Məhkəmə qərarları › İş №2-2(108)-10/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(108)-10/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-10/2025 24.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borc tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-2(123)-344/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı vəkili-nümayəndəsi Vəkil1 21 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh APF İnşaat MMC-dən xx.xx.2023 tarixli üzləşmə aktına əsasən mövcud 31907,08 AZN miqdarında borc məbləğinin və ödənilmiş 190 AZN dövlət rüs umunun iddiaçı Epidbiomed MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2-2(123)344/2024 nömrəli qətnaməsi ilə iddia tələbi əsaslı olduğundan təmin edilərək, Cavabdehndən (VÖEN:**********) 31907,08 (otuz bir min doqquz yüz yeddi manat səkkiz qəpik) manat alınıb iddiaçı Epidbiomed MMC-yə (VÖEN: **********) ödənilməsi, Cavabdehndən 185,72 (bir yüz səksən beş manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Epidbiomed MMC-yə ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 4,28 (dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmam ış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı Epidbiomed MMC-yə qaytarılması qət edilmişdir. Cavabdeh 05 dekabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-344/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tərəflərindən verilən apellyasiya şikayəti ilə əlaqədar müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-2(123)344/2024 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən 05 dekabr 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Cavabdeh məhkəməyə elektron qaydada 26 dekabr 2024-cü il tarix də şikayət ilə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)344/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilərək, müddətin bərpası barədə ərizənin təmin olunması haqqında yeni qərardadın qəbul edilib, apellyasiya şikayətinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)344/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı borc tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-344/2024 saylı qərardadından Cavabdeh tərəfindən 26 dekabr 2024-cü il tarixdə elektron qaydada verilmiş şikayət təmin edilməmi ş, Cavabdeh şikayəti prosessual müddət daxilində baxılması üçün e-2-2(123)-344/2024 saylı işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi qərara alınmışdır. Cavabdeh şikayətdə qeyd etmişdir ki, posessual müddətin Cavabdehndən asılı olmayan səbəblərdən buraxıldığı üçün qərardad ilə razılaşmırlar, buna görə də qərardad ləğv edilməli, müddət bərpa edilməlidir. Məhkəməyə apellyasiya şikayəti verilməsi prosesində ASAN imza xidmətində müəyyən texniki problemlər yarandığından apellyasiya şikayəti elektron məhkəmə sisteminə yüklənə bilməmiş, şikayət üçün müddət üç gündür ki, ötürülmüşür. Belə ki, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün üzərinə düşən vəzifələri icra etmişdir. Lakin, sözügedən qətnamədən apellyasiya şikayəti vermə müddəti 3 tə qvim günü olmaqla üzrlü səbəbdən buraxılmışdır. Həmin qətnamə barədə apellyasiya şikayətinin verilməsi üçün müddət ötürüldükdən sonra, yəni xx.xx.2024-cü il tarixində ASAN imza ilə əlaqədar problem həll olunduğundan, müddətin bərpası üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Lakin məhkəmə ASAN İmzada yaranmış problemi nəzərə almadı və müddətin bərpasından imtina etdi. Həmin müddətin bərpası ilə onlar həm də həqiqi cavabdehə qarşı verilməmiş iddianın qarşısını almaqla cavabdeh şirkətin vergi və digər hüquqi problemlər yaşamasının qarşısını alacaqdırlar. Hansı ki birinci instansiya məhkəməsi bu halı diqqətdə saxlamayıb. Belə ki, cavabdeh şirkət yenidən təşkil olunmadığı üçün mövcud borc (öhdəlik) qoşulacaq şirkətdə qalmaqda davam edir, bu da o deməkdir ki, cavabdeh şirkət belə bir öhdəliyə malik olmadığı üçün (heç qoşulacaq şirkətin pul vəsaitləri də keçməyib) nə belə bir ödəməni edə bilər, nə bunu xərcə sala bilər, nə də ki bunun ƏDV hesablaya bilər (vergi uçotu tutmayacaq). Bununla da qətnamə yanlışlığa (səhvə) görə icra edilə bilməyəcək (iqtidarsız qalacaq), icra edilərsə cinayət və ya inzibati xəta tərkibi yaranacaqdır. Hazırki iş üzrə məhkəmə Cavabdeh məhkəməyə müraciət etmək imkanının olmamasını, prosessual müddətin ondan asılı olmayan səbəblərə görə buraxılmasını nəzərə alınmayaraq prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsinə dair qərardad çıxarmışdır. Halbuki, apellyasiya şikayəti verilməsi prosesində ASAN imza xidmətində müəyyən texniki problemlər yarandığından apellyasiya şikayətinin elektron məhkəmə si steminə yüklənə bilinmədiyi, şikayət üçün müddətin sadəcə üç gündür ki, ötürüldüyü, iddiaçının apellyasiya şikayətinin verilməsi üçün üzərinə düşən vəzifələri icra etdiyi, lakin sözügedən qətnamədən apellyasiya şikayəti vermə müddəti 3 təqvim günü olmaqla üzrlü səbəbdən buraxıldığı və yalnız həmin qətnamə barədə apellyasiya şikayətinin verilməsi üçün müddət ötürüldükdən sonra, yəni xx.xx.2024-cü il tarixində ASAN imza ilə əlaqədar problem həll olunduğundan, müddətin bərpası üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edilməsi zərurəti yarandığı Cavabdeh tərəfindən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə ünvanlanan buraxılmış müddətin bərpası haqqında ərizəsində qeyd edilmişdir. Hətta ərizədə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən, ə rizə, şikayət və digər sənədlərin göndərilməsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirdiyi də qeyd olunmuşdur. Belə ki, Cavabdeh məhkəməyə müraciət etmək imkanının olmaması (apellyasiya şikayəti göndərə bilməməsi) və məhkəmənin buna baxmayaraq prosessual müddəti bərpa etməməsi cavabdehin hüquqlarının, xüsusilə də ədalətli məhkəmə araşdırması hüququn əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarır. Apellyasiya şikayətinin qərarın yoxlanılması və hüquq pozuntularının düzəldilməsinə imkan yaratdığı reallığını nəzərə aldıqları zaman bariz olaraq görünür ki, məhkəmənin 16 dekabr 2024-cü il tarixli, e-2-2(123)-344/2024 saylı qərardadı ilə cavabdeh hüquqlarının təminatı üçün əlavə imkanlardan məhrum olmuşdur. Hazırkı iş üzrə apellyasiya şik ayətinin MPM-də nəzərdə tutulmuş müddətdə verilməsi cavabdehin iradəsindən asılı olmamışdır, problemin aradan qaldırılması imkanı mövcud olmamışdır. Belə ki, onun iradəsindən asılı olmayan səbəblərdən apellyasiya şikayətini vaxtında EMİS-ə yükləyə bilməməsi onun şikayət vermək hüququnu həyata keçirməsinə maneə yaratmışdır. Məhkəmə iş üzrə halları qiymətləndirərkən, qətnamədə qeyd etmişdir ki, qətnamə 30 oktyabr 2024-cu il tarixdə Cavabdehnə və onun nümayəndəsi Nümayəndə1 məxsus elektron kabinetinə yerləşdirilərək bu barədə e-mail vasitəsilə məlumat göndərilmiş, 02 dekabr 2024cü il tarixdə isə qətnamə qanuni qüvvəsini almışdır. Lakin qeyd etmək istəyirlər ki, Nümayəndə1 məhkəmə prosesinin gedişində Cəmiyyətin hüquqşünası vəzifəsində işlədiyindən ona hüquqi şəxs adından etibarnamə verilsə də, Nümayəndə1 xx.xx.2024-cü il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh ASAN imzasında problem olduğundan və artıq işçisi olmayan Nümayəndə1 da elektron kabineti vasitəsi ilə apellyasiya şikayətini yükləməyi tələb edə bilmədiyindən, prosessual müddət daxilində apellyasiya şikayəti elektron məhkəmə sisteminə yüklənə bilməzdi. Lakin, xx.xx.2024-cü il tarixində ASAN imza ilə əlaqədar problem həll olunduğundan müddətin bərpası üçün dərhal Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilmişdir – apellyasiya şikayəti verilmişdir. Bundan başqa, məhkəmə ASAN imzanın işləməməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı akt və ya digər təsdiqedici sübu tlar təqdim edilmədiyindən həmin halı üzrlü hesab edilə bilməyəcəyini qeyd etsə də, özünün başqa bir iş üzrə ay yarım gecikməyə qəbul etdiyi qərardadlardan birində (İş № e-2-2(123)-429/2024, xx.xx.2024-cü il tarixli Qərardad) asan imzanın işləməməsi səbəbinə münasibət bildirərkən kommersiya mübahisələri zamanı sənədlərin və ərizə-şikayətlərin yalnız elektron sistem vasitəsilə verilməsini və digər qaydada verildiyi təqdirdə geri qaytarılması şərtinin olmasını prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmaması kimi qiymətləndirməklə yanaşı cavabdehin tərəfin hüquqi biliyinin kifayət etməməsindən irəli gəldiyi qənaətinə gələrək məhkəmə müddətin buraxılması ilə nəticələnmiş səbəb əsaslı hesab edərək buraxılmış prosessual müddət bərpa etmişdir. Həm də bununla bağlı heç b ir akt və ya təsdiqedici sənəd olmadan bu nəticəyə gəlmişdir. Cavabdeh məhkəməyə müraciət etmək imkanı olmamışdır. ASAN imza xidmətində müəyyən texniki problemlər yarandığından apellyasiya şikayəti elektron məhkəmə sisteminə yüklənə bilinməmişdir. Həmin dövrdə Nümayəndə1 Cəmiyyətin işçisi olmadığından Cəmiyyət ondan elektron kabineti vasitəsi ilə apellyasiya şikayətini yükləməyi tələb edə bilməmişdir. Cavabdeh məhkəməyə müraciət etmək imkanı olmaması (apellyasiya şikayəti göndərə bilməməsi) və məhkəmənin buna baxmayaraq prosessual müddəti bərpa etməməsi cavabdehin hüquqlarının, xüsusilə də ədalətli məhkəmə araşdırması hüququn əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarır. Beləliklə, o apellyasiya instansiyasında işin faktiki hallarının yenidən araşdırılması, o cümlədən, uğurlu nəticənin əldə edilməsindən məhrum olmuş olur. Apellyator şikayətin hüquqi əsası kimi AR Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və 127-ci maddəsinin İİ hissəsinə, AR Mülki Prosessual Məcəllənin 4.1 və 133.1-ci maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 aprel 2011-ci il tarixli qərarına, AR Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarına, AR Konstitusiya M əhkəməsi Plenumunun Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 aprel 2004-cü il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarına, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarına, Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarına, Avropa Məhkəməsinin Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il tarixli, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il tarixli, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına istinad etmişdir. Apellyator sonda Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-344/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilərək, müddətin bərpası barədə ərizənin təmin olunması haqqında yeni qərardadın qəbul edilib, apellyasiya şikayətinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kolleg iyasına göndərilməsi təklif edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qəra rdad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Cavabdeh 24 yanvar 2025-ci il tarixdə kollegiyaya məktub, qərardaddan şikayətə (apellyasiya şikayətinə) əlavə, əmək müqaviləsinə xitam verilməsi barədə 143 nömrəli, xx.xx.2024-cü il tarixli əmr, vəkil orderi, Cavabdeh nizamnaməsini, 15 may 2023-cü il tarixli təhvil aktını, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təsisçinin qərarını, vergi ödəyicisinin tarixçəsini, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-22(123)-429/2024 nömrəli qərardadını göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin d əlillərini iş materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-2(123)-344/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi Naxçıvan MR Kommersiya Məhkəməsinin e2-2(123)-344/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi 30 oktyabr 2024-cü il tarixdə Cavabdeh MMC-yə və cavabdehin nümayəndəsi olan Nümayəndə1 məxsus elektron kabinetə göndərilmiş, 02 dekabr 2024-cü il ta rixdə isə qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh MMC şikayəti 05 dekabr 2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə göndərməklə qanunla müəyyən edilmiş qətnamədən şikayət verilməsi üçün 1 aylıq prosessual müddəti ötürmüşdür. Kollegiya cavabdehin şikayətdə qeyd etdiyi ASAN imza xidmətində müəyyən texniki problemlər yarandığından apellyasiya şikayətinin elektron məhkəmə sisteminə yüklənə bilməməsi, şikayət üçün müddətin üç gündür ki, ötürülməsi dəlilinə münasibətdə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya sisteminə giriş, sənədlərin yüklənməsi və yüklənən sənədlərin imzalanması üçün e-mail, elektron imza, SİMA login, digital login kimi digər texniki imkanlar da mövcuddur. Həmçinin cavabdeh tərəfindən qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində və eyni zamanda şikayət verilməsi üçün buraxılmış müddət ərzində müvafiq ASAN imzada problem olmasını təsdiq edən mötəbər sübutların mövcudluğu da iş materialları ilə təsdiq olunmur. Kollegiya apellyatorun Nümayəndə1 məhkəmə prosesinin gedişində Cəmiyyətin hüquqşünası vəzifəsində işlədiyindən ona hüquqi şəxs adından etibarnamə verilsə də, Nümayəndə1 xx.xx.2024-cü il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh ASAN imzasında problem olduğundan və artıq işçisi olmayan Nümayəndə1 da elektron kabineti vasitəsi ilə apellyasiya şikayətini yükləməyi tələb edə bilmədiyindən, prosessual müddət daxilində apellyasiya şikayətinin elektron məhkəmə sisteminə yüklənə bilməməsi dəlilinə münasibət də qeyd edir ki, iş materiallarına əlavə edilmiş (İ cild, iş vərəqə 77) Nümayəndə1 xx.xx.2024-cü il tarixdə 3 il müddətinə verilmiş etibarnamənin xx.xx.2027-ci il tarixədək etibarlı olması müəyyən olunsa da, müvafiq etibarnaməyə xitam verilməsinə dair hər hansı sübut iş materiallarında mövcud olmamışdır. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)344/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə müraciət etməsi və digər prosessual hərəkətlər etməsini qanunla müəyyən edilmiş qaydada səlahiyyət verilmiş başqa nümayəndəsi vasitəsilə həyata keçirmək hüququ da mövcud olduğu halda, cavabdeh həmin hüququndan istifadə etməmişdir. Kollegiya məhkəmənin başqa bir iş üzrə ay yarım gecikməyə qəbul et diyi qərardadlardan birində (İş № e-2-2(123)-429/2024, xx.xx.2024-cü il tarixli Qərardad) asan imzanın işləməməsi səbəbinə münasibət bildirərkən kommersiya mübahisələri zamanı sənədlərin və ərizə-şikayətlərin yalnız elektron sistem vasitəsilə verilməsini və digər qaydada verildiyi təqdirdə geri qaytarılması şərtinin olmasını prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmaması kimi qiymətləndirməklə yanaşı cavabdehin tərəfin hüquqi biliyinin kifayət etməməsindən irəli gəldiyi qənaətinə gələrək məhkəmə müddətin buraxılması ilə nəticələnmiş səbəb əsaslı hesab edərək buraxılmış prosessual müddəti bərpa etməsi dəlilinə münasibətdə qeyd edir ki, adı çəkilən qərardad işə baxan kollegiya üçün hər hansı preyudisial əhəmiyyətə malik deyildir. Məhkəmə kollegiyası birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə, yəni apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi və müddətin bərpasından imtina edilməsi ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsində qeyd olunan üzrlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə” 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada hə yata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, kollegiya hesab edir ki, Ca vabdeh tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-2(123)-344/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Cavabdehnə qarşı borc tələbi barədə kommers iya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-2(123)-344/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmasın. Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-2(123)344/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar