Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-29/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Maraqlı şəxs, onun nümayəndəsi-vəkili Nümayəndə2, vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı - cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsi üzrə kreditə görə 150.000 manat, faiz borcuna görə 5.371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155.371,81 manat, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 120.000 manat, faiz borcuna görə 2.700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122.700,54 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun tutulması; tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 155.371,81 manat və xx.xx.2021-ci il tarixli, RBLLF472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat, mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlaklarin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Əsgərov X3 şəhəri, Qurtuluş küçəsi, 33 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti olan Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5 Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, əmlakların boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmetləri olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının və Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsinə əsasən illik 8 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 150 000 manat və xx.xx.2021-ci il tarixli, RBLLF- 472saylı kredit müqaviləsinə əsasən illik 5 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 120 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçı ASCnin Lənkəran filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər xx.xx.2020-ci il tarixli, RBLLF- 447saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 150 000 manat, faiz borcuna görə 5371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155 371,81 manat təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2021-ci il tarixli, RBLLF472 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 120 000 manat, faiz borcuna görə 2700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122 700,54 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixli, RBLLF-472saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı Sonrakı İpoteka müqaviləsi və mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı İpoteka müqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka və Sonrakı İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2002 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF447 saylı kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939,37 (iki yüz yetmiş səkkiz min doqquz yüz otuz doqquz manat, otuz yeddi qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutma Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binasına və Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 380.000 (üç yüz səksən min) manat və Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 (bir yüz qırx dörd min) manat məbləğində olmaqla açıq hərracda satılması, Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının satışından əldə ediləcək vəsait hesabına xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pul İddiaçı ASC-yə olan borcun ödənilməsi, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pul İddiaçı ASC-yə olan borcun ödənilməsi, Tutma ipoteka predmetlərinə yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın və dövlət rüsumu kimi ödənilmiş 168,07 manatın Cavabdeh4 və ya Cavabdeh5 əmlakı hesabına ödənilməsi digərinin əmlakı hesabına ödənilməsini, Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh4 qaytarılması, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh5 qaytarılması, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası və Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi 1 ay ərzində boşaldılması, İddia qalan hissədə rədd edilməsi, İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi, İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 900 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh5, 500 manatı isə Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, "xxxx" ASC “Müştərək Xidməti Departamenti”, Bankın kodu: 805250, Müxbir hesab AZ03NABZ013501**********2944, SWİFT: İBAZAZ2X, Hesab № AZ20İBAZ********************) ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e2-2(121)474/2022 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh3 kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli 2-2(106)-19/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan maraqlı şəxs Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixində e-2-2 (121)-474/2022 saylı qətnaməsinin qismən, yəni, İddiaçı ASC-nin cavabdeh X2 qarşı tutmanın ünvan 4 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və qeyriyaşayış binasının boşaldılması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı üçüncü şəxsin apelyasiya şikayətinə etiraz göndərərək, kommersiya mübahisəsi üzrə münasibətlərin hamısına artıq 3 dəfə Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən hüquqi qiymət verildiyini, 3-cü şəxs Maraqlı şəxs vəkili tərəfindən verilmiş vəsatətin sadəcə işin hamıya bəlli olan hallarının təkrar olaraq sadalanmasından ibarət olduğunu, vəsatəti təmin etməyərək iş üzrə yekun məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Maraqlı şəxs, onun nümayəndəsi-vəkili Nümayəndə2 və vəkili Vəkil apelyasiya icraatı zamanı verdikləri izahatlarında, apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixində e-2-2 (121)- 474/2022 saylı qətnaməsinin qismən, yəni, İddiaçı ASC-nin cavabdeh X2 qarşı tutmanın ünvan 