Məhkəmə qərarları › İş №2-2(108)-46/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(108)-46/2025

12.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-46/2025 12.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh X2 qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-22(123)-273/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı və səlahiyyətli nümayəndəsi Nümayəndə 21 iyun 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh X1 5580.02 (beş min beş yüz səksən manat iki qəpik) manat və ödənilmiş 76 (yetmiş altı) məbləğində dövlət rüsumunun tutulub İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(123)-273/2025-011 nömrəli qərardadı ilə iddiaçı məhkəmə müraciət edən zaman pretenziya qaydasına əməl etməsini, iddia ərizəsi və ona əlavə olnmuş sənədlərin surətinin cavabdehə göndərilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmədiyindən İddiaçı cavabdeh X2 qarşı pul tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə 07 iyul 2025-ci il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsin in xx.xx.2025-ci il tarixli, 2-2(123)-273/2025 nömrəli qərardadının ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(123)-273/2025-014 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(123)-273/2025 saylı qərardadından İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayət verilən zaman prosessual müddət ötürüldüyündən və şikayət qanunvericiliklə müəyyən olunmuş formada tərtib edilmədiyindən geri qaytarılması qərara alınmışdır. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə təkrar 17 iyul 2025-ci il tarixdə elektron qaydada şikayətlə birinci instansiya məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(123)273/2025 nömrəli qərardadının ləğv olunaraq, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(123)-273/2025 nömrəli qərardadından verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e2-2(123)-273/2025 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iy ul 2025-ci il tarixli, e-2-2(123)-273/2025-014 nömrəli qərardadından İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayət təmin edilməmiş və İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə şikayəti prosessual müddət daxilində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-273/2025 nömrəli işi ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən 17 iyul 2025-ci il tarixdə verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı o lduğunu bildirmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddia ərizəsi məhkəməyə göndərilməzdən əvvəl mülki prosessual qanunvericiliyin və kargüzarlıq qaydalarına riayət olunaraq e-taxes portalı vasitəsilə cavabdehə həm pretenziya məktubu göndərilmiş, həm də iddia ərizəsinin surəti göndərilmişdir. Hər iki ərizənin surəti də elektron məhkəmə sisteminə əlavə edilmişdir. Habelə iddia ərizəsi elektron məhkəmə sisteminə yerləşdirilərkən cavabdehin VÖEN-i və digər məlumatları da elektron kabinetə əlavə edilmişdir. Bu səbəbdən də çıxarılmış qərardadı tamamilə əsasssız və qanunsuz hesab edirlər. Bütün tələblərə riayət olunduğu halda, iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan verilmiş şikayətləri isə geri qaytarılmışdır. Şikayətin geri qaytarılma səbəbi kimi prosessual müddətin ötürülməsi gös tərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, qərardad xx.xx.2025-ci il tarixdə çıxarılsa da, xx.xx.2025-ci il, 26 iyun-30 iyun 2025-ci il tarixlər, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlər qeyri-iş günləri olduğundan və hazırda istifadə olunan asan imza müəssisənin istifadəsində olduğundan çıxarılmış qərardaddan xəbərləri olmamışdır. Bu səbəblə də hesab edirlər ki, ötürülmüş müddət üzrlü hesab olunmalı və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(123)-273/2025 nömrəli qərardadından verilmiş şikayətə baxılmalıdır. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə istinad olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla İddiaçınə və iddiaçının nümayəndəsi Nümayəndə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəf sübut və ya izahatların ı məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya İddiaçı nümayəndəsi Nümayəndə şikayətində göstərdiyi dəlilləri işin materialları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. İş materialları araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı və səlahiyyətli nümayəndəsi Nümayəndə 21 iyun 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mə hkəmənin 21 iyun 2025-ci il tarixli, e-2-2(123)-273/2025-011 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və məhkəmənin qeyd edilən qərardadı iddiaçı və nümayəndəsinə elektron kabinet vasitəsilə 21 iyun 2025-ci il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Kollegiya onu da qeyd etməyi zəruri hes ab edir ki, iddiaçının nümayəndəsinin şikayətində qeyd etdiyi qərardadın 22 iyun 2025-ci il tarixdə elektron kabinetə yüklənməsinə baxmayaraq qeyri iş günləri olduğundan çıxarılmış qərardaddan xəbərlərinin olmaması dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Buna görə də iddiaçı tərəfə elektron kabinet vasitəsilə çatdırılmış məhkəmənin 21 iyun 2025-ci il tarixli qərardadı həmin vaxtdan çatdırılmış hesab olunur və müddət axımı həmin vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Buna baxmayaraq iddiaçı və nümayəndəsi qanunla müəyyən olunmuş şikayət müddətini üzrsüz buraxaraq 07 iyul 2025-ci il tarixdə şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Kollegiya qeyd edir ki, müddət institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətləri subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıy ır. Belə ki, hüquqların məcburi müdafiəsi üçün müddət məhdudiyyətlərinin olması tərəflərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının qarşısını alır və eyni zamanda onları öz hüquqlarının vaxtında həyata keçirilməsinə və müdafiəsinə məcbur edir. Avropa İnsan Hüquqları Məhkəməsi anoloji işlərdə eyni hüquqi mövqedən çıxış edərək “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə” 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzrə tərəflər bu qaydaların tətbiq edil məsini nəzərə almalıdırlar”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqınd akı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. İddiaçı və nümayəndəsi Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(123)-273/2025-011 nömrəli qərardadından 07 iyul 2025-ci il tarixdə şikayətlə müraciət edən zaman öncə prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etməli idi, lakin iş materiallarında həmin tarix üçün belə bir ərizənin mövcudluğu müəyyən olunmur. Həmçinin kollegiya qeyd edir ki, iddiaçının 07 iyul 2025-ci il tarixli şikayəti qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir və bu hala birinci inst ansiya məhkəməsi öz qərardadında hüquqi qiymət verdiyindən əlavə şərhə ehtiyac qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Buna görə də birinci instansiya məhkəməsinin iddiaçının 07 iyul 2025-ci il tarixli şikayətini 09 iyul 2025-ci il tarixli qərardadla geri qaytarması barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Kollegiya iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsa sən ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(123)-273/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(123)-273/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərarverdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e2-2(123)-273/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar