Məhkəmə qərarları › İş №2-2(108)-58/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(108)-58/2025

07.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-58/2025 07.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-178/2025 nömrəli, 2025-ci il 22 avqust tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) məhkəmə iclasından kənar baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC (bundan sonra “iddiaçı”) 2025-ci il 18 aprel tar ixdə cavabdeh “X3” MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli 26 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli MT 2412 seriyalı 11423639 nömrəli elektron qaimə əsasında SUPRA-4002 qarkürəyən texnikasının təmiri üçün cavabdehə satılmış mallara görə ödənilməmiş 58.322,90 manatın, vəkil xərcinə görə 680 manatın və dövlət rüsumu kimi ödənilmiş 265 manatın, ümumilikdə 59.267,90 manatın cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-178/2025 nömrəli 2025-ci il 22 avqust tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən 58.322,90 manatın, 265 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 680 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Qabil Məmmədov). Cavabdeh 2025-ci il 29 sentyabr tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti ilə müraciət etmiş, kommersiya mübahisəsinə dair iş 2025ci il 3 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilən zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 361 və 361.1.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmamışdır, apellyasiya şikayətinin qaytarılması üçün həmin Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcuddur və kommersiya mübahisəsinə dair i şə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar istisna olunur. Belə ki, Mülki-Prosessual Məcəllənin; 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 361.1 və 361.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:... şikayət verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;... 363.1 və 363.1.1-1-ci mad dələrinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;... Kollegiya qeyd edir ki, elektron qaydada imzalanmış apellyasiya şikayəti MülkiProsessual Məcəllənin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (2 saylı Əlavə) tərtib edilməmişdir. Həmin formanın 12-ci hissəsində (apellyasiya şikayəti verən şəxsin tələbi) göstərilir ki, bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Cavabdehi n nümayəndəsi Nümayəndə3 tərəfindən elektron qaydada imzalanmış apellyasiya şikayətində isə cavabdehin - apellyasiya şikayəti verən şəxsin mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair heç bir tələb göstərilməmişdir. Apellyasiya şikayətinin sözügedən 2 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməsi, məhz Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələbidir. Həmin normada Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər 363.1 və 363.1.1-1-ci maddələri isə 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmiş apellyasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı idi. Çünki Mülki-Prosessual Məcəllənin 364.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın qeyrimümkün hesab edilməsi barədə qərard addan kassasiya instansiyasına şikayət verilə bilər. (Mülki-Prosessual Məcəllənin 366.1, 366.2 və 366.4-cü maddələri). İşə apellyasiya qaydasında baxmaq üçün prosessual əsasın olmaması birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya şikayətinin qaytarılması birinci instansiyanın səlahiyyəti olduğuna görə, apellyasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılır. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün kommersiya mübahisəsinə dair işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 361, 363, 366, 402.2-402.2.1, 405.0 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-178/2025 nömrəli 2025-ci il 22 avqust tarixli qətnaməsindən cavabdeh “X3” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün kommersiya mübahisəsinə dair işlə birlikdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Komme rsiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar