Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-50/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-2(117)-130/2021 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq kollegiyası müəyyən etdi: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə haqqı borcu üzrə 2442 manat borcun cavabdehdən tutularaq Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına (kod 501004 AZ74NABZ******************** VÖEN **********, SWİFT bik NABZAZ 2 C ) ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-2(117)-130/2021saylı qərardadı ilə (hakim R. Məcidov) iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə haqqı borcu üzrə 2442 manat borcun cavabdehdən tutularaq Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına (kod 501004 AZ74NABZ******************** VÖEN **********, SWİFT bik NABZAZ 2C) ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-2(117)-130/2021 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən şikayət verilmişdir. Şəki Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-2(117)-130/2021 saylı qərardadı ilə iddiaçının qərardaddan dəlilləri əsassız hesab edilmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-2(117)-130/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli qərarının 6.2-ci bəndinə əsasən, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. İş materiallarından müəyyən оlunmuşdur ki, 10.12.2020-ci il tarixli iddia ərizəsi Cə-lilov Rafiq Əsgər oğlu tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Eyni zamanda Fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələrinin təsdiq edilənədək onların öz fəaliyyətlərini mövcud əsasnamələr əsasında davam etdirmələri müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli 2034 nömrəli sərəncamı ilə Nümayəndə xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilən 12.05.2020-ci il tarixədək Xidmət öz fəaliyyətini Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsi və həmin Komitə tərəfindən xidmət sahəsini əhatə edən sənədlər (əmr, və s.) əsasında həyata keçirmişdir ki, Xidmətin Əsasnaməsinin təsdiq edildiyi 12.05.2020-ci il tarixdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini tənzimləyən sənədlər əsasında hər hansı hərəkətlərin həyata keçirilməsi qanuni deyil və həmin sənədlərin hüquqi qüvvəsi yoxdur. Buna baxmayaraq, hazırkı iş üzrə iddia ərizəsini imzalamış Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sübut qismində Əmlak Məsələləri Dövlət Komitəsinin 27.02.2018ci il tarixli 42 nömrəli əmrini birinci intansiya məhkəməsinə təqdim etmişdir ki, həmin əmrlə ona Əmlak Məsələləri Dövlət Xidmətinin deyil Əmlak Məsələləri Dövlət Komitəsinin adından iddia ərizələrini imzalamaq səlahiyyəti verilmişdir. Şərh olunduğu kimi isə hazırda Əmlak Məsələləri Dövlət Komitəsi mövcud olmamaqla yanaşı həmin Komitənin fəaliyyətini tənzimləyən əmr və sair sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin təsdiq edildiyi 12.05.2020-ci il tarixdə qüvvəsini itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki, inzibati, komersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki, inzibati, komersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-2(117)-130/2021saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-2(117)-130/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Vəzirxan Məlikov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2-2(107)-50/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-50/2021
24.05.2021 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver