Məhkəmə qərarları › İş №2-2(107)-19/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-19/2022

14.03.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-19/2022 14.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsinə qarşı “30168 manat borcun (cərimənin) silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndələri Nümayəndə2 və X3, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “11.03.2019-cu il tarixli (İcra Vərəqi) ləğv edilməsi və 30168 manat borcun (cərimənin) silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Yevlax rayonu Aran qəsəbəsində yerləşir. 16 oktyabr 2004-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə” (VÖEN **********) də verilmişdir. 10/71 №-li “Dövlət qeydiyyatı haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı 06 dekabr 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Həmçinin 18 sentyabr 2006-cı ildə İddiaçı Nizamnaməsi də qəbul edilmişdir. 08 mart 2019-cu ildə "xxxx" ASC-nin əməkdaşları (A.Babayev, B.Hacıyev və R.Əhmədov), həmçinin Yevlax RETSİ-nin Satış rəisi E.Nuriyev tərəfindən İddiaçı Meliorasiya və X16-3 nasos stansiyasının sayğacına baxış keçirilmiş və baxışın nəticələrinə dair 005485 №-li akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, “baxış zamanı müəyyən olundu ki, sayğacın sxemində quraşdırılmış c/t-ların əmsalı bazada 120 qeyd olunsa da, faktiki olaraq K=160 göstərir”. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 mart 2019-cu il tarixli icra vərəqi verilmişdir. Həmin icra vərəqində göstərilmişdir ki, sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalı bazada K=120 qeyd olunsa da, faktiki olaraq K=160 göstərir. Cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmayıb. Həmin icra vərəqinin sonunda qərar qəbul olunaraq 8380 göstərici x (160 əmsal-120 əmsal)=335200 kv.st enerjinin dəyərinin ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıya 005485 saylı akta (akt əsasında qəbul olunmuş qərara) əsasən, 30168 manat (335200 kv.st x 0,09=30168) cərimə hesablanmışdır. Abonentin saldosundan da görünür ki, 2019-cu ilin yanvar ayı ərzində heç bir sərfiyyat olmamış, fevral ayında 40800 kvt.saat, mart ayında isə 15600 kvt.saat enerji sərf edilmişdir. Yəni aylıq bu qədər az sərfiyyat olan halda qərarda 335200 kvt.saat enerji itkisinin göstərilməsi qanunsuz və ədalətsizdir. Bundan başqa, akt tərtib edilməmişdən bir ay əvvəl də sayğaca baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmiş, sadəcə aylıq sərf edilmiş məbləğ hesablanmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 noyabr 2013-cü il tarixli 315s №-li sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilsin. Həmin Sərəncam əsasında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 25 noyabr 2013-cü il tarixli 039ü saylı əmr verilərək nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-yə təhvil-təslim edilməsi əmr edilmişdir. Həmin Sərəncam və əmrin əsasında 2014- cü ildə akt tərtib edilərək İddiaçı balansında olan transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri, o cümlədən Aran-3 nasos stansiyası X2 balansına verilmişdir. Həmin aktı Yevlax EŞ- nin rəisi, həmçinin baş mühəndis və baş mühasibi də şəxsən imzalamışlar. Göründüyü kimi, həmin nasos stansiyası artıq 5 ildir ki, X2 balansındadır. İddiaçı, onun hər hansısa bir əməkdaşı tərəfindən həmin nasos stansiyasına və sayğaca müdaxilə edilməsi mümkün deyildir. Ona görə də hesab edir ki, hesablaşma cihazı olan sayğac iddiaçının cavabdehliyində olmadığı üçün bu sayğacda olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Göründüyü kimi cavabdehin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən subyekti düzgün müəyyən etməmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsi ilə (hakim İ.Cabbarov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyаsının 10 oktyabr 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2-2(84)- 129/2019 saylı qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyаsının 10 oktyabr 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyаsının 27 fevral 2020-ci il tarixli, 2-2(102)-52/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyаsının 10 oktyabr 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyаsının 19 mart 2021-ci il tarixli, 2-2(107)-1/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tаrixli, 2-2(84)-129/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə xərci olan məhkəmə mühəndis-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun İddiaçındən tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iş üzrə İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyаsının 16 sentyabr 2021-ci il tarixli, 2-2(102)-348/2021 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsi ilə (hakim İ.Cabbarov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, elektrik enerjisindən istifadə qaydaları üç halda, istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndiyi (plomb qoparıldıqda), uçot cihazlarının qoşulma sxemləri pozulduğu və uçot cihazlarından kənar özbaşına yük qoşulduğu hallarda enerjitəchizat müəssisəsinə istehlakçıya elektrik qəbuledicilərin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma hüququ vermişdir. Göstərilən hüquqlar həmçinin pozuntuda istehlakçının təqsirinin olması ilə şərtləndirilmişdir. Hazırki halda, müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olması iş materiallarında olan akt və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Əmsalın 120 götürülərək hesablanması iddiaçı tərəfindən sərf edilmiş enerjiyə görə daha az ödəniş etməsinə səbəb olmuşdur. Bu səbəbdən, həmin itki sayğacın sonuncu dəfə dəyişdirildiyi 1 fevral 2018-ci il tarixdən pozuntunun aşkar olduğu vaxtadək borc kimi iddiaçıya hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, akt tərtib olunarkən cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İşdə olan abunə haqqında məlumatdan görünür ki, sayğacın dəyişdirilməsi tarixi 01.02.2018-ci ildir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya sayğacın əvəz olunduğu 01.02.2018-ci il tarixdən işləmə saatlarına görə yenidən hesablaşma aparılmışdır. Müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olması iş materiallarında olan akt və şahid ifadələri ilə öz təsdiqini tapır. Baxış zamanı əmsalın 160 olmasının müəyyən edilməsi işin mübahisələndirilməyən halıdır. Bu zaman əmsalın 120 götürülərək hesablanması iddiaçı tərəfindən sərf edilmiş enerjiyə görə daha az ödəniş edilməsinə gətirib çıxarmışdır ki, həmin itki də yuxarıda qeyd olunduğu kimi sonuncu dəfə sayğacın dəyişdirilməsi vaxtından pozuntunun aşkar olunduğu vaxta qədər hesablanmaqla iddiaçıya borc kimi hesablanmışdır. Akt tərtib olunarkən cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, qaydaların tələbinə əsasən qüsur müəyyən olunmuş və müvafiq hesablama aparılmaqla iddiaçıya qeyd olunan borc hesablanmışdır. İddiaçının irəli sürdüyü dəlillər iddianın təmin olunmasına əsas vermir. Həmçinin məhkəmənin iclasında iddiaçının nümayəndəsi X4 01.01.2019-cu il tarixdən hesablanmaqla sərf olunmuş enerjinin dəyərini ödəməyə razı olduqlarını bildirməklə qeyd olunan qüsurun həqiqətən mövcud olmasından xəbərdar olduqları etiraf etməklə, məhkəmənin iddianın əsassız olması qənaətinə gəlməsi səbəblərindən biri olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 36.9, 77.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən yalnız şahid ifadələrinə istinad etmişdir. Hansı ki, məhkəmə iclasında şahid X11 ifadə verərək bildirmişdir ki, 05.03.2019- 08.03.2019-cu il tarixində Mərkəzi Aran regionunda xidməti ezamiyyətdə olmuşdur. 08.03.2019-cu il tarixində iddiaçıya məxsus obyektə gəlmiş və transformator qutusuna baxış keçirilən zaman sayğac sxemində quraşdırılmış C/T-larının əmsalı iddiaçının X2 “Proqram bazasında” qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İA=054; İB= 110A olduqda ib=0,68A , İc= 110A olduqda ic=0,68A göstərir. Nəticədə K=160. C/T-nın əmsalı K=160 göstərir. C/T-ların üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transfarmatorun 04kv ucluqları sarınıb. Faktiki axan yük: Pf=60 kvt. Psay=45 kvt. İşlədicilərin ümumi gücü 60+250 kvt. P üm=310 kvt. C/t rəyə aparıldığı üçün işlədicilər birbaşa qoşuludur. Güc transformatoruna görə S=400 kva olduğu müəyyən edilmişdir. Bununla bağlı akt tərtib olunmuşdur. Həmçinin, məhkəmə iclasında şahid X5 ifadə verərək bildirmişdir ki, "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 08.03.2019-cu il tarixdə sayğaca baxış keçirilmiş və baxış zamanı qüsur aşkar edilmişdir. Bundan sonra onlar telefonla zəng vuraraq onu çağırmışlar. O, ikinci baxışda iştirak etmişdir. Baxış zamanı iddiaçıya məxsus obyektə gəlmiş və transformator qutusuna baxış keçirilən zaman sayğac sxemində quraşdırılmış Elektrik Şəbəkəsinin “Proqram bazasında" qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İ A—054; İB=110A olduqda ib=0,68A , İc=110A olduqda ic=0,68A göstərir. Nəticədə K=160. C/T-nın əmsalı K=160 göstərir. C/t-ların üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transfarmatorun 04kv ucluqları sarınıb. Faktiki axan yük: PfM>0 kvt. Psay=45 kvt. Bundan başqa, məhkəmə iclasında şahid X8 da X6 ifadəsinə oxşar ifadə vermişdir.Qeyd etmişlər ki, həmin şahidlərin hər üçü birbaşa cavabdehin işçiləridirlər və ona tabedirlər. Həm də həmin şahidlərin hər üçü məhz mübahisələndirilən aktı tərtib edən şəxslərdir. Onların cavabdehin xeyrinə, eyni zamanda özlərinin tərtib etdikləri aktın müdafiəsinə yönələn ifadələr verməsi tamamilə normal bir haldır, ona görə də hesab etmişlər ki, həmin ifadələr sübut kimi qəbul edilə bilməzdi. Bundan başqa, hər üç şahid qüsurun mövcud olduğunu bildirsələr də, həmin qüsurun məhz iddiaçı və ya onun əməkdaşları tərəfindən törədildiyini göstərməmişlər. Kim bilir, bəlkə də göstərilən müdaxilə aktı tərtib etmiş şəxslərin özləri tərəfindən edilmişdir?! Çünki baxış keçirilən və akt tərtib olunan zaman iddiaçının nümayəndəsinin iştirakı təmin olunmamışdır. Aktdan da görünür ki, həmin akt iddiaçının nümayəndəsi tərəfindən imzalanmamışdır. Cavabdehin əməkdaşları tərəfindən qeyri-iş günündə, iddiaçının nümayəndəsinin iştirakı təmin olunmadan, qanunsuz olaraq sayğaca baxış keçirilmiş və hazırki mübahisəli akt tərtib olunmuşdur. Bundan başqa, akt tərtib olunduqdan 3 gün sonra, yəni 11 mart 2019-cu il tarixdə qərar qəbul edilərək icra vərəqəsi verilmiş, lakin həmin qərarın qəbul edilməsi vaxtı və yeri barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmə bu halı da nəzərə almamışdır. Həmçinin, işdə olan abonentin saldosundan görünür ki, 2019-cu ilin yanvar ayı ərzində heç bir sərfıyyat olmamış, fevral ayında 40800 kvt.saat, mart ayında isə 15600 kvt.saat enerji sərf edilmişdir. Yəni aylıq bu qədər az sərfıyyat olan halda qərarda 335200 kvt.saat enerji itkisinin göstərilməsi qanunsuz və ədalətsizdir. Bundan başqa, akt tərtib edilməmişdən bir ay əvvəl də sayğaca baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmiş, sadəcə aylıq sərf edilmiş məbləğ hesablanmışdır. Bütün bunlar iddiaçının təqsirsiz olduğuna dəlalət etsə də, məhkəmə bu halları da nəzərə almamışdır. İddia ərizəsində də qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 noyabr 2013-cü il tarixli 315s №-li sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilsin. Həmin Sərəncam əsasında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 25 noyabr 2013-cü il tarixli 039ü saylı əmr verilərək nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-yə təhvil-təslim edilməsi əmr edilmişdir. Həmin Sərəncam və əmrin əsasında 2014-cü ildə akt tərtib edilərək İddiaçı balansında olan, o cümlədən Aran-3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X2 balansına verilmişdir. Həmin aktı Yevlax EŞ-nin rəisi, həmçinin baş mühəndis və baş mühasibi də şəxsən imzalamışlar. Göründüyü kimi, Aran-3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri artıq 5 ildir ki, X2 balansındadır. İddiaçı, onun hər hansısa bir əməkdaşı tərəfindən həmin nasos stansiyasına və sayğaca müdaxilə edilməsi mümkün deyildir. Ona görə də hesab etmişlər ki, hesablaşma cihazı olan sayğac iddiaçının cavabdehliyində olmadığı üçün bu sayğacda olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Göründüyü kimi cavabdehin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən subyekti düzgün müəyyən etməmişlər. Lakin məhkəmə yenə də qeyd olunan hallara göz yummuş, sırf cavabdehin mənafelərinə xidmət edən əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçının nümayəndəsi X4 01.01.2019-cu il tarixdən hesablanmaqla sərf olunmuş enerjinin dəyərini ödəməyə razı olduqlarını bildirməklə qeyd olunan qüsurun həqiqətən mövcud olmasından xəbərdar olduqları etiraf etməklə, məhkəmənin iddianın əsassız olması qənaətinə gəlməsi səbəblərindən biri olmuşdur. Lakin məhkəmə iclasında Ariz Mikayılov dəfələrlə izahat verərək, həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan müdaxilə iddiaçının əməkdaşları tərəfindən edilməmiş, sayğac onların balansında olmadığı üçün ora iddiaçı tərəfindən hansısa bir müdaxilə edilməsi mümkünsüz olmuşdur. Ariz Mikayılov həmçinin bildirmişdir ki, artıq ötən illərin (yəni 2017, 2018) maliyyə hesablaşma işlər başa çatdırılmış, ona görə də həmin illərə dair hesablanmış cərimənin ödənilməsi mümkünsüzdür, yalnız bu ilin, yəni 2019-cu ilin yanvar ayından sonra sərf olunmuş enerjinin dəyərinin ödənilməsini tələb etmək başadüşüləndir. Çünki bu il hələki maliyyə hesablaşma işləri başa çatdırılmamışdır. Məhkəmə isə həmin ifadəni cavabdehin maraqları naminə qiymətləndirmişdir. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2-2(84)-129/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 noyabr 2013-cü il tarixli 315s №-li sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilsin. Həmin Sərəncam əsasında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 25 noyabr 2013-cü il tarixli 039ü saylı əmr verilərək nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASCyə təhvil-təslim edilməsi əmr edilmişdir. Həmin Sərəncam və əmrin əsasında 2014-cü ildə akt tərtib edilərək İddiaçı balansında olan transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri, o cümlədən Aran-3 nasos stansiyası X2 balansına verilmişdir. Göründüyü kimi, həmin nasos stansiyası artıq 5 ildir ki, X2 balansındadır. İddiaçı, onun hər hansısa bir əməkdaşı tərəfindən həmin nasos stansiyasına və sayğaca müdaxilə edilməsi mümkün deyildir. Ona görə də hesab edir ki, hesablaşma cihazı olan sayğac iddiaçının cavabdehliyində olmadığı üçün bu sayğacda olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Göründüyü kimi cavabdehin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən subyekti düzgün müəyyən etməmişlər. Ona görə də o, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, 08 mart 2019-cu il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Yevlax EŞ-nin Enerji satış Sahəsinin Balans şöbəsinin rəisi Elşad Nuriyevin iştirakı ilə İddiaçı Meliorasiya və X16-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən sayğacuçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sayğac sxemində quraşdırılmış C/Tlarının (cərəyan transformatorlarının) əmsalı iddiaçının X2 “Proqram bazası”nda qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İA=054; İB=110A olduqda ib=0.68A; İc=110A olduqda ic=0.68A göstərir. Nəticədə K=160. C/T-nun əmsalı K=16ü göstərir. C/T- larınının üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transformatorun 04 kv ucluqları sarınıb, faktiki axan yük: Pf=60 kvt. Psay=45 kvt (qırx beş). İşlədicilərin ümumi gücü 60+250kvt. P üm=310 kvt. C/T rəyə aparıldığı üçün işlədicilər birbaşa qoşuldu. Güc transformatoruna görə S=400 kva” olduğu müəyyən edilmişdir. Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş 08.03.2019-cu il tarixli, 044952 nömrəli akta əsasən, "08.03.2019-cu il tarixli, NDQ 005485 saytı akta əsasən C/Tlun sökülüb rəy verilməsi üçün qutuya qoyulub 982062 №-li möhürlə möhürlənib laboratoriyaya göndərilmişdir. C/T-ru transformasiya əmsalı K=160 göstərir. Yeni C/T-ru (K- 120) olmadığından yük birbaşa qoşulmuş, yeni C/T-ru qoşulana qədər sərfiyyat P=320 gücə uyğun verilsin” qeydiyyatı aparılmışdır. "xxxx" ASC-nin Akt komissiyasının 11.03.2019-cu il tarixli icra vərəqi 08.03.2019-cu il tarixli NDQ seriyalı 005485 nömrəli akt əsasında hazırlanmış, qüsur olaraq yoxlama zamanı sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalı bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmayıb. Habelə sxemin bərpa olunması göstərilmiş və 8380 göst x (160 əmsal-120 əmsal)=335200 kvts hesablanmışdır. 11.03.2019-cu il tarixli 136051 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması protokoluna əsasən, yoxlama zamanı komissiyaya təqdim edilmiş 3 ədəd cərəyan transformatorunun transformasiya əmsalları K=160 olduğu müəyyən edilmişdir. Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş 01.02.2018-ci il tarixli, 144617 nömrəli akta əsasən, 009885-li akt ilə sayğac keçən yükü qeyd etmədiyi üçün sayğac yenisi ilə əvəz olunub möhürlənmişdir. İddiaçıya məxsus abunə haqqında məlumata əsasən, 08.03.2019-cu il tarixli NDQ seriyalı 005485 nömrəli akt tərtib edildikdən sonra iddiaçı 17.04.2019-cu il tarixdə 15508,80 manat, 17.05.2019-cu il tarixdə 12182,40 manat ödəniş etmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədləri. 5.1. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizətı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı- satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə). Elektrik enerjisinin uçot cihazlarının quraşdırılması və istismarı. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirıci qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Elektrik enerjisindən (aktiv və reaktiv istifadəyə görə hesablaşmalar. 8.17. istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddia ərizəsinin “11.03.2019-cu il tarixli qərarın (icra vərəqi)nin ləğv edilməsi tələbi”nə dair hissəsi üzrə icraata xitam verilmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Yevlax rayonu Aran qəsəbəsində yerləşir. 16 oktyabr 2004-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə” (VÖEN **********)verilmişdir. İddiaçı 06 dekabr 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Həmçinin 18 sentyabr 2006-cı ildə İddiaçı Nizamnaməsi qəbul edilmişdir. 08 mart 2019-cu ildə "xxxx" ASC-nin əməkdaşları (A.Babayev, B.Hacıyev və R.Əhmədov), həmçinin Yevlax RETSİ-nin Satış rəisi E.Nuriyev tərəfindən İddiaçı Meliorasiya və X16-3 nasos stansiyasının sayğacına baxış keçirilmiş və baxışın nəticələrinə dair 005485 №-li akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, “baxış zamanı müəyyən olundu ki, sayğacın sxemində quraşdırılmış c/t-ların əmsalı bazada 120 qeyd olunsa da, faktiki olaraq K=160 göstərir”. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 mart 2019-cu il tarixli icra vərəqi verilmişdir. Həmin icra vərəqində göstərilmişdir ki, sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalı bazada K=120 qeyd olunsa da, faktiki olaraq K=160 göstərir. Cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmayıb. Həmin icra vərəqinin sonunda qərar qəbul olunaraq 8380 göstərici x (160 əmsal-120 əmsal)=335200 kv.st enerjinin dəyərinin ödənilməsi qərara alınmışdır. Daha sonra müəyyən edilmişdir ki, Yevlax EŞ-nin Yevlax EŞ-in Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.11.2013-cü il tarixli, 315a saylı səəncamına əsasən İddiaçı balansında olan nasos stansiyalarının enerji təchizatına xidmət edən transformator yarımstansiyalaraı Yevlax EŞ-nin balansına təhvil verilmişdir. Eyni zamanda baxış keçirilərkən və akt tərtib edilərkən istehlakçı iddiaçı tərəfin nümayəndəsinin iştirakı təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan abunə haqqında məlumata əsasən sayğacın dəyişdirilməsi tarixi 01.02.2018-ci ildir. Cavabdeh tərəfindən iddiaçıya sayğacın əvəz olunduğu 01.02.2018-ci il tarixdən işləmə saatlarına görə yenidən hesablaşma aparılmışdır. Müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olması iş materiallarında olan akt və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Baxış zamanı əmsalın 160 olmasının müəyyən edilməsi işin mübahisələndirilməyən halıdır. Bu zaman əmsalın 120 götürülərək hesablanması iddiaçı tərəfindən sərf edilmiş enerjiyə görə daha az ödəniş edilməsinə gətirib çıxarmışdır ki, həmin itki də yuxarıda qeyd olunduğu kimi sonuncu dəfə sayğacın dəyişdirilməsi vaxtından pozuntunun aşkar olunduğu vaxta qədər hesablanmaqla iddiaçıya borc kimi hesablanmışdır. Akt tərtib olunarkən cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, qaydaların tələbinə əsasən qüsur müəyyən olunmuş və müvafiq hesablama aparılmaqla iddiaçıya qeyd olunan borc hesablanmışdır. İddiaçının irəli sürdüyü dəlillər iddianın təmin olunmasına əsas vermir. Həmçinin məhkəmənin iclasında iddiaçının nümayəndəsi X4 01.01.2019-cu il tarixdən hesablanmaqla sərf olunmuş enerjinin dəyərini ödəməyə razı olduqlarını bildirməklə qeyd olunan qüsurun həqiqətən mövcud olmasından xəbərdar olduqları etiraf etməklə, məhkəmənin iddianın əsassız olması qənaətinə gəlməsi səbəblərindən biri olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin hallarına görə 2019-cu il 08 mart tarixində cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğac-uçot dəstinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğac sxemində quraşdırılmış C/T- larinin (cərəyan transformatorlarının) əmsalı iddiaçının X2 “Proqram bazasında qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Cavabdehin Akt komissiyasının 2019-cu il 11 mart tarixli icra vərəqinə əsasən 2019-cu il 08 mart tarixli NDQ seriyalı 005485 nömrəli akt əsasında iddiaçıya elektrik enerjisindən istifadəyə görə əlavə sərfiyyat hazırlanmışdır. İddiaçı hazırki iddiasında həmin sərfiyyat əsasında hesablanmış borcu mübahisələndirmişdir. Nəzərə alınmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar). Məhkəmə kollegiyası işin obyektib araşdırılmasının təmin edilməsi üçün, həmçinin Ali Məhkəmənin Qərarında qeyd edilmiş göstərişləri nəzərə alaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə və "xxxx" ASC-yə sorğu ünvanlamışdır. Yevlax EŞ-nin rəisi X9 tərəfindən verilmiş Xidməti məlumatdan görünür ki, Yevlax EŞ-in Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.11.2013-cü il tarixli, 315a saylı sərəncamına əsasən İddiaçı balansında olan nasos stansiyalarının enerji təchizatına xidmət edən transformator yarımstansiyaları Yevlax EŞ-nin balansına təhvil verilmişdir. Bu fakt həmçinin iş materiallarında olan təhvil-təslim aktı ilə də təsdiq edilir. Yuxarıda qeyd edilmiş iş materiallarından görünür ki, həmin nasos stansiyası artıq 8 ildir ki, X2 balansındadır. İddiaçı, onun hər hansısa bir əməkdaşı tərəfindən həmin nasos stansiyasına və sayğaca müdaxilə edilməsi mümkün deyildir. Ona görə sayğacda olan hər hansı bir qüsura görə iddiaçı cavabdehlik daşımır. Mübahisə predmetinə dair aktın məzmunundan göründüyü kimi, baxış keçirilərkən və akt tərtib edilərkən istehlakçı iddiaçı tərəfin nümayəndəsinin iştirakı təmin olunmamışdır. Onların aktı imza edib-etməyəcəklərindən asılı olmayaraq nümayəndənin, ən azından iştirakı təmin olunmalı idi. Göründüyü kimi elektrik enerjisindən istifadə qaydalarına əməl olunmasının vəziyyəti yoxlanılarkən və bu barədə akt tərtib edilərkən yalnız cavabdeh müəssisəsinin əməkdaşlarının iştirakı təmin olunmuş, maraqlı şəxslərin iştiraki təmin edilməli olduğu halda edilməmişdir. Halbuki, "xxxx" İstehsalat Birliyinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Eyni zamanda, qəbul edilmiş nəticənin qanunazidd olduğunu iddia etmək imkanını istehlakçı üçün yaratmış olur. Həmçinin, cavabdeh "xxxx" İstehsalat Birliyi istehlakçıya münasibətdə daha güclü tərəfdir və mübahisələndirilən aktın qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Qəbul edilmiş aktın qanuni və əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə cavabdeh enerji satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb cavabdehin tərtib etdiyi akt əsasında zərər qismində hesablanmış pulun silinməsi ilə bağlıdır. MPM-in 77.2ci maddəsinə əsasən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Məhkəmə kollegiyası cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada istehlakçının iştirakı olmadan tərtib edilmiş həmin aktı mötəbər sübut hesab etməyərək belə qənaətə gəlir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi İddiaçınə əsassız hesablanmış 30168 (otuz min yüz altmış səkkiz) manat borcun (cərimənin) silinməsi hissəsində təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2-2(84)-129/2019 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçınə əsassız hesablanmış 30168 (otuz min yüz altmış səkkiz) manat borc (cərimə) silinsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar