Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-1/2021 19.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsinə qarşı xx.xx.2019-cu il tarixli qərarın (İcra vərəqi) ləğv edilməsi və 30168 manat borcun (cərimənin) silinməsi tələbinə dair iqtisadi iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2-2(84)-129/2019 saylı qətnaməsi ilə (hakim İlqar Cabbarov) İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsinə qarşı xx.xx.2019-cu il tarixli qərarın (İcra Vərəqi) ləğv edilməsi və 30168 manat borcun (cərimənin) silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyаsının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(84)- 129/2019 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli, 2-2(102)-52/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyаsının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2019-cu il tarixli qərarın (İcra Vərəqi) ləğv edilməsi və 30168 manat borcun (cərimənin) silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Yevlax rayonu Aran qəsəbəsində yerləşir. xx xxxxxxx 2004-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə” (VÖEN **********) də verilmişdir. 10/71 №-li “Dövlət qeydiyyatı haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı xx xxxxxx 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Həmçinin xx xxxxxxxx 2006-cı ildə İddiaçı Nizamnaməsi də qəbul edilmişdir. xx xxxx 2019-cu ildə “xxxx” ASC-nin əməkdaşları (A.Babayev, B.Hacıyev və R.Əhmədov), həmçinin Yevlax RETSİ-nin Satış rəisi E.Nuriyev tərəfindən İddiaçı Meliorasiya və X21-3 nasos stansiyasının sayğacına baxış keçirilmiş və baxışın nəticələrinə dair 005485 №-li akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, “baxış zamanı müəyyən olundu ki, sayğacın sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalı bazada 120 qeyd olunsa da, faktiki olaraq K=160 göstərir”. Bundan sonra “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxx 2019-cu il tarixli icra vərəqi verilmişdir. Həmin icra vərəqində göstərilmişdir ki, sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalı bazada K=120 qeyd olunsa da, faktiki olaraq K=160 göstərir. Cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmayıb. Həmin icra vərəqinin sonunda qərar qəbul olunaraq 8380 göstərici x (160 əmsal-120 əmsal)=335200 kv.st enerjinin dəyərinin ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıya 005485 saylı akta (akt əsasında qəbul olunmuş qərara) əsasən, 30168 manat (335200 kv.st x 0,09=30168) cərimə hesablanmışdır. Abonentin saldosundan da görünür ki, 2019-cu ilin yanvar ayı ərzində heç bir sərfiyyat olmamış, fevral ayında 40800 kvt.saat, mart ayında isə 15600 kvt.saat enerji sərf edilmişdir. Yəni aylıq bu qədər az sərfiyyat olan halda qərarda 335200 kvt.saat enerji itkisinin göstərilməsi qanunsuz və ədalətsizdir. Bundan başqa, akt tərtib edilməmişdən bir ay əvvəl də sayğaca baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmiş, sadəcə aylıq sərf edilmiş məbləğ hesablanmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 315s №-li sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri əvəzsiz olaraq “xxxx” ASC-nin balansına verilsin. Həmin Sərəncam əsasında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən xx xxxxxx 2013-cü il tarixli 039ü saylı əmr verilərək nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASC-yə təhvil- təslim edilməsi əmr edilmişdir. Həmin Sərəncam və əmrin əsasında 2014cü ildə akt tərtib edilərək İddiaçı balansında olan transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri, o cümlədən Aran-3 nasos stansiyası X3 balansına verilmişdir. Həmin aktı Yevlax EŞ- nin rəisi, həmçinin baş mühəndis və baş mühasibi də şəxsən imzalamışlar. Göründüyü kimi, həmin nasos stansiyası artıq 5 ildir ki, X3 balansındadır. İddiaçı, onun hər hansısa bir əməkdaşı tərəfindən həmin nasos stansiyasına və sayğaca müdaxilə edilməsi mümkün deyildir. Ona görə də hesab edir ki, hesablaşma cihazı olan sayğac iddiaçının cavabdehliyində olmadığı üçün bu sayğacda olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Göründüyü kimi cavabdehin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən subyekti düzgün müəyyən etməmişlər. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları A.Babayev. B.Hacıyev, R.Əhmədov tərəfindən Yevlax EŞ-nin Enerji satış Sahəsinin Balans şöbəsinin rəisi Elşad Nuriyevin iştirakı ilə İddiaçı Meliorasiya və X21-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən sayğac-uçot dəstinə baxış keçirilmişdir. Baxış keçirilən zaman “sayğac sxemində quraşdırılmış C/T-larının (cərəyan transformatorlarının) əmsalı iddiaçının X3 “Proqram bazası”nda qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İA=054; İB=110A olduqda ib=0.68A; İc=110A olduqda ic=0.68A göstərir. Nəticədə K=160. C/T-nın əmsalı K=160 göstərir. C/T- larınının üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transformatorun 04 kv ucluqları sarınıb, faktiki axan yük: Pf=60 kvt. Psay=45 kvt (qırx beş). İşlədicilərin ümumi gücü 60+250kvt. P üm=310 kvt. C/T rəyə aparıldığı üçün işlədicilər birbaşa qoşuldu. Güc transformatoruna görə S=400 kva olduğu müəyyən edilmişdir. Aşkar olunmuş enerji pozuntularına görə əməkdaşları tərəfindən iddiaçı barəsində " X2 Qaydaları”nın (“EEİQ”) tələbinə uyğun olaraq xx xxxx 2019-cu il tarixli, NDQ 005485 saylı akt tərtib edilmişdir. Aktın tərtibatında iddiaçı “X13 idarəsi”–nin nümayəndəsi Arzu Səfərovun iştirakı qeyd edilməsinə baxmayaraq o, Aran-3 Nasos stasiyasının elektrik enerjisi ilə təchiz edən sayğac uçot dəstinə baxış keçirilməsində iştirak etməkdən imtina etmişdir. Belə ki, sayğac uçot dəstinə baxış keçirilərkən Nasos stansiyası işləməsinə baxmayaraq həmin stansiyaya nəzarət etməyə məsul olan Arzu Səfərov iş yerində olmamışdır. Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən onunla mobil telefon vasitəsi ilə əlaqə yaradılaraq sayğac uçot dəstinə baxış keçirilməsində iştirak etməsi xahiş edilsə də o, iş yoldaşının Mingəçevir şəhərində keçirilən toy şənliyində iştirak etdiyini bildirərək iş yerinə gəlməkdən imtina etmişdir. Enerjitəchizatı müəssisəsinin pozuntu faktını aşkar etmiş əməkdaşları tərəfindən pozuntu faktının video çəkilişi aparılmışdır. "EEİQ"-nin pozulmasına dair tərtib olunmuş aktın tələb hissəsində, “C/T-larının yenisi quraşdınlanadək sərfiyyat işlədicilərinin ümumi gücünə uyğun verilsin, çıxan C-/T-larınını transformasiya əmsalı K=160 olduğu halda üzərində K=120 göstərilən pasport yapışdırılıb, C-/T-larına rəy verilsin” qeydiyyatı aparılmışdır. "EEİQ"-nin pozulmasına dair tərtib olunmuş Akta əsasən "xxxx" ASC-də fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı "İddiaçı”-nə dəyəri 30168,00 manat təşkil edən 335200 kvt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədi ilə əlavə sərfiyyat hesablanmışdır. Sayğaca baxış keçirilən zaman, yəni xx.xx.2019-cu il tarixdə sayğac göstəricisi-8380 olmuşdur. (8380 göstərici x (160 əmsal 120 əmsal) = 335200 kvt.s) Sayğac Sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 044952 nömrəli aktın surətindən görünür ki, "xx.xx.2019-cu il tarixli, NDQ 005485 saytı akta əsasən C/T-ları sökülüb rəy verilməsi üçün qutuya qoyulub 982062 №-li möhürlə möhürlənib laboratoriyaya göndərilmişdir. C/T-ru transformasiya əmsalı K=160 göstərir. Yeni C/T-ru (K-120) olmadığından yük birbaşa qoşuldu, yeni C/T-ru qoşulana qədər sərfiyyat P=320 gücə uyğun verilsin” qeydiyyatı aparılmışdır. İddiaçı balansında olan Aran- 3 Nasos Stansiyasını elektrik enerjisi ilə təchiz edən “Viko-CX5CH2” tipli, zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı xx.xx.2018-ci il tarixdə istismarda olmuş C500.KMY2256 tipli zavod nömrəsi 73310029 olan elektrik hesablama sayğacı keçən enerjinin miqdarını qeyd etmədiyi səbəbindən yeni “Viko-CX5CB2” tipli zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. İddiaçıya elektrik enerjisinin istehlakına görə 005-185 №-li Akt əsasında hesabat sayğacın quraşdırıldığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövr üçün aparılmışdır. Hesabat aparılarkən iddiaçı "İddiaçı"-nə qarşı Enerjitəchizatı müəssisəsi tərəfindən hər-hansı bir qanunsuz və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Hesabat “Qaydalar’ın tələblərinə uyğun olaraq düzgün aparılmışdır. "EEİQ"-nin 8.17-ci bəndində göstərilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şiışəsi sındırıldıqda və s.). uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşu/dııqda enerjiləchizaı müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, eleklrikqəbııledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Göründüyü kimi qanunverici istehlakçının təqsirinin 3 halını hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulmasını müəyyən edir. Həmin Qanunvericiliyin tələbinə görə enerjitəchizatı müəssisəsinə yenidən hesablaşma aparılması hüququ o halda verilir ki. istehlakçının təqsirindən qeyd olunan enerji pozuntuları hallarından biri aşkar olunsun. Hazırkı işdə də toplanılmış şənədlərlə təsdiq olunur ki, İddiaçı balansında olan "Aran-3 " Nasos stansiyasına quraşdırılmış elektrik hesablaşma sayğacına qəsdən X2 göstərişini azaltmaq məqsədilə "sayğac sxeminə daxil olan C/T-larının üzərinə əmsalın “K=120” olduğu qeyd olunan pasport yapışdırılmışdır va bu səbəbdən sayğacın qeyd etdiyi elektrik enerjisi sərfiyyatına görə hesablama sayğacın sərfiyyat göstəricisinin 160 əmsala vurularaq aparılmalı olduğu halda 120 əmsala vurulmaqla aparılmışdır ki, bununla da enerji uçotu pozulmuşdur. EEİQ”-nın 5.3-cü bəndində göstərilir ki, Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir. Həmin "Qaydalar 5.3.1-ci bəndinə görə hava budaqlanmasında- binada. xüsusi yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda: İddiaçı barəsində “EEİQ"-nın pozulmasına dair tərtib olunmuş aktın surətindən görünür ki, əməkdaşları tərəfindən iddiaçının istifadəsində və məsuliyyət dairəsində olan elektrik hesablaşma sayğacına İddiaçı nümayəndəsi Arzu Səfərovun baxış keşirilməsində iştirak etməkdən imtina etdikdən sonra baxış keçirilən zaman sayğac sxeminə daxil olan C/T-ların əmsalı faktiki olaraq 160 olduğu halda C/T-nın üzərinə 120 əmsal göstəricili pasport yapışdırıldığı və bu səbəbdən istehlak edilmiş elektrik enerjisinə görə hesabat 120 əmsalla aparılması müəyyən edilmişdir. Məhz aşkar edilmiş həmin enerji pozuntuları da aktın tərtib olunmasına səbəb olmuşdur. İddiaçı ilə cavabdeh “xxxx” ASC arasında “Enerjitechizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonraabonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx xxxxxx 2019-cu il tarixli, müqavilə bağlanmışdır və elektrik enerjisinin ötürülməsi və istehlakı ilə əlaqədar hesablaşmalar iddiaçıya məxsus “Aran-3" nasos stansiyasına quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən aparılır. Odur ki, əməkdaşlarımız tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçı “X14 İdarəsinin Aran-3 Nasos stansiyasında quraşdırılmış elektrik hesablama sayğacına iddiaçının nümayəndəsi A.Səfərovun iştirakı ilə birlikdə baxış keçirilən zaman enerji pozuntuları aşkar edilmiş və bu səbəbdən iddiaçı barəsində “EEİQ”nın pozulmasına dair mübahisələndirilən akt tərtib olunmuşdur. İş üzrə xx.xx.2019cu il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iddiaçının vəkili mübahisələndirilən aktın nə üçün qeyri iş günü olan xx xxxx 2019-cu il tarixində tərtib olunduğunu, həmin gün ümumiyyətlə Aran-3 Nasos stansiyasının işləmədiyini bildirərək məhkəməyə yanlış məlumat vermişdir. Belə ki, iddiaçıya məxsus Aran-3 Nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının uçot dəstinə "xxxx" ASC-nin Satışa Nəzarət Departamentinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə baxış keçirilməsi Azərbaycan Republikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli. 18 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘X2 Qaydalarının tələblərinə riayət edilməklə həyata keçirilmişdir. “xxxx" ASC-nin Satışa Nəzarət Departamentinin əməkdaşları A.Babayev,T.Hacıyev və R.Əhmədov “xxxx” ASC-nin müvafiq Əmri ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 4 (dörd) gün müddətinə “Mərkəzi Aran" X11 və Satışı İdarəsinə xidməti ezamiyyətə göndərilərək “Mərkəzi Aran” RETSİ-nin struktur tabeliyində fəaliyyət göstərən şəhər və rayon Elektrik Şəbəkələrində, o cümlədən Yevlax EŞ-nin xidmət ərazisində öz xidməti vəzifələrini yerinə yetirmişlər. xx xxxx 2019-cu il tarixdə Enerji Təchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus Aran-3 nasos stansiyasının sayğac uçot dəstinə baxış keçirilərkən Nasos stansiyası işlək vəziyyətdə olmuşdur. Nasos stansiyası işləmədən sayğacdan keçən enerjinin yükünü "Ampermaşa” ilə ölçmək mümkün deyildir. İddiaçıya məxsus “Aran-3" nasos stansiyasını elektrik enerjisi ilə qidalandıran elektrik hesablama sayğacının uçot dəstinə baxış keçirilərkən aparılmış video çəkilişdə də nasosun işlədiyinin səsi eşidilir. Həmin nasos stansiyası vasitəsi ilə ərazidə yerləşən 7 ədəd balıqyetişdirmə gölləri su ilə təchiz olunur. Digər tərəfdən Aran-3 nasos stansiyasına quraşdırılmış elektrik hesablama sayğacının "çıxışından" götürülmüş xətt vasitəsi ilə həmin ərazidə (1 km məsafədə) yerləşən Suvarma Sistemləri İdarəsinə aidiyyəti olmayan iri buynuzlu mal-qara kompleksi elektrik enerjisi ilə qanunsuz təchiz edilir. Qeyd olunan iri buynuzlu mal-qara kompleksində elektrik hesablama sayğacı olmadığından orada istehlak edilmiş elektrik enerjisinin dəyəri də iddiaçıya məxsus elektrik hesablama sayğacı vasitəsi ilə qeydə alınır. Beləliklə "kompleks’' də istehlak olunmuş elektrik enerjisinin dəyəri iddiaçı Suvarma Sistemləri İdarəsi tərəfindən ödənilməklə dövlət vəsaitinin israf olunmasına yol verilir. İddiaçı "X14 İdarəsinin Yevlax EŞ-nin "Proqram Bazasında qeydiyyatda olan istehlakçı kodu üzrə istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən “Abunə haqqında" məlumatdan sayğac sxemi bərpa olunduqdan sonra, yəni sayğac sxeminə transmissiya əmsalı 160 olan C/T-rı quraşdırılaraq iddiaçının nümayəndəsi A.Səfərovun iştirakı ilə akt tərtib olunaraq (akt № 165888, xx.xx.2019) istismara verildikdən sonra xx.xx.2019-cu il tarixinə 35 gün müddətinə sayğacın dəyəri 15508,80 manat təşkil edən 172320 kvt.saat miqdarında,xx.xx.2019-cu il tarixinə isə 30 gün müddətinə dəyəri 12182,40 manat təşkil edən 135360 kvt.saat miqdarında elektrik enerjisinin istehlak edilməsi aşkar edilmiş pozuntu faktının mövcudluğuna, reallığına və itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə aparılmış hesabatın obyektiv və qərəzsiz olduğuna əyani sübutdur. İddiaçı tərəfindən 08.03.20l9-cu il tarixli, NDQ seriyalı 005485 nömrəli akta əsasən aparılmış hesabatın 30168,00 manat təşkil edən enerji haqqı dəyərindən ödəniş edildiyindən iddiaçının xx.xx.2019-cu il tarixinə ödənilməmiş 24714,57 manat məbləğində debitor borcu qalmışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının iddia tələbi əsassızdır və bu səbəbdən də rədd olunmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X15 hesablamanın xx.xx.2019-cu il tarixdən aparılmasını, əgər yanvardan hesablama aparılarsa qeyd olunan borcu ödəyə biləcəklərini bildirib iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X6 etirazın məzmununa uyğun izahat verib iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İddiaçı birinci instаnsiyа məhkəməsinin qətnаməsindən apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən yalnız şahid ifadələrinə istinad etmişdir. Hansı ki, məhkəmə iclasında şahid X16 ifadə verərək bildirmişdir ki, xx.xx.2019xx.xx.2019-cu il tarixində Mərkəzi Aran regionunda xidməti ezamiyyətdə olmuşdur. xx.xx.2019-cu il tarixində iddiaçıya məxsus obyektə gəlmiş və transformator qutusuna baxış keçirilən zaman sayğac sxemində quraşdırılmış C/T-larının əmsalı iddiaçının X3 “Proqram bazasında” qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İA=054; İB= 110A olduqda ib=0,68A , İc= 110A olduqda ic=0,68A göstərir. Nəticədə K=160. C/T-nın əmsalı K=160 göstərir. C/T-ların üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transfarmatorun 04kv ucluqları sarınıb. Faktiki axan yük: Pf=60 kvt. Psay=45 kvt. İşlədicilərin ümumi gücü 60+250 kvt. P üm=310 kvt. C/t rəyə aparıldığı üçün işlədicilər birbaşa qoşuludur. Güc transformatoruna görə S=400 kva olduğu müəyyən edilmişdir. Bununla bağlı akt tərtib olunmuşdur. Həmçinin, məhkəmə iclasında şahid X4 ifadə verərək bildirmişdir ki, "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə sayğaca baxış keçirilmiş və baxış zamanı qüsur aşkar edilmişdir. Bundan sonra onlar telefonla zəng vuraraq onu çağırmışlar. O, ikinci baxışda iştirak etmişdir. Baxış zamanı iddiaçıya məxsus obyektə gəlmiş və transformator qutusuna baxış keçirilən zaman sayğac sxemində quraşdırılmış Elektrik Şəbəkəsinin “Proqram bazasında" qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İ A—054; İB=110A olduqda ib=0,68A , İc=110A olduqda ic=0,68A göstərir. Nəticədə K=160. C/T-nın əmsalı K=160 göstərir. C/t-ların üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transfarmatorun 04kv ucluqları sarınıb. Faktiki axan yük: PfM>0 kvt. Psay=45 kvt.Bundan başqa, məhkəmə iclasında şahid X12 da X7 ifadəsinə oxşar ifadə vermişdir.Qeyd etmişlər ki, həmin şahidlərin hər üçü birbaşa cavabdehin işçiləridirlər və ona tabedirlər. Həm də həmin şahidlərin hər üçü məhz mübahisələndirilən aktı tərtib edən şəxslərdir. Onların cavabdehin xeyrinə, eyni zamanda özlərinin tərtib etdikləri aktın müdafiəsinə yönələn ifadələr verməsi tamamilə normal bir haldır, ona görə də hesab etmişlər ki, həmin ifadələr sübut kimi qəbul edilə bilməzdi.Bundan başqa, hər üç şahid qüsurun mövcud olduğunu bildirsələr də, həmin qüsurun məhz iddiaçı və ya onun əməkdaşları tərəfindən törədildiyini göstərməmişlər. Kim bilir, bəlkə də eldə göstərilən müdaxilə aktı tərtib etmiş şəxslərin özləri tərəfindən edilmişdir?! Çünki baxış keçirilən və akt tərtib olunan zaman iddiaçının nümayəndəsinin iştirakı təmin olunmamışdır. Aktdan da görünür ki, həmin akt iddiaçının nümayəndəsi tərəfindən imzalanmamışdır.Cavabdehin əməkdaşları tərəfindən qeyri-iş günündə, iddiaçının nümayəndəsinin iştirakı təmin olunmadan, qanunsuz olaraq sayğaca baxış keçirilmiş və hazırkı mübahisəli akt tərtib olunmuşdur.Bundan başqa, akt tərtib olunduqdan 3 gün sonra, yəni xx xxxx 2019-cu il tarixdə qərar qəbul edilərək icra vərəqəsi verilmiş, lakin həmin qərarın qəbul edilməsi vaxtı və yeri barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmə bu halı da nəzərə almamışdır. Həmçinin, işdə olan abonentin saldosundan görünür ki, 2019-cu ilin yanvar ayı ərzində heç bir sərfıyyat olmamış, fevral ayında 40800 kvt.saat, mart ayında isə 15600 kvt.saat enerji sərf edilmişdir. Yəni aylıq bu qədər az sərfıyyat olan halda qərarda 335200 kvt.saat enerji itkisinin göstərilməsi qanunsuz və ədalətsizdir. Bundan başqa, akt tərtib edilməmişdən bir ay əvvəl də sayğaca baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmiş, sadəcə aylıq sərf edilmiş məbləğ hesablanmışdır. Bütün bunlar iddiaçının təqsirsiz olduğuna dəlalət etsə də, məhkəmə bu halları da nəzərə almamışdır. İddia ərizəsində də qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 315s №-li sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri əvəzsiz olaraq “xxxx” ASC-nin balansına verilsin. Həmin Sərəncam əsasında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən xx xxxxxx 2013-cü il tarixli 039ü saylı əmr verilərək nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASC-yə təhvil- təslim edilməsi əmr edilmişdir. Həmin Sərəncam və əmrin əsasında 2014-cü ildə akt tərtib edilərək İddiaçı balansında olan, o cümlədən Aran- 3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X3 balansına verilmişdir. Həmin aktı Yevlax EŞ-nin rəisi, həmçinin baş mühəndis və baş mühasibi də şəxsən imzalamışlar. Göründüyü kimi, Aran-3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri artıq 5 ildir ki, X3 balansındadır. İddiaçı, onun hər hansısa bir əməkdaşı tərəfindən həmin nasos stansiyasına və sayğaca müdaxilə edilməsi mümkün deyildir. Ona görə də hesab etmişlər ki, hesablaşma cihazı olan sayğac iddiaçının cavabdehliyində olmadığı üçün bu sayğacda olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Göründüyü kimi cavabdehin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən subyekti düzgün müəyyən etməmişlər. Lakin məhkəmə yenə də qeyd olunan hallara göz yummuş, sırf cavabdehin mənafelərinə xidmət edən əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçının nümayəndəsi X5 xx.xx.2019-cu il tarixdən hesablanmaqla sərf olunmuş enerjinin dəyərini ödəməyə razı olduqlarını bildirməklə qeyd olunan qüsurun həqiqətən mövcud olmasından xəbərdar olduqları etiraf etməklə, məhkəmənin iddianın əsassız olması qənaətinə gəlməsi səbəblərindən biri olmuşdur. Lakin məhkəmə iclasında Ariz Mikayılov dəfələrlə izahat verərək, həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan müdaxilə iddiaçının əməkdaşları tərəfindən edilməmiş, sayğac onların balansında olmadığı üçün ora iddiaçı tərəfindən hansısa bir müdaxilə edilməsi mümkünsüz olmuşdur. Ariz Mikayılov həmçinin bildirmişdir ki, artıq ötən illərin (yəni 2017, 2018) maliyyə hesablaşma işlər başa çatdırılmış, ona görə də həmin illərə dair hesablanmış cərimənin ödənilməsi mümkünsüzdür, yalnız bu ilin, yəni 2019-cu ilin yanvar ayından sonra sərf olunmuş enerjinin dəyərinin ödənilməsini tələb etmək başadüşüləndir. Çünki bu il hələki maliyyə hesablaşma işləri başa çatdırılmamışdır. Məhkəmə isə həmin ifadəni cavabdehin maraqları naminə qiymətləndirmişdir. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(84)-129/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(84)-129/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2-2(84)- 129/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasının hazırkı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlilərini müzakirə edərək, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli, 2-2(102)-52/2020 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının icasında iddiaçının nümayəndəsi Quliyev Qаlib Vаqif оğlu iddia ərizəsində və apellyasiya şikayətində göstərilənləri təsdiq edib əlavə olaraq göstərmişdir ki, idаrəyə qurаşdırılmış elektrik sаyğаcının çıxışınа qədər öhdəlik və məsuliyyət «Аzərişıq» АSC-yə аiddir, sаyğаcın çıxışındаn sоnrа isə istifаdə оlunаn enerjiyə görə öhdəlik iddiаçıyа, yəni İddiaçınə аiddir. Аkt yаzılаndаn qаbаq оlаn sərfiyyаt аkt yаzılаndаn sоnrаkı sərfiyyаtdаn аşаğı оlub. Bаlаns mənsubiyyəti işıq idаrəsinə аiddir. Cərəyаn trаnsfоrmаtоrunun çıxışınа kimi enerjiyə görə işıq idаrəsi cаvаbdehidir. Kənаr şəxslərin dаxil оlub cərəyаn trаnsfоrmаtоrunа müdаxilə etməsi mümkün deyil. Nаzirlər Kаbinetinin qərаrı ilə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASC-nin balansına verilmişdir. Trаnsfоrmаtоrun içində оlаn cərəyаn trаnsfоrmаtоrlаrını «Аzərişıq» АSC “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsində işləyən əməkdаşlаrdаn yаlnız 2 nəfər şəxs dəyişə bilir. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən ezаm оlunmuş nümаyəndələr trаnsfоrmаtоrа qeyri iş günü, yəni 8 mаrt 2019-cu tаrixdə bаxış keçirmişlər, həmin gün iddiaçının nümаyəndəsinə məlumаt verilmiş, lаkin həmin gün iddiaçının nümаyəndəsinin uşаğının xeyir işi оlduğu üçün yоxlаmа zаmаnı аktın tərtib оlunmаsındа iştirаk edə bilməmişdir. Bir neçə il bundаn əvvəl X2 qaydalarındа bir dəfə pоzuntu аşkаr оlunаrаq cərimə оlunmuş və həmin cərimə ödənilmişdir. “xxxx” ASC-nin nümаyəndələri əgər trаnsfоrmаtоrа qаnunsuz müdаxilə аşkаr etmişdilərsə, həmin gün trаnsfоrmаtоru möhürləyərdilər və səhəri gün iddiaçının nümаyəndəsinin iştirаkı ilə təkrаrən trаnsfоrmаtоrа bаxış keçirərdilər. Hesаb edir ki, hər bir hаldа İddiaçı Aran-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən sayğac-uçot dəstinə baxış zamanı keçirilən zаmаn İddiaçı nümаyəndəsinin iştirаkı təmin оlunmаlı idi. Nəzərdə tutulаn müvаfiq xərclərə dаir tərtib оlunmuş smetа əsаsındа dövlət büdcəsindən hər ilin əvvəli İddiaçı hesаbınа tələb оlunаn məbləğdə pul ödənişi оlunur. Sоn bir neçə ildir ki, hesаblarında оlаn həmin pul ödənişi təyinаtı üzrə istifаdə оlunduqdаn sоnrа hesаblarında hər il fərqli məbləğdə pul аrtıq qаlır və аrtıq qаlаn həmin pul idarə tərəfindən ilin sоnundа yenidən dövlət büdcəsinə qаytаrılır. Yəni nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən sayğac-uçot dəstinə müdаxilə etmək mаrаğındа deyillər, çünki hər ilin sоnu hesаbda аrtıq pul məbləği yаrаndığı üçün hər bir hаldа istifаdə оlunаn elektrik enercisinə dаir hesаblаnаn bоrcu rаhаtlıqlа ödəmək iqtidаrındаdırlar. İndiki hаldа İddiaçı bаrəsində tərtib оlunаn аktı qаnunsuz hesаb edir və qeyd edir ki, həmin аkt “xxxx” ASC-nin nümаyəndələri tərəfindən qərəzli şəkildə tərtib оlunmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsində göstərdiklərini təsdiq edib əlavə olaraq göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Enerji Təchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus Aran-3 nasos stansiyasının sayğac uçot dəstinə baxış keçirilərkən Nasos stansiyası işlək vəziyyətdə olmuşdur. Nasos stansiyası işləmədən sayğacdan keçən enerjinin yükünü "Ampermaşa” ilə ölçmək mümkün deyildir. Əvvəllər sаyğаc iddiаçının bаlаnsındа оlub, sоnrа isə Nаzirlər Kаbinetinin qərаrınа əsаsən «Аzərişıq» АSC-nin bаlаnsınа verilib. İddiaçıya məxsus “Aran-3" nasos stansiyasını elektrik enerjisi ilə qidalandıran elektrik hesablama sayğacının uçot dəstinə baxış keçirilərkən aparılmış video çəkilişdə də nasosun işlədiyinin səsi eşidilir. Həmin nasos stansiyası vasitəsi ilə ərazidə yerləşən 7 ədəd balıqyetişdirmə gölləri su ilə təchiz olunur. Digər tərəfdən, Aran-3 nasos stansiyasına quraşdırılmış elektrik hesablama sayğacının "çıxışından" götürülmüş xətt vasitəsi ilə həmin ərazidə (1 km məsafədə) yerləşən Suvarma Sistemləri İdarəsinə aidiyyəti olmayan iri buynuzlu mal-qara kompleksi elektrik enerjisi ilə qanunsuz təchiz edilir. Qeyd olunan iri buynuzlu mal-qara kompleksində elektrik hesablama sayğacı olmadığından orada istehlak edilmiş elektrik enerjisinin dəyəri də iddiaçıya məxsus elektrik hesablama sayğacı vasitəsi ilə qeydə alınır. Fermаyа verilən enerji üçün sаyğаc iddiаçının bаrəsində аkt tərtib оlunаndаn sоnrа qurаşdırılmışdır. Yoxlama zamanı iddiаçıyа qаrşı qərəzli münаsibət göstərilməmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli akta əsasən aparılmış hesabatın 30168,00 manat təşkil edən enerji haqqı dəyərindən ödəniş edildiyindən iddiaçının xx.xx.2019-cu il tarixinə ödənilməmiş 24714,57 manat məbləğində debitor borcu qalmışdır. Cərəyаn trаnsfоrmаtоrunun üstü lentа ilə sаrılmаlıdır. Ştırlаr lentа ilə sаrıldıqdаn sоnrа üzərində möhür оlmаlıdır. Ştırlаrın üstündə cərəyаn trаnsfоrmаtоru оlur və sаyğаcа enerji оrаdаn dаxil оlur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli NDG 005485 saylı aktdan görünür ki, baxış zamanı sayğac sxemində quraşdırılmış C/T-larının (cərəyan transformatorlarının) əmsalı iddiaçının X3 “Proqram bazası”nda qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İA=054; İB=110A olduqda ib=0.68A; İc=110A olduqda ic=0.68A göstərir. Nəticədə K=160. C/T-nun əmsalı K=16ü göstərir. C/T- larınının üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transformatorun 04 kv ucluqları sarınıb, faktiki axan yük: Pf=60 kvt. Psay=45 kvt (qırx beş). İşlədicilərin ümumi gücü 60+250kvt. P üm=310 kvt. C/T rəyə aparıldığı üçün işlədicilər birbaşa qoşuldu. Güc transformatoruna görə S=400 kva” olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 044952 nömrəli aktın surətindən görünür ki, "xx.xx.2019-cu il tarixli, NDQ 005485 saytı akta əsasən C/T-lun sökülüb rəy verilməsi üçün qutuya qoyulub 982062 №-li möhürlə möhürlənib laboratoriyaya göndərilmişdir. C/T-ru transformasiya əmsalı K=160 göstərir. Yeni C/T-ru (K- 120) olmadığından yük birbaşa qoşuldu, yeni C/T-ru qoşulana qədər sərfiyyat P=320 gücə uyğun verilsin” qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin Akt komissiyasının xx.xx.2019-cu il tarixli icra vərəqənin surətindən görünür ki, həmin icra vərəqi xx.xx.2019-cu il tarixli NDQ seriyalı 005485 nömrəli akt əsasında hazırlanmış, qüsur olaraq yoxlama zamanı sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalı bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmayıb. Habelə sxemin bərpa olunması göstərilmiş və 8380 göst x (160 əmsal-120 əmsal)=335200 kvts hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 136051 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması protokolunun surətindən görünür ki, yoxlama zamanı komissiyaya təqdim edilmiş 3 ədəd cərəyan transformatorunun transformasiya əmsalları K=160 olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 144617 nömrəli aktın surətindən görünür ki, 009885-li akta əsasən sayğac keçən yükü qeyd etmədiyi üçün sayğac yenisi ilə əvəz olunub möhürlənmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixli NDQ seriyalı 005485 nömrəli akt tərtib edildikdən sonra iddiaçı xx.xx.2019-cu il tarixdə 15508,80 manat, xx.xx.2019-cu il tarixdə 12182,40 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixində Mərkəzi Aran regionunda xidməti ezamiyyətdə olmuşdur. xx.xx.2019-cu il tarixində iddiaçıya məxsus obyektə gəlmiş və transformator qutusuna baxış keçirilən zaman sayğac sxemində quraşdırılmış C/Tlarının əmsalı iddiaçının X3 “Proqram bazasında” qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İA=054; İB=110A olduqda ib=0,68A , İc=110A olduqda ic=0,68A göstərir.Nəticədə K=160. C/T-nın əmsalı K=160 göstərir. C/T-ların üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transfarmatorun 04kv ucluqları sarınıb. Faktiki axan yük: Pf=60 kvt. Psay=45 kvt. İşlədicilərin ümumi gücü 60+250 kvt. P üm=310 kvt. C/t rəyə aparıldığı üçün işlədicilər birbaşa qoşuludur. Güc transformatoruna görə S=400 kva olduğu müəyyən edilmişdir. Bununla bağlı akt tərtib olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə sayğaca baxış keçirilmiş və baxış zamanı qüsur aşkar edilmişdir. Bundan sonra onlar telefonla zəng vuraraq onu çağırmışlar. O, ikinci baxışda iştirak etmişdir. Baxış zamanı iddiaçıya məxsus obyektə gəlmiş və transformator qutusuna baxış keçirilən zaman sayğac sxemində quraşdırılmış C/T-larının əmsalı iddiaçının X3 “Proqram bazasında” qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İA=054; İB=110A olduqda ib=0,68A , İc=110A olduqda ic=0,68A göstərir.Nəticədə K=160. C/T-nın əmsalı K=160 göstərir. C/t-ların üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transfarmatorun 04kv ucluqları sarınıb. Faktiki axan yük: Pf=60 kvt. Psay=45 kvt. C/T-ların üzəri lak parça ilə sarınır ona görə ki, sayğaca əlavə müdaxilə olmasın. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 Afiq Aslan oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş üzrə qаnuni və obyektiv qərаr qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(107)-21/2020 saylı qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/1900 saylı rəyində qeyd edilmişdir ki: - Ekspertiza tədqiqatına mübahisəli sayğac və ona bağlantısı olan cərəyan transformatorları təqdim edilməklə, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə, həmin elektrik ölçü cihazlarında hansı nasazlığın və ya müdaxilə izlərinin olubolmamasını müəyyən etmək mümkün deyildir. Hər hansı bir sənədin, həmçinin xx xxxx 2019-cu il tarixli, NDQ 005485 saylı aktın və həmin aktın əsasında verilmiş xx xxxx 2019cu il tarixli qərarın (icra vərəqisinin) düzgün tərtib olunub-olunmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından, məhkəmə tərəfindən həll oluna bilər. - Cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən iddiaçı «İddiaçı»nin Aran-3 nasos stansiyasının elektrik enerjisi ilə təchiz edən elektrik hesablaşma sayğacının qoşulma sxemində aşkar edilmiş pozuntu faktı (sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmaması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 • Ne-li qərarı ilə təsdiq edilmiş «X2 qaydaları»nın 8.17-ci bəndinin tələblərində nəzərdə tutulmuş enerji pozuntularına aiddir. - Cavabdeh «xxxx» ASC-nin balansında olan 35/10 kV-luq JBİ y/s-dan çıxan 10 kVluq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformator məntəqəsinin 0,4 kV-luq «ştırından» balans mənsubiyyəti sərhədi müəyyən edilmiş elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan, sayğacın quraşdırıldığı elektrik şəbəkəsinə (sxemə) eiektrik cərəyanın verilməsini dayandırılmaqla hər hansı bir şəxs (həmçinin kənar şəxs) tərəfindən müdaxilə olunaraq iddiaçıya məxsus Aran-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının sxeminə daxil olan 120 əmsallı cərəyan transformatorlarını 160 əmsallı cərəyan transformatorları ilə əvəz edilməsi mümkündür. Həmin enerji pozuntusunun yaradılmasında hansı tərəfin maraqlı olub-olmamasının müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizasının həll etdiyi məsəllərinin dairəsindən (predmətindən) kənar olduğu və hüquqi xarakter daşıdığı üçün, məhkəmə tərəfindən həl oluna bilər. - «X2 qaydaları»nın 7.6-cı bəndinin tələblərinə görə və «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 013571 nömrəli «Enerjitəchizatı müəssisə ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında eiektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi»nə əlavə edilmiş «Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında» akta əsasən balans mənsubiyyəti sərhədində (35/10 kVluq JBİ y/st-dan çıxan 10 kV-luq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformatorun 0,4 kV-luq ştırından) quraşdırılmış elektrik hesablaşma sayğacı və sayğac sxeminə daxil olan cərəyan transformatorları enerji təchzatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir, istehlakçının (abonentin) təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda onların təmir, əvəzetmə və dövlət yoxlanışı istehlakçının hesabına yerinə yetirilir. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dindirilmiş Süleymаnоv Teymur Оruc оğlu göstərmişdir ki, İddiaçı ərаzisində оlаn trаnsfоrmаtоrun аyrıcа аyırıcısı vаr. Hər-hаnsı bir trаnsfоrmаtоrа gələn eneji xəttini 10 kilоvоtluq xətt аyırıcısındаn аçıb və transformatorun daxilindəki 0.4 kilоvоtluq аyırıcıdаn dа аyırıb həmin trаnsfоrmаtоrun içində işləmək mümkündür. Trаnsfоrmаtоrun içində hər-hаnsı bir iş görmək üçün enerji idаrəsi tərəfindən enerji xəttini yаrımstаnsiyаdаn аçmаğа zərurət оlmur. Cərəyаn trаnsfоrmаtоrlаrı аçıq sаtışdа оlur. Sayğac sxeminə daxil оlаn cərəyаn trаnsfоrmаtоrlаrını dəyişmək оrа gələn enerji xəttini аyırıcıdаn аçdıqdаn sоnrа mümkündür, lаkin həmin cərəyаn trаnsfоrmаtоrlаrını yаlnız bu sаhə üzrə mütəxəssis, yəni enerqetik dəyişə bilər. İddiaçı nаsоs stаnsiyаsının işçiləri elektrik xəttində nаsаzlıq оlаndа və yа hər-hаnsı bir qəzа bаş verəndə enerci xəttini аyırıcıdаn аçdıqdаn sоnrа bаş verən qəzаnı аrаdаn qаldırmаq üçün müvаfiq işləri görə bilirlər. İddiaçınə məxsus elektrik sаyğаcının аylıq göstəricisinə dаir qeydləri İddiaçı nümаyəndəsi аpаrır, həmin sаyğаcа X3 nəzаrətçisi tərəfindən nəzarət edilmir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx xxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Yevlax EŞ-nin Enerji satış Sahəsinin Balans şöbəsinin rəisi Elşad Nuriyevin iştirakı ilə İddiaçı Meliorasiya və X21-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən sayğacuçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sayğac sxemində quraşdırılmış C/T-larının (cərəyan transformatorlarının) əmsalı iddiaçının X3 “Proqram bazası”nda qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İA=054; İB=110A olduqda ib=0.68A; İc=110A olduqda ic=0.68A göstərir. Nəticədə K=160. C/T-nun əmsalı K=16ü göstərir. C/T- larınının üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transformatorun 04 kv ucluqları sarınıb, faktiki axan yük: Pf=60 kvt. Psay=45 kvt (qırx beş). İşlədicilərin ümumi gücü 60+250kvt. P üm=310 kvt. C/T rəyə aparıldığı üçün işlədicilər birbaşa qoşuldu. Güc transformatoruna görə S=400 kva” olduğu müəyyən edilmişdir. Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 044952 nömrəli akta əsasən, "xx.xx.2019-cu il tarixli, NDQ 005485 saytı akta əsasən C/T-lun sökülüb rəy verilməsi üçün qutuya qoyulub 982062 №-li möhürlə möhürlənib laboratoriyaya göndərilmişdir. C/T-ru transformasiya əmsalı K=160 göstərir. Yeni C/T-ru (K- 120) olmadığından yük birbaşa qoşuldu, yeni C/T-ru qoşulana qədər sərfiyyat P=320 gücə uyğun verilsin” qeydiyyatı aparılmışdır. “xxxx” ASC-nin Akt komissiyasının xx.xx.2019-cu il tarixli icra vərəqi xx.xx.2019-cu il tarixli NDQ seriyalı 005485 nömrəli akt əsasında hazırlanmış, qüsur olaraq yoxlama zamanı sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalı bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmayıb. Habelə sxemin bərpa olunması göstərilmiş və 8380 göst x (160 əmsal-120 əmsal)=335200 kvts hesablanmışdır. xx.xx.2019-cu il tarixli 136051 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması protokoluna əsasən, yoxlama zamanı komissiyaya təqdim edilmiş 3 ədəd cərəyan transformatorunun transformasiya əmsalları K=160 olduğu müəyyən edilmişdir. Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 144617 nömrəli akta əsasən, 009885-li akt ilə sayğac keçən yükü qeyd etmədiyi üçün sayğac yenisi ilə əvəz olunub möhürlənmişdir. İddiaçıya məxsus abunə haqqında məlumata əsasən, xx.xx.2019-cu il tarixli NDQ seriyalı 005485 nömrəli akt tərtib edildikdən sonra iddiaçı xx.xx.2019-cu il tarixdə 15508,80 manat, xx.xx.2019-cu il tarixdə 12182,40 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan abunə haqqında məlumatdan görünür ki, sayğacın dəyişdirilməsi tarixi xx.xx.2018-ci ildir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya sayğacın əvəz olunduğu xx.xx.2018-ci il tarixdən işləmə saatlarına görə yenidən hesablaşma aparılmışdır. Müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olması iş materiallarında olan akt və şahid ifadələri ilə öz təsdiqini tapır. Baxış zamanı əmsalın 160 olmasının müəyyən edilməsi işin mübahisələndirilməyən halıdır. Bu zaman əmsalın 120 götürülərək hesablanması iddiaçı tərəfindən sərf edilmiş enerjiyə görə daha az ödəniş edilməsinə gətirib çıxarmışdır ki, həmin itki də yuxarıda qeyd olunduğu kimi sonuncu dəfə sayğacın dəyişdirilməsi vaxtından pozuntunun aşkar olunduğu vaxta qədər hesablanmaqla iddiaçıya borc kimi hesablanmışdır. Akt tərtib olunarkən cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, qaydaların tələbinə əsasən qüsur müəyyən olunmuş və müvafiq hesablama aparılmaqla iddiaçıya qeyd olunan borc hesablanmışdır. İddiaçının irəli sürdüyü dəlillər iddianın təmin olunmasına əsas vermir. Həmçinin məhkəmənin iclasında iddiaçının nümayəndəsi X5 xx.xx.2019-cu il tarixdən hesablanmaqla sərf olunmuş enerjinin dəyərini ödəməyə razı olduqlarını bildirməklə qeyd olunan qüsurun həqiqətən mövcud olmasından xəbərdar olduqları etiraf etməklə, məhkəmənin iddianın əsassız olması qənaətinə gəlməsi səbəblərindən biri olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "X2 Qaydaları"nın 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Qeyd olunan norma üç halda, yəni istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndiyi (plomb qoparıldıqda); uçot cihazlarının qoşulma sxemləri pozulduğu və uçot cihazlarından kənar özbaşına yük qoşulduğu hallarda enerjitəchizat müəssisəsinə istehlakçıya elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma hüququ verir. Lakin həmin bəndin tələbinə görə istehlakçının uçot cihazında pozuntular müəyyən edildiyi halda təkrar hesablaşma aparılması enerji təchizatı müəssisəsinə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Sözügedən normanın tətbiqi ilə bağlı iki halın: elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixinin və müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olub-olmamasının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həm iş üzrə alınmış ekspert rəyindən, həm də məhkəmə kollegiyasının iclasında dindirilmiş mütəxəssisin ifadəsindən belə nəticə hasil olur ki, cavabdeh «xxxx» ASC-nin balansında olan 35/10 kV-luq JBİ y/s-dan çıxan 10 kVluq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformator məntəqəsinin 0,4 kV-luq «ştırından» balans mənsubiyyəti sərhədi müəyyən edilmiş elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan, sayğacın quraşdırıldığı elektrik şəbəkəsinə (sxemə) elektrik cərəyanın verilməsini dayandırılmaqla hər hansı bir şəxs (həmçinin kənar şəxs) tərəfindən müdaxilə olunması mümkündür. Belə olan halda, buna marağı olan şəxs tərəfindən iddiaçıya məxsus Aran-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının sxeminə daxil olan 120 əmsallı cərəyan transformatorlarını 160 əmsallı cərəyan transformatorları ilə əvəz edilməsi mümkündür. Ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən iddiaçı «İddiaçı»nin Aran-3 nasos stansiyasının elektrik enerjisi ilə təchiz edən elektrik hesablaşma sayğacının qoşulma sxemində aşkar edilmiş pozuntu faktı (sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmaması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 qaydaları»nın 8.17-ci bəndinin tələblərində nəzərdə tutulmuş enerji pozuntularına aiddir. İş materialları ilə müəyyən edilmişdir ki, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmamışdır. «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 013571 nömrəli «Enerjitəchizatı müəssisə ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi»nin 6-cı bəndində göstərilmişdir ki, Enerjitəchizatı müəssisə ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu müqaviləyə əlavə olunmuş aktla müəyyən edilir. Həmin “Müqavilə”nin 12-ci bəndində göstərilmişdir ki, tərəflər arasinda elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının alınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və istismarı “X2 Qaydaları"nın 7.6-cı bəndinə uyğun aparılır. “X2 Qaydaları"nın 7.6-cı bəndinə əsasən, Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. “X2 Qaydaları"na əsasən balans mənsubiyyəti sərhədi -dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsidir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Müəyyən edilmişdir ki, enerjitəchizatı müəssisəsi (“xxxx” ASC) ilə abonent (Yevlax SSİ) arasında balans mənsubiyyəti sərhədi 35/10 kV-luq JBİ y/st-dan çıxan 10 kV-luq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformatorun 0,4 kV-luq ştırından keçir. Elektrik hesablama sayğacı və sayğac sxeminə daxil olan cərəyan transformatorları həmin balans mənsubiyyəti sərhəddində quraşdırılmışdır. Beləliklə də, balans mənsubiyyəti sərhədi müəyyən edilmiş və balans mənsubiyyəti sərhəddində quraşdırılmış elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan iddiaçının müdaxilə etməsi və onun elektrik hesablama sayğacının sxeminə daxil olan 120 əmsallı cərəyan transformatorlarını 160 əmsallı cərəyan transformatorları ilə əvəz edilməsi mümkündür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən pozuntunun baş verməsində iddiaçı tərəf maraqlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatlarından, işə əlavə edilmiş sənədlərdən, ekspert rəyindən, yarımstansiya cərəyan transformatorlarında olan qüsurların aşkar edilməsi ilə bağlı aparılmış video çəkilişindən də göründüyü kimi qeyd olunan qüsur həqiqətən də mövcud olmuşdur. Məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən işə əlavə edilmiş xx xxxx 2019-cu ildə “xxxx” ASC-nin əməkdaşları (A.Babayev, B.Hacıyev və R.Əhmədov) tərəfindən, həmçinin Yevlax RETSİ-nin Satış rəisi E.Nuriyevin iştirakı ilə İddiaçı Meliorasiya və X21-3 nasos stansiyasının sayğacına baxış keçirilməsi ilə video görüntüyə baxış keçirilən zaman məlum oldu ki, xx xxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları A.Babayev, B.Hacıyev, R.Əhmədov tərəfindən Yevlax EŞnin Enerji satış Sahəsinin Balans şöbəsinin rəisi Elşad Nuriyevin iştirakı ilə İddiaçı Meliorasiya və X21-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən sayğac-uçot dəstinə baxış keçirilmişdir. Baxış keçirilən zaman “sayğac sxemində quraşdırılmış C/Tlarının (cərəyan transformatorlarının) əmsalı iddiaçının X3 “Proqram bazası”nda qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında şahidlərin ifadələrindən və məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatından da müəyyən olunduğu kimi, İddiaçı əməkdaşları keçirilən baxışla bağlı məlumatlandırılmış və dəvət edilmiş, lakin əməkdaş qeyri-iş günü olduğundan və toy mərasimində olduğundan həmin baxışda iştirak etməkdən imtina etmişdir. Eyni zamanda iş materiallarında olan ezamiyyə vərəqəsinə əsasən, X17 xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə 4 günlük Mərkəzi Aran regionunda xidməti ezamiyyətdə olmuşdur. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı əməkdaşlarının keçirilən baxışa dəvət olunmasına baxmayaraq həmin günün (xx.xx.2019) qeyri-iş günü olmasını əsas gətirərək baxışda iştirak etməkdən imtinaları əsassız olmuşdur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin İddiaçı xx.xx.2006-cı il tarixli nizamnaməsinin 2.2.3-cü bəndinə əsasən, nasos stansiyalarının, onların elektrik avadanlıqlarının və digər qurğuların istismarını onların texniki istismar qaydaları əsasında həyata keçirmək, 2.2.5-ci bəndinə əsasən X2nin uçotunu təsdiq edilmiş enerjidən istifadə qaydaları əsasında həyata keçirilməsini təmin etmək idarənin vəzifələridir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işdə olan abunə haqqında məlumata əsasən, sayğacın dəyişdirilməsi tarixi xx.xx.2018-ci ildir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya sayğacın əvəz olunduğu xx.xx.2018-ci il tarixdən işləmə saatlarına görə yenidən hesablaşma aparılmışdır. Müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olması iş materiallarında olan video görüntü, akt və şahid ifadələri ilə öz təsdiqini tapır. Qeyd olunan sübutlardan aydın oldu ki, baxış zamanı əmsalın 160 olmasının müəyyən edilməsi işin mübahisələndirilməyən halıdır. Bu zaman əmsalın 120 götürülərək hesablanması iddiaçı tərəfindən sərf edilmiş enerjiyə görə daha az ödəniş edilməsinə gətirib çıxarmışdır ki, həmin itki də yuxarıda qeyd olunduğu kimi sonuncu dəfə sayğacın dəyişdirilməsi vaxtından pozuntunun aşkar olunduğu vaxta qədər hesablanmaqla iddiaçıya borc kimi hesablanmışdır. Akt tərtib olunarkən cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, qaydaların tələbinə əsasən qüsur müəyyən olunmuş və müvafiq hesablama aparılmaqla iddiaçıya qeyd olunan borc hesablanmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər iddianın təmin olunmasına əsas vermir. Həmçinin birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X5 xx.xx.2019-cu il tarixdən hesablanmaqla sərf olunmuş enerjinin dəyərini ödəməyə razı olduqlarını bildirməklə qeyd olunan qüsurun həqiqətən mövcud olmasından xəbərdar olduqları etiraf etməklə, birinci instansiya məhkəməsinin iddianın əsassız olması qənaətinə gəlməsi səbəblərindən biri olmuşdur. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatlarından, işə əlavə edilmiş sənədlər dən, yarımstansiya transformatorda olan qüsurların aşkar edilməsi ilə bağlı aparılmış video çəkilişindən də göründüyü kimi qeyd olunan qüsur həqiqətən də mövcud olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2-2(84)-129/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə mühəndis-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçındən tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2-2(84)-129/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə mühəndis-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçındən tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-1/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-1/2021
19.03.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver