Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-54/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı1 Cavabdehnə qarşı “Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən 2 mərtəbəli, 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10. kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasından (inzibati binadan) cavabdehin şəxsi əşyalardan tamamilə boşaldılmaqla çıxarılması və 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)–34/2021 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən 2 mərtəbəli, 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10. kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasından (inzibati binadan) cavabdehin şəxsi əşyalardan tamamilə boşaldılmaqla çıxarılması və 30 manat dövlət rüsumunun ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)–34/2021 nömrəli qərardadı ilə İddiaçı1 Cavabdehnə qarşı “Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən 2 mərtəbəli, 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10. kv.m köməkçi sahəsindən ibarət qeyriyaşayış binasından (inzibati binadan) cavabdehin şəxsi əşyalardan tamamilə boşaldılmaqla çıxarılması və 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iş üzrə icraatın iddiaçı Cavabdehlər BOKT “xxxx” MMC, xxxx MMC və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, 30.10.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış 30.10.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın (ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası) alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması tələbinə dair iş üzrə (e-2-2(117)-280/2021) nömrəli iş üzrə) yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Həmin qərаrdаddаn iş üzrə İddiaçı1 şikаyəti 30 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Kommersiya Məhkəməsinin 03 may 2021-ci il tarixli e-2-2(117)–34/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2- 2(117)–34/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərardaddan verilmiş şikayətə baxan Şəki Kommersiya Məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən qeyri-yaşayış sahəsi ilə bağlı hərrac protokolu və çıxarış Cavabdeh iddia tələbi üzrə mübahisə predmetidir ki, hərrac protokolu və kredit təşkilatının adına verilmiş çıxarış ləğv olunacağı təqdirdə kredit təşkilatının hazırki iş üzrə cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iş üzrə iddianın hüquqi əsası aradan qalxmış olacaqdır. Bu səbəbdən iddiaçı Cavabdeh iddiası üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı işin icraatı dayandırılmışdır. Bundan başqa məhkəmə iddiaçının şikayət dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Cavabdehlər BOKT “xxxx” MMC, xxxx MMC və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, 30.10.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış 30.10.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın (ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binası) alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə 22.04.2021-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinə daxil olmuş və həmin tarixdə qeydə alınaraq sistem tərəfindən e-2-2(117)- 280/2021 nömrə verilmişdir. İddianın hüquqi əsasının və faktiki sübutların olub-olmaması, habelə hüquqi nəticəsi bilinməyən məhkəmə icraatının başlanması ilə bağlı iddiaçının şikayət dəlillərinə gəldikdə isə, həmin məsələlər artıq o mübahisə üzrə məhkəmə araşdırmasının predmetidir. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının qərardaddan şikayətinin dəlillləri əsassız olduğundan baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən verilən şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)– 34/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı1 tərəfindən verilən şikayət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2-2(117)–34/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-2(107)-54/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-54/2021
24.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver