Məhkəmə qərarları › İş №2-2(108)-17/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(108)-17/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-17/2024 28.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər - Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-28/2024 nömrəli, 4 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında bax araq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı "xxxx" ASC 31 iyul 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 30 may 2018-ci il tarixli, 3005/01/SKF saylı kredit müqaviləsi üzrə 23 may 2023-ci il tarixə 7659.38 manat əsas borc, 453.12 manat faiz borcu olmaqla, ümumilikdə 8112.50 manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldiməsi haqqında bildiriş”in dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 manat və X3 keçirilməsi ilə bağlı ödənilən 100 manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 28000 manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013- cü il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, **********3210301 reyestr nömrəli, Naxçıvan MR, Babək rayonu, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evinin qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi arədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 a rasında bağlanmış 30 may 2018-ci il tarixli, 3005/01/SKF saylı kredit müqaviləsinə əsasən borcalana bank tərəfindən 24 ay müddətinə, illik 6% dərəcəsi ilə 10000 manat məbləğində kənd təsərrüfatı krediti verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan MR DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, **********32-10301 reyestr nömrəli, Babək rayonu, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi müvafiq olaraq Babək rayon Notariat ofisində təsdiq edilmiş və Naxçıvan MR DƏDRX tərəfindən əmlakın yüklülüyü qeydiyyata alı nmışdır. Borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə 346 gecikmə günü qeydə alınmışdır. Borcun qaytarılması ilə bağlı borcalan Cavabdeh2lə dəfələrlə əlaqə saxlanılaraq şifahi xəbərdarlıq edilmiş, qeydiyyat ünvanına xəbərdarlıq məktubları göndərilmiş və borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş borcalan-ipoteka qoyan Cavabdeh2 ünvanına göndərilmiş, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilmiş və bildiriş dövlət qe ydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə borcalana təklif ünvanlanmış, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də, borcalan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 443.1, 445.1 və 449.4-cü, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun) 34 və 59.3-cü maddələrinə, 3005/01/SKF nömrəli, 30 may 2018-ci il tarixli kredit və 06 iyun 2018-ci il tarixli ipoteka müqavilələrinin müvafiq bəndlərinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan MR Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)28/2024 nömrəli, 04 m art 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 əsas borc üzrə 6220,13 manat, faiz borcu üzrə 348,62 manat olmaqla, ümumilikdə 6568,75 manatın alınıb iddiaçıya ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 101,13 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 81,88 manat məbləğinin Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməsi, 1,13 manatın iddianın təmin edilməmiş hissəsinə müvafiq olaraq iddiaçıdan tutularaq dövlət gəlirinə alınması, X3 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərcinin 50 manatının Cavabdeh2 alınıb iddiaçıya ödənilməsi, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 manat xidmət haqqının 97.16 manatının Cavabdeh2, qalan 22.84 manatının isə iddiaçıdan alınıb Naxçıvan MR Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına ödənilməsi, yuxarıda məhkəmə tərəfindən cavabdehdən alınaraq ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlərin ödənilmədiyi təqdirdə tutmanın Cavabdeh2 məxsus Babək rayonu, Qahab kəndində, 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan qeyd edilən fərdi yaşayış evinin likvid bazar dəyərinin qiymətləndirmə hesabatı ilə 30500 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh2 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin cavabdehə qaytarılması, 1 ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X4 və digər şəxslərin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 apelyasiya şikayəti verərək e-2-2(123)-28/2024 nömrəli, 04 mart 2024cü il tarixli qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “cavabdeh qətnamə ilə razı deyil, ona görə ki, o, bağçılıq fəaliyyəti ilə məşğul olmaq üçün götürdüyü pulun hamısını bağ a vəsait qoymaq üçün sərf etmiş, ərazidə 900 ağac əkmiş, lakin lazımi qaydada su verilmədiyi üçün kredit götürüb saldığı bağ qurumuşdur. Bağ məhsul verməyə başladığı zaman su birdəfəlik kəsilmiş və bununla bağlı o, Qahab bələdiyyəsinə və aidiyyatı orqanlara müraciət etmiş, sonradan yaşıllaşdırma ilə bağlı pul ödəniləcəyi deyilsə də, artıq onun ağacları quruduğu üçün buna ehtiyac qalmamışdır. Kredit borcundan bu günə kimi 7000-8000 manata yaxın pul ödəniş etmişdir, bundan sonra da borcunu ödəyəcəkdir. O, ondan asılı olmayan səbəblərdən, yəni bağındakı ağaclara su verilmədiyi və sonradan birdəfəlik su kəsildiyi üçün bağın quruması nəticəsində kredit borcunu ödəyə bilməmişdir. O, ailəsi ilə birlikdə ipoteka müqaviləsi ilə yüklü olan yaşayış evində yaşayır. Yaşadığı evdən başqa, ailəsi ilə bir likdə yaşaya biləcəyi əmlakı yoxdur. Həmçinin kredit borcunun ödənilməsi üçün ona əlavə vaxt verilməsini istəyir. Bütün bunları məhkəmə prosesində göstərsə də, məhkəmə bunları nəzərə almadan, tam araşdırma aparmadan, əsassız olaraq qərar qəbul etmiş, yalnız iddiaçının mövqeyindən çıxış etmişdir. Aralarında bağlanmış müqavilədən aydın görünür ki, ona verilən kredit məvacibi onun bağçılıq fəaliyyəti ilə məşğul olması üçün verilmişdir. Hər bir halda bu işin risqi nəzərə alınaraq qərar qəbul edilməli idi. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmiş, bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir”. Cavabdeh2 maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Mülki Məcəllənin 421. 3, 422.1, 422.2-422.2.2, 422.4, 424.5, 425.1, 425.2, 442, 443.7, 443.9, 445.5, 445.9, 448.1 və 448.4-cü, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Mülki-Prosessual Məcəllənin 9.1, 14.1, 14.2, 76.1, 76.3 və 88-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanlanmış 15 və 30 may, 28 iyun 2024-cü il tarixli ərizələrində apelyasiya şikayətini qəbul etmədiklərini bildirməklə, məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci m addəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 28 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında kredit müqaviləsi üzrə 1950 manat ödəniş etməsi barədə qəbzi və ərizəsini kollegiyaya təqdim edərək iddiaçı "xxxx" ASC-nin “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi ilə bağlı Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-28/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verdiyini və hazırda apelyasiya şikayətindən imtina etdiyini bildirib apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki-Prosessual Məcəllə; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin ba rışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 114.1 və 114.1.6. Bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti geri qaytarılarsa və ya apelyasiya icraatına xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Qeyd olunduğu kimi apelyator-Cavabdeh2 28 iyun 2024-cü il tarixdə məhkəmə baxışı iclası zamanı ərizəsini kollegiyaya təqdim edərək apelyasiya şikayətindən imtina etdiyin i bildirib apelyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin verilməsi kimi bu şikayətdən imtina olunması da şikayəti vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apelyasiya şikayətindən imtina edə bilər. Qanunla apelyasiya şikayətindən onu vermiş şəxsin imtina etməsi imkanının nəzərdə tutulması mülki prosesin dispozitivlik prinsipindən irəli gəlir və şikayətdən imtina hüququnun realizə edilməsi bu prinsipin təzahür formalarından biridir. Apelyasiya şikayəti verən şəxsin ondan imtina etməsi haqqında ərizə yazılı formada verilir və həmin ərizədə şikayətdən imtinanın səbəblərinin əsaslandırılması tələb olunmur. Ərizədə apelyasiya şikayətini vermiş şəxsin ondan imtina barədə fikrinin qəti olaraq ifadə edilməsi bu ərizənin məzmununa dair kifayətedici tələb kimi qəbul olunur. Mülki-Prosessual Məcəllənin 369.3-cü maddəsinin məzmunundan görünür ki, apelyasiya icraatına xitam verilməsi üçün təkcə apelyasiya şikayətindən imtina olunması kifayət etmir, həm də məhkəmə tərəfindən şikayətdən imtinanın qəbul edilməsi tələb olunur. Belə ki, apelyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Göstərilən maddədə iddiaçının iddiadan imtinasının təsdiq edilməsinin qaydası və nəticəsi nəzərdə tutulur. İddiadan imtinanın qəbul edilməməsinin əsasları isə Mü lki-Prosessual Məcəllənin 52.5-ci maddəsində müəyyən olunmuşdur. Həmin maddəyə görə, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri, yəni iddiadan imtinanı qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Apelyasiya şikayətindən imtina məhkəmə tərəfindən qəbul olunduqda apelyasiya icraatına apelyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə xitam verilir (MülkiProsessual Məcəllənin 369.4-cü maddəsi). Bu qayda onu nəzərdə tutur ki, şikayətdən imtinanın qəbul olunması yalnız şikayətdən imtina etmiş şəxsə münasibətdə hüquqi nəticələr doğurur. İşdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi nəticəsində apelyasiya icraatına xitam verilməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Şərh olunanları nəzərə almaqla və Cavabdeh2 apelyasiya şikayətindən imtina ilə bağlı ərizəsini müzakirə edərək kollegiya bu nəticəyə gəlir ki, apelyatorun apelyasiya şikayətindən imtinasını qəbul etməmək üçün Mülki-Prosessual Məcəllənin 52.5, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apelyasiya şikayətindən imtina qanuni və əsaslı olduğundan qəbul edilməli və apelyasiya şikayətindən imtina etmiş şəxsə - Cavabdeh2 münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 114.1 və 114.1.6-ci maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti geri qaytarılarsa və ya apelyasiya icraatına xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin ma ddəyə əsasən apelyasiya şikayəti verilərkən "xxxx" ASC Naxçıvan filialı vasitəsilə 13 mart 2024cü il tarixli, 31744 nömrəli qəbzlə (əməliyyat İD: 423360928, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142214) ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu Cavabdeh2 qaytarılmalıdır. Həmçinin Cavabdeh2 tərəfindən "xxxx" ASC Naxçıvan filialı vasitəsilə 28 iyun 2024cü il tarixli, 5641 nömrəli qəbzlə (əməliyyat İD: 517752597, terminal nömrəsi: K0500015) ödənilmiş 1950 (bir min doqquz yüz əlli) manat məbləğində kredit ödənişi birinci instansiya məhkəməsinin e-2-2(123)-28/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsinin icrası zamanı nəzərə alınmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 369, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraaldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər - Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-28/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətindən imtinası qəbul еdilsin və apеlyasiya şikayətindən imtina еtmiş şəxsə münasibətdə apelyasiya icraatına xitam vеrilsin. "xxxx" ASC Naxçıvan filialı vasitəsilə 13 mart 2024-cü il tarixli, 31744 nömrəli qəbzlə (əməliyyat İD: 423360928, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142214) ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu Cavabdeh2 qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar