Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-181/2021 05.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı ASC “xxxx” Bankın nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı ASC “xxxx” Bankın cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 (üçüncü şəxs “xxxx” MMC) qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC “xxxx” Bankı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 01.05.2015-ci il tarixli **********34215/SİM-1 №-İi Sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, 87.4 m2, ümumi 55.6 m2 yaşayış, 31.8 m2 yardımçı sahədən ibarət 3 otaqlı mənzilə («1-ci ipoteka predmeti»), 01.05.2015-ci il tarixli İ**********42İ5/SİM-2 №-li Sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ünvan 2 ünvanında, istifadəsində olan 0.056 ha torpaq sahəsində yerləşən, 1 001.4 m2, ümumi 268.4 m2 yaşayış, 733.0 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 9 otaqlı tərdi yaşayış evinə («2-ci ipoteka predmeti»), 20.05.2015-ci il tarixli **********34215/S İ M-6 №-İİ Sonrakı ıpcteka müqaviləsi üzrə Cavabdeh1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu təyinatlı torpaqlara, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinə («3-cüipoteka predmeti»), 01.05.2015- ci il tarixli **********34215/İM-3 №-li İpoteka müqaviləsi üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsində, istifadəsində olan 0.02635 ha torpaq sahəsində yerləşən, 130.2 m2 yaşayış, 139.3 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 46B saylı fərdi yaşayış evinə («4-cü ipoteka predmeti»), 01.05.2015-ci il tarixli **********34215/1M-4 №-li İpoteka müqaviləsi üzrə Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən, 317.2 m2 ümumi, 112.3 m2 yaşayış, 204.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı mənzilə («5-ci ipoteka predmeti»), 06.05.2015- ci il tarixli **********34215/İ M-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh5 məxsus ünvan 4 ünvanında, istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən, 1334.2 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına («6-cı ipoteka predmeti») tutmanın yönəldilməsi, həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan «xxxx» MMC-nin 29.04.2015-ci il tarixli **********34215 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «xxxx» Bankı qarşısındakı ******* manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 38906,27 manat məbləğində adi faizlər üzrə borcu, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% (otuz faiz) dərəcəsi ilə hesablanmış 94721,48 manat məbləğində penya (cərimə) olmaqla, cəmi 2467652,75 manat borc məbləği və 05.05.2021-ci il tarixindən başlayaraq Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanan əldən çıxmış fayda, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 120 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC «xxxx» Bankın xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış (likvid) qiymətlərinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi, 1-ci, 2ci, 4-cü və 5-ci ipoteka predmetləri olan mənzillər/evlər satıldıqdan sonra: 1-ci ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, 2-ci ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan Cavabdeh1, 4-cü ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan Cavabdeh3, 5-ci ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, həmçinin onların ailə üzvləri və digər şəxslər müvafiq olaraq 1-ci, 2-ci, 4-cü və 5-ci ipoteka predmetləri olan mənzilləri/evləri 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər müvafiq mənzillərdən/evlərdən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ASC “xxxx” Bankı (kreditor) ilə üçüncü şəxs “xxxx” MMC (borc alan) arasında bağlanmış 29.04.2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinə (həmin müqaviləyə 06.05.2015-ci il tarixli, 01 saylı və 20.05.2015-ci il tarixli, 02 saylı əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «Kredit müqaviləsi» adlandırılacaq) əsasən sonuncuya 84 ay müddətinə, kreditdən istifadəyə görə illik 6% (altı faiz) ödənilməsi şərtilə ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan «xxxx» MMC-nin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı, «xxxx» MMC və cavabdeh: - Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən, 87,4 m2 ümumi, 55,6 m2 yaşayış, 31,8 m2 yardımçı sahədən ibarət 3 otaqlı mənzilin (bundan sonra “1-ci ipoteka predmeti”) ipoteka qoyulması barədə 01.05.2015-ci il tarixli **********34215/SİM-1 №-li Sonrakı ipoteka müqaviləsi (bundan sonra “1-ci İpoteka müqaviləsi”): - Cavabdeh1 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus (1) ünvan 5 ünvanında, istifadəsində olan 0,056 ha torpaq sahəsində yerləşən, 1001,4 m2 ümumi, 268,4 m2 yaşayış, 733 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 9 otaqlı fərdi yaşayış evinin (bundan sonra “2-ci ipoteka predmeti”) və (2) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu təyinatlı torpaqlara, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 2,55 ha torpaq sahəsinin (bundan sonra “3-cü ipoteka predmeti”) ipoteka qoyulması barədə müvafiq olaraq 01.05.2015-ci il tarixli **********34215/SİM-2 №-li sonrakı ipoteka müqaviləsi (bundan sonra “2-ci İpoteka müqaviləsi”) və 20.05.2015-ci il tarixli **********34215/SİM-6 №-li sonrakı ipoteka müqaviləsi (bundan sonra “3-cü İpoteka müqaviləsi”); - Cavabdeh3 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 6 ünvanında, istifadəsində olan 0,02635 ha torpaq sahəsində yerləşən, 130,2 m2 yaşayış, 139,3 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin (bundan sonra “4-cü ipoteka predmeti”) ipoteka qoyulması barədə 01.05.2015-ci il tarixli **********34215/İM-3 №-li İpoteka müqaviləsi (bundan sonra “4-cü İpoteka müqaviləsi”): - Cavabdeh4 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən 317,2 m2 ümumi, 112,3 m2 yaşayış, 204,9 m2 yardımçı sahədən ibarət 4 otaqlı mənzilin (bundan sonra 5-ci ipoteka predmeti”) ipoteka qoyulması barədə 01.05.2015-ci il tarixli **********34215/İM-4 №-li ipoteka müqaviləsi (bundan sonra “5-ci İpoteka müqaviləsi”); -Cavabdeh5 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 7 ünvanında, istifadəsində olan 0,03604 ha torpaq sahəsində yerləşən, 1334,2 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasının (bundan sonra “6-cı ipoteka predmeti”) ipoteka qoyulması barədə 06.05.2015-ci il tarixli **********34215/İM-5 №-li İpoteka müqaviləsi (bundan sonra “6-cı İpoteka müqaviləsi”) (1ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı İpoteka müqavilələri, bundan sonra birlikdə “İpoteka müqavilələri”) bağlanmışdır. Qeyd edilən əmlak obyektlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC «xxxx» Bankına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.05.2015-ci il tarixli RX seriyalı müvafiq olaraq 4-cü ipoteka predmetinə dair ******* №-li, 2-ci ipoteka predmetinə dair ******* №-li, 5-ci ipoteka predmetinə dair ******* №-li, 1-ci ipoteka predmetinə dair ******* №-li, o cümlədən 07.05.2015-ci il tarixli RX seriyalı ******* №-li (6-cı ipoteka predmetinə dair) və 21.05.2015ci il tarixli RX seriyalı ******* №-li (3-cü ipoteka predmetinə dair) Çıxarışlar verilmişdir. Borc alan «xxxx» MMC Kredit müqaviləsinin 2.3-cü və 2.4-cü bəndlərinə və həmin müqavilənin 1 №-li Əlavəsi olan Klassik Ödəniş cədvəlinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin ödənilməsini kreditin verildiyi təqvim ayından etibarən, əsas borc məbləğinin qaytarılmasını isə kreditləşmə müddətinin ilk 42 (qırx iki) ayını əhatə edən güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq qalan müddət ərzində bərabər hissələrlə hər təqvim ayının sonuncu günü həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin «xxxx» MMC öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğini tam şəkildə Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ASC “xxxx” Bankın nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddia tələbini qismən qəbul edərək, izahatlarında cərimə pulu və 05.05.2021-ci il tarixindən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanan əldən çıxmış fayda ilə razı olmadılqlarını bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ASC “xxxx” Bank tərəfindən “xxxx” MMCyə 84 ay müddətinə illik 6 (altı) faiz ödəmək şərti ilə ******* manat məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. Kredit müqaviləsinin 2.4-ci bəndinə əsasən kreditin verildiyi müddətin 42 aylıq dövrü borc alana güzəşt müddəti müəyyən edilir və bu müddət ərzində əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödəniş həyata keçirilmir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilmiş (illik 6) faiz dərəcəsinə 30 (otuz) faiz əlavə edilməklə illik 36 faiz dərəcəsi ilə hesablanan penya ödəyir. 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, “xxxx” MMC ASC “xxxx” Banka olan ******* manat əsas borcu 84 ay ərzində (ilk 42 aylıq dövr güzəştli olmaqla bu müddət ərzində əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödəniş həyata keçirilmir) (29.05.2015-29.04.2022) 793323,42 manat faiz borcu ilə birlikdə (ümumilikdə 3293323,42 manat olmaqla) ödəməlidir. 01 may 2015-ci il tarixli, **********34215/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan tərəflər arasında bazar dəyəri 165000 manat, likvid dəyəri 160000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən, 87,4 m2 ümumi, 55,6 m2 yaşayış, 31,8 m2 yardımçı sahədən ibarət 3 otaqlı mənzilin ASC “xxxx” Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 mülkiyyət hüquqi ilə Bakı şəhəri, Yasamal rayonu, 3142-ci məhəllə, Mirəli Seyidov küçəsi, ev 19a, ünvanında yerləşən 36 saylı mənzil 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi əsasında ASC “xxxx” Bankının xeyrinə, yüklülüyün müddəti 84 ay qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1524 nömrəli reyestr kitabının 139232 nömrəli vərəqində 02.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 01 may 2015-ci il tarixli, **********34215/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan tərəflər arasında bazar dəyəri 550000 manat, likvid dəyəri 500000 manat məbləğində qiymətləndirilmiş ünvan 5 ünvanında, istifadəsində olan 0,056 ha torpaq sahəsində yerləşən, 1001,4 m2 ümumi, 268,4 m2 yaşayış, 733 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 9 otaqlı fərdi yaşayış evinin ASC “xxxx” Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 mülkiyyət hüquqi ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi əsasında ASC “xxxx” Bankının xeyrinə, yüklülüyün müddəti 84 ay qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 26134 nömrəli vərəqində 02.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 01 may 2015-ci il tarixli, **********34215/İM-3 nömrəli (ipoteka saxlayan) ASC “xxxx” Bankı, (ipoteka qoyan) Cavabdeh3 və (borcalan) “xxxx” MMC ilə aralarında bağlanmış ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ASC “xxxx” Bankı ilə “xxxx” MMC ilə arasında bağlanmış 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 mülkiyyət huququ ilə məxsus olan tərəflər arasında bazar dəyəri 220000 manat, likvid dəyəri 200000 manat məbləğində qiymətləndirilmiş ünvan 6 ünvanında, istifadəsində olan 0,02635 ha torpaq sahəsində yerləşən, 130,2 m2 yaşayış, 139,3 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ASC “xxxx” Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 mülkiyyət hüquqi ilə məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi əsasında ASC “xxxx” Bankının xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti 84 ay qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 7221 nömrəli vərəqində 02.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 01 may 2015-ci il tarixli, **********34215/İM-4 nömrəli (ipoteka saxlayan) ASC “xxxx” Bankı, (ipoteka qoyan) Cavabdeh4 və (borcalan) “xxxx” MMC ilə aralarında bağlanmış ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ASC “xxxx” Bankı ilə “xxxx” MMC ilə arasında bağlanmış 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 mülkiyyət huququ ilə məxsus olan tərəflər arasında bazar dəyəri 600000 manat, likvid dəyəri 500000 manat məbləğində qiymətləndirilmiş ünvan 3 ünvanında yerləşən 317,2 m2 ümumi, 112,3 m2 yaşayış, 204,9 m2 yardımçı sahədən ibarət 4 otaqlı mənzilin ASC “xxxx” Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsi, ev 15 ünvanında yerləşən 2 saylı mənzil 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi əsasında ASC “xxxx” Bankının xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti 84 ay qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2274 nömrəli reyestr kitabının 211593 nömrəli vərəqində 02.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 06 may 2015-ci il tarixli, **********34215/İM-5 nömrəli (ipoteka saxlayan) ASC “xxxx” Bankı, (ipoteka qoyan) Cavabdeh5 və (borcalan) “xxxx” MMC ilə aralarında bağlanmış ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ASC “xxxx” Bankı ilə “xxxx” MMC ilə arasında bağlanmış 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinin (həmin müqaviləyə 06.05.2015-ci il tarixli 01 saylı və 20.05.2015-ci il tarixli 02 saylı əlavə sazişlərdə edilmiş dəyişikliklər nəzərə alınmaqla) təminatı kimi Cavabdeh5 mülkiyyət huququ ilə məxsus olan tərəflər arasında bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat məbləğində qiymətləndirilmiş ünvan 7 ünvanında, istifadəsində olan 0,03604 ha torpaq sahəsində yerləşən, 1334,2 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasının ASC “xxxx” Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh5 mülkiyyət hüquqi ilə məxsus ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binası 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi və 06.05.2015-ci il tarixli 01 saylı əlavə saziş əsasında ASC “xxxx” Bankının xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti 84 ay qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 6309 nömrəli vərəqində 07.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinə 06.05.2015-ci il tarxili, 1 nömrəli əlavə sazişin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, kredit müqaviləsinə əsasən mövcüd olan öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə tərəflər və Cavabdeh5 arasında 06 may 2015-ci il tarixli, **********34215/İM-5 nömrəli ipoteka müqaviləsinin bağlanması ilə bağlı kredit müqaviləsinə dəyişikliklər edilərək, borcalan bu müqavilə üzrə öz öhdəliklərinin icrasını təmin etmək üçün bu müqavilənin imzalanması tarixindən 10 iş günü müddətindən gec olmayaraq bu müqavilənin 1.3.1-ci, 1.3.2-ci, 1.3.3-cü, 1.3.4-cü və 1.3.5-ci yarımbəndlərində qeyd olunan əmlakların mülkiyyətçiləri tərəfindən müvafiq ipoteka və sonrakı ipoteka müqavilələri üzrə Bankın xeyrinə iopteka ilə yüklü edilməsini təmin etməyi öz öhdəsinə götürür. 20 may 2015-ci il tarixli, **********34215/SİM-6 nömrəli sonrakı ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinin (həmin müqaviləyə 06.05.2015-ci il tarixli 01 saylı və 20.05.2015-ci il tarixli 02 saylı əlavə sazişlərdə edilmiş dəyişikliklər nəzərə alınmaqla) təminatı kimi Cavabdeh1 məxsus olan tərəflər arasında bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat məbləğində qiymətləndirilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu təyinatlı torpaqlara, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 2,55 ha torpaq sahəsi ASC “xxxx” Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 mülkiyyət hüquqi ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2,55 ha torpaq sahəsi 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə 06.05.2015-ci il tarixli 01 saylı və 20.05.2015-ci il tarixli 02 saylı əlavə sazişlər əsasında ASC “xxxx” Bankının xeyrinə, hüququn əvvəlki yüklülüyünün ASC “xxxx” Bankı olması və yüklülüyün müddəti 29.04.2015-ci ildən başlayaraq 84 ay qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 368 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində 21.05.2015ci il tarixdə qeydiyyata alınmışdır. 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsinə 20.05.2015-ci il tarxili, 2 nömrəli əlavə sazişin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, kredit müqaviləsinə əsasən mövcüd olan öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə tərəflər və Cavabdeh1 arasında 20 may 2015-ci il tarixli, **********34215/SİM-6 nömrəli ipoteka müqaviləsinin bağlanması ilə bağlı kredit müqaviləsinə dəyişikliklər edilərək, borcalan bu müqavilə üzrə öz öhdəliklərinin icrasını təmin etmək üçün bu müqavilənin imzalanması tarixindən 10 iş günü müddətindən gec olmayaraq bu müqavilənin 1.3.1-ci, 1.3.2-ci, 1.3.3-cü, 1.3.4-cü, 1.3.5-ci və 1.3.6-cı yarımbəndlərində qeyd olunan əmlakların mülkiyyətçiləri tərəfindən müvafiq ipoteka və sonrakı ipoteka müqavilələri üzrə Bankın xeyrinə iopteka ilə yüklü edilməsini təmin etməyi öz öhdəsinə götürür. İş materiallarından o da görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 120 manat məbləğində haqq tutulmuşdur. 11 fevral 2021-ci il tarixli, PR-KM/03-1-2020 nömrəli “xxxx” MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, 87,4 m2 sahəli 3 otaqlı mənzilin 25.01.2021-ci il tarixə bazar dəyəri 164000 manat, likvid dəyəri 155000 manat təşkil edir. 11 fevral 2021-ci il tarixli, PR-KM/03-2-2021 nömrəli “xxxx” MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən istifadədə olan 0,056 ha tikintialtı torpaq sahəsi üzərində olan 1001,4 m2 sahəli fərdi yaşayış evinin 25.01.2021-ci il tarixə bazar dəyəri 370000 manat, likvid dəyəri 330000 manat təşkil edir. 11 fevral 2021-ci il tarixli, PR-KM/03-3-2021 nömrəli “xxxx” MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Cavabdeh3 məxsus ünvan 6 ünvanında yerləşən istifadədə olan 0,02635 ha tikintialtı torpaq sahəsi üzərində olan 269,5 m2 sahəli fərdi yaşayış evinin 26.01.2021-ci il tarixə bazar dəyəri 210000 manat, likvid dəyəri 190000 manat təşkil edir. 11 fevral 2021-ci il tarixli, PR-KM/03-4-2021 nömrəli “xxxx” MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2,55 ha torpaq sahəsinin 25.01.2021-ci il tarixə bazar dəyəri ******* manat, likvid dəyəri 900000 manat təşkil edir. 11 fevral 2021-ci il tarixli, PR-KM/03-5-2021 nömrəli “xxxx” MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Cavabdeh5 məxsus ünvan 7 ünvanında yerləşən istifadədə olan 0,03604 ha torpaq sahəsində olan, 1334,2 m2 qeyri-yaşayış binasının 26.01.2021-ci il tarixə bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat təşkil edir. 11 fevral 2021-ci il tarixli, PR-KM/03-6-2021 nömrəli “xxxx” MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən 317,2 m2 sahəli 4 otaqlı mənzilin 25.01.2021-ci il tarixə bazar dəyəri 450000 manat, likvid dəyəri 410000 manat təşkil edir. 12 fevral 2021-ci il tarixli, PR-KM/03-2021 nömrəli “xxxx” MMC tərəfindən təqdim edilmiş məktubdan görünür ki, 6 əmlak üzrə qiymətləndirmə işinin xidmət haqqısı ümumilikdə 1850 manat təşkil edir və bu məbləğ ASC “xxxx” Bankı tərəfindən MMC-nin hesabına ödənilib. ASC “xxxx” Bankı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, borcalan “xxxx” MMC 29 aprel 2015-ci il tarixli, **********34215 nömrəli kredit müqaviləsi üzrə ASC “xxxx” Bankı qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə 05.05.2021-ci il tarixinə olan borcu ******* manat əsas, 38906,27 manat faiz, 94721,48 manat cərimə olmaqla, cəmi 2467652,75 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci və 443.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2, 467 və 567-ci maddələrinə görə borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanunun 39.3, 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq ipoteka müqavilələri bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borc alan öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia əsas borc və faiz borcu tələbi hissəsində tam təmin edilməli, bununla yanaşı məhkəmə iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 10068,73 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddiaçı 05.05.2021-ci il tarixindən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanan əldən çıxmış fayda tələb etsə də, məhkəmə hesab edir ki, həmin tələb təmin edilə bilməz, belə ki, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edilərkən əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləğ göstərilməlidir, yəni tutulmalı olan vəsait konkret rəqəmlə ifadə edilməlidir, iddiaçının tələbi isə təmin olunduğu təqdirdə tutulmalı olan vəsait müddətdən asılı olaraq dəyişən olacaq, bu isə qanunvericiliyin tələbinə ziddir. Həmçinin məhkəmə qeyd edir ki, ipoteka predmetləri olan yuxarıda adı çəkilən daşınmaz əmlaklar 11.02.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatlara əsasən müəyyən edilmiş likvid qiymətlərə uyğun hərraca çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia ərizəsinə əlavə edilən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 120 manat məbləğində çəkilmiş xərclər satılacaq ipoteka predmetlərinin dəyərindən tutularaq iddiaçı ASC «xxxx» Bankın xeyrinə ödənilməlidir. Bununla yanaşı iddiaçı 1-ci, 2-ci, 4-cü və 5-ci ipoteka predmetləri olan mənzillər/evlər satıldıqdan sonra: 1-ci ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, 2-ci ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan Cavabdeh1, 4-cü ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan Cavabdeh3, 5-ci ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, həmçinin onların ailə üzvləri və digər şəxslər müvafiq olaraq 1-ci, 2-ci, 4-cü və 5-ci ipoteka predmetləri olan mənzilləri/evləri 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər müvafiq mənzillərdən/evlərdən məcburi qaydada çıxarılmaları tələb etmiş, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir, belə ki, iddiaçı çıxarılacaq şəxslərin dairəsini ailə üzvləri və digər şəxslər kimi qeyd etsə də, digər şəxslər anlayışı geniş dairəni, həmçinin ailə üzvlərini əhatə etdiyindən, yaşayış sahələrindən bütün digər şəxslər çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01.05.2015-ci il tarixli **********34215/SİM-1 №-İi Sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus ilkin satış qiyməti 155000 manat olan ünvan 1 ünvanında yerləşən, 87.4 m2, ümumi 55.6 m2 yaşayış, 31.8 m2 yardımçı sahədən ibarət 3 otaqlı mənzilə, 01.05.2015-ci il tarixli İ**********42İ5/SİM-2 №-li Sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ilkin satış qiyməti 330000 manat olan ünvan 2 ünvanında, istifadəsində olan 0.056 ha torpaq sahəsində yerləşən, 1 001.4 m2, ümumi 268.4 m2 yaşayış, 733.0 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 9 otaqlı tərdi yaşayış evinə, 20.05.2015-ci il tarixli **********34215/S İ M-6 №-İİ Sonrakı ıpcteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ilkin satış qiyməti 900000 manat olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu təyinatlı torpaqlara, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinə, 01.05.2015- ci il tarixli **********34215/İM-3 №-li İpoteka müqaviləsi üzrə Cavabdeh3 məxsus ilkin satış qiyməti 190000 manat olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsində, istifadəsində olan 0.02635 ha torpaq sahəsində yerləşən, 130.2 m2 yaşayış, 139.3 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 46B saylı fərdi yaşayış evinə, 01.05.2015-ci il tarixli **********34215/1M-4 №-li İpoteka müqaviləsi üzrə Cavabdeh4 məxsus ilkin satış qiyməti 410000 manat olan ünvan 3 ünvanında yerləşən, 317.2 m2 ümumi, 112.3 m2 yaşayış, 204.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı mənzilə, 06.05.2015- ci il tarixli **********34215/İ M-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh5 məxsus ilkin satış qiyməti ******* manat olan ünvan 4 ünvanında, istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən, 1334.2 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası açıq hərracda satılmalı və satışdan əldə olunan vəsaitin hesabına borc alan «xxxx» MMC-nin 29.04.2015-ci il tarixli **********34215 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «xxxx» Bankı qarşısındakı ******* manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 38906,27 manat məbləğində adi faizlər üzrə borcu, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər gününə görə 10068,73 manat məbləğində penya (cərimə) olmaqla, cəmi ******* manat məbləğində borc, həmçinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 120 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən tutularaq iddiaçıya ödənilməli, ipoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən, 87.4 m2, ümumi 55.6 m2 yaşayış, 31.8 m2 yardımçı sahədən ibarət 3 otaqlı mənzil, ünvan 2 ünvanında, istifadəsində olan 0.056 ha torpaq sahəsində yerləşən, 1 001.4 m2, ümumi 268.4 m2 yaşayış, 733.0 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 9 otaqlı tərdi yaşayış evi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsində, istifadəsində olan 0.02635 ha torpaq sahəsində yerləşən, 130.2 m2 yaşayış, 139.3 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 46B saylı fərdi yaşayış evi, ünvan 3 ünvanında yerləşən, 317.2 m2 ümumi, 112.3 m2 yaşayış, 204.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı mənzil satıldıqdan sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4, həmçinin bütün digər şəxslər ipoteka predmetləri olan müvafiq sahələrdən 1 ay ərzində çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 96,56%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 96,56%-i, yəni 28,96 manatı satılacaq ipoteka predmetlərinin dəyərindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.05.2015-ci il tarixli **********34215/SİM-1 №-İi Sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus ilkin satış qiyməti 155000 manat olan ünvan 1 ünvanında yerləşən, 87.4 m2, ümumi 55.6 m2 yaşayış, 31.8 m2 yardımçı sahədən ibarət 3 otaqlı mənzilə, 01.05.2015-ci il tarixli İ**********42İ5/SİM-2 №-li Sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ilkin satış qiyməti 330000 manat olan ünvan 2 ünvanında, istifadəsində olan 0.056 ha torpaq sahəsində yerləşən, 1 001.4 m2, ümumi 268.4 m2 yaşayış, 733.0 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 9 otaqlı tərdi yaşayış evinə, 20.05.2015-ci il tarixli **********34215/S İ M-6 №-İİ Sonrakı ıpcteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ilkin satış qiyməti 900000 manat olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, kateqoriyasına görə ehtiyat fondu təyinatlı torpaqlara, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 2.55 ha torpaq sahəsinə, 01.05.2015- ci il tarixli **********34215/İM-3 №-li İpoteka müqaviləsi üzrə Cavabdeh3 məxsus ilkin satış qiyməti 190000 manat olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsində, istifadəsində olan 0.02635 ha torpaq sahəsində yerləşən, 130.2 m2 yaşayış, 139.3 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 46B saylı fərdi yaşayış evinə, 01.05.2015-ci il tarixli **********34215/1M-4 №-li İpoteka müqaviləsi üzrə Cavabdeh4 məxsus ilkin satış qiyməti 410000 manat olan ünvan 3 ünvanında yerləşən, 317.2 m2 ümumi, 112.3 m2 yaşayış, 204.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı mənzilə, 06.05.2015- ci il tarixli **********34215/İ M-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh5 məxsus ilkin satış qiyməti ******* manat olan ünvan 4 ünvanında, istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən, 1334.2 m2 ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası açıq hərracda satılsın və satışdan əldə olunan vəsaitin hesabına borc alan «xxxx» MMC-nin 29.04.2015-ci il tarixli **********34215 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «xxxx» Bankı qarşısındakı ******* manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 38906,27 manat məbləğində faiz borcu, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər gününə görə 10068,73 manat məbləğində penya (cərimə) olmaqla, cəmi ******* manat məbləğində borc ödənilsin, həmçinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 120 manat məbləğində çəkilmiş xərclər, həmçinin dövlət rüsumu kimi ödənilmiş 28,86 manat məbləğində pul iddiaçıya ödənilsin. İpoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən, 87.4 m2, ümumi 55.6 m2 yaşayış, 31.8 m2 yardımçı sahədən ibarət 3 otaqlı mənzil, ünvan 2 ünvanında, istifadəsində olan 0.056 ha torpaq sahəsində yerləşən, 1 001.4 m2, ümumi 268.4 m2 yaşayış, 733.0 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 9 otaqlı tərdi yaşayış evi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsində, istifadəsində olan 0.02635 ha torpaq sahəsində yerləşən, 130.2 m2 yaşayış, 139.3 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 46B saylı fərdi yaşayış evi, ünvan 3 ünvanında yerləşən, 317.2 m2 ümumi, 112.3 m2 yaşayış, 204.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı mənzil satıldıqdan sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4, həmçinin bütün digər şəxslər ipoteka predmetləri olan müvafiq sahələrdən 1 ay ərzində çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-181/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-181/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver