Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-7/2020 21.10.2020 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İş № 2-2(108)-07/2020 Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası “21” oktyabr 2020-ci ildə Naxçıvan şəhərində Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı icra olunmamış müqavilənin icrasının təmin edilərək 4251.15 (dörd min iki yüz əlli bir manat on beş qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq 31 (otuz bir) manat pulun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılan Naxçıvan Muxtar Resp ublikasının Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(123)-67/2020 saylı qərardadından iş üzrə İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı xx xxxxxxxx 2020-ci il tarixdə müqavilə öhdəliklərinin yerinə yetirilməsi, pul tələbi və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək ondan 4251.15 (dörd min iki yüz əlli bir manat on beş qəpik) manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manatı və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu 31 (otuz bir) manatı ca vabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(123)-67/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı icra olunmamış müqavilənin icrasının təmin edilərək 4251.15 (dörd min iki yüz əlli bir manat on beş qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq 31 (otuz bir) manat pulun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Məhkəmənin qərardadından narazı qalan İddiaçı MMC -nin vəkili və nümayəndəsi Vəkil xx xxxxxxx 2020-ci il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(123)-67/2020 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(123)-67/2020 nömrəli qərardadı ilə İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil şikayətinin Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)67/2020 saylı işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin kommersiya kollegiyasına göndərilməsinə qərar verilmişdir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil Naxçıvan M uxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(123)-67/2020 saylı qərardadını qanunsuz və əsassız hesab etməklə şikayətini onunla əsaslandırmişdır ki, məhkəmə hazırki mübahisəni həll edərkən işin faktiki hallarını araşdırmadan ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, məhkəmə iddia ərizəsinə əlavə edilmiş xəbərnamə ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin cavabdehə göndərilməsi təsdiq edilsə də, cavabdeh tərəfindən alınmasını təsdiq etmədiyi səbəbi ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını qərara almışdır. Halbuki iddiaçı tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin cavabdehə göndərilməsini təsdiq edən xəbərnamə iddia ərizəsinə əlavə edi lmiş və xəbərnamədə cavabdehin həmin ünvanda yaşamadığı göstərilmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil xx xxxxxxx 2020-ci il tarixdə ərizə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına müraciət edərək Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar “xxxx” QSC tərəfindən Bakı-Naxçıvan-Bakı istiqamətində nəzərdə tutulmuş bütün reysləri dayandırıldığını qeyd edərək məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq baxış iclasının onun iştirakı olmadan keçirilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, şikayətin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya şikayətdə qeyd olunan məhkəmənin hazırki mübahisəni həll edərkən işin faktiki hallarını araşdırmadan ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qərardad qəbul etməsi, belə ki, məhkəmənin iddia ərizəsinə əlavə edilmiş xəbərnamə ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin cavabdehə göndərilməsi təsdiq edilsə də, cavabdeh tərəfindən alınmasını təsdiq etmədiyi səbəbi ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını qərara alması, halbuki iddiaçı tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin cavabdehə göndərilməsini təsdiq edən xəbərnamənin iddia ərizəsinə əlavə edilməsi və x əbərnamədə cavabdehin həmin ünvanda yaşamadığının göstərilməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Qeyd olunan normanın məzmunundan da məlum olduğu kimi kommersiya mübahisələrinə dair işlərdə iddia ərizəsinə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsini deyil, həmin sənədlərin cavabdeh tərəfindən rəsmi qaydada almasını təsdiq edən sənəd əlavə edilməlidir. Lakin, iddiaçı təşkilat İddiaçı MMC tərəfindən qeyd olunan normanın tələblərinə əməl edilməmiş, göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən sənəd əlavə olunmadan məhkəməyə müraciət olunmuşdur. İddiaçının istinad etdiyi Cavabdeh qeyd olunan ünvanda yaşamaması barədə “geri qaytarılma Aktı” isə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçı tərəfindən cavabdehə çatdırılması vəzifəsinin icra edilməməsi üçün üzrlü səbəb sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə uyğun olaraq hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə geri qaytarır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi i ddia ərizəsini icraata götürməməklə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(123)67/2020 saylı qərardadından iddiaçı təşkilat İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(123)-67/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin x x xxxxxxxx 2020-ci il tarixli, e-2-2(123)-67/2020 saylı qərardadından iddiaçı təşkilat İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(123)-67/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Hakimlər: Sənan Qarayev Əhliman Xıdırov Mehman Allahverdiyev
Məhkəmə qərarları › İş №2-2(108)-7/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(108)-7/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver