Məhkəmə qərarları › İş №e-2-2(115)-1176/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1176/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1176/2023 29.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 6200 manat zərər məbləğinin və 100 manat mediasiya xərci məbləğinin əvəzi olaraq, cəmi 6300 manat məbləğin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, işin iddia icraatı qaydasına keçirilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1176/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN ********** ) üzərinə götürdüyü daşıma üzrə müqavilə öhdəliklərini lazımınca icra etməmiş, bununla da daşıdığı əmlaka ziyan vurmuşdur. Belə ki, şirkətləri Almaniyadan BMW X-5 markalı 99PT696 dövlət qeydiyyat nişanlı avtomobil alaraq, 2020-ci ilin dekabr ayında Gürcüstanın Poti şəhərinə gətizdirmişdir. Daha sonra şirkətin Cavabdeh ilə razılaşmasına əsasən o, həmin avtomobili Potidən Bakıya gətirməyi öhdəsinə götürmüşdür. Razılaşmaya görə Cavabdeh həmin avtomobili idarə etmədən, digər avtomobillərlə yanaşı yük avtomobilinin üzərinə qoymaqla gətirməli idi. Cavabdeh həmçinin bildirmişdir ki, treyler üzərində daşınan avtomobillər, o cümlədən, onlar üçün daşınacaq avtomobil sığortalanmışdır. Lakin avtomobil Bakıya gətiriləndən sonra məlum olmuşdur ki, cavabdeh bu şərtə əməl etməmişdir. Daşınmadan əvvəl Cavabdeh avtomobili Potidə təhvil alarkən videosunu çəkib, onun whatsapp nömrəsinə göndərmişdir. Videoda maşının salonu olan hissəsində kilometrajda 159.063 mil olduğu aydın görünür. 29 dekabr 2020-ci il tarixində saat 11.00 radələrində Meyvəli ərazisində yerləşən gömrük məntəqəsində avtomobil yük daşıma treylerindən düşürülüb, Əliş tərəfindən şirkətin rəhbəri olaraq ona təhvil verilmişdir. Avtomobilə əyləşib, qeydiyyat üçün müayinə məntəqəsinə növbəyə keçmişdir. Növbədə avtomobillə hərəkət etdikdə mühərrikdən gələn səs onu narahat etmişdir. O aldığı videoda olan kilometrajı ilə (159.063 mil) avtomobili təhvil aldığı andakı kilometraj (159.290 mil) göstəricilərini müqayisə etmiş və bu iki göstərici arasında 227 mil (365 km) fərq aşkar etmişdir. Bu zaman o, Əlişi çağırıb, öz telefonu ilə kilometraj lövhəsinin şəklini çəkib, onun whatsapp nömrəsinə göndərməyi xahiş etmişdir. Cavabdeh bunu etdikdən sonra ona məsələni danışmışdır. Bildirmişdir ki, avtomobil 350 km sürülüb və buna görə də mühərrikdə səs əmələ gəlmişdir. Əliş avtomobilin sürülməsini inkar etmişdir. O, avtomobili avtoservisə aparmışdır. Oranın mütəxəssisləri müayinə edib, təmirin xərcinin 6000-7000 manat arası olacağını, daha dəqiqini isə mühərrik söküləndə bilinəcəyini demişlər. Təmir müəssisəsindən verilmiş zərər haqqında rəyə əsasən avtomobilə dəymiş zərərin dəyəri 6200 manat təşkil edir. O, aldadıldığını düşünüb, Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Orada aparılmış ilkin araşdırma gedişində Cavabdeh avtomobili onun işçisi tərəfindən sürüldüyünü deyib, zərəri ödəyəcəyini bildirmişdir. Sonra cavabdeh nağd olaraq ona 1000 manat ödəmişdir. Ödənişin qalanını isə sonra ödəyəcəyini bildirmişdir. Lakin sonra ödənişdən yayınmağa başlamışdır. Avtomobilin istifadəsinə başlamaq üçün mühərriki olduğu kimi söküb, əvəzinə yenisini alıb, quraşdırmışlar. Hal-hazırda mühərrik olduğu vəziyyətdə saxlanılır və istənilən vaxt ekspert müayinəsinə təqdim edilə bilər. Cavabdeh şirkətləri üçün göstərdiyi daşınma öhdəliyini lazımınca icra etməmiş, bununla da avtomobilə zərər vurmuşdur. Qanunla nəzərdə tutulmuş qaydada mediatora müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirakdan imtina etmişdir. İddiaçı tərəfindən ilkin mediasiya xərci olacaq mediatora 100 manat ödənilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəmə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ilə onun arasında nə yazılı, nə də şifahi formada hər hansı alqı-satqı, daşıma müqaviləsi bağlanılmamışdır. İddiaçı iddia tələbini ona qarşı deyil mübahisə predmeti olan avtomobilin daşınması üçün etibarnamə vermiş olduğu və ödəniş etdiyi Nəbiyev Eldənizə qarşı qaldırmalı idi. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin əsaslı olmasını sübut etmiş olsaydı belə, avtomobilə dəymiş zərərin avtomobilin daşınmasından əvvəl daşıma dövründə və ya daşınma prosesi yekunlaşdıqdan sonra əmələ gəlməsini sübut etmək zərurəti də yaranacaqdır. Həmçinin, 27 sentyabr 2023-cü il tarixli hazırlıq iclasında da qeyd etdiyi kimi 2019-cu ildən sonra Gürcüstan Respublikasında olmamışdır. Bununla bağlı xarici pasportun surətini təqdim etməyi tələb edilsə də, sonuncu dəfə xarici pasportunu xx.xx.2022-ci il tarixdə müddəti bitməsinə görə dəyişdiyi zaman əvvəlki xarici pasportunu Asan xidmət mərkəzində ondan geri tələb etmişlər. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı MMC-nin ona qarşı olan iddiası tam əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, bu hadisələr 2020-ci ilin dekabr ayının sonunda olmuşdur. Aralarında müqavilə olmayıb, şifahi razılaşma olmuşdur. Cavabdeh maşını Poti limanından götürmüşdür. İddiaçı yeni mühərrik alıb dəyişdirmişdir. İddiaçı MMC telefon satışı üzrə fəaliyyət göstərir, şirkətin işlərini görmək üçün maşın gətirdmişlər. Cavabdehin etirazında göstərdiyi dəlillər əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, onun Əlişlə tanışlığı pandemiya dövründə olmuşdur. O, internetdən Məzahir adlı şəxsin əlaqə nömrəsini götürmüşdür. Onunla danışıq zamanı bildirmişdir ki, bu işlərlə Əliş məşğul olur. Buna görə də Əlişlə əlaqə saxlamışdır. Bütün yazışmalar onun telefonundadır. Əlişin əvvəl dediyi ilə sonra dediyi uyğun gəlmir. Sürücü Əlişə avtomobilin kilometrajının videosunu göndərmişdir, Əliş həmin videonu ona yönləndirmiş, daha sonra Əliş şəxsən avtomobilin kilometrajının videosunu çəkərək ona göndərmişdir. 2 video üzrə avtomobilin kilometrajı arasında 350 km fərq var idi. Onun bütün danışıqları 2020-ci ilin dekabr ayından etibarən Əlişlə olmuşdur. Razılaşmışlar ki, avtomobili evakuatorun üzərində Potidən Meyvəlidəki gömrük məntəqəsinə gətirəcəkdir. Avtomobil 20 dekabr 2020-ci il tarixində Potidən götürülməli 26-27 dekabr tarixində Meyvəliyə gətirilməli idi. Əliş ona bildirmişdir ki, sürücüyə etibarnamə verməlidirlər. Etibarnaməni vermiş və 300 dolları Əlişin dediyi həmin sürücünün hesabına ödəmişlər. Ümumilikdə, 600 dollara razılaşmışlar. Avtomobilin açarını da Əlişdən almış, qalan 300 dolları da Əlişə vermişdir. Avtomobili təxmini 27 dekabrda Əlişdən götürmüşdür. Həmin vaxt Əlişin yanında 1-2 nəfər var idi. Avtomobildən səs gəldi, həmin vaxt kilometraja baxanda görmüşdür ki, avtomobili 350 km sürülmüşdür. Bu barədə Polisə məlumat vermişdir. Əliş ona avtomobili təmir edəcəyini bildirmişdir. Tək xarab etdiyi detalın qiyməti 8000 manatdır. Əliş qeyri-qanuni yollarla blok gətirmək istəmişdir. Sonda Əliş ona bildirmişdir ki, hara şikayət edirsə etsin, ona heç nə ödəməyəcək. Şirkətləri mobil operatorlarla fəaliyyət göstərirdi, hazırda reklam materialları idxal edirlər. Avtomobili sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə almışlar. Avtomobilin qiyməti təxminən 30000 dollardır. Əlişlə müqavilə bağlamamışlar. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, avtomobili o yox, Nəbiyev Eldəniz adlı şəxs gətirmişdir. O, sadəcə olaraq vasitəçilik etmişdir. Avtomobilin daşıma pulu da Eldənizə göndərilmişdir. Ona heç bir ödəniş olmayıb. 1000 manat ödənişi də Eldəniz göndərmişdir. Eldəniz daşıyıcılıq fəaliyyəti ilə məşğul olur, o isə fərdi ticarətlə məşğul olur. Həmin vaxt onun maşını da gəldiyi üçün o, gömrük məntəqəsinə getmişdir. Videonu da o yox, Eldəniz çəkmişdir. 2020-ci ilin dekabrında Gürcüstan Respublikasında olmamışdır. Axrıncı dəfə 2018-2019-cu ildə orada olmuşdur. Onun nömrəsini də elan saytına dostu vermişdir. Eldəniz onun dostudur. Nizami rayon 23-cü Polis bölməsində bu məsələ ilə bağlı izahat da vermişdir. Eldəniz hazırda Gürcüstan Respublikasındadır, ayda 1-2 dəfə bura gəlir. Eldənizin əmisi oğlu Elmardan pulu nağd götürmüş “milliön” tətbiqi vasitəsi ilə Siyavuşun kartına ödəmişdir. Sözügedən avtomobil gələrkən onun da "Hyundai" markalı avtomobili gəlmişdir. Onun bu məsələ ilə bağlı heç bir marağı yoxdur. O da avtomobilinin gətirilməsi üçün Eldənizə etibarnamə vermişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, X1 onun atasıdır. Cavabdeh əvvəlcədən tanımırdı, onunla gömrük məntəqəsində tanış olmuşdur. 2020-ci il sonunda Bakı şəhəri, Meyvəli bazarının yaxınlığında yerləşən gömrük məntəqəsində atası ilə birlikdə BMW X5 markalı avtomobili Cavabdeh təhvil almışlar. Təhvil alan zaman daşıma haqqını ona ödəmişlər. Məbləği dəqiq xatırlamır. Cavabdeh avtomobili təhvil alan zaman avtomobilin videosunu çəkib onlara göndərmişdir. Videodan görünürdü ki, avtomobil təmizdir, lakin onlar gömrük məntəqəsində avtomobili təhvil alan zaman avtomobil çirkli, kilometraj isə vidoeda göründüyündən fərqli idi. X2 qədər sürmüşlər. Gümrük məntəqəsində avtomobilə baxarkən həmçinin məlum olmuşdur ki, avtomobilin mühərrikində də problem var. Avtomobilin alınması prosesi ilə atası məşğul olurdu. Pulu Cavabdeh tələb edirdi. Atası pulu orada cavabdehə vermişdir. Məbləğin nə qədər olduğunu tam xatırlamır. Həmin vaxt gömrük məntəqəsində bu məsələ ilə əlaqədar Əlişdən başqa heç kim yox idi. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli zərər aktından görünür ki, 99PT696 dövlət qeydiyyat nişanlı, BMW X5 markalı, 2012-ci il buraxılış illi, boz metallik, ban nömrəsi 5UXZW0C51CL667223 olan avtomobilə dəymiş zərər cəmi 6200 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, 99PT696 dövlət qeydiyyat nişanlı, BMW X5 markalı, 2012-ci il buraxılış illi, boz metallik, ban nömrəsi 5UXZW0C51CL667223 olan avtomobilin mühərrik hissəsinə avtoservis tərəfindən xx.xx.2021-ci il tarixində baxış keçirilmiş, baxış zamanı mühərrikin blok hissəsinin və 1-ci pastelin sıradan çıxması müəyyən olunmuşdur. Hansı ki, bu halın yaranmasının səbəbi mühərrikdə nasazlıq yaranan zaman nəqliyyat vasitəsi dayanmadan idarə edilib və servisə gətirilənə qədər blok və 1-ci pasteldə yeyintilər aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı Şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilmişdir ki, toplanmış material ürzə cinayət hadisəsi olmadığndan işin başlanması rədd edilmiişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, sözügedən avtomobildə yaranmış nasazlıqla əlaqədar onun tərəfindən 1000 manat ödənilmişdir. Onun bu işlə əlaqəsı olmamış, heç bir maddi marağı olmamış, xeyir götürməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020c- il tarxli 195861 nömrəli etibarnamədən görünür ki, İddiaçı Eldəniz Nəbiyevə avtomobilin gətirilməsi üçün etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehin təqsiri nəticəsində ona 6200 manat məbləğində ziyanın dəydiyini iddia etsə də, qanunveriliciyə uyğun olaraq bu halların cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları, tərəflər arasında hüquq münasibətlərini formalaşdıran müqavilə olmamışdır. Halbuki, iddiaçı vergi ödəyicisi olaraq sahibkarıq fəailiyyəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlardan göründüyü kimi cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçı tərəfindən cavabdehə deyil, digər şəxsə avtomobilin gətirilməsi üçün etibarnamə verilmiş və həmin şəxs tərəfindən də, avtomobil gətirilmişdir. Bu səbəbdən, avtomobilin mühərrikində yaranmış nasazlıq ona dəlalət etmir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu halda, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh tərəfindən İddiaçınə ziyan vurulması təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar