Məhkəmə qərarları › İş №2-2(107)-31/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-31/2022

28.02.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-31/2022 28.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İskəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “4658,40 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” kommersiya mübahisəsi üzrə şikayətin geri qaytarılması barədə Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(84)-203/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “4658,40 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 25 oktyabr 2019-cu il tarixli, e-2-2(117)-203/2019 saylı qətnaməsi ilə 4658,40 manat borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, e-2- 2(117)-203/2019 saylı qətnaməsindən 08 iyun 2021-ci il tarixdə kağız daşıyıcıda apellyasiya şikayəti vermiş, Şəki Kommersiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət ötürüldüyündən və şikayət elektron qaydada verilmədiyindən geri qaytarılmış, Cavabdeh nümayəndəsi Nümayəndə qeyd edilən qərardaddan şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət kağız daşıyıcıda təqdim edildiyinə və şikayət vermək müddəti keçdiyinə görə geri qaytarılmış, qeyd edilən qərardaddan şikayət elektron kabinet vasitəsilə 14 yanvar 2021-ci il tarixdə verilmişdir. Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 17 dekabr 2021-ci il tarixli qərardadından verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh 27 yanvar 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə şikayət verərək Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(84)-203/2019 saylı qərardadının ləğv edilməsini və müddətin bərpası üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə Cavabdehnə rəsmi qaydada daxil omadığı üçün məhkəməyə müraciət olunmamışdır. 03 may 2021-ci il tarixdə X2 Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, e-2-2(84)-203/2019 saylı qətnaməsi cavabdehə göndərilmişdir. Onlar tərəfindən 31 may 2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bu səbəbdən də apellyasiya şikayətinin verilməsi üçün müddət ötürülməmişdir. X3 Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, e-2-2(84)-203/2021 saylı qərardadında göstərilmişdir ki, qətnamə 06 noyabr 2019-cu il tarixdə cavabdehə rəsmi qaydada çatdırılmış və cavabdehin nümayəndəsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Bu səbəbdəndə apellyasiya şikayəti geri qaytarılmışdır. Halbuki, həmin qətnamə cavabdehə 03 may 2021-ci il tarixdə çatmışdır. Şəki Kommersiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, e-2-2(117)-203/2019 saylı qərardadı ilə həmin Məhkəmənin 17 yanvar 2022-ci il tarixli, e-2-2(84)-203/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(84)-203/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin olaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qətnaməsi 06 noyabr 2019-cu il tarixdə Cavabdeh İB tərəfindən xəbərnaməli bildiriş imzalanaraq rəsmi qaydada qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli e-2- 2(117)-203/2019 nömrəli qərardadı ilə qeyd edilən qətnamədən verilmiş apelyasiya şikayəti geri qaytarılmış, həmin qərardad 16 iyun 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada çatdırılmış və cavabdehin nümayəndəsi tərəfindən imzalanmaqla təhvil alınmışdır. Eyni zamanda, Cavabdeh İB-nin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh İB 22 oktyabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək apelyasiya şikayətinin nəticəsi barədə ona məlumat verilməsini xahiş etmiş, həmin tarixdə müraciətə cavab verilmiş və həmin məktub cavabdeh tərəfindən 03 noyabr 2021-ci il tarixdə rəmi poçt vasitəsilə qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadından verilmiş şikayət 16 dekabr 2021-ci il tarixdə kağız daşıyıcıda və müddət ötürülməklə Şəki Kommersiya Məhkəməsinə daxil olmuş, həmin məhkəmənin 17 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət 14 yanvar 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, həmin məhkəmənin 17 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət müddət ötürülməklə verildiyindən qaytarılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh məhkəmənin 17 dekabr 2021-ci il tarixli qərardadından şikayət vermə müddətinin ötürülməsinin üzürlü hesab edilməsi barədə ərizə verməmiş, bu hallar barədə məhkəməyə məlumat bildirməmiş, qətnamədən verilmiş apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı şikayət qanunla müəyyən edilmiş qaydada və müddətdə verilmiş olsaydı, Cavabdeh İB-nin apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı məsələyə baxıla bilərdi. Hazırkı vəziyyətdə apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı məsələyə baxılmasına mane olan Məhkəmənin 17.12.2021-ci il tarixli qərardadı olduğundan məhkəmənin müvafiq qətnamədən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi ilə bağlı məsələyə baxması qanuni deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Elektron Məhkəmə İnformasiya Sistemə yerləşdirilən məhkəmə sənədləri imzalandığı andan avtomatik qaydada tərəflərin elektron kabinetlərinə yerləşdirilir və bu barədə elektron kabinetin sahibinə məxsus mobil telefon nömrəsinə SMS göndərilir (elektron kabinet açıldığı vaxt qeydiyyata alınmış telefon nömrəsi). Göründüyü kimi, qeyd edilən məhkəmə qərardadı 17 dekabr 2021-ci il tarixdə elektron kabinetdə yerləşdirildiyindən cavabdeh həmin tarixdə məhkəmə qərardadından məlumatlı olmuşdur, əlavə olaraq məhkəmə tərəfindən hər hansı məlumat göndərilməli deyildir. Belə ki, şikayət vermə müddəti 27 dekabr 2021-ci il tarixdə bitmiş və həmin gün və növbəti gün iş günü olmuşdur. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən qeyd edir ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, qanunvericiliyin tələbi baxımından cavabdeh qərardaddan ona təqdim olunduğu tarixdən 10 gün müddətində şikayət verə bilər ki, həmin müddətin ötməsi şikayətin geri qaytarılması üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(84)-203/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, e-2-2(84)- 203/2019 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar