Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-49/2025 09.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi (Açar sözlər: apellyasiyanın mümkünlüyünün yoxlanılması, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavədə apellyasiya şikayətində qeyd edilməli məlumatın-mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbin dəqiq bildirilməməsi) Hakimlər Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 qarşı müqavilə üzrə yaranm ış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-2(123)263/2025 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yoxlayıb müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 12 iyun 2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, onunla X4 arasında bağlanmış "Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair" 26 sentyabr 2022-c i il tarixli müqavilə üzrə əlavə dəyər vergisi daxil olmaqla 1982,40 (bir min doqquz yüz səksən iki manat, qırx qəpik) manat pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə ödədiyi 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-3).
2. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-2(123)-263/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 1982,40 (bir min doqquz yüz səksən iki manat, qırx qəpik) manat pul vəsaitinin və ödənilmiş 39.82 (otuz doqquz manat, səksən iki qəpik) manat miqdarında dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, artıq ödənilmiş 6,78 (altı manat, yetmiş səkkiz qəpi k) manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdi (iş vərəqə 87-94). b) Məhkəmə aktından verilən şikayət
3. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh X4 25 avqust 2025-ci ildə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-2(123)-263/2025 nömrəli qətnaməsini ləğv edərək, işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdi (iş vərəqə 117-121).
4. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının icraatına “08” sentyabr 2025-ci ildə daxil olmuşdu. İİ. Apellyasiya instansiyası məhkəməsin də apellyasiyanın mümkünlüyünün yoxlanılması
5. Apellyasiya şikayətini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
6. Həmin Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya q aydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən çıxış edərək kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin həmin Məcəllənin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu və ona zəruri sənədlərin əlavə edilməsi) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir k i, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
8. X5 Respublikası Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 22(123)-263/2025 nömrəli qətnaməsindən X2 verdiyi apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, Mülki-Prosessual Məcəllənin: 9. -10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10. -10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 11. -10-1.7-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 12. -361.1-ci maddəsinin mahiyyətindən görünür ki, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi ş əxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
13. Mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, apellyasiya şikayəti yazılı formada, "Elektron məhkəmə" inform asiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə gücləndirilmiş elektron imzadan istifadə edilməklə verilməlidir.
14. Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsinin məzmunundan məlum olur ki, apellyasiya icraatının başlanmasına əsas olan prosessual sənəddə, yəni apellyasiya şikayətində qeyd edilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdi.
15. Bundan başqa “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində qeyd edilməli məlumatlar və onların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdi. Əlavədə həmçinin tələb olunur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, h ansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim etməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsini dəqiq göstərməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
16. Cavabdeh X2 verdiyi apellyasiya şikayətini mülki prosessual qanunvericiliyin tələbləri daxilində yoxladıqda aydın olur ki, onun məzmunu qanunvericiliyin t ələblərinə cavab vermir.
17. Belə ki, sözügedən apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun tərtib edilməmiş, yəni cavabdeh apellyasiya şikayətində iddia tələbi üzrə kollegiyanın mübahisənin həlli ilə bağlı nə barədə qərar qəbul edilməsinə dair tələbini (məsələn: iddianın rədd edilməsi və ya qismən təmin edilməsi, işə xitam verilməsi, yaxud baxılmamış saxlanılması və s.) ifadə etməmişdi.
18. Kollegiya bildirir ki, istər mülki, istərsə də kommersiya mübahisəsinə dair mübahisənin həlli ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mülki və ya kommersiya kollegiyasının tələb üzrə qəbul edəcəyi məhkəmə aktlarının dairəsi, yəni apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası MülkiProsessual Məcəlləs inin 384-cü maddəsi ilə tənzimlənir.
19. Həmin prosessual normanın tələbindən görünür ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
20. Göründüyü kimi apellyasiya məhkəməsinin mübahisə üzrə qəbul edəcəyi məhkəmə aktları sırasında qətnamənin lə ğv edərək, işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsi mövcud deyil. 21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında olduğundan və birinci instansiya məhkəməsində işə həmin icraat üzrə baxılaraq yekun məhkəmə aktı çıxarıldığından, kollegiya qeyd edir ki, apellyasiya məhkəməsinin sözügedən icraat üzrə də mübahisəyə dair qəbul edəcəyi məhkəmə aktlarının dairəsi Mülki-Prosessual Məcəllənin 384-cü maddəsi ilə eynilik təşkil edir. Mübahisənin baxıldığı icraatın (məsələn: əmr icraatından iddia icraatına, yazılı icraatdan şifahi icraata keçid) növünün dəyişdirilməsi ilə bağlı çıxarılmalı olan məhkəmə aktı-qərardad isə mübahisə üzrə yekun məhkəmə aktı say ılmadığından, bu özündə şikayət edən şəxsin mübahisənin həlli ilə bağlı tələbini ehtiva edə bilməz. Cavabdeh apellyasiya şikayətində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-2(123)263/2025 nömrəli qətnaməsinin ləğv edilib, işə iddia icraatı qaydasında baxılmasını xahiş etsə də, bundan sonrakı prosessual mərhələdə, yəni işə şifahi icraat qaydasında baxılmalı olduqda, mübahisə üzrə kollegiyanın ona qarşı olan tələb üzrə hansı məhkəmə aktını qəbul etməli olması ilə bağlı mövqeyini dəqiq qeyd etməmişdi.
22. Göründüyü kimi cavabdehin verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2 saylı Əlavəsində göstərilən məzmuna uyğun deyil.
23. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün f iziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24. “Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 12 aprel 2017-ci il tarixli qərarında qeyd etmişdi ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
25. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsi pidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
26. Azərbaycan Respublikası Konstitusiyasının preambu lasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
27. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsini, onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.
28. Yuxarıda göstərilən hüquq normalarının tələbindən çıxış edərək kollegiya bildirir ki, hər hansı şəxs qanunvericiliklə müəyyən edilmiş instansiya məhkəmələri üzrə müraciət edərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməlidir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayəti verən şəxsin nəz ərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə mülki məhkəmə icraatı üzrə hər instansiya məhkəməsində icraatın başlanmasına əsas olan prosessual sənəd var ki, bunu müvafiq olaraq birinci instansiya məhkəməsində iddia ərizəsi və ya ərizə, apellyasiya instansiya məhkəməsində apellyasiya şikayəti və ya şikayət, kassasiya instansiyası məhkəməsində isə kassasiya şikayəti təşkil edir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbindən aydın olur ki, icraatın başlanmasına əsas olan sənədlərin forma və məzmununa əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir (MPM 149, 284-3, 361 və 407). Buna əməl edilməməsi isə müvafiq prosessual sənədin geri qaytarılması, habelə birinci instansiya məhkəməsində icraatın mərhələsindən asılı olaraq həm geri q aytarılması, həm də baxılmamış saxlanılması ilə nəticələnir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.1-1ci maddələrində, apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə, apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması öz əksini tapsa da, işə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir.
31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-2(123)263/2025 nömrəli qətnaməsindən cavabdeh X4 tərəf indən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və kommersiya mübahisəsinə dair iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
32. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
33. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin ver ilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
34. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qayd ada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
35. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263-264, 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq İİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiyanın mümkünlüyünün yoxlanılması üzrə gəldiyi nəticə qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-2(123)263/2025 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şi kayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün kommersiya mübahisəsinə dair işlə birlikdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev və Vüqar Quliyev.