Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-33/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiаçı İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi İbrahimov Şahin Möhübbət oğlunun iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh MMC-nə qarşı “cavabdeh tərəfindən Qax rayonu Qarabaldır kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(84)-3/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən hakim R.Məcidov) xx xxxxxx 2019cu il tarixli 2-2(84)-3/2019 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh MMC) qarşı "cavabdeh tərəfindən Qax rayonu Qarabaldır kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması" tələbinə dair iddiası rədd edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı” İdarəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(84)-3/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Qətnamədən narazı qalan İddiaçı” İdarəsi kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(107)-21/2019 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli tarixli, 2-2(107)-21/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(84)-3/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Qətnamədən narazı qalan İddiaçı” İdarəsi kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(107)- 55/2019 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli tarixli, 2-2(107)-55/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: Cavabdeh MMC xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınaraq adına xx.xx.2010-cu il tarixli **********794200 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilmişdir. Qax Rayon İcra Hakimyyətinin xx.xx.2007-ci il tarixli 230 nömrəli və DTXK-nın Qax rayon şöbəsinin rəyləri əsasında Qax rayon Qarabaldır bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətinə aid olan, istifadə edilməyən torpaq sahəsindən Cavabdeh Firmasına sahibkarlıq, süd və süd məhsulları istehsalı üçün 2,30 ha torpaq sahəsi satılmış, DTXK-nın Qax rayon şöbəsinin nümayəndəsinin də iştirakı ilə tərəflər arasında xx.xx.2017-ci il tarixdə torpağın alğı-satqısına dair Akt imzalanmış, Cavabdeh Firmasının təsisçisi İsmayıl Qasımovun adına A seriyalı 046082 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq Dövlət X6 xx.xx.2008-ci il tarixdə 577 nömrə ilə uçota alınmış və Cavabdeh MMC-in həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına MA seriyalı ******* nömrəli çıxarış və AA seriyalı 003383 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Bundan sonra Qax Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 339 nömrəli sərəncamı ilə Qax rayon Qarabaldır kəndində Cavabdeh MMC-nin xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsində tikinti sahəsi 1234 m2 olan 3 mərtəbəli süd məhsulları emalı sexinin tikintisinə icazə verilmiş, tikinti işləri başa çatdıqdan sonra Qax Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 169 nömrəli qərarı əsasında Cavabdeh MMC-in mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş ət və süd məhsulları emalı sexinin nəzdində istehsalat sexi, inzibati bina, qazanxana, nəzarət buraxılış məntəqəsi, 2 ədəd anbar binası istismara qəbul edilmiş və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. Həmin istismara qəbul aktı digər komissiya üzvləri ilə yanaşı X8 İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh MMC-in 2,3 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış, 524 inventar nömrəli qeyri-yaşayış binasının pasportu və xx.xx.2013-cü il tarixli AA seriyalı 000653 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. 524 inventar nömrəli qeyri-yaşayış binasının pasportundan müəyyən olunur ki, pasportda “D” tikili kimi – gözətçi və tibb binası, “E” tikili kimi – altıaçıq, “F” tikili kimi – ayaqyolu, İİİ kimi – transformator və Vİ kimi hasar işarələnmişdir. İddiaçının sökülməsini iddia etdiyi tikililər həmin adları qeyd olunanlardır. İddiaçı mübahisə predmeti olmaqla cavabdehin mülkiyyətində olan tikililərin həmin ərazidən keçən diametri 325 mm-lik “Qax-Zaqatala” qolu yüksək təyziqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyini əsas gətirərək hazırkı tələblə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonunun Qarabaldır kəndi ərazisində Cavabdeh MMC tərəfindən X7 Layihələndirmə Normalarının tələbləri və Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametiri 325 mm-lik “Qax-Zaqatala” qolu yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, kəmərin 10-15 metrliyində daş hasar və yardımçı binalar inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23-cübəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metrkeçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Cavabdehin inşa etdiyi daş hasar və yardımçı binaların altında yerləşən torpaq sahəsinin ayrılması barədə həmin qaz kəmərini istismar edən hüquqi şəxsin razılığı mövcud deyil. Cavabdeh xx.xx.2018-ci il tarixdə birinci instansiya məhkəməsinə iddia tələbinə etirazla müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, Qax rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2009-cu il tarixli 339 nömrəli tikintiyə icazə sərəncamına əsasən Cavabdeh MMC Qax rayonu Qarabaldır kəndində yerləşən ət və süd məhsulları emalı sexinin inşasına başlamışdır. Cavabdeh MMC Qax rayonu Qarabaldır kəndində yerləşən ət və süd məhsulları emalı sexinin inşası üçün bütün dövlət orqanlarında razılaşdırılmış qaydada, müvafiq layihə əsasında həyata keçirilmişdir. Tikinti işləri tam qanuni və müvafiq dövlət qurumları tərəfindən təsdiqlənmiş lahiyyə əsasında aparılmışdır. Tikinti başa çatdıqdan sonra isə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komisiyyasının aktı tərtib edilmişdir. Bu aktı “Azəriqazın” Qax rayon Qaz istismarı İdarəsinin rəisi də imzalamışdır ki, bundan sonra cəmiyyətin Qax rayonu Qarabaldır kəndində yerləşən ət və süd məhsulları emalı sexi dövlət tərəfindən istismara qəbul edilmişdir. Bundan sonra Cavabdeh MMC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. Çıxarışda göstərilmiş mübahisəli 40.7 m2 gözətçi və tibb otağı, 87.2 m2 altıaçıq və 9.9 m2 olan ayaqyolunun iddia ərizəsində qanunsuz tikili kimi göstərilməsi qanunsuzdur. Belə ki, bu cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. Cəmiyyət tam qanuni yolla dövlətin yaratdığı komisiyanın nəzarəti ilə tikinti işləri aparmışdır ki, həmin komisiyanın üzvlərindən biri Azəriqazın nümayəndəsi olmuşdur. İndi Azəriqazın digər idarəsi tərəfindən tikintinin qanunsuz adlandırılması və sökülməsini tələb edilməsi özü qanunsuz və absurddur. Digər tərəfdən altıaçıq və digər tikililər qapalı obyektlər olmadığı üçün burada hər hansı təhlükə mənbəyindən söhbət gedə bilər. Mülkiyyətçi öz torpaq sahəsinin daxilində tikililər inşa etməyə haqlıdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə yüksək təzyiqli magistral qaz kəmərindən 10 metr və 20.7 metr məsafədə inşa edilmiş gözətçi evi, hasar və yardımçı binaların sökülməsi tələbini rədd etməkdə qanunun tələblərini pozmuş və tikililəri təhlükə altında qoymuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(84)-3/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi İbrahimov Şahin Möhübbət oğlu apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(84)-3/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(102)-140/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli tarixli, 2-2(107)-55/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-2(102)-140/2020 saylı qərarında göstərilmişdir ki, Apelyasiya instansiyası məhkəməsinin hazırkı mülki mübahisəyə münasibətdə hüquqi mövqeyi əsaslı sayıla bilməz. Çünki, iddia tələbi cavabdehin inşa etdiyi tikili üzərində onun mülkiyyət hüququ əldə edib-etməməsi ilə bağlı deyildir. İddia tələbinin əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın tələbləri pozulmaqla, qaz kəmərinin mühafizə zonasında inşa edilməsi təşkil edir. Əgər həmin tikililər qaz kəmərinin mühafizə zonasından kənarda inşa edilmiş olsaydı, bu halda həmin tikilinin sökülməsi barədə iddia irəli sürülməsinə ehtiyac olmazdı. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikililərin qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə və həmin tikilinin iddiaçının qaz kəmərindən təhlükəsiz istifadəsinə maneə yaratmasına isə əhəmiyyət verməmişdir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikililər qaz kəmərinin mühafizə zonası daxilindədir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş x xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdehin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən hasarlanmış torpaq sahəsi ilə 325 mm-lik Qax- Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Bu hal, həmin tikilidən istifadə edən şəxslərin həyatına ciddi təhlükə yaradır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi həmin təhlükəni nəzərə almır. Eyni zamanda, apellyasiya məhkəməsi qərarında bizə məlum olmayan səbəblərdən, qeyd edilən mütəxəssis rəyinə münasibət bildirməyib. Bundan başqa, ‘Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinə əsasən, mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Hazırkı işdə, cavabdeh tərəfindən inşa edilən gözətçi evi, hasar və yardımçı binalar dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni, Qax rayonu Qarabaldır kəndi ərazisində yerləşən tikililər 325 mm diametri “Qax-Zaqatala qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 10 metr və 20.7 metr məsafədə inşa edilmişdir. Qeyd olunanlara müvafiq olaraq bildirmək istərdik ki, Qax rayonu Qarabaldır kəndi ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(84)-3/2019 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə təmin edilməlidir. Belə ki, İşin mübahisə olunmayan hallarına görə Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2007- ci il tarixli 230 nömrəli və DT və XK-nın Qax rayon şöbəsinin rəyləri əsasında Qax rayon Qarabaldır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətinə aid olan, istifadə edilməyən torpaq sahəsindən cavabdehə sahibkarlıq, süd və süd məhsulları istehsalı üçün 2,30 ha torpaq sahəsi satılmış, DT və XK-nın Qax rayon şöbəsinin nümayəndəsinin də iştirakı ilə tərəflər arasında xx.xx.2017-ci il tarixdə torpağın alğı-satqısına dair akt imzalanmış, cavabdehin təsisçisi İsmayıl Qasımovun adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq Dövlət X6 xx.xx.2008-ci il tarixdə 577 nömrə ilə uçota alınmış və cavabdehin 2,3 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 339 nömrəli sərəncamı ilə Qax rayon Qarabaldır kəndində cavabdehin xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsində tikinti sahəsi 1234 kv.m olan 3 mərtəbəli süd məhsulları emalı sexinin tikintisinə icazə verilmiş, tikinti işləri başa çatdıqdan sonra Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 169 nömrəli qərarı əsasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş ət və süd məhsulları emalı sexinin nəzdində istehsalat sexi, inzibati bina, qazanxana, nəzarət buraxılış məntəqəsi, 2 ədəd anbar binası istismara qəbul edilmiş və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. İstismara qəbul aktı digər komissiya üzvləri ilə yanaşı X8 İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin 2,3 ha torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə çıxarış, qeyri-yaşayış binasının pasportu və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçının sökülməsini iddia etdiyi tikili çıxarışda və texniki pasporta əksini tapmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, cavabdeh tərəfindən hasarlanmış ərazi, inşa edilmiş əsas və köməkçi tikililər cavabdehə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən cizgilər daxilində yerləşir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax-Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Mütəxəssis rəyi də işin mübahisə olunmayan halıdır. Qanunverici birmənalı olaraq mühafizə zonası dairəsində tikinti işləri aparılmasına icazə vermir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Qaydaların 2.11-ci bəndinin a) yarımbəndində əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslərin Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Göründüyü kimi, Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan boru kəmərlərinin mühafizə zonalarında, yəni boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m məsafədə hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağan edilmişdir. Lakin işdə olan mütəxəssis rəyindən görünür ki, cavabdehə məxsus tikili hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax-Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Cavabdeh Qaydaların 2.11-ci bəndinin a) yarımbəndində əməl etməyərək iddiaçının yazılı razılığı alınmadan boru kəmərlərinin mühafizə zonasında tikinti işləri aparmışdır. Qaydaların 2.23-cü bəndinə görə magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahəsi ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Boru kəmərinin keçdiyi ərazidə cavabdehə torpaq sahəsi ayrılarkən qaz kəmərlərini istismar edən orqanlarla (iddiaçı ilə) razılaşdırması işdə olan sübutlarla müəyyən edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsində qeyd edilir ki, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. İşin hallarına görə cavabdehin xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsində ona məxsus süd məhsulları emalı sexi mövcuddur. İnşa edilmiş ət və süd məhsulları emalı sexinin nəzdində olan istehsalat sexi, inzibati bina, qazanxana, anbar binası qaz xəttinin mühafizə zonasından kənarda yerləşir. Mütəxəssis rəyinə görə gözətçi məntəqəsi və giriş qapısı qaz xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisə hasarın bir hissəsi, gözətçi məntəqəsi və giriş qapısı ilə bağlı olduğundan və cavabdehin istehsalat tikililəri ilə bağlı olmadığına görə məhkəmə icraatı çərçivəsində mübahisənin cavabdehin sahibkarlıq fəaliyyətinə mane olması istisna edilir Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır.Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdikləri dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. MPM-in 220.4-cü maddəsinin tələbinə görə sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərirlir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 14.2 və 77.1 -ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apardığı araşdırmanın nəticəsi olaraq bu fikirdədir ki, iddiаçı İddiaçı Cavabdeh MMC-nə qarşı “cavabdeh tərəfindən Qax rayonu Qarabaldır kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməlidir. Çünki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(84)-3/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(84)-3/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiаçı İddiaçı Cavabdeh MMC-nə qarşı “cavabdeh tərəfindən Qax rayonu Qarabaldır kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-33/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-33/2020
27.08.2020 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver