Məhkəmə qərarları › İş №2-2(107)-59/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-59/2021

02.06.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-59/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-2(117)-319/2021 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “elektrik enerjisindən istifadəyə görə yaranmış 286562.40 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək cəmiyyətə elektrik verilməsinin bərpa edilməsi və bərpa edildikdən sonra elektrik enerjisinin verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-2(117)-319/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “elektrik enerjisindən istifadəyə görə yaranmış 286562.40 manat borcun silinməsi” tələbinə dair iş üzrə İddiaçı ASC-nin iddianın təmin etmə tədbirinin görülməsinə dair ərizəsi rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-2(117)-319/2021 iş üzrə qərardadından İddiaçı ASC tərəfindən şikаyət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müəssisə hal-hazırda fəaliyyətə başlamışdır və elektrik enerjisi verildiyi təqdirdə müəssisənin fəaliyyəti tam təmin olunacaqdır. Müəssisədə sayğac mövcuddur və yararlıdır. Həmçinin müəssisənin kabel təsərrüfatı da tam yararlıdır və heç bir nöqsan yoxdur. Odur ki, apelyator yuxarıdakıların diqqətə alınaraq, şikayət təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-2(117)-319/2021 nömrəli qərardadını ləğv edilməsini xahiş edir. Şəki Kommersiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-2(117)-319/2021 iş üzrə qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Оna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 may 2021-ci il Şəki Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-2(117)-319/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X2 X1 03.05.2021-ci il tarixli 159 nömrəli məktubundan görünür ki, mübahisə predmeti olan borc 2015-ci il tarixdən əvvəlki dövrü əhatə edir. Müəssisə uzun müddət fəaliyyət göstərmədiyi üçün şəbəkənin proqram bazasında passivə salınmışdır. Müəssisənin yenidən şəbəkəyə qoşulması yaranmış borc ödənildikdən və müəssisənin abonent kodu aktiv olduqdan sonra mümkün olacaqdır. Hazırki iş üzrə mübahisə predmeti olan 286562.40 manat borc məbləğinin hansı əsasla yaranması (elektrik enerjisinin aylıq sərfiyyatının dəyəri kimi və ya hər hansı bir pozuntu nəticəsində itirilmiş enerinin dəyəri kimi) barədə iş materiallarında sübut mövcud deyildir. Bundan başqa iddiaçı təmin etmə tədbiri görülməsi barədə ərizəsində elektrik enerjisi olmadan müəssisənin fəaliyyət göstərməsinin mümkün olmadığını, müəssisənin fəaliyyətsizliyinin ölkə iqtisadiyyatına zərbə vuran amillərdən olduğunu qeyd etsə də, iş materiallarında olan X2 X1 03.05.2021ci il tarixli 159 nömrəli məktubundan görünür ki, mübahisə predmeti olan borc 2015-ci il tarixdən əvvəlki dövrü əhatə edir. Müəssisə uzun müddət fəaliyyət göstərmədiyi üçün şəbəkənin proqram bazasında passivə salınmışdır. Müəssisənin yenidən şəbəkəyə qoşulması yaranmış borc ödənildikdən və müəssisənin abonent kodu aktiv olduqdan sonra mümkün olacaqdır. Göründüyü kimi, iddiaçının ərizədə göstərdiklərinin əksinə müəssisə uzun müddətdir ki, fəaliyyət göstərmir, borc məbləği kifayət qədər yüksəkdir, bu səbəbdən proqram bazasında passivə salınmışdır. Müəssisənin hazırki vəziyyətdə yenidən şəbəkəyə qoşulması üçün tam hazır olması (müqavilə bağlanması, sayğacın işlək və tələblərə cavab verən şəkildə olub-olmamasının yoxlanılması, habelə müəssisənin kabel təsərrüfatının elektrik enerjisinə qoşulmaya yararlı olub-olmaması və s.) barədə iş materiallarında sübut mövcud deyildir. Eyni zamanda müəssisə uzun müddətdir ki, fəaliyyət göstərmədiyindən müəssisəyə elektrik enerjisinin verilməməsi onun mövcud olmayan istehsal prosesinə təsir etməyəcək, müəssisənin fəaliyyəti olmadığından hər hansı təcili tənzimləməyə ehtiyac yoxdur və hazırki vəziyyətdə iddianın təmin etmə tədbirinin görülməsinə dair iddiaçının ərizəsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi daşımır. Belə ki, iddiaçının tələbi təmin ediləcəyi təqdirdə belə silinməsi tələb edilən borc məhkəmə tərəfindən silinəcək və bu iddianın hər hansı formada təmin edilməsinə zərurət yoxdur. Yekun məhkəmə aktı qanuni qüvvvəsini aldıqdan sonra tərəflər arasında müqavilə bağlanmalı və şərh olunan bütün hərəkətlər yerinə yetirildikdən sonra müəssisəyə elektrik enerjisi verilə bilər ki, fəaliyyət göstərməyən müəssisəyə elektrik enerjisinin verilməsinə hazırki vəziyyətdə zərurət belə yoxdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin Qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası iddiaçının şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, şikayətdə müəssisənin yenidən fəaliyyətə başladığını qeyd edilməsinə baxmayaraq, müəssisənin yenidən şəbəkəyə qoşulması yaranmış borc ödənildikdən və müəssisənin abonent kodu aktiv olduqdan sonra mümkün olacaqdır. Bundan əlavə, şikayətdə müəssisənin kabel təsərrüfatının tam yararlı olduğunu və heç bir nöqsanın olmadığını bildirsə də, müəssisənin hazırki vəziyyətdə yenidən şəbəkəyə qoşulması üçün tam hazır olması (müqavilə bağlanması, sayğacın işlək və tələblərə cavab verən şəkildə olub-olmamasının yoxlanılması, habelə müəssisənin kabel təsərrüfatının elektrik enerjisinə qoşulmaya yararlı olub-olmaması və s.) barədə iş materiallarında sübut mövcud deyildir. Bu barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəmə kollegiyasına təqdim etmədiyindən şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mülki iş üzrə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, e-2-2(117)-319/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, e-2-2(117)-319/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Elçin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar