Məhkəmə qərarları › İş №2-2(108)-30/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(108)-30/2024

28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-30/2024 28.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X4 (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X1 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-634/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı QSC BOKT 2 dekabr 2024-cü il tarixdə elektron q aydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edərək iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılaraq cavabdehlər X8 və Cavabdeh1 müştərək qaydada 2913,0 manat əsas borc, 945,5 manat faiz borcu olmaqla, cəmi 3858,5 manat borcun və ödənilmiş 58,58 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (sədrlik edən Qabil Məmmədov) e-2-2(123)-634/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı qeyd olunan iddia tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edildikdə pretenziya bildirişinin (xəbərdarlıq məktubunun), iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Sistemində (bundan sonra AVİS) yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, iddiaçı tərəfindən pretenziyanın və iddia ərizəsinin Cavabdeh1, həmçinin pretenziyanın cavabdeh X6 göndərilməsi kimi xəbərnamələr iş materiallarına əlavə edilsə də, məhkəmə bunu cavabdehlərə çatdırılma hesab etmir. Çünki pretenziya və iddia ərizəsi cavabdehin AVİS-də yaradılm ış elektron kabinetinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyatda olduğundan AVİS-də yaradılmış elektron kabineti mövcuddur... Məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı, iddiaçı tərəfindən ödənilmiş 58.58 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 150.1, 150.1.4 və 150.1.6, 150.2, 152.1, 152.1.4, 152.1.6, 152.2, 152.3, 152.4 və 284-3.5-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 4.1-ci maddələrinə istinad etmişdir. Həmin qərardadın ləğv olunması barədə iddiaçı tərəfindən 5 dekabr 2024-cü il tarixdə verilmiş şikayətə 6 dekabr 2024-cü il tarixdə baxılaraq təmin edilməmiş və MülkiProsessual Məcəllənin 269.3-cü maddəsinin tələblərinə əsasən işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri İddiaçı şikayətində xx.xx.2024-cü il tarixli e-2-2(123)-634/2024 nömrəli qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün X7 Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilməsinə dair müvafiq qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət aşağıdakı qaydada əsaslandırılmışdır. “Qərardadda göstərilir ki, iddiaçı tərəfindən preten ziyanın və iddia ərizəsinin cavabdehlər X8 və Cavabdeh1 göndərilməsi kimi xəbərnamələr iş materiallarına əlavə edilsə də, məhkəmə bunu cavabdehlərə çatdırılma hesab etmir. Çünki pretenziya və iddia ərizəsi cavabdehin AVİS-də yaradılmış elektron kabinetinə göndərilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyatda olduğundan AVİSdə yaradılmış elektron kabineti mövcuddur. Hesab edirlər ki, xx.xx.2024-cü il tarixli e-2-2(123)-634/2024 nömrəli qərardad əsassızdır, ləğv olunmalıdır. Şikayətin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 17.1-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə tərəfindən əsassız olaraq geri qaytarılması səhmlərinin 100%-i dövlətə məxsus olan iddiaçının məhkəmə müdafiə hüququnun pozulmasına gətirib çıxarmışdır ki, bu yolverilməzdir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində isə Mülki-Prosessual Məcəllənin 150.1.4-cü və 150.2-ci maddələrinə istinad edilərək göstərilmişdir ki, qeyd olunan Məcəllənin 284-3.5.-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hesab edirlər ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilərkən qeyd edilən normanın tələblərinə riayət edilmiş, hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdə həm iddia ərizəsinin, həm də pretenziyanın cavabdehlər tərəfindən alınmasına dair sübutlar mövcuddur və həmin sənədlər iddia ərizəsinə əlavə olunaraq elektron məhkəmə portalında yerləşdirilmişdir. Məhkəmə qərardadda qeyd edir ki, Cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyatdadır. İddiaçı tərəfindən Cavabdeh1 ilə bağlı AVİS-də axtarış verilmiş, lakin həmin şəxs vergi ödəyicisi kimi müəyyən edilməmişdir”. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Maddə 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fizi ki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Mülki-Prosessual Məcəllə; Maddə 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 1 50.1 və 150.1.4. Bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Maddə 150.1 və 150.1.6. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin "Elektron məhkəmə” informasiya sistemində yarad ılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Maddə 151.1. İddia ərizəsi bu Məcə llənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1 və 152.1.4. Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1 və 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə

365. A pellyasiya icraatına apellyasiya instansiyası məhkəməsində icraat fəslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1-385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398.0. və 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə

399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya məhkəməsinin hüquqi mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası şikayətin dəlillərini kommersiya mübahisəsi üzrə hazırkı işin materialları və “Elektron məhkəmə” informasiya sistemindən müvafiq məlumatlar üzrə çıxarışlar ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasında “pr etenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin MülkiProsessual Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cavabdehlərin AVİS-də yaradılmış elektron kabinetlərinə göndərilməsi və alınmasını təsdiq edən müvafiq sənədlərin iddia ərizəsinə əlavə olunmamasına, eləcə də Cavabdeh1 vergi ödəyicisi kimi AVİS-də elektron kabinetinin mövcud olmasına” əsaslanmış, Mülki-Prosessual Məcəllənin 150.1, 150.1.4, 150.1.6, 152.1.4, 152.1.6 və 284-3.5-ci maddələrinə istinad etmişdir (qeyd olunan maddələrin mətni qərardadın “tətbiq edilən hüquq” hissəsində göstərilmişdir). İddiaçı isə şikayətində “iddia ərizəsi və pretenziyanın cavabdehlər tərəfindən alınmasına dair sənədlərin iddia ərizəsinə əlavə olunaraq “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsinə, həmçinin iddiaçı tərəf indən Cavabdeh1 ilə bağlı AVİS-də axtarış verildiyi, lakin onun vergi ödəyicisi kimi müəyyən edilmədiyinə” əsaslanmışdır. “Elektron məhkəmə” informasiya sistemi üzrə Azadə Məhərrəmovaya aid vergi məlumatları barədə çıxarışdan məlum olur ki, o, xx.xx.2023-cü il tarixdə verilmiş VÖEN (**********) statusu üzrə fəaliyyətini müvəqqəti dayandırmışdır. İddia ərizəsinə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən (iş v.9) görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx.xx.1976-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan şəhəri, N.Naxçıvani, döngə 4, ev 10-da yaşayan Cavabdeh1 Naxçıvan ŞPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilərkən onun soyadı “Cəfərova” olmuş, 02/23-KKK-01 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi (iş v.13-14) bağlanarkən müvafiq şəxsi məluma tlar göstərilən şəxsiyyət vəsiqəsi əsasında qeyd olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemi üzrə Cavabdeh1 sənəd məlumatları barədə çıxarışdan bəlli olur ki, ona xx.xx.2023-cü il tarixdə AA5371931 nömrəli şəxsiyyət vəsiqəsi verilərkən soyadı əri X3 ilə “Fərəcova” qeyd edilmişdir. Vergi məlumatlarına dair çıxarışdan isə görünür ki, X11 xx.xx.2024-cü il tarixdə VÖEN (**********) verilmişdir və həmin VÖEN statusu aktivdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə müqavilədə göstərilən rekvizit və ünvanlar dəyişdirildikdə tərəflər bir-birini dərhal xəbərdar etməlidirlər. Cavabdeh tərəf isə Cavabdeh1 soyadını “Fərəcova”ya dəyişdirməsi barədə iddiaçıya məlumat verməmişdir. Yəni hazırkı iş üzrə hərfi mənada yanaşdıqda “Cavabdeh1” və “X13” ayrı-ayrı fiziki şəxslər kimi görünsələr də, həqiqi mənada sadəcə qanunvericiliyə uyğun olaraq soyadını dəyişdirmiş eyni fiziki şəxsdir. Lakin iddiaçı zaminlik müqaviləsini Şəkər Fərəcova ilə deyil, Cavabdeh1 ilə bağlamış, sonuncunun soyadını dəyişdirməsindən xəbərdar olmamış, ona görə də iddia tələbini sonuncuya yönəltmişdir. Qeyd olunanlar baxımından iddiaçı X10 AVİS-də yaradılmış elektron kabinetinin məhz əvvəlcə “Cəfərova” soyadını daşımış eyni fiziki şəxsə aid olmasından məlumatlı olmamış, buna görə də pretenziya, iddia ərizəsi və ona əlavə edilən sənədlər həmin şəxsin elektron kabinetinə göndərilməmişdir. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır (Mülki Məcəllənin 26.1, 26.2 və 26.4cü maddələri). Göstərilənlərdən məlum olur ki, iddiaçı tərəfindən pretenziya, iddia ərizəsi və ona əlavə edilən sənədlərin Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə görə Azadə Məhərrəmovaya göndərilməsi və çatdırılması onun “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməməsi (elektron kabinetə malik olmaması), AVİS-də yaradılmış elektron kabinetinin olmaması səbəblərindən qeyri-mümkün olduğu na görə, Cəfərova (Fərəcova) Şəkər Cəfər qızına isə göstərilən hallar nəzərə alınmaqla, onun AVİS-də yaradılımış elektron kabinetinin eyni şəxsə aid olmasından iddiaçının xəbərdar olmamasına görə Mülki-Prosessual Məcəllənin 135.1-ci maddəsinə müvafiq olaraq “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmışdır. Belə ki, iş materiallarında olan; xx.xx.2024-cü il tarixli, 537-538 nömrəli bildiriş (pretenziya) və xəbərnamələrdən (iş v. 15-17) görünür ki, iddiaçı tərəfindən həmin bildirişlər (pretenziyalar) sifarişli poçt göndərişi ilə cavabdehlərin yaşadıqları ünvanlara göndərilmiş və rəsmi qaydada xx.xx.2024-cü il tarixdə Cavabdeh1(Fərəcovaya), xx.xx.2024-cü il tarixdə isə Azadə Məhərrəmovaya verilmişdir. xx.xx.2024-cü il tarixli iddia ərizəsi və ona əlavə edilən sənədlər isə eyni qaydada cavabdehlərə göndərilərək xx.xx.2024-cü il tarixdə Cavabdeh1 (Fərəcovaya), xx.xx.2024cü il tarixdə isə Azadə Məhərrəmovaya rəsmi olaraq çatdırılmışdır (iş v. 5-8, 25). Bütün bunlar iddia ərizəsində göstərilən pul məbləğini iddiaçının cavabdehlərdən tələb etməsindən sonuncuların xəbərdar olmasını təsdiq edir. Şərh olunanlardan göründüyü kimi iddiaçının şikayətdə göstərdiyi dəlillər əsaslıdır və hazırkı kommersiya mübahisəsi üzrə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildiyindən onun məhkəmə icraatı mümkündür. Lakin iş üzrə ikinci cavabdehin Cavabdeh1 deyil, X13 olması nəzərə alınmalı, iddiaçı tərəfindən ayrıca ərizədə iddia tələbinin cavabdeh X11 yönəldiyinin göstərilməsi məqsədəmüvafiqdir. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iş üzrə e-2-2(123)-634/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli və Mülki-Prosessual Məcəllənin 385.1-385.1.1 və 387.1-ci maddələrinin tələblərinə əsasən qərardad tam ləğv edilməklə iş birinci instansiya məhkəməsinə göndərilməli, MülkiProsessual Məcəllənin 152.3-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 365, 397.2, 398.0 və 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Tə şkilatının şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-634/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qərardadı tam ləğv edilsin və kommersiya mübahisəsinə dair iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar