Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-60/2025 01.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın (sədrliyi və məruzəsi ilə), X3 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə5 iştirakları ilə, İddiaçı X2 Cəmiyyətinin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan MR Dövlət Şəhə rsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cahan-İnşaat MMC-nin nümayəndəsi Nümayəndə1 14 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mal material haqqına görə yaranmış 246377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat otuz bir qəpik) əsas borc məbləğinin və 345 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən 13 mart 2025-ci il tarixdə məhkəməyə elektron qaydada barışıq sazişi təqdim olunmuş, həmin barışıq sazişi əsasında Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadı ilə 13 mart 2025-ci il tarixdə məhkəməyə elektron qaydada təqdim olunmuş iddiaçı X2 Cəmiyyəti (VÖEN-**********) ilə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi (VÖEN-**********) arasında bağlanmış 12 mart 2025-ci il tarixli “Barışıq sazişi”nin aşağıda göstərilmiş mətin mövzusunda təsdiq edilməsi, bu Sazişin mövzusunu Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi ilə "xxxx" MMC arasında 15 iyul 2023-cü il tarixinə olan borc üzləşmə aktında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin Cahan İnşaat MMC-yə 246377.31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat, otuz bir qəpik) manat borcu olmaqla, "xxxx" MMC-nin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə olan 84991.21 (səksən dörd min doqquz yüz doxsan bir manat, iyirmi bir qəpik) manat borcundan azaldılaraq, yerdə qalan cəmi 161386.10 (bir yüz altmış bir min üç yüz səksən altı manat, on qəpik) manatın olmasının təsdiq edilməsi, sözügedən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən, iddiaçı Cahan-İnşaat MMC-nin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi, məhkəməyə iddia verilərkən iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzlə ödənilmiş 191.6 AZN və xx.xx.2025ci il tarixli, **********97 saylı qəbzlə ödənilmiş 344.78 AZN məbləğində dövlət rüsumlarının iddiaçı Cahan-İnşaat MMC-yə geri qaytarılması qərara alınmışdır. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 04 aprel 2025-ci il tarixdə müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə apellyasiya şikayəti göndərərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2- 2(123)-36/2025 nömrəli qərardadının ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 22(108)-30/2025 saylı qərardadı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123) 36/2025 nömrəli qərardadından cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə 07 may 2025-ci il tarixli, 2-2(108)30/2025 nömrəli qərardadının ləğv edilməsi, işin apellyasiya baxışından çıxarılması və Kommersiya mübahisəsinə dair işin Naxçıvan MR Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-36/2025 saylı, 04 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə kommers iya mübahisəsinə dair iş üzrə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 saylı qərardadının ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsi barədə apellyasiya şikayətinin və ona əlavə olunan sənədlərin qaytarılması, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 269,00 (iki yüz altmış doqquz) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulma mış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qaytarılması qərara alınmışdır. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 05 iyun 2025-ci il tarixdə elektron qaydada şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 saylı qərardadının ləğv edilməsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsi ilə müəyyən edilən əsaslarla sonrakı prosessual hərəkətlərin təmin edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e22(123)-36/2025 nömrəli qərardadı ilə cava bdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)36/2025 nömrəli qərardadının ləğv edilməsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsi ilə müəyyən edilən əsaslarla sonrakı prosessual hərəkətlərin təmin edilməsi barədə şikayəti təmin edilməmiş və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş şikayət prosessual müddət daxilində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-36/2025 nömrəli işi ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndəril mişdir. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 22(108)-40/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “246377,31 manat məbləğində borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadından cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməklə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadı ləğv edilərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “246377,31 manat məbləğində borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin (hakim E.F.Salmanov) 02 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qətnaməsi ilə iddiaçı Cahan-İnşaat MMC-nin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə iddiası tam təmin edilərək, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıva n şəhər İdarəsindən (VÖEN **********) 246377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat 31 qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-nə (VÖEN ********** )ödənilməsi, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzlə ödənilmiş 191.6 AZN və xx.xx.2025-ci il tarixli, **********97 saylı qəbzlə ödənilmiş 344.78 AZN məbləğində dövlət rüsumlarının iddia tələbi tam təmin edildiyindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsindən alınaraq iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsiN nümayəndəsi Nümayəndə2 17 sentyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəmə si vasitəsi ilə apellyasiya şikayətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-36/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Nümayəndə2 apellyasiya şikayətində, hazırki iş üzrə cavabdeh qismində göstərilən idarənin mülki məsuliyyətinin yaranması üçün Azərbaycan Respublikasının MMnin 1097-ci maddəsində nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktının iş materialları ilə təsdiq olunmadığını, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismi ndə göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normalarının müəyyən edilmədiyini, həmin borcun yaranmasının idarənin hərəkət və hərəkətsizliyi nəticəsində olmadığını, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənildiyini, həmin vəsaitləri n də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənildiyini, iddia edilən borcun yaranması səbəbinin isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olduğunu, qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hissəsində cavabdehin nümayəndəsi tərəfindən borcun yaranması səbəblərinin eyni qaydada yuxarıda qeyd edildiyi kimi olduğunun müəyyən edildiyi, qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirlərinin də doğru olduğunu, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də, bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərdiyini və bu səbəbin onlardan asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nətic əsində yaranmasının müəyyən edilməsinin nəzərə alınmalı olduğunu, burada da cavabdehin hər hansı təqsirinin olmamasını, eyni zamanda qətnamənin nəticə hissəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində özünü maliyyələşdirmə prinsipi ilə işləmiş Naxçıvan Şəhər İdarəsi arasında bağlanmış 12 mart 2025-ci il tarixli “Barışıq sazişi”nin nəzərə alınmadığını, həmin sazişə əsasən tərəflər arasında qarşılıqlı razılaşmaya görə aparılmış borcların əvəzləşdirilməsi ilə idarənin cəmiyyətə qalan borcunun cəmi 161.386,10 (bir yüz altmış bir min üç yüz səksən altı manat, 10 qəpik) manat olmasınn müəyyən edildiyini, belə ki, qətnamənin qərar hissəsində ilkin iddia tələbinin olduğu kimi, yəni 246.377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat, 31 qəpik) manat məbləğində əsas borc və cəmi 536,38 manat məbləğində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları olmaqla, ümumilikdə 246.913,69 (iki yüz qırx altı min doqquz yüz on üç manat, 69 qəpik) manat məbləğində borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinin müəyyən edildiyini, halbuki, tərəflər arasındakı sazişə əsasən bu məbləğin cəmi 161.922,48 (bir yüz altmış) bir min üç yüz səksən altımanat, 10 qəpik) manat olduğunu, hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron-qaimə sənədlərinin göstərildiyini, halbuki həmin elektron - qaimə sənədlərinin hazırlanmasında malların qiymətl ərinin mübahisənin əsas predmeti olan ƏDV daxiledilməklə hesablandığını, bu halın da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməyəcəyini, iddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsinin yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola biləcəyini, eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac olduğunu bildirmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı, 1097ci, Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 14-cü maddələrinə istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə3 Ağahüseyn oğluna və müstəqil tələb irəi sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq оnlar, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İşin apellyasiya qaydasında məhkəmə b axışı iclası zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 borclarının əsas səbəbinin onlara Gömrüklərdən 2018-ci ildən başlayaraq əlavə dəyər vergisinin ödənilməməsindən yarandığını, həmçinin keçid dövrü ilə əlaqədar olaraq onların işlərinin təmin edilmədiyi və borcun buradan yarandığını, 2018-ci ildən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sərəncamları ilə 2022-ci il daxil olmaqla gömrük işlərinin dəyərinin təqribən 50 %-i əlavə dəyər vergisindən azad olunduğunu, müvafiq pulu ala bilmədiklərinə görə sadəcə X2 Cəmiyyətinə deyil, digər təşkilatlara da sözügedən məbləğləri verə bilmədiklərini, həmçinin gömrük işlərinin dəyəri olan 314.000 manat məbləğin onlara 2022-ci ildə keçid dövrü ilə əlaqədar olaraq verilmədiyini, bununla bağlı məsələ qaldırdıqlarını, onlara gələcəkdə müvafiq işlərə baxılacağının bildirdiklərini, həmçinin idarənin 2023-cü ilin iyun ayında özəlləşdirməyə çıxdığını və özəlləşdirmədən vəsait daxil olsa müvafiq ödənişləri ödəyəklərini, iddiaçı təşkilata müvafiq iddia üzrə borcları olduğunu, üzləşdirmə aktının iş materiallarında mövcud olduğunu, üzləşdirmə aktına əsasən qarşı tərəfə olan borcun 161.386 manat olduğunu, 84.991 manat qarşı tərəfin onlara borclu olduğunu, 15 iyul 2023-cü il tarixdə olan üzləşmə aktı ilə qarşı tərəfə 246.377 manat borclu olduqlarını, onların isə özlərinə olan borcunu çıxaraq qalan məbləği -161.386 manatı qeyd etdiyini, iddiaçı tərəfə qarşı qarşılıqlı iddia vermədiklərini, çünki qarşı tərəflə razılaşaraq barışıq sazişi imzaladıqlarını, barışıq sazişinin tələblərinə riayət etməmələrinə münasibətdə isə hüquqi cəhətdən müv afiq maddələrin tələblərini bilmədiklərini, pulu ala bilmədikləri üçün cavabdehə olan borclarını da ödəyə bilmədiklərini,ona görə də qətnamədən apellyasiya şikayəti verdklərini, öz materialları olmadığını, bütün köməkçi təşkilatlardan material aldıqlarını, apellyasiya şikayətində qeyd olunanın səhv ola biləcəyini, amma fakt olaraq cavabdehə olan borclarının 161.386 manat olduğunu bildirmişdir. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh tərəfin onlara olan 246.377 manat borclarını ödəyəndə, cavabdeh tərəfə olan 84.000 manat borclarını azaldıb ödəyə biləcəklərini, bunu qəbul etdiyini, hal hazırda da eyni fikirdə olduğunu, bu qaydada olsa heç məhkəmə predmetinə ehtiyac olmayacağını, cavabdeh tərəfin 161.386 manatı ödədikdə, özl ərinin də “məhkəmənin qətnaməsi təmin edilmişdir” deyə ikinci bir akt yazacaqlarını, cavabdehin nümayəndəsinin onlara borcu olduğunu etiraf etdiyini, lakin onlara dövlət tərəfindən borc ödənilmədiyi üçün cavabdehin də onlara olan borcunu ödəyə bilmədiyini, təbii ki, bunun da onların məsuliyyət daşıdığı bir hal olmadığını, cavabdeh tərəf ƏDV ödəməsələr də, onların qarşı tərəfə verginin arayışını təqdim etdiklərini, həqiqətən də özlərinin bütün vergiləri ödədiklərini, ƏDV dövlət büdcəsinə ödədiklərini, verginin nümayəndəsinin də müvafiq halı təsdiq etdiyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə5 işin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin gördüyü işlərə g örə ƏDV-dən azad olunduğunu, məsələn tikdiyi bina üzrə binanın materiallarını alanda da ƏDV ödəmədiyini, binanın tikintisi qutaranda da büdcəyə ödənilməli olan məbləği də ödəmədiyini, müvafiq məsələ ilə bağlı Nazirlər Kabinetinin qərarı var deyə azad olduğunu, amma materiallar X2 Cəmiyyətindən alınanda Cahanın ona həm malın dəyərini ödəyərək göstərdiyini, həm də ƏDV-ini, bu o deməkdir ki, orada Cahan tərəfindən ƏDV-i göstərilibsə mütləq onu dövlət büdcəsinə ödədiyini, ödəməyə bilməyəcəyini, çünki vergidə bütün sənədlərin elektron qaydada aparıldığını və nəsə düzgün olmadıqda sistemin uyğunsuzluq verdiyini və buna görə də vergi orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirildiyini, buna görə də qeyd edilənlərə əsasən X2 Cəmiyyətinin ƏDV-ini də istədiyini, qarşı tərəfin isə ƏDV-dən a zad olduğunu, dövlət büdcəsindən maliyyələşdiyini, o pul ona verilməyib deyə onun da ödəniş edə bilmədiyini bildirdiyini, müvafiq iddia tələbinin qanuni olduğunu, amma qarşı tərəfin də hər hansı bir qanunsuzluq etmədiyini bildirdiyini, qərar olduğu üçün onun hər hansı bir hərəkətsizliyi olmadığını, bir vergi işçisi kimi Vergi Məcəlləsinin tələbləri üzrə müvafiq iddia tələbinin qanuni olduğunu, çünki iddiaçı tərəfindən sözügedən məbləğin ödənildiyini qeyd etdiyini, alıcının əlavə dəyər vergisindən azad edilməsinin satıcını əlavə dəyər vergisini ödəməkdən azad etmədiyini bildirmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 127498 nömrəli elektron qaimə-fakturadan görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəh ər İdarəsi üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 871778,30 manat məbləğindədir. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 191075 nömrəli elektron qaimə-fakturadan görünür ki, "xxxx" MMC tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 530123,86 manat məbləğindədir. 15 iyul 2023-cü il tarixli üzləşmə aktından görünür ki, bu üzləşmə aktı bir tərəfdən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin mühasibi Nümayəndə2 və digər tərəfdən "xxxx" MMC-nin mühasibi (nümayəndəsi) arasında bağlanmış, nəticədə, tərəflər xx.xx.2023-cü il tarixinə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsin in Naxçıvan şəhər İdarəsinin "xxxx" MMC-yə borcunun ƏDV-li məbləğinin 246377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat 31 qəpik) manat, "xxxx" MMC-nin isə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə olan borcunun ƏDV-li məbləğinin 84991,21 (səksən dörd min doqquz yüz doxsan bir manat 21 qəpik) manat məbləğində olduğunu imzaları ilə təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli, ********** saylı və xx.xx.2025-ci il tarixli, **********97 saylı ödəniş qəbzlərindən görünür ki, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə "xxxx" MMC tərəfindən əvvəlcə 191.6 manat, daha sonra 344.78 manat olmaqla, ümumilikdə 536,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən 21 yanvar 2025-ci il tarixdə məhkəməyə təqd im edilmiş Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsində 2018-2022-ci illər üzrə ƏDV-dən azad olan obyektlərin adlı siyahısından görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin 2022-ci il üzrə Naxçıvan şəhər küçələrində təmir işlərinə görə cəmi ödəməli olduğu məbləğ 3411929.00 manat, ƏDV-dən azad olunan məbləğ 11007.00 manat təşkil edir ki, həmin siyahı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin rəisi S.M.Rüstəmov tərəfindən imzalanmışdır. Həmçinin cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim olunmuş Naxçıvan MR Respublikası Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli, 31s saylı; 13 aprel 2022-ci il tarixli, 39s saylı; 13 may 2022-ci il tarixli, 5 1s saylı; 16 iyun 2022-ci il tarixli, 66s saylı; 14 iyul 2022-ci il tarixli, 76s saylı; 15 avqust 2022-ci il tarixli, 110s saylı və 14 sentyabr 2022- ci il tarixli, 121s saylı sərəncamlarından görünür ki, müvafiq işlərə görə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi tərəfindən müəyyən məbləğlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunveri ci MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Kollegiya iş materiallarını araşdırıb, ape llyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb onlara qiymət verərək aşağıdakıları qeyd edir. İddiaçı "xxxx" MMC cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan İdarəsinə qarşı 246377,31 manat borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan MR Kommersiya məhkəməsinin 2-2(108)-36/2025 nömrəli, 02 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düz gün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məh kəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apellyasiya şikayətində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənildiyini, həmin vəsaitlərin də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənildiyini, iddia edilən borcun yaranması səbəbinin isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmasını qeyd etmişdir. Cavabdehin etirazının əsası kimi istinad etdiyi 2018-2022-ci illər üzrə ƏDV-dən azad ol an obyektlərin adlı siyahısına münasibətdə məhkəmə bildirir ki, həmin siyahı cavabdehin mənafeyi naminə çıxış edən S.M.Rüstəmov tərəfindən imzalanmaqla heç bir sübut əhəmiyyəti daşımır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan 15 iyul 2023-cü il tarixli üzləşmə aktına hüquqi qiymət verilərək müəyyən edilmişdir ki, bir tərəfdən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin mühasibi Nümayəndə2 və digər tərəfdən "xxxx" MMC-nin mühasibi (nümayəndəsi) arasında bağlanmış üzləşmə aktına əsasən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin 01 iyul 2023-cü il tarixinə "xxxx" MMC-yə borcunun ƏDV-li məbləğinin 246377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat 31 qəpik) manat təşkil etməsi tərəflərin imz aları ilə təsdiq edilmiş, nəticədə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi həmin aktı imzalamaqla 246377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat 31 qəpik) manat məbləğində "xxxx" MMC-yə borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Borclu şəxsin borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Belə ki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Nəticədə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun üzləşmə aktını imzalamaqla yazılı şəkildə borcunun 246377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat 31 qəpik) məbləğində təşkil etməsini təsdiq etməsi borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə kollegiyası cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı iclasında vermiş olduğu izahatında iddiaçı tə rəfə qarşı qarşılıqlı iddia vermədiklərini, çünki qarşı tərəflə razılaşaraq barışıq sazişi imzaladıqlarını, tərəflərin barışıq sazişi bağlanarkən razılığa gəldikləri “Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin "xxxx" MMC-yə olan borcunun tərəflər arasında bağlanmış üzləşmə aktına əsasən "xxxx" MMC-nin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə olan 84991.21 (səksən dörd min doqquz yüz doxsan bir manat, iyirmi bir qəpik) manat borcundan azaldılaraq, cəmi borc məbləğinin 161386.10 (bir yüz altmış bir min üç yüz səksən altı manat, on qəpik) manat olmasına münasibətdə bildirir ki, Azərbaycan Respublikası MPM-nin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə məhkəmə qarşılıql ı iddianı qəbul edir. Nəticədə cavabdeh tərəf iddia etdiyi tələbi üzrə qarşılıqlı iddia vermədiyindən məhkəmə borc məbləğinin "xxxx" MMC-nin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə olan 84991.21 (səksən dörd min doqquz yüz doxsan bir manat, iyirmi bir qəpik) manat borcunun da nəzərə alınaraq 161386.10 (bir yüz altmış bir min üç yüz səksən altı manat, on qəpik) manat məbləğinə azaldılması barədə məsələyə toxunulmaması qənaətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyun 2025-ci il tarixli Qərardadında formalaşmış hüquqi mövqeyə görə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllədə birbaşa göstərilməsə d ə, onun normalarının mahiyyətindən irəli gələn dispozitivlik prinsipi mülki prosesdə mühüm əhəmiyyət kəsb edir. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə, tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı) İşin yuxarıda şərh olunmuş hallarına əsasən, məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh Nümayəndə2 apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında q eyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamə də şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununl a da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Beləliklə, apellyasiya instansiya məhkəməsi işin yuxarıda şərh olunmuş hallarına məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Nümayəndə2 tərəfindən verilmiş apellyas iya şikayəti təmin edilməməli, X5 Kommesiya Məhkəməsinin e-2-2(123)36/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq kollegiya Qət etdi: Cavabdeh Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X5 Kommesiya Məhkəməsinin e-2-2(123)-36/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradıl an elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(108)-60/2025
Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-60/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver