Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-7/2023 12.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Kuimova Vera Gennadiyevna və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti İddiaçı cavabdeh X1 qarşı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbinə dair kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-38/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçı van şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı 06 mart 2023-cü il tarixdə elektron qaydada verilən iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə (bundan sonra Kommersiya Məhkəməsi) müraciət edərək cavabdeh X1 (VÖEN **********) məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 144 manat olan 100 (bir yüz) ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat Kommersiya Məhkəməsinin (sədrlik edən Elşən Salmanov) e-2-2(123)-38/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış tütün məhulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi barədə qərardad qəbul edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb iddianın yolverilənliyi məsələsini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı mübahisə ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin icraatında e-2-2(123)-25/2023 saylı iş olmuş və mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmənin 14 fevral 2023-cü il tarixli qərardadı ilə həmin iş ü zrə iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MülkiProsessual Məcəllə) 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış tütün məhulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” tələbi barədə iş üzrə iddia ərizəsinin qəbulundan imtina edilməlidir”. Həmin qərardaddan iddiaçının nümayəndəsi tərəfindən Kommersiya Məhkəməsinə 16 mart 2023-cü il tarixdə verilmiş şikayət 17 mart 2023-cü il tarixli q ərardadla təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri İddiaçının nümayəndəsi 16 mart 2023-cü il tarixdə elektron qaydada verilən şikayətində e-2-2(123)-38/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadın ləğv edilməsini və iddia tələbi üzrə ərizənin və ona əlavə edilmiş sənədlərin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi) 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy yən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd etdikləri normalardan da göründüyü kimi, iddiaçı cavabdehə məxsus olan obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 144 manat olan, ümumilikdə 100 qutu tütün məmulatı aşkar etmiş və həmin malların satışının təşkil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Digər tərəfdən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) tələblərinə əsasən inzibati protokol tərtib edilərək ümumi rayon məhkəməsinə müsadirə ilə bağlı tərəfimizdən müraciət edilməli olmasına dair yanlış nəticəyə gəlmişdir. Belə ki, Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markala nmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir. "Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VDQ nömrəli Azərbaycan Respublikası Qanunu ilə Vergi Məcəlləsinə 58.14-cü maddə əlavə edilmiş və aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişa nlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılması inzibati məsuliyyət kimi İnzibati Xətalar Məcəlləsindən çıxarılmış və vergi məsuliyyəti kimi Vergi Məcəlləsinə daxil edilmişdir. Bu mənada hesab edirlər ki, Kommersiya Məhkəməsi qüvvədə olmayan normaya istinad edərək qanunsuz və əsassız qərardad qəbul etmişdir. Məhkəmə işə baxarkən sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin M əcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Kommersiya Məhkəməsinin e-2-2(123)-38/2023-009 saylı, 09 mart 2023-cü il tarixli qərardadı iddiaçının qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Həmçinin iddiaçının mövcud qanunvericilikdə əks olunmuş hüquqi imkanlarının həyata keçirilməsinə maneə yaratmışdır, bu istiqamətdə olan funksiyalarını səmərəsiz etmişdir. Məhkəmə Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi orqanının hüquqlarını məhdudlaşdırmaqda haqlı olmamışdır. Kommersiya Məhkəməsi yuxarıda qeyd etdikləri hüquqi tənzimləmə vasitələrini düzgün tətbiq etməmiş, əsassız olaraq vergi orqanlarının hüquq və vəzifələri ilə bağlı hərəkətlərini səmərəsiz etmişdir. Məhkəmə iş üzrə bütün f aktiki halları araşdırmamış, Vergi Məcəlləsində nəzərdə tutulmuş normalara zidd qərar qəbul etmişdir. Ərizənin qəbul edilməməsinə, o cümlədən geri qaytarılmasına dair qərardadda istinad olunmuş faktlar əsassız, o cümlədən hüquq normaları düzgün təfsir edilməmiş, nəticədə sənədlər əsassız olaraq geri qaytarılmışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə
212. Müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır Mülki-Prosessual Məcəllə; Maddə 1.1. Azərbaycan Respublikasının Məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbay can Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Maddə 1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 153.2-153.2.1. Hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında b axılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə
365. Apellyasiya icraatına apellyasiya instansiyası məhkəməsində icraat fəslinin və Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398.0-398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya məhkəməsinin hüquqi mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının nümayəndəsinin şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Lakin iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçının nümayəndəsinin şikayəti hazırkı iş üzrə, yəni e-2-2(123)-38/2023-009 saylı, 09 mart 2023-cü il tarixli qərardada deyil, artıq qanuni qüvvəsini almış e-2-2(123)-25/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərardada münasibətdə tərtib olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş e-2-2(123)-25/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərardadın surətindən məlum olur ki, iddiaçının 10 fevral 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 144 manat olan 100 (bir yüz) ədəd tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş, 14 fevral 2023-cü il tarixli qərardadla Mülki-Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə müvafiq olaraq ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. Həmin qərardaddan Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdiyindən o, qanuni qüvvəyə minmişdir. İddiaçının nümayəndəsi 06 mart 2023-cü il tarixdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə hazırkı mübahisə ilə bağlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmiş və 09 mart 2023-cü il tarixli qərardadla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Şikayətdə göstərilən dəlillər üzrə 09 mart 2023-cü il tarixli qərardadda heç bir əsaslandırma aparılmamış, yalnız “məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb iddianın yolverilənliyi məsələsini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı mübahisə ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin icraatında e-2-2(123)-25/2023 saylı iş olmuş və mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmənin e-2-2(123)-25/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərardadı ilə həmin iş üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir” ifadəsi işlədilmiş və Mülki-Prosessual Məcəllənin 153.5-ci maddəsinə istinad olunmuşdur. Məhkəmə kollegiyası şikayətin məhz 09 mart 2023-cü il t arixli qərardada aid hissədə dəlillərini kommersiya mübahisəsi üzrə hazırkı işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Məlumdur ki, cinayət, inzibati xəta, inzibati, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatları bir-birindən fərqlənir və ayrı-ayrı hüquq sahələri ilə nizama salınır. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı mülki-prosessual qanunvericiliyə əsasən iddia icraatı və xüsusi icraat qaydasında həyata keçirilir. Həmin icraatları tənzimləyən hüquq normalarının isə heç birində şəxsin əmlakının müsadirə edilməsi qaydaları müəyyən olunmamışdır. Baxılan iş üzrə iddiaçı tərəfin tələbi cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 144 manat olan 100 (bir yüz) ədəd tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul olunmasından ibarətdir. Mülki Məcəllənin 212-ci maddəsində verilən anlayışa görə müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin anlayışın məzmunundan aşkar bəlli olur ki, əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan müsadirənin tətbiqi üçün bu məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Hazırda qüvvədə olan qanunvericilikdə isə müsadirə qeyd olunduğu kimi yalnız Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində müəyyən edilmişdir. Məhz buna görə də Vergi Məcəlləsinin 24.0.2-2ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin həmin orqanların üzərinə qoyulması hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MülkiProsessual Məcəllə ilə tənzimlənir. Qeyd olunduğu kimi Mülki-Prosessual Məcəllənin 1.4cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Mülki Məcəllənin 212-ci maddəsində müsadirəyə verilən anlayış da bu cür iddialara mülki məhkəmə icraatı qaydasında baxılmasını tamamilə istisna edir, yəni konkret olaraq “baxıla bilməz” cavabı v erilir. Şərh olunanlardan göründüyü kimi iddiaçı tərəf hazırkı iddia tələbi ilə Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası şikayətin 09 mart 2023-cü il tarixli qərardada aid hissədə digər dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər subyektiv mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia ərizəsinin icraata qəbul olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Göstərilənlərə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna edilir. B irinci instansiya məhkəməsi işə baxarkən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması barədə qərardad qəbul etməkdə düzgün nəticəyə gəlsə də, prosessual hüquq normasını düzgün tətbiq etməmişdir, yəni MülkiProsessual Məcəllənin 153.5-ci maddəsini tətbiq etmişdir. Həmin maddəyə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi iddianın yolverilməzliyi ilə əlaqədar olduğuna görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmağa mane olur. Bu mənada iddia ərizəsini qəbul etməkdən imtina barədə məhkəmə qərardadının olması, onun qanuni qüvvəyə minib-minməməsindən asılı olmayaraq, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın dolayı əsası ki mi şıxış edir. Belə olan təqdirdə iddia ərizəsini qəbul etməkdən imtinanın birbaşa əsası isə bu barədə qərardadda göstərilən Mülki-Prosessual Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq halların mövcud olmasıdır. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad çıxarıldıqdan sonra ərizəçi həmin cavabdehə qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etdikdə Mülki-Prosessual Məcəllənin 153.5-ci maddəsinə, yəni əvvəl verilmiş iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardadın olmasına görə deyil, həmin qərardadda göstərilmiş Mülki-Prosessual Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallara, yəni iddia ərizəsini qəbul etməkdən imtinanın birbaşa əsaslarına istinad edilməklə təkrar verilmiş iddia ərizəsini qəb ul etməkdən imtina olunmalıdır. Hazırkı iş üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün qəbul edilməsindən imtina olunmuş iddia ərizəsi təkrarən məhkəməyə verildikdə təkrarən verilmiş iddia ərizəsini qəbul etməkdən Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsində nəzərdə tutulmuş əsasla imtina olunmalı idi. Çünki iddia ərizəsini qəbul etməkdən imtina barədə məhkəmə qərardadının olması Mülki-Prosessual Məcəllənin 153.2-ci maddəsində iddia ərizəsini qəbul etməkdən imtinanın birbaşa əsası kimi nəzərdə tutulmamışdır. Lakin Mülki-Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilmə sinə səbəb olsun. Mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qərardadı formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin şikayətdə göstərdiyi dəlillərə görə məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi “iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması” barədə 09 mart 2023-cü il tarixli qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Ona görə də iddiaçının cavabdehə qarşı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbi barədə iş üzrə birinci instansiya məhkəməsinin e-22(123)-38/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadından iddia çının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 365, 397.2, 398.0-398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti İddiaçı nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-38/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.