Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-20/2022 11.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İskəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən İddiaçı əsassız olaraq yazılmış 5515 manat borcun (cərimənin) silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə şikayətin geri qaytarılması barədə Şəki Kommersiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, e-2- 2(117)-9/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən İddiaçı əsassız olaraq yazılmış 5515 manat borcun (cərimənin) silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şəki Kommersiya Məhkəməsinin 29.01.2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 29.01.2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, şikayət kağız daşıyıcıda poçt vasitəsilə 26.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 27.05.2021-ci il tarixli e- 22(117)-9/2021 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad 07.06.2021-ci il tarixdə cavabdeh Azəriqaz İB-yə rəsmi qaydada poçt göndərişinin çatdırılması haqqında xəbərnaməyə imza etdirilməklə təqdim edilməsinə baxmayaraq Cavabdeh İB məhkəmənin 27.05.2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qərardadından şikayətlə məhkəməyə müraciət etmiş, şikayət elektron kabinet vasitəsilə 07.12.2021-ci il tarixdə daxil olmuşdur. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 08 dekabr 2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh 14.12.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə ərizə verərək Şəki Kommersiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qərardadının ləğv edilməsini və müddətin bərpası üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 29.01.2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qətnaməsi Azəriqaz İB-yə rəsmi təqdim edilməmişdir. Bu səbəbdən də şikayət müddəti ötürülməmişdir. Bundan başqa qətnamənin elektron kabinetdə yerləşdirilməsi ilə bağlı nə cavabdehə nə də cavabdehin nümayəndəsi X1 heç bir məlumat verilmişdir. Bundan əlavə məhkəmənin 27.05.2021-ci il tarixli qərardadı 2021ci ilin dekabr ayında çatmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İB-nin nümayəndəsi Kamran Əhmədov ərizə ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini və müddətin bərpası üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Barəsində şikayət verilməsi nəzərdə tutulmuş qətnamə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edildiyindən və qanunvericiliyin tələbinə əsasən həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası məsələsinə də Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olduğundan, habelə ümumiyyətlə müddətin bərpası ilə bağlı müraciət məhkəməyə daxil olmadığından məhkəmə ərizənin məzmununa əsasən ərizəni Şəki Kommersiya Məhkəməsinin 08.12.2021-ci il tarixli qərardadından şikayət kimi qiymətləndirir və müraciətə qərardaddan şikayət kimi qiymət verilir. Şəki Kommersiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qərardadı ilə həmin Məhkəmənin 08 dekabr 2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin ərizəsini həmin ərizənin məzmununa görə şikayət kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası bu yanaşmasını əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə (Zaqatala rayon Qaz İstismar İdarəsinin Hüquq şöbəsinin rəisi) elektron poçt vasitəsilə məhkəməyə meraciət edərək səlahiyyətini təsdiq edən sənədləri təqdim etməklə elektron kabinetinin olduğunu bildirmiş və elektron kabinetdə adının əlavə edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndənin xahişi və kommersiya mübahisələri üzrə işlərin elektron qaydada aparılmalı olması ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmaqla Nümayəndə adı əlavə edilmiş və iş üzrə bütün məhkəmə sənədləri, eyni zamanda məhkəmə qətnaməsi cavabdehə həmin nümayəndənin adına olan elektron kabinet vasitəsilə çatdırılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemə yerləşdirilən məhkəmə sənədləri imzalandığı andan avtomatik qaydada tərəflərin elektron kabinetlərinə yerləşdirilir və bu barədə elektron kabinetin sahibinə məxsus mobil telefon nömrəsinə SMS göndərilir (elektron kabinet açıldığı vaxt qeydiyyata alınmış telefon nömrəsi). Göründüyü kimi, qətnamə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin şikayətində qeyd etdiyi Maqsud Atayevə deyil, Cavabdeh İB-nin nümayəndəsi Şaban Ramazanovun elektron kabinetində yerləşdirilməklə cavabdehə çatdırılmışdır. Bundan əlavə, məhkəmə kollegiyası şikayətin cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin 27.05.2021-ci il tarixli qərardadının 2021-ci ilin dekabr ayında cavabdehə çatması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan poçt göndərişinn çatdırılması barədə xəbərnamədən görünür ki, Cavabdeh İB məhkəmənin 27.05.2021-ci il tarixli qərardadını rəsmi qaydada 07.06.2021-ci il tarixdə poçt vasitəsi ilə də almışdır. Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin barəsində şikayət verilən 27.05.2021-ci il tarixli e-2-2(117)-9/2021 nömrəli qərardadı 07.06.2021-ci il tarixdə cavabdehdə rəsmi təqdim edilmiş, cavabdeh qanunvericiliklə müəyyən edilmiş 10 gün şikayət müddətini ötürməklə (6 ay sonra) 07.12.2021-ci il tarixdə qərardaddan şikayətlə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən qeyd edir ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, qanunvericiliyin tələbi baxımından cavabdeh qərardaddan ona təqdim olunduğu tarixdən 10 gün müddətində şikayət verə bilər ki, həmin müddətin ötməsi şikayətin geri qaytarılması üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, e-2-2(117)-9/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, e-2-2(117)- 9/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-20/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-20/2022
11.01.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver