Məhkəmə qərarları › İş №2-2(105)-85/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-85/2024

15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-85/2024 15.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2-2(119)-16/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 158058,06 (yüz əlli səkkiz min əlli səkkiz manat altı qəpik) manat dəymiş ziyan, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 17 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə 906 baş “edelbay” cinsli damazlıq qoyun əldə etmişdir. Damazlıq heyvanların alınması üçün Cavabdeh 241485 manat miqdarında güzəşt məbləği ayrılmışdır. 15 mart 2021-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində cavabdehin təsərrüfatında 313 baş xırdabuynuzlu heyvanın olması müəyyən edilmiş və 593 baş heyvan isə aşkar edilməmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 593 baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 6.2.2-ci bəndinə əsasən damazlıq heyvanların qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilmişdir. Cavabdeh 20 noyabr 2019-cu il tarixli iltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə çatışmayan 593 baş heyvana münasibətdə ödənilmiş güzəşt məbləği miqdarında, yəni158058,06 (yüz əlli səkkiz min əlli səkkiz manat 06 qəpik) manat ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət edilmiş və nəticədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə mediatorun MŞB/l3-00270 nömrəli, 23 dekabr 2022-ci il taixli arayışı təqdim edilmişdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 (üç yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil oğlu iddia ərizəsinə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi iddiaçı tərəflə cavabdehin arasında öhdəliklərin icra edilməsi ilə bağlı olsa da, öhdəliyin əsasında duran müqavilə (Agentlik və Cavabdeh arasında) məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin elə iddiaçının özünün qeyd etdiyi öhdəliklərin icrası ilə bağlı tələblərində tərəflər arasında öhdəliyin icrası üçün mütləq tərəflər arasında yazılı müqavilə olmalıdır. Bundan başqa, iddiaçı məhkəməyə müraciətində qeyd etmişdir ki, cavabdeh tərəf məsələ ilə bağlı nə sığorta şirkətinə, nə də Kürdəmir rayon Baytarlıq idarəsinə məlumat verməmişdir. Lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, iddiaçının elə özünün məhkəməyə Cavabdeh ərizəsi kimi təqdim etdiyi 19 aprel 2021-ci il tarixli izahatda həmin müəssisələrə müraciət edildiyi qeyd edilmişdir. Bundan başqa, iddiaçı tərəf sığorta müqaviləsi kimi təqdim etdiyi 10 dekabr 2018-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, sığorta məbləği 425820 manat olan (hər bir heyvan üzrə 50 manat olmaqla) "xxxx" ASC-də sığortalanma (şəhadətnamə 1-LİV-0011/19 saylı) üzrə 44711 manat sığorta haqqı məbləği ödənilmişdir (heyvanların məcburən kəsilməsi də daxil olmaqla tələf olmasına görə sığortalıya dəyən həqiqi zərərlərə görə). İddiaçı aşağıda göstərilənlərə əsasən 158058,06 manat dəymiş ziyan məbləğini tələb edə bilməz və iddia mümkün sayıla bilməz. 1. tərəflər arasında müqavilə yoxdur; 2. iddiaçı naməlum 19 aprel 2021-ci il tarixli izahata istinad edir, halbuki həmin izahata ehtiyac belə yox idi, çünki damazlıqlardan kütləvi məhv olma olsaydı, sığortalı olaraq Cavabdeh sığorta məbləği ala bilmək hüququ vardır. 3. Hətta həmin izahatı Cavabdeh izahatı kimi qəbul etsək, izahatda 350 heyvan istisna olmaqla, qalan heyvanların məhv olması barədə hər hansı bir cümlə yoxdur. 4. Cavabdeh məhkəməyə qalan heyvanların satışına dair sənəd təqdim etmişdir.

5. Elektron sistemə yüklənmiş 03 noyabr 2019-cu il tarixli 170 saylı Kürdəmir rayon Baytarlıq idarəsinin məktubdan görünür ki, 981 baş Edelbay cinsli damazlıq qoyunlar karantinə götürülmüşdür. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alqı-satqı müqaviləsində və mübahisə üzrə Agentliyin müraciətlərində 906 baş heyvan barədə bəhs edilir. 6. 20 noyabr 2019-cu il tarixdə Cavabdeh iltizam verir, eyni gündə 241485 manat vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsi barədə ərizə vermişdir, 17 mart 2020ci il tarixdə "xxxx" ASC-nin sədri Agentliyə 241485 manat Agentliyin vəsaiti hesabına pulun bank hesabına köçürülməsi barədə müracət edir, xx.xx.2020-ci il tarixdə 191130 manat, eyni gündə 144960 manat pul "xxxx" ASC -yə Agentlik tərəfindən köçürülür, 28 oktyabr 2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında 05 saylı müqavilə bağlanır, 03 noyabr 2019-cu ildə artıq 906 deyil 981 ədəd qoyunun peyvəndlərə cəlb edilməsi Kürdəmir rayon Baytarlıq İdarəsi tərəfindən təsdiq edilmiş sığorta isə 01 noyabr 2018-ci il tarixdə edilmişdir. 7. İş materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elekron qaiməsi, ona pulun ödənilməsi, 906 baş heyvanın (və ya 981 baş) tam təhvil-təslimi barədə hər hansı sənəd mövcud deyildir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2-2(119)-16/2024 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2-2(119)-16/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ

İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin əsaslandırmasında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə bağlanmış və bu müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Agentlik tərəfindən ayrılmış vəsaitdən hazırkı iş üzrə Cavabdeh 241485 manat məbləğində damazlıq heyvandarlıq üçün subsidiya (güzəşt) verilmişdir. Yəni, subsidiya (güzəşt) üçün nəzərdə tutulan pul vəsaiti Cavabdeh bilavasitə Agentlik tərəfindən deyil, “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmişdir. Öz növbəsində, həmin vəsaiti isə müvəkkil kredit təşkilatı "xxxx" ASC yuxarıda qeyd olunan 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında almışdır. Təsvir olunan iş materiallarından və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”ndan görünür ki, “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş Agentliyin vəsaiti üzrə sonuncu qarşısında hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh deyil, bilavasitə qeyd olunan müqavilənin tərəfi olan “müvəkkil kredit təşkilatı "xxxx" ASC öhdəlik daşıyır. Bu halda isə, yəni 241485 manat məbləğində subsidiyanın (güzəştin) alınması üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri olmadığından, eyni zamanda həmin məbləğin Agentliyə qaytarılması üzrə bütün öhdəlikləri “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti daşıdığından, bu işlə bağlı verilmiş hazırkı iddia ərizəsi üzrə tələb olunan pul vəsaitinin iddiaçıya Cavabdeh ödəməli olmasının əsaslılığı müəyyən edilmir. Bu əsaslandırmanın özü qətnamənin müəyyən etdiyi hallarla ziddiyət təşkil edir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən 906 (doqquz yüz altı) baş damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyinə, damazlıq heyvanların verilməsinə dair Cavabdeh ilə bağlanmış müqavilədə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyinə, habelə, damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi alınmadan kəsməyəcəyinə dair öhdəlik götürmüşdür. Həmin tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə Cavabdeh ilə bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri ödəyəcəyi haqda Cavabdeh xəbərdarlıq edilmişdir. Cavabdeh gömrük dəyəri 402475 (dörd yüz iki min dörd yüz yetmiş beş) manat olan 906 baş damazlıq heyvanın dəyərinin minimum 40 faizinin onun tərəfindən ödənilməklə, adı çəkilən damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin (241485 manat) Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialında açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir. Qiymətləndirmə dəyəri 425820 manat olan 906 baş damazlıq heyvanın qiymətləndirmə dəyərinin minimum 40 faizinin Cavabdeh tərəfindən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin (241485 manat) Agentliyin vəsaiti hesabına güzəşt edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialında açılmış bank hesabına köçürülməsinin maliyyələşdirilməsi üçün Cavabdeh 241485 manat məbləğində damazlıq heyvandarlıq üçün güzəşt ayrılmasına qərar verilmişdir. Göründüyü kimi, damazlıq heyvanların 40 faizi Cavabdeh tərəfindən ödənilmiş, 60 faizi isə Agentlik tərəfindən güzəşt olaraq köçürülmüşdür. Bilindiyi kimi güzəşt məbləği kredit hesab olunmadığından və qalan 40% məbləğ cavabdehin öz vəsaiti hesabına ödənildiyindiyindən cavabdeh ilə müvəkkil bank arasında hər hansı kredit müqaviləsi bağlanmamışdır. Qeyd olunan bu məsələyə məhkəmə tərəfindən düzgün qiymət verilməyərək, kredit müqaviləsi bağlanmadığı üçün iddia tələbini rədd etmişdir. Agentlik büdcə təşkilatı olduğundan bank hesabına pul köçürülməsi kimi bank əməliyyatlarını həyata keçirə bilmir. Buna görə sahibkara ayrılması nəzərdə tutulmuş büdcə vəsaiti olan güzəşt məbləği müəyyən edilmiş “müvəkkil bank” vasitəsilə sahibkarın bank hesabına köçürülür. Agentlik ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış Agentliyin vəsaitindən istifadəyə dair 10 iyul 2020-ci il tarixli, 01 nömrəli müqavilə yalnız 60 faiz güzəşt məbləğindən kənar qalmış məbləğin (yəni 40 fazi məbləğin) kredit vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə həmin 40 faiz məbləğ sahibkarın öz vəsaiti hesabına ödənildiyindən sahibkarla Agentliyin hesabına müvəkkil bank vasitəsilə kredit müqaviləsi bağlanmamışdır. Ona görə də məhkəmənin qeyd olunan bu məsələyə istinad edərək müqavilə olmadığı üçün iddianı rədd etməsi tam qanunsuz və əsassız olmuşdur. Bununla yanaşı, iddia tələbinin əsasını kredit münasibətləri yox, iddiaçı tərəfindən ayrılmış güzəşt məbləğindən cavabdehin düzgün istifadə etməməsi nəticəsində dəymiş zərərin ödənilməsi təşkil etmişdir. Belə ki, cavabdeh damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyinə dair öhdəlik götürsə də, 15 mart 2021-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində cavabdehin təsərrüfatında 313 baş xırdabuynuzlu heyvanın olması müəyyən edilmiş və 593 baş heyvan isə aşkar edilməmişdir. Bununla bağlı Agentliyə cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Bununla yanaşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında Cavabdeh 2023-cü ilin mart ayında 595 baş heyvan aldığını bildirsə də, heyvanların həmin vaxt alınmasını təsdiq edən heç bir qaimə və köçürmə sənədləri təqdim edilməmişdir. Halbuki, qanunvericiliyə əsasən alqı-satqı zamanı hər iki sahibkarlıq subyekti arasında sənədləşmə və pulun köçürülməsi elektron şəkildə və bank yolu ilə olmalıdır. Buradan belə qənaətə gəlmək olur ki, "xxxx" MMC tərəfindən düzgün olmayan məlumatın verilməsi cavabdehin məsuliyyətdən boyun qaçırmağa çalışması ilə əlaqədardır. Göstərilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən 15 mart 2021-ci il tarixində monitorinq nəticəsində təsərrüfatında 593 baş xırdabuynuzlu heyvanın olmamasına dair heç bir sübut təqdim edilmədiyi halda məhkəmə bu məsələni araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq edərək düzgün olmayan nəticəyə gəlmiş, yekunda qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də məhkəmə tərəfindən iddianın rədd edilməsi əsassız və qanunsuz hesab olunaraq qətnamə ləğv edilməli və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı Aqrar Kredit və İnkişaf Agentliyinin iddia tələbi üzrə güzəşt məbləği verilmiş "elebay" cinsli damazlıq qoyunlardan 593 ədədənin təsərrüfatda 2021-ci ilin 19 aprelində aşkar edilməməsi nəticəsində ondan 158058,06 manat dəymiş ziyan məbləği tələb edilir. Mübahisə predmeti cavabdehə 593 ədəd edelbay cinsli damazlıq qoyunların 3 illik müddət bitdikdən sonra satışı ilə bağlı 158 058,06 manat pul tələbidir. İddiaçı tərəf 17 mart 2021-ci il, 31 mart 2021-ci il, 01 iyun 2021-ci il, 11 oktyabr 2021-ci il tarixlərdə yazılı məktublarla xəbərdarlıq etməsi barədə elektron sistemə yüklənmiş 03 mart 2023-cü il tarixli "xxxx" MMC ilə yazışmasında qeyd etsə də, həmin məktublar və cavabdeh tərəf olaraq onlara çatdırılması barədə poçt sənədini məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəflə cavabdehin arasında hazırki iddia üzrə öhdəliklərini icra etməsi ilə iddia tələbi olsa da öhdəliyin əsasında duran müqavilə məhkəməyə təqdim edilməmişdir (Agentlik və Cavabdeh arasında). Halbuki, AR Mülki Məcələsinin elə iddiaçının özünün qeyd etdiyi öhdəliklərin icrası ilə bağlı tələblərində tərəflər arasında öhdəliyin icrası üçün mütləq tərəflər arasında yazılı müqavilə olmalıdır. Bundan başqa, iddiaçı məhkəməyə müraciətlərində qeyd etmişdir ki, cavabdeh tərəf nə sığorta şirkətinə, nə də Kürdəmir Baytarlıq idarəsinə məlumat verilməmişdir. Lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, iddiaçının elə özünün məhkəməyə Cavabdeh ərizəsi kimi təqdim etdiyi 19 aprel 2021-ci il tarixli izahatda həmin müəssisələrə müraciət edildiyi qeyd edilmişdir. Bundan başqa, iddiaçı tərəf sığorta müqaviləsi kimi təqdim etdiyi xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, sığorta məbləği 425.820 manat olan (hər bir heyvan üzrə 50 manat olmaqla) "xxxx"da sığortalanma (şəhadətnamə 1-LİV-0011/19 saylı) imkan verir ki, 44711 manat sığorta haqqı məbləği sığortalı Cavabdeh əldə etsin (heyvanların məcburən kəsilməsi də daxil olmaqla tələb olmasına görə sığortalıya dəyən həqiqi zərərlərə görə) Lakin, iddiaçı 158058,06 manat dəymiş ziyan məbləği tələb edə bilməz və iddia mümkün sayıla bilməz. Səbəb olaraq qeyd edir ki, tərəflər arasında müqavilə yoxdur (varsa hazıra kimi da iddiaçı təqdim edə bilməyib və olmasını da təsdiq etmir).İddiaçı naməlum xx.xx.2021-ci il tarixli izahata istinad edir, halbuki həmin izahata ehtiyac belə yox idi, çünki damazlıqlardan kütləvi məhv olma olsaydı sığortalı olaraq Cavabdeh sığorta məbləği ala bilmək hüququ vardı. Hətta həmin izahat Cavabdeh izahatı kimi qəbul edilsə belə, izahatda 350 baş heyvan istisna olmaqla qalan heyvanların məhv olması barədə hər hansı bir cümlə yoxdur. Cavabdeh məhkəməyə qalan heyvanların satışına dair sənəd təqdim etmişdir. Elektron sistemə yüklənmiş 03 noyabr 2019-cu il tarixli 170 saylı Kürdəmir rayon Baytarlıq İdarəsinin məktubdan görünür ki, 981 baş Edelbay cinsli damazlıq qoyunlar karantinə götürülmüşdür.Lakin "xxxx" ilə alqı-satqı müqaviləsində və mübahisə üzrə Agentliyin müraciətlərində 906 baş heyvan barədə bəhs edilir. xx.xx.2019-cu ildə Cavabdeh iltizam verir, eyni gündə 241.485 manat vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsi barədə ərizə vermişdir, xx.xx.2020-ci ildə “AFB Banka” sədri Agentliyə müraciət edərək 241485 manat Agentliyin vəsaiti hesabına pulun bank hesabına köçürülməsi barədə müracət edir, xx.xx.2020-ci il tarixdə 191130 manat, eyni gündə 144 960 manat pul AFB Bank ASC-yə Agentlik tərəfindən köçürülür, 28 oktyabr 2019-cu il tarixdə "xxxx" MMC ilə cavabdeh arasında 05 saylı müqavilə bağlanır, 03 noyabr 2019-cu ildə artıq 906 deyil 981 ədəd qoyunun peyvəndlərə cəlb edilməsi Kürdəmir rayon Baytarlıq İdarəsi tərəfindən təsdiq edilmiş, sığorta isə xx.xx.2018-ci il tarixdə edilmişdir. İş materiallarında "xxxx" MMCnin elektron qaiməsi, ona pulun ödənilməsi, 906 baş heyvanın (və ya 981 baş) tam təhviltəslimi barədə hər hansı sənəd mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə bağlanmış və bu müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Agentlik tərəfindən ayrılmış vəsaitdən hazırkı iş üzrə Cavabdeh 241485 manat məbləğində damazlıq heyvandarlıq üçün subsidiya verilmişdir. Yəni, subsidiya üçün nəzərdə tutulan pul vəsaiti Cavabdeh bilavasitə Agentlik tərəfindən deyil, “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmişdir. Öz növbəsində, həmin vəsaiti isə müvəkkil kredit təşkilatı "xxxx" ASC yuxarıda qeyd olunan 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında almışdır. Təsvir olunan iş materiallarından və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”ndan görünür ki, “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş Agentliyin vəsaiti üzrə sonuncu qarşısında hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh deyil, bilavasitə qeyd olunan müqavilənin tərəfi olan “müvəkkil kredit təşkilatı "xxxx" ASC öhdəlik daşıyır. Bu halda isə, yəni 241485 manat məbləğində subsidiyanın alınması üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri olmadığından, eyni zamanda həmin məbləğin Agentliyə qaytarılması üzrə bütün öhdəlikləri “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti daşıdığından, bu işlə bağlı verilmiş hazırkı iddia ərizəsi üzrə tələb olunan pul vəsaitinin iddiaçıya Cavabdeh ödəməli olmasının əsaslılığı müəyyən edilmir.

İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 hazırki mübahisə ilə əlaqədar "xxxx" ASC ilə cavabdeh arasında hər hansı kredit müqaviləsinin mövcud olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilib-edilməəsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

ƏSASLANDİRİCİ HİSSƏ

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmamasının hüquqi əsası kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış Agentliyin vəsaitindən istifadəyə dair 10 iyul 2020-ci il tarixli, 01 nömrəli müqaviləyə istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Agentliyin 241485 manat vəsaitindən istifadə olunmasına dair hər hansı kredit müqaviləsi olmamışdır.Buna görə birinci instansiya məhkəməsi iddianın təmin olunmamasına dair tamamilə səhv istiqamətdə araşdırma aparmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 28 oktyabr 2019-cu il tarixdə “Satıcı” "xxxx" MMC ilə “Alıcı” Cavabdeh arasında bir vahidinin qiyməti 470 manat, ümumi məbləğ 425820 manat olan 906 ədəd xırdabuynuzlu damazlıq cinsli qoyunların satılmasına dair alqı-satqı müqaviləsi bağlanılmışdır.Həmin müqavilənin şərtlərinə əsasən göstərilən malların dəyərinin 60% hissəsi Dövlət qurumu olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən , qalan hissə isə alıcı tərəfindən ödəniləcəkdir.Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi hesabdan çıxarışı məhkəmə kollegiyası təqdim edərək bildirmişdir ki, alqısatqı müqaviləsi üzrə tərəflərin "xxxx" ASC-də yalnız cari hesabları olmuş və həmin hesablar üzrə alqı-satqı müqaviləsində nəzərdə tutulan məbləğlər ödənilmişdir.Belə ki, həmin hesabdan çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən alıcının hesabına 184335 manat, malların qalan 60%-i, yəni 241485 manat isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixində satıcının cari hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Xubanlı Orxan və Cavabdeh tərəfindən imzalanmış “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” 20 noyabr 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən 906 (doqquz yüz altı) baş damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyinə, damazlıq heyvanların verilməsinə dair onunla bağlanmış müqavilədə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyinə, habelə, damazlıq heyvanları 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi alınmadan kəsməyəcəyini bildirmişdir. Həmin tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə onunla bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri ödəyəcəyi haqda Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış 20 noyabr 2019-cu il tarixli ərizədən görünür ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrülatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, gömrük dəyəri 402475 (dörd yüz iki min dörd yüz yetmiş beş) manat olan 906 baş damazlıq heyvanın dəyərinin minimum 40 faizinin onun tərəfindən ödənilməklə, adı çəkilən damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin (241485 manat) Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialında açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış müraciətdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq qiymətləndirmə dəyəri 425820 manat olan 906 baş damazlıq heyvanın qiymətləndirmə dəyərinin minimum 40 faizinin sahibkar Cavabdeh tərəfindən ödənilməklə, adı çəkilən damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin (241485 manat) Agentliyin vəsaiti hesabına güzəşt edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialında açılmış bank hesabına köçürülməsinin xahiş olunduğu bildirilmiş, Cavabdeh tərəfindən banka təqdim olunan layihənin maliyyələşdirilməsi üçün 241485 manat vəsaitin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair” 15 mart 2021-ci il tarixli aktdan görünür ki, Agentliyin əməkdaşları və Cavabdeh iştirakı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin istifadə Qaydası”na uyğun olaraq cavabdehə verilmiş 241485 manat subsidiya vəsaitinin istifadə vəziyyətinə dair monitorinq keçirilmiş, təsərrüfatda 593 baş heyvanın olmadığı, həmin heyvanların ölüm və ya məcburi kəsimlə bağlı sənədlərinin olmadığı, təsərrüfatda mövcud olan 313 baş heyvanın əksəriyyətinin birka nömrələrinin düşdüyü aşkar olunmuşdur. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli 4/1204 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında 20 noyabr 2019-cu il tarixli iltizamda “Cavabdeh” yazısı önündəki imza, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair 15 mart 2021-ci il tarixli aktın 2-ci səhifəsində “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imza, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinə ünvanlanmış 20 noyabr 2019-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza, 19 aprel 2021-ci il tarixli izahatın mətni və “Cavabdeh” yazıları qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan 18 mart 2024-cü il tarixli 4/1912 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 138-ci vərəqində olan “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” 20 noyabr 2019-cu il tarixli iltizamda “Cavabdeh” yazısı qarşısındakı imza, 139-140-cı vərəqlərində olan “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair” 15 mart 2021-ci il tarixli aktın 2-ci səhifəsində “Məmmədov” yazısı və qarşısındakı imza, 141-ci vərəqində olan Cavabdeh adından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinə ünvanlanmış 20 noyabr 2019- cu il tarixli ərizədə “İmza:” qrafasındakı imza, 142-ci vərəqində olan 19 aprel 2021-ci il tarixli izahatın sonundakı “Məmmədov” əlyazması və qarşısındakı imza ilə kommersiya işinin 99-cu vərəqində Cavabdeh Rövşən oğlunun adına olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində əks olunmuş imza, 16-cı vərəqində olan AR-İİ seriyalı 997380 nömrəli 04 aprel 2023-cü il tarixli etibarnamədəki “Məmmədov” əlyazması və qarşısındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 138-ci vərəqində olan “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında" 20 noyabr 2019-cu il tarixli iltizamda “Cavabdeh” yazısı qarşısındakı imza, 139-140-cı vərəqlərində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadəsinə dair” 15 mart 2021-ci il tarixli aktın 2-ci səhifəsində “Cavabdeh” əlyazması və qarşısındakı imza, 141-ci vərəqində olan Cavabdeh adından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinə ünvanlanmış 20 noyabr 2019-cu il tarixli ərizədə “İmza:” qrafasındakı imza, 142-ci vərəqində olan 19 aprel 2021-ci il tarixli izahatdakı əlyazmalar və “Məmmədov” əlyazması qarşısındakı imza ilə kommersiya işinin 108-118-ci vərəqlərində və əlavə olaraq 15 vərəqdə olan eksperimental xətt və imzaları - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı aparılmış araşdırma zamanı müəyyən edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə bağlanmış və bu müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Agentlik tərəfindən ayrılmış vəsaitdən hazırkı iş üzrə Cavabdeh 241485 manat məbləğində damazlıq heyvandarlıq üçün subsidiya verilmişdir. Yəni, subsidiya üçün nəzərdə tutulan pul vəsaiti Cavabdeh bilavasitə Agentlik tərəfindən deyil, “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmişdir. Öz növbəsində, həmin vəsaiti isə müvəkkil kredit təşkilatı "xxxx" ASC yuxarıda qeyd olunan 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında almışdır. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”ndan görünür ki, “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş Agentliyin vəsaiti üzrə sonuncu qarşısında hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh deyil, bilavasitə qeyd olunan müqavilənin tərəfi olan “müvəkkil kredit təşkilatı "xxxx" ASC öhdəlik daşıyır. Bu halda isə, yəni 241485 manat məbləğində subsidiyanın alınması üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri olmadığından, eyni zamanda həmin məbləğin Agentliyə qaytarılması üzrə bütün öhdəlikləri “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti daşıdığından, bu işlə bağlı verilmiş hazırkı iddia ərizəsi üzrə tələb olunan pul vəsaitinin iddiaçıya Cavabdeh ödəməli olmasının əsaslılığı müəyyən edilmir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə bağlı məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “müvəkkil kredit təşkilatı” olmaqla Cavabdeh subsidiyanın verilməsi və bunun nəticəsində iddiaçı olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiasının mümkünsüzlüyü ilə əsaslandırsa da, bununla əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında hər hansı müqavilə münasibətlərinin olubolmaması halını araşdırmadan iddianı təmin etməmişdir. Qeyd edilənlərlə bağlı işə apellyasiya qaydasında baxılarkən məhkəmənin təşəbbüsü ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və Bankla Cavabdeh arasında bağlanmış müqavilənin məhkəməyə təqdim edilməsi bildirilsə də, məhkəmə kollegiyasının iclasında iştirak edən bankın nümayəndəsi izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında subsidiyanın verilməsinə dair hər hansı bir müqavilə bağlanmamış, hazırki mübahisə ilə bağlı yalnız müqavilə bağlayan tərəflər – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh maliyyə- təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması ilə əlaqədar hesablarının açıldığı bank olmaqla, subsidiyanın ayrılmasına dair müqavilə münasibətlərinin iştirakçısı olmamışdır.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi də Bankla cavabdeh arasında hər hansı müqavilə münasibətlərinin olmamasını təsdiq etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında hər hansı kredit müqaviləsi olmadığından “edelbay” cinsli damazlıq qoyunların əldə edilməsi ilə bağlı 158058,06 (yüz əlli səkkiz min əlli səkkiz manat altı qəpik) manat dəymiş ziyanın cavabdehdən tələb edilməsinə dair iddiaçının hüququ vardır. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə münasibətlərinin olması iş materialları ilə təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi buna istinad etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, 1-LİV-0011/19 nömrəli “edelbay” cinsli damazlıq qoyunların sığorta şəhadətnaməsi ilə faydalanan şəxsin "xxxx" ASC olması müəyyən olunsa da, bu "xxxx" ASC ilə cavabdeh arasında hər hansı kredit müqaviləsinin bağlanmasını təsdiq etmir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə isə aşağıdakıları qeyd edir. İş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasında malların dəyərinin 60 % hissəsi dövlət qurumu olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, qalan 40% məbləği isə Cavabdeh tərəfindən ödənilmişdir.Bundan sonra cavabdeh 20 noyabr 2019-cu il tarixli iltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir.Qeyd edilmiş iltizamın cavabdeh tərəfindən imzalanmaması mübahisələndirilsə də, bununla əlaqədar ekspertiza təyin edilmiş və iş materiallarında olan ekspert rəyləri ilə müvafiq olaraq onun tərəfindən yazıldığı təsdiq edilmişdir. Bundan sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair” 15 mart 2021-ci il tarixli akt tərtib ediliş və həmin aktla da müəyyən olunur ki, Agentliyin əməkdaşları və Cavabdeh iştirakı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin istifadə Qaydası”na uyğun olaraq cavabdehə verilmiş 241485 manat subsidiya vəsaitinin istifadə vəziyyətinə dair monitorinq keçirilmiş, təsərrüfatda 593 baş heyvanın olmadığı, həmin heyvanların ölüm və ya məcburi kəsimlə bağlı sənədlərinin olmadığı, təsərrüfatda mövcud olan 313 baş heyvanın əksəriyyətinin birka nömrələrinin düşdüyü aşkar olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydasının 7.2-ci bəndinə əsasən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə monitorinqlər apara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 593 baş heyvanın aşkar olunmaması ilə bağlı iddiaçı vurulmuş ziyanı düzgün müəyən etmişdir (X=593 x 241485 : 906= 158.058,06 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İşin araşdırılmış hallarına əsasən cavabdehin iddiaçı tərəfindən ona subsidiya vəsaiti kimi verilmiş pul vəsaitindən təyinatı üzrə istifadə olunmasına dair öhdəlik götürdüyü, lakin həmin öhdəliyi tam icra etməməsi öz təsdiqini tapır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin əsaslılığını araşdırmadan düzgün olmayan nəticəyə gəlmiş, buna görə də qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlili kimi tərəflər arasında müqavilə münasibətlərinin olmadığını qeyd etsə də, işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, cavabdehə müvəkkil bank tərəfindən kredit vəsaiti ayrılmaqla pul vəsaiti verilməmiş, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiyaların ayrılması hesabına 241485 manat pul vəsaiti cavabdehə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2-2(119)-16/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. 158058,06 (yüz əlli səkkiz min əlli səkkiz manat altı qəpik) manat dəymiş ziyan, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 158558,06 (yüz əlli səkkiz min beş yüz əlli səkkiz manat altı qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar