Məhkəmə qərarları › İş №2-2(108)-12/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-12/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-12/2025 21.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X3 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Res publikası Kommersiya Məhkəməsinin e-2-2(123)-365/2024 nömrəli, 2024-cü il 9 oktyabr tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi arasında daş məhsullarının (plitə, bardur, qarniz, süpürgəlik və s.) nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Satıcı malları, işləri və xidmətləri təqdim etməyi, alıcı isə həmin malların, işlərin və xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 2. 28 mart 2018-ci il tarixdən 26 fevral 2023-cü il tarixədək olan dövrdə malmaterialların veri lməsi ilə bağlı satıcı tərəfindən alıcıya müxtəlif tarixli və nömrəli elektron əmtəə-nəqliyyat qaimələri göndərilmişdir. 3. 2023-cü il 11 sentyabr tarixdə satıcı və alıcı arasında onların hər ikisinin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiqlənmiş üzləşmə aktı tərtib olunmuş, həmin aktda Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi 2023-cü il 11 sentyabr tarixə iddiaçıya 98.842,15 manat (X12 xaric) borcunun olduğunu qəbul etmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat 4. 2024-cü il 27 may tarixdə İddiaçı MMC (bundan sonra “iddiaçı”) Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 98.8 42,15 manat əsas borc, 440 manat gecikmə faizi olmaqla, ümumilikdə 99.282,15 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında olmuş şifahi razılaşmaya əsasən iddiaçı (satıcı) razılaşdırılmış məbləğdə malları cavabdehin (alıcının) mülkiyyətinə verməyi, cavabdeh isə malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən 387.763,20 manat dəyərində malların və xidmətlərin təhvil verilməsinə, müxtəlif tarixli elektron qaimələrin təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ümumi məbləğdən yalnız 288.921,05 manat ödəniş həyata keçirilmiş, həmçinin iddiaçı və cavabdeh arasında 2023-cü il 11 sentyabr tarixdə tərtib edilən “Üzləşmə aktı” ilə cavabdeh id diaçıya 98.842,15 manat borcunun yarandığını etiraf edərək, həmin məbləği ödəməyi öhdəsində götürmüş, lakin iddiaçı tərəfindən edilən şifahi xəbərdarlıqlara, 2024-cü il 08 apreldə qeyd edilən məsələ ilə bağlı pretenziya məktubu göndərilməsinə baxmayaraq bugünə qədər cavabdehin ödəməyi öhdəsinə götürdüyü qalıq borc məbləği iddiaçıya ödənilməmişdir.

6. Cavabdeh iddiaçıya məxsus pul məbləğini özündə heç bir əsas olmadan saxladığı üçün də mülki qanunvericiliyə əsasən onun qarşısında məsuliyyət daşıyır. Belə ki, iddiaçıya məxsus 98.842,15 manat pul məbləğini cavabdeh əsassız olaraq saxlamaqla ondan faydalanmış, geri qaytarmamışdır. Nəticədə, iddiaçının cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsi ilə nəzərdə tutulan faizləri tələb etmək hüququ yaranmışdır.

7. İddiaçı tərəfindən göndərilən pret enziya məktubunun cavabdehə çatdığı tarixi nəzərə alaraq, iddiaçı xx.xx.2024-cü il tarixdən etibarən, ona geri qaytarılmalı olan 98.842,15 manat əsas borc məbləğinə AR Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz hesablamaq hüququna malikdir (hazırda uçot dərəcəsi 7,75 faizdir). Bu isə o deməkdir ki, cavabdehin iddiaçıya xx.xx.2024-xx.xx.2024-cü illər aralığında gecikməyə görə 440 manat faiz borcu yaranmış olur. Hesablama qaydası: (98.842,15x7.75%)/365 gün=20,98 - 1 günə görə hesablanan faiz borcu olduğundan yekun faiz borcu - 20,98x21 gün=440 manat təşkil edir.

8. İddiaçı iddia ərizəsində Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 449.1 və 449.3-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) 2009-cu il 9 iyul tarixli qərarına istinad etmişdir.

9. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-365/2024 nömrəli, 2024-cü il 9 oktyabr tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən 98.842,15 manat əsas borc, 440 manat gecikmə faizi olmaqla, ümumilikdə 99.282,15 manatın, həmçinin 387,85 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 0,15 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 387.763,20 manat dəyərində malların verilməsi və xidmətlərin göstərilməsi, o cümlədən, həmin məbləğdən cavabdeh tərəfindən 288.921,05 manat ödənişin həyata keçirilməsi, nəticədə cavabdeh təşkilatın direktoru Nümayəndə1 öz imzası ilə təsdiq edərək cavabdehin iddiaçıya 98.842,15 manat borcunun olmasını etiraf etməsi 2023-cü il 11 sentyabr tarixli qarşılıqlı borcların üzləşdirilməsinə dair akt ilə təsdiq edilərək işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir.

11. Bununla yanaşı, cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, materialların onlara verildiyini, iddiaçı təşkilata borcun olduğunu bildirmiş, iddiaçı təşkilata borcun olduğunu inkar etməməklə iddianı qəbul etmişdir...

12. Məhkəmə cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mən afeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək... iddiaçının irəli sürdüyü və cavabdeh tərəfindən etiraf olunan tələbin təmin olunması qənaətindədir...

13. Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında olmuş şifahi razılaşmadan irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi və icranın gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün 440 manat faizin ödənilməsini tələb etməkdə haqlıdır.

14. Hazırkı iş üzrə iddianın qiyməti 99.282,15 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu məbləğinin 387,85 manat olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 08 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə 388 manat dövlət rüsumu ödənilmişdir. İddia tələb i təmin ediləcəyindən iddiaçı tərəfindən ödənilmiş 387,85 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,15 manat dövlət rüsumu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 425.1, 442, 445.2-445.2.1, 445.2.2, 445.3, 445.7 və 567-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 14.2, 106.3, 107, 108. 2, 112.1-112.1.1, 114.1-114.1.1, 119.1, 191.3, 217.5, 220.4 və 220.5-ci maddələrinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr və “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” 2020-ci il 14 iyul tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək e-2-2(123)-365/2024 nömrəli 2024-cü il 9 oktyabr tarixli qətnamənin ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

17. Mülki Məcəllənin 1096 və 1097-ci maddələri üzrə - mülki qanunvericiliyin müəyyən edilmiş normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Cavabdehin mülki məsuliyyətinin yaranması üçün göstərilən maddələrdə nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və bu hərəkət nəticəsində iddiaçıya ziyan vurulması faktı iş materialları ilə təsdiq olunmu r.

18. Belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdehin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir. Həmin borcun yaranması cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində deyil, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən a zad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur.

19. Qətnamənin əsaslandırıcı hissəsində cavabdehin nümayəndəsi tərəfindən borcun yaranması səbəblərinin eyni qaydada yuxarıda qeyd edildiyi kimi olduğu müəyyən edilir. Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də, bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin cavabdehdən asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏD V daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsiri olması qeyd edilə bilməz.

20. Mülki Prosessual Məcəllənin 14.1 və 14.2-ci maddələri üzrə - qətnamənin əsaslandırıcı hissəsində iddiaçının cavabdehdən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron qaimə sənədləri göstərilir, halbuki həmin elektron qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz.

21. İddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi.

22. Eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac olmuşdur.

23. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddiaçının iddia tələbinin və cavabdehin təqsirli hesab olunan mülki hüquq pozuntusunu müəyyən edən hüquqi əsaslar müəyyən edilməmişdir.

24. Şəxsin mülki məsuliyyətinin yaranmasını təsdiq edən, onun tərəfindən təqsirli bilinən və hüquq pozuntusu yaradan hərəkət və ya hərəkətsizliyini sübut edən dəlillər aşkar edilmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

26. Cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Əlavə dəyər verigisindən azadolmalar nəticəsində X12 cababdehə Nazirlər Kabineti tərəfindən verilmədiyindən borc yaranmışdır. Əlavə olaraq 2020-ci ilin iyun ayında, onun müdir təyin edilməyindən əvvəlki dövrdə də idarənin borcu olmuşdur. Həmin borclar da yığıldığından belə bir vəziyyət yaranmışdır. Komitədə bu barədə izahat da vermiş, alacaqları məbləğləri də ala bilməmişlər. Borcu qəbul edirl ər. Üzləşmə aktı baş mühasib və onun iştirakı ilə tərtib olunmuş, üzləşmə aktını o özü, elektron qaimələri isə baş mühasib imzalamışdır. Elektron qaimələr elektron sistem vasitəsilə göndərilmiş, onlar da qəbul etmiş və həmin qaimələr üzrə borclarını da bilmişlər. Üzləşmə aktında qeyd edilən borca X12 də daxildir. X12ndən azad olunmaları ilə bağlı onu deyə bilər ki, hər ay sərəncamlar verilmişdir ki, sərəncamda qeyd olunan obyektlər X12ndən azad olunsun. Onlar Nazirlər Kabinetinin sərəncamı ilə hər ayın 25-də təşkilatlardan elektron qaimə qəbul etmişlər. Sərəncamdan sonra bilmişlər ki, hansı obyektlər X12ndən azad olunmuşdur. 2022-ci ilin dekabr ayında cavabdeh fəaliyyətini dayandırmışdır, lakin möhür və ştamp idarədədir. İddia ərizəsində göstərilən 387.763,20 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh üzləşmə aktında qeyd olunan məbləğdə iddiaçıya borcludur. Üzləşmə aktı tərtib olunduqdan sonra cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

27. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, cavabdeh fəaliyyətini dayandırmış, borcu olduğundan hərraca çıxarılmamış və hərraca çıxarılması üçün hər hansı müddət nəzərdə tutulmamış, başqa heç bir iş görülməmişdir. Cavabdehin daşınmaz əmlakı və texnikası var, lakin nə dərəcədə yararlı olması, eləcə də onun orta və ya kiçik əmlak olaraq özəlləşməyə çıxarılacağı barədə məlumatı yoxdur. Qanuni qərar qəbul olunmasını xahiş edir.

28. İddiaçının n ümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. Apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Onlar məhsul satanda X12 daxil satırlar. Cavabdehin nümayəndəsi də qeyd edir ki, möhür və ştamp onlardadır. Pretenziyada cavabdehə 5 faiz ödəniş ödənilməsinin təklif olunması, iddia ərizəsində isə əldən çıxmış faydaya görə ödəniş edilməsinin tələb olunmasının işin mahiyyətinə təsir etdiyini bilmir. Bu mühasibatlıqla bağlı olduğundan, texniki səhv də ola bilər. Bununla bağlı hər hansı əsaslandırması yoxdur. Apellyasiya şikayətinin rədd olunmasını xahiş edir.

29. X1 şifahi məsləhətində göstərdi ki, ona təqdim olunan üzləşmə aktının surətinə nəzər salan zaman görünür ki, xx.xx.2022-ci il tarixə 97.432 manat yazılmışdır, həmin məbləği araşdıra bilməmişdir, çünk i həmin məbləğ üzrə qaimələr ona təqdim olunmamışdır. Lakin yerdə qalan 290.330 manat olan məbləğin hamısı ƏDV-sizdir. 387.763 manatın içində isə ƏDV yoxdur. İddiaçı qarşı tərəfdən xalis, yəni ƏDV-siz olan əsas borcunu istəyir. Onun fikrincə 99% ehtimal verir ki, həmin 97.432 manat olan məbləğ də ƏDV-siz borcdur. 290.330 manat olan məbləğə qaimələr üzrə bir-bir baxıb nəzərdən keçirmişdir və həmin məbləğlər üzrə olan borc ƏDV-siz borclardır. ƏDV 18 %-dir, bu borclar ƏDV-siz borclardır. Bu məbləğlər ƏDV-li olduğu halda, daha artıq borc yaranmış olacaqdı. Çünki əsas məbləğlərdən yaranan borc çoxdur.

30. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. 3

1. Apellyasiya baxışında; 2025-ci il 24 fevral tarixli sorğuya əsasən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2025-ci il 5 mart tarixli, 3-35-7/2-264/2025 nömrəli və Naxçıvan MR Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli, 3-2-4/2-546/2025 nömrəli məktubları ilə məhkəməyə göndərilmiş məzmunca eyni olan 2021-ci ilin aprel, may, noyabr, dekabr ayları, 2022-ci ilin isə fevral, iyun, iyul aylarında Naxçıvan MR Nazirlər Kabinetinin qəbul etdiyi sərəncamlarda Naxçıvan Muxtar Respublikasının tikinti obyektlərində göstərilən dövrlərdə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin, alınmış inventar və avadanlıqların dəyərinın hansı mənbələr hesabına ödənilməsi, Forma №2 sənədlərində Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında cavabdeh tərəfindən hansı o byektlərdə nə kimi işlər görülməsi, Forma №3 sənədlərində görülən podrat işləri və xərclərə dair məlumatlar və elektron qaimələrdə iddiaçı tərəfindən cavabdehə malların, işlərin və xidmətlərin təqdim edilməsi göstərilmişdir (İİİ cild, i/v. 47-142, İV cild, i/v. 3-80).

32. Məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi ilə bağlı verilmiş 424 nömrəli, 2025-ci il 2 iyun tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixə (qarşılıqlı borcların üzləşdirilməsi aktının tərtib olunduğu tarixə) cavabdehin iddiaçıya ümumi borcu qarşılıqlı borcların üzləşdirilməsi aktı məlumatlarının düzgünlüyü nəzərə alındıqda 98.842,15 manat olmuşdur. Həmin borc məbləğinin ƏDV xaric olaraq hesablanması akt məl umatlarında göstərilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi aktı məlumatlarının düzgünlüyü nəzərə alındıqda akt ilə müəyyən edilən 98.842,15 manat qalıq borc məbləği üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında gecikdirilmiş vaxt üçün illik beş faiz (Mülki Məcəllənin 445.7-ci maddəsi) ilə soruşulan 21 gün üçün hesablanma qaydası 98.842,15*5%/365*21 düsturu ilə hesablanır ki, bu məbləğ 284,34 manat təşkil edir. Eyni qayda ilə akt ilə müəyyən edilən 98.842,15 manat qalıq borc məbləği üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında bank uçot dərəcəsinin (Mülki Məcəllənin 449.1-ci maddəsi) 7,5% olması müəyyən edilmişdir ki, soruşulan 21 gün üçün hesablanma qaydası 98.842,15*7,5%/360*21 düsturu ilə hesablanır ki, bu məbləğ 426,51 manat təşkil edir. Aparılmış tədqiqatın dəyə ri 60 manatdır.

33. Naxçıvan MR Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 20 noyabr tarixli 93-İİİ FR nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2023-cü il 22 iyun tarixli 180-Vİ FR nömrəli Fərmanından məlum olur ki,

1. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələrinin Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirməyə açıq elan edilməsi;

2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazi rliyinin: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin özəlləşdirilməsini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2000-ci il 23 avqust tarixli 104-İ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq həyata keçirməsi; 2.2. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə təhvil-təslim işlərini başa çatdırdıqdan sonra özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin idarə edilməsini və əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmış, lakin cavabdehin rəsmi qaydada təhvil-təslim işləri qeyd olunan nazirlik və komitə tərəfindən başa çatdırılmamışdır. (İV cild, i/v. 96). Apellyasiya baxışının hədləri 34. “Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır”. (Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarı).

35. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə laraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfə münasibətdə apellyasiya ikayətinin dəlilləri üzrə tam yoxlayır. Tətbiq edilən hüquq

36. Mülki Məcəllə; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddənin bu mətni 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuşdur). Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən fai zlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddənin bu mətni 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuşdur). Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600.1. Alqı-satqı müqav iləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mad də 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

37. Mülki Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0 və 115.0.1. Şahi dlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə

393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddət ində kassasiya şikayəti verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarları. Apellyasiya instansiyası məhkəməsi nin mövqeyi

39. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

40. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, iddiaçı və cavabdehin nümayəndələrinin izahatları, mütəxəssis məsləhəti və məhkəmə ekspertizasının rəyi ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

41. Hazırkı mübahisə iddiaçı tərəfindən cavabdehə nisyə (alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) satılmış daş məhsullarının (plitə, bardur, qarniz və s.) müqabilində cavabdehdən tələb olunan 98.842,15 m anat əsas borc və 440 manat gecikmə faizi (Mülki Məcəllənin 449.1-ci maddəsi) ilə bağlıdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Mülki Məcəllənin 1096-cı və 1097ci maddələrinin düzgün tətbiq edilməməsi” dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericilik əmələ gəlmə əsasına görə öhdəliyin iki qrupa bölünməsini qəbul edir: müqavilə öhdəliyi və müqavilədənkənar öhdəlik. Müqavilə öhdəliyi, bir qayda olaraq, müqavilələrdən əmələ gəlir. Müqavilədənkənar öhdəlik isə elə bir öhdəlik növüdür ki, bu növ öhdəlik müqavilələrdən yox, qanunda nəzərdə tutulan əsaslardan yaranır. Bu öhdəlik qanunda nəzərdə tutulan hüquqi faktlar əsasında, əsasən də subyektin iradəsindən asılı olmadan əmələ gəlir (lakin bu öhdəliyin hüquqa zidd olmayan hərəkətlərdən yaranması da mümkündür, məs., əsassız varlanma).

43. Müqavilədənkənar öhdəlik üçün mülki hüquq pozuntuları ilə bağlı olan münasibətlər xarakterikdir. Bu öhdəliyin əsas növü mülki hüquq pozuntusu (delikt) öhdəliyidir. Delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzini tam həcmdə ödəməyə borclu olur, zərəçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir (Mülki Məcəllənin 1097.1-ci maddəsi).

44. Hazırkı işin materiallarından isə aşıq-aşkar məlum olur ki, iddiaçı və cavabdeh daş məhsullarının alqı-satqısı ilə bağlı sövdələşmiş, yəni müxtəlif daş məhsullarının alışı və satışı üzr ə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, iddiaçı elektron əmtəə-nəqliyyat qaimələri üzrə daş məhsullarını cavabdehə vermiş (göndərmiş), cavabdeh isə aldığı qeyd olunan daş məhsullarına görə razılaşdırılmış qiymətlə müvafiq pul məbləğinin bir qismini iddiaçıya ödəmiş, iddia üzrə tələb olunan və apellyasiya şikayətində mübahisələndirilən daş məhsullarının müəyyənləşdirilmiş pul məbləği (qiyməti) isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.

45. Həmin faktlar iş materiallarında olan elektron əmtəə-nəqliyyat qaimələri (İ cild, i/v. 24-159) ilə yanaşı, iddiaçı və cavabdeh tərəfindən imzalanmış son haqq-hesaba dair qarşılıqlı borcların üzləşdirilməsi aktı (İ cild, iş v. 7) ilə təsdiq olunur.

46. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında daş məhsullarının nisyə alqı-satqı müqavil əsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir, yəni konkret olaraq mübahisənin hüquqi əsasını mülki hüquq pozuntusu deyil, nisyə alqı-satqı müqaviləsi təşkil edir.

47. Kollegiya müqavilə tərəflərinin müqavilə bağlananadək mövcud münasibətlərini (danışıqlarının məzmunu), bağlanmış müqavilə üzrə tərəflərin öz öhdəliklərinin icrasına başlamasını və işgüzar münasibətləri müəyyən müddət davam etdirmələrini və s. də nəzərə alır.

48. Bununla bağlı kollegiya əlavə olaraq qeyd edir ki, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bu müqavilə əsasında yaranan öhdəlik maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəni nkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir.

49. Alqı-satqı müqaviləsinə Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, bu müqavilə həmin müqavilədə iştirak edən tərəflərin yalnız razılıq əldə etdikləri andan onlar üçün mülki hüquq və vəzifələr yaradır. Bu müqavilənin bağlanmış hesab edilməsi üçün kifayətdir ki, onun bütün mühüm və zəruri şərtləri barədə tərəflər razılığa gəlsinlər.

50. Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur, o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini ödəməyə borcludur. Bununla bərabər, alıcı satıcıdan əşyanın ona verilməsini tələb etmək ixtiyarına malikdir.

51. Alqı-satqı müqaviləsində iştirak edən tərəflər satıcı və alıcıdır. Mülki Məcəllədə bu müqavilənin predmeti kimi satş anında mövcud olan əşya anlayışından istifadə edilir. Satılan əşyanın qiyməti, yəni alıcının əşyanın əvəzində satıcıya verdiyi müəyyən pul məbləği alqı-satqı müqaviləsinin qiymətini ifadə edir və qiymət tərəflərin razılığı ilə müəyyən edilir. Öhdəliyin icra edilməsi, yəni tərəflərin öz vəzifələrini həyata keçirmələri vaxtı alqı-satqı müqaviləsində müddət anlayışının mahiyyətini bildirir, müddət də tərəflərin razılığı ilə müəyyən edilir. Alqı-satqı müqaviləsi üç formada bağlanılır: şifahi, sadə yazılı və notarial. Həmin müqavilənin hansı formada bağlanması iki məsələdən asılı olaraq həll edilir: tərəflərin qarşılıqlı razılığından, qanunda ifadə edilən göstərişdən. Tərəflərin razılığı ilə alqı-satqı müqaviləsi həm şifahi formada, həm də sadə yazılı və ya notarial formada bağlana bilər.

52. İş materiallarından isə məlum olur ki, hazırkı mübahisə üzrə iddiaçı və cavabdeh azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla daş məhsullarının nisyə alqı-satqı müqaviləsini bağlamış, bu müqavilə mübahisələndirilməmiş, onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir.

53. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəmə lidir.

54. Göründüyü kimi alıcı əşyanı satıcıdan bilavasitə təhvil aldıqdan sonra da ödəyə bilər. Bu cür ödənişdən xüsusilə malların nisyə satışında istifadə edilir. Müqavilədə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutularsa, buna əşyanın nisyə satışı deyilir.

55. Əşyaların nisyə satışında ödənişin müddəti alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilədə belə müddət nəzərdə tutulmadıqda, qabaqcadan ödəniş barədə analoji qayda tətbiq edilir, yəni alıcı ağlabatan müddətdə öhdəliyi icra etməlidir (MM-in 427.2-ci maddəsi).

56. Hazırkı mübahisə üzrə müqavilənin tərəfləri satıcı iddiaçı, alıcı isə cavabdehdir. Müqavilənin predmeti daş məhsullarıdır. Müqavilənin qiymətini elektron əmtəə-nəqliyyat qaimələrində göstərilən cavabdeh tərəfindən iddiaçıya ödənilməli ol an pul məbləği təşkil edir. Müqavilənin müddəti tərəflərin iradəsinə görə daş məhsullarının alıcıya verilməsindən onun qiymətinin ödənilməsinədək olan dövrü əhatə edir. Müqavilənin məzmunu isə tərəflərin hüquq və vəzifələrində ifadə olunur.

57. İş materiallarından məlum olur ki, cavabdeh Mülki Məcəllənin 425.1 və 427.3-cü maddələrinin tələblərinə əməl etməyərək iddiaçı qarşısında alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmişdir.

58. Apellyasiya şikayətinin “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında 2018-ci ildən müvafiq tikinti obyektlərinin ƏDV-dən azad edilməsi, iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayr ılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənilməsi, həmin vəsaitlərin də eyni maliyyə sənədləri əsasında iddiaçıya ödənilməsi, cavabdehin nümayəndəsinin borcun olduğunu etiraf etsə də, həmin borcun yaranması səbəbini də göstərməsi, iddia edilən borcun yaranması səbəbinin isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə ƏDV daxil hesablanmasının olması” dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan 2023-cü il 11 sentyabr tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından (İ cild, i/v. 7) məlum olur ki, həmin akt cavabdehin (sifarişçinin) direktoru Nümayəndə1 və iddiaçının (icraçının) qanuni təmsilçisi X8 arasında xx.xx.2023-cü il tarixinə qarşılıqlı üzləşmə aparılaraq tərtib edilmişdir. Həmin akta görə xidmət müqav iləsi üzrə 387.763,20 manat (ƏDV xaric) dəyərində xidmət alınmış, 288.921,05 manat (ƏDV xaric) məbləğində ödəniş edilmişdir və qalıq borc məbləği 98.842,15 manat (ƏDV xaric) təşkil edir. Həmin məbləğin ödənilməsindən sonra icraçının sifarişçiyə qarşı müqavilə və onun hər hansı müddəasından irəli gələn pul tələbi olmayacaqdır. Tərəflər qəbul etmişlər ki, bu üzləşmə aktında göstərilənlərdən başqa bir-birlərinə qarşı heç bir pul tələbi və işlərin yerinə yetirilməsi ilə əlaqədar heç bir öhdəlikləri qalmamışdır.

59. Göründüyü kimi, qeyd olunan üzləşmə aktı məhz cavabdehin nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmış, onun özü hesablanan borc məbləğinə ƏDV daxil edilmədiyini, yənu borcun ƏDV xaric olduğunu təsdiq və qəbul etmişdir.

60. Ümumi qəbul olunmuş qaydaya görə, üzləşmə aktı - iki müəssis ə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Qanunvericilikdə "üzləşmə aktı" blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Əgər borclu üzləşmə aktını imzalayırsa, o borcu qəbul və etiraf edir.

61. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə1 müvafiq olaraq iddianı qəbul etdiyini, mal-materialların cavabdehə verildiyini, apellyasiya baxışında isə borcu qəbul etdiklərini göstərmişdir. 62. 28 mart 2018-ci il tarixdən 26 fevral 2023-cü il tarixədək olan dövrə aid elektron qaimədə göstərilən malların alınması (təqdim olunması), işlər görülməsi və xidmətlər göstərilməsi zamanı qiymətlərə X12nin daxil edilib-edilməməsi, malların dəyərinin ƏDV-siz yoxsa ƏDV-li hesablanıb-hesablanmaması, qarşılıqlı borcların üzlə şdirilməsi aktında göstərilən borc məbləğinin ƏDV xaric olub-olmamasının müəyyən olunması üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mütəxəssis işə cəlb olunmuş və X1 şifahi məsləhətində bu borcun ƏDV-siz borc olduğunu, iddiaçının qarşı tərəfdən xalis, yəni ƏDV-siz olan əsas borcunu istədiyini göstərmişdir.

63. Elektron qaimələrdə göstərilən tarixlər nəzərə alınmaqla cavabdehin iddiaçıdan malların alınması (təqdim edilməsi), işlər görülməsi və xidmətlər göstərilməsi üzrə X12ni ödəməkdən azad edilməsi barədə müvafiq icra hakimiyyəti orqanı (Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti) tərəfindən qəbul edilmiş aktların surətlərinin kommersiya kollegiyasına təqdim olunması barədə sorğuya əsasən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respub likasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2025-ci il 5 mart tarixli, 3-35-7/2-264/2025 nömrəli və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli, 3-2-4/2-546/2025 nömrəli məktubları ilə məhkəməyə göndərilmiş məzmunca eyni olan 2021-ci ilin aprel, may, noyabr, dekabr ayları, 2022-ci ilin isə fevral, iyun, iyul aylarında qəbul olunmuş sərəncamlar, Forma №2, Forma №3 və elektron qaimələr (İİİ cild, i/v. 47-142, İV cild, i/v. 380) xx.xx.2023-cü il tarixə (qarşılıqlı borcların üzləşdirilməsi aktının tərtib olunduğu tarixə) cavabdehin iddiaçıya ümumi borcunun nə qədər olması, həmin borc məbləğinə ƏDV daxildirsə, əsas borc və ƏDV-nin ayrı-ayrılıqda nə qədər təşkil etməsinin, tələb olunan 98.842,15 manat pul vəsaitinin ƏDV daxil, yoxsa ƏDV xaric hesabla nmasının müəyyən edilməsi məqsədilə ekspertə təqdim olunmuş, 2025-ci il 7 aprel tarixdə ekspert tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün zəruri olan elektron qaimə və aparılan ödənişləri təsdiq edən rəsmi mühasibatlıq sənədlərinin (ödəniş tapşırıqları və ya bank çıxarışlarının) təqdim olunması barədə vəsatət verilmiş, lakin qeyd olunan sənədlər təqdim olunmamış və məhkəmə tərəfindən ekspertizanın iş materiallarında olan sənədlər əsasında aparılaraq müvafiq rəyin verilməsi xahiş edilmişdir. 64. 424 nömrəli, 2025-ci il 2 iyun tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, xx.xx.2023cü il tarixə (qarşılıqlı borcların üzləşdirilməsi aktının tərtib olunduğu tarixə) cavabdehin iddiaçıya ü mumi borcu qarşılıqlı borcların üzləşdirilməsi aktı məlumatlarının düzgünlüyü nəzərə alındıqda 98.842,15 manat olmuşdur. Həmin borc məbləğinin ƏDV xaric olaraq hesablanması akt məlumatlarında göstərilmişdir.

65. Kollegiya qeyd olunan məhkəmə ekspertizasının rəyini tədqiq edərək hesab edir ki, həmin rəy iş materiallarında olan sübutlara əsaslanmaqla, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə olan borcunun həmin rəydə müəyyən edilən məbləğdə olması nəzərə alınmalıdır.

66. Şikayətə baxılarkən alqı-satqı zamanı malların satıcıdan (iddiaçıdan) alınması zamanı həmin malların alınmasına görə alıcının (cavabdehin) ƏDV-dən azad olunması barədə hər hansı bir sənəd və ya razılaşma olması, bu barədə iddiaçıya həmin vaxt, üzləşmə aktı tərtib olunarkən və ya bundan sonra cavabdeh tərəfindən hər hansı bir sənəd təqdim edilməsi halı müəyyən olunmamış, bu barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir.

67. Kollegiya həmçinin nəzərə alır ki, alqı-satqı əməliyyatları üzrə ƏDV məbləği məhz satıcı (iddiaçı) tərəfindən ödənməli olduğuna görə alıcının (cavabdehin) ƏDV-dən azad olunub-olunmaması hər hansı əhəmiyyət kəsb etmir. Cavabdehin bununla bağlı apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.

68. Kollegiya hazırkı iş üzrə iddiaçının “440 manat gecikmə faizinin (bank uçot dərəcəsi ilə)” cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş (maddələrin bu mətnləri 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuşdur); 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdik də, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

69. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur”.

70. İş materiallarından göründüyü kimi, iddiaçının cavabdehdən “AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 440 manat faiz borcu”nu tələb etməsi halını, cavabdehi n Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilən şərtlər üzrə (qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama) faydalanmasını sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq heç bir sübutla təsdiq edilməsi müəyyən olunmur. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Lakin göstərildiyi kimi, Mülki Məcəllənin 445.7-ci maddəsininin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş mətninə müvafiq olaraq borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayc an Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “... icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir”.

73. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. İddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə m üəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia”(“məhkəmə qanunu bilir”) prinsipi dayanır”.

74. Qeyd olunan hüquqi mövqelərə əsaslanaraq kollegiya, iddiaçının qeyd olunan iddia tələbini cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində ona zərər dəyməsi ilə əsaslandırarkən Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməsindən asılı olmayaraq, ən azından Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən həmin zərərin cavabdeh tərəfindən (iddiaçının daha artıq məbləğdə zərərin əvəzini tələb etmək imkanına malik olmaması şərtilə) müvafiq məbləğdə qarşılanmasını qanuni və əsaslı hesab edir. Çünki hər iki halda həmin iddia tələbi eyni faktiki əsaslarla, iddiaçıya zərər dəyməsi ilə bağlıdır.

75. Bu baxımdan kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətna mədə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına və Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etsə də (İİ cild, i/v.100), iddiaçının Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq tələb etdiyi 440 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsini təmin etməkdə haqlı olmamışdır. Ona görə də qətnamə həmin hissədə (cavabdehdən... 440 manat məbləğində gecikmə faizi olmaqla, ümumilikdə 99.282,15 manatın və 387,85 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi) dəyişdirilməlidir. 76. 424 nömrəli, 2025-ci il 2 iyun tarixli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 98.842,15 manat borc məbləği üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında gecikdirilmiş vaxt üçün illik beş faiz (Mülki Məcəllənin 445.7-ci maddəsi ilə) soruşulan 21 gün üçün 284,34 manat təşkil edir.

77. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən digər dəlilləri yuxarıda şərh olunanlara əsasən cavabdehin subyektiv mülahizələri kimi qiymətləndirirməklə əsaslı hesab etmir.

78. Beləliklə, şərh olunanlara müvafiq olaraq kollegiya bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı; Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-365/2024 nömrəli, 2024-cü il 9 oktyabr tarixli qətnaməsi: “İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi təmi n edilsin. Cavabdeh (VÖEN: **********) Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən..., 440 manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 99282,15 manat alınaraq İddiaçı MMC-yə (VÖEN: **********) ödənilsin. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən 387,85 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "Arkoz Travertin-Mərmər Zavodu” MMC-yə ödənilsin” hissələrində dəyişdirilməli, İddia qismən (99,84%) təmin edilməli, Cavabdehdən 98.842,15 manat əsas borc, 284,34 manat gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla, ümumilikdə 99.126,49 manat alınaraq iddiaçıya ödənilməli, Cavabdehdən 387,23 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməli, qalan hissədə (0,62 manat) iddiaçının özünə aid e dilməli, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkəmə-mühasibatlıq ekspertizası xərcləri üzrə aparılmış tədqiqatın dəyəri 60 manat həmin ekspertizanın apellyasiya şikayətinə əsasən təyin olundğuna görə cavabdehdən tutularaq X10 MR İdarəsindəki (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN **********, hesab AZ21NABZ********************), (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilməlidir. Nəticəvi hissə

79. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0, 384.0.3, 392, 393, 402.1, 405.0405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəf indən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-365/2024 nömrəli, 2024-cü il 9 oktyabr tarixli qətnaməsi “İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi təmin edilsin. Cavabdeh (VÖEN: **********) Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən 98842,15 (doxsan səkkiz min səkkiz yüz qırx iki manat 15 qəpik) manat məbləğində əsas borc, 440 (dörd yüz qırx) manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 99282,15 (doxsan doqquz min iki yüz səksən iki manat 15 qəpik) manat alınaraq İddiaçı MMC-yə (VÖEN: **********) ödənilsin. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma v ə Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən 387,85 (üç yüz səksən yeddi manat 85 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin” hissəsində dəyişdirilsin. İddia qismən təmin edilsin. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən 98842,15 (doxsan səkkiz min səkkiz yüz qırx iki manat on beş qəpik) manat əsas borc, 284,34 (iki yüz səksən dörd manat otuz dörd qəpik) manat gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla, ümumilikdə 99.126,49 (doxsan doqquz min yüz iyirmi altı manat qırx doqquz qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən 387,23 (üç yüz səksən yeddi manat iyirmi üç qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaç ı MMC-yə ödənilsin, qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizası xərclərinə görə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqatın dəyəri olan 60 (altmış) manat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən tutularaq X10 MR İdarəsindəki (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN **********, hesab AZ21NABZ********************), (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabin etlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar