Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-227/2020 17.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 və nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı sıradan çıxmış qreyderin real bazar dəyəri olan 1.345.00 Avro məbləğində və sıradan çıxmış internet xətti bərpası üçün ödənilmiş 400 manat məbləğində pul vəsaitinin cavabahdən alınaraq iddiaçıya ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehə göstərilmiş xidmətlərə görə yaranmış 1600 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı sıradan çıxmış qreyderin real bazar dəyəri olan 1.345.00 Avro məbləğində və sıradan çıxmış internet xətti bərpası üçün ödənilmiş 400 manat məbləğində pul vəsaitinin cavabahdən alınaraq iddiaçıya ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehə göstərilmiş xidmətlərə görə yaranmış 1600 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il tarixdə AT-YD 35/19 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh öz üzərinə sifarişçinin müvafiq sifarişlərinə əsasən yükdaşıma xidmətləri, teknika və avtomobilləri daşımaqlaevakuasiya xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı sifarişinə əsasən Komatsu D555 markalı avtoqreyderi Bakı şəhərindən Daşkəsən rayonunda yerləşən X31 sahəsinə daşınarkən sürücüyə qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, onun ehtiyyatsızlığı və səriştəsizliyi nəticəsində daşınan yük,Komatsu D555 markalı avtoqreyderə zərər dəymişdir. Bununla əlaqədar olaraq hadisə yerində olan İddiaçı nümayəndələri və avtoqreyderin icra olunduğu RCS şirkətinin qreyder operatoru işləyən Rəşad İsmayılovun və sürücünündə iştirakı ilə xx.xx.2019-cu il tarixdə müvafiq akt tərtib olunmuşdur. Həmin aktda bir dahasürücü tərəfindən zərərin vurulması faktı öztəsdiqini tapmışdır. Cavabdeh sürücüsü X6in idarə etdiyi **-JX-*** Dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili İddiaçı RCS şirkətindən icarəyə götürdüyü Komatsu D555 markalı avtoqreyderi Bakı şəhərindən Daşkəsən rayonuna apararkən həmin rayonun Qızılca kəndində texnikanın üstündə quraşdırılan “miqalkanı” körpüyə vuraraq sındırmışdır. X15 daşıma marşurutu üzərində olan bu körpüdən keçən zaman mütləq qreyderi yük maşınından düşürüb, körpünü keçdikdən sonra onu yenidən yük maşınına mindirib aparmaq lazım olduğu barədə qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, qreyder operatoru sürücünün yanında olduğu halda sürücü qreyderi platformadan endirmədən, körpüdən keçərkən hadisə baş vermişdir. Həmin xx.xx.2019-cu il tarixli aktı İddiaçı nümayəndələri olan Həsənov Vüsal, Hüseynov Səbuhi, Cəfərov Elşən və RSC şirkətində qreyder operatoru vəzifəsində çalışan Rəşad İsmayılov tərəfindən imzaları ilə təsdiq edilmişdir. Eyni zamanda sözügedən hadisə ilə əlaqədar RSC şikrəti tərəfindən icarəyə götürülmüş Komatsu D555 markalı avtoqreyderin mexaniki Ramil Allahverdiyev və Qreyderin operatoru Rəşad İsmayılov tərəfindən tərtib olunan digər akta əsasən, icarəyə verilmiş Komatsu D555 markalı avtoqreyder Bakı şəhərindən Daşkəsən rayonu Qızılca kəndi ərazisində olan körpüdən keçən zaman hündürlük məsafəsini düzgün seçməmişdir. Buna görədə texnikanın üzərində yerləşən sayrışan işıqları körpüyə dəyərək sınmışdır. Həmin körpüdən keçən zaman qreyderin mexaniki X7 və qreyderin operatoru X12 yarımqoşqunun sürücüsünə qeyd ediblər ki, onların göstərdiyi işarə ilə yükmaşınını irəli verməyə davam etsin, əgər körpüdən keçmək mümkün görünməzsə onların verdikləri işarə ilə sürücü tam olaraq yarımqoşqununun hərəkətini dayandırsın. Lakin körpünün altından keçən zaman məlum olmuşdur ki, qurğunun üzərindəyerləşən sayrışan işıqlar körpüyə dəyir və onlar işarə ilə sürücüyə dayanmağını demişlər. Buna baxmayaraq, yarımqoşqunun sürücüsü Sərdar Mustafayev işarəyə əməl etməmiş və körpüdən keçən zaman texnikanın üzərində quraşdırılmış sayrışan işıqları körpüyə vuraraq sındırmışdır. Daşkəsən rayonu Çovdar Filiz sahəsində xx.xx.2019-cu il tarixdə qreyderin operatoru Rəşad İsmayılov, nəqliyyat şöbəsinin rəhbəri vəzifəsində çalışan Səbuhi Hüseynov və texnika üzrə nəzarətçi vəzifəsində çalışan Ramil Vəliyev tərəfindən tərtib olunmuş aktda göstərilir ki, sürücü X17 kəndi ərazisinə daxil olarkən Komatsu D555 markalı avtoqreyderi idarə etdiyi Mercedes Benz markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsini idarə edərkən körpüdən keçərkən hündürlük məsafəsini düzgün seçmədiyi üçün sözgüdən qreyderin “miqalkasını” sıradan çıxartmışdır. Bununla yanaşı, sürücünün səhlənkarlığı və diqqətsizliyi ucbatından, Daşkəsən rayonu, X2 Quşçu kəndinə aid olan internet xəttini sıradan çıxartmışdır. Bu barədə müvafiq olaraq Daşkəsən rayonu, X2 Quşçu kəndi üzrə sahə rəisi vəzifəsində çalışan Ziyəddin Bayramov və sahə rəhbəri vəzifəsində çalışan Mahmut Dişli, nəqliyyat şöbəsinin rəhbəri vəzifəsində çalışan Səbuhi Hüseynov tərəfindən müvafiq akt tərtibolunmuşdur. Daşkəsən rayonu, X2 Quşçu kəndinə aid olan sıradan çıxmış internet xətti X2 Quşçu kənd üzrə sahə rəisi X9 tərəfindən aradan qaldırılmışdır vədəymiş ziyan olan 400 manat məbləğində pul Yalçın Həsənov tərəfindən vəsaiti X4 nağd şəkildə ödənilmişdir. Bu barədə xx.xx.2019-cu il tarxidə akt tərtib olunmuş və Daşkəsən rayonu, X2 Quşçu kəndi üzrə sahə rəisi vəzifəsində çalışan Ziyəddin Bayramov və sahə rəhbəri vəzifəsində çalışan Mahmut Dişli, nəqliyyat şöbəsinin rəhbəri vəzifəsində çalışan Səbuhi Hüseynov tərəfindən imzaları ilə təsdiq olunmuşdur. xx xxxxxxx 2019-cu il tarxili, AP-M- 1019-117 saylı müraciətlə İddiaçı tərəfindən Cavabdeh baş direktoru Rəşad Mustafayevə bütün bu qeyd olunan hallar barəsində məlumat verilmiş, tərtib olunmuş sənədlər (aktlar) məktuba əlavə olunmuş və vurulmuş zərərin ən qısa müddət ərzində ödənilməsi xahiş edilmişdir. Lakin hadisə baş verdiyi gündən bugünə kimi kifayət qədər vaxt keçməsinə baxmayaraq Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi ödənilməmiş, bu məsələ ilə bağlı heç bir danışıqlardaiştirak etməmişdir. Əksinə tərəf bu barədə ona ünvanlanmış məktublara şifahi bildirişləri və.s baxmayaraq vurulmuş zərərin əvəzini ödəməkdən qərəzli olaraq ciddi cəhdlə yayınmışdır. Mübahisə predmeti olan Komatsu D555 markalı avtoqreyder İddiaçı tərəfindən RSC şirkətindənicarəyə götürülmüşdür. Sözügedən qreyderə vurulan zərərin bərpası mümükün deyildir, vurulmuş zərər nəticəsində qreyder tamamilə sıradan çıxmış və istifadəyə yararsızdır, bərpası və təmir olunması mümkün deyildir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixdə AT-YD 35/19 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 3.1.2-ci bəndində qeyd olunur ki,daşıma zamanı icraçının təqsiri və ya ehtiyatsızlığı, habelə üçüncü şəxslərin hərəkətləri nəticəsində daşıma obyektinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsini daşıyır. Tərəflər arasında bağlanan xx xxxxx 2019-cu il tarixdə AT-YD 35/19 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 8.3-cü bəndində qeyd olunur ki, müqavilədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Mülki qanunvericiliyi ilə tənzimlənir. Belə ki, sözügedən həmin qurğunun bugünə olan real bazar dəyəri 1.345.00 Avro məbləği təşkil edir. Həmin qurğuyavurulmuş zərərin nəticəsində İddiaçı tərəfindən Daşkəsən rayonunda yerinə yetirməli olduğu işlər yerinə yetirilə bilməmişdir, bununla əlaqədar olaraq eyni zamanda həmin qurğunu icarəyə verən şirkətədə zərər dəymişdir. Buna görə də sürücünün təqsiri ucbatından sıradan çıxmış qreyderin rela bazar dəyəri olan 1.345.00 Avro məbləğində pul vəsaiti Cavabdehndən alınaraq İddiaçınə verilməsi hal-hazırki vəziyyətdə labüddür. Həmçinin Cavabdeh sürücüsünün təqsiri ucbatından Daşkəsən rayonu, X2 Quşçu kəndinə aid olan sıradan çıxmış internet xətti bərpası üçün ödənilmiş 400 manat məbləğində pul vəsaitidə Cavabdehndən alınaraq İddiaçınə geri qaytarılmalıdır. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi və vəkili X19 əvvəl keçirilmiş məhkəmə iclasında ilkiniddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın təmin edilərək qreyderin sayrışan işığının dəyərinin cavabdehdən tutulmasını, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdırki,İddiaçı ilə bağlanmış yükdaşıma xidmətlərinin göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, AT-YD 35/19 saylı müqaviləyə əsasən Cavabdeh tərəfindən İddiaçınə yükdaşıma xidmətləri göstərilmiş və vaxtlı vaxtında təhvil verilmişdir. Lakin, İddiaçı əsassız bəhanələr gətirməklə sonuncu dəfə aldığı xidmətlərin dəyərini ödəməkdən yayındığına görə hazırda 1600 manat dəyərində borcu yaranmışdır. Bununla bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, İddiaçı müxtəlif bəhanələr gətirməklə ödəməli olduğu məbləği ödəməyərək aralarındakı müqavilənin şərtlərini pozmuşdur.Belə ki, İddiaçı Cavabdehnə ünvanladığı məktubda yaranmış borcun ödənilməməsinə səbəb kimi telefon xətlərinə və qreyderin “miqalkası”na ziyan dəyməsini göstərmişdir. Halbuki, dəfələrlə İddiaçındən tələb edilməsinə baxmayaraq, ehtimal etdiyi ziyan məbləğini müəyyən etmək üçün hər iki tərəfin əməkdaşlarının iştirakı ilə qarşılıqlı üzləşmə keçirilməsindən İddiaçı boyun qaçırmışdır. Həmçinin, dəfələrlə tələb edilməsinə baxmayaraq, İddiaçı ziyan məbləğini təsdiq edən hər hansı rəsmi sənəd (ödəniş çeklərini) Cavabdehnə təqdim etməmişdir. Bununla bağlı İddiaçınə bildirilmişdir ki, əgər həqiqətəndə İddiaçınə ziyan dəymişdirsə və buna görə İddiaçı tərəfindən hər hansı rəsmi ödəniş olunmuşdursa, o zaman bu barədə Cavabdehnə rəsmi sənədləri təqdim edilməlidir ki, Cavabdeh tərəfdən ziyanın real olub-olmadığını və ödənilən məbləğin miqdarını müəyyən etmək mümkün olsun.Bu səbəbdən ziyan məbləğini müəyyən etmək üçün hər iki tərəfin əməkdaşlarının iştirakı ilə qarşılıqlı üzləşmə keçirilməsini və ziyan məbləğini təsdiq edən rəsmi sənədləri (ziyan aktı və ödəniş çeklərini) Cavabdehnə təqdim edilməsini İddiaçındən tələb etsə də, İddiaçı qanunsuz olaraq Cavabdehnə təqdim edilməsini İddiaçınə heç bir rəsmi sənəd təqdim etməmiş və birbaşa məhkəməyə müraciət edib İddiaçındə qarşı əsassız iddia tələbi irəli sürmüşdür. Bundan əlavə, əgər həqiqətən Cavabdeh tərəfindən hər hansı ziyan vurulmuşdursa, bu zaman həmin ziyana görə İddiaçı hər hansı 3-cü şəxslərə ödəniş etmək öhdəliyi yoxdur. Halbuki, həqiqətəndə hansısa tərəfə ziyan dəymişdirsə, bu məsələ tərəflər arasında bağlanmış müqaviləyə uyğun şəkildə və rəsmi sənədlər təqdim edilməklə həll edilməli idi.Göründüyü kimi, işin əvvəlindən İddiaçı yaranmış mübahisənin həllinə deyil, tam əksinə müxtəlif bəhanələr gətirmək və məsələni şişirtməklə yaranmış vəziyyətdən öz xeyirinə sui-istifadə edib borc məbləğini ödəməkdən yayınmışdır. Bununlada, İddiaçı bu cür qanunsuz hərəkətləri ilə yaranmış borcu vaxtında ödəmədiyinə görə Cavabdeh maliyyə durumunu pisləşdirməklə bərabər, qanunvericiliyin tələblərini və aramızda bağlanmış müqavilənin şərtlərini kobud şəkildə pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.Həmçinin, hazırki məsələnin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün yaranmış borcun könüllü şəkildə tam ödənilməsi barədə İddiaçınə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilsə də, lakin bunun heç bir nəticəsi olmamışdır. Məlum olduğu kimi, məsələnin məhkəmədən kənar nizama salınması üçün atılmış addımlar nəticəsiz qalmış və yaranmış borc məbləği İddiaçı tərəfindən könüllü şəkildə ödənilməmişdir. Bununla da, İddiaçı Cavabdeh maliyyə durumunu pisləşdirməklə bərabər, Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X13 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının direktoru X10 məhkəmə iclasında ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 188 yükdaşıma şirkətində işləmişdir. Şirkətin müdiri Rəşad Mustafayev ona demişdir ki, qreyderi Daşkəsənə aparmaq lazımdır. Yanında sifarişçinin 2 nəfər adlarını bilmədiyi əməkdaşları var idi. Hadisə zamanı onlar orada idilər. Həmin əməkdaşlar ona öz maşınları ilə arxasıyca gələcəklərini demişlər. Körpüdə qreyderi saxlamış, onlar maşından enmişlər, ona sürməsini demişlər, o da sürmüş, qreyderin sayrışan işığının şüşəsi qırılmışdır. Bu hadisəyə görə maaşını da verməmişlər. Ona 4833 manat pul verməli idilər. Sayrışan işığın şüşəsi qırıldığı üçün pulunu verməmişlər. Qreyderi təyinat yerinə çatdırmışdır. Məhkəmə iclasında şahid X20 ifadəsində bildirdi ki, Cavabdehndə nəzarətçi işləmişdir. Cavabdeh qreyder aparmalı idi. Ona remenləri gətirməsi barədə məlumat vermişlər və remenleri aparmışdır. Həmin yerdə qreyderin sürücüsü, operator və tanımadığı bir türk var idi. Türk demişdir ki, bu remenlər onu qane etmir. Yenidən zəncir sifariş etmişlər. Direktor zənciri gətirmiş və qreyderi bağlamışlar. Türk qreyderin bağlandığını görmüş və operatorla çıxıb getmişlər. Sabahısı gün zəng gəlmişdir ki, qreyderin miqalkası qırılmışdır. Sürücüyə də operator özü düşüb demişdir ki, sür. Sonra sürücü sürmüş hadisə baş vermişdir. Telefon xətti qırılması barədə hadisə olmamışdır. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, Rent-a Crane servis xidmətində işləyir. Qreyderi 2019-cu ilin 27 sentyabr axşamı Daşkəsən rayonuna aparırmışlar. Həmin vaxt ona demişlər ki, körpüdə qreyderi düşürdərsiz. İlk girişdən yarım metr vardı. Sürücüyə saxlamasını demiş, sürücü saxlamamış və hadisə baş vermişdir. X30 Güllüyə məxsusdur və sayrışan işığın bərpası mümkün deyildir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxx 2019-cu il tarixdə AT-YD 35/19 nömrəli Xidməti müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi, İddiaçı isə bunun müqabilində Cavabdehnə bu müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, akt, mexanik X7 və Komatsu D555-in operatoru X14 tərəfindən tərtib olunmuş və aktda qeyd edilmişdir ki, İddiaçınə icarəyə verilmiş Komatsu D555 markalı qreyderi Bakıdan Daşkəsənə DQN ** JX *** yarımqoşqu ilə aparılan zaman Daşkəsən rayonu, Qızılca kəndi ərazisində olan körpüyə hündürlük məsafəsini düzgün seçmədiyi üçün texnikanın üstündə yerləşən sayrışan işıqlarını dəyərək sındırmışdır. Həmin körpüdən keçən zaman qreyderin operatoru X12 və qreyderin mexaniki X7 yarımqoşqunun sürücüsünə qeyd etmişlər ki, onların görsətdiyi işarə ilə irəli verməyə davam eləsin, əqər körpüdən keçəsi kimi olmasa işarələri ilə tam olaraq yarımqoşqunu dayandırsın. Lakin körpünün altından keçən zaman bəlli olmuşdur ki, sayrışan işıqlar körpüyə dəyir və işarələri ilə sürücüyə dayanmağını işarə eləmişlər. Lakin yarımqoşqunun sürücüsü Mustafayev Sərdar buna əməl etməmiş və keçirən zaman texnikanın üzərinə quraşdırılmış sayrışan işıqları körpüyə vuraraq sındırmışdır. xx xxxxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, akt, İddiaçı nümayəndələri Həsənov Vüsal, Hüseynov Səbuhi, Cəfərov Elşən və RCS şirkətində qreyder operatoru işləyən İsmayılov Rəşad tərəfindən tərtib olunmuş və aktda qeyd edilmişdir ki, Cavabdehnə məxsus, sürücü X1 idarə etdiyi DNQ ** JX *** yarımqoşqulu yük avtomobili İddiaçı RCS şirkətindən icarəyə götürdüyü Komatsu D 555 markalı avtoqreyderi Bakıdan Daşkəsənə apararkən Daşkəsən rayonu, Qızılca kəndində texnikanın üstündə quraşdırılan miqalkanı körpüyə vuraraq sındırmışdır. X18 daşıma marşrutu üzərində olan bu körpüdə mütləq qreyderi düşürüb, körpünü keçirib, sonra mindirib aparması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, qreyder operatoru sürücünün yanında olduğu halda sürücü qreyderi platformadan düşürməmiş keçirərkən bu hadisə baş vermişdir. xx xxxxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, akt nəqliyyat şöbəsinin rəhbəriHüseynov Səbuhi, texnika üzrə nəzarətçi Vəliyev Ramil və qreyder operatoru İsmayılov Rəşad tərəfindən tərtib olunmuş və aktda qeyd edilmişdir ki, İddiaçı sifariş verdiyi 188 daşıma şirkətinin (Cavabdeh) X31 sahəsinə gətirdiyi Comatsu GD 555 qreyderi Qızılca kəndi ərazisinə daxil olarkən sürücü X1 idarə etdiyi Mersedes Benz 99JX944 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hündürlük məsafəsini düzgün seçmədiyi üçün Qızılca kəndində olan körpünü keçərkən qreyderin miqalqasını sıradan çıxartmışdır. xx xxxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı sifariş verdiyi 188 daşıma şirkətinin ((Cavabdeh) X31 sahəsinə gətirdiyi Comatsu GD 555 qreyderi Quşçu kəndi ərazisinə daxil olarkən sürücü X1 idarə etdiyi Mersedes Benz yük 99JX944 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hündürlük məsafəsini düzgün seçmədiyi üçün Quşçu kəndinə aid olan internet xəttini sıradan çıxartmışdır. Sıradan çıxan internet xətti “Aztelekom” X11 kənd üzrə sahə rəisi X9 tərəfindən aradan qaldırılmış və dəymiş ziyan 400 manat məbləğində pul X4 nəğd şəkildə ödənilmişdir. xx xxxxxxx 2019-cu il tarixli Qüsur aktının surətindən görünür ki, akt fiziki şəxs (sahibkar) Asim Güllü, mexanik Ramil Allahverdiyev və qreyder operatoru Rəşad İsmayılov tərəfindən tərtib edilmiş və aktda qeyd edilmişdir ki, İddiaçıRCS şirkətindən icarəyə götürdüyü Komatsu D555 markalı DNQ ** BA *** qreyderi xx.xx.2019 tarixdə İddiaçıtərəfindən daymanla Daşkəsən rayonu, Çovdar kəndində ÇFES aparılarkən Qızılca kəndində qreyderin kabinasının üstünü körpüyə vurularaq sayrışan işığı sındırılmışdır. Sınan sayrışan işığın təmiri mümkün deyil, yenisi ilə əvəz olunmalıdır. Yeni sayrışan işığa görə Türkiyədən Komatsunun dileri TEMSA İş Makinaları şirkəti təklif göndərmiş, qiyməti 1345 avrodur (+18% ƏDV ). “TEMSA X29 Pazarlama ve Satış A.Ş.” şirkətinin xx xxxxxxx 2019-cu il tarixli təklifindən görünür ki, sayrışan işığın dəyəri 1345 Avro təşkil edir. xx xxxxxx 2020-ci il tarixli xx.xx.2020 saylı Ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən xx xxxxxxx 2019-cu il tarixli qüsur aktına əsasən qreyder texnikasının üzərində olan sayrışan işığa görə dəymiş ziyana görə X32 adlı şəxsə 2919,79 manat pul ödənilmişdir. xx xxxxxxx 2019-cu il tarixli H-0549/09/1 saylı Hesabdan görünür ki, CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə göstərilmiş xidmətin dəyəri 1600 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının direktorunun və nümayəndəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında xx xxxxx 2019-cu il tarixdə AT-YD 35/19 nömrəli Xidməti müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh İddiaçı sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi, İddiaçı isə bunun müqabilində Cavabdehnə bu müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, sürücü X1 idarə etdiyi ** JX *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili İddiaçı “RCS” şirkətindən icarəyə götürdüyü Komatsu D 555 markalı avtoqreyderi Bakı şəhərindən Daşkəsən rayonuna apararkən Daşkəsən rayonunun Qızılca kəndində körpünün altından keçən zaman qreyderin üstündə quraşdırılmış sayrışan işıq körpüyə vuraraq sındırmışdır. Qreyderin dəyəri 1345 Avro təşkil edir. İddiaçı tərəfindən xx xxxxxxx 2019-cu il tarixli qüsur aktına əsasən qreyder texnikasının üzərində olan sayrışan işığa görə dəymiş ziyana əsasən X32 adlı şəxsə 2919,79 manat pul ödənilmişdir. CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə göstərilmiş xidmətin dəyəri isə 1600 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti xidmət göstərərək Komatsu D 555 markalı avtoqreyderi Bakı şəhərindən Daşkəsən rayonuna aparmış, lakin xidmət göstərilərkən avtoqreyderin üzərində quraşdırılmış sayrışan işıq sınmış, bununla da tərəflərin müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (xidmətin dəyəri və dəymiş ziyanın ödənilməsi) tələb etmək hüquqları yaranmasına baxmayaraq, tərəflər müqavilə üzrə öhdəliylərini yerinə yetirməmişlər. Tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmələrinə görə bir-birinin qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, iş materialları, tərəflərin nümayəndələrinin izahatları və şahidlərin ifadələri ilə Cavabdeh tərəfindən yük daşıma xidməti göstərilərkən İddiaçı icarəsində olan Komatsu D 555 markalı avtoqreyderin üzərində quraşdırılmış sayrışan işığın sınmaqla məhv olması təsdiq olunur ki, bu halda Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859-cu maddəsinə əsasən yükün məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Eyni zamanda Cavabdeh xx xxxxx 2019-cu il tarixdə AT-YD 35/19 nömrəli Xidməti müqavilənin 3.1.2-ci bəndinə əsasən daşıma zamanı onun təqsiri və ya ehtiyatsızlığı, habelə üçüncü şəxslərin hərəkətləri nəticəsində daşıma obyektinə dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Cavabdehtərəflər arasında bağlanmış xidməti müqavilənin icrası ilə bağlı pozuntunun, yəni qreyderin üzərində quraşdırılmış sayrışan işığın sınması onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qreyderin üzərində olan sayrışan işığın məhv olması nəticəsində İddiaçınə 1.345.00 Avro məbləğində dəymiş zərər Cavabdehndən tutulmalıdır. Məhkəmə ilkin iddia tələbinin sıradan çıxmış internet xətti bərpası üçün ödənilmiş pul vəsaiti hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğin ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də ilkin iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh İddiaçınə daşıma xidməti göstərərək, Komatsu D 555 markalı avtoqreyderi Daşkəsən rayonuna aparmışdır. Belə olan halda məhkəmə hesab edir ki, müqaviləyə əsasən Cavabdeh tərəfindən göstərilmiş 1600 manat məbləğində xidmətin dəyəri İddiaçındən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, sıradan çıxmış qreyderin sayrışan işığının real dəyəri olan 1.345.00 Avro məbləğində pul vəsaiti ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə "Cavabdeh" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən alınaraq " İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli və qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edilmiş hissəsi iddia tələbinin 87,06 faizini təşkil etdiyini nəzərə alaraq ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,11 manat məbləği "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməli, qalan 3,89 manat məbləği isə İddiaçınə aid edilməlidir. Qarşılıqlı iddia təmin edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçındən tutularaq "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Sıradan çıxmış qreyderin sayrışan işığının real dəyəri olan 1.345.00 Avro məbləğində pul vəsaiti ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə "Cavabdeh" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən alınaraq "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,11 manat hissəsi "Cavabdeh" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən alınaraq "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin, qalan 3,89 manat hissəsi isə "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə aid edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə göstərilmiş xidmətlərə görə yaranmış 1600 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətindən tutularaq "Cavabdeh" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-227/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-227/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver