Məhkəmə qərarları › İş №2-2(108)-20/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-20/2025

10.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-20/2025 10.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-15/2025 nömrəli, 2025-ci il 30 yanvar tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı (bundan sonra “iddiaçı”) 2024-cü il 7 oktyabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin noyabr ayında Naxçıvan şəhəri, “Cahan” ticarət mərkəzində qadın paltarı mağazasını işlətmək qərarına gəlmiş, bu barədə tanıdığı Şahid1 ilə məsləhətləşərək razılığa gəlmişlər ki, mağazanın kirayə pulunu və lazım olan satlıq malların alınmasına çəkiləcək xərcləri o təmin edəcək, Şahid1 mağazada sadəcə satıcı kimi fəaliyyət göstərəcək və əldə ediləcək qazanc bərabər qaydada bölünəcəkdir. Şahid1 2022-ci ilin noyabr avının əvvəlində ona zəng edib bildirmişdir ki, “kirayə verilən mağaza tapmışdır, mağazanın sahibi Cavabdehdur, mağazada Cavabdeh 5000 manatlıq malı var. O (iddiaçı) mağazanı kirayə götürərkən həmin 5000 manatlıq malı da Vüqardan almalıdır və mağazanı Vüqardan onun adına bağlanmış kirayə müqaviləsi əsasında işlədəcək, mağazaya isə aylıq 300 manat kirayə pulu və 300 manat da bazar pulu, ümumilikdə aylıq 600 manat ödəyəcəkdir”. Bundan sonra iddiaçı bazarda cavabdehlə görüşə gedən zaman təsadüfən orada mağaza işlədən əsgər yoldaşı Şahid2 ilə görüşmüş, ona da görəcəyi iş və cavabdehdən mağaza kirayə götürəcəyini bildirmiş, birlikdə cavabdehin işlətdiyi 123 nömrəli mağazaya getmişlər. İddiaçı cavabdehlə görüşüb bildirmişdir ki, Şahid1 səninlə danışıb, dükanı 5000 manata, yəni içindəki malların dəyəri ilə birlikdə səndən kirayə götürəcəyik. Cavabdeh isə ona “5000 yox, 8000 dediyini, həmin ma ğazanın təmirinə 3000 manat xərclədiyini” bildirmişdir. Şahid1 zəng vurub əlavə 3000 manat barədə soruşmuş, o da bu barədə ona deməyi unutduğunu bildirmişdir. O, Şahid2 yanında cavabdehə 8000 manatı vermiş, həmin vaxt cavabdehdən mağazanın kirayə müqaviləsini nə vaxt imzalayacaqlarını soruşmuş, o da demişdir ki, “nə vaxt desən, bağlayaq”. Mağazanın işlədiyi 20-25 gün ərzində onunla İlkanənin arasında haqq-hesab barədə mübahisə yaranmış və o, İlkanəyə münasibətlərini kəsib onu mağazadan çıxartmaq istədiyini demiş, İlkanə isə buna etiraz edərək mağazadan çıxmayacağını bildirmişdir. İddiaçı cavabdehə mağaza ilə bağlı kirayə müqaviləsini bağlamağı, yəni həmin mağaza üzərində sahiblik, istifadə hüququnun rəsmiləşdirilməsini tələb etmiş, lakin cavabdeh onunla müqavilə bağlamaqdan yayınmış və s onradan ona məlum olmuşdur ki, cavabdeh mağazanın sahibi deyil. Cavabdehin qeyd edilən hüquqazidd davranışları barədə Naxçıvan Şəhər Polis İdarəsinə və Naxçıvan Şəhər Prokurorluğuna müraciət etmiş, cavab olaraq məsələnin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh “Cahan” ticarət mərkəzində 123 nömrəli mağaza üzərində hər hansı sərəncamvermə hüququ olmadığı, eləcə də mağazanın içərisində olan malları ona verə bilməyəcəyini bildiyi halda bunların müqabilində ondan 8000 manat pul alaraq ona həmin məbləğdə zərər vurmuşdur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 135.1, 135.2, 390.1, 1096.1 və 1097.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessu al Məcəllə) 4.1 və 119.1-ci maddələrinə istinad etmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-15/2025 nömrəli, 2025-ci il 30 yanvar tarixli qətnaməsi ilə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə... müəyyən etmişdir ki, iddiaçı ilə Şahid1 dükan icarəyə götürüb birlikdə işlətmək qərarına gəlmişlər. Bu məqsədlə iddiaçı cavabdehə şifahi alqı-satqı müqaviləsi əsasında 5300 manat geyim malları və 2700 manat dükan təmirinin pulunu - 8000 manat verərək almışdır. Cavabdeh iddiaçının razılığı əsa sında malları Şahid1 təhvil vermişdir. Qeyd edilən hallar tərəflərin, şahidlərin məhkəmə iclaslarında verdiyi izahatlarla öz təsdiqini tapmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona qarşı mülki hüquq pozuntusu törədilmiş, ona hər hansı mal təhvil verilməmişdir. Ancaq göründüyü kimi, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş, malları təhvil vermişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının iş üzrə əsl olmayan cavabdehin əsl olan cavabdehlə əvəz edilib-edilməməsinə dair fikirlərini soruşduqda iddiaçı əsl olmayan cavabdehin əsl olan cavabdehlə əvəz edilməsinə razı olmadığını, iddiaya cavab verməli olan şəxsin Cavabdeh olduğunu bildirmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi fotoşəkli sübut kimi göstərməklə malların bir qisminin cavabdehə geri qaytarıldığını bil dirsə də, cavabdeh məhkəmə iclasında mal təhvil almadığını, malların Şahid1 tərəfindən geri götürüldüyünü bildirmiş və bu hal Şahid1 tərəfindən təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin olunmamalı, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir”. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2-14.2.1, 567, 1096.1 və 1097.1-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 50.1, 50.3, 54.1, 54.2, 76.1, 76.2, 77.1, 107, 108.1-108.1.1, 108.2, 119.1, 124.2, 217.5, 220.4 və 220.5-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəs inin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-15/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi - cavabdehdən 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır. “İddia tələbinin əsası olaraq məhkəməyə təqdim etdiyi sübutlar, eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilən hallar düzgün qiymətləndirilməmişdir. İddia ərizəsində tələbinin əsası olaraq göstərdi yi faktiki hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iddia ərizəsində tələbinin əsası kimi qeyd olunur ki, “Cahan” ticarət mərkəzində cavabdehdən kirayə dükan götürmək üçün ona 5000 manat dükanın içərisində olan malın pulu və 3000 manat dükanın içərisində olan aksesuarlarınvitrin, asılqan, maneken kimi əşyaların pulu cavabdehə ödənilmişdir. Qeyd edilən faktları cavabdeh də təsdiq etmişdir. Həmçinin iddia ərizəsində göstərilmişdir ki, o həmin dükandan və onun içərisində olan mallardan istifadə etməmiş, həmin malların satışından ona hər hansı məbləğdə pul verilməmişdir. Buna səbəb isə dükanın kirayə müqaviləsinin cavabdeh tərəfindən ona təqdim edilməməsi olmuşdur. Cavabdeh dükanı icarə müqaviləsi əsasında deyil, şifahi razılaşma əsasında verdiyini, icarə müqaviləsi b ağlamaq üçün səlahiyyətinin olmadığını bildirmişdir. Belə olan halda məhkəmə tərəfindən cavabdehin bu qanunsuz hərəkətlərinə, yəni müvafiq dükanla bağlı icarə müqaviləsi bağlaya bilməyəcəyi halda, ondan pul alıb ona həmin dükandan istifadə imkanı yarada bilmədiyinə görə zərər vurması nəzərə alınmalı idi. Cavabdehin “Cahan” ticarət mərkəzində 123 nömrəli mağaza üzərində hər hansı sərəncam vermə hüququ olmadığını, eləcə də mağazanın içərisində olan malları ona verə bilməyəcəyini bildiyi halda, bunların müqabilində ondan 8000 manat pul alaraq ona həmin məbləğdə zərər vurması təsdiq olunsa da, bu kimi faktlara hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsində onun cavabdehə verdiyi 8000 manatın hansı formada ona qaytarılması əsaslandırılmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Ş ahid1 onun cavabdehə verdiyi 8000 manatı ona qaytardığını bildirmiş, lakin bunu hər hansı faktla təsdiqləyə bilməmişdir. Məhkəmə araşdırması zamanı müvafiq mağazanın, eləcə də həmin mağazada 5000 manat qiymətləndirilən malların ona təqdim edilməsini cavabdeh təsdiq edə bilməmişdir”. İddiaçı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 21.1, 21.2, 135.1, 135.2, 390.1, 1096.1 və 1097.1-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 80 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İddiaçı iddia ərizəsində göstərilənlərə uyğ un izahat verərək əlavə olaraq göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. O, İlkanə ilə hərbi hospitalda tanış olmuş, aralarında söhbət apardıqdan sonra ona məlum olmuşdur ki, o, İlkanənin anası və qardaşı ilə də işləmişdir. İlkanə ona bildirmişdir ki, “əl alveri ilə məşğul olur, Naxçıvan şəhər İcra hakimiyyətinin yanında onun ətriyyat mağazası var”. O, İlkanəyə demişdir ki, qismət olsa, onun da mağaza açmaq fikri var. Sabahkı gün isə İlkanə ona demişdir ki, “əgər mağaza açsan, mən bu işləri yaxşı bilirəm, sizinlə işləmək istəyərəm”. O da İlkanəyə demişdir ki, mən də sizinlə işləyərəm, sadəcə mənim vaxtım yoxdur bazara tez-tez gedib gəlim. İlkanə ona “bəs necə işləyəcəyik?” demiş, o da İlkanəyə mağaza ilə əlaqədar hər şeyi özünün edəcəyini, İlkanənin sadəcə malları satıcı kimi satac ağını, mağazada qalan gəliri isə yarı böləcəklərini bildirmişdir. Bir gün İlkanə ona zəng vurmuşdur ki, onun kəndçisi bazarda işləyir deyə o bir mağaza tapmışdır. İlkanənin kəndçisi Mikayıl adlı şəxs bazarın pul yığanı olmuşdur. O, bu barədə İlkanə ilə razılaşmış, İlkanə mağaza sahibinin nömrəsini alıb ona göndərmiş, o, Vüqara zəng vurub demişdir ki, onun hazırda pulu yoxdur, pulu noyabr ayının ortalarında olacaq. Sonra o, Vüqarla telefonda 5000 manata razılaşmış, bu söhbət təxminən 25 noyabr 2022-ci il tarixdə olmuşdur. İlkanə 2022-ci ilin noyabrın 27-si qardaşı ilə malı təhvil götürmüş, zəng vurub bu barədə ona demiş, ancaq təhvil götürdüyü mallar barədə ona heç nə deməmiş, sadəcə demişdir ki, “malları dəftərə yazmışam”. Mağazanı və onun içərisində olan malları onun razılığı və İlkanəyə “malları get təhvil götür” göstərişi ilə İlkanə Vüqarla danışıb təhvil almışdır. Bir neçə gün sonra o, 17.000 manat pulu bankdan götürüb bazara getmiş, əsgərlik yoldaşı Şahid2 təklif etmişdir ki, birlikdə getsinlər, onun yanında pulu Vüqara versin. Vüqara müqavilə məsələsinin necə olacağını dedikdə Vüqar ona demişdir ki, “heç bir problem yoxdur, mağaza mənimdir”. O soruşmuşdur ki, biz bu pulu mağazaya qoyuruq, sabah bu mağazadan çıxsaq necə olacaq? Vüqar da ona demişdir ki, “narahat olma, sən də mağazanı həmin vaxt bir başqasına verib pulunu alacaqsan”. Şahid2 yanında Vüqar hesablamışdır ki, ümumilikdə 8278 manat pul edir. O, 8000 manat pulu Vüqara vermiş, Vüqar etiraz edərək 300 manatı da istəmiş, o demişdir ki, 200300 manatın söhbətin eləmiyək. Vüqar pulu götürmüş və mağazanın pultunu (a çarını) ona vermişdir. Şahid olan Müzəffər də təsdiqləyir ki, 8000 manatı o Vüqara vermişdir. O, İlkanəyə “malları get təhvil götür” dedikdən 2-3 gün sonra pulu Vüqara vermişdir. 5000 manatı Vüqarın mağazasındakı mala, 3000 manat da həmin mağazanın təmirinə görə, yəni 8000 manat pulu mağazanın təhvil alınması üçün vermiş, ancaq həmin maldan istifadə etməmişdir. Səhərisi günü İlkanə ilə danışdıqda İlkanə ona demişdir ki, mağaza boş-boşuna pul yazacaq. Ona görə onlar Bakıdan Binə bazarından mal vurmağa getmiş, oradan 6500 manatlıq mal alıb, dekabr ayının 1-də Bakıdan qayıtmışlar. Bakıdan aldıqları mallara dair işin içində çek də var. Səhərisi paltarları vitrinə yerləşdirən zaman o, İlkanəyə demişdir ki, burada axı 5000 manatlıq mal yoxdur, Vüqarı çağırıb söhbəti bağlayaq. İlkanə demişdir k i, “var, sənin işin yoxdur, sənin pulunu mən verəcəm”. O artıq şübhələnmişdir ki, Vüqar ilə İlkanə aralarında hər hansısa bir məbləğ danışıblar. Bu da o 5000 manatdır. İlkanəyə demişdir ki, belə olsa, onunla işləyə bilməyəcək. İlkanə isə demişdir ki, “sənin Vüqarla işin yoxdur, mən özüm sənin pulunu verəcəm”. Bütün hər şeyi İlkanənin öhdəsinə buraxandan sonra demişdir ki, yaxşı mənim pulumu sən verəçəksən, artıq mənim Vüqarla işim yoxdur. 3 gün sonra o, İlkanəyə demişdir ki, bizimki alınmaz və yanvar ayından sonra həmin mağazaya getməmişdir. O, mağazada olan malları az gördükdən sonra fikirləşmişdir ki, İlkanə bu pulları özünə almışdır. Bu məsələnin üstündən 1 ay 20 gün keçdikdən sonra o, İlkanə ilə danışmağa getmiş, İlkanə ona demişdir ki, “malların bir qismini satmışam, sənə ya ayda 2000 -2000 manat verim, ya da Naxçıvan şəhər İcra hakimiyyəti tərəfdə olan ətriyyat mağazamı danışmışam, 15.500 manata satacam və sənin pulunu yanvar ayının 28-də verəcəm”. O da İlkanə ilə razılaşmışdır. 20 yanvar 2023-cü il tarixdə o, icra hakimiyyətinə dönən yolda İlkanəni maklerlə pul sayan zaman görüb ondan mağazanı satdığını soruşduqda İlkanə demişdir ki, “mağazamı satdım, borclarımı verdim, pul qalmadı”. Həmin vaxt İlkanə ona 800 manat pul vermişdir. Səhərisi gün İlkanəyə demişdir ki, bu işin sonunu heç də yaxşı görmür, 3 uşaq saxlayır, onların da hər birinə 1000 manat keçir, ancaq onun yerdə qalan pulunu versin. İlkanə də ona “mart ayına qədər mənə vaxt verin, sizin pulunuzu qaytaracam” demişdir. Mart ayının 27-si o bazara getmiş, İlkanə ona demişdir ki, “günortadan sonra bizə gələrsən, bazarda camaat bizə baxır”. Saat ikiyə işləmiş o, bazara gedib görmüşdür ki, mağaza bağlıdır. Həmin zaman Vüqara demişdir ki, İlkanə onu neçə vaxtdır fırladır. Vüqar demişdir ki, “burada mənlik heç nə yoxdur”. Vüqara israrla demişdir ki, mənim müqaviləmi ver. Vüqar isə demişdir ki, “İlkanə özü mağaza sahibi ilə danışmışdır”. Demişdir ki, bəs pulu alanda sən mənə desəydin ki, mağaza sahibi mən deyiləm, həmin vaxt mən özüm mağaza sahibi ilə danışardım. Vüqarla aralarında mübahisə buradan yaranmış, İlkanə isə telefonda onu nalayiq sözlərlə təhqir etmiş, səs-küyə bazar rəhbərliyi gəlib onu oradan çıxartmışdır ki, sənin müqavilən yoxdur. O, əsəbi halda DİN-ə getmiş, 28 mart 2023-cü il tarixdə daxili işlər nazirinin qəbulunda olmuş, nazir də şəhər şöbəsinin rəisinə tapşırmışdır ki, bu məsələni a ydınlaşdırıb ona məlumat versin. O, şəhər şöbəsində 2 sutka koridorda gözləmiş, sonra İlkanə gəlib içəriyə girmiş və işi necə düzüb qoşublarsa, onun 16.000 manat pulu ortalıqda yoxdur. Sonra o, prokurorluğa Vüqarla bağlı şikayət ərizəsi yazmış, Naxçıvan şəhər prokuroru onu qəbul edən zaman Vüqar ilə İlkanə topu aralarında o tərəf, bu tərəfə atmışlar. İlkanə ilə onun arasında gedən bu proseslər 4 ay içində, 2023-cü ilin dekabr ayının 1-dən mart ayının 27-nə qədər davam etmişdir. O, mağazanın nə qədər işlədiyini bilmir, çünki o əvvəl də oraya getməmişdir, sadəcə malı vurub gətirmişdir. İlkanə yalan danışır. İlkanənin 8000 manatla bağlı ifadəsi düzgün deyil. O, İlkanəyə mağaza açmaqda kömək etməmiş, mağazanı özü üçün işlətməyə götürmüşdür. O, İlkanə ilə bir satıcı kimi Bakıya mal vurmağa ge tmişdir. Onun avtomobili qəzaya düşən zaman müstəntiq Qasım sübut eləmişdir ki, İlkanə və Vüqar ona 11.500 manat pul verəcəklər. Hətta, həmin zaman İlkanə onlara demişdir ki, “mənim bu adamla başqa bir münasibətim olub”. Lakin bununla bağlı İlkanə heç bir sübut ortaya qoya bilməmişdir. Onun təqdim etdiyi, işdə olan şəkildən görünür ki, Vüqar həmin vaxt malları təhvil almışdır. O, ilk əvvəl pulun verilməsini İlkanədən gözləmiş, 27 martda polis şöbəsində olduqdan sonra martın 30-da İlkanə onun malının 3720 manatını qaytarmış, 8000 manatı tələb edəndə isə ona demişdir ki, “8000 manatı kimə veribsənsə, get ondan al, mən sadəcə malın pulunu verəcəm”. İlkanənin ona verdiyi pul Bakıdan gətirdiyi malların pulu olmuş, həmin malın pulunun yerinə o, İlkanədən 3720 manat bir, 800 manat da bir almışdır, onun 2500 manat pulu İlkanədə, 8000 manat pulu isə Vüqarda qalmışdır. Onu Vüqarla tanış edən İlkanə olmuş, danışıqlarının əksinə olaraq sonradan İlkanə hər şeyi sahiblənmişdir. Vüqar isə mağazanı İlkanəyə deyil, ona satdığını hamıya deməli olduğu halda, deməmişdir. Vüqar hazırda mağazanı üçüncü şəxsə 2700 manata satarq pulunu da İlkanəyə vermişdir. Ona zərər verən adam Vüqardır. Onun səhvi ondan ibarətdir ki, o əvvəldən müqavilə bağlamamışdır. Vüqar onun olmadığı halda o dükanı onlara icarəyə vermişdir, 550 manatı ondan alanda Vüqar onu bazar rəhbərinin yanına aparıb, orada onunla müqavilə bağlamalıydı. O, 2024-cü ilin yanvar ayında polisdə verdiyi izahatını təsdiqləyir, lakin orada yazılan “Vüqar isə mənə bildirdi ki, narahat olma mağazanın sahibi ilə danışıb deyəcəyəm” ifadəsini qəbul etmir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdeh izahatında göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. O, iki mağaza işlətmiş, ancaq yoldaşının xəstəliyi səbəbindən ona pul lazım olduğuna görə bir mağazadakı malları dəyər-dəyməzinə satmaq qərarına gəlmiş və bu barədə bazarda işləyən Mikayıla bildirmişdir. İlkanə ona demişdir ki, “bu mağazanı mən içindəki mallar ilə götürüb işlətmək istəyirəm. Bu barədə səhər sənə hə-yox cavabımı deyəcəm”. Axşam İlkanə ona zəng vurmuşdur ki, “mən mağazanı içindəki mallar ilə bir yerdə təhvil alacam”. İlk dəfə onunla mağazanın kirayəsi haqqında İlkanə gəlib danışmış, demişdir ki, “mənim şəriyim var, onunla danışıb sənə xəbər edəcəm”, ancaq kiminlə danışdığını ona deməmişdir. İlkanə səhərisi gün mağazaya gəlmiş, mağazadakı malları sa yıb hesablamış və təhvil götürmüşdür. İlkanə malları təhvil götürəndə Məliklə hələ danışmamışlar, sonra Məliklə pul barəsində danışmış, həmin zaman Məlik ona demişdir ki, “mağazanı ver xanıma, təhvil götürsün, o malların, mağazanın pulunu mən gətirib verəcəm, ancaq məni bir az gözlə”. İlkanə mağazadakı bütün malları sayıb qara kitab formasında dəftərdə qeyd etmiş və həmin dəftər İlkanədə qalmışdır. Mağazada 5700 manatlıq mal olmuş, o, həmin malı İlkanəyə təhvil vermiş və həmin malları İlkanə təhvil almşdır. Mağaza mallar ilə bir yerdə 8300 manat pul etmişdir. O, Məlikin pulu verməsini 1 həftə də gözləmişdir. Sonra Məlik əsgərlik yoldaşı Müzəffərlə mağazaya gəlib ona 8000 manat pul vermiş, o, pulun 300 manat kəsir olduğunu dedikdə Müzəffər ona “qırçılıq eləmə” demişdir. Məlik demişdir ki, mağazanı onlar 50/50-yə işlədəcəklər. Sonra İlkanə orada işləməyə başlamış, bir müddət ikisi mağazanı işlətmişlər. İddiaçı ilə aralarında heç bir müqavilə bağlanmamışdır. Onlar həmin mağazaları kirayəçi kimi işlədirlər, bazarda müqavilə heç vaxt olmamışdır. O, İlkanə ilə Məlikə demişdir ki, bazarın 300 manat pulunu verəcəksiniz, mağazanın da kirayə pulunu mağaza sabinin kartına atacaqsınız, çünki mağazanın sahibi Bakıda yaşayır. “Cahan” ticarət mərkəzində 300 manat yer, 250 manat isə mağazanın kirayəsi olmuşdur. Birinci ayın kirayəsi olan 550 manatı Məlik ona vermiş, o, həmin pulun 300 manatını “Cahan” ticarət mərkəzində yer kirayəsinə vermiş, 250 manatını isə mağaza sahibinin kartına vurmuş, mağaza sahibinin telefon nömrəsini və mağaza sahibinin yoldaşının adına olan kartın nömrəsini də iddiaçıya vermişdir ki, kirayə pulunu həmin karta ödəsin. Sonra iddiaçı ilə İlkanənin aralarında problem olanda Məlik ona demişdir ki, “sən niyə İlkanəyə heç nə demirsən”. İlkanə ilə dostluq edən Məlik olmuş, onun burada heç bir səhvliyi olmamışdır. Məlik öz günahlarının cəzasını çəkir. Məlikin izahatı da yalandır. İlkanə özü orada işləmiş və əlavə özü 3 dəfə mala getmişdir. Məlik ona pulu verən zaman müqavilə söhbəti olmamışdır. Məlik İlkanədən pulunu ala bilməyəcəyini gördükdə bir ildən sonra müqavilə söhbətini ortaya atmışdır. O da Məlikə demişdir ki, əgər müqavilə söhbəti olsa, səndən əvvəl o müqaviləni mənə verərlər. Bu bazarın əvvəldən gedişatı bu olmuş, bazarda heç vaxt müqavilə olmamışdır. İddiaçı ilə İlkanənin arasındakı problemlə bağlı onlar müstəntiqin yanında olanda İlkanə ağla mış, həmin zaman o məcbur qalıb “mənim mallarımı geri verin, mən özüm satacam” demiş, müstəntiq isə ona demişdir ki, “get o mağazada mal var, götür, 2000 ver İlkanəyə, qalanın da özü düzəldib Məlikin pulunu versin. O, 200 ədəd kofta vermiş, lakin orada o qədər mal qalmamış, İlkanə onların çoxunu satmışdır. Məlikin təqdim etdiyi fotoşəkil onların polisdən gəlib, mağazadan malları yığdıqları zaman çəkdiyi şəkildir. İlkanə malları saymış, o həmin malları 3-4 ədəd sellofana yığmış, Məlik də həmin zaman orada onların şəkillərini çəkmişdir. O, malları götürüb mağazasına qoyan zaman malları sellofandan açmamış, İlkanəyə demişdir ki, malın pulunu verirəm, bu söhbət artıq bağlansın, 1000 manata yaxın pul vermişdir. İlkanə də həmin zaman demişdir ki, “mən Məlikə nə pul verirəm, nə də ki, mal”. İlkan ə ilə Məlik bu barədə razılaşmamışlar deyə İlkanə 3-4 gün sonra gəlib onun mağazasından malları götürüb aparmışdır. İddiaçı şərdir, ona nə mal, nə də dükan qaytarmamışdır. O, malı iddiaçının xahişi ilə sayıb təhvil vermiş, sonra iddiaçı mağazada işləyib mağazanın işığına qədər vurmuş, Bakıya gedib mal vurub gətirmişdir. İddiaçının İlkanə ilə problemi olmuşdur, bu isə onun problemi deyil. O, 8000 manatı iddiaçının cibindən oğurlamamış, 8000 manatlıq mal və mağazanı ona vermişdir. O, İlkanəyə demişdir ki, hesab-kitabını et, mağazanı Məlikə ver, qalan borclarını da ödə, bazarda ayıbdır, gündə dava-dalaş olur. İlkanə mağazanı Məlikin özünə qaytaracağını deyib, mağazanı Məlikə təklif etmiş, lakin Məlik mağazanı götürməmişdir. Sonra İlkanə bir müddət o mağazada işləmiş, mağazanı başqasına verənd ə ondan 2000 manat almış və həmin pulu Məlikə verməmişdir. Normalda iddiaçı ilə İlkanənin bir yerdə işləməyi 1 il yarım çəkmiş, orada uşaqlar maraqlanmışdır ki, bunlar şərik olmuşlar. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hərbi hospitalda işləyir. Hospitala qolu qırılan, yaralı bir xəstə gətirmişlər, Məlik də hospitala gəlib, ona demişdir ki, “siz də nömrənizi verin, zəng edib xəstəni sizdən maraqlanaram”. 3-4 gün sonra Məlik onun şəhərdə icra hakimiyyəti tərəfdə olan ətriyyat mağazasına gəlmiş və onun anası ilə tanışlıq zamanı iş yoldaşı çıxmışlar, Məlik daha sonra qardaşını da tanımış, ona görə tezliklə onların ailəsində Məliklə münasibət yaranmışdır. Həmin vaxtlar o, ətriyyat mağazasını yerə qoyub “57” deyilən y erdəki bazarda özünə mağaza götürmək istəmiş, bu məqsədlə bazara gedib orada işləyən Mikayıl adlı şəxsə “əgər burada boş mağaza olsa, mənə xəbər edərsən” demiş, Mikayıl bir mağazanı ona göstərmiş, sonra o, tək həmin mağazaya getmiş, bu söhbətdən heç Məlikin xəbəri olmamışdır. O, Vüqarla danışıb malların siyahısını qara üzlü bir dəftərə özü yazaraq malları qardaşı, onun yoldaşı, mağazasında anasına kömək edən qızla sayıb Vüqardan təhvil götürmüşlər. Mağazada 5300 manatlıq mal olmuş, mağazanın təmirli vəziyyətinə görə isə 3000 manata razılığa gəlmiş, mağaza cəmi 8300 manat pul etmiş, o, Vüqarla 8300 manata razılaşmış, bundan sonra 10 gün mağaza bağlı qalmışdır. Sonra Məlik pulu verərkən həmin puldan da 300 manat çıxıldığına görə 8000 manat pul verilmişdir. O, öz mağazasının qapısına “kirayə verilir” lövhəsi asmış, Məlik bu barədə ondan soruşduqda, bazarda özünə yer tapdığını bildirmişdir. Onun mağazasını Üzeyir adlı şəxs götürmək istəmiş və ona demişdir ki, “ayın əvvəlinə qədər mağazanı götürəcəm”. O, anası ilə ətriyyat mağazasında olarkən Məlik oraya gəlmiş, həmin vaxt Vüqarla mağaza söhbəti ortaya çıxanda Məlik demişdir ki, “məndə pul var, mən sənə 8000 manat verə bilərəm, sən də pulunu həmin adamdan (Üzeyirdən) alandan sonra mənim pulumu qaytararsan”. O da Məliklə razılaşmışdır. Ayın sonu çatdığına görə, pulu verən günü Vüqar ona zəng etmişdir ki, “demişdiniz ayın əvvəlinə gözləyim, mən də gözlədim. Əgər siz mağazanı götürə bilməsəniz, bu ayın kirayə və vergisini mən ödəməli olacam, bu günə deyirlər mağazanı götürməlisiniz, mən saat 3-də bazardan gedəcəm”. O, özü işdən saa t 5-də çıxacağına görə Məlikə zəng vurmuşdur ki, “söz vermişdin ki, mağazanın pulunu mən verəcəm, əgər o pulu vermək fikrin qətidirsə, apar bazarda Vüqara ver, mağazanın da açarını al gətir. Mən də sonra sənin pulunu verəcəm” və Vüqarın nömrəsini Məlikə vermişdir. Məlik pulu Vüqara verən zaman ona zəng etməmiş, daha sonra o işdən gəlib görmüşdür ki, Məlik onun ətriyyat mağazasındadır. Məlik ona demişdir ki, “mağazanın pulunu da verdim, al, bu da mağazanın açarı, Allah xeyir versin”. Sonra o gedib mağazanı götürmüş və öz mağazasını da Üzeyir adlı şəxsə təhvil vermişdir. Həmin mağazanı o özü kirayəyə götürmüşdür. Məlikin bu məsələdə iştirakı o olmuşdur ki, mağazanı götürən zaman ona 8000 manat borc pul və mağazanın birinci ayının kirayəsini vermişdir. Məlik Vüqarın əli ilə onu vurmaq istəyir. Bu məsələdə Vüqarın heç bir günahı yoxdur. Mağazanı götürəndən sonra Məlik onun ətriyyat mağazasına gəlmiş, o bazarda götürdüyü mağazaya cavan uşaq paltarları vurub gətirmək üçün Bakıya getməkdən ötrü özünə bilet almağa getmək istədiyini bildirmiş, Məlik ona demişdir ki, “pulu ver mənə, mən də Bakıya gedəcəm, sənə də bilet alım”. O, Məliklə birlikdə gedib Bakıdan həmin mağazaya mal vurub gətirməmiş, Binə bazarında cəmi 1 saat bir yerə olmuşlar. Həmin vaxt o təxminən 3000 manatlıq mal almışdır. O, əlində olan bütün pulu paltara verib mağazaya vurmuş, Məlikə demişdir ki, “sən gözlə, mən bankdan pul götürüb sənə verəcəm”. Sonra o, bankdan 4500 manat pul götürmüş, bankın yanında Məlikə zəng etmişdir ki, “gəlin sizə əlimdə olan pulu verim, qalanını da sonra qaytaracam”. Həmin zaman o, Məlik ə 4300 manat pul vermiş, həmin puldan Məlik ona 20 manat qaytarmış və öz maşını ilə onu 57 bazarına aparmışdır. Bu məsələnin üstündən 1 ay keçməmiş Məlik gəlib ona demişdir ki, “Vasif Talıbovun oğlunun maşınını vurmuşam, mənə 800 manat pul lazımdır”. O da həmin zaman 800 manatı verəndə düşünmüşdür ki, olsun, borcundan gedir. Bundan 1 ay keçməmiş Məlik mağazaya gəlib ona demişdir ki, “mənim pulumun qalığını ver, mən başqa iş görəcəm”. Həmin zaman o, Məlikin yanında qızıl satan Orxan adlı şəxsə zəng vurub qızıllarını lombarda qoymaq istədiyini demişdir. Həmin vaxt şəhər polis şöbəsindən ona zəng vurub bildirilmişdir ki, “Məlik deyir, İlkanə mənə pul borcludur”. O, qardaşı ilə birlikdə şəhər şöbəsinə getmiş, şöbənin rəisinə demişdir ki, Məlikin 8000 manat borcundan 4280 manatını ona vermişdir, cəmi 3720 manat borcu qalır. Ona pulu ödəməsi üçün 2 gün vaxt verilmişdir. Səhəri günü o, anasının bir üzüyünü, uşaqların sırğasını öz qızılları il birlikdə aparıb lombarda verib, pulu alaraq şöbəyə getmiş, orada pulu Məlikə vermişdir. Məlikin mağazanın kirayəsinə verdiyi 550 manat pulu onun Məlikə verdiyi 800 manatdan çıxmasını istəmişdir. Sonra onu Respublika Prokurorluğundan və Daxili İşlər Nazirliyindən çağırmışlar, o da Məlikə borcunun olmadığını bildirmişdir. Qardaşı Məlikə zəng vurmuşdur ki, “pul söhbəti qurtarıb əl çək, əgər mağaza istəyirsənsə, mağazanın yanında başqa bir mağaza verirlər, gəl götür”. Hətta, həmin vaxt Məlikə təklif etmişlər ki, “istəyirsən, bu mağazanı gəl, sən götür”. Məlik bu təklifi də qəbul etməmişdir. O, Məlikə 8800 manat pul qaytarmışdır, başa düşmür ki, p ulunu aldığı halda, Məlik niyə iddia qaldırıb? Məlik onu o həddə gətirmişdir ki, o bu məsələyə görə, sirkə belə içmək istəmişdir. Məlik ona “gəl birlikdə iş görək” deyə bir təklif etməmiş, mağazanı o özü gedib danışıb götürmüşdür. Məlikin mağazanı birlikdə işlətmələri barədə verdiyi ifadə yalandır. Onun mağazada satıcı işləməyi, əldə olunan qazancı 50/50-yə bölmək barədə Məlikin verdiyi izahat düzgün deyil. Bazarda götürdüyü mağazaya Məlik cəmi iki dəfə gəlmiş, bir dəfə də yoldaşı ilə gəlib kostyum alıb getmişdir. O həmin mağazanı 1 ildən çox işlətmiş, Məlik heç vaxt gəlib ondan qazanc istəməmiş, mağazanın yer və kirayə haqqını da özü vermişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apellyasiya baxışında verilmiş 2025-ci il 27 may tarixli sorğuya "xxxx" MMC-nin 2025-ci il 3 iyun tarixli, 10 nömrəli cavab məktubundan məlum olur ki, "xxxx" MMC-də yerləşən bütün mağazalar şirkətə aiddir, həmin mağazalar girov müqaviləsi ilə fiziki şəxslərə icarəyə verilir. “B” bloku 123 saylı mağaza 2013-cü il 6 dekabr tarixdən X3 girov müqaviləsinə əsasən icarəyə verilmişdir və hazırda da həmin şəxsin icarəsindədir. Sorğuda göstərilən tarixlərdə (2022-ci ilin noyabr-dekabr, 2023-cü ilin yanvar, fevral, mart aylarında və 2024-cü ilin yanvar ayınadək) “bazar pulu” icarəçinin adına Şahid1 tərəfindən ödənilmişdir. İddiaçı və Şahid1 ilə "xxxx" MMC arasında heç bir icarə müqaviləsi olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 14.2-14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilkdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllə də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdi m olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyinə görə “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Mülki Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və i ddianın təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, iddiaçı və cavabdehin izahatları, şahid ifadələri üzrə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı mübahisə şi fahi alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçıya satılmış ünvan 1 ünvanında "xxxx" MMC-də yerləşən “B” bloku, 123 saylı mağazada olmuş qadın geyim paltarları, aksesuarlar (vitrin, asılqan, maneken və s.) kimi əşyaların və mağazanın təmir xərcinin müqabilində iddiaçının cavabdehə ödəmiş olduğu və tələb etdiyi 8000 manat ilə bağlıdır. İddiaçı və cavabdeh azad surətdə, hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla şifahi alqısatqı müqaviləsi bağlamış, bu müqavilə mübahisələndirilməmiş, onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir. İşin materiallarından aşıq-aşkar məlum olur ki, Şahid1, iddiaçı və cavabdeh "xxxx" MMC -də yerləşən “B” bloku, 123 saylı mağazada olmuş qadın geyim paltarları, aksesuarlar (vitrin, asılqan, maneken və s.) və mağazanın təmir xərcinin əvəzinin alqısatqısı ilə bağlı sövdələşmiş, iddiaçının razılığı ilə qeyd olunan geyim paltarları və əşyalar şəxsən Şahid1 tərəfindən sayılıb, qiymətləri qeyd edilməklə siyahıya alınmış, məhz iddiaçının göstərişi ilə qeyd olunan geyim paltarları və əşyalar cavabdeh tərəfindən Şahid1 təhvil verilmiş və sonuncu tərəfindən təhvil alınmışdır. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etmişdir, yəni konkret olaraq hazırkı mübahisənin hüquqi əsasını kirayə (icarə) müqaviləsi deyil, alqısatqı müqaviləsi təşkil edir. Kollegiya müqavilə tərəflərin in müqavilə bağlananadək mövcud münasibətlərini (danışıqlarının məzmunu), şifahi bağlanmış müqavilə üzrə tərəflərin öz öhdəliklərinin icrasına başlamasını və bazarda olan işgüzar münasibətləri də nəzərə alır. Bununla bağlı kollegiya əlavə olaraq qeyd edir ki, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bununla bərabər, alıcı satıcıdan satın aldığı əmlak üzərində mülkiyyət, yəni mütləq əşya hüququ qazanır. Bu müqavilə əsasında yaranan öhdəlik maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir. Alqı-satqı müqaviləsinə Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, bu müqavilə həmin m üqavilədə iştirak edən tərəflərin yalnız razılıq əldə etdikləri andan onlar üçün mülki hüquq və vəzifələr yaradır. Bu müqavilənin bağlanmış hesab edilməsi üçün kifayətdir ki, onun bütün mühüm və zəruri şərtləri barədə tərəflər razılığa gəlsinlər. Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur, o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini öğdəməyə borcludur. Bununla bərabər, alıcı satıcıdan əşyanın ona verilməsini tələb etmək ixtiyarına malikdir. Alqı-satqı müqaviləsində iştirak edən tərəflər satıcı və alıcıdır. Mülki Məcəllədə bu müqavilənin predmeti kimi satş anında mövcud olan əşya anl ayışından istifadə edilir. Satılan əşyanın qiyməti, yəni alıcının əşyanın əvəzində satıcıya verdiyi müəyyən pul məbləği alqı-satqı müqaviləsinin qiymətini ifadə edir və qiymət tərəflərin razılığı ilə müəyyən edilir. Öhdəliyin icra edilməsi, yəni tərəflərin öz vəzifələrini həyata keçirmələri vaxtı alqı-satqı müqaviləsində müddət anlayışının mahiyyətini bildirir, müddət də tərəflərin razılığı ilə müəyyən edilir. Alqı-satqı müqaviləsi üç formada bağlanılır: şifahi, sadə yazılı və notarial. Müqavilənin hansı formada bağlanması müqavilənin predmetindən, sübyekt tərkibindən və qiymətindən asılı deyildir. Həmin müqavilənin hansı formada bağlanması iki məsələdən asılı olaraq həll edilir: tərəflərin qarşılıqlı razılığından, qanunda ifadə edilən göstərişdən. Tərəflərin razılığı ilə alqı-satqı müqavi ləsi həm şifahi formada, həm də sadə yazılı və ya notarial formada bağlana bilər. Belə ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. (Mülki Məcəllənin 329.2, 329.3 və 406.1-ci maddələri). Mülki qanunvericilik daşınmaz və rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqısı haqqında müqavilələr istisna olmaqla, digər əşyaların alqısatqısının şifahi formada bağlanmasını qadağan etmir. İş materiallarından isə məlum olur ki, hazırkı mübahisə üzrə tərəflər azad iradə ifadə si əsasında "xxxx" MMC-də yerləşən “B” bloku, 123 saylı mağazada olmuş qadın geyim paltarları, aksesuarlar (vitrin, asılqan, maneken və s.) kimi əşyaların və mağazanın təmir xərcinin əvəzinin alqı-satqı müqaviləsini bağlamış və bu müqavilənin məzmununu müəyyənləşdirmişlər. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilkdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (Mülki Məcəllənin 14.214.2.1-ci maddələri). Mülki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Hazırkı m übahisə üzrə müqavilənin tərəfləri satıcı cavabdeh, alıcı isə iddiaçıdır. Müqavilənin predmeti qadın geyim paltarları, aksesuarlar (vitrin, asılqan, maneken və s.) kimi əşyalar və mağazanın təmir xərcidir. Müqavilənin qiymətini qeyd olunan alqı-satqının predmetinə görə iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul məbləği - 8000 manat təşkil edir. Müqavilənin müddəti tərəflərin iradəsinə görə müqavilə predmetinin alıcıya verilməsindən onun qiymətinin ödənilməsinədək olan dövrü əhatə edir. Müqavilənin məzmunu isə tərəflərin hüquq və vəzifələrində ifadə olunur. Kollegiya apellyasiya şikayətinin “iddiaçının iddia tələbinin əsası olaraq məhkəməyə təqdim etdiyi sübutların, eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilən halların düzgün qiymətləndirilməməsi, iddia ərizəsində tələbinin əsası olar aq göstərdiyi faktiki halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapması, belə ki, iddia ərizəsində tələbinin əsası kimi “Cahan” ticarət mərkəzində cavabdehdən kirayə dükan götürmək üçün ona 5000 manat dükanın içərisində olan malın pulu və 3000 manat dükanın içərisində olan aksesuarların- vitrin, asılqan, maneken kimi əşyaların pulunun cavabdehə ödənilməsinin qeyd olunması, həmin faktları cavabdehin də təsdiq etməsi” dəlillərinə münasibətdə qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının vəkilinin vəsatəti ilə “cavabdeh tərəfindən malların bir qisminin təhvil alınmasını əks etdirən fotoşəkillər (2) və malların çeşidi və qiymətinə dair qaimələr” (İ cild, i/v. 95, 105-107) təqdim olunmuş, iddiaçı həmin fotoşəkli sübut kimi göstərməklə malların bir qisminin cav abdehə geri qaytarıldığını bildirsə də, cavabdeh mal təhvil almadığını, malların Şahid1 tərəfindən geri götürüldüyünü bildirmiş və bu hal Şahid1 ifadəsi ilə təsdiq edilmişdir. Bununla bağlı apellyasiya baxışında müəyyən edilmişdir ki, iddiaçı Naxçıvan Şəhər Polis İdarəsinə şikayət etdikdən sonra iddiaçı, cavabdeh və Şahid1 mağazaya getmiş, İlkanə malları saymış, cavabdeh malları 3-4 ədəd sellofan torbaya yığmış, Məlik isə onların şəkillərini çəkmişdir. Cavabdeh malları götürüb həmin torbaları açmadan öz mağazasına qoymuş, İlkanə ilə Məlik bu barədə razılaşmadıqlarına görə İlkanə 3-4 gün sonra gedi onun mağazasından malları götürüb aparmışdır. İş materiallarında olan 7592 nömrəli, xx.xx.2022-ci il tarixli məxaric qaiməsinin isə hazırkı işlə heç bir əlaqəsi yoxdur, ona görə ki, tərəflərin iz ahatları ilə mağazanın 2022-ci il 27 noyabrda təhvil-təsliminin həyata keçirildiyi müəyyən edildiyi halda, həmin qaimənin tarixi göründüyü kimi 25 gün əvvələ aiddir. Şikayətdə qeyd olunan 8000 manatın qeyd olunan məqsədlə iddiaçı tərəfindən cavabdehə verilməsi isə işin mübahisə olunmayan halıdır. Məhkəmə kollegiyası şikayətin “iddia ərizəsində iddiaçının həmin dükandan və onun içərisində olan mallardan istifadə etməməsinin göstərilməsi, həmin malların satışından ona hər hansı məbləğdə pulun verilməməsi, buna səbəb olaraq isə dükanın kirayə müqaviləsinin cavabdeh tərəfindən ona təqdim edilməməsinin olması, cavabdehin dükanı icarə müqaviləsi əsasında deyil, şifahi razılaşma əsasında verməsi, icarə müqaviləsi bağlamaq üçün səlahiyyətinin olmadığını bildirməsi, belə olan halda məhkəmə tərəfind ən cavabdehin bu qanunsuz hərəkətlərinə, yəni müvafiq dükanla bağlı icarə müqaviləsi bağlaya bilməyəcəyi halda iddiaçıdan pul alıb ona həmin dükandan istifadə imkanı yarada bilmədiyinə görə zərər vurmasının nəzərə alınmalı olması, cavabdehin mağaza üzərində hər hansı sərəncam vermə hüququ olmadığını, eləcə də mağazanın içərisində olan malları ona verə bilməyəcəyini bildiyi halda, bunların müqabilində ondan 8000 manat pul alaraq ona həmin məbləğdə zərər vurması təsdiq olunsa da, bu kimi faktlara hüquqi qiymət verilməməsi” dəlilləri ilə bağlı bildirir ki, iddiaçının mağazadan və onun içərisində olan mallardan istifadə etməməsi, həmin malların satışından ona hər hansı məbləğdə pulun verilməməsi iddiaçı ilə Şahid1 arasında olan mübahisəyə aid məsələdir. Yuxarıda qeyd olunduğu kimi hazırkı müba hisənin qanuni əsasını şifahi bağlanmış alqı-satqı müqaviləsi təşkil edir. İcarə müqaviləsi ilə bağlı iddiaçının göstərdiyi dəlilləri sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə icarə müqaviləsinin bağlanmasının cavabdehə təklif olunmasını və ya bu müqavilənin bağlanmasına cəhd göstərilməsini təsdiq edən hər hansı bir sübut (məs., icarə müqaviləsinin layihəsi və s.) təqdim olunmadığından və həmin faktın təsdiqi müəyyən edilmədiyindən iddiaçının həmin tələb və dəlili əsaslı hesab olunmur. İddiaçının izahatı isə birtərəfli qaydada onun mülahizələrini ifadə etdiyindən mötəbər sübut kimi qəbul edilmir. Qeyd olunan, iddiaçının kirayə (icarə) müqaviləsi barədə dəlilləri ilə bağlı kollegiya əlavə olaraq aşağıdakıları qeyd edir: Birinci instansiya mə hkəməsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, “Məlik Vüqara müqavilə bağlamaq barədə müraciət edə bilər, amma o bu barədə eşitməmişdir. Bazarda dükanı icarəyə götürəndə içərisindəki mal da alınır. Bazarda heç kimin müqaviləsi yoxdur, təsadüfən öz yeri olanın müdiriyyətlə müqaviləsi ola bilər. Şəxsən o özü 11 ildir bazarda işləyir, heç bir müqaviləsi yoxdur” (İ cild, i/v. 185-186). Apellyasiya baxışında Şahid1 ifadəsində mağazanı iddiaçının deyil, məhz özünün kirayəyə götürdüyünü vurğulamaqla, iddiaçının göstərdiklərini inkar etmişdir. Cavabdeh isə izahatında “iddiaçı ilə aralarında heç bir müqavilə bağlanmadığını, iddiaçının İlkanədən pulunu ala bilməyəcəyini gördükdə, bir ildən sonra müqavilə söhbətini ortaya atdığını, özünün iddiaçıya “əgər müqavilə söhbəti olsa, səndən əvvəl o müqaviləni mənə verərlər” dediyini göstərmişdir. Həmçinin iddiaçının Naxçıvan Şəhər Polis İdarəsinə 2024-cü il 8 yanvar tarixdə etdiyi şikayəti əsasında dindirilərkən verdiyi izahatda (İ cıld, i/v. 112) cavabdehə 8000 manat pulu verdiyi vaxt ona müqavilənin nə vaxt bağlanacağını dediyini, cavabdehin isə “narahat olma mağazanın sahibi ilə danışıb deyəcəyini” bildirdiyini göstərməsi, iddiaçının əvvəldən mübahisə olunan mağazanın sahibinin cavabdeh deyil, başqası olduğunu və cavabdehin onunla kirayə (icarə) müqaviləsi bağlamaq hüququnun olmamasını bildiyini ehtiva edir. "xxxx" MMC-nin 2025-ci il 3 iyun tarixli, 10 nömrəli məktubundan isə məlum olur ki, həmin MMC-də yerləşən bütün mağazalar şirkətə aid olmaqla girov müqaviləsi ilə fiziki şəxslərə icarəyə verilir. “B” bloku 123 saylı m ağaza 2013-cü il 6 dekabr tarixdən X3 girov müqaviləsinə əsasən icarəyə verilmişdir və hazırda da həmin şəxsin icarəsindədir. Kollegiya hazırkı mübahisə üzrə iddiaçıya qarşı cavabdeh tərəfindən mülki hüquq pozuntusunun törədilməsinin (Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri) işdə olan sübutlarla öz təsdiqini tapmadığı ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əlavə şərhə ehtiyac olmadan və təkrarlığa yol verilmədən düzgün hesab etməklə həmin nəticə ilə razılaşır (İ cild, iş v. 196). Apellyasiya şikayətinin “məhkəmə qətnaməsində iddiaçının cavabdehə verdiyi 8000 manatın hansı formada ona qaytarılmasının əsaslandırılmaması, məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 iddiaçının cavabdehə verdiyi 8000 manatı iddiaçıya qaytardığını bildirməsi, lakin bunu hər ha nsı faktla təsdiqləyə bilməməsi” dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, yuxarıda göstərildiyi kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən həmin müqavilənin predmeti iddiaçıya təhvil verilmiş, iddiaçı isə müqvilənin predmetini qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini - 8000 manatı ona ödəmişdir. Həmin vaxtdan məhkəmədə iddia qaldırılana qədər 1 il 10 aydan artıq vaxt keçmiş, iddiaçı izahatında “2022-ci ilin dekabr ayının 1-də Bakıdan qayıtdıqları günün səhərisi paltarları vitrinə yerləşdirən zaman İlkanənin ona “sənin Vüqarla işin yoxdur, mən özüm sənin pulunu verəcəm” dediyini və onunla razılaşdığını, cavabdeh isə izahatında “ona nə mal, nə də dükan qaytarılmadığını” göstərmişlər. Mülki-Prosessual Məcəllənin 76.2 -ci maddəsinə müvafiq olaraq şahid ifadələri və işdə iştirak edən şəxslərin izahatları sübutetmə vasitələridir. Şahid dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edilir (MülkiProsessual Məcəllənin 194.1-ci maddəsi). Şahid qismində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsində və apellyasiya baxışında verdiyi ifadələrində “mağazanı özünün kirayəyə götürdüyünü, Məlikin bu məsələdə iştirakının mağazanı cavabdehdən götürən zaman ona 8000 manat borc pul və mağazanın birinci ayının kirayəsi olan 550 manatı verməsi olduğunu” göstərmişdir. Hazırkı mübahisə ilə bağlı Şahid1 isə cavabdeh, yəni iddia tələbinin yönəldiyi şəxs deyi və sübutların onun tərəfindən təqdim olunmasının tələb edilməsi yolverilməzdir. Çünki Mülki-Prosessual Məcəllənin 77.1- ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə isə “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Birinci instansiya məhkəməsində iddiaçı iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır (İ cild, i/v. 85-86). Mülki-Prosessual Məcəllənin 54.2-ci maddəsinin məzmununa görə, iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda icraat verilmiş iddia üzrə davam etdirilir və məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Araşdırma nəticəsində cavabdehin mübahisə edilən hüquq münasibəti üzrə borclu şəxs olmadığı aydın olduqda məhkəmə iddia tələblərinin təmin edilməməsi haqqında yekun məhkəmə aktı çıxarır. Şikayətin “məh kəmə araşdırması zamanı müvafiq mağazanın, eləcə də həmin mağazada 5000 manat qiymətləndirilən malların ona təqdim edilməsini cavabdehin təsdiq edə bilməməsi” dəlili ilə əlaqədar kollegiya bildirir ki, apellyasiya baxışında iddiaçı öz izahatında “mağazanı və onun içərisində olan malları onun razılığı və İlkanəyə “malları get təhvil götür” göstərişi ilə İlkanənin Vüqarla danışıb təhvil almasını, bir neçə gün sonra özünün mağazaya getdiyini, mağazanın içində mallar olduğunu və vitrində qadın paltarlarının asıldığını gördüyünü, 8000 manatı cavabdehə verdiyini, cavabdehin isə mağazanın açarını (pultunu) ona verdikdən sonra özünün mağazanı bağlayıb getdiyini” göstərmiş və qeyd olunanlar cavabdeh və şahidlər tərəfindən də təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçı (alıcı) müqavilənin predmetini cavabdehdən (satıcıdan) təhvil almış və onun qiymətini ödəmişdir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması”nı tənzimləyən “Əlavə 2”-nin 6 və 7-ci hissələrində “Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edilmişdir ki, “Bu hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir”. Lakin apellyator tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 21.1, 21.2, 135.1, 135.2, 390.1, 1096.1 və 1097.1-ci prosessual hü quq normalarının düzgün tətbiq edilməməsində isə Mülki-Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 80 və 88-ci maddələrinə istinad olunsa da, düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir. Ona görə də kollegiya tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmır. Kollegiya apellyasiya şikayətində göstərilən digər dəlilləri şərh olunanlara əsasən iddiaçının subyektiv mülahizələri kimi qiymətləndirməklə qətnamənin ləğv olunması üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nət icəyə gəlmişdir. e-2-2(123)-15/2025 nömrəli, 2025-ci il 30 yanvar tarixli qətnamə qanuni, əsaslı və ədalətlidir. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, e-2-2(123)-15/2025 nömrəli, 2025-ci il 30 yanvar tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, həmin qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 112.1-112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir. Ona görə də hazırkı kommersiya mübahisəsinə dair iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə bu qətnamədən kassasiya şikayəti verilə bil məz. Nəticə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365, 382, 384.0-384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-15/2025 nömrəli, 2025-ci il 30 yanvar tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar