Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-7/2025 16.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), X5 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi Nümayəndə1 və vəkil-nümayəndəsi Vəkil, cavabdeh “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maye-qaz vaqon çənlərinin qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-416/2024 nömrəli, 2024-cü il 5 noyabr tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məh kəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Hər birinin dəyəri 1.200.000 AZM, ümumi dəyəri 7.200.000 AZM olan istismardan silinmiş 6 ədəd maye-qaz vaqon çəni (sisterni) "xxxx" Kiçik Müəssisəsinə satılmış və 29 aprel 2000-ci il tarixli qaimə əsasında Azərbaycan Dövlət Dəmir Yolu X11 Deposunda həmin müəssisənin direktoru Nümayəndə1 təhvil verilib, sonuncu tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 0052 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə görə, 6 ədəd maye-qaz vaqon çəni "Üzeyir” Kiçik Müəssisəsinin xüsusi mülkiyyətidir, bu hüquq 2 nömrəli reyester kitabının, 15-ci səifəsində, 52 nömrəli, xx.xx.2000-ci il tarixli qeydlə qeydiyyata alınmışdır. İddia ərizəsinə görə, iddia olunan 6 ədəd maye-qaz vaqon çəni “X10” MMC-nin nəzdindədir və dəfələrlə müraciət edilməsinə baxmayaraq iddiaçıya qaytarılmamışdır. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat Nümayəndə1 2024-cü il 11 iyul tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X10” MMC-dən (bundan sonra “cavabdeh”) onun mülkiyyətində olmuş, "xxxx" Kiçik Müəssisəsi tərəfindən satın alınmış 6 ədəd maye-qaz vaqon çəninin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, 2024-cü il 10 sentyabr tarixdə iddiaçı əsl iddiaçı "xxxx" Kiçik Müəssisəsi (bundan sonra “iddiaçı”) ilə əvəz olunmuş və "xxxx" Kiçik Müəssisəsi tərəfindən satın alınmış 6 ədəd maye-qaz vaqon çəninin “X10” MMC -dən alınıb müəssisəyə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Azərbaycan Dövlət Dəmir Yolunun 23 avqust 1999-cu il tarixli 57/2 saylı, “Vaqonservis” İstehsalat Birliyinin 20 sentyabr 1999-cu il tarixli V-407/5 saylı və Azərbaycan Dövlət Dəmir X7 21 aprel 2000-ci il tarixli məktublarına əsasən, iddiaçı satın aldığı 6 ədəd maye-qaz vaqon çənlərinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciət etmiş, həmin müraciət nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət hüquqi şəxslərinin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında” 1997-ci il 23 iyun tarixli Fərmanına müvafiq olaraq Azərbaycan Dövlət Dəmir Yolu X11 Deposundan aldığı ümümi dəyəri 7.200.000 AZM olan 6 ədəd maye-qaz vaqon çəninə dair iddiaçıya “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin 6 ədəd maye-qaz vaqon çəni əlindən alınmış, heç bir kompensasiya ödənilməmiş, ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Həmin maye-qaz vaqon çənləri hazırda cavabdehin nəzdindədir. Bununla bağlı cavabdehə ərizə ilə müraciət edilmiş və cavabdehin xx.xx.2024-cü il tarixli 13-1-10/2-B-342/2-8/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı tərəfindən 6 ədəd maye-qaz vaqon çəninin 2000-ci illərdə cavabdehdən satın alınmasına dair məlumat, əmr, eləcə də göstəriş və yaxud akt mövcud deyildir”. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.1, 157.2, 157.4, 157.5, 157.6, 157.7, 157.8 və 157.9-cu maddələrinə istinad etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-416/2024 nömrəli, 2024-cü il 5 noyabr tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən (VÖEN-**********) V4-10 aktı ilə 533 saylı 24.08.99-cu il tarixli teleqramla inventardan silinmiş və müəssisənin 15 saylı 05.08.99-cu il tarixli məktubu əsasında yol rəhbərliyinin 57-2 saylı 23.08.99-cu il tarixli məktubu ilə iddiaçıya satılmış 57603235, 57605420, 57608259, 57626007, 57604423 və 57603367 nömrəli 6 ədəd maye-qaz vaqon çəninin alınaraq iddiaçıya (VÖEN-**********) verilməsi, 100 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “İddiaçının tələb etdiyi 6 ədəd maye-qaz vaqon çəninin onun xüsusi mülkiyyəti olması işin mübahisə edil məyən halıdır. Cavabdehin nümayəndəsi izahatında bunun mübahisəli əşyaların cavabdeh təşkilatda olduğuna dəlalət etmədiyini, həmin 6 ədəd maye-qaz vaqon çəninin hazırda onlarda olduğuna dair heç bir sübut olmadığını qeyd etmişdir. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırda həmin vaqon çənlərin dəmir yolu olmadan hərəkət edə bilməyəcəyini əsas götürərək onların cavabdeh tərəfdə olmadığına dair etirazın sübut edilməsi ilə bağlı sübutetmə yükü cavabdeh tərəfin üzərindədir. Lakin cavabdeh tərəf 6 ədəd maye-qaz vaqon çəninin onlarda olmadığını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, bu hal cava bdeh tərəfə naməlum qala bilməz, çünki tələb olunan 6 ədəd maye-qaz vaqon çəni daşınar əşyadır və onun daşınma vasitəsi dəmir yoludur. Hamıya bəlli olan faktdır ki, həmin vaqonların dəmir yolu olmadan başqa vasitə ilə hərəkət etməsi qeyri-mümkündür. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur... İddia təmin edilməli olduğundan qanunvericiliyin tələbinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir”. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 9.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 82.1, 88, 107, 108.1108.1.1, 119.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Dövlət rüsumu haqqında” Qanun) 8.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may, “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 14 iyul tarixli və A vropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək e-2-2(123)-416/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamənin tamamilə ləğv olunaraq iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılaraq göstərilmişdir ki, “Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, sübutetmə yükünün cavabdeh tərəfə yönləndirilməsi və 6 ədəd vaqonun mövcud olmadığına dair sübutların təqdim edilməməsi irəli sürülmüşdür. Lakin hər bir tərəf öz iddialarını və ya etirazlarını təsdiq edən sübutları təqdim etməlidir. İddiaçı tərəf vaqonların hazırda cavabdeh tərəfin saxlanmasın da olduğunu təsdiq edəcək heç bir hüquqi və ya faktiki sübut təqdim etməmişdir. Bununla belə məhkəmə işin faktiki halları ilə bağlı heç bir sübuta əsaslanmadan əsassız olaraq iddaçının xeyrinə qətnamə çıxarmışdır. Aşağıda göstərilənlərə (prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərə) əsasən qətnamə ləğv edilməli və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmalıdır... İddiaçı 6 ədəd maye-qaz vaqon çəninin cavabdehdə olmasına dair heç bir sübut təqdim etməmişdir. İddiaçının tələb etdiyi maye-qaz vaqon çənlərinin cavabdehin saxlancında və ya ümumi istifadə yollarında olması üçün ödəniş ödənilməli, bu ödənişlərin ödənildiyini təsdiq edən qəbzlər mövcud olmalı və ya saxlanc müqaviləsi bağlanılmalı idi. Lakin iddiaçı məhkəmə proseslərində qeyd olunanlara dair heç bir sübut təqdim etməmiş və birinci instansiya məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədən iddiasını təmin etmişdir. (Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi). 6 (altı) ədəd maye-qaz vaqon çəni satıldığı andan inventardan və balansdan silinmişdir. İddiaçı mübahisəli əmlakın cavabdehdə olmasına və ya saxlandığına dair heç bir sübut təqdim etmədiyi halda birinci instansiya məhkəməsi yerində müayinə və ya tədqiq etmədən həmin çənlərin cavabdehdə olduğu qənaətinə gəlmişdir. (MülkiProsessual Məcəllənin 79.1, 81, 217.4-ci maddələri). İddiaçı məhkəmədən onun tərəfindən satın alınmış 6 ədəd maye qaz vaqon çəninin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməmişdir, lakin birinci instansiya məhkəməsi qətnamənin “qət etdi” hissəsində iddia tələbindən kənara çıxmışdır (MülkiProsessual Məcəllənin 218.3-cü maddəsi). Birinci instansiya məhkəməsi iddia tələbində qeyd edilən əmlakın mövcud olubolmamasını, həmin əmlakın cavabdeh tərəfdə mövcudluğunu, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsinin də qətnamədə həll olunmalı olmasını, habelə alınmalı əmlakın yerləşdiyi yeri müəyyən etmədən iddianı tə min etmiş və qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. (Mülki-Prosessual Məcəllənin 222.1-ci maddəsi). İddiaçı tərəfin vaqon çənlərin dəmir yolunda saxlanması ilə bağlı heç bir konkret hüquqi razılaşma, müqavilə və ya yazılı sübut təqdim etməməsi, həmin əmlakın hazırda dəmir yolunda saxlanmadığını və bu məsələnin müvafiq sənədlə təsdiqlənmədiyini göstərir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında vermiş olduqları izahatlarda; Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etməklə əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsində iş üzrə prosessual pozuntulara yol verilmişdir. 6 ədəd maye-qaz vaqon çəninin cavabdehin saxla ncında olduğu bildirilir. O vaxtdan 20 il keçməsi və həmin çənlərin cavabdehdə olması ilə bağlı heç bir sübut təqdim olunmadığı halda birinci instansiya məhkəməsinin belə bir əsaslandırıcı mövqeyi olmuşdur ki, “həmin vaqonlar dəmir yolu vasitəsi olmadan başqa vasitə ilə heç bir yerə daşına bilməz və vaqonlar cavabdehdədir”. Dəmir yolu vaqonları daşımaq üçün qənaətli bir vasitədir, lakin dəmir yolundan fərqli üsullarla da vaqonlar daşına bilir. Vaqonlar başqa şəkildə də götürülə, tır vasitəsilə də daşına bilər. İddiaçının nümayəndəsinə deyildiyinə görə vaqonlar kəsilib-doğranmışdır, iddiaçının vəkil-nümayəndəsinin dediyinə görə isə vaqonlar cavabdehdə saxlanılır. Bu ifadələrin özü də ziddiyyət təşkil edir. Hazırda 20 il ərzində həmin vaqonların cavabdehdə olmasına dair heç bir sənəd yoxdur. Bu illər ərzində rəhbərlik dəyişilmiş, Culfa vaqon deposunda işləyənlərin bir çoxu rəhmətə getmişdir. Bu vaqonların orada olmağına dair baxış belə keçirilməmiş, onların mövcudluğu ilə bağlı heç bir cəhd göstərilməmişdir. İddiaçının iddia ərizəsinin tələb hissəsində vaqonlara nömrə qoyulmadığı halda, birinci instansiya məhkəməsinin qət etdiyi qətnamədə vaqonlar nömrə ilə göstərilmiş, bir növ iddia ərizəsindəki tələbdən kənara çıxılmışdır. İddiaçının nümayəndəsi izahatında bildirir ki, “mülkiyyət hüququ aldıqdan sonra cavabdehə müraciət edərək 2000-ci illərdə vaqonların işlədiyi bir dövrdə teplovoz sifariş vermiş, əlavə pul ödəmiş, həmin vaqonları 5-10 dəfə Culfadan İrana keçirmiş, bu barədə müqavilə bağlayaraq işləmişdir”. O zaman vaqonların saxlanması müqaviləsinin cavabdehlə bağlanması g özlənilən bir hal olmuşdur. Ancaq iddiaçının nə bir müqaviləsi, nə də həmin hadisə ilə bağlı hüquqi faktı olmamışdır. İndi isə sadəcə onun dediyinə görə vaqonlar cavabdehdə qalmışdır. Cavabdehə həmin vaqonlar təhvil verilməmiş və onlar həmin vaqonlara xidmət göstərməmişlər. Cavabdehin də elə bir öhdəliyi yoxdur ki, vaqonları neçə illər ərzində qoruyub saxlasın. Eyni zamanda "xxxx" QSC-nin xüsusi təlimatı var ki, ümumi istifadə yollarında saxlanılan hər bir vaqonun təkərləri üçün gündəlik hər oxa görə pul tutulmalıdır. Əgər cavabdehdə uzun müddət ərzində vaqonlar saxlanılırdısa, onlara görə saxlama pulu alınmalı idi. İddiaçının nümayəndəsi cavabdeh tərəfə heç nə demədən Bakıya çıxıb getmiş, 20 il ərzində bu vaqonlar ilə maraqlanmamış, bu müddətdə cavabdehə həmin vaqonlar barədə heç bir müra ciət olunmamışdır. Hazırda heç bir müqavilə və sənəd olmadan vaqonların qaytarılmasını istəyir. Həmin vaqonlar təxminən 10 il əvvəl cavabdehin platformasına daxil olub, Culfa vaqon deposunda saxlanılmışdır. Mülkiyyət hüququ əldə ediləndən sonra həmin əmlakların iddiaçı tərəfindən götürülüb-götürülməməsi onlara məlum deyil. Ola bilər ki, vaqonlar ya əmlak sahibi tərəfindən götürülmüş, ya da hər hansı bir şəkildə daşınmışdır, çünki həmin vaqonlar cavabdehdə deyil, bu vaqonların mövcudluğu ilə bağlı cavabdehdə hər hansı bir sənəd yoxdur. İddiaçının nümayəndəsi son illər vaqonları Culfa vaqon deposunda gördüyünü göstərsə də, bu barədə heç bir sübutu yoxdur. Hazırda cavabdehdə olan vaqonların hamısı, eləcə də 6 ədəd qaz vaqon sisterni "xxxx" QSC-nin balansındadır və bütün vaqonlar Culfa vaqon d eposunda saxlanılır. Hər il həmin vaqonların nömrələri ilə siyahıya alınması həyata keçirilir. Qanuni qərar qəbul olunmasını xahiş edir. İddiaçının nümayəndəsi göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. O, 1999-cu ildə “Azərbaycan Dövlət Dəmir Yolları”na Culfa dəmir yol stansiyasında olan 6 ədəd maye-qaz vaqon çəninin alınması məqsədilə müraciət etmiş, teleqram və məktublar göndərilmiş, Nazirlər Kabineti və "xxxx"nda sərəncamlar verilmiş, o da Culfa vaqon deposunda mühasibə 7.200.000 manat (AZM) ödəmiş və ona bu barədə qəbz verilmişdir. Vaqon çənləri ona göstərib təhvil verdikdən sonra Culfa vaqon deposunun rəisi Vaqif Əkbərov ona demişdir ki, “bu vaqonlar sizindir”. Həmin vaqonları o kənddə saxlaya bilməyəcəyindən Culfa dəmir yol stansiyasında saxlamış, ondan saxlama müqaviləsi is təməmiş, sadəcə demişlər ki, “14-cü xətt boşdur, vaqonlarınızı orada saxlayın”. Vaqonların alqı-satqısı ilə bağlı bütün proseslər 1999-2000-ci illərdə Culfa vaqon deposunda olmuşdur. Tezliklə həmin vaqonları özəlləşdirmək kimi bir düşüncəsi olmadığından mülkiyyət hüququ haqqında şəhadətnamənin alınması gec baş tutmuşdur. Mülkiyyət hüququ haqqında şəhadətnamə aldıqdan sonra o həmin vaqonlar vasitəsilə bir neçə dəfə İrandan qaz gətirmiş, sonuncu dəfə 2005-ci il də daxil olmaqla həmin vaqon çənlərdən istifadə etmişdir. Müəyyən səbəblərə görə 2005-ci ildə vaqonlar 3 ay İranda qalmış, Culfa stansiyasının rəisi ona bir sənəd yazıb vermiş və o da həmin çənləri götürüb gəlmişdir. 2005-ci ildən sonra yerli hakimiyyət ona vaqonları işlətməyə icazə verməmiş, Naxçıvana qaz boru kəməri çəkildiyindən on un işi dayanmış, çənlər isə depoda qalmışdır. Bundan sonra onun bu vaqon çənlər ilə bağlı mübahisələri olmuş, cavabdehə (həmin vaxt Azərbaycan Dövlət Dəmir Yolunun Naxçıvan hissəsi), 2006-cı ildə isə Nazirlər Kabinetinə vaqonların ona verilməsi ilə bağlı müraciət etmiş, vaqon çənləri ona görə istəmişdir ki, İran vasitəsilə Bakıya aparsın, lakin ona icazə verilməmişdir. 2005-2006-cı illərdə o hüquqlarının pozulduğunu bilmiş, hətta bu çənlər ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinə yazılı müraciət edib, iddia qaldırmış, lakin şikayətinə baxılmamışdır. Hər dəfə Culfa stansiyasına getdikdə onu yaxına buraxmamış, sadəcə vaqonlarını ona göstərərək orada olduğunu demişlər. O dəfələrlə yerli hakimiyyətə müraciət etmiş, lakin ona vaqonları çıxartmağı barədə cavab, eləcə də vaqonla r verilməmişdir. 20 il ərzində rəsmi şəkildə müraciət etməsə də, pandemiyadan 1-2 ay əvvəl, dəmir yollarının xətləri dəyişilən zaman Bakıdan gəlib Culfa stansiyasına gedərək vaqonlara baxmış, vaqonları orada görmüşdür, lakin 2022-2023-cü illərdə pandemiya olan dövrdə həmin vaqonlar yoxa çıxmışdır. Sonra Culfa şəhərində ona demişlər ki, vaqonlar İran deposuna çəkilib, orada doğranmışdır, bunu orada müəyyən insanlar da təsdiqləmişlər, sadəcə bu barədə yazılı heç bir sənəd yoxdur. O, vaqon çənlərinin dəqiq doğranmasını bilmir. Dəmir yolu xətti elə bir sistemdir ki, həmin vaqonları teplovozsuz daşımaq mümkün deyil. O ağırlıqda, 40-60 tonluq vaqonlar necə ola bilər ki, teplovozsuz harasa aparılsın. Həmin vaqonlar doğransa, partlayış olar, bütün Culfa partlayar. Hətta həmin vaqonlara nəzarət edə n mühafizəçi var. İranla Naxçıvanın dəmir yollarının məsafəsi də fərqlidir. Naxçıvanda hakimiyyət dəyişilməyənə qədər vaqonları ona verməmişlər. Hakimiyyət dəyişiləndən sonra ilk müraciətində cavabdehin direktoru Mahir Əliyev ona şifahi bildirmişdir ki, “Nazirlər Soveti qərar çıxardıqdan sonra dəmirlər doğrandı, sənin vaqonların da onların içində doğranıb getdi. Mənə yuxarıdan nə deyiblər, mən də onu etmişəm”. O, vaqonlarının pulunu ona verə bilməyəcəklərini bildiyi üçün demişdir ki, heç olmasa mənim vaqonlarımı əvəzetmə yolu ilə verin. Mahir Əliyev vaqon çənləri dəyişmək barədə razılaşmış, lakin sonra fikrini dəyişmişdir. Cavabdehdə heç vaqonların olmağı barədə bir sənəd yoxdur. Ona vaqonların doğranıldığı bildirildiyinə görə o ziyanla bağlı müraciət etməmişdir. Alınan vaqon çənlər hazırd a olmadığına görə o həmin çənləri əvəzetmə yolu ilə istəyir. Vəkil-nümayəndənin çıxışı ilə eyni fikirdə olmaqla qanuni qərar qəbul olunmasını xahiş edir. İddiaçının vəkil-nümayəndəsi göstərdi ki, apellyasiya şikayətini qəbul etmirlər. İddiaçı 6 ədəd maye-qaz vaqon çəninin alınmasına 7.200.000 manat (AZM) pul ödəmiş, həmin vaqon çənləri aldıqdan sonra o dövrdə Əmlak Nazirliyi tərəfindən iddiaçıya mülkiyyət hüququ barədə şəhadətnamə verilmiş və iddiaçının bildirdiyinə görə maye-qaz vaqon çənlərini bir müddət istifadə etmişdir. Qarşı tərəfin bildirdiyinə görə vaqonların balansdan silinməsi ilə bağlı məlumat var. Həmin vaqonların alınması və sənədləşməsinin Culfa vaqon deposunda baş verməsi və onun hüquqi varisinin “X10” MMC olması aidiyyət məsələsinə düzgün əməl olunduğunu göstərir. Həmin ç ənlərin alındığı yerdə saxlanıldığına görə tələb də həmin quruma yönəldilmişdir. Onlar Naxçıvanda son dövrlərdə olan işlərin bir çoxunda torpaq və yaxud başqa mülklərlə əvəzləşdirilmə olduğundan iddia ərizəsində ziyanı qeyd etməmiş, vaqon çənlərinin əvəzləşdirilməsini xahiş etmişlər. Mahir Əliyevin (cavabdehin direktoru) iddiaçıya dediyinə görə “onların 6 ədəd maye-qaz vaqon çənləri var, əgər belə bir qərar çıxsa, onlar onu əvəzləşdirə bilərlər”. İddiaçının heç özü də bilmir ki, həmin vaqon çənlər harada saxlanılır. Həmin vaqonların saxlanıldığı yerə heç yaxın getmək də mümkün deyil. Onun maye-qaz vaqon çənlərinin mövcud olması ilə bağlı heç bir sübutu yoxdur. Həmin vaxt yollar bağlı olmuşdur və o elə bir əmlakdır ki, həmin zamanlar Naxçıvan ərazisindən kənara çıxa bilməzdi. İddiaçının mül kiyyət hüquqları pozulmuş, mülkiyyəti əlindən alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamənin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş edir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apellyasiya baxışında təqdim olunan, iddiaçının xx.xx.1993-cü ildə qeydə alınmış Nizamnaməsinin 3.3-cü bəndindən məlum olur ki, sərhədyanı ticarətin təşkili, MDB-yə daxil olan respublikalar və eləcə də, Türkiyə, İran İslam Respublikasının firmaları ilə əlaqəyə girmək, müqavilə bağlamaq və mal mübadiləsi etmək, neft və neft məhsullarının alqı-satqısını təşkil etmək və s. müəssisənin fəaliyyət predmetləridi r. xx.xx.2025-ci il tarixdə cavabdehin Culfa vaqon deposunun “A” parkında olan vaqonlara baxış keçirilərkən orada iddiaçının tələb etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan 57603235, 57605420, 57608259, 57626007, 57604423 və 57603367 nömrəli 6 ədəd maye-qaz vaqon çəni aşkar edilməmiş, 57026239, 57026247, 57026650, 57027013, 57027104, 57027443 nömrəli maye-qaz vaqon çənlərinin olduğu müşahidə edilmiş və iddiaçının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, sonuncu nömrəli vaqon çənlər iddiaçıya satılmış vaqon çənlər deyil, maye-qaz vaqon çənlərinin nömrələri dəyişdirilə bilməz, çünki onların texniki pasportları və digər sənədləri var. Cavabdehin xx.xx.2025-ci il tarixli, 13-1/2-2754/2025 nömrəli vəsatəti, ona əlavə olunmuş “Yük qatarının tərkib siyahısı” və “2019 və 2021 -ci illər üzrə yük vaqonlarının nömrə siyahısı” sənədlərindən görünür ki, vaqonların siyahıya alınması prosesinə uyğun tərtib edilən 2013, 2019 və 2021-ci illərə dair Culfa stansiyası üzrə qeydə alınmış vaqonların siyahısında iddiaçı tərəfindən qeyd olunan maye-qaz vaqon çənlərinin ad və nömrələri (57603235, 57605420, 57608259, 57626007, 57604423 və ********) müəyyən edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən q aydaya uyğun bölüşdürülür. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və b irinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1, 385.1.1 və 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamən in və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun Maddə
393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarı “Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun "da mihi factum, da bo tibi ius” ("mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-c i maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiy a instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il 14 oktyabr tarixli, 4 №-li qərardadında məhkəmələrə tövsiyə edilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı halda cavabdeh-apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zər uridir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, işdə iştirak edən şəxslərin izahatları, yerində baxış keçirilməsi və apellyasiya baxışında təqdim olunmuş sənədlər üzrə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə iddiaçının xüsusi mülkiyyətində olmuş və cavabdehin tabeliyində olan Culfa vaqon deposunda saxlanmış 6 ədəd maye-qaz vaqon çəninin cavabdeh tərəfindən iddiaçıya verilməməsi (qaytarılmaması) ilə bağlıdır. Mübahisə üzrə xronoloji ardıcıllığı və işin faktiki hallarını araşdırarkən aydın olur ki, Culfa stansiyasında dayanmış 57603235, 57605420, 57608259, 57626007, 57604423 və 57603367 nömrəli 6 ədəd qaz vaqon sisterni (çəni) Azərbaycan Dövlət Dəmir Yolunun 533 saylı 24.08.99-cu il tar ixli teleqramı əsasında inventardan silinmiş, Azərbaycan Dövlət Dəmir Yolunun 57/2 saylı 23.08.99-cu il tarixli məktubu və Naxçıvan MR Nazirlər Kabinetinin 4/401 saylı, 21.09.99-cu il tarixli, Azərbaycan Dövlət Dəmir Yolu "Vaqonservis” İstehsalat Birliyinin V-407/5 saylı xx.xx.1999-cu il tarixli məktubu ilə cavabadehə qoyulmuş qayda üzrə satılmış, həmin vaqon çənlərin dəyəri - 7.200.000 AZM xx.xx.1999-cu il tarixli, 16 nömrəli kassa mədaxil orderinə əsasən iddiaçının direktoru Nümayəndə1 tərəfindən X11 Deposuna ödənilmiş, 29 aprel 2000-ci il tarixli qaimə əsasında həmin vaqon çənləri Azərbaycan Dövlət Dəmir Yolu X11 Deposunda iddiaçının direktoru Nümayəndə1 təhvil verilib, sonuncu tərəfindən təhvil alınmış, bu hər iki tərəfin möhür və nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. Azərba ycan Respublikası Dövlət Əmlakı Nazirliyi Naxçıvan MR Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 0052 nömrəli, xx.xx.2000-ci il qeydiyyat tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə görə, 6 ədəd maye-qaz vaqon çəni "Üzeyir” Kiçik Müəssisəsinin xüsusi mülkiyyətidir. Göstərilənlər işin mübahisə olunmayan hallarıdır. İddiaçı iddia ərizəsində “maye-qaz vaqon çənlərinin hal-hazırda cavabdehin nəzdində olduğunu və onun tərəfindən satın alınmış 6 ədəd maye-qaz vaqon çəninin cavabdehdən alınıb müəssisəyə qaytarılması”nı xahiş etmişdir. Birinci instansiya məhkəməsində vermiş olduqları izahatlarda: İddiaçının nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, Naxçıvana qaz boru xətti çəkildikdən sonra maye-qaz vaqon çənlərinin istifadəsinə ehtiyac qalmamış, bu əsasla vaqon çənləri Culfa deposunda saxlamış dır. Vaqon çənlərlə bağlı sonradan müraciət etdiyində ona “sizin vaqonlarınız mövcud deyil, o çənlər doğranıldı” deyilmiş, cavabdehdən öz çənlərini tələb etmək üçün ərizə ilə müraciət etmiş, "o vaxt 1200 ədəd çən Culfada doğranılıb, sənin 6 ədəd çənin də onların içində doğranılıb”, "əvəzetmə yolu ilə 6 ədəd çəni sizə verə bilərik” deyə bildirilmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil göstərmişdir ki, məhkəmə araşdırması gedişində iddiaçının nümayəndəsinin izahatından maye-qaz vaqon çənlərinin doğranıb satıldığı məlum olmuşdur, amma ona başqa vaqon çənləri ilə əvəz etməyin mümkün olacağı deyilmişdir. Cavabdehin nümayəndəsi Zeynalabdin Tağızadə göstərmişdir ki, hal-hazırda onlarda həmin 6 ədəd vaqon çən, eləcə də onların olmasına dair heç bir sübut yoxdur, bu vaqonlara mülkiyyət hüququ al ındığı andan bugünə qədər onların ərazilərində olmamışdır, cavabdeh tərəfdən iddiaçının nümayəndəsinə "digər vaqonlarla əvəz etmək mümkündür” deyilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və bu iddia maddi-hüquqi mənada vindikasiya (lat. vindicatio – “iddia edirəm, tələb edirəm” mənasındadır, mülkiyyət hüququnun müdafiə edilməsi üsulu) iddiasıdır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Bu iddianın əsas formulası (düsturu) Mülki Məcəllənin 157.2-ci maddəsində belə təsbit edilir: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmək ixtiya rı vardır. Mülki qanunvericilik vindikasiya iddiasının verilməsi üçün aşağıdakı şərtlərin olmasını müəyyən edir: - mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməlidir, - mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya özgəsinin sahibliyinə keçməlidir, - özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalıdır, - mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalıdır, - geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya olmalıdır, - əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Məlumdur ki, vindikasiya iddiasında iddiaçı dedikdə, əşya üzərində sahibliyi itirən mülkiyyətçi, cavabdeh dedikdə, əşyaya qanunsuz sahibliyi həyata ke çirən, faktiki olaraq əşyaya sahiblik edən şəxs başa düşülür. Bu iddianın obyektini yalnız fərdi əlamətləri müəyyən edilən əşya, predmetini əşyanın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını nəzərdə tutan maddi-hüquqi tələb təşkil edir. Əgər vindikasıyanın predmeti maddi-hüquqi tələbin özüdürsə, obyekti bu tələbin yönəldiyi əşyadır. Əşyanın özü yoxdursa, maddi-hüquqi tələb də yoxdur. Yəni özgənin qanunsuz sahibliyində olan əşyanın mövcud olmaması vindikasıyanın predmetini – maddi-hüquqi tələbi istisna edir. Apellyasiya şikayətinin “iddiaçının mübahisəli əmlakın cavabdehdə olmasına və ya saxlandığına dair heç bir sübut təqdim etməməsi və öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçının iddiasını təmin etməklə Mül ki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərini pozması” dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiasını təmin edərkən birinci instansiya məhkəməsi “6 ədəd maye-qaz vaqon çəninin dəmir yolu olmadan hərəkət edə bilməyəcəyini əsas götürərək onların cavabdeh tərəfdə olmadığına dair etirazın sübut edilməsi ilə bağlı sübutetmə yükünün cavabdeh tərəfin üzərində olmasına” istinad etsə də, qeyd edilən hallarla bağlı sübutetmə yükü Mülki-Prosessual Məcəlləninin 77-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı tərəfindən belə sübutların - iddiaçı ilə cavabdeh arasında vaqon çənlərin saxlanmasına dair müqavilə və ya qeyri-rəsmi saxlamanı təsdiq edən digər sübutedici sənədlərin (faktiki verilmə, əmlakın cavabdeh tərəfindən qəbul edilm əsi, onun mühafizə öhdəliyinin mövcudluğu, razılaşma, yazışmalar və s.) təqdim edilməsi və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbinə uyğun qiymət verilməsi iş materiallarında müəyyən olunmur. Tərəflərin izahatlarından, məhkəmə iclasının yerində baxış keçirilməsinə dair hissəsindən və digər sübutlardan aydın olur ki, tələb edilən 6 ədəd vaqon çən mövcud deyil və ya onların konkret yerləşdiyi yer məlum deyil, yəni həmin vaqon çənlərin cavabdehin faktiki sahibliyində olması müəyyən edilmir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 13-1/2-2754/2025 nömrəli vəsatətinə əlavə olunmuş “Yük qatarının tərkib siyahısı” və “2019 və 2021-ci illər üzrə yük vaqonlarının nömrə siyahısı” sənədlərindən də məlum olmuşdur ki, vaqonların siyahıya alınması prosesinə uyğun tərtib olunan 2013, 2019 və 2 021-ci illərə dair Culfa stansiyası üzrə qeydə alınmış vaqonların siyahısında iddiaçı tərəfindən qeyd olunan maye-qaz vaqon çənlərinın nömrələri (57603235, 57605420, 57608259, 57626007, 57604423 və ********) yoxdur. Kollegiya vurğulayır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi - iddiaçı özgənin qanunsuz sahibliyindən əmlakın ı geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu (bu hazırkı işdə mübahisə olunmayan haldır), bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Birinci instansiya məhkəməsi isə qeyd edilənlərlə bağlı sübutetmə yükünü cavabdehin üzərinə qoymaqla Mülki-Prosessual Məcəllənin 77.1-ci, həmçinin 88-ci maddələrinin tələblərini pozmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, "hüquqi həqiqət prinsipi mülki prosesdə tər əflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun "da mihi factum, dabo tibi ius” ("mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Apellyasiya şikayətinin “iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməməsinə baxmayaraq, qətnamədə həmin rüsumun cavabdehdən alınıb iddiaçıya ödənilməsinin qət edilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxılmaqla Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinin pozulması” dəlili ilə bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının iddiası qiymətləndirilməyən iddia tələbi olduğu üçün iddia ərizəsi verilərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq 100 manat dövlət rüsumu öd ənilmişdir və həmin dövlət rüsumu məhkəmə xərclərinin tərkibinə daxildir. Mülki-Prosessual Məcəllənin 220.5-ci maddəsinin məzmununa görə, iddiaçının iddia ərizəsində həmin ərizənin verilməsi üçün dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun qarşı tərəfdən alınıb ona verilməsi tələbinin olub-olmamasında asılı olmayaraq, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Bu qanunvericiliyin imperativ göstərişidir. Məhkəmə xərcləri isə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi tam təmin edildiyindən qeyd olunan dövlət rüsumun cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmiş və iddia tələbindən kənara çıxılmamışdır. Şikayətin “Birinci instansiya məhkəməsinin qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri qətnamədə göstərməli olduğu halda, həmin halları müəyyən etmədən iddianı təmin etməklə Mülki-Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələblərinin pozulması” dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı yalnız vaqon çənlərin qaytarılması tələbi ilə çıxış etdiyindən onların dəyərinin qətnamənin nəticə hissəsində göstərilməməsi prosessual pozuntu hesab edilə bilməz. Əmlakın alınması haqqında məhkəmə qətnaməsi hər bir halda əmlakın natura şəklində cavabdehdən alınıb iddiaçıya verilməsini şərtləndirdiyi üçün həmin əmlakın yerləşdiyi yer qətnamənin nəticə hissəsində göstərilməlidir. Qətnamənin naturada icrası dedikdə, əmlakın alınması haqqında qətnamənin nəticə hissəsində alınması qət olunmuş əmlakın cavabdehdən alınaraq iddiaçıya verilməsi başa düşülür. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələb olunan maye-qaz vaqon çənlərinin naturada cavabdehdən alınıb iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Belə olan təqdirdə isə həmin vaqon çənlərin yerləşdiyi yerin qətnamənin nəticə hissəsində göstərilməməsində səhvə yol verilmişdir. Lakin nəzərə alınmalıdır ki, mübahisə olunan vaqon çənlərin mövcudluğu və ya yerləşdiyi yer iş materialları ilə sübuta yetirilməmişdir. Apellyasiya baxışında vermiş olduqları izahatlarda iddiaçının nümayəndəsinin “vaqon çənlər hazırda olmadığına görə o həmin çənləri əvəzetmə yolu ilə istəyir”, iddiaçının vəkil-nümayəndəsinin isə “onlar iddia ərizəsində ziyanı qeyd etməmiş, vaqon çənlərinin əvəzləşdirilməsini xahiş etmişlər” fikirlərinə münasibətdə kollegiya bildirir ki, iddia ərizəsi üzrə tələb “iddiaçı tərəfindən satın alınmış 6 ədəd maye-qaz vaqon çəninin cavabdehdən alınıb müəssisəyə qaytarılması”ndan ibarətdir (İ cild i/v. 85-87), birinci instansiya məhkəməsi tərəfindən həmin tələb üzrə qətnamə çıxarılmış və iddiaçı tərəfdən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı da iddiaçının nümayəndəsi və vəkilnümayəndəsi cavabdeh tərəfdən "əvəzetmə yolu ilə başqa vaqon çənlərin iddiaçıya verilməsinin mümkün olacağının” deyildiyini göstərsələr də, bu cavabdehin nümayəndəsi tərəfindən təkzib olunmuşdur. Apellyasiya baxışı zamanı da göstərilənlər barədə qanunvericilklə kommersiya mübahisələrinə xarakterik qaydada heç bir yeni tələb verilməmiş və təbii ki, qəbul edilməmişdir. Hab elə iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı göstərməsə də, apellyasiya baxışında “pandemiyadan (COVİD 19) 1-2 ay əvvəl Bakıdan gəlib Culfa stansiyasına gedərək vaqonlara baxdığını və orada olduqlarını gördüyünü” bildirsə də, həmin faktı təsdiq edəcək hər hansı bir sübutu kollegiyaya təqdim etməmişdir. Kollegiya tərəfindən cavabdehin apellyasiya şikayətinin digər dəlilləri, iddiaçının nümayəndəsi və vəkil-nümayəndəsinin, cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı izahatlarında göstərdikləri digər fikirləri onların subyektiv mülahizələri kimi dəyərləndirilir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmiş və müvafiq prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. (Mülki-Prosessual Məcəllənin 386, 387.1-ci maddələri). Beləliklə, göstərilənlərə əsasən kollegiya aşağıdakı nəticələrə gəlir: - cavabdehin apellyasiya şikayəti təmin edilməli, - e-2-2(123)-416/2024 nömrəli, 2024-cü il 5 noyabr tarixli qətnamə tamamilə ləğv olunmalı, - iş üzrə yeni qətnamə qəbul edilməli, - iddiaçının cavabdehə qarşı “iddiaçı tərəfindən satın alınmış 6 ədəd maye-qaz vaqon çəninin cavabdehdən alınıb müəssisəyə qaytarılması” iddiası rədd olunmalı, - iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, - apellyasiya şikayəti verilərkən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir. Nəticəvi hissə Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0, 384.0.2, 385.1, 385.1.1, 386, 387.1, 392, 393, 4 02.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh “X10” MMC-nin apellyasiya şikayəti təmin olunsun. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-416/2024 nömrəli, 2024-cü il 5 noyabr tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh “X10” MMC-yə qarşı "xxxx" Kiçik Müəssisəsi tərəfindən satın alınmış 6 ədəd maye-qaz vaqon çəninin “X10” MMC-dən alınıb müəssisəyə qaytarılması tələbi üzrə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı "xxxx" Kiçik Müəssisəsinin özünə aid edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu "xxxx" Kiçik Müəssisəsindən alınaraq cavabdeh “X 10” MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay ke