4 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və qeyri-yaşayış binasının boşaldılması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmiş, İddiaçı ASC məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2002 saylı qətnaməsini Maraqlı şəxs apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə ( mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2- 2(121)-474/2002 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 8 faiz dərəcəsi ilə 60 ay müddətinə bağçılığın inkişafı məqsədilə 150.000 (bir yüz əlli min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 07 aprel 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 5 faiz dərəcəsi ilə 60 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 120.000 (bir yüz iyirmi min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı ipoteka müqaviləsinə əsasən, 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 məxsus, Bakı şəhəri, ünvan 5 ünvanında 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən 163.33 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 11 mart 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-712 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 150.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 5.371,81 manat, cərimə borcu 0.00 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 155.371,81 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-711 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 120.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 2.700,54 manat, cərimə borcu 0.00 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 122.700,54 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair pretenziyalar göndərilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı və 10 mart 2021ci il tarixli, RBLLF-472 saylı müqavilələr əsasında aldığı kredit üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsinə dar bildirişin dövlət qeydiyyatı barədə” məktubun surətindən görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.066633 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasına ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan “Müraciətin qəbulu və dövlət rüsumun ödənilməsi barədə təsdiqetmə bildiriş”lərindən görünür ki, İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ümumilikdə 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 27 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarından olan “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı ASC hazırkı iddia üzrə 168,07 manat məbləğində (qəbzin nömrəsi: 8********) dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2022-ci il tarixli, 9/4220 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2020ci il tarixli RBLLF-447 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 150.000 manat, faiz borcu üzrə 5373,96 manat, xx.xx.2021-ci il tarixli RBLLF-472 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 119.999,50 manat, faiz borcu üzrə 2699,99 manat müəyyən olunur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2418/SQ saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aktından görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında, istifadədə olan 0.06633 ha torpaq sahəsi üzərində 1.197.7 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (kommersiya obyektinin) 14 iyun 2022-ci il tarixinə bazar dəyəri 450.000 manat, likvid dəyəri 380.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 929 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 500 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2431/SQ saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aktından görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 6 ünvanında, mülkiyyətində olan 0.0913 ha torpaq sahəsi üzərində yerləşən, 163.3 kv.m. ümumi sahədən ibarət, 2 mərtəbəli fərdi yaşayış evinin 14 iyun 2022-ci il tarixinə vizual bazar dəyəri 170.000 manat, vizual likvid dəyəri 144.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 929 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 400 manat təşkil etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsinə əsasən illik 8 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 150 000 manat və xx.xx.2021-ci il tarixli, RBLLF-472saylı kredit müqaviləsinə əsasən illik 5 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 120 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçı ASC-nin Lənkəran filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2020-ci il tarixli, RBLLF- 447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 150 000 manat, faiz borcuna görə 5371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155 371,81 manat təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2021-ci il tarixli, RBLLF472 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 120 000 manat, faiz borcuna görə 2700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122 700,54 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixli, RBLLF- 472saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası xx.xx.2021ci il tarixli, RBLLF-472 saylı Sonrakı İpoteka müqaviləsi və mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı İpoteka müqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka və Sonrakı İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Maraqlı şəxs apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni, İddiaçı ASC-nin cavabdeh X2 qarşı tutmanın ünvan 4 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və qeyri-yaşayış binasının boşaldılması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, Cəlilabad şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli, 04 nömrəli qərarı ilə Maraqlı şəxs Cəlilabad şəhəri, Qurtuluş küçəsində 0,09 ha (900 kv.metr) torpaq sahəsi verilmişdir. Bundan sonra Cəlilabad şəhər bələdiyyəsi ilə Maraqlı şəxs arasında 01 aprel 2004-cü il tarixli, 58 nömrəli «torpaq icarəsi» müqaviləsi bağlanmışdır. Cəlilabad rayon İcra Hakimiyyəti BaşçısıAparatının Memarlıq və Tikinti Şöbəsinin Layihə-smeta sənədinə əsasən Maraqlı şəxs kommersiya obyektinin tikintisinə icazə verilmişdir. Maraqlı şəxs həmin torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq bir girişli, iki mərtəbəli kommersiya obyekti inşa etmiş və qəbul komisiyasının 15 mart 2010-cu il tarixli aktı əsasında onun istismara qəbul edilmişdir. Həmin tarixdən «Orxan» şadlıq sarayı kimi fəaliyyət göstərən kommersiya obyekti fasiləsiz olaraq Maraqlı şəxs Sahibliyində və istifadəsində olmuşdur. Maraqlı şəxs 2019-cu ilin iyun ayında əvvələr tanıdığı və yaxın münasibətdə olduğu, həmkəndlisi Cavabdeh2 ilə söhbət zamanı ona sahib olduğu «Orxan» şadlıq sarayına çıxarış almaq istədiyini bildirmiş, Cavabdeh2 isə Maraqlı şəxs köməklik edəcəyini bildirərək bunun üçün pul və etibarnamə verməsi lazım oldduğunu bildirmişdir. Maraqlı şəxs ona etibar etdiyi üçün və özü Rusiya Federasiyasına getdiyi üçün Cavabdeh2 eibarnamə verərək Rusiya Federasiyasına getmişdir. Cavabdeh2 isə onun etibarından sui-istifadə edərək «Orxan» şadlıq sarayını öz adına rəsmiləşdirmiş, sonra isə əmlakı həqiqi dəyərindən az məğləğə qardaşı oğlu Cavabdeh4 satmışdır. Bundan sonra iddiaçı Maraqlı şəxs Cavabdeh2 və Cavabdeh4 qarşı Cəlilabad rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 4 ünvanında yerləşən «Orxan» şadlıq sarayının özgəninkiləşqdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövldət reyestrindən çıxarış da daxil olmaqla həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Cəlilabad rayon məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(073)127/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Həmin qətnamədən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsində baxılan həmin müddətdə, yəni 07 aprel 2020-ci il tarixində Rabitəbank ASC tərəfindən Cavabdeh4 150000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi mübahisəli qeyri-yaşayış binasını(Orxan şadlıq sarayını) İddiaçı ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. X4 Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(016)-141/2021 saylı qətnaməsinə əsasən Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad rayon məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(073)127/2020 saylı qətnaməsi ləğv edilmiş, ünvan 4 ünvıanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri, 14 saylıNotariat Kontorunda bağlanmış 20 iyun 2019-cu il tarixli müqavilə, (reyestr 4Ə-500) və həmin müqavilədən irəli gələn hüquqi nəticələr, o cümlədən daşınmaz əmlakın Cavabdeh4 adına qeydə alınması və onun adına verilmiş 27 iyun 2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız hesab edilmişdir. ünvan 4 Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Maraqlı şəxs xeyrinə həmin qətnamə qəbul edildikdən belə sonra, yəni 10 mart 2021-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh4 və Cavabdeh3 120000 manat məbləğində təkrar kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi mübahisəli qeyri-yaşayış binasını(Orxan şadlıq sarayını) İddiaçı ASC tərəfindən sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(016)-141/2021 saylı qətnaməsi hazırda da qüvvəsindədir. Göründüyü kimi bütün hüquqi vasitələr Maraqlı şəxs xeyrinə həll edildiyindən Cəlilabad rayon İcra və Probasiya 13 sentyabr 2021-ci il tarixli aktı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(016)-141/2021 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə icra hərəkətləri başa çatmış və ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası(Orxan Şadlıq sarayın) Maraqlı şəxs təhvil verilmişdir. Eyni zamanda bütün hüquqi vasitələrin Cavabdeh4 əlehinə tükəndiyini görən "xxxx" ASC mübahisəli əmlakın, yəni ünvan 4 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyriyaşayış binasının üzərində yüklülüyün saxlanılması tələbinə dair iddia ərizəsi ilə Maraqlı şəxs qarşı Cəlilabad rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı ASC-nin həmin iddiasına qarşı Maraqlı şəxs İddiaçı ASC-yə qarşı əmlakın yüklülükdən çıxarılması, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülüyə dair qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Cəlilabad rayon məhkəməsinə müraciət etmişdir. Cəlilabad rayon məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin həmin iddiası əsassız olduğundan təmin edilməmiş, cavabdeh Maraqlı şəxs isə həmin işə üzrə İddiaçı ASC-yə qarşı ünvan 4 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının (Orxan Şadlıq sarayı) bankın yüklülüyündən azad edilməsi barədə qarşılıqlı iddiası təmin edilmiş, eyni zamanda həmin qətnamə ilə İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanılmış 07 aprel 2020-ci il tarixli ipoteka müqaviləsinin və 11 mart 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli qeyri-yaşayış binasının yüklülüyünə dair Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Cəlilabad rayon məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(073)- 498/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi mübahisəli qeyri-yaşayış binasına dair bütün məhkəmə qətnamələri Maraqlı şəxs xeyrinə qəbul edilmiş və həmin məhkəmə qətnamələrində mübahisəli qeyri-yaşayış binasının bir daha Maraqlı şəxs mülkiyyətində olması öz təsdiqini tapmış və həmin qətnamələr qanuni qüvvəsini almışdır. Qanunvericiliyin onlara verdiyi hüquqlardan sui-istifadə edən İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mösüm qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. Tələbinə dair iddia ərizəsi ilə bu dəfə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Abdllayev tərəfindən 23 noyabr 2022-ci il tarixində e-2-2 (121)- 474/2022 saylı iş üzrə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir və həmin qətnamədə tutmanın ipoteka predmetinə yönəldilməsi, hərrac vasitəsi ilə satılması və boşaldılması qət edilmiş əmlaklardan biri də, Arastun Həzrətqulu oğluna məxsus ünvan 4 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasıdır ki, hansı ki, həmin qeyri-yaşayış binası Cəlilabad rayon məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsinə əsasən bankın yüklülüyündən azad edilmiş, İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanılmış 07 aprel 2020-ci il tarixli ipoteka müqaviləsi və 11 mart 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, mübahisəli qeyri-yaşayış binasının yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeyd ləğv edilmişdir. Məhkəmə qətnaməsidən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qanunvericiliyin tələbinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, heç kim mülkiyyətindən məhrum edil bilməz və hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Lakin birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən irəli sürülən formal dəlillərlə kifayətlənmişdir Bütün yuxarıda qeyd edilən və Maraqlı şəxs xeyrinə həll edilmiş bu xüsusatlar halda Şirvan Kommersiya məhkəməsi tərəfindən hansısa səbəblərdən nəzərə alınmamış, Maraqlı şəxs kimi işə cəlb edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2024-ci il tarixli qərarından müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-992/2024 saylı qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsinə dair hissəsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə cavabdeh apelyasiya məhkəməsinin qətnaməsini mübahisələndirərək hesab etmişdir ki, Cavabdeh4 mübahisəli qeyri-yaşayış binasını qanuni əsaslarla öz mülkiyyətinə keçirməmişdir. Buna görə də, Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq mübahisəli qeyri-yaşayış binasının iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilməsi üçün də qanuni əsaslar olmamış və hazırda da həmin əmlakın, yəni mübahisəli qeyri-yaşayış binası üzərində iddiaçı Bankın xeyrinə ipoteka yüklülüyünün saxlanılması üçün əsaslar yoxdur. Həmin əmlak üzərində ipoteka yüklülüyünün qalması isə Maraqlı şəxs mülkiyyət hüquqlarını pozur. Cavabdeh4 və Cavabdeh3 həmin vaxt İddiaçı ASC-yə həmin əmlak barədə məhkəmə mübahisəsinin olduğunu məqsədli şəkildə bildirməmiş, İddiaçı ASCdə bunu aydınlaşdırmadan kredit vermiş və mübahisəli əmlakı ipoteka predmeti kimi qəbul etmişdir. Halbuki, kredit müqavilələri bağlanmamışdan əvvəl məhkəmə çəkişmələri və qətnamələri olmuşdur. Göründüyü kimi Cavabdeh3 və Cavabdeh4 öz məqsədlərini Maraqlı şəxs əmlakı hesabına həyata keçirməyə nail olmuşlar. Maraqlı şəxs mülkiyyətində olan mübahisəli əmlakın, yəni ipoteka predmeti olan əmlakın İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi qanunsuz olmuş və hazırda da ipoteka saxlayan həmin əmlakı yüklülükdən azad etməməklə Maraqlı şəxs mülkiyyət hüquqularını pozmaqda davam edir. Həmin əmlakın Bank qarşısında ipoteka ilə yüklü qalması üçün heç bir qanuni əsas olmamış və hazırda da yoxdur. Maraqlı şəxs qanuni əsaslarla əldə etdiyi mübahisəli əmlak üzərində hazırda tam şəkildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Həmin iş üzrə apelyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanan ipoteka müqavilələri bağlanan zaman həmin əqdlərin zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu halları müəyyən edilmir. Həmin əqdlər bağlanan anda etibarlı olmuşlar. Ona görə də Maraqlı şəxs ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi, yüklülüyünə dair reyestri xidmətində aparılmış qeydin ləğv edilməsi tələbin dair qarşılıqlı iddiası da əsassız olduğundan təmin edilməməlidir. Maraqlı şəxs hazırkı iş üzrə apelyasiya şikayətinin dəlillərində Rabitəbank» ASC-nin cavabdeh X2 qarşı tutmanın ünvan 4 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və qeyri-yaşayış binasının boşaldılması hissəsində ləğv edilməsini xahiş etsə də, yuxarıda qeyd edilən məhkəmə aktları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdehlər arasında ipoteka müqaviləsi bağlanan zaman mübahisəli obyekt Cavabdeh4 mülkiyyətində olmuşdur, yəni müqavilə bağla zaman iddiaçı Rabitəbank» ASC vicdanlı hərəkət etmişdir. Bundan başqa kollegiya qeyd edir ki, Maraqlı şəxs apelyasiya şikayətinin dəlillərində Cavabdeh4 adına olan çıxıraşın etibarsız hesab edilməsini göstərsə də, İddiaçı ASC ilə cavabdehlər arasında kredit müqaviləsi bağlanarkən və ünvan 4 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası (Orxan şadlıq sarayı) ipoteka ilə yüklü edilərkən mübahisəli obyekt xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olmuşdur. Göründüyü kimi Mülki Məcəllənin 140-cı maddəsinin (Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.) tələbləri baxımından İddiaçı ASC vicdanlı hərəkət edərək reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun hərəkət etmiş, müqavilə bağlanarkən Maraqlı şəxs deyil Cavabdeh4 mülkiyyətində olan daşınmaz əmlakı ipoteka ilə yüklü etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-29/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-29/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver