Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-93/2025 22.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi, apellyasiya şikayətini vermiş Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (VÖEN **********) Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 20 may 2024-cü ildə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, 11 mart 2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi, Cavabdeh tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq **********02030 nömrəli abonent koduna yazılmış 24300 manat itirilmiş təbii qazın dəyərinin məbləğinin azaldılaraq 4050 manat müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Göyçay rayonu Cəyirli kəndində yaşayır və 2024-cü ilin əvvəllərində həyətyanı sahəsindən aralıda yerləşən özünə məxsus pay torpağında İstixana quraraq tərəvəz məhsulları yetişdirmək qərarına gəlmişdir. Quraşdırdığı istixanaya qaz çəkdirmək üçün aidiyyəti üzrə müraciət etmiş, lakin çox böyük məbləğdə pul vəsaiti tələb edildiyindən quraşdıra bilməmişdir. İstixananı quraşdıraraq ora pomidor şitilləri əkmiş və içərini odunla qızdırmış, lakin maddi imkanı olmadığında odun ala bilməmişdir. Buna görə də təxminən fevral ayının 10-da çarəsizlikdən sahənin yaxınlığından keçən yeraltı qaz xəttindən gizlincə xətt çəkərək istixananı qızdırmağa başlamışdır. Lakin 2024-cü ilin fevral ayının 24-ü Göyçay qaz idarəsinin əməkdaşları istixanaya gəlmiş və qazdan istifadə etdiyini aşkar etmişlər. Onlara hər şeyi səmimi olaraq etiraf etmiş, qazdan 15 gün müddətində istifadə etdiyini bildirmiş və qazı kəsməmələrini xahiş etmişdir. Qaz İdarəsinin əməkdaşları bir şərtlə mart ayı ərzində və cəmi 20 gün olmaq şərti ilə qazı kəsməməyə razı oldular ki,onlarla razılaşma protokolu imzalasın. Həmin razılaşma protokoluna isə onların istədiklərini yazacaqlarını və həmin protokolu imzalamalı olduğunu bildirmişlər. Əlacsız olduğu üçün onlarla razılaşmışdır. Qaz idarəsinin əməkdaşları savadsızlığından istifadə edərək ona 202500 m3 qazın dəyəri olan 24300 manat məbləğində cərimə yazmışlar və həmin cəriməni evindəki qazdan istifadəyə görə açılmış **********02030 nömrəli abunə koduna yazmışlar. 11 mart 2024-cü il tarixdə Razılaşma Protokolu tərtib edilərkən həmin bu xəttdən cəmi 20 gün ərzində istifadə etdiyini yenidən bildirsə də, onlar cəriməni 180 gün müddətində hesablamışlar. Qanunsuz xətt aşkar edildikdən təxminən 20 gün sonra onlarla razılaşma protokolu imzalamışdır. Həmin razılaşma protokoluna əsasən xx.xx.2024-cü il tarixədək 10000 (on min manat),xx.xx.2024-cü il tarixə qədər isə qalan 14300 manatı ödəyəcəyinə razılaşmışdır. Lakin istixanada yetişdiridiyi məhsul zay olduğundan xx.xx.2024-cü il tarxə qədər yalnız 2024-cü ilin mart ayı üçün ona əlavə sərfiyyat olaraq yazılmış 5000 manatı ödəyə bilmişdir. Beləliklə də Cavabdeh Göyçay Qaz İdarəsinin əməkdaşları ona həddindən çox cərimə yazmışlar.Hal-hazırda 2024-cü ilin mart ayında cərimə olaraq yazılmış 24300 manat borcu ödəyə bilmir. Bununla bağlı qurumlara şifahi müraciət edərək məsləhətlər almış və dəqiq olaraq müəyyən etmişdir ki, Göyçay Qaz İdarəsinin əməkdaşları onun savadsızlığından istifadə edərək heç böyük zavod və fabriklərə yazılmayan miqdarda cərimə yazmışlar, bununla da öz hüquqlarından sui-istifadə edərək onu ağır vəziyyətə salmışlar. Ona görə də öz pozulmuş hüquqlarının bərpa edilməsi üçün Məhkəməyə müraciət etmişdir. Hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, itirilmiş təbii qazın dəyərinin hesablanması zamanı hesabat aparılarkən İstixanada istifadə edilən təbii qazın dəyərinin 180 gün müddətində və sutkanın 18 saatı ərzində hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuz və absurddur, çünki arxaya hesablanmış aylarda nə istixana əkilmir, nə də istixanada qızdırıcı vasitələrdən istifadə edilmir. Ona görə də, yazılmış cərimə məbləği tamami ilə qanunsuzdur. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına və daxili təlimatlarına istinad etmişdir. Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi “Dəymiş ziyanın bərpasına dair” 28 fevral 2024-cü il tarixli tələbnamə, 24 fevral 2024-cü il tarixli “Təbii X5nın pozulması” haqqında akt, 11 mart 2024-cü il tarixli “Təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu və digər sənədlər iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuşdur. Göyçay Rayon Məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(046)-1173/2024 nömrəli qətnaməsi ilə həmin iddianın qismən təmin edilməsi, İddiaçı barəsində Cavabdeh İB-nin X11 İstismar idarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 24300 manat cərimə məbləğinin azaldılaraq 4050 manat müəyyən edilməsi və qətnamənin icrasının cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir (hakim İbrahim Fəttahov). Göyçay Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(046)-1173/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2024-cü il tarixli 2(107)-1288/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(046)- 1173/2024 nömrəli qətnaməsi ləğv edilmiş və həmin mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilərək, iş materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
2. Birinci instansiya məhkəməsində (Şəki Kommersiya Məhkəməsində) icraat
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2024-cü il tarixli 2(107)-1288/2024 nömrəli qərardadı əsasında İddiaçı (VÖEN **********) Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair iş materialları Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra, həmin Məhkəmənin “işin məhkəmədə baxılmağa hazırlanması” barədə qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə hazırlıq iclası 18 fevral 2025-ci il tarixinə təyin edilmişdir. Şəki Kommersiya Məhkəməsində iş üzrə aparılan məhkəmə hazırlıq mərhələsində İddiaçı 30 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 mart 2024-cü il tarixdə tərtib edilmiş Razılaşma Protokolunun əsassız hesab edilməsi, Cavabdeh tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq **********02030 nömrəli abonent koduna yazılmış 24300 (iyirmi dörd min üç yüz) manat itirlmiş təbii qazın dəyərinin tam şəkildə silinməsi və 164 (yüz altmış dörd) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh İB-nə qarşı iddia cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair iş üzrə məhkəmə hazırlıq iclası 18 fevral 2025-ci il tarixə təyin edilmişdir. Hazırda Məhkəmənin icraatında 11 mart 2024-cü il tarixdə tərtib edilmiş Razılaşma Protokolunun əsassız hesab edilməsi, Cavabdeh İB tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq **********02030 nömrəli abonent koduma yazılmış 24300 manat itirlmiş təbii qazın dəyərinin məbləğinin azaldılaraq 4050 manat müəyyən edilməsi barədə iddia tələbinə baxılmaqdadır. Bildirir ki, iddia ərizəsində qeyd etdiyi kimi cavabdeh tərəf ona “sənə az cərimə yazılacaq adı altında” qanunsuz razılaşmaya imza etdirməsi və sonra isə yüksək məbləğdə cərimə yazdıqlarından hazırda iddia tələbini artıraraq yazılmış cərimənin tam şəkildə silinməsini tələb etmək qərarına gəlmişdir. Çünki, cavabdeh tərəfin apardığı yoxlama qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından, onun heç bir hüquqi nəticəsi ola bilməz və cavabdeh yüksək məbləğdə cərimə yazmaqla əsassız varlanmağa cəhd etmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X4 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan əlavə “X5”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə - qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşin hallarından və əvvəlki məhkəmə icraatlarından göründüyü kimi cavabdeh təşkilat iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə vahid məlumat reyestrində qeydə alınmadan gəlmiş və qanunsuz olaraq yoxlama keçirmişdir. Eyni zamanda, aşkar edilmiş faktla bağlı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına müraciət etməmişdir. Belə bir vəziyyətdə isə aparılmış qanunsuz yoxlamanın heç bir hüquqi əsası yoxdur və hər hansı zərərin tələb edilməsindən söhbət belə gedə bilməz Şəki Kommersiya Məhkəməsində iş üzrə aparılan məhkəmə icraatında Cavabdeh nümayəndəsi 14 fevral 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmamasını xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, 24 fevral 2024-cü il tarixində "Azəriqaz” X3 RQİİ-nin Göyçay XS-nin əməkdaşları tərəfindən Göyçay rayonu Cəyirli kəndində yaşayan İddiaçı Əlimövsüm oğluna məxsus olan və həmin kəndin ərazisində yerləşən pay torpağında quraşdırılmış istixanaya baxış keçirilərkən istixanada sayğacsız, qeyri-qanuni çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmişlər. Xəttin aşkar edilməsi zamanı əməkdaşlar tərəfindən mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Aşkar edilmiş qanunsuz qaz xətti ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* nömrəli "Təbii X5nın pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən xx.xx.2024-cü il tarixdə Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt İddiaçı Əlimövsüm oğlunun Göyçay XS-nin abonent bazasındakı Cəyirli kəndindəki fərdi yaşayış evinə aid **********002030 nömrəli abonent koduna 202500 m3 – 24300 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa 11 mart 2024-cü il tarixdə "Azəriqaz” X3 RQİİ-nin rəhbərliyi ilə İddiaçı Əlimövsüm oğlu arasında Razılaşma Protokolu imzalanmışdır. Həmin Protokola əsasən İddiaçı Əlimövsüm oğlu ona yazılmış 202500 m3 ziyanı qəbul etdiyini və dəyəri olan 24300 manatı ödəməyi öhdəsinə götürmüşdür. Hesablanmış 24300 manat məbləğin 10000 manatını xx.xx.2024-cü il tarixinə, yerdə qalan 14300 manatını isə xx.xx.2024-cü il tarixə qədər ödəməyi üzərinə götürmüşdür. X2 əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 2024-cü ilin aprel ayında cəmi 5000 manat pul ödəmişdir. Göründüyü kimi, İddiaçı Əlimövsüm oğlu onunla bağlanmış Razılaşma Protokolunun bəndlərini pozmuşdur. İddiaçı Əlimövsüm oğlunun abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacsız, qeyri-qanuni qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı Əlimövsüm oğlu ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilərək, həmin Qətnamədə qət olunmuşdur ki: “İddia təmin edilsin. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolu əsassız hesab edilərək Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 24300 manat cərimə məbləği İddiaçı **********02030 nömrəli abonent hesabından silinsin”. Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X4 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X4 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və X4 reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan X4 reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X4 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 2-ci bəndinə əsasən qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir. 2-1-ci bəndinə əsasən istehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın: 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5- 1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə "Azəriqaz” X3 RQİİ-nin Göyçay XS-nin əməkdaşları İddiaçı məxsus Göyçay rayonu Cəyirli kəndində yerləşən pay torpağında quraşdırılmış istixanaya baxış keçirmişlər və baxış zamanı qeyriqanuni çəkilmiş qaz xətti vasitəsi ilə iddiaçının təbii qazdan istifadə etdiyini aşkar etmişlər. Aşkar edilmiş qanunsuz qaz xətti ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* nömrəli "Təbii X5nın pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmiş və həmin akta əsasən xx.xx.2024-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilmiş, o cümlədən xx.xx.2023- cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən dəymiş ziyan hesablanmış, İddiaçı Əlimövsüm oğlunun Göyçay XS-nin abonent bazasındakı Cəyirli kəndindəki fərdi yaşayış evinə aid **********002030 nömrəli abonent koduna 202500 m3 - 24300 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Qeyd edilən iş materiallarından, eyni zamanda məhkəməyə təqdim edilmiş **********002030 saylı Abonentin saldosundan görünür ki, İddiaçı akta əsasən Azəriqaz İB-nə 24300 manat borcu vardır. Lakin Cavabdeh İB tərəfindən qeyd edilmiş yoxlamaların sahibkarlıq subyektlərində yoxlamaların aparılması qaydalarına uyğun qeydiyyatdan keçib-keçməməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmiş, eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin qeyd olunmuş tarixə iddiaçının adına açılmış hər hansı bir yoxlama qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia təmin edilməlidir. Məhkəmə əsassız hesablanmış borca münasibətdə o qənaətə gəlmişdir ki, abonent saldosunda borc məbləği əks edilsə belə, aparılmış yoxlama qanunvericiliyin tələbləri pozularaq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan - həmin borc məbləğinin konkret məbləğini hesablamağa ehtiyac yoxdur və iddiaçı Cavabdeh ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulmasını tələb etməkdə haqlı olmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii X5nın pozulması haqqında akta əsasən cərimə hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 saylı qərarına əməl edilməli olduğu halda, cavabdeh tərəfindən bu qərara əməl edilibedilməməsini özündə əks etdirən heç bir sübut və ya dəlil təqdim edilməmişdir. Belə ki, iddiaçıya münasibətdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı “təbii X5nın pozulmasına dair” Akt qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, ona görə onun iddiaçı üçün hər hansı bir mənfi hüquqi nəticəsi ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunvericiliyin tələbinə riayət etməməklə qanunsuz aparıldığından yoxlama zamanı tərtib edilmiş akta əsasən hesablanmış 24300 manat borc İddiaçı abonent hesabından silinməlidir. Bundan başqa, məhkəmə, iddia tələbinin “xx.xx.2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilən razılaşma protokolu xx.xx.2024-cü il tarixli ******* saylı “təbii X5nın pozulması” haqqında akt əsasında tərəflər arasında bağlanmış və həmin akta əsasən hesablanmış cərimənin hissə-hissə ödənilməsi barədə tərəflər razılaşmışlar. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfin həmin aktı qanunvericiliyin tələblərinə riayət etməyərək tərtib etdiyi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərini pozan, tərəflərin hüquqları və qanuni maraqlarının təmin edilməsi baxımından qeyd edilən razılaşma qanuni hesab edilmir. Lakin, iddiaçı qeyd edilən razılaşmanın əsassız hesab edilməsi barədə iddia qaldırdığından və məhkəmənin qeyd edilən iddia tələbindən kənara çıxmaq hüququ olmadığından, məhkəmə qeyd edilən məsələyə yalnız iddia təlbi həcmində hüquqi qiymət verə bilər. Qanunvericilikdə nəzərə tutulmuş normalar baxımından yanaşıldığı halda məlum olar ki, hüququ pozulan şəxs məhkəmədə əsasən müqavilə və ya razılaşmanın ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə iddia tələbləri irəli sürür. Qeyd edilən məsələ barədə iddiaçı məhkəmədə tələb irəli sürməsə də, razılaşmanın əsassız hesab edilməsi barədə tələb irəli sürməsi əslində tərəflər arasında bağlanmış müqavilə və ya razılaşmanın məhkəmə tərəfindən hüquqi qiymətləndirilməsini zəruri edir. Bu baxımından tələbin qeyd edilən hissəsinə münasibətdə tərəflər arasında bağlanmış razılaşmanı əsassız hesab edir, yəni qanunvericiliyin tələbinə uyğun olmayan müqavilə olaraq qiymətləndirir. Çünki həmin aktın tərtibi zamanı qanunların tələblərinə riayət edilməmiş, bu qanunar qətnamənin əsaslandırıcı hissəsində ətraflı sadalanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir (qətnamədə sübut qismində tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə, 24 fevral 2024-cü il tarixli “Təbii X5nın pozulması” haqqında akt, “Dəymiş ziyanın bərpasına dair” 28 fevral 2024-cü il tarixli tələbnamə, 11 mart 2024-cü il tarixli “Təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu, **********002030 nömrəli Abonentin saldosu və digər sənədlər tədqiq və təhlil edilmişdir). Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80, 81, 82.1 və 119.1-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Əlimövsüm oğlunun iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı Əlimövsüm oğlundan tutularaq Cavabdeh hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay rayonu Cəyirli kəndində yaşayan Mahmudov X6 Kommersiya Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 24300 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(117)-259/2025 nömrəli Qətnaməsi ilə iddia təmin edilmişdir. lakin, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində ”Azəriqaz” X3 RQİİ-nin Göyçay XS-nin əməkdaşları Göyçay rayonu Cəyirli kəndində yaşayan İddiaçı Əlimövsüm oğluna məxsus olan, həmin kəndin ərazisində yerləşən pay torpağnda quraşdırılmış istixanaya baxış keçirdilərkən istixanada sayğacsız, qeyri-qanuni çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmişlər. Xəttin aşkar edilməsi zamanı əməkdaşlar tərəfindən mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Aşkar edilmiş qanunsuz qaz xətti ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* nömrəli ”Təbii X5nın pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli ”Təbii X5nın pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli ”Təbii X5nın pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilib 202500 m3 – 24300 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq İddiaçı Əlimövsüm oğlunun Göyçay XS-nin abonent bazasındakı Cəyirli kəndindəki fərdi yaşayış evinə aid **********002030 nömrəli abonent koduna vurulmuşdur. Bundan başqa 11 mart 2024-cü il tarixdə Cavabdeh Ağsu RQİİ-nin rəhbərliyi ilə İddiaçı Əlimövsüm oğlu arasında Razılaşma Protokolu imzalanmışdır. Həmin Protokola əsasən İddiaçı Əlimövsüm oğlu ona yazılmış 202500 m3 ziyanı qəbul etdiyini və dəyəri olan 24300 manatı ödəməyi öhdəsinə götürmüşdür. Hesablanmış 24300 məbləğin 10000 manatını xx.xx.2024-cü il tarixinə, yerdə qalan 14300 manatını isə xx.xx.2024-cü il tarixə qədər ödəməyi üzərinə götürmüşdür. X2 əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 2024-cü ilin aprel ayında cəmi 5000 manat pul ödəmişdir. Göründüyü kimi, İddiaçı Əlimövsüm oğlu onunla bağlanmış Razılaşma Protokolunun bəndlərini pozmuşdur. İddiaçı Əlimövsüm oğlunun abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacsız,qeyri-qanuni qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyərləridir və abonentin özü tərəfindən ödənilməlidir. Göründüyü kimi, Qətnamə çıxarılarkən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. Yəni, təqdim edilmiş sənədlər, video və fotoşəkillər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış və onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edə bilərdi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda, iddianın təmini barədə qərar vermişdir. Halbuki, Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədlər, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə, səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
İddiaçı 20 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını xahiş etmiş və Etirazda mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh təşkilat ona məxsus sahibkarlıq subyektində yoxlama aparması və cərimə yazması qanun normalarının tələblərinə cavab vermir. "X5nın" 2.11-1-ci və 2.11-2-ci maddələrində qeyd olunur ki, Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Yenə həmin Qaydaların 6.5-ci maddəsində qeyd edilir ki, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində qeyd edilir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X4 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Beləliklə, cavabdeh ona məxsus sahibkarlıq subyektində yoxlama apararkən qeyd olunan normaları pozmuş, yoxlama vahid məlumat reyestrində qeydə alınmadan aparılmış, həmçinin qanun pozuntusu ilə bağlı inzibati orqana müraciətlər edilməmiş və zərərin tələb edilməsi ilə bağlı hüququ yaranmamışdır. Odur ki, qeyd olunanlara əsasən apellyasiya şikayəti rədd olunmalıdır.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 22 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə gəlmişdir. Lakin, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı isə məhkəmə iclasına gəlməmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə qarşı yazılı Etirazında üzürlü səbəbdən gələ bilmədiyi üçün onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş Cavabdeh nümayəndəsi Nümayəndə Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı Əlimövsüm oğlunun iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı Əlimövsüm oğlundan tutularaq Cavabdeh hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı Əlimövsüm oğlunun iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.1. Yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X4 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X4 reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.5. X4 reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X4 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X4 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin və cavabdehin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarından və birinci instansiya məhkəməsinin hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən qətnaməsindən görünür ki, istehlakçı İddiaçı (VÖEN **********) məxsus Göyçay rayonu Cəyirli kəndində yerləşən pay torpağındakı istixanada qaz paylayıcısı Cavabdeh əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində istixananın qaz təminatı üçün qaz xəttinə qanunsuz qoşulma ilə əlaqədar 24 fevral 2024cü il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” Akt tərtib edilmiş (Aktda istixanada istifadə olunan qaz cihazı qeyd olunmuş və təsvir edilmişdir) və həmin Akt üzrə aparılan hesabatın nəticəsi olaraq tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” 28 fevral 2024-cü il tarixli tələbnamədə itirilmiş qazın miqdarı 202500 m3 həcmində, yəni 24300 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq istehlakçı İddiaçı Əlimövsüm oğlunun Göyçay rayonu Cəyirli kəndindəki fərdi yaşayış evinə aid **********002030 nömrəli abonent koduna borc kimi daxil edilmişdir. 11 mart 2024-cü il tarixdə isə Cavabdeh Ağsu X8 İdarəsinin rəhbərliyi ilə İddiaçı Əlimövsüm oğlu arasında Razılaşma Protokolu imzalanmış və həmin Protokola əsasən İddiaçı Əlimövsüm oğlu ziyan qismində 202500 m3 qaz sərfiyyatı ilə əlaqədar hesablanmış 24300 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, İddiaçı Əlimövsüm oğlu 20 may 2024-cü ildə hazırkı iş üzrə ilkin iddia ərizəsi, daha sonra isə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 mart 2024-cü il tarixdə tərtib edilmiş Razılaşma Protokolunun əsassız hesab edilməsi, Cavabdeh tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq **********02030 nömrəli abonent koduna yazılmış 24300 manat itirlmiş təbii qazın dəyərinin tam şəkildə silinməsi və 164 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə aparılan məhkəmə araşdırmaları zamanı isə müəyyən olunmuşdur ki, 24 fevral 2024-cü il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 24300 manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 24 fevral 2024-cü ildə istehlakçı İddiaçı Əlimövsüm oğluna məxsus istixanada quraşdırılmış qaz xəttinə və qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri - X4 Reyestrində qeydə alınmadan aparılmış və aktlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X4 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, iş materialları və məhkəmə araşdırması zamanı müəyyən edilən işin konkret hallarından görünür ki, yuxarıda qeyd olunan qaz xəttinə qanunsuz qoşulma ilə əlaqədar tərtib edilmiş 24 fevral 2024-cü il tarixli ******* nömrəli Aktın bir nüsxəsi mövcud Qanunvericiliyin tələblərinə uyğun olaraq qaz paylayıcısı Cavabdeh tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və yaxud, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməmişdir. Həmçinin, bununla bağlı, yəni istehlakçının qazın talanmasında təqsirli olmasını təsdiq edən həmin orqanların və ya məhkəmənin müvafiq qərarı məhkəməyə təqdim olunmamışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 may 2022-ci il tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə görə, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə - qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 may 2022-ci il tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə əsasən qanunsuz qoşulma ilə əlaqədar 24 fevral 2024-cü ildə tərtib edilmiş Akt ilk növbədə qaz paylayıcısı Cavabdeh İB tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli və yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə istehlakçının qazın talanmasında təqsirli olması müəyyən edildikdə - “Qaz paylayıcısı” vurulmuş zərərin ödənilməsini İstehlakçıdan tələb etməli idi. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh qaz paylayıcısı Cavabdeh İB tərəfindən Qanunvericiliyin bu tələbinin lazımi qaydada yerinə yetirilməsi müəyyən olunmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, 24 fevral 2024-cü il tarixli ******* nömrəli akt tərtib edildikdən sonra tərəflər arasında xx.xx.2024-cü il tarixli Razılaşma Protokolunun imzalanması - “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinin yuxarıda qeyd olunan tələblərinin yerinə yetirilməməsini, yəni sayğaca müdaxilə ilə əlaqədar tərtib edilmiş Aktın ilk növbədə qaz paylayıcısı Cavabdeh İB tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana göndərilməsi haqqında Qanunvericiliyin tələbinin yerinə yetirilməsini istisna etmir. Halbuki, sayğaca müdaxilə edildiyi aşkar olunduqda, İstehlakçının bu müdaxiləni etiraf edib-etməməsindən asılı olmayaraq, tərtib edilmiş aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli olması - Qanunvericiliyin birmənalı tələbidir və bu kimi etiraflar isə yalnız həmin icraatlar üzrə müvafiq hüquqazidd əmələ görə məsuliyyətin müəyyən olunması və cəzanın təyini zamanı nəzərə alına bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(117)-259/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.