Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-14/2024 15.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdehin vəkil-nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-4/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh və onun vəkilnümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı q ətnaməni qəbul etdi. İşin halları İddiaçı 23 avqust 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək ünvan 1 saylı məhəllədə yerləşən, "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan, 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan və iddiaçıya məxsus ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların (BARBELLS), velotrenajorun - STARBİKE EVOLUTİON MAGNETİC velotrenajorun - BİKE FENİX - LED PLUS, ştanq disklərinin (WEİGHT pLATES), ştanq üçün qıvrım qrif (CURL BAR), qantellər saxlanması üçün qurğu (DUMBBELL RACK-LONG), 5 ədəd qaçış meydançasının - RUNNER FENİX - LED PLUS, məşq alətinin - İP EREXTENSİON 45° BENCH, məşq alətinin - DİSK RACK, 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin - CHİ AND DİP, ştanq qaldırmaq üçün döşəməli alətin (OLYMPİC FLAT BENCH), qarın əzələlərinin məşqi üçün alətin (ABDOMİNAL CRUNCH), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC İNCLİNED BENCH), baş hissəsi aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC DECLİNED BENCH), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (SEATED CURL BENCH), bel və qol məşqi üçün dartıcı alətin (ROWİNG MACHİNE), ştanq qaldırıcı mexanizmli alətin (SQUAT LUNGE), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (SMİTH MACHİNE HP BASE), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (İNCLİNED CHEST PRESS), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənə n alətin (ADJUSTABLE CABLE CROSSOVER), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAt PULLDOWN), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (LEG PRESS 45°), qantelin - LATERAL DELTOİD, qol əzələlərinin məşqi ucun yuxarıdan aşağı hərəkətli alətin (DİPS PRESS), dartıcı alətin (CURLİNG MACHİNE), ayaq məşqi üçün dartıcı alətin (LEG CURLİNG), kürək əzələlərinin məşqi üçün alətin (PECK BACK), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (LEG EXTENSİON), qol əzələlərinin məşqi üçün alətin (DELTOİD PRESS CONVERGENT), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (PULLEY ROW) Cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin əvvəli ndə iddiaçı cavabdeh ilə razılığa gəlmişdir ki, Bakı şəhərində birlikdə idman məşq zalı açsınlar. Aralarında olan razılaşmaya əsasən idman zalının məşq idman alətləri və avadanlıqları (qurğuları) ilə təmin edilməsi iddiaçı tərəfindən, idman zalının əldə edilməsi isə cavabdeh tərəfindən təmin edilməli olmuşdur. Bundan sonra cavabdeh ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsini MTK ilə müqavilə bağlayaraq əldə etmişdir. İddiaçı öz şəxsi maliyyə vəsaitləri hesabına İran İslam Respublikasında aldığı ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan 31 adda (yuxarıda qeyd edilən) idman alətlərini və avadanlıqlarını 6 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikas ına gətirmişdir. Qeyd olunan idman avadanlıqlarını və alətlərini (qurğularını) iddiaçının öz maliyyə vəsaiti hesabına alması gömrük bəyannaməsi, gömrük ödəniş qəbzləri və malın alınması qəbzləri (invoice) ilə təsdiq edilir. İdman avadanlıqlarının və alətlərinin iddiaçıya məxsus olmasını idman zalında işləyən məşqçilər də təsdiq edə bilər. İddiaçı idman avadanlıqlarını və alətlərini cavabdehlə əldə edilmiş razılığa uyğun sözügedən binanın qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirmişdir. Lakin məlum olduğu kimi 2020-ci ildə koronovirus infeksiyası ilə əlaqədar idman zallarının fəaliyyəti dayandırıldığı üçün fəaliyyətə başlanması mümkün olmamışdır. 2021-ci ilin iyun ayında idman zallarının fəaliyyətinə icazə verildikdən sonra cavabdeh iddiaçı ilə aralarında olan razılaşma şər tlərini pozaraq, iddiaçıya məxsus idman alətlərinə və avadanlıqlarına qanunsuz sahiblənmiş və idman zalını təkbaşına işlətməyə başlamışdır. Göründüyü kimi qeyd edilən yerdə yerləşdirilmiş idman avadanlıqları və alətləri iddiaçıya məxsus olduğu üçün ona geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 9, 1091, 1092 və 1096.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 4.1 və 14-cü maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-4/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdehin ünva n 1 saylı məhəllədə yerləşən, "İlhamlı Günlər” MTK-da olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan, 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalındakı ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kq olan, iddia ərizəsində (tələbində) göstərilən idman avadanlıqları və alətlərinin (qurğuların) cavabdehdən alınaraq iddiaçıya verilməsi, məhkəmə aktının (hazırkı qətnamənin) icrasına qədər xx.xx.2022-ci il tarixli, e- MTT(123)-1/2022 saylı qərardadın qüvvəsinin saxlanılması, Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 400 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsi, iddiaçının azad edildiyi 173.48 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət gəlirlərinə alınması, məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması üçün tədqiqatın dəyər i olan 20 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə bildirir ki, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsindən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş "Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında” məlumat əsasında müəyyən edilir ki, ümumi çəkisi 6080 kq olan idman ləvazimatları İran İslam Respublikasından iddiaçının adından gətirilmişdir. Həmin idman ləvazimatları və onların neçə ədəd olduğu qeyd edilən "Məlumat”da və gömrük bəyannaməsinin "Qoşma vərəqi”ndən öz əksini tapmışdır. Həmçinin iş materiallarında olan mədaxil qəbzlərindən və "G ömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları üzrə ödənilən rüsum və yığımlar haqqında” məlumatdan müəyyən edilmişdir ki, idman ləvazimatlarının gətirilməsi ilə bağlı gömrük ödənişləri (əlavə dəyər vergisi, əməliyyat haqqı, idxal rüsumu, gömrük yığımı) iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin obyektinin (idman zalının) yerləşdiyi yer ünvan 1 ünvanıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, gömrük bəyannaməsində idman ləvazimatlarının təyinat yeri kimi, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılmasının və eyniləşdirilməsinin keçirildiyi yer kimi cavabdehin obyektinin (idman zalının) ünvanı göstərilmiş və gömrük orqanlarının həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarını iddiaçıya təhvil verməsi öz əksini tapmışdır. Buradan da müəyyən olunur ki, cavabdehin obyektindəki (idman zalındakı) idman ləvazimatları İran İslam Respublikasından iddiaçı tərəfindən gətirilmişdir. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, cavabdehin idman zalında olan idman ləvazimatları iddiaçı tərəfindən alınmışdır və ona məxsusdur. Məhkəmə bildirir ki, cavabdeh iddiaçının bu tələbini və tələbinə dair təqdim etdiyi sübutları təkzib edəcək əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, idman ləvazimatlarının pulunun onun tərəfindən iddiaçıya verildiyini təsdiq edəcək hər hansı əsaslı və mötəbər sübut mövcud deyildir. Lakin cavabdeh tərəfindən X5 80.000 manatın verilməsi iş materiallarında olan mötəb ər sübutlarla təsdiqini tapdığından cavabdehin X5 qarşı iddiası istisna olunmamaqdadır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmçinin sübutları əlaqələndirərək hesab edir ki, hazırda cavabdeh huquqi əsas olmadan başqa şəxsin (İddiaçı) hesabına əmlak əldə edərək əsassız varlandığından və Mülki Məcəllənin tələbinə uyğun olaraq varlanmış şəxs (Cavabdeh) əldə etdiklərini məhrum olanın (İddiaçı) tələbi ilə ona qaytarmalı olduğundan iddia əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və eti razın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır... Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir... İddia təmin edilməli olduğundan iddia ərizəsində göstərilən idman avadanlıqlarının və alətlərinin (qurğularının) cavabdehə və digər şəxslərə hazırkı mübahisə ilə əlaqədar qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə xx.xx.2022-ci il tarixli, e-MTT(123)-1/2022 saylı qərardad öz qüvvəsini saxlamalı..., iddiaçının ödəməkdən azad edildiyi 173.48 manat məbləğində dövlə t rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalı,... cavabdeh hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və mediasiya prosesi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının ödədiyi 400 manat məbləğində İMS xərci cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir,... məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 20 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 106.1, 107, 108.1-108.1.1, 108.2, 112.1.2, 115.0-115.0.1, 119.1, 119.2, 162.4, 217.3, 217.4, 218.1, 218.3, 220.4 və 222.1-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun (bundan sonra Dövlət rüsumu haqqında Qanun) 8.1, 8.1.3 və 9.1-1-ci, Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Mediasiya haqqında Qanun) 36.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edi lməsinə dair” 18 mart 2019-cu il tarixli qərarlarına istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh və cavabdehin vəkil-nümayəndəsi apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Apelyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır. 1. ünvan 1 saylı məhəllədə yerləşən, qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində yerləşən, 180 kv. m qeyri-yaşayış sahəsi cavabdehə məxsusdur.
2. Qeyd olunan qeyri-yaşayış sahəsində idman zalının açılması və fəaliyyət göstərməsi ilə bağlı cavabdehin heç bir şəxslə heç bir şərikli müqaviləsi (razılığı) yoxdur.
3. Cavabdehin iddiaçı ilə heç bir razılığı olmamışdır ki, iddiaçı ona idman alətləri gətirsin. Nə üçün iddiaçı cavabdehin zalına pulsuz idman aləti gətirməli idi? İddiaçının İrandan idman aləti alıb gətirməyə maddi imkanı olduğu halda o nə üçün idman alətlərini kiminsə zalına qoymalı idi? Cavabdeh Hacı adlı qohumu ilə razılığa gəlmişdir ki, axırıncı Ukraynadan ona idman alətləri gətirsin. Hətta bununla bağlı Bakı şəhərində yerləşən idman alətləri satılan yerə gedib video çəkərək cavabdehə göndərmişdir ki, “sənə də Ukraynadan bu idman alətlərindən gətirəcəyəm”. Həmin videogörüntü sübut qismində məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə həmin sübutu düzgün araşdırmayaraq, qiymətləndirməmişdir.
4. Bir sıra müxtəlif adda idman alətlərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına iddiaçının adına gəlməsini göstərən yük sənədlərinin təqdim edilməsi o demək deyil ki, cavabdehin işlətdiyi idman zalındakı idman alətləri iddiaçının adına olan gömrük bəyannaməsində göstərilən idman alətləridir.
5. İddiaçının adına olan gömrük bəyannaməsinə diqqət yetirəndə aydın olur ki, həmin idman alətlərinin təyinat yeri cavabdehin idman zalı yox, iddiaçının ünvanı olan ünvan 2r daha onu sübut edir ki, həmin idman alətləri cavabdehə gətirilməmişdir və onunla heç bir əlaqəsi yoxdur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 aprel 2023-cü il tarixli, 9/858 nömrəli rəyinə əsasən mübahisələndirilən idman alətləri ilə cavabdehə məxsus idman alətlərinin eyniləşdirilməsi mümkün olmamışdır. Başqa sözlə, iddia ərizəsində göstərilən alətlərlərin cavabdehin zalında olan alətlər olması heç bir təsdiqini tapmamışdır.
7. Hacı Həsənovun yaxınlarının (şahidlərin ) səs yazılarından, istintaqda verdiyi ifadələrindən aydın görünür ki, cavabdeh evini satıb idman alətlərinin alınıb gətirilməsi üçün Hacıya 80000 manat pul vermişdir. İş üzrə məhkəmə araşdırması zamanı aydın olur ki, iddiaçının iddia ərizəsində göstərdiyi idman alətlərini almasını, gətirməsini cavabdeh ondan istəməmişdir. O, zalı üçün idman alətlərini gətirməsini qardaşının qaynı, həmkəndlisi Hacı Həsənov tərəfindən İrandan yox, Ukraynadan gətirilməsi ilə razılaşaraq, ona Ukraynadan onun zalı üçün idman alətləri gətirməsini sifariş verərək ona 80000 manat pul vermişdir və bütün bunlar iş üzrə şahid və səsli yazışmalardan görsənir. Lakin iddiaçının təqdim etdiyi yük sənədindən aydın olur ki, idman alətləri iddiaçının adına gəlmiş və iddiaçının adına gələn yükün dəyəri çox az dəyərdə olmuşd ur. Ümumiyyətlə, iddiaçı heç bir növ sahibkarlıqla məşğul olmaq hüququna malik deyil. Çünki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşıdır və Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 11.1-ci maddəsi ədliyyə orqanlarında qulluqla bir araya sığmayan fəaliyyətdən bəhs edərək göstərilmişdir ki, ədliyyə orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz. Qanun bu cür göstərdiyi halda iddiaçı hansı mühüm immunitetə (statusa) malik olur ki, hüquq mühafizə orqanları sisteminə daxil olan dövlət qurumunun vəzifəli şəxsi kimi həmç inin sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi qeydiyyatda durur. Təkcə buradan belə aydın olur ki, iddiaçı həmçinin öz hakimiyyət səlahiyyətlərindən, imkanlarından istifadə edərək cavabdehi sıxışdırıb ondan əmlak və ya pul almağa cəhd etməkdədir. İddiaçının ümumiyyətlə həm hüquq mühafizə orqanının əməkdaşı olması, həmçinin sahibkarlıqla, kommersiya fəaliyyəti ilə məşğul ola bilməsi onun tərəfindən ölkə qanunlarına hansı dərəcə əməl olunmasının və yuxarı rəhbərliyin onun bu qanunsuz fəaliyyətinə necə göz yumması çox ciddi qanun pozuntusudur. Bütün bunlar bir daha sübut edir ki, iddia ərizəsində göstərilən idman alətləri iddiaçıya aid olan idman alətləri deyildir və iddia tələbində göstərilən alətlərlə heç bir eyniyyətlik təşkil etmir, nəticə etibarı ilə də iddia tələbi əsassızdır və cavabdehdən düşünülmüş şəkildə əsassız, qanunsuz olaraq pul əldə edərək varlanmaq məqsədi daşımaqdadır. Lakin Naxçıvan MR Kommersiya Məhkəməsi qəbul etdiyi qətnamədə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında mövcud olan CDlərdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında münasibət mövcuddur. Münasibətin olması onu sübut etmir ki, idman alətləri iddiaçı tərəfindən cavabdehin işlətdiyi idman zalına gətirilmişdir. Videogörüntüdən aydın olur ki, açılışı bir sahibkar kimi cavabdeh edir. Hər kəs onu təbrik edir. Həmçinin digər videogörüntü də sübut edir ki, cavabdeh ona idman alətləri gətirməsi üçün qohumu Hacı Həsənovla razılaşır. Məhkəmə gömrük bəyannaməsinə və nədənsə tarixini və nömrəsini göstərmədiyi Azərbaycan Respublikası Döv lət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-3-3/2003831/2023 nömrəli məktubuna söykənərək idman alətlərinin iddiaçı tərəfindən gətirilməsini göstərmişdir. Həmin məktubda vəkilin sorğusuna cavab olaraq göstərilir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İran İslam Respublikasından iddiaçının adına daxil olmuş idman mallarının gömrük rəsmiləşməsi zamanı tərtib olunmuş **********7855 nömrəli gömrük bəyannaməsindən çıxarış və müşayiət sənədlərinin surətlərini təqdim edirik. Həmçinin bildirilir ki, qeyd olunan mallar ünvan 1 ünvanında yerləşən anbara gömrük yoxlaması keçirildikdən və eyniləşdirmə aparıldıqdan sonra xx.xx.2020-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Məktuba əlavə edilmiş bəyannamə və müşayiətedici sənədlərdən aydın olur ki, idman alətləri iddiaçının adına, təyinat yeri olaraq ünvan 3 ünvanına gətirilmişdir. Bəyannamə və müşayiətedici sənədlərdən malın ünvan 1 ünvanında yerləşən anbara gömrük yoxlaması keçirildikdən və eyniləşdirmə aparıldıqdan sonra xx.xx.2020-ci il tarixdə iddiaçıya təhvil verilməsi müəyyən olunmur. Dövlət Gömrük Komitəsinin məktubunun üçüncü abzasında göstərilən hal öz təsdiqini heç bir rəsmi sənədlə tapmır. Belə olduğu halda bu hal həmin məktuba mötəbər sübut kimi məhkəmənin istinad etməsini istisna edir. Lakin nədənsə məhkəmə mötəbərliyi sual doğuran məktub və qoşmalarına söykənərək əsasssız və qanunsuz qətnamə qəbul etmişdir. Qeyd etmək lazımdır ki, hələ 18 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında (qətnamənin 11-ci səhifəsində göstərilmişdir) iddiaçı göstərir ki, malları gömrükdən keçirtməyinə gö mrükdəki tanış adamı kömək etmişdir. Elə buradan da bir daha aydın olur ki, iddiaçı gömrükdə yaxın əlaqələrə malik olduğunu özü etiraf edir. Belə olduğu halda məhkəmə tərəfindən gömrük qurumu tərəfindən verilən və mötəbərliyi sual altında olan məktuba söykənərək qətnamə qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə, iş materialları ilə cavabdehin idman zalında olan alətlərin iddiaçı tərəfindən alınması və ona məxsus olması heç bir mötəbər sübutla təsdiqini tapmamaqdadır. Cavabdehlə iddiaçının arasında hər hansı bir razılığın (nə şifahi, nə də ki, yazılı şəkildə) olması heç cür təsdiq olunmur. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu he sab edirlər. Məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir”. Apelyatorlar maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və 72-ci maddəsinin İ-İİ hissələrinə, Mülki Məcəllənin 6-6.1.4, 152.1-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə 14.1, 14.2, 76.1, 76.3 və 88-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1-ci maddəsinə istinad etmişlər. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan M uxtar Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(108)12/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, e-2-2(123)-4/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qətnamə tamamilə ləğv olunmuş, iddiaçının cavabdehə qarşı əmlakın qaytarılması tələbi barədə iddiasının rədd edilməsi, cavabdeh tərəfindən şikayətin verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzlə ödənilmiş 200,00 AZN dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində xx.xx.2023-cü il tarixli, 9/858 №-li ekspert rəyinin verilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri olan 20,0 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiz ası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır. “Birinci instansiya məhkəməsinə müraciət edilərkən iddia tələbinin əsası olaraq göstərilmişdir ki, “2020-ci ilin əvvəlində iddiaçı və cavabdeh razılığa gəlmişdir ki, Bakı şəhərində birlikdə idman məşq zalı açsınlar. Aralarında olan razılaşmaya əsasən, idman zalının məşq idman alətləri və avadanlıqları (qurğuları) ilə təmin edilməsi iddiaçı tərəfindən, idman zalının əldə edilməsi isə cavabdeh tərəfindən təmin edilməli idi”. İşin araşdırılması zamanı kollegiya tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında sözügedən idman zalı ilə bağlı şərikli fəaliyyət göstərilməsi, həmin zalın iddiaçı tərəfindən idm an avadanlıqları ilə təchiz edilməsi barədə şifahi və ya yazılı formada hər hansı əqdin olması işdə olan sübutlarla öz təsdiqini tapmamış, eyni zamanda cavabdeh tərəfindən təkzib olunmuşdur. İddia tələbi üzrə istinad edilən dəlillər, eləcə də iddiaçının öz şəxsi maliyyə vəsaitləri hesabına İran İslam Respublikasında aldığı ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kq olan, iddia ərizəsində göstərilən idman alətlərini və avadanlıqlarını 6 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasına gətirməsi, onları cavabdehlə əldə edilmiş razılığa uyğun ünvan 7 saylı məhəllədə yerləşən, "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan, 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirməsi, lakin məlum olduğu kimi 2020-ci ild ə koronovirus infeksiyası ilə əlaqədar idman zallarının fəaliyyəti dayandırıldığı üçün fəaliyyətə başlanmasının mümkün olmadığı, 2021-ci ilin iyun ayında idman zallarının fəaliyyətinə icazə verildikdən sonra cavabdehin iddiaçı ilə aralarında olan razılaşma şərtlərini pozaraq, iddiaçıya məxsus idman alətlərinə və avadanlıqlarına qanunsuz sahibləndiyi və idman zalını təkbaşına işlətməyə başlaması olmuşdur. Həmçinin, iddia ərizəsində qeyd olunan qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirilmiş idman avadanlıqları və alətlərinin iddiaçıya məxsus olduğu üçün ona geri qaytarılmalı olduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 aprel 2023-cü il tarixli, 9/858 №-li ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı ilə əmlaka baxış keçirilmiş, sözügedən gömrük bəyannaməsindəki idman alətləri ilə iddiaçının iddia ərizəsində tələb etdiyi adları qeyd olunan alətlərin, cavabdehə məxsus sözügedən idman zalında olan idman alətləri ilə qeyd olunan müvafiq gömrük bəyannaməsindəki idman alətlərinin, cavabdehə məxsus idman zalında olan idman alətlərinin iddiaçının iddia ərizəsində tələb etdiyi adları qeyd olunan alətlərlə eynilik təşkil etməsilə bağlı suallara cavab verməyin mümkün olmadığı öz əksini tapmışdır. Məhkəmə kollegiyası, eləcə də iddia ərizəsində tələb olunan əşyalarla iddiaçının istinad etdiyi gömrük bəyannaməsində göstərilən əşyaların ümumiyyətlə eyni adlara malik olmadığını da qeyd edir. İşə apellyasiya qaydasında baxılması zamanı məhkəmə tərəfindən cavabdehin və kil-nümayəndəsinin vəsatəti ilə əlaqədar xx.xx.2020-ci il tarixli, **********7855 №-li gömrük bəyannaməsi və həmin bəyannamənin "Qoşma vərəqi” üzrə iddia ərizəsində adları qeyd olunan idman alətlərinin Azərbaycan Respublikasına idxal olunub-olunmaması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, Naxçıvan MR Kommersiya Məhkəməsinin "ərizəçi İddiaçı Cavabdeh əmlakın qaytarılması tələbi” ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında iş materiallarında olan Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(123)-1/2022 №-li qərardadının icrası ilə əlaqədar sözügedən idman zalında iddiaçının iddia ərizəsində tələb etdiyi adları qeyd edilən idman avadanlıqlarının aşkar olunub-olunmaması barədə məlumatın və müvafiq icra sənədlərinin surətlərinin təqdim edilm əsi barədə isə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə müvafiq sorğular verilmişdir. Sorğulara cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 22 sentyabr 2023-cü il tarixli, 3-33/2-017134/2023 №-li məktubu ilə qeyd olunan gömrük bəyannaməsi və qoşma vərəqəsinin surəti məhkəməyə təqdim olunmuş, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin 16 oktyabr 2023-cü il tarixli, 17/74№166410/13 №-li məktubunda isə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-MTT(123)-1/2022-014 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin müvafiq olaraq Xətai rayon İcra Şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olduğu, həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edildiyi, təyinat verildiyi, sözügedən ünvana gedilsə də, həmin qeyri-yaşayış sahəsində idman zalının qapısı bağlı olduğundan baxış keçirməyin mümkün olmadığı, icra sənədinin tələbini təmin etmək məqsədilə yenidən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə təyinat verilsə də, həmin ünvanda yerləşən idman zalının qapısı bağlı olduğundan baxış keçirməyin mümkün olmadığı, bu səbəbdən icranın baş tutmadığı,... icra sənədinin nəzarətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin davam etdirildiyi göstərilmişdir. Bundan başqa, cavabdehin vəkili-nümayəndəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə iddiaçının adına daxil olmuş idman mallarının gömrük rəsmiləşdirilməsi zamanı tərtib olunmuş **********7855 №-li gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yüklərin hansı ünvanda, hansı tarixdə, hansı gömrük əməkdaşının iştirakı ilə boşaldılaraq kimə təhvil verilməsi barədə müvafiq rəsmi məlumatlarda n çıxarışların əldə olunması ilə bağlı ünvanlandığı 5 sentyabr 2023-cü il tarixli, 2/815 №-li sorğusu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 sentyabr 2023-cü il tarixli, 333/2-016485/2023 №-li cavab məktubunda qanunvericiliyin müvafiq müddəalarına istinad edilərək mahiyyəti üzrə cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Eyni zamanda kollegiya müəyyən etmişdir ki, iddia tələbinin təsdiqi ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********7855 №-li gömrük bəyannaməsi və həmin bəyannamənin "Qoşma vərəqi” üzrə iddiaçının adına rəsmiləşdirilmiş əmlakın iddia ərizəsində tələb olunan idman alətləri olması, eləcə də qeyd olunan müvafiq gömrük bəyannaməsinə əsaslanmaqla tələb irəli sürüldüyü halda həmin bəyannamədəki idman alətlərini n cavabdehə məxsus sözügedən idman zalındakı alətlərlə eynilik təşkil etməsi, həmçinin, tələb olunan idman avadanlıqlarının iş materiallarında olan cavabdeh ilə "İlhamlı Günlər” MTK-nın sədri N.V.Səfərov arasında bağlanmış 33 nömrəli müqavilə üzrə cavabdehə məxsus olan, sözügedən idman zalındakı idman avadanlıqları və alətlərilə eynilik təşkil etməsi iş üzrə sübutlarla öz təsdiqini tapmır. Eləcə də iddia olunan əşyaların iddiaçı tərəfindən cavabdehə təqdim olunmaqla cavabdehin həmin əşyaları təhvil alması ilə bağlı iş üzrə sübutlar müəyyən edilməmişdir. Kollegiya belə hesab edir ki, tərəflər arasında sözügedən idman zalı ilə bağlı şərikli fəaliyyət göstərilməsi, həmin zalın iddiaçı tərəfindən idman avadanlıqları ilə təchiz edilməsi ilə əlaqədar qarşılıqlı razılaşma üzrə öhdəlik hüquq mün asibətlərinin yaranmasına səbəb olan qanunvericiliklə nəzərdə tutulmuş hər hansı əsasın mövcudluğu nə birinci instansiya məhkəməsində, nə də işə apellyasiya qaydasında baxılarkən aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda kollegiya onu da qeyd edir ki, cavabdehə məxsus idman zalında olan əmlak tələb edilərkən qeyd olunan obyektdəki idman alətlərinin iddiaçıya mülkiyyət hüququ üzrə mənsubluğu mötəbər sübutlar əsasında öz təsdiqini tapmamış, nəticə olaraq öhdəlikdən kənar iddiaçı tərəfindən cavabdehin əmlak mənafeyi xeyrinə edilmiş və əsassız varlanma halının yaranmasına səbəb olan hallar müəyyən olunmamışdır. Həmçinin, kollegiya bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz ə mlakını geri tələb edə bilər. Lakin həmin maddə üzrə iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan iddia tələbinin əsaslı olması kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlmədiyinə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslı hesab edərək təmin edilməli olduğu qənaətinə gəlmiş, öz mövqeyini isə əsassız varlanma üzrə maddi hüquq normaları ilə əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyası iddia tələbi üzrə tərəflər arasındakı qarşılıqlı öhdəlik münasibətlərinin olmasını təsdiq edən sübutlar müəyyən edilmədiyindən iddia tələbini əsassız hesab edir. Eləcə də iddiaçının tələb etdiyi əşyaların mülkiyyətçisi olması və cavabdehin qanunsuz sahibliyində olması mötəbər sübutlarla təsdiq olunmadığından iddia tələbinin təmin edilməsinə əsaslar müəyyən edilmir. Apelyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 329.2, 385.1, 386.1, 389.1, 389.2, 1091.1, 1092.1 və 1092.1-ci, Mülki-Prosessual Məcəllənin 77.1, 88, 107 və 119.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiy asının 2-2(102)31/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(108)-12/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbinin təsdiqi ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş 2020-ci il 6 fevral tarixli **********7855 №-li gömrük bəyannaməsi və həmin bəyannamənin "Qoşma vərəqi” üzrə iddiaçının adına rəsmiləşdirilmiş əmlakın iddia ərizəsində tələb olunan idman alətləri olması, eləcə də qeyd olunan müvafiq gömrük bəyannaməsinə əsaslanmaqla tələb irəli sürüldüyü halda, həmin bəyannamədəki idman alətlərinin cavabdehə məxsus sözügedən idman zalındakı alətlərlə eynilik təşkil etməsi, həmçinin, tələb olunan idman avadanlıqlarının iş materiallarında olan cavabdeh ilə "İlhamlı Günlər” MTK-nın sədri N.V.Səfərov arasında bağlanmış 33 nömrəli müqavilə üzrə cavabdehə məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A saylı məhəllədə yerləşən "İlhamlı Günlər” MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalındakı idman avadanlıqları və alətlərilə eynilik təşkil etməsi iş üzrə sübutlarla öz təsdiqini tapmamışdır. Eləcə də, iddia olunan əşyaların iddiaçı tərəfindən cavabdehə təqdim olunmaqla cavabdehin həmin əşyaları təhvil alması ilə bağlı iş üzrə sübutlar müəyyən edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən halına görə 2020-ci il 6 fevral tarixli gömrük bəyannaməsinə əsasən, İran İslam Respublikasından gəlmiş çəkisi 6080 kq olan idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorları iddiaçı qəbul etmiş, həmin alətlərin təyinat yeri isə ünvan 4 ünvanı olaraq göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, gömrük bəyannaməsində idman ləvazimatlarının təyinat yeri kimi, eləcə də Azərbaycan Respublika sı Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılmasının və eyniləşdirilməsinin keçirildiyi yer kimi cavabdehin obyektinin (idman zalının) ünvanı göstərilmiş və gömrük orqanlarının həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarını iddiaçıya təhvil verməsi öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apelyasiya şikayətini təmin edərkən apelyasiya məhkəməsi müvafiq gömrük bəyannaməsindəki idman alətlərinin cavabdehə məxsus idman zalındakı alətlərlə eynilik təşkil etməsinin sübuta yetirilməməsinə istinad etsə də, qeyd edilən hallarla bağlı sübutetmə yükü MPM-in 77-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh tərəfindən belə sübutların təqdim edilməsi və məhkəmə tərəfindən prosessual qa nunvericiliyin tələbinə uyğun qiymət verilməsi işin materiallarından müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilənlərlə bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla MPM-in 77.1-ci, həmçinin 88-ci maddələrinin tələblərini pozmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, "hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun "da mihi factum, dabo tibi ius” ("mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apelyasiya baxışı iddiaç ının iddia tələbinin əsası kimi istinad etdiyi gömrük bəyannaməsindəki idman alətlərinin cavabdehə məxsus idman zalındakı alətlərlə eynilik təşkil edib-etməməsi halına mötəbər sübutlar əsasında qiymət verilməklə, mübahisənin qanuni və əsaslı həlli təmin edilməlidir. ç) Təkrar apelyasiya baxışında işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Cavabdeh 10 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında vermiş olduğu izahatında göstərdi ki, o, Naxçıvanda yaşayır. Qohumu, qardaşının qaynı Hacı Həsənov Bakı şəhərində yaşayaraq restoran işlətmişdir. O, Naxçıvanda işdən çıxandan sonra Hacı ona zəng edərək Bakı şəhərində olan obyektinin (cavabdehin) təmirsiz olduğunu, oranı təmir etdirib müvafiq bir işlə məşğul olmağı bildirmiş, bundan sonra o, Bakıya gedib, Hacı ilə birlik də obyektə baxmışdır. Hacı ona İddiaçı adlı idmançı dostu olduğunu, Əfrahimlə danışıb məsləhətləşdiyini, Əfrahimin ona “obyekti təmir etdirib, idman zalı kimi işlədilsə, yaxşı qazanc gətirəcəyini” dediyini bildirmiş və Hacı ilə belə razılaşmışlar ki, obyekti təmir etdirsinlər. Təmir məqsədilə obyektə gətirdikləri usta təmirin 30000 manata başa gələcəyini bildirmiş, o, Naxçıvana qayıdıb “Hyndai Azera” markalı avtomobilini satıb ilkin olaraq təmir xərcinin 10000 manatını Hacıya göndərmiş, 20000 manatı isə Bakıya gedərkən özü aparmışdır. Obyektə aynaların qoyulmasını da təmin etdikdən sonra bir neçə idman mağazasına baxmışlar və sifariş verəcəkləri təqdirdə idman alətlərinin gələcəyini ona bildirmişlər. İdman alətlərinə baxmadan öncə Əfrahim və Hacı ona telefon vasitəsilə idman alətlərinin videosunu göndərərək həmin alətlərin Ukraynada istehsal olunduğunu, keyfiyyətli idman malları olduğunu, həmin alətlərdən sifariş verilərsə, 72000 manata gələcəyini bildirmişlər. O da idman alətlərinə baxandan sonra bu barədə fikrini deyəcəyini onlara bildirmişdir. Bakı şəhərinə gedib, Əfrahim və Hacı ilə birlikdə baxdıqları mağazanın sahibi idman alətlərini Ukraynadan gətirəcəyini bildirmiş və onlar məsləhətləşmək üçün Hacının işlətdiyi restorana getmişlər. Həmin günün səhərisi Hacı ona “mağazanın sahibinin idman alətlərinin Ukraynadan gətirilməsi üçün 72000 manat deyil, daha artıq məbləğ tələb etdiyini, o, idman alətlərini özlərinə alacağını ona bildirdiyini, başqasına alındığını görüb, qiyməti artıq dediyini, bu səbəbdən onlarla onun sövdələşməsinin baş tutmayacağını, başqa bir adam vasi təsilə Ukraynadan idman alətlərini gətirəcəyini, cavabdehin isə ümumiyyətlə bu işlərə qarışmamağını, 80000 manat verib malları almağını” bildirmişdir. O, Hacıya 80000 manat pulu olmadığını, daha ucuz mallara baxıb almağı demiş, Hacı isə “ucuz mallara görə heç kimin idman zalına gəlməyəcəyini, Ukraynadan gələcək malların 10 il qarantiyası olduğunu, ona görə də ancaq həmin malların gəlməli olduğunu, həmin idman alətlərinə görə cavabdehin aylıq 4000-5000 manat qazanc əldə edəcəyini, bu idman alətlərinin alınması üçün Bakıda olan mənzilini sataraq alətləri almağını” bildirmişdir. Bundan sonra o, Hacı ilə razılaşıb Bakıdakı evinin fotoşəkillərini çəkib Hacının dostu Əfrahimə atmışdır ki, evin tez satılmasına köməklik etsin. Həmin ərəfədə demək olar ki, hər gün Əfrahimlə birlikdə Hacının işlətdi yi restoranda yemək yeyib, çay içmişlər. Bir neçə gün sonra o, makler vasitəsilə evi 85000 manata satmış, müqavilənin bağlanması üçün 3000 manat, maklerə isə 1500 manat ödəmiş, 500 manat özü götürmüş, elə satdığı həmin evdə idman alətlərinin alınması üçün Hacıya onun qardaşının yanında 80000 manat vermiş və Naxçıvana qayıtmışdır. Təxminən 2 ay sonra, yəni 2020-ci ilin fevral ayında Hacı ona malların gəldiyini bildirmiş, o, yenidən Bakı şəhərinə getmişdir. Həmin vaxt mallar gəlib zala yığılmamış, o, bir həftə Hacıgildə qalmalı olmuş, bir neçə gün sonra Hacı ona “sürprizi olduğunu” bildirib onu zala aparmışdır. O, zalda olanda idman alətlərinin gəldiyini və yığılaraq istifadə üçün hazır olduğunu görmüş, Hacı “malların gətirilib yığılması üçün əlavə olaraq 1000 manat ödənməli olduğunu” bildir miş, o da ona 1000 manat əlavə pul vermişdir. Bundan sonra o zalı işlətməyə başlamış, təxminən 10 gün sonra pandemiya olduğundan zalın fəaliyyəti dayanmışdır. Pandemiyadan sonra idman zalını işlətməyə başlamış, həmin vaxt Hacı ilə Əfrahim idman zalına gəlmiş, Hacı ona “zalı Əfrahimlə şərikli işlədəcəklərini, əks halda idman alətlərinin Əfrahimin olduğundan onları aparacağını” bildirmiş, o isə Hacının dediklərini qəbul etməmiş, idman alətlərinin alınması üçün evini satıb qardaşının yanında ona 80000 manat verdiyini demişdir. Hacı “onun ona 80000 manat vermədiyini” bildirib, əgər veribsə, bununla bağlı ondan sübut tələb etmişdir. Onun evini satıb pulunu Hacıya verməyini sonuncunun qardaşı, anası və bacısı da bilmişlər. O, Hacı ilə aralarında olan sonuncu söhbətdən sonra təxminən 10 gün zalı işlətmiş, sonra Əfrahim onu məhkəməyə vermiş, məhkəmənin qərarı ilə idman alətlərinin üzərinə həbs qoyulmuş, həmin qərardan verdiyi şikayət əsasında idman alətlərinin üzərindən həbs götürülmüş və idman zalı yenidən işləməyə başlamışdır. Bundan sonra Əfrahim məhkəmədə ona qarşı iddia qaldırıb gömrük bəyannaməsi təqdim edərək idman alətlərini İrandan gətirdiyini göstərmiş, məhkəmədə işə baxılarkən ekspertiza təyin olunmuş və ekspertin rəyi ilə onun idman zalında olan mallarla iddiaçının iddia ərizəsi üzrə tələb etdiyi malların eynilik təşkil etmədiyi müəyyən olunmuşdur. Daha sonra iddiaçı gömrük bəyannaməsi gətirərək guya həmin malların gömrük işçisi tərəfindən cavabdehə təhvil verildiyini bildirmişdir. Heç bir halda zala gömrük işçisi gəlməmiş, o görməmişdir, zalda ancaq Hacını görmüşdür. O özü 15 il gömrük orqanlarında işləmişdir, gömrükçü hansı maşını gedib açırsa, sistemə işlənir, gömrükçünün 4 rəqəmli möhürü olur və sistemə işlənir ki, müvafiq gömrükçü gedib möhürü sındıraraq malı eyniləşdirib təhvil versin. İşə baxılarkən məhkəmə tərəfindən Gömrük Komitəsinə sorğu ünvanlanmış və komitə tərəfindən gömrük bəyannaməsi göndərilərək idman mallarının təhvil verildiyi bildirmişdir. O, iddiaçının idman alətləri gətirməsinə və gömrük işçisi tərəfindən malların iddiaçıya təhvil verilməsinə etiraz etmir. Ancaq iddiaçının tələb etdiyi mallar onun idman zalında olan mallar deyil. Cavabdeh verilən suallara cavablarında əlavə olaraq göstərmişdir ki, idman zalı olan obyekti o, 2014-cü ildə 78000 manata almış, zal kimi istifadə edənə qədər həmin obyektdən istifadə etməmişdir. O, 2019- cu ilin sentyabr ayında işdən çıxmış, bundan sonra Hacı ona zəng vurmuşdur ki, “gəl, obyektin var, mən də köməklik edərəm, oranı təmir elə, başla bir işlə məşğul olmağa”. O da Bakıya getmiş, Hacı ona bildirmişdir ki, “axşam dostlarım gələcəklər”. Bir neçə dəqiqə sonra Əfrahim Hacının yanına gəlmiş, Əfrahimlə 2019-cu ilin oktyabr ayında tanış olmuş, özünün Bakıda olan obyektinə də bir yerdə baxmışlar, Əfrahimin əvvəldən onun obyektinə baxıb-baxmadığını bilmir. Obyektə baxandan sonra onların söhbəti belə olmuşdur ki, obyekti özü təmir etdirəcək. Obyektin təmiri zamanı Əfrahim Hacının dostu kimi onun yanında gəlib-getmiş, onun obyektlə bağlı Əfrahimlə heç bir söhbəti olmamışdır. İdman zalını Əfrahimlə şərikli işlətməyi ağlının ucundan belə keçirməmiş, nə iddiaçıya şəriklik təklif etmiş, nə də iddiaçının şəriklik təklifini qəbul etmişdir. Hacı ilə söhbəti isə belə olmuşdur ki, təmirdən sonra obyekti idman zalı kimi istifadə etsinlər. O, malların pulunu Hacıya vermiş, Hacı da onun mallarını yerində ona təhvil vermişdir. Hacının malları haradan aldığını bilmir, ancaq Hacı ona demişdir ki, “mal Ukraynadan gəlir, orada problem olduğundan malların “rastomoşka”sına görə İran yolu gətiririk ki, ucuz düşsün, ancaq mallar İran malı deyil, həmin malların İran istehsalı olmasına dair üzərində heç bir qeyd yoxdur”. Onun idman mallarının kimin, hansı maşında gətirməsindən, kimin təhvil almasından məlumatı olmamış, sadəcə olaraq Hacı ona demişdir ki, “ortalıqda görsənməsin, onu görəndə çox pul istəyirlər”. O, zalda olarkən İran dilində kağız görmüş, Hacıdan malların İran malı olubolmadığını soruşmuş, Hacı da ona “fəhlələrin burada işləyərkən yemək yediklərini, onların yedikləri yeməyin həmin İran dilində olan kağıza bükülü olduğunu” bildirmişdir. İran mallarının üzərində olan yazı kağız daşıyıcıda da qeyd edilir, malların üzərinə də həkk olunur. Onun idman zalında olan malların üzərində isə iran dilində həkk olunmuş yazı mövcud deyil. Hazırda iddiaçının iddia ərizəsində mübahisələndirdiyi mallar özünün öz pulu ilə aldığı mallardır, o, iddiaçıya mal almasını sifariş verməmiş, bununla bağlı iddiaçı ilə heç bir razılığı olmamış və yazılı müqavilə bağlamamışdır. İddiaçı sadəcə olaraq Hacının dostu olduğundan onunla birlikdə zala gəlib-getmişdir. Hətta bir dəfə o, Hacıdan iddiaçının bu işdə marağının olub-olmadığını soruşmuş, Hacı da ona “Əfrahimin heç bir marağının olmadığını, an caq Əfrahimin idmançı olduğundan proteinin ona ucuz verildiyini, onun proteini ucuz qiymətə gətirə biləcəyini, başqa yerdən aldığı proteini ondan ucuz qiymətə almağı” təklif etmiş, o da Hacının təklifi ilə razılaşmış, Əfrahim də ona protein gətirmişdir. Hacı ilə sonuncu söhbətlərində ona malların Əfrahimin olduğunu bildirməsindən sonra aralarında mübahisə yaşanmışdır. Kollegiyadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehin vəkil-nümayəndəsi Nümayəndə çıxışında göstərdi ki, onlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə göndərdiyi məlumatı mötəbər sübut kimi qəbul etmirlər. Cavabdeh idman avadanlıqları ilə bağlı heç bir öhdəlik daşımamışdır, hətta həmin idman avadanlıqlarını şə rikli şəkildə işlədəcəklərinə dair tərəflər arasında indiyə qədər heç bir müqaviləyə rast gəlinməmişdir. Təəssüf ki, iddiaçı dəfələrlə bunu ifadə edib ki, “bizim cavabdehlə razılığımız olub”, lakin bugünə qədər bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, verilmiş ekspertiza rəylərində həmin idman avadanlıqları ilə bağlı eyniləşdirmə aparılması mümkün olmamışdır. Cavabdehin işlətdiyi idman alətlərinin olduğu yerin avadanlıqları ilə, gətirilən idman avadanlıqlarının üst-üstə düşməsini təsdiq edən heç bir sübut yoxdur. İddiaçı müxtəlif zamanlarda idman avadanlıqlarının ölkəyə gətirilməsi ilə məşğul olduğundan bu idman avadanlıqlarının həmin idman avadanlıqları olduğunu təsdiq edəcək bir sübut da yoxdur. O hesab edir ki, verdikləri apelyasiya şikayəti əsasl ıdır, geri qayıtmış kassasiya qərarını isə əsaslı hesab etmir, çünki sübutetmə yükü heç bir halda cavabdehin üzərinə qoyula bilməz. Apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. İddiaçı 10 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, o, apelyasiya şikayətini qəbul etmir. Hacı onun dostu olmaqla Bakı şəhərində restoran işlətmiş, onun maddi imkanı çox yaxşı olmuşdur. O özü isə güləşçidir, yarışlarda yer tutduğu üçün hər yarışdan sonra 10000-15000 qazanc əldə etmişdir. Həmin vaxt onun 100.000 manata yaxın pulu olmuşdur. Vüqar Hacıya 2019-cu ilin təxminən sentyabr ayında axşam vaxtı zəng vurub, “işdən çıxdığını, Bakıda obyekti olduğunu, ona köməklik etməsini” xahiş etmiş, Hacı isə Vüqardan “obyektinin Bakının hansı hissəsində olduğunu” soruşmuş, V üqar “obyektinin “Həzi Aslanov” metrosundan bir az kənarda yerləşdiyini”, Hacının isə Vüqara “obyektə gedib baxacağını, bu barədə ona məlumat verəcəyini” bildirmiş, həmin vaxt o, Hacının yanında olmuşdur. Sonra Hacı ona həmin obyektə birlikdə gedib baxmağı təklif etmiş, həmin vaxt Hacının məqsədi obyekti “çay evi” kimi istifadə etmək olmuşdur. O isə Hacıya obyektə baxaq, əlimdə pulum var, oranı idman zalı kimi düzəldək, bu dəqiqə idman zallarına Bakıda maraq böyükdür, yerinə görə mən oranı “partladaram” deyə bildirmişdir. Obyektin açarları maklerdə olmuş, onların çağırışına görə makler obyekt olan əraziyə gəlmiş, birlikdə obyektə girib baxış keçirmişlər. Obyektin bərbad vəziyyətdə olmasını, oraya uzun müddətdir heç kimin gəlib-getmədiyini və istifadə olunmadığını görmüşlər. O, Hacıya həmin yerin “çay evi” kimi işləməyəcəyini, Vüqarla danışmasını, razılığı olarsa, obyektin təmirini Vüqarın aparmasını, idman avadanlıqlarının isə onun özü tərəfindən təmin edilməklə obyektin şərikli qaydada idman zalı kimi işlədilməsini Vüqara təklif etməsini Hacıya bildirmişdir. Hacı isə “bu barədə sabah danışıb ona məlumat verəcəyini” demişdir. Həmin günün səhərisi Hacı ona “Vüqarla danışdığını, Vüqarın bu işə razı olduğunu, bir neçə gün sonra Bakıya gələcəyini, oturub birlikdə danışacaqlarını” bildirmiş, təxminən 3 gün sonra Hacı ona zəng vurub “Vüqarın gəldiyini” demiş, o, axşam işdən çıxandan sonra Hacının işlətdiyi restorana getmiş və orada Vüqarla tanış olmuşlar. Söhbət zamanı Vüqar ona “hazırda obyekti təmir etdirmək üçün pulu olmadığını, Naxçıvanda avtomobili olduğunu, onu satıb obyekt i təmir etdirəcəyini” demiş, o isə Vüqara obyekti təmir etdirərsə, obyekti idman alətləri ilə təmin edib şərikli işləyəcəklərini ona birdirmişdir. Beləliklə, onlar obyekti təmir edib idman alətləri ilə təmin etməklə şərikli iş görmələri və obyektin idman zalı kimi aylıq 10000-15000 manat qazanc gətirəcəyi təqdirdə qazancı yarıya böləcəkləri barədə razılığa gəlmişlər. Vüqarla idman zalını açandan sonra zala kassa aparatı qoyub, müqavilə bağlamağa razılaşmış, ancaq zal açılandan təxminən 10 gün sonra pandemiya başladığından bu işləri yerinə yetirə bilməmişlər. Bir il sonra idman zallarının fəaliyyət göstərməsinə icazə verilmiş, həmin vaxt Vüqarla müqaviləni bağlayıb zala kassa aparatı qoymaq istəsə də, Vüqar idman alətlərinin onun olduğunu bildirib müqavilə bağlamaqdan imtina etmişdir. Hac ı ilə Vüqarın arasında nə danışılıb, Vüqar Hacıya nə qədər pul verib, bunlardan onun məlumatı yoxdur, onlar arasındakı söhbəti özləri bilərlər. Vüqar maşınını satıb pulunu Hacıya göndərəndən sonra obyektdə təmir işləri başlamış, o isə Vüqarla razılıqlarına görə obyekti idman zalı kimi işlədəcəyi üçün hər gün obyektə baş çəkib aynaların hara vurulacağı, masaların harada yığılacağı barədə ona məlumat vermişdir. Obyektin təmiri bitdikdən sonra o, idman alətləri gətirmək üçün İrana getmiş, həmin vaxt Vüqar və ya Hacı tərəfindən ona pul verilməmiş, idman alətləri almağa gedəndə Vüqarın xəbəri olmamış, ona bu barədə deməyə ehtiyac duymamışdır, çünki onlar əvvəldən razılaşmışlar, obyektin açarları isə artıq həmin vaxt onda olmuşdur. Təbriz şəhərindən olan dostu Həsən Yezdani ilə birlikdə təxminən 100-ə yaxın idman alətləri mağazasına baxmış, idman alətlərinə baxıb almaq üçün təxminən bir həftə Təbriz şəhərində qalmış, həmin müddətdə Təbriz şəhərində olan idman alətləri zavodunda olmuş, bütün alətlərin çertyojunu vermiş, zavoddan ona malların təxminən 1-2 aya hazır olacağı bildirilmiş, idman alətlərinin sifarişi üçün üçün ilkin olaraq zavoda 5000 ABŞ dolları ödəmiş, 5000 ABŞ dollarını isə Təbrizdə olan dostuna verib Bakıya qayıtmışdır. Mallar hazır olandan sonra ona məlumat verilmiş və o yenidən Təbriz şəhərinə getmişdir. Malın gətirilməsi üçün tırı zavodun sahibi vasitəsilə özü danışmış, səhv etmirsə, iranlı tır şoferinə 700 ABŞ dolları pul vermişdir. Zavodda mal tıra yüklənmiş və tır Biləsuvar gömrüyünə doğru yola çıxmışdır. Biləsuvar gömrüyündə malların keçirilməsi üçün heç bir ödəniş nəzərdə tutulmadığından o, Bakı gömrüyünə gəlmiş, orada ödənişləri etmişdir. Mallar 2020-ci ilin 6 fevralında gömrüyə gəlmiş, 7 fevralda isə mallar artıq Bakı gömrüyündə olmuşdur. Həmin gün o, Bakı gömrüyünə getmiş, orada malların çəkisi, qiyməti, hara istehsalı olması qeyd edilib gömrük bəyannaməsi yazılmış və o, idman alətlərinin gətirilməsi üçün müvafiq ödənişləri edib sənədlərini almışdır. O, malların tırdan boşaldılması üçün gömrük inspektoru ilə danışmış, Əliqulu adlı gömrük işçisi “özünün də Xətai rayonu ərazisində yaşadığını, tırın boşaldılma məntəqəsinə çatdığı zaman gəlib malları boşaldıb təhvil verəcəyini” bildirmişdir. Daha sonra o maşınla qabaqda, tır isə onun arxasınca gömrükdən çıxıb getmişlər. O, malların boşaldılması üçün əvvəlcədən bir nəfər şəxslə danışıb İrandan malları gələcəyini, malların boşaldılması üçün fəhləyə ehtiyacı olacağını bildirmiş, həmin şəxs də malların boşaldılması üçün fəhlə gətirəcəyini bildirmiş, tır gələn zaman həmin şəxs özü ilə birlikdə 15 nəfər fəhlə gətirmiş, o, malların boşaldılması üçün fəhlələrin hər birinə 20 manat pul ödəmişdir. Tır mübahisə olunan obyektin qarşısına çatandan sonra onlar gömrük işçisi gələnə qədər tırı açmamışlar. Gömrük işçisi gəlib tırın möhürünü sındırmış, tırın içində olan malların videosunu çəkib baş idarəyə atmışdır. O, bunun səbəbini gömrük işçisindən soruşduqda, gömrük işçisi ona malın eyniləşdirilməsi üçün videosunu çəkib baş idarəyə atdığını bildirmişdir. Həmin çəkilişin görüntüləri onda yoxdur, ancaq hesab edir ki, həmin videoçəkiliş baş idarənin sistemində mövcud olar. İdman alətləri fəhləl ər tərəfindən daşınıb idman zalına yığılmış, o, bir gün sonra zavodun sahibi ilə danışmış və sonuncu gəlib zalda malları yığaraq ona təhvil vermişdir. Zavodda istehsal olunan malların üzərinə emblem kağız daşıyıcıda vurulmuş, ancaq o sifariş verdiyi malların üzərinə “Star fitness” yazılmasını demiş, həmin yazı alətlərin üzərinə kağız daşıyıcıda yapışdırılmışdır. Hazırda həmin yazının əks olunduğu kağız daşıyıcıların idman alətlərinin üzərində olub-olmamasından məlumatı yoxdur. Onun iddia ərizəsində qeyd etdiyi idman alətləri ilə idman zalında olan alətlərin funksiyası eynidir. Malların zala gəlib yığılmasından Hacının və Vüqarın məlumatı olmuş, sadəcə olaraq Hacının anası ölümcül xəstələndiyindən onu xəstəxanaya aparmışlar. Vüqar da Hacı ilə birlikdə xəstəxanada olmuş, səhərisi isə obyektə gəlib malları görmüşlər. Sonra idman zalının açılışı olmuş, idmançı dostları zalın açılışına gəlmiş və zal yenicə işləməyə başlayanda pandemiya olduğundan idman zalının fəaliyyəti dayandırılmışdır. Kollegiyadan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş edir. İddiaçının vəkil-nümayəndəsi Vəkil 10 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında göstərdi ki, o, apelyasiya şikayətini qəbul etmir. İş materialları ilə müəyyən faktlar, videogörüntülər və müvafiq dövlət orqanları tərəfindən verilmiş sənədlər var. Həmin faktlar heç kim tərəfindən, hətta iddiaçı və cavabdeh tərəfindən dəyişdirilə bilməz. Məhkəmənin qərarı əsasında təyin olunmuş ekspertizanın aparılmasında o da iştirak etmişdir. Ekspert idman zalında olan avadanlıqlara baxış keçirib və həmin avadanlıqların üzərində “Star fitness” yazısı olmasını təsdiq etmişdir. Hazırda mübahisələndirilən avadanlıqlar xüsusi alınmış avadanlıqlar olmadığından, onların üzərində hər hansı bir yazı və ya emblem mövcud deyil. İş materiallarında olan videogörüntülərdən görünür ki, həmin avadanlıqlar paslı dəmir vasitələrdir, onlar qara materialla boyanaraq istifadə üçün hazır vəziyyətə gətirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi belədir ki, müəyyən faktlar öz təsdiqini tapmışdır. Ali Məhkəmənin göstərişi, həmçinin onun mövqeyi belədir ki, sübut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh sübut etməlidir ki, həmin avadanlıqları məhz o, almışdır. Kollegiyadan e-2-2(123)-4/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qətnamənin dəyişdiri lmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş edir. Şahid 20 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında vermiş olduğu ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin Bakı bölməsində kiçik mühafizəçi vəzifəsində işləyir. 2020-ci ildə o və başqa işçilər əmrlə Bakı Baş Gömrük İdarəsinə təhkim olunmuşlar və müəyyən şöbələrə kömək məqsədilə çatışmayan yerlərə onları təyin etmişlər ki, həmin yerlərdə işçi çatışmazlıqları aradan qaldırılsın. O, həmin vaxt həmin idarədə yükü eyniləşdirmə məmuru işləmişdir. Prosedur bu qaydadadır ki, gömrük idarəsinə daxil olan yük yoxlandıqdan sonra sənəd maliyyəçiyə gedir və maliyyəçi işini bitirdikdən sonra yükü növbənin inspektoruna verir. İnspektorlar qrafiklə təyi n olunurlar və həmin təyin olunan inspektor yükə nəzarət edir. Yük məmuru təyin olunur və bunlar X1 Sistemində ardıcıl şəkildə həyata keçirilir. Bəyannamədə yükün boşaltma yeri qeyd olunur və yük həmin yerə təyin olunur. Həmin yük təyin olunmuş qaydalar ilə yük yerinə çatdıqdan sonra onlara məlumat verilir. Kim yükünü çıxarırsa, onlar onun iştirakı ilə gedib həmin yerdə iştirak edir, yükün möhürü qırılandan yük boşaldlıb qutarana kimi yükləri bəyannaməyə uyğun olaraq bir-bir eyniləşdirirlər. Əgər uyğunsuzluq aşkar etsələr, bu barədə akt tərtib edirlər və düzəlişlər üçün göndərirlər. Yükə “arxiv vurulması” o deməkdir ki, yəni o yük ilə bağlı heç bir uyğunsuzluq aşkar edilməmişdir. Onlar yükü başqa şəxsə təhvil verə bilməzlər. Rəhbərlik tərəfindən videogörüntü tələb olunmur, sadəcə onlar özl ərini sığortalamaq üçün, işdə bir hadisə olmağı ilə əlaqədar maliyyəçi ilə yükləri uyğunlaşdırmaq üçün həmin zaman şəkil çəkir və onu müəyyən müddətə saxlayırlar. O da onların telefonunda müəyyən bir müddət qaldıqdan sonra onlar həmin şəkilləri silirlər. Hazırkı işlə bağlı ona təyin olunan yük fiziki şəxsin adına olmuş və həmin proses də göstərdiyi qaydada aparılmışdır. Onun yaşayış yerinə çox yaxın olduğu üçün dəqiq xatırlayır ki, yüklər Xətai rayonu, Xəzər adlanan yerdə, Sadıqcan küçəsində, təzə binanın aşağısında yerləşən idman zalına boşaldılmışdır. O yükün boşaldılma yerinə gedən zaman ilk əvvəl plombu yoxlamış, heç bir uyğunsuzluq olmadığına görə plombu qırmış, sonra yük maşınının qapıları açılmış və onun nəzarətində olan yüklər hissə-hissə boşaldılaraq həmin anbara, aşağı “padval” kimi olan yerə boşaldılmışdır. O da həmin zaman yüklərin eyniləşdirilməsini yük gömrük bəyannaməsi ilə aparmış, yəni yükləri bəyannaməyə uyğun olaraq eyniləşdirmişdir. Boşaldılan yükün mənşə ölkəsi İran olmuş, yükün bütün sənədlərində İran göstərilmişdir. Yükün hamısı sex malı kimi idman alətləri olmuş, onların üzərində firma adı qeyd edilmişdir, ancaq həmin firmanın adını, idman alətlərinin dəqiq necə qablaşdırılmasını xatırlamır. Həmin yükün boşladılma tarixi və saatı dəqiq yadında deyil, ancaq o yük onun gömrükdə axırıncı yükü olmuş və yükün boşaldılması iki saatdan çox çəkmişdir. Orada yük kimin adına gəlmişdisə, o iştirak etmiş və həmin adam iddiaçı Əfrahim olmuşdur. Tam səmimi olaraq bildirir ki, həmin yükdə o iştirak etmiş, onun vasitəçiliyi ilə yüklər boşaldılmışdır. İş materialla rında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apelyasiya baxışında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 10 iyul 2024-cü il tarixli, 3-33/2-009487/2024 nömrəli məktubundan, ona əlavə olunmuş “Gömrük bəyannaməsi üzrə elektrov çıxarış” və digər sənədlərdən məlum olmuşdur ki, gömrük xidmətinin X1 Sistemində aparılmış araşdırma zamanı əldə olunan məlumatlara əsasən idxalatçı İddiaçı adına idxal olunan və Komitənin Bakı Baş Gömrük İdarəsində 6 fevral 2020-ci il tarixli, **********7855 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üzərində idxalatçının ünvan 5 ünvanında qeydiyyatda olan anbarında Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük p ostunun inspektoru Şahid tərəfindən gömrük yoxlaması keçirilmiş və 8 fevral 2020-ci il tarixdə malların buraxılışı həyata keçirilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 14.2 və 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan v arlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 162.4. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayəti n dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə
393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali M əhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Dövlət rüsumu haqqında Qanun; Maddə 8.1 və 8.1.3. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mediasiya haqqında Qanun; Maddə 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödəni şli əsaslarla həyata keçirir. Maddə 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Apelyasiya baxışının həddi “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədl əri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsind ə yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır”. Hazırkı halda cavabdeh və onun vəkil-nümayəndəsi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də mə hkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə laraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfə münasibətdə apelyasiya ikayətinin dəlilləri üzrə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh və cavabdehin vəkil-nümayəndəsinin apelyasiya şikayətində g östərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, iddiaçı, cavabdeh, iddiaçının və cavabdehin vəkil-nümayəndələrinin izahatları üzrə əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin cavabdeh tərəfə münasibətdə ləğv edilməsinin və dəyişdirilməsinin əsasını təşkil etmir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı mübahisə cavabdehə məxsus olan, ünvan 1 saylı məhəllədə yerləşən, "İlhamlı Günlər” MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan, 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalındakı idman alətləri və avadanlıqlarının (qurğularının) iddiaçı tərəfindən tələb olunması ilə bağlıdır. İş materiallarından məlum olur ki, iddiaçı və cavabdeh 2019-cu ilin oktyabr ayında “X6” adlı şəxsin vasitəsilə tanış olmuş, onların qeyd olunan qeyri-yaşayış sahəsinin hansı məqsədlə istifadə olunması barədə söhbətləri olmuş və həmin obyektə birlikdə baxmışlar. Həmin yerin təmir olunaraq idman zalı kimi istifadə olunması təkilifi də məhz iddiaçı tərəfindən verilmişdir. İşin faktiki halları üzrə iddiaçı “söhbət zamanı Vüqara obyekt i təmir etdirərsə, obyekti idman alətləri ilə təmin edib şərikli işləyəcəklərini birdirdiyini, onların obyekti təmir edib idman alətləri ilə təmin etməklə şərikli iş görmələri və obyektin idman zalı kimi aylıq 10000-15000 manat qazanc gətirəcəyi təqdirdə qazancı yarıya böləcəkləri barədə razılığa gəldiklərini, Vüqarla idman zalını açandan sonra zala kassa aparatı qoyub, müqavilə bağlamağa razılaşdıqlarını, Vüqarla razılıqlarına görə obyekti idman zalı kimi işlədəcəyi üçün hər gün obyektə baş çəkib aynaların hara vurulacağı, masaların harada yığılacağı barədə ona məlumat verdiyini, obyektin təmiri bitdikdən sonra idman alətləri gətirmək üçün İrana getdiyini, həmin vaxt Vüqar və ya Hacı tərəfindən ona pul verilmədiyini, Vüqarın Hacıya nə qədər pul verdiyindən məlumatı olmadığını, idman alətl ərini almağa gedəndə Vüqarın xəbəri olmadığını, ona bu barədə deməyə ehtiyac duymadığını, çünki əvvəldən razılaşdıqlarını və obyektin açarlarının isə artıq həmin vaxt onda olduğunu”, cavabdeh isə göstərilənləri təkzib edərək “obyektlə bağlı Əfrahimlə heç bir söhbəti olmadığını, idman zalını Əfrahimlə şərikli işlətməyi ağlının ucundan belə keçirmədiyini, nə iddiaçıya şəriklik təklif etdiyini, nə də iddiaçının şəriklik təklifini qəbul etdyini, malların pulunu Hacıya verdiyini, Hacının da onun mallarını yerində ona təhvil verdiyini, Hacının ona “malların Ukraynadan gəldiyini” dediyini, həmin malların İran istehsalı olmasına dair üzərində heç bir qeyd olmadığını, ancaq onun idman mallarını kimin, hansı maşında gətirməsindən, kimin təhvil almasından məlumatı olmadığını, iddiaçının iddia ərizəsi ndə mübahisələndirdiyi malları özünün öz pulu ilə aldığı mallar olduğunu, iddiaçıya mal almasını sifariş vermədiyini, bununla bağlı iddiaçı ilə heç bir razılığının olmadığını və yazılı müqavilə bağlamadığını” göstərmişlər. Məlumdur ki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə isə “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olu bolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Göründüyü kimi “mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır”. Bu baxımdan “cavabdehin obyekti idman zalı kimi təmir etdirməsi, özünün isə həmin yeri idman alətləri ilə təmin edib şərikli işləyəcəkləri barədə razılığa gəlmələri” iddiaçı tərəfindən, “iddiaçının mübahisələndirdiyi, hazırda sözügedən obyektdə olan idman alətləri və avadanlıqlarının iddiaçı tərəfindən deyil, onun öz pulu ilə aldığı mallar olması, gömrük bəyannaməsindəki idman alətlərinin ona məxsus idman zalındakı alətlərlə eynilik təşkil etməməsi” isə cavabdeh tərəfindən müvafiq sübutlar təqdim edilmədiyindən əsaslı hesab edilmir. Sonuncu halda isə sübutetmə yükü Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərində olmuşdur. İşin müəyyən edilmiş və mübahisələndirilməyən halına görə 6 fevral 2020-ci il tarixli, **********7855 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən, İran İslam Respublikasından gəlmiş çəkisi 6080 kq olan “idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorları” iddiaçı qəbul etmiş, həmin alətlərin təyinat yeri isə ünvan 7 ünvanı, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılmasının və eyniləşdirilməsinin keçirildiyi yer kimi cavabdehin göstərilən ünvandakı obyektinin (idman zalının) olduğu yer göstərilmiş və gömrük işçisinin həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarını iddiaçıya təhvil verməsi öz əksini tapmışdır. Həmçinin işə təkrar apelyasiya baxışı zamanı cavabdeh tərəfin vəsatəti əsasında göndərilmiş sorğuya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli, 3-33/2-009487/2024 nömrəli məktubdan, ona əlavə olunmuş “Gömrük bəyannaməsi üzrə elektron çıxarış” və digər sənədlərdən məlum olur ki, gömrük xidmətinin X1 Sistemində aparılmış araşdırma zamanı əldə olunan məlumatlara əsasən idxalatçı İddiaçı adına idxal olunan və Komitənin Bakı Baş Gömrük İdarəsində 6 fevral 2020-ci il tarixli, **********7855 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üzərində idxalatçının ünvan 7 ünvanında qeydiyyatda olan anbarında Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun inspektoru Şahid tərəfindən gömrü k yoxlaması keçirilmiş və 8 fevral 2020-ci il tarixdə malların buraxılışı həyata keçirilmişdir. Şahid qismində dindirilmiş Şahid isə məhkəmə baxışı iclasında verdiyi ifadəsində “onun yaşayış yerinə çox yaxın olduğu üçün dəqiq xatırladığına görə hazırkı işlə bağlı ona təyin olunan idman alətlərindən ibarət yükün Xətai rayonu, Xəzər adlanan yerdə, Sadıqcan küçəsində, təzə binanın aşağısında yerləşən idman zalına boşaldıldığını, gömrük işçisi kimi özünün həmin yükləri bəyannaməyə uyğun olaraq yoxlayıb eyniləşdirdiyini və yükü Əfrahimə (iddiaçıya) təhvil verdiyini” göstərmişdir. Yuxarıda qeyd olunanlar üzrə xronoloji ardıcıllığa nəzər yetirdikdə isə aşkar görünür ki, sözügedən obyektdən idman zalı kimi istifadə olunması üçün həmin fəaliyyətə uyğun təmir işləri cavabdehin vəsaiti, obyektin idma n alət və avadanlıqları ilə təmin olunması isə iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. Həmin obyektə (idman zalına) 8 fevral 2020-ci il tarixdə iddiaçıya məxsus “idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorları” istisna olmaqla, cavabdeh və ya başqa hər hansı bir şəxs tərəfindən hər hansı idman alət və avadanlıqlarının gətirilməsi, yerləşdirilməsi, quraşdırılması və s. isə heç bir sübutla müəyyən olunmur. Bu isə cavabdehin iddia üzrə tələb olunan qeyd edilən əşyalara mülkiyyət hüququnun olmamasını ehtiva edir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırkı mübahisənin hüquqi əsasını Mülki Məcəllənin 1091-ci maddəsinə müvafiq olaraq əsassız varlanma təşkil edir. Belə k i, Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məlumdur ki, əsassız varlanmadan əmələ gələn öhdəlik elə bir mülki hüquq münasibətidir ki, bu hüquq münasibətinə görə qanunla və ya əqdlə müəyyən edilmiş əsaslar, yəni hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanan şəxs (varlanmış şəxs) əsassız əldə etdiyi əmlakı həmin şəxsə (məhrum olana) qaytar mağa borcludur. Bu öhdəliyin mahiyyətini “özgə əmlakını sahibinə qaytar” prinsipi təşkil edir (Mülki Məcəllənin 1092.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 may 2012-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyə görə isə mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka fakti ki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin “Apelyasiya şikayətinin formasını” tənzimləyən “Əlavə 2”-nin 6 və 7-ci hissələrində “Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edilmişdir ki, “Bu hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir”. Lakin apelyatorlar tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsin in İ və 72-ci maddəsinin İ-İİ hissələrinə, Mülki Məcəllənin 6-6.1.4, 152.1-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə 14.1, 14.2, 76.1, 76.3 və 88-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1-ci maddəsinə istinad olunsa da, həmin hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair heç bir mövqeni ifadə edən izah verilməmişdir. Ona görə də kollegiya tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən digər dəlilləri yuxarıda şərh olunanlara əsasən cavabdeh və onun vəkil-nümayəndəsinin subyektiv mülahizələri kimi qiymətləndirməklə qətnamənin ləğv olunması üçün əsaslı hesab etmir. Mü lki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apelyatora - cavabdehə aid olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. e-2-2(123)4/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qətnamə qanuni və əsaslıdır. Nəticə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 39 2, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh və onun vəkil-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-4/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qətnaməsi Cavabdeh və onun vəkil-nümayəndəsi Nümayəndə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şik ayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.