Məhkəmə qərarları › İş №2-2(108)-62/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-62/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-62/2025 25.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası və müqavilədən yaranmış borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr) Hakimlər Qarayev Sənan Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X7 Mehti qızının katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Rxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsal ma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası və müqavilədən yaranmış borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-192/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. İddiaçı X4 ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında 10 yanvar 2022-ci il tarixdə 005 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə EBCM seriyalı, 027613 nömrəli elektron qaimə-faktura göndərilmiş, tərəflər arasında 15 iyul 2023-cü il tarixdə borcun mövcudluğu barədə üzləşmə aktı tərtib edilərək imzalanmış və cavabdeh təşkilatın möhürü ilə təsdiqlənmiş, lakin cavabdeh təşkilat iddiaçıya olan borcunu ödəməmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

2. İddiaçı X4 vəkili-nümayəndəsi Vəkil vasitəsilə 24 aprel 2025-ci il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı X4 ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Na xçıvan Şəhər İdarəsi arasında 10 yanvar 2022-ci il tarixli, 005 saylı müqavilədən yaranan və həmin müqavilə əsasında e-qaimə ilə təsdiq olunmuş 11.117 (on bir min bir yüz on yeddi) AZN pulun, dövlət rüsumu üçün ödənilmiş 123.35 (bir yüz iyirmi üç manat otuz beş qəpik) AZN pulun, ümumilikdə 11.240,35 (on bir min iki yüz qırx manat otuz beş qəpik) AZN pulun cavabdehdən alınaraq iddiaçı X2 qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə cavabdeh qurum (Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi) arasında 10 yanvar 2022-ci il tarixli, 005 saylı alğı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə əsasında fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərən X4 müqavilə üzrə malmateri alları (məhkəməyə vurulmuş və təsdiq olunmuş e-qaimədə mal-materiallar ətraflı şəkilə ayrı-ayrı qeyd olunmuşdur) cavabdehə satmış, yəni müqavilə üzərinə düşən öhdəliyi tam, lazımı qaydada və vaxtında icra etmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən müqavilə öhdəliyi icra olunmamış və 11.117 (on bir min yüz on yeddi) AZN müqavilədən yaranan borc hələ də ödənilməmişdir. Bu 15 iyul 2023-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Bununla bağlı cavabdeh quruma dəfələrlə müraciət olunmuş, müvafiq borc tələb edilmiş, lakin bunun bir nəticəsi olmamışdır. Halbuki yuxarıda qeyd olunduğu kimi müvafiq müqavilə üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməyə borcludur. Qeyd edilən tələblə bağlı cavabdehə elektron qaydada pretenziya göndərilmiş lakin bunun da bir nəticəsi olmamışdır. Son nəticədə məhkəməyə müraciət edilməsi məcburiyyətində qalınmışdır.

4. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 22 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-192/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsindən (VÖEN: ********** ) 11.117 (on bir min bir yüz on yeddi manat) manat məbləğində borc, 123,35 (yüz iyirmi üç manat 35 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 0,65 (altmış beş qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılması qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 389.1, 427.3, 442, 445.2.1, 567, 597.1, 598.1, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.2, 106.1, 106.3-cü maddələrinə əsasən əsaslandırmışdır. b) Məhkəmə aktından verilən apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-192/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 06 oktyabr 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Al i Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 22 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-192/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) anlayışına əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməld ir (hərəkət və ya hərəkətsizlikdir). AR MM-nin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur. (şərtlər şikayətdə öz əksini tapmışdır).

7. Hazırkı iş üzrə cavabdeh qismində göstərilən idarənin, hüquqi şəxsin mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir.

8. Həmin borcun yaranması idar ənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, vəzifəli şəxsin (idarə rəisinin) hakimiyyətdən sui-istifadə nəticəsində əmələ gəldiyi üçün bu hüquq pozuntusunda cavabdeh şəxs, idarə təqsirli hesab edilə bilməz. Belə ki, adı çəkilən müqavilə üzrə alınmış mal-materiallar idarə tərəfindən aparılan təsərrüfat işlərində istifadə edilməmiş, idarə rəhbərinə verilmiş tapşırıqlar əsasında digər məqsədlərlə (başqa tikinti obyektlərində) istifadə edilmişdir. Bu əsasda idarə, hüquqi şəxs təqsirli hesab edilə bilməz.

9. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəli llər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddiaçının iddia tələbinin və cavabdehin təqsirli hesab olunan mülki hüquq pozuntusunu müəyyən edən hüquqi əsaslar müəyyən edilməmişdir. Şəxsin mülki məsuliyyətinin yaranmasını təsdiq edən, onun tərəfindən təqsirli bilinən və hüquq pozuntusu yaradan hərəkət və ya hərəkətsizliyini sübut edən dəlillər aşkar edilmir.

10. Apellyasiya şikyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 339, 1096, 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 14, 220.1, 220.2, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə istinad edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-192/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini ko llegiyadan xahiş etdi.

13. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı tərəf məhkəmə baxışı iclasında iştirak etməmişdir, lakin iddiaçı X4 tərəfindən elektron kabinet vasitəsilə daxil olmuş vəsatətdə göstərilmişdir ki, “mən vəkil və nümayəndəm vasitəsilə Naxçıvan MR Kommersiya Məhkəməsində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı aşağıdakı iddia tələbi ilə müraciət etmişdim: “iddiaçı X4 ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında 10 yanvar 2022-ci il tarixli, 005 saylı müqavilədən yaranan və həmin müqavilə əsasında e-qaimə ilə təsdiq olunmuş 11.117 (on bir min yüz on yeddi) AZN pulun, dövlət rüsumu üçün ödənilmiş 12 3.35 (yüz iyirmi üç manat otuz beş qəpik) AZN pulun, ümumilikdə 11,240.35 (on bir min iki yüz qırx manat otuz beş qəpik) AZN pulun cavabdehən alınaraq iddiaçı X2 qaytarılması barədə qətnamə qəbul edəsiniz.". Məhkəmənin mülki işə baxması nəticəsində iddia təmin olunmuş və xx.xx.2025-ci il tarixli, 2-2(123)-192/2025 saylı qətnamə qəbul edilmişdir. İddiam tam təmin olunmuşdur. Mən vəkil və nümayəndəm məhkəmədə təmsil olunsam da, məhkəmədə şəxsən (səhhətimdə ciddi problem ola ola) iştirak etmiş, izahat vermişəm. Həmçinin onu da qeyd edim ki, cavabdeh qurumun nümayəndəsi məhkəmədə iddianı qəbul etmiş, borclu olduqlarını etiraf etmişdir. Həmçinin tərəfimizdən təqdim edilmiş sübutlarla da iddiamız tam sübut olunmuşdur. Məhkəmənin bütün bunları nəzərə almasını xahiş edirəm. Yuxarıda qeyd olunanlar ı nəzərə alaraq mənim iştirak etməməyimi üzrlü saymağınızı, səhhətimlə bağlı məhkəmə iclaslarında iştirak etməməyimi nəzərə almağınızı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, Naxçıvan MR kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(123)-192/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya baxış iclaslarının mənim iştirakım olmadan keçirilməsini xahiş edirəm. Təkrar qeyd edirəm ki, cavabdeh məhkəmə qətanməsinin qüvvəyə minməsinin qarşısını almaq məqsədilə əsasısz apellyasiya şikayəti vermişdir. Halbuki iddianı qəbul etmiş və borc olduğunu etiraf etmişdir.”. Buna görə də məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Apellyasiya baxışının hədləri

14. A zərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsi nə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

15. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətindən aydın olur ki, cavabdeh sözügedən qətnaməni tam mübahisələndirir.

16. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliy in tələbləri baxımından tam yoxlanılmalıdır. V. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

20. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Maddə 425.1. Öz hü quqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 425.1. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərd ə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

28. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. b) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə k imi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Vİ. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

40. Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, vəzifəli şəxsin (idarə rəisinin) hakimiyyətdən sui-istifadə nəticəsində əmələ gəldiyi üçün bu hüquq pozuntusunda cavabdeh şəxs, idarə təqsirli hesab edilə bilməz.

41. Belə ki, adı çəkilən müqavilə üzrə alınmış mal-materiallar idarə tərəfindən aparılan təsərrüfat işlərində istifadə edilməmiş, idarə rəhbərinə verilmiş tapşırıqlar əsasında digər məqsədlərlə (başqa tikinti obyektlərində) istifadə edilmişdir. Bu əsasda idarə, hüquqi şəxs təqsirli hesab edilə bilməz.

42. Kollegiya irəli sürülmüş dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş mate riallarında olan 10 yanvar 2022-ci il tarixli, 005 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı X4 ilə alıcı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında müqavilə bağlanmaqla satıcı mal və materialların alqı-satqısını göstərməyi, alıcı isə malın qəbul edildiyi gündən 15 bank iş günü ərzində dəyəri ödəməyi öhdəsinə götürür.

43. EBCM seriyalı, 027613 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, iddiaçı tərəfindən dəyəri 11.117 (on bir min bir yüz on yeddi) manat dəyərində işlər təqdim edilmişdir.

44. Bununla əlaqədar ilk olaraq qeyd edilməlidir ki, elektron qaimə-faktura təyinatına görə malların hərəkətini (mədaxilini və məxaricini), işlərin g örülməsi və xidmətlərin göstərilməsi faktını özündə əks edən, elektron vergi hesab-faktura isə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verən bir sənəddir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən: 46. 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 47. 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 48. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

49. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir.

50. Qeyd olunan normanın tələbinə əsasən təqdim olunduqdan son ra 5 (beş) gün müddətində həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

51. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməfaktura qaytarılmamış və cavabdeh tərəfindən qəbul edilmişdir.

52. Kollegiya qeyd edir ki, tərəflər arasında olan 10 yanvar 2022-ci il tarixli, 005 nömrəli alğı-satqı müqaviləsi əsasında elektron qaimə-fakturalara əsasən malların alınması iş materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur, belə ki, tərəflər arasında 15 iyul 2023-cü il tarixdə üzləşmə aktı tərtib edilmişdir.

53. İddiaçı və cavabdeh arasında 15 iyul 2023-cü ildə iddiaçının və cavabdeh müəssisənin mühasiblərinin imzası və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin möhürü ilə təsdiq edilmi ş üzləşmə aktı tərtib edilmişdir ki, bu da özlüyündə mübahisəsiz şəkildə cavabdehin iddiaçıya 11.117 (on bir min bir yüz on yeddi) manat borcunun mövcudluğunu təsdiq edir.

54. Qeyd edilməlidir ki, üzləşmə aktı - iki tərəf arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Qanunvericilikdə “Üzləşmə aktı” blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Lakin, müəssisələr “Üzləşmə aktı” formasında ümumi qaydada sənədlərdə zəruri olan rekvizitləri nəzərə alaraq hazırlaya bilərlər.

55. Həmin “Üzləşmə Aktı”na əsasən üzləşmə aparılmış və cavabdeh təşkilatın iddiaçıya 11117 (on bir min bir yüz on yeddi) manat borcu olduğu müəyyən edilərək qarşılıqlı imza və möhürlə təsdiq edilmişdir. Bu hal həm iddiaçı və həm də cavabdeh tərəfindən mübahisə siz şəkildə qəbul edilmişdir.

56. Tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktında borcun ödənilməsi tarixi və üsulları, habelə tərəflərin digər hüquq və vəzifələri müəyyən edilməmişdir. Bu isə o anlama gəlir ki, üzləşmə aktı mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsi deyil, tərəflər arasında artıq baş tutmuş əqd üzrə müəyyən faktın (hazırki halda aktın imzalandığı tarixə cavabdehin borcunun məbləğinin) təsdiq edilməsinə yönəldilmiş iradə ifadəsidir. Ona görə də, həmin üzləşmə aktı müstəqil əqd deyil, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı təqdim etdiyi yazılı sübutdur.

57. Tərəflər arasında olan müqaviləyə əsasən iddiaçı X4 cavabdeh tərəfə mal lar təqdim etmiş, cavabdeh tərəfin həmin aldığı malları (maşın ehtiyyat hissələri) hansı məqsədlərlə alması və ya həmin malların hansı nəqliyyat vasitələrində istifadə edilməsi işin mahiyyəti üçün bir əhəmiyyət kəsb etməmişdir, çünki iddiaçı mal satmış, qarşı tərəf də həmin malı qəbul etmişdir. Nəticədə isə iddiaçı borcunu tələb etməkdə haqlı olmuşdur.

58. İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmış və bununla da o götürmüş olduğu öhdəliyi tam olaraq yerinə yetirməmişdir.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Mülki Məcəllənin 1096-cı və 1097ci maddələrinin düzgün tətbiq edilməməsi” dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericilik əmələ gəlmə əsasına görə öhdəl iyin iki qrupa bölünməsini qəbul edir: müqavilə öhdəliyi və müqavilədənkənar öhdəlik. Müqavilə öhdəliyi, bir qayda olaraq, müqavilələrdən əmələ gəlir. Müqavilədənkənar öhdəlik isə elə bir öhdəlik növüdür ki, bu növ öhdəlik müqavilələrdən yox, qanunda nəzərdə tutulan əsaslardan yaranır. Bu öhdəlik qanunda nəzərdə tutulan hüquqi faktlar əsasında, əsasən də subyektin iradəsindən asılı olmadan əmələ gəlir (lakin bu öhdəliyin hüquqa zidd olmayan hərəkətlərdən yaranması da mümkündür, məs., əsassız varlanma).

60. Müqavilədənkənar öhdəlik üçün mülki hüquq pozuntuları ilə bağlı olan münasibətlər xarakterikdir. Bu öhdəliyin əsas növü mülki hüquq pozuntusu (delikt) öhdəliyidir. Delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (del ikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzini tam həcmdə ödəməyə borclu olur, zərəçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir (Mülki Məcəllənin 1097.1-ci maddəsi).

61. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında malların nisyə alğı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımı qaydada icra etməmişdir, yəni konkret olaraq mübahisənin hüquqi əsasını mülki hüquq pozuntusu deyil, nisyə alğı-satqı müqaviləsi təşkil edir və bu dəlil də əsaslı deyil.

62. Kollegiya sonda apellyasiya şikayətində qeyd edilmiş dəlillərə məcmu halda qiymət verərək qeyd edir ki, iş materiallarından və birinci instansiya məhkəməsində 1 7 iyun 2025-ci il və 04 sentyabr 2025-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarından, həmçinin apellyasiya icraatı üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə verdiyi izahatda iddiaçıya borclu olduqlarını etiraf etmişdir.

63. Kollegiya bildirir ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Sarvan Quliyev tərəfindən idarənin mühasibi Nümayəndə 08 aprel 2025-ci il tarixdə verilmiş etibarnamədə “iddianın etiraf edilməsi” səlahiyyəti nəzərdə tutulmuşdur.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izaha tları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir

65. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

66. İşdən aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının audio-video yazısı fasiləsiz olaraq aparılmış, həmçinin qeyd olunan hal apellyasiya baxışında da həyata keçirilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin etirafının məhkəmə iclasının protokoluna qeyd olunmasına və etiraf edən tərəfin protokolu imzalamasına zərurət qalmamışdır.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

68. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən... Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına- borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

70. Yuxarıda qeyd edilən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.

71. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

72. Yuxarıd a qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.

73. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçı X1 cavabdеh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası və müqavilədən yaranmış borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2-2(123)192/2025 nömrəli qətna məsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-192/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti verilərkən ödənilmiş 62 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

74. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikas ı Kommersiya Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-192/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş 62 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Sənan Qarayev Hakimlər: Səxavət Bəylərli, Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar