Məhkəmə qərarları › İş №2-2(108)-15/2024

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-15/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-15/2024 13.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-19/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddi açı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 10 iyul 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 16 iyul 2021-ci il tarixli, BK1607/01 saylı kredit müqaviləsi üzrə 22 may 2023-ci il tarixə 12630.27 manat əsas borc, 1741.90 manat faiz borcu olmaqla, ümumilikdə 14372.17 manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldiməsi haqqında bildiriş”in dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 65500 manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat ta rixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, **********92-10301 reyestr nömrəli, ünvan 1 ünvanında, 0.0612 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, X3, Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, BK1607/01 saylı kredit müqaviləsinə əsasən cavabdehə (borcalana) iddiaçı (bank) tərəfindən 36 ay müddətinə, illik 15% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmiş, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ cavabdehə məxsus, **********92-10301 reyestr nömrəli, ünvan 1 ünvanında, 0.0612 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, İpoteka müqaviləsi Naxçıvan şəhər 2 saylı Notariat ofisində təsdiq edilmiş və Naxçıvan MR DƏDRX tərəfindən əmlakın yüklülüyü qeydiyyata alınmışdır. Kredi t müqaviləsinin 1-ci bəndinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə 455 gecikmə günü qeydə alınmışdır. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəlidir. Borcun qaytarılması ilə bağlı cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edilmiş, iddiaçıya məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmetinə yönəldil məsi barədə bildiriş borcalan-ipoteka qoyan cavabdehin ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərilmiş, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilmiş və bildiriş dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə borcalana təklif ünvanlanmış, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də, borcalan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyanlara və borcalan cavabdehə “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və ipoteka müqaviləsinin 9.2-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi ə sasında keçirilməsinə razılıq verilməsi təklif edilmişdir. Cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə 22 may 2023-ci il tarixə 12630.27 manat əsas və 1741.90 manat faiz borcu olmaqla, ümumilikdə 14372.17 manat kredit borcu öhdəliyi vardır. Cavabdeh, X5 və Cavabdeh1 ipoteka qoyulan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 443.1, 445.1 və 449.4-cü, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun) 34 və 59.3-cü, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Dövlət rüsumu haqqında Qanun) 9.1-1-ci maddələrinə, BK1607/01 nömrəli, 16 iyul 2021-ci il tarixli kredit və ipoteka müqavilələrinin müvafiq bəndlərinə isti nad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-124/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərardadına əsasən iş üzrə icraata “1 ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, X3, Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, işə “Cavabdeh2 16 iyul 2021-ci il tarixli, BK1607/01 saylı kredit müqaviləsi üzrə 22 may 2023-ci il tarixə 12630.27 manat əsas borc, 1741.90 manat faiz borcu olmaqla, ümumilikdə 14372.17 man at kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldiməsi haqqında bildiriş”in dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 65500 manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, **********92-10301 reyestr nömrəli, ünvan 1 ünvanında, 0.0612 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kre dit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. Həmin məhkəmənin (hakim Elşən Salmanov) e-2-2(123)-19/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən əsaslı olduğundan qismən təmin edilməsi, cavabdehdən əsas borc üzrə 12630.27 manat, faiz borcu üzrə 1348.96 manat olmaqla, ümumilikdə 13979.23 manatın alınıb iddiaçıya ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 133.12 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 97.27%-ə mütənasib olaraq 129.49 manat məbləğinin cavabdehdən tutularaq dövlət gəlirlərinə alınması, iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, fərdi yaşayış evinin qiymətləndirilmə sinə görə ödənilməli olan 120 manat məbləğində xidmət haqqının 116.72 manatının cavabdehdən, qalan 3.28 manatının isə iddiaçıdan alınıb Naxçıvan MR Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına ödənilməsi, iddiaçı tərəfindən "İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlər”in dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 45 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi, yuxarıda məhkəmə tərəfindən cavabdehdən alınaraq ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlər ödənilmədiyi təqdirdə tutmanın cavabdehə məxsus ünvan 1 ünvanında, 0.0612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 132.87 kv.m, yaşayış sahəsi 46.76 kv.m, köməkçi sahəsi 86.11 kv.m olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan qeyd edilən, ilkin satış qi yməti qiymətləndirmə hesabatı ilə 69500 manat məbləğində müəyyən edilmiş fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin cavabdehin özünə qaytarılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə... müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən borcalana illik 15% dərəcəsi olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit məbləğinin verilməsi iş materiallarında olan məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ cavabdehə məxsus sözügedən fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında "Naxçıvanbank” ASC-nin Naxçıvan filialının xeyrinə yüklü edilmişdir. Beləliklə, hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, cavabdeh kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş cədvəli əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Bu hal isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır... Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 874 nömrəli rəyindən görünür ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, BK1607/01 nömrəli kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 22 may 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 22 may 2023cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 12689.59 manat, faiz borcu 1348.96 manat, ümumilikdə 14038.55 manat təşkil edir. Lakin Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə 12630.27 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Belə olduqda, məhkəmə ekspert rəyi ilə qismən, yəni kredit üzrə hesablanmış 12689.59 manat məbləğlə deyil, iddia edilən 12630.27 manat hissəsində razılaşdığı, cavabdehin faiz borcunun isə 1348.96 manat olduğu hissəsində razılaşır... Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arası nda 16 iyul 2021-ci il tarixli, BK1607/01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icr a edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır... İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquq i təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır”. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı)... İddia tələbinin tutmanın ilkin satış qiyməti 65500 manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə,... kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin... İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin "Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 12 dekabr 2023-cü il tarixli rəyinə və "Qiymətləndirmə hesabatı”na əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında, 0.0612 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 132.87 kv.m, yaşayış sahəsi 46.76 kv.m, köməkçi sahəsi 86.11 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin 12 dekabr 2023-cü il tarixinə bazar dəyəri 73100 manat təşkil edir. Likvid dəyəri isə əmlak bazarında durğunluq nəzərə alınaraq bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 69500 manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin "Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 12 dekabr 2023-cü il tarixli rəyi və "Qiymətləndirmə hesabatı” əsas götürülməli,... fərdi yaşayış evinin ilkin satışı likvid qiyməti ilə 69500 manat məbləğində müəyyən edilməlidir... Bunlarla yanaşı, məhkəmə bildirir ki, iddiaçı iddia ərizəsində iddiaçı tərəfindən "İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş”in dövlət qeydiyyatına alınmasına görə 46.45 manat məbləği də tələb etmişdir. Lakin bu halı təsdıq etmək üçün iş materiallarına əlavə edilmiş təsdiqetmə bildirişlərindən görünür ki, ödənilən pul məbləği 45 manatdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəl ir ki, iddiaçının 46.45 manat məbləğində tələbinin 45 manat məbləğində hissəsi təmin edilməlidir... Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli olduğundan... iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 133.12 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 97.27%-ə mütənasib olaraq 129.49 manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Bununla yanaşı məhkəmə bildirir ki, qalan, mediasiya xərcinin əhatə etdiyi 3.63 manat məbləğində dövlət rüsumu iddianın rədd edimiş hissəsinə aiddir və iddianın rədd edilmiş hissəsinə uyğun olaraq 3.63 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir... Cavabdeh hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən Mediasiya təşkilatına ödə nilmiş 200 manat məbləğində İMS xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 12 dekabr 2023-cü il tarixli, 34 saylı məktubundan müəyyən olunur ki, "Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 manat məbləğində xidmət haqqı ödənilməlidir. Məhkəmə qeyd edir ki,... fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 manat məbləğində xidmət haqqının 116.72 manatı cavabdehdən, qalan 3.28 manatı isə iddiaçıdan alınıb Naxçıvan MR Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına ödənilməlidir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitu siya) 24-cü maddəsinin İİİ hissəsinə, 60-cı maddəsinin İİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Mülki Məcəllənin 6.2, 14.2-14.2.1, 269.1, 269.2, 271.2, 307.6, 317.1, 319.1, 385.1, 386.1, 405.1. 425.1, 427.3, 442, 445.2-445.2.1, 739.1, 739.2 və 741-ci, Mülki-Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 81, 88, 107, 108.1-108.1.1, 108.2, 112.1-112.1.1, 115.0-115.0.1, 119.1, 119.2, 218.1, 218.3, 220.4, 222.2-ci, İpoteka haqqında Qanunun 1.0.6, 4.1.1, 4.1.2, 4.1.4, 10, 34.134.1.1, 39.3, 39.3.3 və 47.5-ci, Dövlət rüsumu haqqında Qanunun 8.1 və 8.1.3, 9.1-1-ci və Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Mediasiya haqqında Qanun) 36.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “Azərbayc an Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 9 aprel 2023-cü il tarixli və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” iş üzrə 16 fevral 2010-cu il və "Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarlarına istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayəti verərək e-2-2(123)-19/2024 nömrəli, 19 fevral 2024cü il tarixli qətnamənin tamamilə ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılaraq göstərilmişdir ki, “Mən bu qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti verirəm. Belə ki, burada işə baxan məhkəmə bir sıra maddi və prosessual hüquq normalarını, “ədalət” prinsipinin tələblərini kobud şəkildə pozmuş, “ağlabatanlıq” prinsipinə ümumiyyətlə əməl etməmiş, kredit məbləği ilə ipoteka predmetinin dəyəri arasında böyük fərq olduğuna fikir və əhəmiyyət verməmişdir. Halbuki o mənim mülkiyyətimdə olan yeganə əmlakdır və mən məhz həmin yeganə əmlakı kreditin təminatı olaraq göstərmişdim. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: İpoteka haqqında Qanunun 1.0.1-ci maddəsinə əsasən, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Hesab edirəm ki, işə baxan birinci instansiya məhkəməsi bu normaya fikir verməmiş, xüsusən bu maddi hüquq norması ilə əsas hüquqlardan olan mül kiyyət hüququnun müqayisəsini aparmamışdır. Belə ki, qanunla və AR Konstitusiyası ilə müəyyən olunan mülkiyyət hüququ toxunulmazdır, qanunla qorunur və müdafiə olunur. Mülkiyyət hüququ ən ümdə, ən əsas hüquqlardan biridir. Hazırkı mübahisə predmeti olan kredit müqaviləsinin təminatı kimi də məhz mən öz mülkiyyətimdə olan daşınmaz əmlakı bu kreditin təminatı kimi qoymuş, lakin bu öhdəlik tam icra olunmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Düşünürəm ki, məhkəmə işi tam araşdırmamışdır, iddiaçının kredit müqaviləsinin icrası üçün bütün hüquqi imkanlardan istifadə etmədiyinin müəyyən olunması ortaya çıxa bilərdi. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər: Məhkəmə ümumiyyətlə hazırkı işə şablon yanaşmış, işin faktik i halları tam araşdırılmamışdır. İşin hüquqi vəziyyəti ilə faktiki vəziyyəti tamamilə fərqlidir. Belə ki, hüquqi baxımdan kredit müqaviləsi var və gecikmələr də açıq-aşkar ortadadır. Lakin digər bir məsələ isə qeyd olunan kredit məbləğinin hansı faktiki səbəbdən ödənilə bilməməsidir. Məhz buna görə də bu kredit vaxtında ödənilmədiyindən bank məhkəmə yolu ilə girov qoyulmuş əmlakın açıq hərracdan satılması ilə bağlı iddia qaldırmışdır”. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanlanmış 06 və 13 iyun 2024cü il tarixli ərizələrində apelyasiya şikayətini qəbul etmədiklərini bildirməklə, məhkəmə baxışı iclasının iştirakları olmadan k eçirilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 16 may və 6 iyun 2024-cü il tarixlərdə keçirilmiş məhkəmə baxışı iclaslarında vermiş olduğu izahatında göstərdi ki, apelyasiya şikayətini qəbul etmir. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib yaralanmışdır, hazırda qazidir və buna görə dövlət tərəfindən hər ay 80 manat maddi təminat alır. Arvadı 8 ildir ki, ölmüş, 2 övladını tək böyütmüşdür. Hazırda ünvan 1 ünvanında 2 övladı və 71 yaşlı anası ilə birlikdə yaşayır. Onun özünün sexi var. Həmin sexdə maşınların “peredok”unda olan rezinlə ri istehsal edir. "xxxx"dan krediti istehsal fəaliyyətini genişləndirmək məqsədilə götürmüş, işini böyütmək üçün iranlı Məmməd adlı bir şəxslə danışıb 20 ədəd qəlib və pres aparatı sifariş vermiş, bankdan götürdüyü krediti və mağazada olan malları satıb pulu bir yerə yığaraq İrana Məmmədin yanına getmişdir. Həmin vaxt Məmməd ona 6 ədəd qəlib və bükülü vəziyyətdə presi göstərib malların onun olduğunu, malların digər yarısının isə 15 gün sonra hazır olacağını bildirmiş, ondan hazırlanacaq mallara görə 5000 manat pul istəmiş, o da Məmmədə inandığı üçün istədiyi məbləğdə pulu ona vermişdir. Ancaq Məmməd pulu ondan alandan sonra o, bir daha Məmmədi tapa bilməmiş, buna görə məcbur qalaraq İrana Məmmədin evinə getmiş, arvadı ona “Məmmədin borca düşdüyünü, onun isə Məmməddən boşandığını” bildirm işdir. Sonra məlum olmuşdur ki, Məmmədin ona əvvəlcədən göstərdiyi mallar onun deyil, qayınatasının olmuşdur. Onu borca salan iranlı Məmməd olmuşdur. Bundan sonra o, bir neçə ay "xxxx"dan götürdüyü krediti ödəniş cədvəlinə uyğun ödəməyə başlamış, lakin maddi imkanı yaxşı olmadığından krediti ödəyə bilmədiyi üçün "xxxx"a müraciət edib daha münasib ödənişlə krediti təzələməyi xahiş etmiş, ancaq bankdan ona bunun mümkün olmayacağını bildirmişlər. O hər ay götürdüyü kreditdən azaz, yəni 150-300 manat civarında ödəniş etsə də, borcunun azalmadığını görmüşdür. Bacısı evini satdığından o, "xxxx"da olan əvvəlki kreditini yeni kreditlə əvəzləşdirmək üçün bacısından borc almış, kreditin qalan pulunu, yəni 4000 manatını isə yaşadığı küçədə başqa bir adamdan faizə götürüb "xxxx"a getmiş, krediti ödəmə k istədiyini, ancaq pulun özünün olmadığını, krediti bağladıqdan sonra aldığı borcu qaytarması üçün ona yeni kredit verilməsini xahiş etmiş, ancaq ona kredit verilməsinin mümkün olmayacağı bildirildiyindən o, kredit borcunu ödəməmiş və banka olan borcunu ödəməsi üçün aldığı pulları geri qaytarmışdır. Daha sonra o istehsal etdiyi məsulların şəkilini çəkib Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsinə göndərmiş, bir neçə gün sonra onu icra başçısı çağırmış, “sən bizim fəxrimizsən, lazımi işlər görmüsən” deyib onu Naxçıvan MR iqtisadiyyat nazirinin yanına göndərmişdir. O, nazirin qəbulunda olmuş, qəbul zamanı nazir ona “onlardan kreditin ancaq taxıl məhsullarının istehsalı üçün götürüldüyünü” bildirərək Novruz adlı şəxsə ona 70000 manat kre dit ayırmağı tapşırmışdır. Bundan sonra o yenidən "xxxx"a müraciət edib ona lazımi şərait yaradıldığını, bankın kreditin qaytarılmasında ona köməklik etməsini xahiş etmiş, ancaq bank tərəfindən yenə də ona heç bir köməklik olunmamışdır. Beləliklə də onun işləri pozulmuş, nə "xxxx"a olan kreditini qaytara bilmiş, nə də istehsal sexini böyütmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən ona nəzərdə tutulmuş krediti götürə bilməmişdir. Halbuki krediti götürə bilsəymiş işini böyüdər, hər ay üçün 3000 manat pul qazanar və "xxxx"a olan kredit borcunu qaytara bilərdi. Onun məqsədi odur ki, bank ona köməklik etsin, banka olan borcunu maddi imkanına görə hər ay 150-200 manat civarında qaytarmağına şərait yaratsın. Yaxın tanışı ona bu borcu ödəməsində köməklik edəcəkdir. Kollegiyadan apelyasiya şikayəti nin təmin olunmasını xahiş edir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 270.1 Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməl idir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şər tləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana ) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məh kəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə

393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya koll egiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İpoteka haqqında Qanun; Maddə 1.0.6. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 1.0.7. İpoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir; Maddə 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Maddə 4.1-4.1.4. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklər in icrasını təmin etmək məqsədilə bağlanır. Maddə 34.1-34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Maddə 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Dövlət rüsumu haqqında Qanun; Maddə 9.1-1. “Mediasiya haqq ında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mediasiya haqqında Qanun; Maddə 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya da ir qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsi nə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04 №-li qərardadında məhkəmələrə tövsiyə edilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı halda cavabdeh-apelyator apely asiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və apelyasiya şikayətinin təmin olunaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apelyatorun apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri və cavabdehin izahatı üzrə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə 16 iyul 2021-ci il tarixli, BK1607/01 saylı kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 36 ay müddətinə iddiaçının Naxçıvan filialı tərəfindən Cavabdeh2 verilmiş 15000 manat məbləğində biznes krediti üzrə xx.xx.2023-cü il tarixə ödənilməyən kredit borcunun cavabdeh tərəfindən ödənilməməsi ilə bağlıdır. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Naxçıvan MR DƏDRX tərəfindən xx. xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ cavabdehə məxsus, **********92-10301 reyestr nömrəli, ünvan 1 ünvanında, 0.0612 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə 16 iyul 2021-ci il tarixli, BK1607/01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. Kredit məbləği olan 15000 manatın iddiaçının Naxçıvan filialı tərəfindən cavabdehə verilməsi və sonuncu tərəfindən alınması, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləğinin qalığının 13979.23 manat olması mübahisələndirilmir, işin mübahisə olunmayan hallarıdır. Mübahisə üzrə işin hallarını ar aşdırarkən aydın olur ki, kredit müqaviləsinin; 1.1-ci bəndinə görə bank borcalana 36 ay müddətinə 15000 manat məbləğində illik 15% dərəcəsi ilə biznes kreditin tam və ya hissə-hissə verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi banka DƏTMDK(DƏDRX) tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, dəyəri 65500.00 manat olan daşınmaz əmlakı (fərdi yaşayış, mənzil və s.) təqdim edir. 6.4.6-cı bəndinə əsasən bank qarşısında olan öhdəliyinə özünün bütün əmlakı ilə kredit borcu, faizlər, cərimələr və bankın digər təsdiqlənmiş xərcləri həddində cavab vermək borcalanın vəzifəsidir. 8.1-ci bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İpoteka müqviləsinin; 1.1-ci bəndinə görə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını BK1607/01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi və s. 9.1-ci bəndinə görə ə sas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətdə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məlumdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borcalan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə haqlıdır. Apelyasiya şikayətinin “İpoteka haqqında Qanunun 1.0.1-ci maddəsinə əsasən, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Birinci instansiya məhkəməsinin bu normaya fikir verməməsi, xüsusən bu maddi hüquq norması ilə əsas hüquqlardan olan mülkiyət hüququnun müqayisəsini aparmaması, mülkiyyət hüququnun toxunulmaz olması, hazırkı mübahisənin predmeti olan kredit müqaviləsinin təminatı kimi cavabdehin öz mülkiyyətində olan yeganə daşınmaz əmlakı bu kreditin təminatı kimi qoyması” dəlilləri ilə əlaqədar kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin b ir sıra plenum qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Dövlət mülki yyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudlaşdırılmasının hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Yəni, mülkiyyət hüququ nə qədər əhəmiyyətli olsa da, mütləq deyil və məhdudlaşdırıla bilər. “Əsas və ayrılmaz insan hüquqlarından biri kimi mülkiyyət hüququnun məhdudlaşdırılması qanuni olmaqla yanaşı, qanuni məqsədə - başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədinə xidmət etməli, mütənasib olmalı və bu hüququn mahiyyətinə zidd xarakter daşımamalıdır. Konstitusiyada mülkiyyət toxunulmaz elan edilməklə, azad sahibkarlıq fəaliyyətinə təminat verilməklə məntiqi zərurət olaraq mülki dövriyyədə müqavilə azadlığı da tanınır. Belə ki, fiziki və hüquqi şəxslərin mülkiyyətlə bağlı mənafeləri məhz mülkiyyət hüququndan sərbəst istifadə etməklə, azad surətdə müqavilələr bağlamaqla reallaşdırıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların h üquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun qərarı isə qətidir, heç bir orqan və ya şəxs tərəfindən rəsmi təfsir oluna bilməz. Həmçinin kollegiya bildirir ki, İpoteka haqqında Qanunun 39.4-cü maddəsinə görə tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ip oteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Lakin cavabdeh tərəfindən belə bir vəsatət verilməmişdir. Apelyasiya şikayətinin “İşin hüquqi vəziyyəti ilə faktiki vəziyyəti tamamilə fərqlidir. Belə ki, hüquqi baxımdan kredit müqaviləsi var və gecikmələr də açıq-aşkar ortadadır. Lakin digər bir məsələ isə qeyd olunan kredit məbləğinin hansı faktiki səbəbdən ödənilə bilməməsidir” dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 özü müqavilə azadlığı və iradə sərbəstliyi əsasında iddiaçı ilə kredit və ipoteka müqavilələri bağlayaraq 36 ay müddətinə, 15000 manat kredit almış və müəyyən olunan ödəniş cədvəlinə müvafiq olaraq həm əsas borcu, həm d ə kreditdən istifadəyə görə illik 15% haqqı ödəmək öhdəliyini üzərinə götürmüş, almış olduğu kredit vəsaitini özünün istədiyi kimi hansı məqsədlər üçün istifadə etməkdə tamamilə sərbəst olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı isə cavabdehdən öhdəliyin icrasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən digər dəlilləri yuxarıda şərh olunanlara əsasən cavabdehin subyektiv mülahizələri kimi qiymətləndirməklə qətnamənin ləğv olunması üçün əsaslı hesab etmir. Kollegiya hazırkı mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni başqa əlavə şərhə ehtiyac olmadan və təkrarlığa yol verilmədən düzgün hesab etməklə həmin nəticə ilə razılaşır. (İİ cild, iş v. 12-20). Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən bir inci instansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apelyasiya şikayətinə müvafiq olaraq yoxlanılmış və cavabdeh tərəfindən qətnamənin əsassızlığına dair heç bir sübut təqdim edilməmişdir, ona görə də apelyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. 2(123)-19/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnamə qanuni, əsaslı və ədalətlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0-384. 0.1, 392, 393, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-19/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar