Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-174/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi ilə, Əsədli Mahir Abdulla oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil3, Cavabdeh3 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçınə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair Şirvan Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2-2(121)- 1931/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 19 may 2022-ci il tarixində Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 26900 ABŞ dolları, hüquqi yardım xərcinin əvəzi olaraq 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227,19 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsindən İddiaçı MMC-yə məxsus 2300 ədəd taxta yeşiklərdə 20100 kq (Brutto), 16800 kq (Netto) ümumi dəyəri 18480 ABŞ dolları olan təzə pomidorlar Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə daşıyıcı Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində İddiaçı MMC-dən təhvil alınmış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X1 Federasiyasının ərazisinə keçirilmişdir. 05 №-li Hesab-faktura, Gömrük bəyannaməsi və Beynəlxalq qaimə üzrə yük Rusiya Federasiyasının Novosibirsk şəhərinə təhvil verilməli idi. Lakin yükün daşınması zamanı Cavabdeh3 məxsus Cavabdeh1 tərəfindən idarə edilən ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunun sürücünün təqsiri ucbatından sürüşüb yoldan çıxaraq aşması nəticəsində qeyd olunan pomidorlar tamamilə məhv olmuşdur. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, maddi zərərə görə 31000 ABŞ dolları, mənəvi zərərə görə 2000 ABŞ dolları olmaqla cəmi 33000 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250 məbləğində pul vəsaitinin iddiaçıdan tutulmasını xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, yüklərin daşınması müqavilə əsasında həyata keçirilməsinə baxmayaraq iddiaçı ilə onun arasında hər hansı müqavilə bağlanmamışdır. O, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməyib, iddiaçıdan heç bir mal təhvil almayıb. İddiaçının hər hansı əmlakının daşınması barədə ona heç bir ödəniş edilməyib. O, özünə məxsus avtomobili idarə etmək üçün Cavabdeh1ə etibarnamə verib. Həmin etibarnamənin verilmə tarixinə baxılarsa, məlum olar ki, həmin etibarnamə iddiaçı tərəfindən iddia qaldırılmamışdan çox əvvəlki tarixdə verilib. Yəni, bu etibarnamə iddiaçının malını daşımaq üçün xüsusi verilən etibarnamə deyil. İddiaçı tərəfindən verilən iddia ərizəsində belə bir müqavilənin olmadığı üçün həmin iddia əsassızdır. Cavabdeh3 maşınının qoşqusuna 25000 ABŞ dolları məbləğində, Rusiya Federasiyasında zədələnən maşınının qoşqusunu zibilə atmaq üçün 2000 ABŞ dolları, maşınını isə Azərbaycana gətirmək üçün 4000 ABŞ dolları məbləğində pul verdiyini, 31000 ABŞ dolları məbləğində vəsait xərclədiyini, Cavabdeh1 isə mənəvi stress, əzabəziyyət çəkdiyini, maddi və mənəvi ziyana düşən onlar olduğu halda iddiaçının onlardan 26900 ABŞ dolları məbləğində zərərin əvəzi kimi pul tələb etdiyini qeyd etmişdir. Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə ilk iddiaya dair etiraz təqdim edərək iddianın ona qarşı əsassız olduğunu qeyd etmiş və göstərmişdir ki, iddiaçı ilə onun arasında müqavilə bağlanmamışdır. O, MMC-nin direktoru olaraq sürücü və mülkiyyəti olan maşın sahibləri ilə işləyir, bununla bağlı müqavilələr bağlayırlar. Onlar MMC olaraq maşın sahibi Cavabdeh3 və sürücü Cavabdeh1 ilə müqavilə bağlamışlar. MMC qanunvericiliklə qadağan olmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Tək iddiaçıya aid deyil, sürücüyə və maşın sahibinə də zərər dəymişdir. Cavabdeh1 ilk iddiaya dair etiraz təqdim edərək iddianın yalan mülahizələr üzərində qurulduğunu qeyd etmiş və göstərmişdir ki, iddiaçı ilə onun arasında hər hansı müqavilə bağlanmamışdır. O, maşının sahibi Cavabdeh3 tərəfindən verilən etibarnamə əsasında sürücü işləyir. Ona Rusiya Federasiyasına gedəndə məhsulun 50 faizini Omsk şəhərinə aparılıb orada boşaldılacağını bildirmişlər. O, Omsk şəhərinə məhsulu sağ-salamat çatdırmış, Rusiyada gömrük qeydiyyatından keçirmişdir. Lakin iddiaçı bütün verdiyi sözü tutmadığı kimi, Omsk şəhərində də məhsulu kimsə təhvil almamışdır. Məhsul avtomobildə yüklü vəziyyətdə bir neçə gün qalmış, telefonla məlumat versə də, daşıdığı məhsulu kimsə boşaltmamışdır. Məhsul yüklənən zaman dəfələrlə bildirməyinə baxmayaraq iddiaçı məhsulu sığorta etdirməmiş, ona da hər hansı sənəd verilməmişdir. Nəticədə də idarə etdiyi avtomobillə qəza törənmiş, avtomobil yoldan çıxmış və avtomobilin qoşqu hissəsi tam yararsız vəziyyətə düşmüş, motor hissəsi tam dağılmışdır. Yararsız vəziyyətə düşən avtomobilə görə dəymiş ziyan 30.000 manatdan çoxdur. Bütün bunların səbəbi də ilk gündən olaraq iddiaçının verdiyi vədlər olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2-2(121)-1931/2023 nömrəli qətnaməsi ilk iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən vurulmuş zərərə görə 26900 ABŞ dolları, hüquqi yardım üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumuna görə 227,19 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, ilk iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi; qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (E.Abdullayev). Birinci instansiya məhkəməsi ilki iddia üzrə qeyd etmişdir ki, hazırkı halda Cavabdeh2 MMC-nin hərəkətləri nəticəsində hüquqi şəxsə ziyan vurulduğu həm cavabdehlərin izahatları, həm Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsi, həm də MMC-lə yük avtomobilinin sahibi Cavabdeh3 və Cavabdeh1 arasında beynəlxalq yük daşınmalarının həyata keçirilməsi ilə bağlı müqavilələrin bağlanılması ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin sadalanan normalarında göstərilən halların mövcudluğu tam sübuta yetirilir. Məhkəmə ilk iddia tələbinin Cavabdeh3 və Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə qeyd etmişdir ki, yük daşıma münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində iddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında yuxarıda rəsmi sənədlər baxımından “Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstəriş mövcud deyildir. Məhkəmə həmçinin Cavabdeh3 və Cavabdeh1 MMC-nin işçisi olduqlarını təsdiq edən halların mövcud olmadığını bildirmişdir. Hazırkı işdə Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olduğunu təsdiq edən hallar mövcud deyildir. Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 mart tarixli 9/1902 saylı ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, tələb olunan borc üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Həmçinin məhkəmə MMCnin və Cavabdeh1 etirazlarında qeyd olunan hallara münasibət bildirərək qeyd etmişdir ki, etirazlarda qeyd olunan hallar ilk iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, MM-in 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Məhkəmə qarşılıqlı iddiasına münasibətdə bu tələbin əsassız olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçının təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda Cavabdeh3 iddiaçı tərəfindən ona maddi zərərə görə 31000 ABŞ dolları məbləğində zərərin vurulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - ilkin iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı təmin olunmadığı hissəsində ləğv olunması və ilk iddia tələbinin hər üç cavabdehə aid hissədə təmin edilməsinə dair qətnamə olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, kommersiya işində olan nəqliyyat-ekspeditor firması Cavabdeh2 MMC ilə sürücü fiziki şəxs Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, öz nizamnaməsi əsasında Cavabdeh2 MMC beynəlxalq yükdaşımaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşımalarını keçirir. İşdə olan nəqliyyat-ekspeditor firması Cavabdeh2 MMC ilə yük avtomobilinin sahibi Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqavilədən grünür ki, öz nizamnaməsi əsasında Cavabdeh2 MMC beynəlxalq yükdaşımaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşımaları həyata keçirir. İstinad edilən müqavilələrdən də göründüyü kimi sahibkar Cavabdeh3 Kəmalədin oğlu öz sürücüsü Cavabdeh1 ilə birlikdə özünə məxsus yük avtomobili və onun qoşqusu ilə beynəlxalq yükdaşımaları həyata keçirir. Digər tərəfdən iş üzrə məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən edilmişdir: “Sahibkar Cavabdeh3 Kəmallədin oğlu sürücüsü Cavabdeh1 vasitəsilə özünə məxsus ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusu ilə yükün 5500 ABŞ dolları muzdun müqabilində Zirə qəsəbəsindən Novosibirsk şəhərinə daşınması ilə bağlı razılığa gəlmiş, bu razılıq əsasında yük həmin nəqliyyat vasitəsinə və onun qoşqusuna yüklənərək ilk iddiaçıdan Rusiyanın Novosibirsk şəhərinə daşınması üçün təhvil alınmışdır. Yükün daşınması üçün ödənilən muzdun 600-700 ABŞ dolları civarında bir hissəsi sürücünün zəhmət haqqı, 300 ABŞ dolları civarında bir hissəsi yanacaq, yemək və sair bu kimi xərclər, qalan hisəssi isə sahibkar Cavabdeh3 həmin yükün daşınmasından əldə edəcəyi gəlir olmuşdur”. Belə olan halda, məhkəməsi ilk iddia tələbini həmin cavabdehlərə münasibətdə təmin etməməkdə haqlı olmamışdır. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında yük daşıma müqaviləsinin olub-olmaması, qaimənin hansı hüquq və vəzifələr müəyyən etdiyi, yükün təyinat ünvanının sonradan iddiaçı tərəfindən dəyişdirilməsi məsələləri birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 mart 2024-cü il tarixli 2-2(106)-48/2024 nömrəli qətnaməsi ilə iddiaçının və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - MMC-dən əldən çıxmış faydaya görə 8420 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, MMC-dən iddiaçıya ödənilməli olan məbləğ 18480 ABŞ dolları müəyyən edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və S.Mayılov). Apellyasiya instansiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, həm birinci instansiya məhkəməsindəki icraat, həm də apellyasiya baxışı zamanı yük daşıma münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisinin Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində iddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında rəsmi sənədlər baxımından "Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstərişin mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, şikayət tərəflər arasında yük daşıma müqaviləsinin olub-olmaması, qaimənin hansı hüquq və vəzifələr müəyyən etdiyi, yükün təyinat ünvanının sonradan iddiaçı tərəfindən dəyişdirilməsi məsələlərinin birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmaması ilə əsaslandırılmışdır. İşin hallarından iddiaçının Cavabdeh3 mülkiyyətində olan yük avtomobilinə ziyan vurulması sübuta yetirilmir. Yəni, həmin avtomobilə ziyan vurma ilə bağlı iddiaçının təqsirli və hüquqa zidd əməli, habelə bu əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda, Cavabdeh3 iddiaçı tərəfindən ona maddi zərərə görə 31000 ABŞ dolları məbləğində zərərin vurulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 apellyasiya şikayəti əsassızdır. Qeyd edilənlərdən başqa, ilk iddiaçı əldən çıxmış faydaya münasibətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən – iddianın əldən çıxmış faydanın təmin edilmədiyi və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilmədiyi hissələrində ləğv edib, iddianın hər üç cavabdehə aid hissədə və tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasssasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-in 1099.1-ci maddəsi üzrə - Aşağı instansiya məhkəmələri bu maddəyə istinad edərək hesab etmişlər ki, Cavabdeh3 və Cavabdeh1 MMC-nin işçiləri olmadığından ilk iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. Lakin həmin cavabdehlər MMC-nin işçiləri olduqları təqdirdə, həmin maddə tətbiq edilməklə ilk iddia tələbi onlara münasibətdə təmin edilməyə bilərdi, bu əsasla ki, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və işçisinin vurduğu zərərin əvəzini özü ödəməlidir. MM-in 1113.1-ci maddəsi üzrə işdən görünür ki, iddiaçıya zərər vurulmasında cavabdehlərin hər biri təqsirkardır. Bu səbəbdən də mübahisənin həllinə bu maddə tətbiq edilməklə ilk iddia tələbi onların hər birinə münasibətdə təmin edilməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli 2-2(102)-378/2024 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 mart 2024-cü il tarixli 2-2(106)- 48/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - ilk iddia üzrə İddiaçı iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası iddiaçının kassasiyasının dəlilləri üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının kassasiya baxışının predmeti olan dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, hazırkı iş üzrə ilk iddia tələbləri cavabdeh MMC ilə yanaşı, həmçinin digər cavabdehlər olan Cavabdeh3 və Cavabdeh1 münasibətdə də təmin edilməlidir. Birinci instansiya məhkəməsi ilk iddia tələblərini həmin fiziki şəxslərə aid hissədə rədd edərkən belə nəticəyə gəlmişdir ki, yük daşıma münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində iddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında yuxarıda qeyd olunan qanunvericilik və rəsmi sənədlər baxımından “Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstəriş mövcud deyildir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 və Cavabdeh1 cavabdeh MMC-nin işçisi olduğunu təsdiq edən hallar mövcud deyildir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının bununla əlaqədar gətirdiyi dəlilləri əsassız hesab etmişdir. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin bu məsələ ilə əlaqədar mövqeyi ilə razılaşmır. Birinci instansiya məhkəməsi Cavabdeh3 və Cavabdeh1 cavabdeh MMC-nin işçisi olmadıqlarını müəyyən etdiyi halda, onların iddiaçıya zərər vurulması ilə nəticələnmiş daşıma əməliyyatının həyata keçirilməsində iştiraklarının hüquqi əsaslarına tam aydınlıq gətirə bilməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu məsələyə dair öz mövqeyini bildirməmişdir. Belə ki, işə baxan məhkəmələrin qətnamələrində sübut kimi istinad olunan nəqliyyat-ekspeditor firması kimi cavabdeh MMC ilə “Sahibkar” adlanan sürücü fiziki şəxs Cavabdeh1 arasında bağlanılmış 10 avqust 2021-ci il tarixli müqavilədən, habelə nəqliyyat-ekspeditor firması kimi cavabdeh MMC ilə “Sahibkar” adlanan yük avtomobilinin sahibi fiziki şəxs Cavabdeh3 arasında 10 avqust 2021-ci il tarixli eyni məzmunlu müqavilədən görünür ki, öz nizamnaməsi əsasında MMC beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə birlikdə bu daşınmaları həyata keçirir. Göründüyü kimi, sözügedən müqavilələrdə MMC-nin beynəlxalq yük daşınmalarını təşkil etdiyi, sahibkarın isə öz sürücüsü ilə birlikdə bu daşınmaları həyata keçirdiyi nəzərdə tutulmuşdur. Lakin işə baxan məhkəmələrin qətnamələrindən bununla əlaqədar hər hansı hüquqi dəyərləndirmə aparılmamışdır. Həmçinin hazırkı işin həlli baxımından əhəmiyyət kəsb edə bilən digər diqqətçəkici məqam odur ki, sözügedən müqavilələrin 2.2.6 və 2.2.8ci bənlərində malın tonnajına, kəmiyyətinə, keyfiyyətinə və dəyərinə görə məsuliyyət daşımaq, habelə bütün YNH və hüquqpozmalara görə məsuliyyət daşımaq “Sahibkar”ın, yəni yük avtomobilinin sahibi Cavabdeh3 və sürücü Cavabdeh1 vəzifələri kimi müəyyən edilmişdir. Bununla belə, işə baxan məhkəmələr bu xüsusata da hər hansı hüquqi qiymət verməmiş, sözügedən fiziki şəxslərin konkret olaraq hansı subyekt – yük göndərən (iddiaçı), cavabdeh MMC, yoxsa hər ikisinin qarşısında məsuliyyət daşıdıqlarına aydınlıq gətirməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə qəbul olunan qətnamədə Beynəlxalq qaimədə “Daşıyıcı” və "xxxx" sözlərinin qarşısında cavabdeh MMC-nin adının qeyd olunmasına istinad edilsə də, işin yuxarıdakı halları üzrə hüquqi dəyərləndirmə aparılmadığından qətnamə MPM-in və 217.1 və 217.3-cü maddələrinin tələblərinə müvafiq şəkildə, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış hesab edilə bilməz. MM-in 1113.1-ci maddəsinin tələblərinə görə birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin qeyd olunan qeyri-müəyyənliklərin mövcud olduğu hazırkı vəziyyətdə iddiaçının mübahisələndirdiyi məsələ üzrə, yəni məsuliyyətin cavabdeh MMC ilə birlikdə, həmçinin Cavabdeh3 və Cavabdeh1 da üzərinə qoyulmalı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iş materiallarında İddiaçı ilə Cavabdeh2 MMC arasında yazılı formada bağlanmış müqavilə mövcud deyildir. Yük təhvil verildikdən sonra Cavabdeh1 ilə Cavabdeh2 MMC, habelə Cavabdeh3 ilə Cavabdeh2 MMC arasında müqavilələr bağlanmışdır. Cavabdeh tərəf mallarını sığorta etmək üçün digər cavabdehlər ilə müqavilə bağlanmışdır. Cavabdeh2 MMC yüklərin daşınması üçün öz işçisi ilə müqavilə bağlamalı olduğu halda kənar şəxs olan Cavabdeh1 ilə müqavilə bağlamışdır. Beynəlxalq qaimədən də görünür ki, yük İddiaçınə məxsusdur. Gömrük bəyannaməsindən də görünür ki, rəsmi daşıyıcı qismində Cavabdeh2 MMC çıxış etmişdir. Cavabdeh2 MMC yüklərin daşınmasını digər cavabdehlərə həvalə etmişdir. Faktiki olaraq daşımanı cavabdehlər həyata keçirdiyindən hər biri məsuliyyət daşıyır. Cavabdeh3 məhkəmə iclasında bildirmişdir ki, yükləri gömrükdən keçirmək üçün Cavabdeh2 MMC ilə daşıma müqaviləsi bağlanmışdır. Çünki yükləri gömrükdən başqa ölkəyə keçirmək üçün yol vərəqəsi əldə etmək lazım idi. Lüzumsuz xərclərdən azad olmaq məqsədilə Cavabdeh2 MMC ilə daşıma müqaviləsi bağlanmışdır. Yük avtomobili onun mülkiyyətindədir. Digər Cavabdeh1 yük avtomobilini etibarnamə əsasında vermişdir. O, həmin etibarnaməni daha öncədən vermiş bunun qarşılığında isə Cavabdeh1 hər reysə görə müəyyən məbləğdə haqq ödəməli idi. Həmin etibarnamə yalnız İddiaçı yüklərinin daşınması üçün verilməmişdir. Baş vermiş hadisədə ona məxsus yük avtomobilinə maddi ziyan dəymişdir. İddiaçının yüklərinin daşınması üçün müqavilə Cavabdeh2 MMC ilə Nicat arasında olmuşdur. Cavabdeh2 MMC MMC-nin nümayəndəsi Vəkil3 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 MMC faktiki olaraq yük daşımanı həyata keçirmədiyinə görə o, məsuliyyət daşımamalıdır. İş materiallarında müqavilə formasında olmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ona bərabər sayılan qaimə mövcuddur. Dəymiş maddi ziyan digər cavabdehlərdən tutulmalıdır. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya işinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2-2(121)-1931/2023 saylı qətnaməsi apellyasiyanın baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli 9/1902 saylı ekspert rəyində iş materiallarında olan məlumatlardan istifadə edilməklə iddiaçıya məxsus 2300 ədəd taxta yeşiklərdə olan netto çəkisi 16800 kq təzə pomidor yükünün (1 kq=1,87 manat nəzərə alınmaqla) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 31.416 manat (16.800 kq * 1,87 manat) müəyyən edilmişdir. 13 noyabr 2021-ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaimədə (CMR) göstərilmişdir ki, “yük göndərən” İddiaçı tərəfindən 2300 ədəd taxta yeşiklərdə 20100 kq (Brutto), 16800 kq (Netto) çəkisində olan pomidor məhsulu “Daşıyıcı” Cavabdeh2 MMC-nin vasitəsilə yük alan "xxxx" MMC-yə (Rusiya Federasiyası) çatdırılması üçün ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə “Daşıyıcı” Cavabdeh2 MMC tərəfindən 13 noyabr 2021-ci il tarixində Abşeron rayonu Zirə qəsəbəsində yük göndərən İddiaçındən təhvil alınmış və həmin tarixdə Azərbaycan Respublikasının Dövlət X1 Federasiyasının ərazisinə keçirilmişdir. X2 16-cı və 23-cü bölmələrində “Daşıyıcı” və "xxxx" sözlərinin qarşısında bilavasitə Cavabdeh2 MMC-nin adı qeyd olunmuş və müvafiq qaydada təsdiq edilmişdir. Cavabdeh2 MMC ilə yük avtomobilinin sahibi fiziki şəxs Cavabdeh3 arasında bağlanılmış 10 avqust 2021-ci il tarixli müqaviləyə əsasən öz nizamnaməsi əsasında Firma beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir. Cavabdeh2 MMC ilə sürücü fiziki şəxs Cavabdeh1 arasında bağlanılmış 10 avqust 2021-ci il tarixli müqaviləyə əsasən öz nizamnaməsi əsasında cəmiyyət beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir. İş materiallarına əsasən Cavabdeh1 2029-cu il 12 sentyabr tarixinədək “X3” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə etmək səlahiyyətinin verilməsi ilə əlaqədar Cavabdeh3 tərəfindən 06 avqust 2021-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında etibarnamə verilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. MM-in 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. MM-in 854.1-ci maddəsinə görə yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ və daşıyıcının yükə girov hüququ. MM-in 859.1 və 859.2-ci maddələrinin tələblərinə görə yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(102)-378/2024 saylı qərarındakı göstərişləri rəhbər tutub araşdırma apararaq qeyd edir ki, hazırkı kommersiya işinin mübahisəsiz hallarına əsasən yük daşınması müqaviləsi Beynəlxalq qaimə tərtib edilməsi yolu ilə rəsmiləşdirilmiş və müqavilənin tərəfləri İddiaçı və Cavabdeh2 MMC olmuşdur. Sonradan – 10 avqust 2021-ci il tarixdə Cavabdeh2 MMC ilə Cavabdeh3 və Cavabdeh1 ilə ayrı-ayrılıqda müqavilələr imzalanmışdır. Beləcə, digər cavabdehlərlə 10 avqust 2021-ci il tarixdə yeni müqavilənin bağlanması yük göndərən İddiaçı ilə daşıyıcı Cavabdeh2 MMC arasında bağlanmış müqavilə üzrə daşımanı həyata keçirmək məqsədi daşımışdır. Bu baxımdan, kollegiya diqqətə çatdırır ki, MM-in 859.4-cü maddəsinin tələbinə görə daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında hər hansı müqavilə bağlanmadığına görə, yəni onlar müqavilə tərəfi olmadığı üçün hazırkı tələb üzrə birbaşa iddiaçı qarşısında cavabdehlik daşımırlar. Bununla yanaşı, qanunun tələbinə görə İddiaçı qarşısında məsliyyət daşıyan daşıyıcı Cavabdeh2 MMC-nin reqres hüququ mövcuddur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2-2(121)-1931/2023 saylı qətnaməsi apellyasiyanın baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2-2(121)-1931/2023 saylı qətnaməsi apellyasiyanın baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-174/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-174/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver