Məhkəmə qərarları › İş №2-2(108)-6/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(108)-6/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-6/2025 09.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2-2(123)637/2024 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “04” dekabr 2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsilə iddia ərizəsi ilə Na xçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 428.51 manat əsas borc, 37.88 manat faiz borcu və 63.24 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8.95 AZN məbləğində əldən çıxmış fayda olmaqla cəmi 538.58 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2-2(123)-637/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələb inə dair kiçik iqtisadi mübahisələrə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmış, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(123)-637/2024 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 dekabr 2024-cü il tarixdə şikayət verərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(123)-637/2024 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə mülki işin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli e-2-2(123)-637/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 05 dekabr 2024-cü il tarixli, e-2-2(123)-637/2024 nömrəli qərardaddan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayət əsaslı hesab edilməmiş və şikayət prosessual müddət daxilində baxılması üçün e-2-2(123)-637/2024 nömrəli işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali M əhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 dekabr 2024-cü il tarixdə verilmiş şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmənin mövqeyi ilə razılaşmırlar, belə ki, hesab edirlər ki, məhkəmənin qeyd edilən əsasla iddia ərizəsinin geri qaytarılması həm hüquqi, həm də faktiki cəhətdən düzgün deyildir. Çünki iş üzrə geri qaytarma əsası kimi cavabdehlərə xx.xx.2024-cü il tarixində tərtib olunmuş xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixində qaimə №183959, və №183960 olmaqla "xxxx" MMC tərəfindən cavabdehlərin hər birinin qeydiyyatda olduqları ünvana göndərilmiş və cavabdehlərin hər birinin soyadları ilə birlikdə imza etməklə təhvil alınmışdır. Həmin qəbzlər iş materiallarına əlavə edilməklə elektron sistemə yüklənməsinə baxmayaraq, mə hkəmə tərəfindən iş materialları ətraflı və tam şəkildə tədqiq edilmədiyi üçün iddiaçının məhkəmə müdafiəsi hüququndan məhrum edilməsinə səbəb olmuşdur. Şikayətin hüquqin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1, 150.1.6, 150.2, 152.1.6-cı maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və iddiaçının nümayəndəsi Nümayəndə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəf sübut və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin də lillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayətində göstərdiyi dəlilləri mülki işin materialları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə uyğun olaraq kommersiya mübahisələri üzrə işlərdə iddia ərizələri, şikayətlər və digər müraciətlər elektron məhkə mə sistemində yaradılmış elektron kabinet vasitəsi ilə göndərilməlidir. Bu qaydada göndərilmiş sənədlər məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.6-cı maddələrinin tələblərinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Belə ki, iş materialları araşdırılan zaman məlum olmuşdur ki, 09 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş xəbərdarlığın mətnindən görünür ki, iş üzrə cavabdehlərə Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq məktubunu aldıqdan etibarən 5 gün müddətində borcu ödəmələri bildirilmişdir. Həmin xəbərdarlığın iş üzrə cavabdehlərə göndərilməsini təsdiq edən xx.xx.2024-cü il tarixində qaimə №183959, və №183960 olmaqla "xxxx" MMC tərəfindən cavabdehlərin hər birinin qeydiyyatda olduqları ünvana göndərilmiş və cavabdehlərin hər birinin soyadları ilə birlikdə imza etməklə təhvil alınmış və qaimələrin surəti iş materiallarına əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin qaimələrin surəti nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prose sində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İş materiallarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Kollegiya belə nəticəyə gəlir ki, iddia verilərkən yuxarıda qeyd edilən normaların tələbələri p ozulmamış və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmada haqlı olmamışdır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2-2(123)-637/2024 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin eidlməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2-2 (123)-637/2024 nömrəli qərardadı tam ləğv edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263, 264, 397.2, 398.0.2, 400, 401-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2-2(123)637/2024 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2-2(123)-637/2024 nömrəli qərardadı tam ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair iş baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar