx” MMC-nin şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, e-2-2(085)-473/2019 saylı qərardadı və şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx xxxx 2020-ci il tarixli, e-2-2(085)-473/2019 saylı qərardadı ləğv edilsin. Cavabdeh “xxxx” MMC-nin “qiyabi qətnamənin ləğvi və işin mahiyyəti üzrə baxılmasının təzələnməsi” barədə ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Fərmayıl Zeynallı
Məhkəmə qərarları › İş №2-2(105)-78/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-78/2020
04.08.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver